Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-428/2022 12.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1975-ci ildə Kəlbəcər rayonu. İstisu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, əvvəllər məhkuml olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, məhkumluğu olan, ünvan 3 ünvanında qeydiyyatda olmaqla ünvan 2, barəsində “polisin nəzarəti altina vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Sumqayıt Sukanal İdarəsinin balansında olan nasosxananın nəzarətsiz olmasından istifadə edərək nasosxananın dəmir qapısının üzərində olan boltu burub açmaqla içəri daxil olaraq 1999-cu il istehsalı, dəyəri 2000 (iki) manat olan 01 (bir) ədəd 40 kvt 1500 d/dəq mühərriki, təxmini 2001-ci il istehsalı, dəyəri 100 (bir yüz) manat olan 01 (bir) ədəd 160A maqnit işəsalıcım, 2021-ci il istehsalı, dəyəri 60 (altmış) manat olan 01 (bir) ədəd 6 barlıq manometri və AVR 4x23 ölçüdə 02 (iki) metr uzunluğunda, dəyəri 20 (iyirmi) manat olan kabel xətlərini gizli talayaraq, ümumılıkdə idarəyə 2180,00 (iki min yüz səksən) manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, S.Vurğun küçəsi, Metallurq sanatoriyası ərazisində yerləşən Zərərçəkmiş şəxs3 məxsus, sonuncunun əvvəllər dərzi sexi olaraq istifadə etdiyi dəmir vaqonun qapısındakı kiçik ölçülü kilidi yerdən tapdığı dəmir parçası ilə sındıraraq həmin vaqona qanunsuz daxil olub, oradan Zərərçəkmiş şəxs3 məxsus 2018-ci ildə alınmış, dəyəri 180 (bir yüz səksən) manat olan 01 (bir) ədəd Elegance firmasına məxsus müxtəlif ölçülü qazan dəsti, dəyəri 100 (bir yüz) manat olan 01 (bir) ədəd stolüstü “Noble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab çaydan fincan dəsti, dəyəri 90 (doxsan) manat olan Mega markalı, MMG 303 model, 2500 V elektrik ətçəkən maşını, dəyəri 80 (səksən) manat olan Mega markalı, MMG 302 model, 2000 V elektrik ətçəkən maşını, dəyəri 120 (bir yüz iyirmi) manat olan 01 (bir) ədəd “Blue house big cook 8 in1 funksiyalı”elekıik qazanı, dəyəri 125 (bir yüz iyirmi beş) manat olan 01 (bir) ədəd 1 x 0.5 metr ölçülü aspirator, dəyəri 50 (əlli) manat olan 01 (bir) ədəd elektrik çaydan, dəyəri 20 (iyirmi) manat olan 01 (bir) ədəd mikser, dəyəri 130 (bir yüz otuz) manat olan 01 (bir) ədəd Türkiyə istehsalı olan 3 litrlik çuqun materialından çaydan və üzərində dəm çaydanı olan dəst, dəyəri 300 (üç yüz) manal olan 01(bir) ədəd “Çayka” firmasına məxsus elektrik tikiş maşını, dəyəri 50 (əlli) manat olan 01 (bir) ədəd işlənmiş “Çinar” firmasına məxsus soyuducunun işlənmiş matoru, dəyəri 150 (bir yüz əlli) manat olan 01 (bir) ədəd undan xəmir hazırlayan soban, dəyəri 40 (qırx) manat olan 02 (iki) ədəd “xrustal” şüşə gəmişəkilli meyvə qabı, dəyəri 20 (iyirmi) manat olan 01 (bir) ədəd qulplu dəmir sini, dəyəri 30 (otuz) manat olan 01 (bir) ədəd “Boss” firmasına məxsus 20 litrlik nejavika materialından olan qazanı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1735 (bir min yeddi yüz otuz beş) manat maddi ziyan vuraraq oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaqla ələ keçirmək məqsədilə xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində Zərərçəkmiş şəxs1 yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi evin arxa hissəsindəki plastik pəncərəni açaraq evə qanunsuz daxil olmuş, evdə heç kəsin olmamasından istifadə edərək dəyəri 30 (otuz) manat olan Tefal markalı çaydan, dəyəri 45 (qırx beş) manat olan Gepas markalı ətçəkən maşın, dəyəri 50 (əlli) manat olan “Beko” markalı sokçəkən maşın, dəyəri 20 (iyirmi) manat olan 01 (bir) ədəd Sinbo markalı qozçəkən maşın, dəyəri 20 (iyirmi) manat olan 01 (bir) ədəd Sinbo markalı mikser, dəyəri 20 (iyirmi) manat olan 02 (iki) ədəd səs ucaldan mikrafon, dəyəri 40 (qırx) manat olan 01 (bir) ədəd Aqadel markalı su matoru, dəyəri 200 (iki yüz) manat olan 01 (bir) ədəd Aqadel markah su qızdırıcı, dəyəri 20 (iyirmi) manat olan TP link markalı internet modern, dəyəri 05 (beş) manat olan Panasonic markalı ev telefonu, dəyəri 20 (iyirmi) manat olan Tefal markalı elektron samovar dəmliyi, dəyəri 20 (iyirmi) manat olan Tefal markalı çaydana məxsus dəmlik, dəyəri 40 (qırx) manat olan 02 (iki) ədəd “Star Maks” markalı rəqəmsal televizor antenası, dəyəri 200 (iki yüz) manat və Çexiya istehsalı olan xrustal qab-qacaq dəsti, dəyəri 50 (əlli) manat olan Kenvud markalı çörək bişirən elektron aparat, dəyəri 50 (əlli) manat olan 02 (iki) ədəd sadə sintifon, dəyəri 350 (üç yüz əlli) manat olan 07 (yeddi) ədəd yerli xalça, dəyəri 45 (qırx beş) manat olan 03 (üç) ədəd kiçik xalça, dəyəri 200 (iki yüz) manat olan 02 (iki) ədəd yorğan-döşək dəstləri, dəyəri 120 (bir yüz iyirmi) manat olan 03 (üç) ədəd qutuda istifadə olunmamış yataq örtüyü, dəyəri 30 (otuz) manat olan 02 (iki) ədəd Adidas markalı çanta, dəyəri 10 (on) manat olan 01 (bir) ədəd qırmızı rəngli çamadan, dəyəri 50 (əlli) manat olan 05 (beş) ədəd göy rəngli kişi cins şalvarı, dəyəri 50 (əlli) manat olan 05 (beş) ədəd sadə kişi jaketi, dəyəri 40 (qırx) manat olan 04 (dörd) ədəd sadə qadın jaketi, dəyəri 15 (on beş) manat olan 01 (bir) ədəd qara rəngli paça gödəkçə oğurlayaraq Zərərçəkmiş şəxs1 qızma ümumilikdə 1740 (bir min yeddi yüz qırx) manat dəyərində maddi ziyan vuraraq oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2021-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhəri, 26-cı məhəllədə yerləşən Sumqayıt Sukanal İdarəsinin balansında olan nasosxananın nəzarətsiz olmasından istifadə edərək nasosxananın dəmir qapısının üzərində olan boltu burub açmaqla içəri daxil olaraq 1999-cu il istehsalı, dəyəri 2000 (iki) manat olan 01 (bir) ədəd 40 kvt 1500 d/dəq mühərriki, təxmini 2001-ci il istehsalı, dəyəri 100 (bir yüz) manat olan 01 (bir) ədəd 160A maqnit işəsalıcım, 2021-ci il istehsalı, dəyəri 60 (altmış) manat olan 01 (bir) ədəd 6 barlıq manometri və AVR 4x23 ölçüdə 02 (iki) metr uzunluğunda, dəyəri 20 (iyirmi) manat olan kabel xətlərini gizli talayaraq ümumilikdə idarəyə 2180,00 (iki min yüz səksən manat) manat maddi ziyan x urmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 09 dekabr 2021-ci il tarixdə saat 19:00 radələrində onunla qonşuluqda yaşayan təxminən 05 (beş) ildir ki, tanıdığı Alik adlı şəxsi Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Şəfqət” klinikasının yaxınlığında görmüş və Alik onu yanına çağırmışdır. Alik ona dəmir metal olduğunu və metal məntəqəsinə təhvil vermək lazım olduğunu demişdir. Alik ona həmin yerin “Şəfqət” klinikası ilə üzbəüz yerləşən 26-cı məhəllədəki qarajların yanında olduğunu bildirir. O, Aliklə həmin yerə getmiş, həmin yerin alçaqda kiçik tikili olduğunu, göy qapısının bağlı olduğunu görmüş və həmin yerin yaxınlığında yaşadığı üçün oranın nasosxana olduğunu başa düşmüşdür. O, Alikə oranın nasosxana olduğunu və oradan evlərə su vurulduğunu demişdir. Alik isə oranın köhnə olduğunu və işləmədiyini bildirmişdir. Alik göy qapının ağzında olan dəmir boltu əli ilə buraraq açmışdır. Onlar içəri girmişlər. Onlar içəri girərək oraya baxmış və açmaq üçün açar lazım olduğunu görmüşlər. Təxminən 01 (bir) saatdan sonra açar götürüb oraya gəlmişlər. Onlar orada olan su nasosunun matorunun boltlarını açmışlar. Həmin mator ağır olduğundan gücləri onu qaldırmağa çatmamışdır. Onlar həmin matoru Aliklə köməkləşib bir az qabağa çəkmişlər. Həmin vaxt saat təxminən 23:00 radələri olduğunu bildirmişdir. Onlar birlikdə həmin matoru qaldıraraq qarajların yanında olan arabaya qoyaraq 8 nömrəli məktəbin yaxınlığında yerləşən qarajların arxasına qoymuşlar və daha sonra oranı tərk edərək evlərinə getmişlər. O, səhər 08:00 radələrində həmin matoru qoyduqları yerə gəlmiş və orada Alikin olduğunu görmüşdür. Sonra nasosxanadan oğurladıqları matoru metal məntəqəsinə anarmaq üçün maşın axlarmağa başlamışlar. O oradan bir az aralaşmış və yolun kənarında taksi görmüşdür. Sürücü ilə danışan zaman matorun olduğunu və onu metal qəbulu məntəqəsinə aparmaq istədiyini bildirmişdir. Həmin şəxs isə ona matoru aparacağını və qarşılığında 10 (on) manat pul alacağını demişdir. Onlar razılaşmışlar və matoru "Toyoto Prius” markalı avtomobilə qoymuşlar. Daha sonra o və Alik, maşını idarə edən tanımadıqları sürücü Sumqayıt şəhəri, “Metallurq” küçəsində yerləşən metal məntəqəsinə gəlmişlər. Onlar matoru 325 (üç yüz iyirmi beş) manata satmışlar. Həmin pulun 10 (on) manatını matoru sökən ustaya, 10 (on) manatını onları oraya gətirən tanımadıqları sürücüyə vermişlər. Yerdə qalan 305 (üç yüz beş) manatından 150 (bir yüz əlli) manatını o, 155 (bir yüz əlli beş) manatını isə Alik götürmüşdür. Pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, əvvəllər tikintidə usta kimi işlədiyini bildirmişdir. 18 dekabr 2021-ci il tarixdə təxminən saat 03:00 radələrində Sumqayıt şəhəri ərazisində yerləşən “avtoşkola” adlanan yerin yaxınlığında küçə ilə öz yaşadığı ev istiqamətində gedərkən Sumqayıt şəhəri, Metallurq adlanan yerdə yataqxananın qarşısından keçən zaman orada dəmir vaqon kimi bir qapalı yerin olduğunu, həmin yerin qapısınındakı qıfılın kiçik ölçülü olduğunu görmüş və oradan oğurluq etmək qərarına gəlmişdir. Dəmir parçası ilə həmin qıfılı qıraraq qapını açmış və içərisində nə oluğuna baxdığı zaman qutularda təzə məişət əşyaları, qazanlar, qazan qapaqları, dəst qabların, çaydanların olduğunu görmüşdür. İki qutunu üst üstə qoyaraq oradan çölə çıxardaraq özü ilə birlikdə öz yaşadığı evin yanında olan özünə məxsus yarımtikiliyə aparmış və orada sonradan satmaq məqsədilə gizlətmişdir. Lakin polis əməkdaşları onu yaxaladığından həmin əmlakları sata bilməmiş və Polis Bölməsində olan zaman etdiyi oğurluq cinayətini etiraf elmişdir. Eləcə də, o, ifadəsində oğurluq hadisəsi zamanı tək olduğunu, yanlız yuxarıda qeyd etdiyi iki qutuda olan qabları oğurladığını göstərmişdir. Bundan başqa o, 2021-ci ilin dekabr ayının sonlarında dəqiq xatılamadığı vaxtda axşam saatlarında yaşadığı evdən 200 metr aralıda yaşayan tanışı Fəridin evinə getdiyi zaman evlərinin həyətinin qapısı olmadığı üçün birbaşa həyətə daxil olmuşdur. Fəridi səsləmiş, lakin qapını açan olmamışdır. O, Fəridin evdə olub-olmadığını yoxlamaq məqsədilə evin arxa tərəfinə keçmişdir. Plastik pəncərəni döyüb Fəridi səsləmiş, lakin cavab verən olmamşdır. Pəncərəni əli ilə qabağa itələmiş və pəncərə açılmışdır. Evdə heç kəsin olmadığını görmüş və evə daxil olmuşdur. Fəridin digər otaqlarda olub-olmadığını bilmək üçün otaqları gəzmişdir. Evdə heç kimin olmadığını görmüş və oğurluq etmək qərarına gəlmişdir. O, “Tefal” və “Gepas” markalı elektron ətçəkən maşın, “Beko” markalı şirə çəkən maşın, qozçəkən maşın, mikser, 02 (iki) ədəd mikrafon, hamamdan su matoru, su qızdırıcını, internet modemi, ev telefonu, elektron somavar dəmliyi, “Tefal'’ markalı çaydan və ona məxsus dəmlik, 02 (iki) ədəd televizor antenası, xrustal qab-qacaq dəsti, “Kenvud” markalı çörək bişirən elektron aparat, 02 (iki) ədəd sintifon, sayını xatırlamadığı sayda xalça və kiçik xalça, 02 (iki) dəst sadə yorğan döşək dəsti, yataq örtüyü (pakrıval), 02 (iki) ədəd çamadan və içərisində olan geyinilmiş paltarları oğurlayaraq yerdə olan yorğan üzlüyünə bükmüş və yaşadığı evin yanında yerləşən özünə məxsus yaşayış olmayan yarımçıq tikilidə gizlətmişdir. Həmin əşyaların çoxunu narkotik vasitələrə olan tələbatını ödəmək üçün ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərə satmışdır. Həmin əşyalardan modemi tanışı Alikə 10 (on) manata satmışdır. Lalə Hüseyinlinin evindən oğurladığı bəzi əşyaları özünə məxsus yarımıqçıq tikilidə saxladığı üçün onun iştirakı ilə həmin evə baxış keçirilmiş və təhqiqatçı tərəfindən“Tefal” markalı çaydan, “Sinbo” markalı mikser, “Kenvud” markalı çörək bişirən aparat, kiçik ölçülü xalçalar, yataq üzlükləri götürülmüşdür. Eləcə də, o, ifadəsində həmin taksi sürücüsünü və metal qəbul edən şəxsi tanımadığını, həmin şəxslərə həmin matorun özünə məxsus olduğunu bildirdiyini, Aliklə birlikdə matoru satdıqları Ramiz adlı şəxsi Sumqayıt ŞPİ-nin 4-cü PB-də gördüklərini, matoru həmin şəxsə saldıqlarını polis əməkdaşlarına bildirdiklərini, Lalə Hüseyinlinin evindən və Zərərçəkmiş şəxs3 məxsus vaqondan oğurluq hadisələrini lək törətdiyini, lakin nasosxanadan mator oğurlayan zaman tanışı Aliklə birlikdə olduğunu, Lalə Hüseyinlinin evindən və Tamilə Elümbətovaya məxsus vaqondan oğurladığı əşyaların bəzilərini ayrı-ayrı vaxtlarda tanımadığı şəxslərə 10-15 manata satdığını və Lalənin evindən oğurladığı modemi 10 (on) manata Alikə satdığını göstərmişdir. Əməlindən peşmandır. İ Qarabağ müharibəsində iştirak etməsini və oğlu X10 01-05 aprel 2016-cı il tarixlərdə Goranboy, Ağdərə və Tərtər rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, 09 dekabr 2021-ci il tarixdə, saat 19:00 radələrində onunla qonşuluqda yaşayan təxminən 05 (beş) ildir tanıdığı Roman adlı şəxsi Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Şəfqət” klinikasının yaxınlığında görmüş və onu yanına çağırmış, Romana dəmir metal olduğunu və metal məntəqəsinə təhvil vermək lazım olduğunu demişdir. O, Romana həmin yerin "Şəfqət " klinikası ilə üzbəüz yerləşən 26-cı məhəllədəki qarajların yanında olduğunu bildirmişdir. Onlar həmin yerə getmişlər. Roman ona oranın nasosxana olduğunu və oradan evlərə su vurulduğunu demişdir. O, oranın köhnə olduğunu və işləmədiyini demişdir. Onlar göy qapının ağzında olan dəmir boltu əlləri ilə buraraq açmış və içəri girmişlər. Onlar içəri girərək oraya baxmış, açmaq üçün açar lazım olduğunu görmüş və təxminən 1 saatdan sonra açar götürüb oraya gəlmişlər. Onlar daha sonra orada olan su nasosunun matorunun boltlarını açmışlar. Həmin mator ağır olduğundan qaldırmağa gücləri çalmamış və miyre qalməş gəlib fdjhgddhhvə həmin matoru Romanla köməkləşib biraz qabağa çəkmişlər. Həmin vaxt saat təxminən 23:00 radələri olardı. Onlar birlikdə həmin matoru qaldıraraq qarajların yanında olan arabaya qoyaraq 8 nömrəli məktəbin yaxınlığında yerləşən qarajların arxasına qoymuşlar və daha sonra oranı tərk edərək evə getmişlər. O, səhər 07:30 radələrində həmin matoru qoyduqları yerə gəlmişdir. Daha sonra saat 08:00 radələrində Roman da oraya gəlmişdir. Sonra nasosxanadan oğurladıqları matoru metal məntəqəsinə aparmaq üçün maşın axtarmağa başlamışlar. Roman oradan biraz aralaşmış, daha sonra taksi sürücü ilə onun yanına gəlmiş və Roman ona taksi sürücü ilə matoru aparacaqlarını və qarşılığında 10 (on) manat pul verəcəyini demişdir. Onlar razılaşmışlar və matoru “Toyoto Prins” markalı avtomobilə qoymuşlar. Daha sonra o, Roman və maşını idarə edən tanımadıqları sürücü ilə Sumqayıt şəhəri, “Metallurq” küçəsində yerləşən metal məntəqəsinə gəlmişlər. Onlar matoru 325 (üç yüz iyirmi beş) manata satmışlar. Həmin pulun 10 (on) manatını matoru sökən ustaya, 10 (on) manatını onları oraya gəlirən tanımadıqları sürücüyə vermişlər. Yerdə qalan 305 (üç yüz beş) manatdan 150 (bir yüz əlli) manatını Roman, 155 (bir yüz əlli beş) manatını isə o götürmüşdür. Həmin pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Eləcə də, o, matoru aparmaq üçün çağırdıqları taksi sürücüsünün və metal məntəqəsinə satarkən metal qəbul edən şəxsin həmin matorun oğurluq olmasından məlumatlarının olmadığını, həmin şəxsləri tanımadıqlarını, Romanla birlikdə matoru satdıqları Ramiz adlı şəxsi Sumqayıt ŞPİ-nin 4-cü PB-də gördüklərini və matoru həmin şəxsə satdıqlarını polis əməkdaşlarına bildirdiklərini, oğurluq hadisəsi zamanı tanışı Romanla birlikdə olduqlarını və həmin oğurluq hadisəsindən heç kimin məlumatı olmadığını göstərmişdir. Əməlindən peşmandır. Dəymiş ziyanı ödədiyini, himayəsində 02 (iki) azyaşlı uşağının olmasını və ailənin yeganə gəlir gətirən şəxs olmasını nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Metallurq ərazisində yaşayır və evlərinin yaxınlığında özünə məxsus dəmir vaqon vardır. Həmçinin həmin dəmir vaqondan əvvəllər dərzi kimi, bir müddətdir ki, oradan saxlanc yeri kimi istifadə eldiyini və orada özünə məxsus əmlaklarını saxladığını bildirmişdir. xx.xx.2021ci il tarixdə saat 09.30 radələrində yaşadığı evdən çıxıb binanın qarşısına düşdüyü zaman vaqonun dəmir qapısının açıq vəziyyətdə olduğunu görmüş, diqqətini çəkdiyi üçün vaqonun qarşısına yaxınlaşmış, dəmir qıfılın sındırıldığını görmüş və vaqonun müdaxilə nəticəsində açıldığı ona məlum olmuşdur. Həmin vaqonun içərisinə baxdığı zaman içərinin dağınıq vəziyyətdə olduğunu görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və vaqonun içərisindən saxladığı özünə məxsus olan, 01 (bir) ədəd Elegance firmasına məxsus müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd stolüstü "loble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 01 (bir) ədəd markasını xatırlamadığı 1 x 0.5 metr ölçülü aspirator, 02 (iki) ədəd elektrik ətçəkən maşın, 01 (bir) ədəd elektrik çaydanı, 01 (bir) ədəd mikser, 01 (bir) ədəd Türkiyə istehsalı olan 03 (üç) litrlik çuqun materialından çaydan və üzərində dəm çaydanı olan Bakı şəhərində yerləşən “VİP LİNE” firmasından aldığı çaydanlar, 01 (bir) ədəd “Çayka” firmasına məxsus elektrik tikiş maşını, 01 (bir) ədəd işlənmiş “Çinar” firmasına məxsus soyuducunun işlənmiş matoru, 01 (bir) ədəd firmasını xatırlamadığı undan xəmir hazırlayan sobanın, 02 (iki) ədəd “xrustal” şüşə gəmişəkilli meyva qabının, 01 (bir) ədəd “Blue house big cook 8 in1 funksiyalı” qazanın, 01(bir) ədəd qulplu dəmir sini, 01 (bir) ədəd “Boss” firmasına məxsus 20 litrlik nejavika materialından olan qazanın oğurlandığı aşkar edilmişdir. Eləcə də, o, 01 (bir) ədəd Elegance firmasına məxsus müxtəlif ölçülü qazan dəstinini təxminən 283 (iki yüz səksən üç) manata Sədərək ticarət mərkəzindən 2018-ci ildə aldığını, 01 (bir) ədəd stolüstü “loble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəstini 03 (üç) il əvvəl 130 (bir yüz otuz) manata, 01 (bir) ədəd markasını xatırlamadığı 1 x 0.5 metr ölçülü aspiratoru 125 (bir yüz iyirmi beş) manata, 02 (iki) ədəd elektrik ətçəkən maşınlardan bir ədədini 150 (bir yüz əlli) manata olmaqla ümumilikdə 300 (üç yüz) manata, 01 (bir) ədəd elektrik çaydanı 50 (əlli) manala, 01 (bir) ədəd mikseri 20 (iyirmi) manata, 01 (bir) ədəd Türkiyə istehsalı olan 03 litrlik (üç) çuqun materialından çaydan və üzərində dəm çaydanı olan Bakı şəhərində yerləşən “VİP LİNE” firmasından olan çaydanları 130 (bir yüz otuz) manata, 01 (bir) ədəd “Çayka" firmasına məxsus elektrik tikiş maşınını təxminən 05 (beş) il əvvəl 300 (üç yüz) manata, 01 (bir) ədəd işlənmiş “Çinar" firmasına məxsus soyuducunun işlənmiş matorunun dəyərinin təxminən 10 (on) manat olduğunu, 01 (bir) ədəd firmasım xatırlamadığı undan xəmir hazırlayan sobanı təxminən 05 (beş) il əvvəl 150 (bir yüz əlli) manata, 02 (iki) ədəd “xrustal” şüşə gəmişəkilli meyva qabının 02 (iki) ədədini birlikdə 40 (qırx) manata, 01 (bir) ədəd “Blue house big cook 8 in1 funksiyalı” qazanın 05 (beş) il əvvəl 187 (bir yüz səksən yeddi) manata “Vip Line” firmasından aldığını, 01 (bir) ədəd qulplu dəmir sinini təxminən 05 (beş) il əvvəl 20 (iyirmi) manata, 01 (bir) ədəd “Boss” firmasına məxsus 20 litrlik nejavika materialından tək qazanı təxminən 50 (əlli) manata olduğunu, beləliklə ona oğurluq hadisəsi nəticəsində mənə 1645 (bir min altı yüz qırx beş) manat maddı ziyan dəydiyini ilkin izahatında ona 738 (yeddi yüz otuz səkkiz) manat maddi ziyan dəydiyini bildirməsinə cavab olaraq həmin vaxt həyəcanlı olduğunu, sonradan başqa əmlaklarının da oğurlandığını müəyyən etdiyini göstərmişdir. Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan zərərçəkmiş şəxs X3 notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş maddi ziyan ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, 2010-cu ildən etibarən Sumqayıt Su Kanal İdarəsində sahə rəisi vəzifəsində işləyir. xx.xx.2021-ci il tarixdə Sumqayıt şəhəri, 26cı məhəllə ərazisində olan nasosxanaya nəzarət edən idarənin çilingəri Rəşid Orucov nasosxanaya gedərkən nasosxananın qapısını kilidinin olmadığını və içəridə olan motorun və digər texnikaların oğurlandığını görmüş və bu barədə onların idarəsinin rəhbərliyinə məlumat vermişdir. Bundan sonra rəhbərliyin göstərişi ilə o həmin nasosxanaya getmiş və orada 1999-cu il istehsalı dəyəri 3702,78 (üç min yeddi yüz iki manat yetmiş səkkiz qəpik) manat olan 01 (bir) ədəd 40 kvt 1500 d/dəq mühərrikin, təxminən 2001-ci il istehsalı dəyəri 200 (iki yüz) manat olan 01 (bir) ədəd 160A maqnit işəsahçının, 2021-ci il istehsalı dəyəri 76 manat olan 01 (bir) ədəd 6 barmaqlı manometrin və dövlət üçün əhəmiyyəti olmayan AVVQ 4X25 ölçüdə dəyəri 20 (iyirmi) manat olan 02 (iki) metr uzunluğunda kabel xətlərinin yerində olmadığını görmüş və həmin texnikaların naməlum şəxslər tərəfindən oğurlandığını başa düşmüşlər. Bundan bir neçə gün sonra rəhbərlik bu barədə Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə ərizə ilə müraciət etmişdir. Oğurluq hadisəs ilə bağlı Sumqayıt şəhər Su Kanal idarəsinə təxminən 4000 manat ziyan dəymişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" ASC Sumqayıt Sukanal İdarəsinə dəymiş maddi ziyan tam ödənildiyindən onlara qarşı şikayət və tələbləri yoxdur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tərəfindən "xxxx" ASC Sumqayıt Sukanal İdarəsinə dəymiş maddi ziyan tam ödənilmişdir. Onlara qarşı şikayət və tələbləri yoxdur. Zərərçəkmiş şəxslər X6 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının CPM-nin 315.2-ci maddəsini rəhbər tutub işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Xəzər bağları, Nəsimi küçəsi ərazisində fərdi yaşayış evində xx.xx.2021-ci il tarixdə saat 15:00 radələrindən xx.xx.2022-ci il larixədə saat 12:00 radələrinədək olan müddətdə o və ailə üzvləri evdə olmamışlar. xx.xx.2022-ci il tarixdə saat 12:00 radələrində evə gələrkən evin arxa tərəfində olan plastik pəncərənin açıq olduğunu görmüşdür. Evə daxil olarkən evdən oğurluq olduğunu başa düşmüş və xx.xx.2022-ci il tarixdə bu barədə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə ərizə ilə müraciət elmişdir. Evdən oğurlanmış əşyaları nəzərdən keçirərkən 01 (bir) ədəd Tefal, 01 (bir) ədəd Gepas markalı elektron ətçəkən maşın, 01 (bir) ədəd “Beko” markalı şirə çəkən maşın, 01 (bir) ədəd Sinbo markalı qozçəkən maşın, 01 (bir) ədəd Sinbo markalı mikser, 20 (iyirmi) manat dəyərində 02 (iki) ədəd adi səs ucaldan mikrafon, 01(bir) ədəd Aqadey adlı su matoru, təxminən 200 (iki yüz) manat dəyərində 01 (bir) ədəd Aqadey markalı su qızdırıcı, internet provaydrı, adi Panasonik markalı ev telefonu, 01 (bir) ədəd “Tefal” markalı elektron somavar dəmliyi, ağ rəngli "Tefal” markalı çaydan və ona məxsus dəmlik, 02 (iki) ədəd “Star Maks” markalı rəqəmsal televizor antenası, təxminən 200 (iki yüz) manat dəyərində xrustal qab-qacaq dəstləri, 01 (bir) ədəd “Kenvud” markalı çörək bişirən elektron aparat, təxminən 50 (əlli) manat dəyərində 02 (iki) ədəd istifadə olunmamış sintifon, təxminən 350 (üç yüz əlli) manat dəyərində 07 (yeddi) ədəd adi xalça, 03 (üç) ədəd kiçik xalça, 01 (bir) ədəd yorğan döşək dəsti, 03 (üç) dəst istifadə olunmamış yorğan-döşək dəstləri, 02 (iki) ədəd adidas markalı çantada və 01 (bir) ədəd adi qırmızı rəngli çamadanda geyinilmiş paltarın oğurlandığını aşkar etmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona təxminən 4000 (dörd min) manat məbləğində maddi ziyan dəymişdir. Hal-hazırda heç kimdən şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, ona dəymiş maddi ziyan ödədiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, Metallurq ərazisində yaşayır və evlərinin yaxınlığında özünə məxsus dəmir vaqon vardır. Həmçinin həmin dəmir vaqondan əvvəllər həyat yoldaşının dərzi kimi, bir müddətdir ki oradan saxlanc yeri kimi istifadə etdiyini və orada özünə məxsus əmlaklarını saxladığını bildirmişdir. xx.xx.2021-ci il tarixdə həyat yoldaşı vaqonun dəmir qapısının açıq vəziyyətdə olduğunu görmüş, diqqətini çəkdiyi üçün vaqonun qarşısına yaxınlaşmış, dəmir qıfılın sındırıldığını görmüş və vaqonun müdaxilə nəticəsində açıldığı ona məlum olmuşdur. Həmin vaqonun içərisinə baxdığı zaman içərinin dağınıq vəziyyətdə olduğunu görmüş və dərhal DİN-nin 102 xidmətinə zəng edərək, bu barədə məlumat vermişdir. Polis əməkdaşları hadisə yerinə gəlmiş və vaqonun içərisindən saxladığı özünə məxsus olan, 01 (bir) ədəd Elegance firmasına məxsus müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd stolüstü "loble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 01 (bir) ədəd markasını xatırlamadığı 1 x 0.5 metr ölçülü aspirator, 02 (iki) ədəd elektrik ətçəkən maşın, 01 (bir) ədəd elektrik çaydanı, 01 (bir) ədəd mikser, 01 (bir) ədəd Türkiyə istehsalı olan 03 (üç) litrlik çuqun materialından çaydan və üzərində dəm çaydanı olan Bakı şəhərində yerləşən “VİP LİNE” firmasından aldığı çaydanlar, 01 (bir) ədəd “Çayka” firmasına məxsus elektrik tikiş maşını, 01 (bir) ədəd işlənmiş “Çinar” firmasına məxsus soyuducunun işlənmiş matoru, 01 (bir) ədəd firmasını xatırlamadığı undan xəmir hazırlayan sobanın, 02 (iki) ədəd “xrustal” şüşə gəmişəkilli meyva qabının, 01 (bir) ədəd “Blue house big cook 8 in1 funksiyalı” qazanın, 01(bir) ədəd qulplu dəmir sini, 01 (bir) ədəd “Boss” firmasına məxsus 20 litrlik nejavika materialından olan qazanın oğurlandığı aşkar edilmişdir. Eləcə də, o, 01 (bir) ədəd Elegance firmasına məxsus müxtəlif ölçülü qazan dəstinini təxminən 283 (iki yüz səksən üç) manata Sədərək ticarət mərkəzindən 2018-ci ildə aldığını, 01 (bir) ədəd stolüstü “loble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəstini 03 (üç) il əvvəl 130 (bir yüz otuz) manata, 01 (bir) ədəd markasını xatırlamadığı 1 x 0.5 metr ölçülü aspiratoru 125 (bir yüz iyirmi beş) manata, 02 (iki) ədəd elektrik ətçəkən maşınlardan bir ədədini 150 (bir yüz əlli) manata olmaqla ümumilikdə 300 (üç yüz) manata, 01 (bir) ədəd elektrik çaydanı 50 (əlli) manala, 01 (bir) ədəd mikseri 20 (iyirmi) manata, 01 (bir) ədəd Türkiyə istehsalı olan 03 litrlik (üç) çuqun materialından çaydan və üzərində dəm çaydanı olan Bakı şəhərində yerləşən “VİP LİNE” firmasından olan çaydanları 130 (bir yüz otuz) manata, 01 (bir) ədəd “Çayka" firmasına məxsus elektrik tikiş maşınını təxminən 05 (beş) il əvvəl 300 (üç yüz) manata, 01 (bir) ədəd işlənmiş “Çinar" firmasına məxsus soyuducunun işlənmiş matorunun dəyərinin təxminən 10 (on) manat olduğunu, 01 (bir) ədəd firmasım xatırlamadığı undan xəmir hazırlayan sobanı təxminən 05 (beş) il əvvəl 150 (bir yüz əlli) manata, 02 (iki) ədəd “xrustal” şüşə gəmişəkilli meyva qabının 02 (iki) ədədini birlikdə 40 (qırx) manata, 01 (bir) ədəd “Blue house big cook 8 in1 funksiyalı” qazanın 05 (beş) il əvvəl 187 (bir yüz səksən yeddi) manata “Vip Line” firmasından aldığını, 01 (bir) ədəd qulplu dəmir sinini təxminən 05 (beş) il əvvəl 20 (iyirmi) manata, 01 (bir) ədəd “Boss” firmasına məxsus 20 litrlik nejavika materialından tək qazanı təxminən 50 (əlli) manata olduğunu, beləliklə ona oğurluq hadisəsi nəticəsində ona 1645 (bir min altı yüz qırx beş) manat maddı ziyan dəydiyini, ilkin izahatında ona 738 (yeddi yüz otuz səkkiz) manat maddi ziyan dəydiyini bildirməsinə cavab olaraq həmin vaxt həyəcanlı olduğunu, sonradan başqa əmlaklarının da oğurlandığını müəyyən etdiyini göstərmişdir. İş materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 9/1571 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda qeyd edilən 25 (21+4) adda malların (istifadə olmuş malların istifadədə olması nəzərə alınmaqla) 2021-ci ilin dekabr ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3100,00 (2180+920) manat müəyyən edilir. 5 adda malların markası, modeli, texniki göstəriciləri və sair məlum olmadığından qiymətləndirmə aparmaq mümkün olmamışdır. İş materiallarında olan məhkəmə əmtəəşunaslıq ekspertizasının 15 mart 2022-ci il tarixli 9/1545 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyin edilməsi haqqında qərarda və foto cədvəllərdə göstərilən 07 adda malların 2021-ci ilin noyabr-dekabr aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 650,00 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində göstərilən 9 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istehsal ili, istehsal yeri, istismar müddəti, əmtəə görünüşü, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-2/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə onun barəsində 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2022-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 315 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt Bələdiyyəsi “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 314 nömrəli, xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli könüllü təqdim etmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı X7 məxsus 01 (bir) ədəd ‘'Tefal” markalı çaydanı, 01 (bir) ədəd “Sinbo” markalı mikseri, 01 (bir) ədəd “Kenvud” markalı çörək bişirən aparalı, 01 (bir) ədəd kiçik xalçanı, 01 (bir) ədəd yataq örtüyünü Sumqayıt ŞPİ- nin 4-cü PB-nə təqdim etmişdir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 oğurladığı Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd “Elegance” firmasına aid müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd “Noble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 02 (iki) ədəd ətçəkən maşını Sumqayıt ŞPİ-nin 4-cü PB-nə təqdim elmişdir. İş materiallarından görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd “Elegance” firmasına aid müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd “Noble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 02 (iki) ədəd ətçəkən maşın maddi sübut kimi tanınaraq saxlanılması üçün Şahid1, Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd Tefal markalı çaydanı, 01 (bir) ədəd Sinbo markalı mikseri, 01 (bir) ədəd “Kenvud” markalı çörək bişirən aparatı, 01 (bir) ədəd kiçik xalçanı, 01 (bir) ədəd yataq örtüyü maddi sübut kimi tanınaraq zərərçəkmişə qaylarılanadək saxlanc anbarına saxlanılması üçün təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qəbzdən görünür ki, 01 (bir) ədəd “Elegance” firmasına aid müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd “Noble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 02 (iki) ədəd ətçəkən maşın Şahid1 tərəfindən təhvil alınmışdır. İş materiallarında olan xx.xx.19994-cü il tərixli ambulator xəstənin tibbi kartoçkasının surətindən görünür ki, Təqsirləndirilən şəxs1 İ Qarabağ müharibəsində iştirak etmişdir. İş nateriallarında olan ******* nömrəli hərbi biletin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 oğlu X10 01-05 aprel 2016-cı il tarixlərdə Goranboy, Ağdərə və Tərtər rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində 02 azyaşlı uşağı vardır (xx.xx.2016-cı il təvəllüdlü X5 və X9). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 29, 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinərək 11 (on bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2019-cu il tarixdə cəza müddətinin sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab olunur. Ona görə də məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 83.4-cü maddəsinə əsasən məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 18 və 83-cü maddələrinin tələblərinə əsasən məhkəmə hesab edir ki, təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs2 təyin ediləcək cəza Cinayət Məcəlləsinin 65.3-ci maddəsində nəzərdə tutulan qaydalar üzrə təyin olunmalıdır. Həmin Məcəllənin 65.3-cü maddəsinin tələbinə əsasən cinayət törətmiş şəxsin məhkumluğu bu Məcəllənin Xüsusi hissəsinin maddəsində tövsifedici əlamət kimi göstərildikdə, habelə bu Məcəllənin 62-ci maddəsində nəzərdə tutulmuş müstəsna hallar olduqda, residivə, təhlükəli residivə və ya xüsusi təhlükəli residivə görə cəza, bu Məcəllənin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar nəzərə alınmadan təyin olunur. Məhkəmə müstəsna hallar kimi residivi nəzərə alınmadan təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlini könüllü etiraf etməklə səmimi peşmançılıq hissi keçirməsini, Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini və ailənin yeganə gəlir gətirən şəxs olmasını iş üzrə müstəsna hallar kimi nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.3-cü maddəsi tədbiq edilməkilə əvvəl törətdiyi cinayət əməlinə görə residiv nəzərə alınmadan, onun təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 177.2.1 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi məqsədə müvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs1 cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini, əməlindən peşman olmasını, İ Qarabağ müharibəsində iştirak etməsini və oğlu X8 01-05 aprel 2016-cı il tarixlərdə Goranboy, Ağdərə və Tərtər rayonları istiqamətində gedən döyüş əməliyyatlarında iştirak etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə, Təqsirləndirilən şəxs2 himayəsində 02 (iki) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini və əməlindən peşman olmasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, zərərçəkmiş şəxslərin və şahidin ifadələrini tədqiq edib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Babayev X4 Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini, Təqsirləndirilən şəxs2 isə Azərbayan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onların əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.1, və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 09 (doqquz) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından dərhal azad edilməli, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və ekspertiza tədqiqatının dəyəri olan 75 (yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı və ekspertiza tədqiqatının dəyəri olan 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq dövlət büdcəsinə ödənilməlidir. Bundan başqa Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd “Elegance” firmasına aid müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd “Noble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 02 (iki) ədəd ətçəkən maşın maddi sübut kimi tanınaraq saxlanılması üçün Şahid1 qaytarılması nəzərə alınmalı və maddi sübut olan, Sumqayıt ŞPİ-nin saxlanc anbarına saxlanılan və Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd Tefal markalı çaydan, 01 (bir) ədəd Sinbo markal mikseri, 01 (bir) ədəd “Kenvud” markal çörək bişirən aparat, 01 (bir) ədəd kiçik xalça və 01 (bir) ədəd yataq örtüyü ona qaytarılmalıdır. İş üzrə müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu və həbsdə olduğu 09 (doqquz) ay 11 (on bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 01 (bir) il 06 (altı) ay 22 (iyirmi iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından dərhal azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi ev ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, Xəzər bağlar massivi, fərdi ev ünvanı tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Ekspertiza tədqiqatının dəyəri olaraq 75 (yetmiş beş) manat məbləğində pul Təqsirləndirilən şəxs1, 25 (iyirmi beş) manat məbləğində pul Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Zərərçəkmiş şəxs3 məxsus 01 (bir) ədəd “Elegance” firmasına aid müxtəlif ölçülü qazan dəsti, 01 (bir) ədəd “Noble life” firmasına məxsus 43 (qırx üç) hissədən ibarət şüşə qab, çaydan, fincan dəsti, 02 (iki) ədəd ətçəkən maşın maddi sübut kimi tanınaraq saxlanılması üçün Şahid1 qaytarılması nəzərə alınsın. Maddi sübut olan, Sumqayıt ŞPİ-nin saxlanc anbarına saxlanılan və Zərərçəkmiş şəxs1 məxsus 01 (bir) ədəd Tefal markalı çaydan, 01 (bir) ədəd Sinbo markalı mikser, 01 (bir) ədəd “Kenvud” markalı çörək bişirən aparat, 01 (bir) ədəd kiçik xalça və 01 (bir) ədəd yataq örtüyü ona qaytarılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 Təqsirləndirilən şəxs2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-428/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-428/2022
12.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver