Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-427/2022 02.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi - Bakı şəhəri 17 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş Azərbaycan Respublikası vətəndaşı, subay, məhkumluğu olmayan, orta təhsilli, ünvan 1 ünvanda qeydiyyatda olmaqla ünvan 2amış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd bükümdə ümumi təmiz çəkisi 8,038 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Sumqayıt şəhəri 14-cü məhəllə ərazisinə daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən 18 avqust 2021-ci il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:05 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində saxlanılmaqla Sumqayıt Şəhər Polis İdarəsinin 4-cü Polis Bölməsinə gətirilmiş və orada saat 21:38 radələrindən etibarən üzərinə şəxsi axtarış keçirilərkən, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 02 (iki) ədəd bükümdə kimyəvi tərkiblərinə görə eynilik təşkil edən, ayrı-ayrılıqda 4,014 qram və 4,024 qram olmaqla ümumilikdə 8,038 qram təmiz çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, tutulmamışdan əvvəl heç yerdə işləməmişdir. Hər hansı bir psixi xəstəlikdən əziyyət çəkmir və heç bir ruhi əsəb dispanserdə qeydiyyatda deyildir. Narkotik vasitə heroindən təxminən 3-4 aydır arabir istifadə edir. Əvvəllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 332.2.3-cü maddəsi ilə məhkum olunmuşdur. xx.xx.2021-ci il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığından piyada keçən zaman yerdə 02 (iki) ədəd büküm olduğunu görmüş, nəzərini cəlb etdiyindən həmin bükümün içərisində nə olduğunu bilmək üçün onu yerdən götürmüş, bükümün içərisinə baxdıqda içərisindəki maddələrin heroin olduğunu bilib cibinə qoymuşdur. Narkotik vasitələrdən istifadə etdiyindən onları tanımış, belə ki, həmin bükümləri özündə saxlamaqda məqsədi daha sonra onları istifadə etmək olmuşdur. 18 avqust 2021-ci il tarixdə saat 21:00 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində olan zaman əvvəllər tanımadığı mülki geyimdə olan bir neçə şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin və Sumqayıt ŞPİ-nin əməkdaşları olduqlarını bildirmiş, ondan özünü təqdim etməyini və anket məlumatı barədə məlumat verməyini tələb etdikdə, öz anket məlumatlarını demişdir. Bundan sonra polis əməkdaşları ona külli miqdarda narkotik maddələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmiş, polis əməkdaşlarına etiraz etməyib onlarla birlikdə getmiş, həmin gün tapdığı heroin üzərində olmuşdur. Polis Bölməsinə gəldikdən sonra onun hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuş, vəkillə söhbət edib ona etirazı olmadığını dedikdən sonra barəsində tutma haqqında qərar qəbul olunmuş, bundan sonra ona qanunsuz olaraq külli miqdarda narkotik vasitə, psixotrop maddə əldə etmə, özündə saxlayaraq daşıma, istifadə və satışı ilə məşğul olmaqda şübhəli bilindiyini və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə üzərinə şəxsi axtarış və götürmə keçiriləcəyi bildirilmişdir. Etiraz etmədikdən sonra videoçəkilişlə üstünə şəxsi axtarış keçirilməyə başlanmış, ona təklif edilmişdir ki, üzərində qanunsuz əşya varsa təqdim etsin. İlk öncə masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının sol yan cibindən 02 (iki) ədəd bükümü və 01 (bir) ədəd mobil telefonunu təqdim etmiş, bundan sonra ona şalvarının ciblərini tam olaraq göstərməyi, ayaqqabılarını çıxarmağı təklif edilmiş, deyilənləri etmiş, üzərindən və paltarıından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Bundan sonra təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmış, mobil telefona baxış zamanı telefonun özünə məxsus olmaqla “İphone” modelli olduğunu bildirmiş, mobil telefon araşdırma üçün əhəmiyyət kəsb etdiyindən saxlanılmış, təqdim etdiyi büküm barədə sual olunduqda bükümün içində narkotik vasitə heroin olduğunu bildirmişdir. Büküm açıldıqda içində narkotik vasitə heroin olduğu müəyyən edilmiş, heroini 2 gün əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində yerləşən 20 yanvar metrostansiyasının yaxınlığında yerdən tapdığını və istifadə etmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş maddələr ekspertiza tədqiqatına təqdim olunması üçün onun iştirakı ilə kağız zərfdə qablaşdırılaraq möhürlənmişdir. Əməlindən peşmandır. Ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsində bildirmişdir ki, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir və polis kapitanı xüsusi rütbəsini daşıyır. xx.xx.1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 2ayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi və daşıması ilə məşğul olması barədə Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əməliyyat məlumatı daxil olduğundan, birgə əməliyyat-axtarış tədbirinin keçirilməsi məqsədilə 18 avqust 2021-ci il tarixdə BMCMİ-nin əməliyyat müvəkkilləri, polis kapitanı Şahid2, polis kapitanı Şahid1 və Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru polis serjantı Şahid4 Şahmar oğlu ilə birlikdə Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisinə getmişlər və saat 21:05 radələrində Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində Təqsirləndirilən şəxs saxlamışlar. Özlərini təqdim etdikdən sonra onun da şəxsiyyətini müəyyən etmişlər və barəsində qəbul edilmiş qərarla tanış etmişlər. Bundan sonra Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər, o da, etiraz etmədən onlarla həmin Bölməyə gəlmişdir. Bölmənin inzibati binasının xidməti otaqlarının birində dəvət edilmiş müdafiəçinin iştirakı ilə Sumqayıt ŞPİ-nin 4-cü Bolis Bölməsinin təhqiqatçısı, polis kapitanı Kənan Hacıyev tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı videoçəkilişdən də, istifadə edilmişdir. Şahid2 Təqsirləndirilən şəxs saxlanılmasında iştirak etsə də, şəxsi axtarış zamanı iştirak etməmişdir. Şəxsi axtarış zamanı əvvəlcə Rəşada üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya sənədlər varsa təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşıb əynində olan göy rəngli cins materiallı şalvarının sol yan cibindən 02 (iki) ədəd sellofana bükülmüş halda maddələri masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra Rəşada şalvarının ciblərini tam olaraq göstərməsi, ayaqqabılarını çıxarması təklif edilmiş, o, deyilənləri etmiş, üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Eyni zamanda sonuncunun üzərindən bir ədəd “İphone” markalı mobil telefon aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin mobil telefonun özünə məxsus olduğunu bildirmiş, bundan sonra şübhəli şəxsin təqdim etdiyi əşya və maddələrə baxış keçirilməsinə başlanmışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümlər barədə sual olunduqda o, bükümün içində “kokos” adlandırdıqları narkotik vasitə heroin olduğunu bildirmiş, təqdim olunan 02 (iki) ədəd sellofan bükümlərdə olan maddələrə baxış keçirilmiş və içində tünd qəhvəyi rəngli, toz şəkilli, spesifik iyli, narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu müəyyən edilmiş, həmçinin həmin bükümlər elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs 02 (iki) ədəd bükümlərdə olan narkotik vasitə olan heroinə bənzər maddələri tutulmamışdan 2 gün əvvəl Bakı şəhəri ərazisində yerləşən metronun “20 yanvar” stansiyasının yaxınlığında yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 02 (iki) ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər maddələr müvafiq ekspertizaya təqdim edilməsi üçün özünün iştirakı ilə təhqiqatçı tərəfindən müvafiq qaydada 01 (bir) bir ədəd zərfdə qablaşdırılaraq möhürlənmiş və iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid4 da oxşar məzmunlu ifadəsində Şahid3 ifadəsində göstərdikləri xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan heroinin aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Görüntülərdən müəyyən olunmuşdur ki, DİN-in BMCMİ-nə daxil olmuş məlumatda vətəndaş Təqsirləndirilən şəxs qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etməsi, saxlaması və daşıması ilə məşğul olması barədə bildirmişdir. Alınmış məlumat barədə rəhbərliyə məruzə edilərək Təqsirləndirilən şəxs müəyyən edilib ifşa olunması istiqamətində ƏAT-nin keçirilməsi barədə xx.xx.2021-ci il tarixil qərar qəbul edilmiş və həmin qərarın icrası ilə bağlı həmən gün saat 21:05-də Təqsirləndirilən şəxs tədbir iştirakçıları tərəfindən Sumqayıt şəhəri, 14-cü məhəllə ərazisində saxlanılmış, üzərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra inspektor-kriminalist rəqəmsal tipli “Parasonic” markalı videokameranı işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə, saat 21:38-də PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirildi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili X1 təqdim olundu, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bır əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyini təklif etdi. Təqsirləndirilən şəxs özü əynində olan göy rəngli cins şalvarın sol yan cibində saxlamış oldugu 02 ədəd şəffaf rəngli sellofan bükümlərini təqdim etdi. Həmin bükümlər açıldı, bükümlərdə spesifik iyə malik qəhvəyi rəngli toz halında narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edildi. Sorğu zamanı Təqsirləndirilən şəxs ondan aşkar olunan maddələrin kakos olduğunu, həmin maddələri 2 gün bundan əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində yerdən tapmış və şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş şəffaf rəngli sellofan bükümlərdəki spesifik iyə malik qəhvəyi rəngli maddələr tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin şəffaf rəngli sellofan ilə birlikdə çəkisinin 4,37 qram, 4,25 qram ümumi çəkisinin isə 8.63 qram olduğu müəyyən olundu, daha sonra aşkar edilmiş həmin maddələr Azərbaycan Respublikasıın Ədliyyə Nazirliyinin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Aqzərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürləndi. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 19 avqust 2021ci il tarixli 6/3601 nömrəli rəyində qeyd edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: şübhəli şəxs Təqsirləndirilən şəxs təqdim etdiyi...” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 4,024 qram və 4,014 qram, ümumi təmiz çəkisi 8,038 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və tərkiblərindəki komponent tərkibinə görə bir-biri ilə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. Qeyd: heroinin ümumi təmiz çəkisi: 8,038 qram, tədqiqata sərf edildi: ümumi 0,10 qram, qalıq 7,938 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli, 4608 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs müayinə zamanı arabir düşəndə narkotik vasitə heroindən onu yandırıb tüstüsünü nəfəsinə çəkməklə istifadə edib. Öz psixi vəziyyətinə tənqidi münasibəti vardır. Müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin periodik istifadə etmə halları olub. Hazırda narkomaniya xəstəliyinin əlamətləri aşkar olunur. Lakin hal-hazırda narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 7,938 qram narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında prptokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-819/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. İş materiallarında olan 22 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Təqsirləndirilən şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 7,938 qram narkotik maddə olan heroin məhv edilməli, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 114,0 (yüz on dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerində saxlanılan qalıq çəkisi 7,938 qram narkotik maddə olan heroin məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 114,0 (yüz on dörd) məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-427/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-427/2022
02.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver