Məhkəmə qərarları › İş №1(060)-428/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-428/2025

09.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-428/2025 09.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X2, Məhkəmə iclasının katibi: X3, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1978-ci il tarixdə Fizuli şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CMnin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza sonu ilə azad edilmiş, bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq xeyli miqdarda, 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 323.751 qram və 4,017 qram- ümumi təmiz çəkisi 327,768 qram bitki mənşəli, eyni tərkibli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı, xeyli miqdarda 12 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram. 0,02 qram, 0,034 qram, 0,035qram, 0,033 qram, 0.031 qram, 0,032 qram, 0.033 qram, 0,028 qram, 0,040 qram, 0,033 qram, 1,004 qram-ümumi təmiz çəkisi 1,360 qram eyni tərkibli kustar üsulla hazırlanmış narkotik vasitə heroini, xeyli miqdarda 5 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,055 qram. 0,022 qram, 0,032 qram, 0,048 qram, 0,033 qram-ümumi təmiz çəkisi 0,190 qram eyni tərkibli kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini, 08 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0.32 qram eyni tərkibli narkotik vasitə olan metadon tərkibli həbləri. 11 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,55 qram eyni tərkibli güclü təsir edən maddə olan tramadol tərkibli kapsulları əldə edib daşıyaraq yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə gətirib özündə olan elektron tərəzi ilə çəkilərini çəkdikdən sonra 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 323.751 qram və 4.017 qram-ümumi təmiz çəkisi 327,768 qram narkotik vasitə qurudulmuş marixuananı, 8 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,031 qram, 0,032 qram, 0,033 qram, 0,028 qram, 0,040 qram, 0,033 qram, 1,004 qram-ümumi təmiz çəkisi 1,234 qram narkotik vasitə heroini, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0,048 qram, 0,033 qram-ümumi təmiz çəkisi 0.113 qram psixotrop maddə metamfetamini, 05 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0.2 qram narkotik vasitə olan metadon tərkibli həbləri, 11 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,55 qram güclü təsir edən maddə olan tramadol tərkibli kapsulları yaşadığı evdə mətbəxdə gizlətməklə saxlamış, 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,02 qram, 0,034 qram, 0,035qramümumi təmiz çəkisi 0,126 qram narkotik vasitə heroini, 2 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0.055 qram, 0.022 qram ümumi təmiz çəkisi 0,077 qram psixotrop maddə metamfetamini, 03 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram narkotik vasitə olan metadon tərkibli həbləri üzərində saxlamaqla daşımış, 14 mart 2025-ci il tarixdə saat 00:41-də Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 14.Zeynalabdin qəsəbəsi. Əliağa Vahid küçəsi, dəniz kənarı yaxınlığında saxlanılaraq üstünün yoxlanılması zamanı əynində olan qısaqol dəri gödəkcəsinin yuxarı sol cibindən 4 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,037 qram, 0,02 qram, 0.034 qram. 0.035qram -ümumi təmiz çəkisi 0.126 qram narkotik vasitə heroin, 2 ədəd bükümdə, ayrı-ayrıhqda təmiz çəkiləri 0.055 qram, 0.022 qram-ümumi təmiz çəkisi 0.077 qram psixotrop maddə metamfetamin və 03 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram narkotik vasitə olan metadon tərkibli həbləri aşkar edilərək götürülmüş, bundan sonra əməliyyat-axtarış tədbirlərinin davamı olaraq həmin tarixdə saat 02:20-də Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanda yerləşən fərdi yaşayış evinə sonuncunun iştirakı ilə keçirilən baxış zamanı mətbəx mebelin aşağı hissəsindən 2 ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 323,751 qram və 4.017 qram- ümumi təmiz çəkisi 327,768 qram narkotik vasitə qurudulmuş marixuana, 8 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,033 qram, 0,031 qram, 0,032 qram, 0,033 qram, 0,028 qram, 0.040 qram, 0,033 qram, 1,004 qram-ümumi təmiz çəkisi 1,234 qram narkotik vasitə heroin, 3 ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,032 qram, 0.048 qram, 0,033 qram-ümumi təmiz çəkisi 0,113 qram psixotrop maddə metamfetamin, 05 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0,2 qram narkotik vasitə olan metadon tərkibli həblər, 11 ədəd təsiredici maddəsinin ümumi miqdarı 0.55 qram güclü təsir edən maddə olan tramadol tərkibli kapsullar və səthində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır. Belə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, özünü CM-nin 234.1 və 240.1-ci maddəsi ilə təqsirli bilir. Axşam evə qayıdarkən polis əməkdaşları ona yaxınlaşmış, üzərinə baxış keçirmək istədiklərini bildirmiş və mobil telefonla çəkərək etirazı olub-olmadığını soruşmuşlar. O da etiraz etməmiş, ondan üzərində qeyri-qanuni nə isə olub olmadığını soruşduqda o da üzərində “kakos”, “patı” olduğunu demiş və çıxarıb təqdim etmişdir. Ondan evdə də narkotik avsitə olub-olmadığını soruşmuşlar, o da olduğunu demişdir. Ondan evinə baxış keçirməyə etirazı olub-olmadığını soruşmuşlar, o da orderə ehtiyac olmadığını, baxış keçirilməsinə etiraz etmədiyini demiş, evi yaxınlıqda yerləşdiyindən oraya getmişlər. Evdə narkotik vasitənin harada olduğunu soruşmuşlar, o da mətbəxdə çəkəcəyi çəkmiş və narkotik vasitəni götürüb polislərə təqdim etmişdir. Nə qədər narkotik vasitə var idisə hamısını polislərə təqdim etmişdir. Tərəzi evin tərəzisi olmuş, tərəzidən narkotik vasitəni çəkmək üçün istifadə etmişdir. Belə ki, narkotik vasitəni alan zaman çəkisi az olduqda pul verdiyinə görə zəng edib çəkinin nə üçün deyiləndən az olduğunu soruşur. Narkotik vasitəni İran vətəndaşından alır, kuryer vasitəsi ilə Memar Əcəmidə yerləşən evinin yanına göndərirlər, o da götürür. Sonuncu dəfə ittihamda qeyd olunan miqdarda narkotik vasitələr almışdır və özü ayrı-ayrı bükümlərdə almışdır. Bir günə ayrı-ayrılıqda dörd dəfə narkotik vasitə istifadə edirdi. “Kakos”la “patı” hər zaman onun üzərində olur, onları bir yerə qarışdırıb istifadə edir. 18 yaşından bəri narkotik vasitə istifadə edir. İttihamda qeyd olunan narkotik vasitələr ona məxsusdur, lakin heç kimə narkotik vasitə satmamışdır. Məhkəmədən ona CM-nin 234.1 və 240.1-ci maddələri ilə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 18 yaşından etibarən narkotik və psixotrop maddələrin qəbulu ilə məşğul olur, narkotik vasitələrin qanunsuz dövriyyəsinə görə əvəllər bir neçə dəfə məhkum olunmuş, sonuncu dəfə 234.1-ci maddəsi ilə məhkum olunmuş,xx.xx.2023-cü il tarixdə azadlığa çıxmışdır. Təxminən 5-6 ay əvvəl sosial şəbəkələrin birində özünü Əhməd adı ilə təqdim edən İran vətəndaşı ilə tanış olmuş, birbirlərinə votsap nömrələrini vermişlər. Əhmədə narkotik və psixotrop maddələr qəbul etdiyini demiş, Əhmədin +**********27 nömrəsni öz ***-***-**-** saylı votsap nömrəsinə qeyd etmişdir. Əhmədlə ünsiyyətdə olduğu zaman ona ucuz qiymətə özünə qəbul etmək üçün narkotik və psixotrop maddələr təşkil etməsini demiş və Əhmədin ona dediyi hesab nömrələrinə göndərdiyi pul müqabilində 2 dəfə Bakı şəhərində müxtəlif ünvanlarda qoydurduğu yerlərdən narkotik və psixotrop maddələri əldə elmişdir. Tutulmazdan 1 gün əvvəl Əhmədlə əlaqə saxlayıb ona yenə də narkotik və psixotrop maddələr təşkil etməsini demiş və Əhmədin dediyi hazırda xatırlamadığı hesab nömrəsinə 300 manat pul göndərmiş, həmin gün Əhmədin ona votsapda göndərdiyi məkan yeri və fotoşəkil əsasında Memar Əcəmi metrosunun yaxınlığında yerləşən parkda ağacın dibində qoydurduğu yerdən 1 ədəd torbanı götürmüş, həmin torbanın içərisində qurudulmuş marixuana, metamfetamin, heroin, metadon və tramadol həbləri olmuşdur. Həmin torbanı evə aparmış, evdə özündə olan elektron tərəzi ilə Əhmədin ona göndərdiyi həmin maddələrin dəqiq çəkisini bilmək üçün çəkmişdir. Əhmədin ona göndərdiyi qurudulmuş marixuana selofan bükülüdə, heroin və metamfetamin siqaret kağızlarına bükülmüş bükümlər halında olmuşdur. Həmin maddələrdən bir qədərini özünə qəbul etmişdir. Həmin maddələrdən 4 büküm heroin. 2 büküm metamfetamin və 3 ədəd metadon həblərini kibrit qutusuna qoyub əynində olan qısaqol dəri gödəkcəsinin yuxarı sol cibində saxlamışqdır ki. istəyəndə qəbul edər, qalan maddələri isə yaşadığım evdə dəhlizdə olan mətbəx mebelinin aşağı hissəsində şkafa qoyub gizlətmişdir. xx.xx.2025-ci il tarixdə gecə marketə getmək üçün evdən çıxmış, bir qədər sonra saat 00:40 radələrində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Əliağa Vahid küçəsi dəniz kənarının yaxınlığında piyada gedən zaman mülki geyimdə olan şəxslər yaxınlaşıb onu saxlamışlar və videoçəkilişlə özlərini təqdim edib Sumqayıt polis idarəsinin 2-ci polis bölməsinin polis işçiləri olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirib onüun hüquq və vəzifələrini, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuşdur. O,da əynində olan qara rəngli qısaqol dəri gödəkcəsinin yuxarı sol cibindən içərisində heroin və metamfetamin bükümləri, 3 ədəd metadon həbi olan kibrit qutusunu təqdim etmiş və içərisində nə maddələr olduğunu bildirmişdir. Kibrit qutusunun içərisinə baxılanda 4 bükümdə heroin, 2 bükümdə metamfetamin və 2 ədəd metadon həbləri aşkar olunmuşdur. Bundan sonra üstü yoxlanılmış, gödəkcəsinin aşağı sol yan cibindən 1 ədəd «Xiaomi Redmi» markalı mobil telefonu, içərisində ümumi 26 manat pul olan qara rəngli pul kisəsi və gödəkcəsinin aşağı sağ cibindən 1 ədəd siqaret və alışqan aşkar olunmuş, başqa heç bir əşya aşkar olunmamışdır. Üzərindən aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, 4 ədəd heroin bükümlərinin çəkisi 0,11; 012; 0.11 və 0.08 qram, metamfetamin bükümlərin çəkisi 0.11 və 0.07 qram olmuşdur. Həmin bükümlər və 3 ədəd metadon həbi zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. İçərisində 26 manat olan pul qabı və siqaret qutusu özünə qaytarılmış, mobil telefonu, alışqan götürülmüşdür. Bundan sonra 2-ci polis bölməsinə gəldmişlər, saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğunu imzası ilə təsdiq etmişdir. Bundan sonra bölmədə xidməti otaqda təhqiqatçıya təqdim olunmuş, ona hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və o, həmin siyahıdan özünə X7 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra isə müdafiəçinin və polis əməkdaşlarının iştirakları ilə videoçəkilişlə təhqiqatçıya təqdim edilmiş içərisində biraz əvvəl saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş maddələr olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, zərfin içərisində 4 ədəd bükümdə heroin, 2 ədəd bükümdə metamfetamin və 3 ədəd metadon həbləri aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və 3 ədəd metadon həbləri ilə birlikdə təkrarən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra verilən suallara cavab olaraq yaşadığı ünvanda narkotik və psixotrop maddələ saxladığını, bununla bağlı yaşadığı ünvana polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə müdafiəçinin iştirakı ilə ərizə də təqdim etmiş və sonra yaşadığı ünvana getmişlər. Yaşadığı ünvana videoçəkilişlə baxış keçirməzdən əvvəl ona evində qanunsuz əşya və ya predmet varsa təqdim etməyi təklif olunmuş, o. həyətin dəmir darvazasını açıb həyətə sonra da evə daxil olmuşlar, evdə dəhlizdə olan mətbəx mebelinin aşağı hissəsindəki şkafda gizlətdiyi sarı rəngli selofan torbada olan qurudulmuş marixuananı və kiçik ölçülü ağ rəngli selofan torbada olan metamfetamin, heroin, elektron tərəzi, metadon və tramadol həblərini təqdim etmişdir. Sarı rəngli selofan torbanın içərisinə baxılanda şəffav selofanda qurudulmuş marixuana, kiçik ölçülü ağ rəngli torbanın içərisinə baxılanda 1 ədəd elektron tərəzi, 1 ədəd siqaret qutusunun içərisində olan selofan bükümdə qurudulmuş marixuana və 5 ədəd metadon həbləri, kibrit qutusunun içərisində olan 7 ədəd siqaret kağızında və 1 ədəd selofan bükümdə heroin, 3 ədəd siqaret kağızında metamfetamin və 2 konvalyutda ümumi 11 ədəd tramadol həbləri aşkar olunmuşdur. Aşkar olunmuş maddələr ayrı- ayrılıqda elektron tərəzidə çəkilmiş, sonra həmin maddələr, metadon və tramadol həbləri, elektron tərəzi ekspertizaya göndərilməsi üçün zərflərə qablaşdırılmış, möhürlənmiş, üzərlərində qeydlər aparılaraq imzalanmışdır. Bundan başqa evə baxış zamanı cinayət xarakterli digər əşya aşkar olunmamışdır. Üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş metamfetamini, heroini, qurudulmuş marixuananı, metadon və tramadol həblərini tutulmazdan 1 gün əvvəl Əhməd adlı İran vətəndaşının qoydurduğu Bakı şəhəri. Memar Əcəmi metrosu yaxınlığında parkda ağacın dibindən götürüb əldə etmişdir. Bundan əvvəl 2 dəfə Əhməd adlı İran vətəndaşının Bakı şəhərində qoydurduğu yerlərdən narkotik və psixotrop maddələr götürüb əldə etmişdir. X25 Respublikasının vətəndaşı oldğunu ona demiş, kimliyi və harada yaşaması barədə məlumatı yoxdur. Əhməd adlı İran vətəndaşının metamfetamini, heroini, qurudulmuş marixuananı, metadon və tramadol həblərini haradan əldə etməsi barədə heç bir məlumatı yoxdur və bu barədə ondan heçnə soruşmamışdır. Metamfetamini, heroini, qurudulmuş marixuananı, metadon və tramadol həblərini əldə etdiyi ərazidə kim və ya kimlər tərəfindən, qoyulması, həmin maddələrin haradan gətirilməsi barədə məlumatı yoxdur. Psixotrop, narkotik və ya güclü təsir edən maddələrin satışı ilə məşğul olmur və olmamış, özünə qəbul edir. Yaşadığı ünvanda baxış keçirilən zaman orada olmuş X13. X14. X4 və X5 onun evində narkotik və psixotrop maddələr olmasından məlumatları olmamış, onlara bu barədə heç bir söz deməmişdir. O, ***-***-**- ** və ***-***-**-** nömrələrini istifadə edir. Yaşadığı ünvandan aşkar olunmuş elektron tərəzini İran vətəndaşı Əhmədin ona göndərdyii narkotik və psixotrop maddələrin dəqiq çəkisini bilmək üçün istifadə edirmiş ki, həmin maddələrin çəkisində onu aldatmasın. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor və qanunsuz hərəkətlər olmayıb, heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid3 ifadəsində göstərdi ki, Rövşən adlı şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Məlumat daxil olduqdan sonra əməliyyat qrupu yaradılmış, xx.xx.2025-ci il tarixdə gecə saatlarında Sumqayıt şəhəri, X11 qəsəbəsi, Əliağa Vahid küçəsi, dəniz kənarında saxlanılmış, videoçəkilişlə üzərinə baxış keçirilən zaman üzərindən şalvarın cibindən kibrit qutusunun içərisində narkotik vasitə olan heorin, metamfetamin və metadon həbləri götürülərək Sumqayıt ŞPİ-nin 2-ci PB-nin xidməti otaqların birində təhqiqat araşdırması zamanı təhqiqat çəkilişi ilə vəkilin iştirakı ilə Rövşən həmin narkotik vasitəni İran vətəndaşından aldığını, həmin narkotik vasitənin bir qisminin də yaşadığı ünvanda olduğunu bildirdikdən sonra Rövşənlə birlikdə videoçəkiliş vasitəsilə həmin ünvana yaxınlaşmışlar və evdə olan narkotik vasitəni götürmüşlər. Rövşənin üzərindən heroin, metamfetamin, mariuxana və metadon həbləri aşkar olunmuşdur, elektron tərəzi olub-olmamasını dəqiq xatırlamır. Əməliyyat məlumatı Şahid1 daxil olmuş, o, kömək məqsədi ilə iştirak etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsində şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, üzərində gəzdirilməsində və satışı ilə məşğul olmasında şübhəli olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatın realizəsi zamanı onu Sumqayıt şəhəri, X12 küçəsi, Əliağa Vahid küçəsi, dəniz kənarının yaxınlığında saxlamışlar. Üzərinə baxış keçirilən zaman ona bildirmişlər ki, üzərində qanunla qadağan olunmuş narkotik vasitə, predmet varsa özü könüllü şəkildə təqdim etsin. O da özü könüllü olaraq kibrit qutusu çıxarmış, kibrit qutusunun içərisində bir neçə bükümdə narkotik vasitəyə bənzər olan kütlələri onlara təqdim etmişdir. Onlara baxış keçirmiş və çəkilərini müəyyən etmişlər. Daha sonra qablaşdırmış və bölməyə təmin etmişlər. Bundan sonra bölmənin xidməti otaqların birində təhqiqatçı müdafiəçinin iştirakı ilə çəkilişlə enidən baxış keçirdi və Rövşənə suallar verildi. O bildirdi ki, evində də narkotik vasitə vardır, daha sonra onun evinə də baxış keçirmişlər, evində də gizlətdiyi narkotik vasitələr təhqiqatçı tərəfindən götürüldü, qablaşdırıldı və daha sonra bölməyə gətirildi. Narkotik vasitələrdən əlavə kiçik ölçüdə çəki tərəzisi də aşkar olunmuşdur. Şəxs saxlanılan zaman heç bir müqavimət göstərməmişdir. Şəxsin narkotik vasitə satması barədə əməliyyat məlumatı daxil olsa da kimə satmasını hələ müəyyən etməmişlər. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Füzuli rayonu, Füzli şəhəri, Partiyanın 11-ci qurultayı, ev 32-də qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi ev 70-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması əməliyyat məlumatları daxil olmuşdur. Bununla bağlı bölmə rəisinə raportla məruzə olunaraq əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna ondan başqa bölmənin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis kapitanı Şahid3 da daxil edilmişdir. Əməliyyat qrupuna rəhbərliyi özü etmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat marağı kəsb edən məlumatların yoxlanılması məqsədilə 14 mart 2025-ci il tarixdə onun ola biləcəyi yerlər tərəflərindən müşahidəyə götürülmüş, saat 00:41-də Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, dənizkənarının yaxınlığında piyada getməsini görmüşlər və aparılan videoçəkilişlə yaxınlaşıb özlərini təqdim edərək onu saxlamışlar. Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik dövriyyəsində şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirilmiş və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol dəri gödəkcəsinin yuxarı sol cibindən çıxartdığı kibrit qutusunu təqdim edərək içərisində bükümlərdə narkotik və psixotrop maddələr və metadon həbləri olduğunu bildirmişdir. Həmin kibrit qutusunun içərisinə baxılanda 4 ədəd bükümdə heroinə bənzər, 2 ədəd bükümdə metamfetaminə bənzər və 3 ədəd metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanılmış, əynində olan gödəkcəsinin aşağı sol yan cibindən 1 ədəd «Xiaomi» markalı mobil telefon, içərisində 26 manat pul olan 1 ədəd qara rəngli pul qabı və gödəkcənin sağ aşağı cibindən 1 ədəd siqaret qutusu və 1 ədəd alışqan aşkar edildi, başqa heç bir şey aşkar olunmamışdır. Sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər elektron tərəzidə çəkilmiş, həmin bükümlər və 3 ədəd metadon həblərinə bənzər həblər zərfə qoyulararaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. İçərisində 26 manat olan pul qabı və siqaret qutusu özünə qaytarılmış, mobil telefon və alışqan götürülmüşdür. Bu barədə həmin yerdə protokol tərtib etməyə şərait olmadığından birlikdə bölməyə gəlmişlər. Bölmədə Təqsirləndirilən şəxs saxlanılmağı və üstünün yoxlanılması ilə bağlı protokol tərtib edilmiş, ucadan oxunmuş və doğruluğu imzalarla təsdiq olunmuş, bundan sonra raportla idarə bölmə məruzə olunaraq araşdırmanın davam etdirilməsi üçün material zərflə və Təqsirləndirilən şəxslə birlikdə bölmənin təhqiqatçısı,polis leytenantı Qubad Vəliyevə təqdim olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah olunaraq müdafiəçilərin siyahısı təqdim edilmiş və həmin siyahıdan özünə X7 hüquqlarını müdafiə etməsi üçün seçmişdir. Bundan sonra müdafiəçinin iştirakı təmin edildikdən sonra videoçəkilişlə Təqsirləndirilən şəxs aşkar olunmuş və təhqiqatçıya təqdim edilmiş içərisində biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş maddələr olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirilmiş, zərfin içərisində 4 ədəd bükümdə heroinə, 2 ədəd bükümdə metamfetaminə və 3 ədəd metadon həblərinə bənzər həblər aşkar olunmuşdur. Həmin maddələr elektron tərəzidə çəkilmiş və 3 ədəd metadon həbləri ilə birlikdə təkrarən zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik və psixotrop maddələ saxladığını, bununla bağlı yaşadığı ünvana polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığını bildirmiş və bu barədə müdafiəçinin iştirakı ilə ərizə də təqdim etmiş və sonra Təqsirləndirilən şəxs yaşadığı ünvana getmişlər. Təqsirləndirilən şəxs yaşadığı ünvanın qapısını açmış, həyətə və sonra da həyətdəki evə daxil olmuşlar, Təqsirləndirilən şəxs özü evdə dəhlizdə olan mətbəx mebelinin aşağı hissəsindəki şkafda gizlətdiyi 7 ədəd gümüşü kağıza bükülü halda heroinə, 3 ədəd gümüşü kağıza bükülü halda metamfetaminə bənzər maddələri, 5 ədəd metadon həblərinə bənzər həbləri, 2 list ümumi sayı 11 ədəd olan tramadol kapsullarına bənzər, 1 ədəd selofanda heroinə bənzər, 2 ədəd selofanda qurudulmuş marixuanaya bənzər maddəni və 1 ədəd elektron tərəzini təqdim etmiş və verilən suallara cavab olaraq aşkar olunmuş maddələrin ona məxsus olduğunu, dünən Bakı şəhərində İran vətəndaşından 90 manata aldığını bildirmişdir. Bundan sonra aşkar olunmuş maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkilmiş, sonra həmin maddələr və elektron tərəzi ekspertizaya göndərilməsi üçün zərflərə qablaşdırılmış, möhürlənmiş, üzərində qeydlər aparılaraq imzalanmışdır. Bundan başqa evə baxış zamanı cinayət xarakterli digər əşya aşkar olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs ünvanında keçirilən baxış zamanı sonradan adları məlum olan X4. X9. X14 və X8 orada olması müəyyən olunmuş, Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda narkotik və psixotrop maddələr saxlamasından həmin şəxslərin məlumatları olmadığını bildirmişdir. Bundan sonra polis idarəsinə qayıtmışlar, keçirilən şəxsi axtarış və baxışla bağlı protokollar tərtib edilmiş, protokolların məzmunu onlara ucadan oxunmuş, doğruluğunu imzalarla təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxış iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, üzərində gəzdirməsi, istifadə etməsi və satışı ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 14 mart 2025-ci il tarixdə, saat 00:41 dəqiqədə Sumqayıt şəhəri H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi dənizkənarı yaxınlığında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, psixotrop tərkibli maddələrin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerdə Təqsirləndirilən şəxs üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol dəri gödəkçənin yuxarı sol cibindən içərisində 6 (altı) ədəd bükümlər və 3 (üç) ədəd dərman həbləri olan kibrit qutusunu təqdim etdi. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldı. Yoxlama zamanı sonuncunun əynində olan qara rəngli qısaqol dəri gödəkçənin aşağı sol yan cibindən 1 (bir) ədəd “XİAOMf’ markalı mobil telefon cihazı, içərisində 26 (iyirmi altı) manat pul olan 1 (bir) ədəd qara rəngli pul qabı və həmin gödəkçənin sağ aşağı cibindən 1 (bir) ədəd siqaret qutusu və bir ədəd alışqan aşkar edilərək götürüldü. Sonra üzərindən aşkar edilərək götürlümüş 6 (altı) ədəd bükümlər elektron tərəzidə çəkilərkən qəhvəyi rəngli narkotik maddəyə bənzər 4 (dörd) ədəd bükümlərdən birinin çəkisi 0.11 qram (sıfır tam yüzdə on bir), digərlərinin çəkisi isə 0.12 qram (sıfır tam yüzdə on iki), 0.11 qram (sıfır tam yüzdə on bir), 0.08 qram (sıfır tam yüzdə səkkiz), ağ rəngli kristal formalı psixotrop tərkibli maddəyə bənzər 2 (iki) ədəd bükümlərdən birinin çəkisi 0.11 qram (sıfır tam yüzdə on bir), digərinin çəkisi isə 0.07 qram (sıfır tam yüzdə yeddi) oldu. Təqsirləndirilən şəxs təqdim etdiyi həmin kütlələr qablaşdırıldı, saxlanılan şəxs və iştirakçılar tərəfindən imzalanaraq götürüldü. İş üzrə əhəmiyyət kəsb etmədiyi üçün içərisində 26 (iyirmi altı) manat pul olan 1 (bir) ədəd qara rəngli pul qabı və 1 (bir) ədəd siqaret qutusu sonuncuya geri qaytarıldı, l(bir) ədəd alışqan isə kəsici həssinin olması nəzərə alınaraq götürüldü. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş kütlələrin narkotik və psixotrop tərkibli maddələr olan ”Неroin” və “Metamfetamin”, dərman həblərinin isə psixotrop tərkibli olması, istifadə etmək məqsədi ilə əldə etdiyini bildirmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi, dəniz kənarı yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 00:41-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-69/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 14 mart 2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunan əşyaların götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs PB-nə gətirildikdən sonra əməliyyat müvəkkili, polis leytenantı Şahid1 telefonun videokamerasını işə saldı və iştirakçılarla birlikdə həmin tarixdə PB-də xidməti otaqların birində videoçəkilişə başlamışlar. Təqsirləndirilən şəxs hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X10 təqdim olundu. Təqsirləndirilən şəxs ona təqdim edilmiş vəkilə hər hansı bir etirazı olmadığını hüquq və vəzifələrinin ona tam aydın olduğunu bildirdi. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən olan qara rəngli qısaqol dəri gödəkçəsinin sağ yan cibindən bir paçka siqaret, sol yan cibində isə içərisində 26 manat olan pul qabı əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış və bir ədəd "Xioami" markalı mobil telefon əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş və müvafiq qaydada qablaşdırılmış içərisində narkotik vasitəyə bənzər kütlənin olduğu 4 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə, 2 ədəd gümüşü kağıza bükülü "metamfetamin“ə, 3 ədəd "M40" metodona bənzər maddə videoçəkiliş altında təqdim edildi. Sorğu zaman Təqsirləndirilən şəxs təqdim olunan möhürlənmiş bağlama narkotik vasitənin ona məxsus olduğunu, həmin narkotik vasitəni dünən Bakı şəhərində iran vətəndaşından 90 manata aldığını bildirdi. Daha sonra təqdim edilmiş möhürlənmiş bükümlər açıldı, həmin bükülü içərisi görüldü. Həmin 4 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə, 2 ədəd gümüşü kağıza bükülü "metamfetamin”ə, 3 ədəd "M40"metodona bənzər maddə olduğu müəyyən edildi və həmin 4 ədəd gümüşü kağıza bükülü "heroin"ə bənzər maddə, 2 ədəd gümüşü kağıza bükülü "metamfetamin”ə bənzər maddə elektron tərəzidə çəkilən zaman içərisində 1 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə çəkisinin 0.11 qram, 1 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə çəkisinin 0.09 qram, 1 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə çəkisinin 0.08 qram, 1 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə çəkisinin 0.10 qram, 1 ədəd gümüşü kağıza bükülü "metamfetamin”ə bənzər maddə çəkisinin 0.11 qram, 1 ədəd gümüşü kağıza bükülü "metamfetamin"ə bənzər maddə çəkisinin 0.09 qram çəksinin olduğu müəyyən edildi, həmin maddələr təkrar zərfə qablaşdırılaraq DİN-nin 126 saylı möhürü ilə möhürləndi. Təqsirləndirilən şəxs vəkili X10 tərəfindən ona verilən suallara cavab olaraq polis əməkdaşları tərəfindən qanunsuz hərəkətlərə, qeyri insani rəftara məruz qalmadığını, üzərindən aşkar olunmuş narkotik vasitənin özünə məxsus olduğunu bildirdi. - xx.xx.2025-ci il tgarixli “baxış keçirilməsi və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi predmetlərə baxış keçirən zaman o, yaşadığı ünvanda narkotik vasitə olduğu bildirmiş və yaşadığı ünvana baxış keçirilməsinə heç bir etiraz etmədiyini qeyd etdi, özü yaşadığı ünvanın qapısını açdı, iştirakçılar ilə birlikdə içəri daxil olmuşlar. Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin dəhlizinə daxil olub dəhlizdə olan qoyulmuş mətbəx merbelinin içərisindən ümumilikdə 7 ədəd gümüşü kağıza bükülmüş halda "heroin"ə bənzər maddə, 3 ədəd gümüşü kağıza bükülü "metamfetamin"ə bənzər maddə, 5 ədəd "M40" metodona bənzər dərman həbi, 2 list, ümumi sayı 11 ədəd olan "travmadol" dərman preparatı, 1 ədəd bəyaz sellofanda "heroin"ə bənzər maddə, 2 ədəd şəffaf sellofanda narkotik vasitə olan "marixuana"ya bənzər maddəni və 1 ədəd elektron tərəzini təqdim etdi. Sorğu zaman Təqsirləndirilən şəxs aşkar olunmuş maddələrin ona məxsus olduğumı dünən Bakı şəhərində İran vətəndaşından 90 manata aldığını bildirdi. Təqsirləndirilən şəxs yaşadığı ünvanın ünvandan edilmiş 7 ədəd gümüşü kağıza bükülü "heroin"ə bənzər maddə ayrı-ayrılıqda tərəziyə qoyulub çəkilən zaman, həmin bükümlərin 0.11 qram, 0.10 qram, 0.10 qram, 0.09 qram, 0.09 qram, 0.08 qram, 0.07 qram ümumi çəkisinin isə 1.67 qram, 3 ədəd gümüşü kağıza bükülü halda olan "metamfelamin"ə bənzər maddə isə tərəzidə çəkilən zaman, həmin bükümlərin 0.04 qram, 0.10 qram, 0.08 qram olmaqla ümumi çəkisinin 0.22 qram, 2 ədəd şəffaf sellofanda narkotik vasitə olan "marixuana"-ya bənzər maddə tərəziyə qoyulub çəkilən zaman, həmin bükümlərin 0.360 qram və 4.29 qram olmaqla ümumi çəkisinin 0.365 qram olduğu müəyyən edildi. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş 7 ədəd gümüşü kağıza bükülü "heroin”ə bənzər maddə, 3 ədəd gümüşü kağıza bükülü "metamfetamin"ə bənzər maddə, 5 ədəd "M40" metodona bənzər maddə, 2 list 11 ədəd "travmadol", 1 ədəd bəyaz sellofanda olan "heroin"ə bənzər maddə, 2 ədəd şəffaf sellofanda narkotik vasitə olan “marixuana”ya bənzər maddə və 1 ədəd elektron tərəzi Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikası DİN-nin 126 saylı möhürü ilə möhürləndi. - Məhkəmə fiziki-kimyəvi ekspertizasının 20/81 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində: AR DİN "Zərflər üçün № 126" möhür əksi. "Yaşadığı ünvandan götürülmüş; 1. Təqsirləndirilən şəxs /imza/; 2. E.Mahmudov /imza/; 3. Q.Vəliyev /imza/" əl yazıları olan zərfdəki 01 ədəd elektron tərəzinin səthində psixotrop maddə metamfetamin izləri müəyyən edildi. Elektron tərəzinin səthində psixotrop maddə metamfetamin iz şəklində olduğundan təmiz çəkisini müəyyən edilməsi və eyniləşdirmə üzrə tədqiqatın aparılması mümkün deyildir. Tədqiqat obyekti üzərində: AR DİN «Zərflər üçün № 126» möhür əksi, «Təqsirləndirilən şəxs üzərindən götürülmüş maddi sübut; l./imza/ Təqsirləndirilən şəxs; 2. /imza/ Şahid2; 3. /imza/ Şahid3; 4./imza/ Şahid1» əl yazıları olan zərfdəki: - 02 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0.055 qr; 0.022 qram; ümumi təmiz çəkisi: 0,077 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - 04 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,037 qr, 0.02 qr, 0.034 qr, 0.035 qram; ümumi təmiz çəkisi: 0.126 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - 03 ədəd üzərində F/M40 yazısı olan dairəvi formalı dərman həblərinin tərkibini müvafiq laboratoriya cihazları Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin laboratoriyasında olmadığından müəyyən etmək mümkün olmadı. Tədqiqat obyekti üzərində: AR DİN "Zərflər üçün № 126" möhür əksi, "İştirak etdi: Təqsirləndirilən şəxs: Yaşadığı ünvandan götürülmüş maddi sübut; Təhqiqatçı Q.Vəliyev; 1: Təqsirləndirilən şəxs /imza/; 2. E.Mahmudov vəkil imza/; 3. Q.Vəliyev təhqiqatçı imza/;

4. 1 .İsmayılov-Baş əm/m /imza/; 5. Şahid3-Baş əm/m /imza/; 6. Şahid1- əm/m /imza/" əl yazıları olan zərfdəki: - 03 ədəd bükümlərdə ayrı-ayılıqda təmiz çəkiləri: 0,032 qr, 0,048 qr, 0,033 qram; ümumi təmiz çəkisi: 0,113 qram olan ağ rəngli, kristalşəkilli maddələr kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, həmin metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - 08 ədəd bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri: 0,033 qr, 0,031 qr, 0,032 qr, 0,033 qr, 0,028 qr, 0,040 qr, 0,033 qr, 1,004 qram; ümumi təmiz çəkisi: 1,234 qram olan qəhvəyi rəngli maddələr kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir, həmin heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. - 05 ədəd üzərində F/М40 yazısı olan dairəvi formalı dərman həblərinin, 11 ədəd ağgöy rəngli kapsulların tərkibini müvafiq laboratoriya cihazları Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinin laboratoriyasında olmadığından müəyyən etmək mümkün olmadı. Tədqiqata təqdm edilmiş Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş ümumi sayı 5 büküm, ümumi təmiz çəkisi 0,190 qram olan metamfetamin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər, həmçinin ümumi sayı 12 büküm, ümumi təmiz çəkisi 1,360 qram olan heroin kütlələri kimyəvi komponent tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər.. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,140 qram metamfetamin, 0,12 qram sərf edildikdən sonra 1,240 qram heroin qalıq qalmışdır. - Məhkəmə-bioloji ekspertizasının 20/82 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş: AR DİN «Zərflər üçün № 126» möhür əksi, «Yaşadığı ünvandan aşkar olunmuş maddi sübut; 1.Təqsirləndirilən şəxs/imza/; 2.E.Mahmudov/imza/; 3.Q.Vəliyev/imza/; 4.Şahid2/imza/; 5.Şahid3/imza/; 6.Şahid1/imza/» əl yazıları olan 01 ədəd paketdəki 02 ədəd bağlamalarda ayrı-ayrılıqda təmiz çəkiləri: 323,751 qr; 4,017 qram; ümumi təmiz çəkisi: 327,768 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddə olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadı, həmin marixuana kütlələri bioloji tərkiblərinə görə öz aralarında eynilik təşkil edirlər. Tədqiqata 0,1 (hər obyektdən 0,05 qram) qram sərf edildikdən sonra 327,668 qram marixuana qalıq qalmışdır. - Məhkəmə-kimyəvi ekspertizasının 6/1162 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, təqdiqata təqdim edilmiş üzərində «Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi Sumqayıt Regional Bölməsi №2» möhür əksi, «...Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilmiş....» yazısı və imzalar olan paketdəki, - «üzərindən» yazısı olan bükümdə 3 ədəd və «ünvandan» yazısı olan bükümdə 5 ədəd, ümumilikdə 8 (səkkiz) ədəd üzərlərində «F/M40» yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər narkotik vasitə olan metadon həbləridir. 8 (səkkiz) ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 0,32 qram təşkil edir.(üzərində qeyd olunmuş göstəriciyə əsasən bir həbdə 0,04 qram metadon olmaqla) Metadon tərkibli həblər xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. - üzərində «Tramadol 50 mq» əmtəə göstəricisi olan 2 ədəd konvalyutda ümumilikdə 11 (on bir) ədəd ağ-göy rəngli kapsul güclü təsir edən maddə tramadol tərkibli kapsullardır. 11 ədəd kapsulda tramadol təsiredici maddəsinin ümumi miqdarı 0,55 qram təşkil edir (üzərində qeyd olunmuş göstəriciyə əsasən bir ədəd kapsulda 0,05 qra tramadol olmaqla) Tramadol tərkibli kapsullar xarici əlamətlərinə və tərkibindəki təsiredici maddəsinin miqdarına görə eynidirlər. Tədqiqata 2 həb sərf edildikdən sonra 6 metadon tərkibli həb, 2 kapsul sərf edildikdən sonra 9 kapsul tramadol tərkibli kapsul qalıq qalmışdır - xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi barədə” protokoldan görünür ki, cinayət işinin istintaqı zamanı cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs istifadəsində olan üzərində ***-***-**-**, ***-***-**-** mobil nömrəli modelli «Redmi Note 9 Xiaomi» markalı **********88480, **********88498 imey kodlu mobil telefona baxış zamanı mobil telefonun abunəçilər bölümündə «Ehmed» adı ilə qeyd olunmuş +**********37 nömrəsi müəyyən olunsa da həmin abunəçiyə aid hər hansı bir sms, votsap zəngi və yazışması müəyyən olunmadı. Bundan başqa telefonun çıxan, daxil olan zənglər, mesajlar, abunəçilər, votsap, votsap zəngləri, fotoşəkillər, videolar və digər bölümlərə daxil olduqda cinayət işi üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat müəyyən olunmadı. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X14 əmisi Təqsirləndirilən şəxs məxsus 1 ədəd “Redmi Note 9 Xiaomi” markalı mobil telefonu təhvil almışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş əddə bağlamada ümumi təmiz çəkisi- 327.768 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertizaya təqdim olunduqdan sonra qalıq 327.668 qr). 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0,190 psixotrop maddə metamfetamin (eksperlizaya təqdim olunduqdan sonra qalıq 0.140 qr), 12 ədəd bükümdə ümumi təmiz çəkisi 1.360 qram narkotik vasitə heroin (ekspertizaya təqdim olunduqdan qalıq 1.240 qr), səthində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli rəngli tərəzi iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Nəsimi rayon Xalq Məhkəməsinin xx.xx.1997-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 104 maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 03 ay islah işləri cəzasına məhkum edilmişdir. Bundan başqa Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikası Hərbi Məhkəməsinin xx.xx.2001-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 39-cu maddəsinə əsasən əməli xx.xx.1998-ci il tarixli hökmlə birləşdirilərək qəti olaraq 04 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Bundan başqa Nəsimi rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67-ci maddəsi tətbiq edilməklə 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Ağstafa rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli qərarına əsasən cəza çəkməkdən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 02 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə 01 il 27 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin 1(003)-276/2021 saylı, xx.xx.2021-ci il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2025-ci il tarixli “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş tədbirin videoçəkilişi əks etdirilmiş DVD diskdə olan videogörüntülərdən görünür ki, 14 mart 2025- ci il tarixdə saat 00:41-də Sumqayıt şəhəri, Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Ə.Vahid küçəsi dənizkənarı yaxınlığında Sumqayıt ŞPİ-nin 2-ci PB əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxladıqlarını, bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirilərək hüquq və vəzifələri, saxlanılma səbəbi və müdafiəçiyə malik olmaq hüququ izah olunaraq üstünün yoxlanılacağı bildirildiyi və ona üzərində qanunsuz əşya və ya predmet varsa təqdim etməsi təklif olunduğu, Təqsirləndirilən şəxs əynində olan qara rəngli qısaqol dəri gödəkcəsinin yuxarı sol cibindən çıxartdığı kibrit qutusunu təqdim edərək içərisində bükümlərdə narkotik və psixotrop maddələr və metadon həbləri olduğunu bildirdiyi, həmin kibrit qutusunun içərisinə baxılanda 4 ədəd bükümdə heroinə bənzər. 2 ədəd bükümdə metamfetaminə bənzər və 3 ədəd metadon həblərinə bənzər həblər aşkar olunduğu, bundan sonra Təqsirləndirilən şəxs üstü yoxlanıldığı, əynində olan gödəkcəsinin aşağı sol yan cibindən 1 ədəd «Xiaomi» markalı mobil telefon, içərisində 26 manat pul olan 1 ədəd qara rəngli pul qabı və gödəkcənin sağ aşağı cibindən 1 ədəd siqaret qulusu və 1 ədəd alışqan aşkar edildiyi, başqa heç bir şey aşkar olunmadığı, sonra Təqsirləndirilən şəxs aşkar olunmuş bükümlər elektron tərəzidə çəkildiyi, 4 ədəd heroinə bənzər bükümlərin çəkisi 0.11: 012; 0,11 və 0,08 qram, metamfetaminə bənzər bükümlərin çəkisi 0,11 və 0,07 qram olduğu, həmin bükümlər və 3 ədəd metadon həblərinə bənzər həblər zərfə qoyulararaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı, içərisində 26 manat olan pul qabı və siqaret qutusu özünə qaytarıldığı, mobil telefon və alışqan götürüldüyü müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın sübutların götürülməsinə dair protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında" protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş DVD diskdə olan videogörüntüdən görünür ki, 14 mart 2025-ci il tarixdə Sumqayıt ŞPİ-nin 2-ci PB-də xidməti otaqlda təhqiqatçı, polis leytenantı Qubad Vəliyev tərəfindən Sumqayıt ŞPİnin 2-ci PB əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X1 iştirakları ilə videoçəkilişlə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və təhqiqatçıya təqdim edilmiş içərisində biraz əvvəl Təqsirləndirilən şəxs saxlanıldığı yerdə üstünün yoxlanılması zamanı üzərindən aşkar olunaraq götürülmüş heroin, metamfetamin və metadon həblərinə bənzər maddələr olan qablaşdırılaraq möhürlənmiş vəziyyətdə zərf təhqiqatçı tərəfindən açılaraq içərisinə baxış keçirildiyi, həmin maddələr elektron tərəzidə çəkildiyi və təkrarən zərfə qoyularaq qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı, bundan başqa təqdim olunmuş digər zərfdə Təqsirləndirilən şəxs məxsus mobil telefon olduğu müəyyən edildiyi və təhqiqatçı tərəfindən götürüldüyü, bundan sonra verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs yaşadığı ünvanda narkotik və psixotrop maddələ saxladığını, bununla bağlı yaşadığı ünvana polis işçiləri tərəfindən baxış keçirilməsinə etirazı olmadığını və həmin maddələrəi təqdim edə biləcəyini bildirdiyi müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli “Evə baxış keçirilməsi və götürmə aparılmasına dair protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında" protokoldan və protokola əlavə edilmiş istintaq hərəkətinin videoçəkilişi əks etdirilmiş DVD diskdə olan videogörüntüdən görünür ki. 14 mart 2025-ci il tarixdə ünvan 6 ünvanın qarşısında Sumqayıt ŞPİ-nin 2-ci PB əməkdaşlarının, Təqsirləndirilən şəxs və onun dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt Regional Vəkil bürosunun vəkili X6 iştirakları ilə videoçəkilişlə fərdi evin həyət qapısı Təqsirləndirilən şəxs tərəfindən açılaraq həyətə və sonra da həyətdəki evə daxil olduqları,Təqsirləndirilən şəxs özü evdə dəhlizdə olan mətbəx mebelinin aşağı hissəsindəki şkafda gizlətdiyi 7 ədəd gümüşü kağıza bükülü halda heroinə, 3 ədəd gümüşü kağıza bükülü halda metamfetaminə bənzər maddələri, 5 ədəd metadon həblərinə bənzər həbləri. 2 list ümumi sayı 11 ədəd olan tramadol kapsullarına bənzər, 1 ədəd selofanda heroinə bənzər. 2 ədəd selofanda qurudulmuş marixuanaya bənzər maddəni və 1 ədəd elektron tərəzini təqdim etdiyi və verilən suallara cavab olaraq aşkar olunmuş maddələrin ona məxsus olduğunu, dünən Bakı şəhərində İran vətəndaşından 90 manata aldığını bildirdiyi, bundan sonra aşkar olunmuş maddələr ayrı-ayrılıqda elektron tərəzidə çəkildiyi, sonra həmin maddələr və elektron tərəzi ekspertizaya göndərilməsi üçün zərflərə qablaşdırıldığı, möhürləndiyi, üzərində qeydlər aparılaraq imzalandığı, bundan başqa evə baxış zamanı cinayət xarakterli digər əşya aşkar olunmadığı.bundan başqa Təqsirləndirilən şəxs ünvanında keçirilən baxış zamanı sonradan adları məlum olan X4, X9, X14 və X8 orada olması müəyyən olunduğu, Təqsirləndirilən şəxs onun yaşadığı ünvanda nvarkotik və psixotrop maddələr saxlamasından həmin şəxslərin məlumatları olmadığını bildirdiyi müəyyən olunmuşdur. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar edilərək götürülmüş təsiredici maddəsinin miqdarı 0.32 qram olan 8 ədəd (ekspertizaya təqdim olunduqdan sonra qalıq 6 həb), narkotik vasitə metadon tərkibli həblər, yaşadığı ünvandan aşkar edilərək götürülmüş 2 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0.55 qram 11 ədəd (ekspertizaya təqdim lunduqdan sonra qalıq 9 kapsul) güclü təsir edən maddə olan tramadol tərkibli kapsullar iş üzrə məmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. - Məhkəmə-narkoloji ekspertizasının 2197 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dipanser qeydiyyata alınması məsləhət görülür. - kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 1290 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, İ Motivləşdirici hissə: Məhkəmə-psixiatrik ekspertizası üzrə motivləşdirici hissə: Təqsirləndirilən şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Bunu cinayət işi materialları, həmin cinayət işindəki anamnestik məlumatlar və hal-hazırki psixiatrik müayinənin nəticələri və s.sübut edir. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Məhkəmə-psixoloji ekspertizası üzrə motivləşdirici hissə: aparılmış eksperimental-psixoloji müayinəyə əsasən Təqsirləndirilən şəxs əqli-intelektual imkanları normaya uyğundur.Emosional-iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlitk, eqosentrik xüsusiyyətlər aşkar olunmaqla xasiyyətin psixopatik gizgiləri müəyyən edilir. İİ Yekun hissəsi: Məhkəməpsixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və aparılmış psixiatrik müayinənin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası qarşısında qoyulmuş sualları aşağıdakı kimi cavablandırır: Təqsirləndirilən şəxs halhazırda hər-hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs xasiyyətin psixopatik cizgiləri qeyd edilir. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini, ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsinə ehtiyac yoxdur. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur. Emosional- iradi sferasında qıcığa qarşı həssaslıq, emosional qeyri sabitlik, eqosentrik xüsusiyyətlər aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. - Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. - Təqsirləndirilən şəxs özündən uydurmağa meyillik əlamətləri aşkar olunmadı. - xx.xx.2025-ci il tarixli “sübutların qiymətləndirilməsi cinayət və cinayət əməllərinin hüquqi tövsifi haqqında” qərardan görünür ki, cinayət işi üzrə törədilməsi müəyyən edilmiş cinayət əməli Azərbaycan Respublikası CM- nin 234.2-ci maddəlsindən həmin Məcəllənin 234.2 və 240.1-ci maddələrinə tövsif edilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.2 və 240.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə seçilmiş "həbs" qətimkan tədbiri nəzərə alınmış, təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 206, 234.4.1, 234.4.2 və 234.4.4-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, X14, X15, X9 və X4 barəsində Azərbaycan Respublikası CM-nin 234 və 307-ci maddələri ilə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs üstünün yoxlanılması, şəxsi axtarışın keçirilməsi və yaşadığı ünvana baxış keçirilməsinin videotəsvirlərini əks etdirən 2 ədəd DVD disk maddi sübut qismində tanınmış və cinayət işində saxlanılmış, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra üzərində və yaşadığı ünvanda narkotik vasitə və psixotrop maddələr olduğunu bildirməsi Azərbaycan Respublikası CM-in 234-cü maddəsinin qeydinin 1-ci bəndinə və 240-cı maddəsinin qeydinin 2-ci bəndinə əsasən könüllü təhvil vermə kimi qiymətləndirilməmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən və yaşadığı ünvandan aşkar olunaraq götürülmüş 02 ədəd bağlamada ümumi təmiz çəkisi-327.768 qram narkotik vasitə qurudulmuş marixuana (ekspertizaya təqdim olunduqdan sonra qalıq 327,668 qr), 05 ədəd bükümdə ümumi təmiz çəkisi 0.190 qram psixotrop maddə metamfetamin (ekspertizaya təqdim olunduqdan sonra qalıq 0.140 qr), 12 ədəd bükümdə ümumi təmiz çəkisi 1.360 qram narkotik vasitə heroin (ekspertizaya təqdim olunduqdan sonra qalıq 1,240 qr), təsiredici maddəsinin miqdarı 0,32 qram olan 8 ədəd (ekspertizaya təqdim olunduqdan sonra qalıq 6 həb), narkotik vasitə metadon tərkibli həblər, 2 ədəd konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,55 qram olan 11 ədəd (ekspertizaya təqdim olunduqdan sonra qalıq 9 kapsul) güclü təsir edən maddə olan tramadol tərkibli kapsullar, səthində psixotrop maddə metamfetaminin izləri olan 01 ədəd gümüşü rəngli elektron tərəzinin maddi sübut kimi tanınması və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilməsi nəzərə alınmış, bundan başqa ilkin araşdırma zamanı Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 9 Xiaomi" markalı mobil telefon ailə üzvlərinə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamın dəyişdirilərək və əlavələr edilərək ona həmin Məcəllənin 234.2 və 240.1-ci maddələri ilə yenidən ittiham elan olunmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 8 №-li qərarının: - 8-ci bəndinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması əməlinə Qanunun 1.0.11-ci maddəsində “miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlər” şəklində izah verilmişdir. Qanunun həmin maddəsində “digər şəxsi maraq” dedikdə, şəxsin özünün və ya yaxınlarının maddi xarakterli müəyyən öhdəliklərdən azad olunmasına nail olunması, qeyriəmlak xarakterli mənfəət əldə etmə və yaxud şəxsi narkotik vasitələrin, psixotrop maddələrin yayılmasına yönələn qanunsuz əməllər törətməyə sövq edən sair maraq başa düşülür. Şəxsin bəxşiş şəklində narkotik vasitələri və ya psixotrop maddələri başqasına verməsi də onların qanunsuz yayılmasına yönələn (başqası tərəfindən qanunsuz olaraq əldə edilməsini təmin edən) ictimai zərərli maraqla şərtləndirildiyindən, belə motivasiya Qanunun 1.0.11-ci maddəsində nəzərdə tutulmuş “digər şəxsi maraq”, törədilmiş əməl isə narkotik vasitənin və ya psixotrop maddənin satılması kimi qiymətləndirilməlidir. - 9-cu bəndinə əsasən CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri (psixotrop maddələri) satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin (psixotrop maddənin) çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir; - 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli CM-in 234.2 və 240.1-ci maddələri ilə düzgün tövsif edilmişdir və CPM-in 44.1-ci maddəsinə əsasən onun barəsində ittiham hökmü çıxarılmalıdır Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Cinayət işinin materiallarında olan şəxsi axtarış, şübhəli şəxsin dindirilməsi, təqsirləndirilən şəxsin dindirmə protokollarından, həmçinin digər prosesual sənədlərdən görünür ki, təqsirləndirilən şəxs protokolları və digər sənədləri könüllü olaraq imzalamışdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, məhkəməyədək icraat dövründə Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər-hansı qanunsuz hərəkətlər edilməsi, Təqsirləndirilən şəxs hər hansı təsir və ya təzyiqlərə qalması halı da müəyyən edilməmişdir. Bundan başqa məhkəmə iclasında baxış keçirilmiş şəxsi axtarış istintaq hərəkəti zamanı qeydə alınmış video görüntülərdə də müəyyən edilmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs narkotik vasitəni və bir ədəd elektron tərəzini təqdim edərək ona məxsus olduğunu bildirmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan bəzi ziddiyyətlər özünü müdafiə xarakteri xarakeri daşıyır və məhkəmə iclasında bu ifadələri (narkotik vasitə və psixotrop maddə satışı həyata keçirməməsi) cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermiş, təqsirləndirilən şəxs tərəfindən verilmiş ifadə özünümüdafiə xarakteri daşıyır, onun tərəfindən qeyd edilən hallar öz ifadəsindən başqa hər hansı yanakı sübutla təsdiqini tapmamışdır. Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirmək üçün inkaredici ifadə verir. Onun ifadəsində göstərdikləri işin faktiki hallarına uyğun və inandırıcı deyildir. Beləliklə, Təqsirləndirilən şəxs cinayət əməlini yuxarıda şərh olunan qaydada törədərək istintaqa məlum olmayan şəxsdən satış məqsədi ilə qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə və psixotrop maddələri əldə edib daşıyaraq üzərində saxlaması Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən diskdən, məhkəmə ekspertizasının rəyindən, şahid ifadələri və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in: - 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. - 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində Cinayət Məcəlləsi ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Lənkəran Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 206.3.2, 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək CM-nin 66.3-cü maddəsi tətbiq edilməklə 09 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəza sonu ilə azad edilmişdir. Bundan başqa Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1-ci maddəsi tətbiq edilməklə 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü ildə cəzasının sonu ilə azad olunmuşdur. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. -18.2.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər iki dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayət təhlükəli residiv sayılır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. Həmin Məcəllənin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi cinayətlərin təhlükəli residivini müəyyən etmişdir. Məhkəmə cəza təyin edərkən işin hallarını, Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimai-təhlükəlilik dərəcəsini və xarakterini, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, onun cəmiyyətdən təcrid edilmədən islah edilməsi mümkün deyildir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.2 və 240.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzası təyin edilməklə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma - üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 240.1-ci maddəsinə əsasən narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələri satış məqsədi ilə qanunsuz hazırlama, emal etmə, əldə etmə, saxlama, daşıma və ya göndərmə, habelə bu maddələri və ya onları hazırlamaq yaxud emal etmək üçün avadanlığı qanunsuz satma - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrıayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 56.1.3-cü maddəsinə əsasən, cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 327,668 qram narkotik vasitə qurudulmuş marixuana, 0.140 qram psixotrop maddə metamfetamin, 1,240 qram narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı 0,32 qram olan 6 həb, narkotik vasitə metadon tərkibli həblər, konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,55 qram olan 9 kapsul, güclü təsir edən maddə olan tramadol tərkibli kapsullar və 01 ədəd gümüşü rəngli elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan iki ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 9 Xiaomi" markalı mobil telefonun ailə üzvlərinə təhvil verilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 234,00 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2 və 240.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)- 428/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 939/2025 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclasında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş əmlak müəyyən edilmədiyindən xüsusi müsadirə tətbiq olunmamalıdır Cinayət işi üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə,

hökm etdi:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 240.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq qalmış 327,668 qram narkotik vasitə qurudulmuş marixuana, 0.140 qram psixotrop maddə metamfetamin, 1,240 qram narkotik vasitə heroin, təsiredici maddəsinin miqdarı 0,32 qram olan 6 həb, narkotik vasitə metadon tərkibli həblər, konvalyutda təsiredici maddəsinin ümumi miqdarı 0,55 qram olan 9 kapsul, güclü təsir edən maddə olan tramadol tərkibli kapsullar və 01 ədəd gümüşü rəngli elektron tərəzi məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işi materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi Note 9 Xiaomi" markalı mobil telefonun ailə üzvlərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 234,00 (iki yüz otuz dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar