Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-427/2024 24.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, X8, X4, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Şahrat oğlu, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1980-cı ildə Goranboy rayonunda doğulmuş, evli, orta təhsilli, Azərbaycan Respublikası vətəndaşı, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə şəhəri, Kəpəz rayonu, M.Y.Axundzadə küçəsi, dalan 6, ev 8 radələrində qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını aldatma və etibardan sui-istifadə etməklə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmə məqsədilə tanışı Zərərçəkmiş şəxs2 arvadı X2 Sabirabad rayon mərkəzi xəstəxanasında xadimə kimi işə düzəldəcəyinə vəd edib 15 oktyabr 2022-ci il tarixdə saat 11 radələrində Sabirabad şəhəri, H.Əliyev prospektində yerləşən Sabirabad rayon X5rşısında Zərərçəkmiş şəxs2 500 AZN pulu vəsaiti, həmin tarixdə axşam saatlarında özünə məxsus kart hesabına ünvan 2 ünvanında olan Zərərçəkmiş şəxs2 tərəfindən göndərilmiş 500 AZN pul vəsaitini, 25 yanvar 2023-cü il tarixdə saat 12:50 radələrində özünə məxsus kart hesabına ünvan 2 ünvanında olan sonuncu tərəfindən göndərilmiş 500 AZN pul vəsaiti olmaqla ümumilikdə 1500 AZN pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs2 əlilliyə görə pensiya düzəltdirəcəyini vəd edib 18 fevral 2023-cü il tarixdə saat 19:28 radələrində sonuncunun Sabirabad şəhəri, H.Əliyev prospekti 31 ünvanında yerləşən “Bazarstore” mağazasında yerləşən ’‘Milli ön” ödəmə terminalı vasitəsilə ona məxsus "xxxx" ASC tərəfindən emisiyya edilmiş kart hesabına göndərilmiş 3300 AZN pul vəsaitini aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək təkrar dələduzluq etmişdir. Bundan başqa o, təkrarən, özgənin əmlakını aldatma və etibardan sui-istifadə etmə yolu ilə vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirmək məqsədilə tanışı Zərərçəkmiş şəxs1 Şahrat oğlunun övladı Fəxrəddin Mirzəcanov barəsində Sumqayıt şəhər Məhkəməsinin qətnaməsi ilə təyin edilmiş aliment məbləğinin azaldılması ilə bağlı sonuncu tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasında baxılan zaman aliment məbləğinin azaldılacağını vəd edib 24 iyun 2023-cü il tarixdə günorta saatlarında Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan bağları, yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində sonuncudan 2000 AZN pul vəsaitini, 2023-cü ilin iyul ayının əvvəllərində həmin ünvanda 300 AZN pul vəsaitini, 17 avqust 2023-cü il tarixdə özünə məxsus kart hesabına Zərərçəkmiş şəxs1 övladı Daşqın Mirzəcanov tərəfindən göndərilmiş 100 AZN pul vəsaitini, 25 avqust 2023-cü il tarixdə saat 21:32 radələrində özünə məxsus kart hesabına Zərərçəkmiş şəxs1 tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan bağlar massivi ərazisində yerləşən marketdən “Mpay” ödəmə terminalı vasitəsilə göndərilmiş 100 AZN pul vəsaiti olmaqla ümümilikdə 2500 AZN pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə aldatma və etibardan sui-istifadə etmə yolu ilə ələ keçirərək dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, əvvəllər Bakı Hərbi Məhkəməsinin hökmü ilə təqsirli bilinərək 01 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasını Bakı İstintaq təcridxanasında çəkmişdir. 28 yanvar 2021-ci il tarixdə cəzasını çəkdikdən sonra azad olunmuşdur. Zərərçəkmiş şəxs2 əvvəllər tanımamışdır. İlqarı tanışı Ramin adlı şəxsin vasitəsilə tanımışdır. İlqar tanışı Raminin qohumudur. Belə ki, 2022-ci ilin oktyabr ayının əvvəllərində Ramin ona zəng edərək İlqar adlı bir nəfər qohumu olduğunu və onun arvadı Yasəmənin Sabirabad rayon mərkəzi xəstəxanasında xadiməçi kimi işə düzəldilməsinə köməklik edə bilmə imkanı olubolmamasını soruşmuş, o, öz növbəsində həmin şəxsi işə düzəlməsinə köməklik edə biləcəyini bildirmişdir. 15 oktyabr 2022-ci il tarixdə Sabirabad şəhərində olduğu zaman Raminlə əlaqə saxlayaraq Sabirabad rayonunda olduğunu deyərək Yasəmənin əri İlqarın mobil nömrəsini ondan almış və İlqara zəng etmişdir. Bir qədər sonra İlqarla Sabirabad rayon Mühafizə PB-nin yaxınlığında görüşmüşdür. Həmin vaxt İlqar tək gəlmişdir. O da özünün idarə etdiyi “Kia” markalı avtomobildə tək olmuşdur. Söhbət zamanı İlqar ona yoldaşı Yasəməni Sabirabad RMX-da xadimə kimi işə düzəltmək istədiyini bildirmiş, o, İlqara 1000 manat pul qarşılığında yoldaşını xadimə kimi xəstəxanada işə qəbul elətdirə biləcəyini bildirmişdir. Həmin vaxtı İlqar üzərində cəmi 500 manat pul olduğunu bildirərək həmin pulu ona verib günün sonuna qədər də qalan 500 manat pulu kart hesabına göndərəcəyini bildirmişdir. Özünə məxsus olan bank kartının üzərində olan rəqəmləri yazaraq İlqara verib pulu həmin hesaba göndərməsini bildirmişdir. Bundan sonra İlqardan ayrılmışdır. Həmin günü axşam saatlarında İlqar onun kart hesabına 500 manat pul göndərmişdir. İlqara narahat olmamasını və qısa zaman ərzində Yasəmənin işə düzəlmə məsələsini həll edəcəyini bildirmişdir. İlqar bundan sonra hər dəfə zəng etdikdə onu arxayın edərək Yasəməni işə düzəltdirəcəyini demişdir. İlqardan aldığı pulu öz şəxsi ehtiyaclarına xərcləyib qurtarmışdır. Buna baxmayaraq pul lazım olduğundan 25 yanvar 2023-cü il tarixdə İlqara zəng edərək verilən pul vəsaitinin az olduğunu və əlavə 500 manat pul lazım olduğunu bildirmişdir. İlqara həmin 500 manat pulu verdikdən bir həftə sonra arvadı Yasəmənin işə çıxacağını bildirmişdir. Həmin günü İlqar onun kart hesabına əlavə 500 manat da pul göndərmişdir. İlqardan pulu aldıqdan sonra ona tam inanıb arxayın olması üçün Sabirabad rayonuna getmişdir. İlqar ilə görüşən zaman arvadının işi ilə əlaqədar olaraq gəldiyini, xəstəxananın baş həkiminin qəbulunda olduğunu və qısa zaman ərzində arvadının işə başlayacağını bildirmişdir. İlqarla görüşüb söhbət edən zaman o xəstəliyinin olduğunu, lakin pensiya ala bilmədiyini demişdir. İlqarın xəstəliyinə görə ona pensiya düzəltdirə biləcəyini, lakin xəstəlik sənədlərinə baxmalı olduğunu demişdir. Səhəri gün İlqar ona zəng edərək xəstəlik sənədlərini gətirdiyini və Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında olduğunu bildirmiş, lakin həmin vaxt işi olduğuna görə İlqarla görüşə gedə bilməmişdir. Ona görə də tanışı Rəhim adlı şəxsdən xahiş edərək 20 Yanvar metrostasiyasının yaxınlığına gedərək bir nəfər şəxsdən sənədlərini götürməsini bildirmişdir. Rəhim ona etiraz etməmiş, İlqarla görüşüb onun xəstəlik sənədlərini alıb ona gətirib vermişdir. Həmin günü İlqarla əlaqə saxlayıb sənədlərinə baxdığını və ona ikinci qrup əliliyə görə pensiya düzəltdirə biləcəyini və buna görə 3300 manat pul lazım olduğunu bildirmişdir. İlqar onunla razılaşmış, bundan sonra özünə məxsus olan kart hesabını İlqara göndərmişdir. 18 fevral 2023-cü il tarixdə İlqar onun kart hesabına 3300 manat pul göndərmişdir. İlqarı arxayın edərək qısa vaxt ərzində hər iki məsələsini həll edəcəyini bildirmişdir. İlqara dediyi vaxt tamam olduqdan sonra İlqar ona tez-tez zəng edərək maraqlanmağa başlamış, lakin İlqardan aldığı pulları öz şəxsi ehtiyaclarına xərcləmiş və İlqara söz verdiyi heç bir işi görməmişdir. Ona görə də İlqar ondan verdiyi pulları tələb etməyə başlamışdır. Bidirir ki, İlqardan aldığı pullardan 200, 900 və 2100 manat olmaqla cəmi 3200 manat pulu geri qaytarmışdır. Qalan 1600 manat pulu isə imkanı olmadığına görə qaytara bilməmişdir. Daha sonra ona məlum olmuşdur ki, İlqar onun barəsində polisə şikayət etmişdir. Qeyd edir ki, hal-hazırda zərər çəkmiş şəxsə vumuş olduğu ziyanı tam ödəmiş, onunla barışmışdır. Bundan başqa qeyd edir ki, Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış, onun oğlu Daşqını təxminən 02 il olar tanmışdır. Belə ki, 2023 ilin iyun ayının əvvəllərində Günay adlı qız onunla əlaqə saxlayaraq özünü Daşqının arvadı kimi təqdim edib Daşqının qardaşı Fərxəddinin arvadından boşandığını və Sumqayıt şəhər Məhkəməsinin ona 2 azyaşlı övladına görə 300 manat aliment verilməsi barədə qərar qəbul etdiyini bildirərək ona köməklik edib-edə bilməyəcəyi barədə maraqlanmış, o, Günaya tanışları vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə işə köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra Daşqın və onun atası Bayraməli ilə mobil telefonda danışmış, 24 iyun 2023-cü il tarixdə günorta saatlarında Bayraməlinin zəngi əsasında onun yaşadığı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində yerləşən evinə getmişdir. Bayraməlinin danışıqlarından ona məlum olmuşdur ki, onun oğlu Fəxrəddin arvadından boşanmış və Sumqayıt Şəhər Məhkəməsi Fəxrəddinə iki uşaq üçün 300 manat aliment verilməsi barədə qərar qəbul etmişdir. Bayraməli həmin aliment məbləğinin yüksək olduğunu və aşağı salmaq istədiklərini bildirmiş, o, bu işin həll olunması üçün köməklik edəcəyini bildirmişdir. Bayraməli işin həll olunması üçün ona 2000 manat pul vermişdir. Lakin Bayraməlinin oğlunun işini danışıb həll etmək üçün adam tapa bilməmişdir. Səhəri gün Bayraməligilə gələrək onunla təkrar görüşmüş, işin həll olunması üçün əlavə 300 manat da lazım olduğunu bildirirək həmin məbləğdə pulu almış, həmin məbləği öz şəxsi ehtiyacları üçün xərcləmişdir. 16 avqust 2023-cü il tarixdə Bayraməli onunla əlaqə saxlayaraq Sumqayıt Apellyasiya Məhkəməsində baxılan işin təxirə salındığını bildirmiş və həmin gün Bayraməligildə onunla yenidən görüşmüş, işin həlli üçün əlavə 200 manat pul verməli olduğunu bildirmişdir. Bayraməli ona məxsus olan Bank kartına həmin məbləği göndərmişdir. 06 sentyabr 2023-cü il tarixdə Bayraməli ona zəng edərək oğlunun alimentlə bağlı məhkəmə işinin yekunlaşdığını və hakimin qərarı Sumqayıt Şəhər Məhkəməsinin qərarını qüvvədə saxladığını bildirərək, ona verdiyi 2500 manat pulu geri qaytarmağını tələb etmişdir. Bayraməliyə ondan aldığı 2500 manat pulu geri qaytaracağını bildirmişdir. Lakin maddi imkanı olmadığına görə pulu qaytara bilməmişdir. Hazırda zərəçəkmiş şəxslərə dəymiş ziyan tam olaraq olaraq ödənilmiş, onlarla barışmış, ona qarşı heç bir şikayət və tələbləri yoxdur. Bundan başqa, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarından dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, Fəxrəddin onun oğludur. Fəxrəddin həyat yoldaşı Turandan boşanmış, Sumqayıt Şəhər Məhkəməsinin qərarı ilə onların nikahına xitam verilmişdir. Həmçinin oğlunun 2 azyaşlı övladı olduğu üçün Məhkəmə onların hər birinə 150 manat olmaqla ümumilikdə 300 manat aliment təyin etmişdir. Oğlu məhkəmənin təyin etdiyi alimenti ödəmək gücünə malik olmadığı üçün aliment məbləğinin azaldılması ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinin çıxardığı qətnamədən apellyasiya şikayəti vermiş, işə baxılarkən tanışları Günay adlı şəxsdən oğlunun aliment məsələsi ilə bağlı Apellyasiya məhkəməsində baxılan işdə köməklik göstərə biləcək tanışının olub-olmamasını soruşduqda o, bir nəfər Prokurorluq işçisi olan Elnur adlı tanışının olduğunu deyib onun işinə köməklik edə biləcəyini demişdir. X12 zəng edərək oğlunun aliment məsələsi ilə bağlı onunla danışmış, səhərisi gün Elnur ona zəng edərək yaşadığı evə gəlmişdir. Oğlunun aliment məsələsi ilə bağlı Apellyasiya Məhkəməsində işə baxıldığını və iki uşaq üçün 300 manat məbləğində aliment kəsildiyini və həmin alimentin məbləğinin azaldılması ilə bağlı köməklik göstərməsi üçün Elnura danışmışdır. Elnur məhkəmədə alimentin məbləğinin azaldılması ilə bağlı oğluna köməklik edəcəyini bildirmiş və həmin məsələnin həlli üçün 2000 manat alacağına razılaşmışdır. Həmin gün yaşadığı evdə 2000 manat pulu Elnura vermiş, üzərindən bir həftə keçdikdən sonra Elnur ona zəng edərək verdiyi 2000 manat puldan ona heç bir məbləğdə pul qalmadığını və işin düzəlməsi müqabilində əlavə 300 manat da pul istəmişdir. Səhərisi gün həmin 300 manat pulu Elnur gəlib yaşadığı evdə ondan alıb getmişdir. xx.xx.2023-cü il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsində hakim Səyyad Qafarinin sədrliyi ilə məhkəmə prosesi baş tutmuş və məhkəmə növbəti tarixə təxirə salınmışdır. Həmin vaxt Elnur işin həlli üçün ona əlavə olaraq 200 manat da pul verməli olduğunu demiş, səhəri gün Elnurun kartına daha 200 manat pul göndərilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsində işə baxıldıqdan sonra yekunda Sumqayıt Şəhər Məhkəməsinin qətnaməsini qüvvədə saxlamış və ona məlum olmuşdur ki, Elnur oğlunun məhkəmədə olan aliment işinə köməklik edəcəyi adı ilə onu aldadıb 2500 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Bundan sonra o, Elnura zəng edib verdiyi pulu geri tələb etmişdir. Lakin Elnur ona nə pulu qaytarmış, nə də ki, telefon zənglərinə cavab verməmişdir. Buna görə də, 5-ci PB-nə ərizə ilə müraciət etmişdir. Elnura 2000 və 300 manatı yaşadığı evdə vermiş, iki yüz manaı isə Elnurun bank hesabına ödəmişdir. Zərərçəkmiş şəxs1 xx.xx.2024-cü il tarixli ərizəsindən və teleqramından görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində Zərərçəkmiş şəxs2 bildirdi ki, bir neçə dəfə onurğa sütunundan cərrahi əməliyyat olunmuş və ona L5 S1 fəqərələrinin yırtığı diaqnozu qoyulmuşdur. Əlillik almaq məqsədilə bir neçə dəfə ƏƏSMN-nin nəzdində Əlillərin Bərpa mərkəzinə müraciət etsə də, hər dəfə müraciətlərinə mənfi cavab verilmiş və ona pensiya düşmədiyi bildirilmişdir. Bundan başqa arvadı Yasəmən də işsiz olduğundan onu da işə düzəltmək üçün bir neçə quruma müraciət etsə də, onu işə düzəldə bilməmişdir. Təqsirləndirilən şəxs uzaq qohumu Ramin adlı şəxs vasitəsilə tanımışdır. Belə ki, 2022-ci ilin sentyabr ayında Ramin onlara qonaq gəlmiş, söhbət əsnasında Raminə arvadı Yasəməni işə düzəltmək istədiyini, lakin bir neçə quruma müraciət etsə də, işə düzəldə bilmədiyini bildirmişdir. Həmin vaxtı Ramin ona bir nəfər Elnur adlı tanışı olduğunu, Elnurun Baş Prokurorluğunun əməkdaşı olduğunu və ona kömək edə biləcəyini bildirmişdir. Bundan sonra 15 oktyabr 2022-ci il tarixdə Ramin ona zəng edərək Təqsirləndirilən şəxs hazırda Sabirabad rayonunda olduğunu, onun nömrəsini Elnura verdiyini və Elnurun ona zəng edəcəyini bildirmişdir. Bundan az sonra Elnur mobil nömrəsinə zəng edərək, Sabirabad şəhərində Sabirabad rayon Mühafizə PBnin yaxınlığında gözlədiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs dediyi yerə getmiş və onunla orada görüşmüşdür. Elnur ona yoldaşı Yasəməni 1000 manat pul qarşılığında Sabirabad rayon mərkəzi xəstəxanasında xadimə kimi işə düzəldəcəyini bildirmişdir. Həmin gün o, Elnura əvvəlcə 500 manat pul vermişdir. Elnur özünə məxsus bank hesabını ona verərək pulu həmin karta göndərməyini bildirmişdir. Həmin günü axşam saatlarında 500 manat pulu Elnurun ona verdiyi kart hesabına göndərmişdir. Beləliklə, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ümumilikdə 1000 manat pul vermişdir. Bundan bir neçə ay sonra, Elnur zəng edərək vəsaitin az olduğunu və əlavə olaraq 500 manat da pul verilməli olduğunu bildirmişdir. Elnur qalan 500 manat pul çatdırdıqdan sonra bir həftə ərzində Yasəmənin xadimə kimi Sabirabad RMX-da işə başlayacağını bildirmişdir. Elnurla razılaşmış və həmin gün Elnurun ona verdiyi kart hesabına əlavə olaraq 500 manat da göndərmişdir. Bundan bir neçə gün sonra Elnur yoldaşının işi ilə əlaqədar olaraq Sabirabad rayonuna gələcəyini bildirmişdir. Elnurla Sabirabad rayonunda görüşdüyü zaman söhbət özünün xəstəliyindən düşmüş, Elnur həmin xəstəliyə görə ona pensiya düzəltdirə biləcəyini bildirmişdir. Elnur xəstəliyi ilə bağlı olan sənədləri ona gətirməyini və sənədlərinə baxdıqdan sonra ona qəti söz deyəcəyini bildirmişdir. Bundan sonra özünə məxsus olan sənədləri götürərək Bakı şəhərinə gəlmiş, Elnur ilə əlaqə saxlayıb sənədləri gətirdiyini bildirmişdir. Elnur özünün işi olduğunu və bir nəfər Rəhim adlı tanışının onunla görüşmək üçün göndərəcəyini və sənədləri ona verməyini xahiş etmişdir. Bundan sonra 20 Yanvar metrostansiyasının yaxınlığında Rəhim adlı şəxslə görüşərək xəstəliyinə dair sənədləri Rəhimə vermişdir. Bundan sonra həmin günü Elnur onunla əlaqə saxlayaraq sənədlərinə baxdığını və ona ikinci qrup əliliyə görə pensiya düzəltdirə biləcəyini və bunun üçün 3300 manat pul lazım olduğunu bildirmişdir. Elnur özünə məxsus kart hesabını ona vatsap vasitəsilə göndərərək pulu həmin hesaba göndərməyini bildirmişdir. Elnurla razılaşaraq 3300 manat pulu ona göndərəcəyini bildirmişdir. 18 fevral 2023-cii il tarixdə Sabirabad şəhərində yerləşən “Bazar Store” mağazasında yerləşən Milliön aparatından Elnurun ona verdiyi kart hesabına 3300 manat pul göndərmişdir. Elnur qısa zaman ərzində həm yoldaşının işə düzəlmə məsələsini, həm də onun pensiya məsələsini həll edəcəyini bildirmişdir. Lakin Elnur dediyi vaxt tamam olduqdan sonra işləri baradə maraqlanarkən Elnur hər dəfə müxtəlif bəhanələr gətirərək vaxtı uzatmağa başlamışdır. Başa düşmüşdür ki, Elnur onu aldadır. Ona görə də verdiyi pulları geri qaytarmasını tələb etmişdir. Bundan sonra Elnur müxtəlif vaxtlarda cəmi 3200 manat pulu geri qaytarmış, qalan 1600 manat pulu geri qaytarmamışdır. Bir neçə dəfə Elnurdan qalan pulunu geri istəsə də, Elnur pulu geri qaytarmamış, bu səbəbdən DİN-nin 102 xidmətinə zəng edərək hadisə barədə məlumat vermişdir. Zərərçəkmiş şəxs2 məhkəməyə göndərdiyi xx.xx.2024-cü il tarixli teleqramından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam olaraq ödənilmiş, sonuncu ilə barışmış, bu səbəbdən ona qarşı heç bir şikayət və tələbi yoxdur, cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdikləri xüsusatları təsdiq edərək analoji ifadə vermişdir, İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “cinayət işinin başlanması haqqında” 23 oktyabr 2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 ərizəsi əsasında Suqmqayıt şəhər prokuroru tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 178.1-ci maddəsi ilə cinayət işi başlanmışdır (i.v. 1); “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 60-61) “İttiham elan etmək üçün şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v 63-64). Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2023-cü il tarixli məktubundan və həmin tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 12:10 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində saxlanılaraq PB-nə gətirilmişdir (i.v 70-71); “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 178.1-ci maddəsində göstərilən cinayət əməlini törətməkdə təqsiləndirilməsi barədə ifadəsi alınmışdır (i.v. 89-91); “qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 93-95); “cinayət təqibinin bir icraatda birləşdirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 müraciəti əsasında Sabirabad RPŞ-də toplanmış material Təqsirləndirilən şəxs barəsində CM-nin 178.1-ci maddəsi ilə olan ********* saylı cinayət işinə birləşdirilmiş və istintaqı ********* saylı statistik nömrə altında bir icraatda davam etdirilmişdir (i.v. 98-99); “Cinayət işi üzrə əməlin tövsif edilməsi barədə” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddəsinə tövsif edilmişdir (i.v. 118-119); “Zərərçəkmiş şəxs kimi tanımaq haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır (i.v. 121-122); “Qətimkan tədbirinin şərtlərini pozduğuna görə təqsirləndirilən şəxsin tutulması və barəsində axtarış elan olunması haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qətimkan tədbirinin şərtlərini pozaraq istintaqdan yayındığı üçün barəsində axtarış elan olunmuş və tutulduqdan sonra Sumqayıt ŞPİ-nin MSY-nə yerləşdirilməsi qərara alınmışdır (i.v 153-155); Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 12:10 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Şərq bazarı ərazisində saxlanılaraq PB-nə gətirilmişdir (i.v 163-164); “Qətimkan tədbirinin seçilməsi barədə” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin X7 dərhal azad edilmiş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. (i.v. 187-190); Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. Sumqayıt ŞPİ-nin 5-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və həmin tarixli “axtarışda olan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 14:30 radələrində Bakı şəhəri, Yasamal rayonu, Akademik Landau küçəsi ərazisində saxlanılaraq PB-nə gətirilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən tutularaq xx.xx.2024-cü il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Cinayət işinin materiallarında olan qəbzin surətindən görünür ki, 25 yanvar 2023-cü il tarixdə saat 12:50 radələrində birbank mobil tətbiqi vasitəsilə 416973****8533 saylı kart hesabına 500 manat pul göndərilmişdir (i.v 109); Cinayət işinin materiallarından olan qəbzin surərtindən görünür ki, 18 fevral 2023-cü il tarixdə saat 19:28-də Sabirabad şəhəri H.Əliyev prospekti 31 ünvanında yerləşən Bazar Strore mağazasında yerləşən “Milli ön” ödəmə terminalından 416973***474 saylı kart hesabına 3300 manat pul göndərilmişdir (i.v 109); Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı Hərbi Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli hökmü ilə CM-nin 178.2.1, 178.2.2, 178.2.4 və 32.4,312.2-ci maddələri ilə təqsirli bilinərək 62, 66.3-cü maddələri tətbiq edilməklə qəti olaraq 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və 28 yanvar 2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur (i.v. 132-133); Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs məhkum olunan və məhkumluğu ödənilməmiş şəxsdir. CM-nin 72-ci maddəsinin qeydinə əsasən şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Təqsirləndirilən şəxs əvvəllər CM-nin 178.2.1, 178.2.2 və 178.2.4-cu maddələri ilə cinayət məsuliyyətə cəlb olunsa da, qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyətdən azad olunmamışdır. Hazırki cinayət işi üzrə o, zərərçəkmiş şəxslərlə barışmış və onlara dəymiş ziyanı tamamilə ödəmişdir. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməsə də, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinin tələblərini yerinə yetirmiş, ona görə də qanunvericiliyin tələbinə əsasən o, məsuliyyətdən azad edilməlidir. İş materiallarında olan “qəbz”dən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə vurulmuş ziyanın 25% həcmində vəsait yəni 1825 (bir min səkkiz yüz iyirmi beş) manat ödənilmişdir. “sübutların qiymətləndirilməsi haqqında” 27 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs əməlində CM-nin 178.2.1 və 310-cu maddələrinin, Təranə Həsənova və Ramil Musayevin barələrində CM-nin 178.2.1-ci maddəsinin tərkibi olmadığından, həmin xüsusat üzrə barələrində cinayət təqibinin başlanılması rədd edilmiş, iş materiallarında saxlanılmış iş üzrə zərərçəkmiş şəxsin, təqsirləndirilən şəxsin, şahidin ifadələri sübut növü kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.193-205); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). CM-nin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə-dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenum 11 iyun 2015-ci il tarixli qərarına görə Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan suiistifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. CM-nin 73-1.2-ci maddəsinə əsasən Bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2- 1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir AR CPM-nin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir. (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Cinayət törətmiş şəxsin dövlət məcburetmə tədbirlərinə məruz qalmalı olması cinayət qanunvericiliyinin ümumi qəbul olunmuş yanaşmasıdır. Bu zaman cinayətlərin törədilməsinin qarşısını alan ən təsirli vasitə cəzanın ağırlığı deyil, onun qaçılmazlığıdır (ubi culpa est, ibi poena subesse debet). Bununla yanaşı qanunla nəzərdə tutulan bir sıra hallarda cinayət törətmiş şəxs cinayət məsuliyyətindən azad edilə bilər. (CM-nin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Pleniumun 25 iyul 2022-ci il tarixli qərarı) Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs CMnin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata həmin Məcəllənin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli, o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 30 (otuz) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla AR Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 180 (bir yüz səksən) manat məbləğində pul ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 39.1.11, 43.1.1, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Müşviq oğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-427/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-427/2024
24.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver