Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-427/2025 18.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin 17 yanvar 2025ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzasını çəkib qurtarmamış, məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Nizami küçəsi 19C,məhəllə 6-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları, nömrəsiz fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 440,00 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Ə.Naxçıvani küçəsi, ev 68-in qarşısında küçədə saxlanılaraq üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin altından geydiyi yaşıl rəngli papaqlı uzunqol köynəyin sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümdə təmiz çəkisi 440,00 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib üstündə saxlamaqla daşımış, xx.xx.2025-ci il tarixdə saat 15.56 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllədə yerləşən “Vida” mərasim evinin arxasında küçədə saxlanılaraq üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,256 qram ağ rəngli kristal şəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib üzərində saxlayaraq daşımış, 24 mart 2025-ci il tarixdə saat 17:53 radələrində Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində saxlanılaraq üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd gümüşü rəngli kağız kəsiyi bükümündə təmiz çəkisi 0,342 qram olan ağ rəngli, kristalşəkilli, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükümdə təmiz çəkisi 90,728 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış, 31 mart 2025-ci il tarixdə saat 18.36 radələrində Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllədə yerləşən 5 nömrəli yataqxananın yaxınlığında küçədə saxlanılaraq üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sağ yan cibindən bir ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükümdə təmiz çəkisi 90,728 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bundan başqa, o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,502 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış, 09 aprel 2025-ci il tarixdə saat 11:49 radələrində Sumqayıt ŞPİ-nin 1ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbiristanlığının qarşısında küçədə saxlanılaraq üzərinə baxış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan kiçik cibindən bir ədəd sellofan bükümdə təmiz çəkisi 0,502 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış narkotik vasitə heroin polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etdiyi üçün məhkum olunmuş, 2 il 3 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Narkomaniya xəstəsidir. Ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə edir. İttiham aktında göstərilən tarixlərdə öz istifadəsi üçün tanımadığı şəxslərdən hər dəfə 10 manat verib narkotik vasitə almışdır. Tarixlər müxtəlif olduğundan dəqiq tarixləri xatırlamır, lakin, istintaq zamanı hər şeyi olduğu kimi göstərmişdir. Xahiş edir ki, onun səmimi etirafını nəzərə alaraq ona yüngül cəza təyin edilsin. Məhkəmədə elan olunmaqla tədqiq olunmuş ibtidai istintaq zamanı verdiyi ifadəsində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Nizami küçəsi 19C, məhəllə 6 inzibati binasında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağları nömrəsiz fərdi evdə yaşayır. İki ildir ki, narkotik vasitədən çəkməklə istifadə edir. Narkotikə olan tələbatını ödəmək üçün müxtəlif yerlərdə, tanımadığı şəxslərdən alıb istifadə edir. Psixi pozuntusu yoxdur, dispanserdə qeydiyyatda deyil, əlilliyi yoxdur. 03 mart 2025-ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Ə.Naxçıvani küçəsi, ev 68-in qarşısında tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçiricəklərini izah etmişlər, bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan gödəkçənin altından geydiyi yaşıl rəngli papaqlı uzunqol köynəyin sağ yan cibində saxladığı qara rəngli sellofana bükülmüş vəziyyətdə nəşə deyilən yaşıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər bitki kütləsini polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında götürülmüşdür. Aşkar edilmiş həmin narkotik vasitəyə bənzər kütlə polislər tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,460 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı bildirmişdir ki, həmin bağlamanın içərisində olan bitki kütləsi nəşədir, həmin kütləni 02 mart 2025-ci il tarixdə saat 13, 14 radələrində Abşeron rayon, Novxanı qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 150 manata almışdır. Bundan başqa, xx.xx.2025-ci il tarixdə təxminən saat 15 radələrində Sumqayıt şəhəri, 18ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxa tərəfində tək piyada hərəkət edən zaman bir neçə polis əməkdaşı ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu psixotrop maddələrin, narkotik vasitələrin qanunsuz dövriyyəsində, qəbulunda və üzərində gəzdirməyində şübhəli olduğunu bildirib hüquq və vəzifələrini izah etdikdən sonra üzərinə videoçəkiliş ilə baxış keçirəcəklərini izah etmişlər. Bundan sonra üzərində qanunla qadağan edilmiş hər hansı əşyanın olub olmadığını, müsbət halda təqdim etməyini bildirmişlər. Bundan sonra o, əynində olan göy rəngli şalvarın sağ yan cibində saxladığı gümüşü rəngli kağıza bükülmüş vəziyyətdə patı deyilən psixotrop maddə metamfetamini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim etdiyi büküm videoçəkiliş altında götürülmüşdür. Aşkar edilmiş həmin bükümdə olan kütlə polislər tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,32 qram olması müəyyən olunmuş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin kütləni xx.xx.2025-ci il tarixdə səhər saatlarında Corat qəsəbəsində olan zaman tanımadığı bir şəxsdən 10 manata almışdır. Daha sonra onu müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Bölməyə gəldikdən sonra videoçəkiliş ilə ona hüquq və vəzifələri izah edilmiş, bu barədə bildiriş və müdafiəçi təqdim edilmişdir. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış kütlə videoçəkiliş altında təqdim olunmuşdur. Daha sonra üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırlmış kütləyə təhqiqatçı tərəfindən baxış keçirilmiş və yenidən qablaşdırılaraq möhürlənmişdir. Bundan başqa, 24 mart 2025-ci il tarixdə, səhər saatlarında Novxanı ərazisində olarkən tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümündə “patı”, yəni psixotrop maddə metamfetamin almışdır. Bədənində ağrı olmadığından əldə etdiyi 01 ədəd bükümdəki metamfetamini əynindəki şalvarın sağ yan kiçik cibinə qoyub oradan uzaqlaşmışdır. Həmin tarixdə bədənində ağrılar başladığından əldə etdiyi metamfetamindən istifadə etmək qərarına gəlmiş və yaşadığı ünvanı tərk etmişdir. Əldə etdiyi psixotrop maddə metamfetamini əynindəki şalvarın sağ yan kiçik cibində saxlayıb daşımışdır. Belə ki, həmin tarixdə, saat 17 radələrində metamfetamindən istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində yerləşən fərdi yaşayış evlərinin olduğu ərazidə küçə boyu piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o da əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd gümüşü rəngli siqaret kağızı bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində “patı”, yəni psixotrop maddə metamfetamin olduğunu, həmin gün, yəni 24 mart 2025-ci il tarixdə, səhər saatlarında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümündə psixotrop maddə metamfetamin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,48 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənib imzalanmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirakı ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o, bir daha həmin kütlənin patı olduğunu şəxsi istifadəsi üçün 10 manata Novxanı ərazisində tanımadığı şəxsdən əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, yenidən qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin özünə məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Bundan başqa, 31 mart 2025-ci il tarixdə, səhər saatlarında Corat qəsəbəsində olarkən tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 100 manata 01 ədəd üzəri yapışqan lentlə sarılmış qara rəngli sellofan bükümdə “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana alıb, əynindəki gödəkcənin sağ yan cibində qoymuş və oradan uzaqlaşmışdır. Bədənində ağrı olduğundan əldə etdiyi marixuanadan istifadə etmək istəyirmiş, lakin şübhə çəkməməkdən ötrü axşam saatlarını gözləmişdir. Belə ki, həmin tarixdə, saat 18 radələrində marixuanadan istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, 15-ci məhəllədə, 5 nömrəli yataqxananın yaxınlığında piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək saxlamaqda məqsədlərini, üzərinə baxış keçirmək istədiklərini izah etmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o da əynindəki gödəkcənin sağ yan kiçik cibindən 01 ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində “nəşə”, yəni narkotik vasitə qurudulmuş marixuana olduğunu, həmin gün, yəni 31mart 2025-ci il tarixdə, səhər saatlarında tanımadığı şəxsdən 100 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümündə narkotik vasitə qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 105 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənib imzalanmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o bir daha həmin kütlənin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 100 manata Corat qəsəbəsində tanımadığı şəxsdən əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, ekspertizaya təqdim olunması üçün yenidən qablaşdırılmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ona məxsusdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən qanunsuz olaraq əldə etmişdir. Bundan başqa, 09 aprel 2025-ci il tarixdə, səhər saatlarında Novxanı qəsəbəsində olarkən tanımadığı bir şəxsdən şəxsi istifadəsi üçün 10 manata 01 ədəd sellofan bükümdə “kakos”, yəni narkotik vasitə heroini alıb, əynindəki şalvarın sağ yan kiçik cibində qoymuş və oradan uzaqlaşmışdır. Bədənində ağrı olduğundan həmin tarixdə, saat 11 radələrində “kakos”dan istifadə edə biləcəyi sakit bir yer axtarmaq məqsədi ilə Sumqayıt şəhəri, Corat qəsəbəsində Corat qəbiristanlığının qarşısı ilə piyada hərəkətdə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmışlar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək üzərində narkotik vasitə gəzdirməyi barədə şübhələr olduğunu deyib, üzərinin yoxlanılacağını bildirmişlər. Yoxlamazdan əvvəl ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o da əynindəki şalvarın sağ yan kiçik cibindən 01 ədəd sellofan bükümü çıxarıb təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd bükümün içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu, 10 manata şəxsi istifadəsi üçün aldığını demişdir. Üzərində yoxlanılan zamanı başqa cinayət xarakterli əşya aşkar olunmamışdır. Aşkar olunaraq götürülmüş 01 ədəd bükümdə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,72 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılaraq möhürlənib imzalanmışdır. Daha sonra birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasına gəlmişlər. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Müdafiəçinin iştirak ilə yenidən üzərindən aşkar olunmuş bükümə baxılmış və o bir daha həmin kütlənin “kakos” olduğunu və özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 10 manata tanımadığı şəxsdən Novxanı qəsəbəsində əldə etdiyini bildirmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş, yenidən qablaşdırılmışdır. İfadəyə əlavə olaraq qeyd etmişdir ki, narkotik vasitə, psixotrop maddə istifadə etdiyini etiraf edir, həmin narkotik vasitəni, psixotrop maddəni almaqda məqsədi özü istifadə etmək olmuş, satmaq niyyəti olmamışdır. Təqsirləndirilən şəxs təqsirli olması özünün ibtidai istintaq zamanı və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili X21 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmiş, xx.xx.2025ci il tarixdə saat 17 radələrində Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Ə.Naxçıvani küçəsi, ev 68-in qarşısında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, sorğu-sual zamanı əynində olan köynəyin sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxarıb təqdim etmişdir. Həmin büküm açılmış, içərisində spesifik iyə malik qurudulmuş ot kütləsi var idi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə nəşə deyilən narkotik vasitə qurudulmuş marixuanadır, həmin kütləni şəxsi istifadəsi üçün bir gün əvvəl Novxanı qəsəbəsi ərazisində olan zaman tanımadığı bir şəxsdən 150 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Bununla bağlı ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PBnə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid9 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmiş, xx.xx.2025-ci il tarixdə saat 15.56 radələrində Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən Vida mərasim evinin arxa tərəfində küçədə Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmışdır. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü təqdim etmişdir. Həmin büküm açılmış, içərisində ağ rəngli kütlə var idi. Sorğu zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümdə şüşə deyilən psixotrop maddə metamfetamindir, həmin kütləni şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Corat qəsəbəsində tanımadığı bir şəxsdən 10 manata almışdır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilmişdir. Bununla bağlı istintaq zamanı verdiyi ifadəsini tam təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili X22 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17.53 radələrində Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində Təqsirləndirilən şəxs saxlamışlar. Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində patı deyilən psixotrop maddə metamfetamin vardır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəzidə çəkilmiş, çəkisinin 0,48 qram olması müəyyən olunmuşdur. Sonra isə həmin büküm müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, orada təhqiqatçı tərəfindən müvafiq sənədləşmə aparılmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı Sahibov X13 Nicat Əli oğlu ilə eyni məzmunda ifadə vermişlər. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili Şahid11 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18:36 radələrində Sumqayıt şəhəri, 15-ci məhəllə, 5 saylı yataqxananın yaxınlığında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılmış, Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli bükümü çıxardaraq təqdim etmiş. Həmin bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində narkotik vasitə qurudulmuş marixuana vardır. Təqdim edilmiş kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəzidə çəkilmiş, çəkisinin 0,105,33 qram olması müəyyən olunmuşdur. Sonra isə həmin büküm müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşmə aparılması üçün təhqiqatçıya təqdim olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid12 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 11:49 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində qəbristanlığın qarşısında Təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Üzərində qadağan olunmuş əşya olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümün nə olduğunu soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin bükümün içərisində kakos deyilən narkotik vasitə heroin vardır. Təqdim edilmiş narkotik vasitəyə bənzər kütlə videoçəkiliş altında götürülmüş, elektron tərəzidə çəkilmiş, çəkisinin 0,72 qram olması müəyyən olunmuşdur. Sonra isə həmin büküm müvafiq qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs müvafiq sənədləşdirmə işlərinin aparılması üçün üzərindən götürülmüş maddi sübut ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid13 Şahid14 ifadəsi ilə eyni məzmunda ifadə vermişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X5 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X16 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan qara rəngli sellofan bükümdə nəşə deyilən narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. Həmin qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılmış, içərisində qara rəngli sellofana bükülmüş bükümdə olan kütlə yenidən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,479 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin qara rəngli sellofana bükülmüş kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Kotec qəsəbəsi, Ə.Naxçıvani küçəsi, ev 68-in qarşısında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub-olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli gödəkçənin altından geydiyi yaşıl rəngli papaqlı uzunqol köynəyin sağ yan cibindən bir ədəd qara rəngli sellofan bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə nəşə deyilən narkotik vasitə qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin sellofan bükümdə olan kütləyə baxış keçirilmiş, sellofan içində olan kütlə ilə bir yerdə elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisi 0,460 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru X10 tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X16 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan qara rəngli sellofan bükümdə nəşə deyilən narkotik vasitə qurudulmuş marixuananı təqdim etmiş, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. Həmin qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılmış, içərisində qara rəngli sellofana bükülmüş bükümdə olan kütlə yenidən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,479 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin qara rəngli sellofana bükülmüş kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair ” prorokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 11 mart 2025-ci il tarixdə saat 15:56 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə patı deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümdə olan kütləyə baxış keçirilmiş, sonra isə elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisi 0,32 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “təqdim olunmuş əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİnin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan kağız bükümdə patı deyilən psixotrop maddə metamfetamini təqdim etmiş, həmin psixotrop maddə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 15:56 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 18-ci məhəllə ərazisində yerləşən “Vida” mərasim evinin arxasında küçədə saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər. Hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə patı deyilən psixotrop maddə metamfetamin olduğunu bildirmişdir. Həmin bükümdə olan kütləyə baxış keçirilmiş, sonra isə elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisi 0,32 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X8 tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi X6 təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan kağız bükümdə patı deyilən psixotrop maddə metamfetamini təqdim etmiş, həmin psixotrop maddə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin xx.xx.2025-ci il tarixli “əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 24 mart 2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə şüşə deyilən psixotrop maddə olduğunu bildirmişdir. Həmin kağız bükümdə olan kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı, polis kapitanı X11 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan bükümdə şüşə deyilən psixotrop maddə metamfetamini təqdim etmiş, həmin psixotrop maddə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİnin 4-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. Həmin qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılmış, içərisində bükümdə olan kütlə yenidən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Köhnə Kotec qəsəbəsi, Çexov küçəsində saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər. Hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər, Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağız bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə şüşə deyilən psixotrop maddə olduğunu bildirmişdir. Həmin kağız bükümdə olan kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan bükümdə şüşə deyilən psixotrop maddə metamfetamini təqdim etmiş, həmin psixotrop maddə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. Həmin qablaşdırılmış zərf təhqiqatçı tərəfindən açılmış, içərisində bükümdə olan kütlə yenidən elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 0,52 qram olması müəyyən edilmişdir. Bundan sonra həmin kütlə təhqiqatçı tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin “əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, 5 saylı yataqxananın yaxınlığında küçəsində saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə nəşə deyilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümdə olan kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisinin 105,33 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis baş leytenantı X2 tərtib etdiyi xx.xx.2025-ci il tarixli tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan bükümdə nəşə deyilən qurudulmuş marixuana təqdim etmiş, həmin kütlə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. Həmin qablaşdırılmış zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində xx.xx.2025-ci il tarixdə saat 18 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 15-ci məhəllə, 5 saylı yataqxananın yaxınlığında küçəsində saxlanmış, polis əməkdaşları özlərini təqdim etmiş, saxlamaqda məqsədlərini izah etmişlər, hüquq və vəzifələrini izah etdikdən sonra videoçəkiliş ilə üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş, sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan edilmiş əşyanın olub olmadığını soruşduqda Təqsirləndirilən şəxs əynində olan qısaqol gödəkçənin sağ yan cibindən bir ədəd qara rəngli bükümü çıxardaraq təqdim etmişdir. Həmin bükümdə nə olduğunu soruşduqda həmin bükümdə nəşə deyilən qurudulmuş marixuana olduğunu bildirmişdir. Həmin bükümdə olan kütləyə baxış keçirilmiş, elektron tərəzidə çəkilmiş və bükümün ümumi çəkisinin 105,33 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş həmin büküm polis əməkdaşları tərəfindən qablaşdırılmış, möhürlənmiş, zərfin üzəri iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə baxış keçirilmiş, baxış zamanı qanunsuz əşya, predmet aşkar edilməmiş, sonra isə Təqsirləndirilən şəxs ilə bir yerdə araşdırmanın davam etdirilməsi üçün Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gəlmişlər. Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirildikdən sonra bölmədə xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməmişdən əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarını müdafiə edən müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, polis əməkdaşları tərəfindən saxlanıldığı vaxtda və yerdə üzərində olan bükümdə nəşə deyilən qurudulmuş marixuana təqdim etmiş, həmin kütlə polis əməkdaşları tərəfindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Bundan sonra baxışda iştirak edən Sumqayıt ŞPİnin 3-cü PB-nin əməkdaşı üzərində müvafiq qeydlər aparılmış və möhürlənmiş bir ədəd zərfi təqdim etmişdir. Həmin qablaşdırılmış zərfə təhqiqatçı tərəfindən baxış keçirilmişdir. Bu barədə protokol tərtib olunaraq iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin “əməliyyat axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan göründüyü kimi, 09 aprel 2025-ci il tarixdə, saat 11:49 radəlrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbiristanlığının qarşısında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitə üzərində gəzdirməsində şübhəli olduğu bildirilmiş, üzəri yoxlanılmazdan əvvəl qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. N. Abbasov əynindəki şalvarın sağ kiçik yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edərək, həmin bükümdəki kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhərində 10 manata əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə polis əməkdaşı tərəfindən çəkilmiş və çəkisi 0,72 qram olmuşdur. Daha sonra büküm zərfə qoyulub, qablaşdırılaraq götürülmüşdür. İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı X9 tərtib etdiyi xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan göründüyü kimi, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Şahmar Səfərov tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış, zərfdəki kütləyə baxılmış, Təqsirləndirilən şəxs zərfdəki bükümün özü tərəfindən təqdim edildiyini, bükümdəki kütlənin “kakos” olduğunu, Abşeron rayonu, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən zor tədbiq olunmadığını bildirmişdir. Həmçinin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,69 qram müəyyən edilmişdir. Büküm yenidən qablaşdırılaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. İş materiallarına əlavə edilmiş DVD diskə baxış keçirilməsi haqqında protokoldan göründüyü kimi, 09 aprel 2025-ci il tarixdə, saat 11:49 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Corat qəbristanlığının qarşısında polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılmış, Təqsirləndirilən şəxs narkotik vasitə üzərində gəzdirməsində şübhəli olduğu bildirilmiş, üzəri yoxlanılmazdan əvvəl qanunla qadağan edilmiş əşya vardırsa təqdim etməsi təklif olunmuşdur. N. Abbasov əynindəki şalvarın sağ kiçik yan cibindən 01 ədəd sellofan büküm çıxarıb təqdim edərək, həmin bükümdəki kütlənin “kakos”, yəni narkotik vasitə heroin olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən Bakı şəhərində 10 manata əldə etdiyini, satışı ilə məşğul olmadığını bildirmişdir. Təqdim edilmiş kütlə elektron tərəzidə polis əməkdaşı tərəfindən çəkilmiş və çəkisi 0,72 qram olmuşdur. Daha sonra büküm zərfə qoyulub, qablaşdırılaraq götürülmüşdür. Digər 01 ədəd diskə daxil olduqda isə orada «WhatsApp Video 2025-04-09 at 14.06.33» adlı fayl olduğu müəyyən edilir. Həmin faylda 04 dəqiqə 19 saniyə müddətində olan videogörüntü vardır. Həmin videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasındakı xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Şahmar Səfərov tərəfindən Təqsirləndirilən şəxs, sonuncunun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhəri 1 saylı vəkil bürosunun vəkili X3 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə qablaşdırılaraq götürülmüş zərf yenidən açılmış, zərfdəki kütləyə baxılmış, Təqsirləndirilən şəxs zərfdəki bükümün özü tərəfindən təqdim edildiyini, bükümdəki kütlənin “kakos” olduğunu, Abşeron rayonu, Novxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən zor tədbiq olunmadığını bildirmişdir. Həmçinin büküm elektron tərəzidə çəkilmiş, çəkisi 0,69 qram müəyyən edilmişdir. Büküm yenidən qablaşdırılaraq ekspertizaya təqdim edilməsindən ötrü götürülmüşdür. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2-7\382\2025 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş ağ kağız üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş...” sözləri yazılmış sellofan bağlamada olan skoçla bağlanmış bir ədəd qara rəngli sellofanda təmiz çəkisi 440,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20\66\2025 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd büküm...” sözlər və imzalar kağız paketdəki, 01 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,256 qram ağ rəngli kristalşəkilli maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20\117V2025 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 128 ” möhür əksi, “vət.Təqsirləndirilən şəxs üzərindən götürülmüş narkotik maddə \imza\; Müdafiəçi E.\imza\; Tərtib etdi: Təhqiqatçı \imza\ V.Quliyev ” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,342 qram olan ağ rəngli, kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə bioloji ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20U56Y2025 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş: AR DİN “Zərflər üçün № 127 ” möhür əksi, “vət. Təqsirləndirilən şəxs üzərindən götürülmüş 01 ədəd bükümdə marixuanaya bənzər kütlə; 01) vət. \imza\ N. Abbasov; 02) vəkil \imza\ S.Sədirxanov; 03) \imza\ Şahid8; 04) \imza\ Şahid11; 05) \imza\ Şahid10; Tərtib etdi: Təhqiqatçı \imza\ C.İsgəndərli ” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 90,728 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddə olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş üzrə təyin olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli 3-16-16\2- 20\177\2025 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində: AR DİN “Zərflər üçün № 125” möhür əksi, “Tutulan şəxs \imza\ Təqsirləndirilən şəxs; vəkil \imza\ Müseyib Məhərrəmov; ə\m \imza\ Şahid14; ə\m \imza\ Şahid12; ə\m \imza\ E.Əhmədov; Tərtib etdi Təh. \imza\ Ş.Səfərov” əl yazıları olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi: 0,501 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş üzrə təyin edilmiş MTE-nın xx.xx.2025-ci il tarixli 277 saylı rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət aşkar olunmamışdır. İş üzrə təyin edilmiş narkoloji ekspertizanın xx.xx.2025-ci il tarixli 1314 saylı rəyindən göründüyü kimi, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan tələbnamədən və məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 2 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Sumqayıt şəhər Probasiya Şöbəsindən daxil olumş 18 iyun 2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü 07 fevral 2025-ci il tarixdə qanuni qüvvəyə minmiş, hökmün icrası barədə göstəriş 05 mart 2025-ci il tarixdə Sumqayıt şəhər Probasiya şöbəsinə daxil olmuş, məhkum Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdən probasiya şöbəsində qeydiyyata götürülmüşdür. Məhkum Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdə yenidən CM-in 234.1-ci maddəsi ilə cinayət əməli törətdiyindən barəsində üç ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, ona tətbiq edilmiş elektron avadanlıqlar deaktivasiya edilmiş və açılaraq geri alınmışdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 ay 3 gününü çəkmiş, 2 il 1 ay 23 gün hissəsi çəkilməmiş qalmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 02 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 13 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barədə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 24 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 26 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 31 mart 2025-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, 02 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barədə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarından görünür ki, 10 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbsetmənin əvvəli 09 aprel 2025-ci il tarixdən hesablanmaqla 2 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Cinayət işində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 332 (üç yüz otuz iki) manat müəyyən edilmişdir. Cinayət işinin 169-1189-ci vərəqələrində olan 15 may 2025-ci il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 439,95 qram qurudulmuş marixuana, 0,206 qram psixotrop maddə olan metamfetamin, 90,628 qram qurudulmuş marixuana, 0,292 qram psixotrop maddə olan metamfetamin, 0,452 qram narkotik vasitə olan heroin və 0,384 qram metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs Elman oğlunun üzərində şəxsi axtarış keçirilən zaman qeydə alınmış video görünütləri əks etdirən 09 ədəd DVD disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 1-ci cild 79-85-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-178/2025 saylı, 17 yanvar 2025-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş dir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə onun satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmiş və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddələrinə əsasən CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini təkrar-5 dəfə törətməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. İş materiallarında olan məhkəmə hökmündən görünür ki, Təqsirləndirilən şəxsr oğlu Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək həmin Məcəələnin 69.3-cü maddəsinə əsasən 02 (iki) il 02 (iki) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt Şəhər Probasiya Şöbəsinin 18 iyun 2025-ci il tarixli 21-2/3-3715 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının 1 ay 3 gün hissəsini çəkmiş, 2 il 1 ay 23 gün hissəsini çəkməmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-in 67.1-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməli, çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi hazırki hökm üzrə təyin edilmiş cəzaya tam birləşdirilməlidir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, ağırlaşdırıcı və yüngülləşdirici halları, təqsirləndirilən şəxsin əvvəllər eyni xarakterli cinayət əməlinə görə azadlığın məhdudlaşdırılması cazasına məhkum edilməsinə baxmayaraq həmin cəzanı çəkib qurtarmadan yenidən eyni xarakterli cinayət əməli törətməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2025-ci ildən 04 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, 11 mart 2025-ci ildən 13 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, 24 mart 2025-ci ildən 26 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, 31 mart 2025-ci ildən 02 aprel 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün,ümumilikdə 8 gün ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı barəsində həbs qətimkan tədbiri seçildiyi vaxtdan, yəni 09 aprel 2025-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X4 ekspert komissiyasının 05 mart 2025-ci il tarixli 13141 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Sumqayıt şəhəri NM-də (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Ona görə də onun barəsində narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 439,95 qram qurudulmuş marixuana, 0,206 qram psixotrop maddə olan metamfetamin, 90,628 qram qurudulmuş marixuana, 0,292 qram psixotrop maddə olan metamfetamin, 0,452 qram narkotik vasitə olan heroin və 0,384 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübut olan 09 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı və iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 332 (üç yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin ibtidai istintaqda və məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara və AzərbaycanRespublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 17 yanvar 2025-ci il tarixli hökmü ilə CM-in 234.1-ci maddəsi ilə təyin edilmiş 2 il 2 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 2 il 1 ay 23 günü CM-in 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər tutulmaqla cəmi 1 il 26 gün hazırki hökmlə təyin edilmiş 1 il 6 ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti olaraq 2 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 02 mart 2025-ci ildən 04 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, 11 mart 2025-ci ildən 13 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, 24 mart 2025-ci ildən 26 mart 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, 31 mart 2025-ci ildən 02 aprel 2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu 2 gün, cəmi- 8 gün təyin olunmuş 2 il müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs barəsində narkomaniyalan məcbüri müalicə təyin edilsin və onun ərazi narkoloji dispanserdə qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 439,95 qram qurudulmuş marixuana, 0,206 qram psixotrop maddə olan metamfetamin, 90,628 qram qurudulmuş marixuana, 0,292 qram psixotrop maddə olan metamfetamin, 0,452 qram narkotik vasitə olan heroin və 0,384 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 09 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 332 (üç yüz otuz iki) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 154 (yüz əlli dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-427/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-427/2025
18.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver