Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-426/2021 21.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri 17-ci mikrorayon ev 38 B mənzil 23-də qeydiyyatda olan, Sumqayıt şəhəri Corat bağlar massivi bağlar 2 saylı bağ evində yaşayan Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə olan məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: 24.05.2021-ci il tarixdə saat 17:00 radələrində vət. Zərərçəkmiş şəxs yaşadığı Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən bağ evində ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı vət. Təqsirləndirilən şəxs vət. Zərərçəkmiş şəxs əli ilə vuraraq sonuncuya “sağ qulaqarxası nahiyyəsinin qançırı, təpə nahiyyəsinin sağ hissəsində dərialtı hematoması” kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa “YÜNGÜL” zərərvurmaya aid olan xəsarətlər yetirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə rəsmi nikahda olmasa da onunla və övladları ilə birlikdə yaşayır. Zərərçəkmiş şəxs ilə birgə yaşayışlarından üç övladları vardır. 24 may 2021-ci il tarixində işdə olarkən Mətanətin azyaşlı olunu da götürərək həkimə getdiyindən xəbər tutmuş, saat 17 radələrində evə gələndə Mətanətin və oğlunun evdə olduğunu görərək Mətanətdən nə üçün özbaşına həkimə getdiyini soruşduqda, Mətanətin isə ona cavabında “sən kimsən ki səndən icazə istəyim ” dediyini, bu səbəbdən aralarında mübahisə düşdüyünü və mübahisə zəminində yumruq zərbələri ilə Mətanətin baş, qol və boyun nahiyyələrində yumruqla və qarnından təpik zərbələri ilə vurduğunu, atası Yaşarın evə daxil olduğunu görərək öz otağına çəkildiyini, daha sonra Mətanətin anası Ləyaqətin evə gələrək Mətanəti bu halda görərək ondan nə haqla qızını belə döyərək bu hala saldığını soruşduğunu bildirdi. Həmçinin təqsirləndirilən şəxs bildirdi ki, törətdiyi əməldən peşmandır. Zərərçəkmiş şəxslə barışmışdır və barəsindəki cinayət təqibinə xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə faktiki nikahdadır. Həmin birgəlikdən üç övladı vardır. Səhhəti ilə bağlı problemləri olduğundan Elnura onu həkimə aparmasını demiş, Elnur isə bundan imtina etmişdir. O da 24 may 2021-ci il tarixində oğlunu özü ilə götürüb həkimə getmişdir. Saat 17 radələrində işdən qayıdan Elnur niyə ondan icazəsiz həkimə getdiyini soruşaraq ona əxlaqsızlıqla məşğul olduğunu bildirmiş və onu yumruq zərbələri ilə başından, boynundan,qollarından və təpik zərbələr ilə qarnından vurmuşdur. Bu vaxt Elnurun atası Yaşar Elnuru ondan ayırmışdır. Üstündən bir az keçmiş anası Ləyaqət gələrək onu bu halda görərək evinə aparmış və daha sonra 102 Xidmətinə şikayəilə müraciət etmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid ifadəsində göstərdi ki, qızı Mətanət Təqsirləndirilən şəxsla ailə həyatı qursa da rəsmi nikahları yoxdur. Üç övladları vardır.24.05.2021-ci il tarixində qudası Yaşar ona zəng vuraraq Elnurun Mətanəti döydüyünü bildirərək təcili ona özünü ora çatdırmasını demişdir. O, dərhal ora getmiş və qızının döyülmüş halda olduğunu görmüşdür. Elnurdan nə haqla qızını döyməsini soruşduqda Elnur Mətanətin icacəsiz həkimə getdiyini bildirmişdir.Daha sonra onu da təhqir etməyə başlamışdır. Bu səbəbdən də o 102 xidmətinə müraciət etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 24.05.2021-ci il tarixli 565 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində “sol qulaqarxası nahiyyənin qançırı,təpə nahiyyəsinin sağ hissəsinindərialtı hematoması” xəsarətləri vardır. Qeyd olunan xəsarətlər zərərçəkmişin müayinəsindən 1-2 gün əvvəl, 24.05.2021-ci il tarixində qərarın təsviri hissəsinjə göstərilən şəraitdə əmələ gələ bilər və özü-özünə yetirilməsi istisna olunur.Sağlamlığın qısa müddətə pozulmasına səbəb olan “YÜNGÜL” zərərvurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan doğum haqqında şəhadətnamənin (AZ T052490) və şəxsiyyət vəsiqələrinin (AZE No 11579988 və AZE 11579987 seriyalı) surətlərindən, həmçinin Corat Bağları üzrə 1 saylı Məhəllə Komitəsindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs himayəsində 2017-ci il təvəllüdlü bir azyaşlı və 2012 və 2008-ci il təvəllüdlü iki yetkinlik yaşına çatmayan uşağı vardır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanseri tərəfindən verilmiş 01.06.2021-ci il tarixli 1967 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatda yoxdur. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər 1 nömrəli şəhər poliklinikasından verilmiş 402 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın psixiatrik kabinetində qeydiyyatda yoxdur. Corat Bağları üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən veilmiş xasiyyətnamədən görnür ki, Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə şikayət daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan DİN tərəfindən verilmiş 27.05.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs hazırda məhkumluğu yoxdur. Həmçinin həmin tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Yaşar oğlunun barəsində 2014-cü ildə Abşeron RPŞ-də CM-nin 128-ci maddəsi ilə cinayət işi olmuş və CPM-nin 40.2.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilmişdir. Azərbaycan Respublikası CM-nə edilmiş 20 oktyabr 2017-ci il tarixli əlavə və dəyişikliklərə əsasən şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Lakin şəxsin cinayət məsuliyyətindən azad edilməsinə dair müddəanın Cinayət Məcəlləsinə 2017-ci ildə əlavə edilməsini və həmin müddəanın şəxsin vəziyyətini yüngülləşdirdiyini nəzərə alaraq şəxs cinayət məsuliyyətindən azad edilməlidir. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarında olan sübutların qiymtləndirilməsinə dair 26.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 21.06.2021-ci il tarixli ərizədən görünür ki, o, özünü təqsirli bilir, əməlindən peşmandır, zərərçəkmiş şəxs X1 ilə barışmışdır və barəsində olan məhkəməyədək sadələşdirilmiş icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 21.06.2021-ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tamamilə ödənilmişdir və təqsirləndirilən şəxsə qarşı hər hansı tələb və şikayəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş iş üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Yaşar oğlunun Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 09 iyun 2021-ci il tarixli (iş № 1(060)-426/2021) qərarını icra edərək, 14 iyun 2021-ci il tarixli 598 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 08 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və yatəqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafi əçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 göstərdiyi 08 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “xxxx” ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün: “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN **********. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-426/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-426/2021
21.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver