Məhkəmə qərarları › İş №1(060)-427/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-427/2023

30.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-427/2023 30.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Qubadlı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmaqla, ünvan 2vanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tanışı Şahid5 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 02 ədəd bükümdə ümumi çəkisi 0,783 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 13 fevral 2023cü il tarixdə saat 14:55 dəqiqədə Sumqayıt ŞPİ-nin X2 əməkdaşlarının keçirdikləri əməliyyat axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 13/14 saylı yaşayış binasının yaxınlığında saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilərək orada üzərinə şəxsi axtarış keçirilərəkən əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümdə 0,478 qram, 0,305 qram, ümumi təmiz çəkisi 0,783 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o bir müddətdir ki, narkotik vasitələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə saat 14:30 radələrində o tanışları Fərid və Məmmədrza ilə birlikdə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 13/14 saylı yaşayış binasının yaxınlığında olarkən o Fəriddən 45 manata özü istifadə etmək üçün 02 ədəd bükümdə narkotik vasitə heroin almışdır. Həmin gün saat 14:55 dəqiqədə bir neçə nəfər mülki formada olan şəxslər onlara yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt ŞPİ-nin NBM-nin əməkdaşları olduqlarını bildirmişlər. Eyni zamanda onlar onu və Fəridi narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli bilindikləri üçün saxladıqlarını bildirmişlər. Həmin vaxt üzərlərinə şəxsi axtarış keçirilməsi üçün onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Onlar heç bir etiraz etməmişlər. Onlar polis əməkdaşları ilə birlikdə polis idarəsinə getmişlər. Onlar Pİ-nə gəldikdən sonra xidməti otaqda yenidən hansı səbəbdən saxlanılması izah edilmişdir. Polis İdarəsində onun hüquq və vəzifələrinin müdafiəsini təmin etmək məqsədilə ona vəkil təyin edilmiş, vəkil gəldikdən sonra videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarışa başlanılmış və ondan üzərində narkotik vasitə və ya psixotrop maddə olubolmadıı soruşulan zaman o, özü əynində olan olan göy rəngli cins şalvarının sağ yan cibinin üzərindəki kiçik ölçülü cibdən 2 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Ona verilən suallara cavab olaraq o üzərindən aşkar olunmuş 02 ədəd bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu, həmin maddəni tutulmazdan əvvəl tanışı Fəriddən özü istifadə etmək üçün 45 manata aldığını bildirmişdir. Bundan əlavə üzərindən heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra üərindən aşkar olunmuş iki ədəd bükümdə narkotik vasitə olan heroin ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş və çəkisinin ümumilikdə 1.01 qram olduğu müəyyən olunmuşdur. O bu çəkiyə etiraz etməmişdir. Həmin maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. O, saxlanılan zaman polis idarəsində olarkən ona qarşı hər hansı bir qanunsuz hərkəltər olmamışdır. O narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamış, yalnız özü qəbul etmişdir. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, buna görə də barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələri əldə etməsi və qanunsuz üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı yoxlamaq məqsədi ilə ondan və Sumbayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri, polis mayoru Şahid2, polis baş leytenantı X3, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 14:55 dəqiqədə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən, 13/14 saylı yaşayış binasının yaxınlığında Təqsirləndirilən şəxs, Şahid5 Firidun oğlu və Salayev Məmməd rza Teymuraz oğlu onlar tərəfindən saxlanılmışdır. Onlar özlərini təqdim edərək həmin şəxslərdən özlərini təqdim etmələrini istəmişlər. Həmin şəxslər özlərini təqdim edərək Təqsirləndirilən şəxs, Şahid5 Firidun oğlu və Salayev Məm məd rza Teymuraz oğlu olduqlarını bildirmişlər. Ceyhun nə üçün saxlanıldıqlarını soruşmuşdur. Onlar onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağım izah edərək onu Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Ceyhun və digər əri heç bir etirazlarının olmadığını bildirdilər. Bundan sonra onlar birlikdə Sumqayıt ŞPİ-rə gəlmişlər. Polis İdarəsində xidməti otaqlardan birində kriminalist Elnur Qocayev panasonik markalı videokameram işə salmışdır. Təqsirləndirilən şəxs Sumqayıt saylı vəkil bürosunun vəkili X5 təqdim olunmuşdur. O, etiraz etməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülülərin içərisində nə olduğu soruşulduqda o, bükümlərin içərisində narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükümlərə baxarkən içərisində qəhvəyi rəngli, narkotik olan heroinə bənzər maddə aşkar olunmuşdur. Təhqiqatçı ondan həmin narkotik heroir vasitə vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni tutulduğu gün tanıdığı Fərid adlı şəxsdən 45 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 02 ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlənin ümumi çəkisi 1,01 qram təşkil etmişdir. Bundan sonra narkotik vasitə olan heroinə bənzər kütlə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən başqa cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmamışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik vasitəni tutulduğu gün tanıdığı Fərid adlı şəxsdən 45 manata aldığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satmış şəxs Şahid5 Firidun oğlu Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin, NMB-nin əməkdaşı Şahid3 və X6 eyniməzmunlu ifadə verərək digər Şahid1 ifadəsini təsdiq etdilər. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 da Şahid1 ilə eyniməzmunlu ifadə vermişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid5 Firidun oğlu ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat təxminən 16 radələrində o, İran İslam Respublikasının vətəndaşı Baba adlı şəxslə telefon vasitəsi ilə əlaqə saxlamış və onun narkotik vasitəni qoyduğu yerdən narkotik vasitə olan heroini götürmüş və ona 10 qram heroinə görə 250 manat ödəmişdir. Həmin narkotik vasitənin bir hissəsini gətirib yaşadığı evdə dolabın içərisində gizlətmiş, bir hissəsini isə üzərində saxlamışdır. xx.xx.2023-cü il tarixdə saat 14:55 radələrində o, Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 13/14 saylı yaşayış binasının qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirirək onu araşdırma aparılmasından ötrü Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nə gəlmişdir. Pİ-də olan zaman ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş və o, buna etiraz etməmişdir. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri ibarədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X7 təqdim olunmuş, o, təqdim edilmiş vəkilə heç bir etiraz etmədiyini bildirmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi bildirildikdə özü əynində olan göy rəngli cins şalvarın sağ yan cibində saxlamış olduğu pulları, əynində olan qara rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 01 ədəd qara rəngli dəri kisədə olan elektron tərəzini və həmin kisədə olan 01 ədəd şəffaf sellofan bükümü təqdim etmişdir. Həmir sellofan bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan «heroin»ə bənzər maddinin olduğu aşkar edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni dünən Baba adlı İran İslam Respublikası vətəndaşından Bakı şəhəri ərazisində qoyduğunu, oraya gedərək 10 qramını 250 manata aldığını, narkotik vasitənin qalan qismini yaşadığı ünvanda saxladığını, həmin narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həm də tanıdığı şəxslərə yarım bükümünü 25 manata satmaq üçün aldığını, elektron tərəzini isə narkotik vasitənin çəkisini müəyyən etmək üçün aldığını, bu gün Ceyhun adlı şəxsə 2 büküm narkotik vasitənin 1 bükümünü 25 manata satdığını bildirmişdir. Həmin vaxt üzərindən aşkar olunmuş bir ədəd şəffaf sellofana bükülmüş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin sellofan ilə birlikdə 0,89 qram olduğu müəyyən edilmişdir. Aşkar olunmuş həmin maddə və elektron tərəzi Azərbaycan respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar edilmiş Samsung markalı mobil telefon və 2 ədəd 20 manatlıq, 2 ədəd 5 manatlıq və 2 ədəd 1 manatlıq pul əskinasları olmaqla ümumilikdə 52 manat pul əhəmiyyət kəsb etdiyindən götürülmüş, İcra və Probasiya Şöbəsi tərəfindən ona verilmiş qolbağın nəzarət aparatı əhəmiyyət kəsb etmədiyindən özünə qaytarılmışdır. Bundan sonra yaşadığı ünvana baxış keçirilməsindən ötrü həmin ünvana yollanmışlar. Onun yaşadığı ünvana polis əməkdaşları onun icazəsi ilə daxil olduqdan sonra həmin ünvana baxış keçiriləcəyi bildirilərək yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif edilmişdir. O, yaşadığı mənzilin yataq otağında girişdən sol istiqamətdə paltar dolabından sonra yerləşən güzgülü dolabın aşağı hissəsində olan qapılarını açmış və dolabın sol qapı tərəfində olan 1 ədəd Rotmans markalı siqaret qutusunu və 1 ədəd tibbi şprisi təqdim etmişdir. Həmin Rotmans markalı siqaret qutusunun içərisində 2 ədəd şəffaf sellofana bükülmüş 1 bükümün olduğu müəyyən edilmişdir. Həmin bükümün içərisində qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddənin olduğu aşkar edilmişdir. Təqdim edilmiş şpirisin içərisində qara rəngli məhlulun olduğu müəyyən edilmişdir. Sorğu zamanı təqdim etdiyi maddənin narkotik vasitə olduğunu, həmin narkotik vasitəni dünən Baba adlı İran vətəndaşından telefon vasitəsilə əlaqə saxlayaraq aldığını, həmin narkotik vasitəni Baba adlı İran vətəndaşından Bakı şəhəri ərazisində qoyduğunu, oraya gedərək 10 qramını 250 manata aldığını, narkotik vasitənin qalan qismini yaşadığı ünvanda saxladığını, həmin narkotik vasitəni həm şəxsi istifadəsi üçün, həm də tanıdığı şəxslərə yarım bükümünü 15 manata satmaq üçün aldığını, elektron tərəzini isə narkotik vasitənin çəkisinin müəyyən etmək üçün aldığını, Ceyhun adlı şəxsə 2 büküm narkotik vasitəni 1 bükümünü 25 manata sadğdığını bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş bir ədəd şəffaf sellolana bükülmüş maddə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddənin və şpris Azərbaycan Respublikası ƏN min MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİNnin 124 saylı möhürü ilə möhürlənmişdir. O, polis əməkdaşları tərəfindən saxlanılarkən Pİnə gətirilərkən ona qarşı hər hansı fiziki təsir və təzyiq göstərilməmiş, barəsində aparılan araşdırma ilə bağlı heç bir şikayət və tələbi olmamışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə, saat 14:55-də Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 13/14 saylı yaşayış binasının yaxınlıında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokollardan görünür ki, daxil olmuş məlumat əsasında saat 14:55 dəqiqədə Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 13/14 saylı binanın yaxınlığında Təqsirləndirilən şəxs əməliyyat qrupunun üzvləri tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nə gətirilmişdir. Polis İdarəsində xidməti otaqlardan birində kriminilist Elnur Qocayev panasonik markalı videokameranı işə salmışdır. Təhqiqatçı özünü təqdim etdikdən sonra şübhəli şəxs özünü təqdim edir və ona təhqiqatçı tərəfindən hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olduııur. Sonra polis əməkdaşları özlərini təqdim edirlər. Təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X4 təqdim olunur. O, vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunur. Həmin vaxt Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibinin üzərindəki kiçik ölçülü cibindən 02 ədəd şəffaf rəngli sellofan bükümləri çıxarıb təqdim edir. Təhqiqatçı bükümlərin nə olduğunu soruşur. Təqsirləndirilən şəxs isə bükümlərin içərisində «kakos» heroin olduğunu bildirir. Təhqiqatçı həmin bükümləri haradan əldə etdiyini soruşur. Təqsirləndirilən şəxs həmin naroktik vasitələri Fərid adlı şəxsdən aldığını bildirir. O, Fəridi 3-4 aydır ki, tanıdığını və ondan əvvəllər də bir neçə dəfə narkotik vasitə aldığını bildirir. Təhqiqatçı həmin narkotik vasitələri neçəyə aldığını soruşur. Təqsirləndirilən şəxs iki bükümü 45 manata aldığını və özü istifadə etmək üçün saxladığını bildirir. Bundan sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış keçirir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd qara rəngli mobil telefon aşkar olunur. Bundan sonra onun üzərindən cinayət xarakterli heç bir əşya və ya predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərə baxarkən içərisində qəhvəyi rəngli maddə olduğu görünür. Bundan sonra təhqiqatçı tərəfindən bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilir. 1-ci büküm 0,46 qram, 2-ci büküm 0,55 qram, ümumi çəkiləri isə 1,01 qram təşkil edir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etmir. Bundan sonra həmin bükümlər qablaşdırılır, möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 01 ədəd Samsung markalı mobil telefon təhqiqatçı tərəfindən qablaşdırılır. Bundan sonra təhqiqatçı qablaşdırılmış bükümlərin Məhkəmə ekspertiza mərkəzinə göndəriləcəyini və müvafiq rəy alınaraq materiala əlavə olunacağını elan edir. Sonra vəkildən sualı olub-olmadığını soruşur. Vəkil sualı olduğunu bildirir. Müdafiəçi Təqsirləndirilən şəxs neçə vaxtdır narkotik vasitələrdən istifadə etdiyini, eyni zamanda saxlanılarkən və polis idarəsinə gətirilərkən ona təzyiq olub olmadığını soruşur. Təqsirləndirilən şəxs təxminən bir ildir ki, narkotik vasitələrdən istifadə ediyini, saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı heç bir təzyiqin olmadığını bildirir. Bundan sonra videoçəkiliş dayandırılır. Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/883 saylı rəyindən görün ir ki, tədqiqata təqdim edilmiş zərfdəki 02 (iki) ədəd bükümlərdəki təmiz çəkiləri 0,478 qram, 0,305 qram, ümumi təmiz çəkisi 0,783 qram olan qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki kimyəvi komponentlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. İş materiallarında olan “Üzləşdirmə haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Şahid5 02 ədəd bükümdə narkotik vasitə olan heroini 45 manata aldığını onun üzünə qarşı demişdir. Şahid5 da üzləşdirmə zamanı Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satdığını etiraf etmişdir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 02 ədəd bükümdə heroinin ilkin ümumi təmiz çəkisi 0,783 qram olmuş, lakin tədqiqat zamanı aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,683 qram olan heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlancanbarına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı videogörüntüləri özündə əks etdirən bir ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 1181 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidiərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Məcburi müalicənin əks göstəricisi yoxdur. Ərazi narkoioji dispanserində qeydiyyjata alınması məsləhət görülür. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, ailə vəziyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs azadliqdan məhrum edilmədən də islah edilə bilər. Ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs artıq ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin olunmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 92 (doxsan iki) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0,683 qram narkotik vasitə heroin məhv edilməlidir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd disk iş materiallarında saxlanılmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə tutulmuş, 15 fevral 2023-cü il tarixdə azad olunmuşdur. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 20 (iyirmi) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdən 15 fevral 2023-cü il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 6-cı mikrorayon, Qızılqum qəsəbəsi, fərdi evi tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs 92 (doxsan iki) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyatda alınsın və ona narkomaniyadan məcburi müalicə təyin olunsun. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,683 qram narkotik vasitə heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar