Məhkəmə qərarları › İş №1(060)-429/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-429/2021

19.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-429/2021 19.11.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1991-ci il tarixində Bakı şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1-də qeydiyyatda olan və yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə saat 17:10-da Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən 1001 xırdavat mağazasının qarşısında Zərərçəkmiş şəxs məxsus 5000 (beş min) manat dəyərində “BMW 525” markalı, ** KX *** dövlət nömrə nişanlı avtomobilin işlək vəziyyətdə olmasından istifadə edib salona daxil olaraq avtomobili hərəkətə gətirib həmin yerdən uzaqlaşaraq avtomobili talama məqsədi olmadan qanunsuz ələ keçirərək qaçırmışdır. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda 02 (iki) ədəd açıq-qəhvəyi rəngli, ümumilikdə təmiz çəkisi 0,080 qram olan narkotik vasitə metadonu əldə edib daşıyaraq üzərində saxlamış, 04.03.2021-ci il tarixdə saat 17:15-də “BMW 525” markalı, ** KX *** dövlət nömrə nişanlı avtomobili qaçırması səbəbindən Qubadlı RPŞ-nin YPX-nin və Suqmayıt ŞPİ-nin PPX-nin əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmiş, PB-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 02 (iki) ədəd açıq-qəhvəyi rəngli, ümumilikdə təmiz çəkisi 0,080 qram olan narkotik vasitə metadon aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1 və 234.1ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 185.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, hərdən bir onun özündən asılı olmayan səbəblərdən əsəbləşir və buna görə də sakitləşdirici dərmanlar qəbul edir. Dəqiq tarixi deyil 2021-ci ilin yanvar ayı olarmış o, Bakı şəhərində təsadüfən sifətədən tanıdığı lakin harada qalmasını bilmədiyi şəxslə qarşılaşmışdır. Həmin şəxslə söhbət əsasında bildirmişdir ki, onda idmanın boks növü ilə məşğul olandan sonra əsəb yaranıb. Həmin şəxsdə ona bildirmişdir ki, hərdən bir metadon ağrı kəsici dərman istifadə etsə əsəbləri sakitləşər. Həmin şəxsdən dərmanı haradan tapmağını soruşanda ona bildirmişdir ki, 03 tabletka var və 25 manata satır. O da həmin şəxsə 25 manat verib həmin metadon dərmanını alıb cibinə qoymuşdur. Lakin həmin dərmanları istifadə etməmişdir. 04.03.2021-ci il tarixdə tanışı Əminə adlı qızla görüşmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Həmin vaxt metodon dərmanınn birini içmişdir. Sumqayıt şəhərinə çatanda vaxtının çox olmasından istifadə edib Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində bərbərxanaların birində saçını kəstirmək istəyib və bərbərxanaya girib saçını qırxdırmışdır. Bərbərxanada saat təxminən 17:15 radələri olarmış çıxanda görmüşdür ki, bərbərxananın yaxınlığında yerləşən 1001 xırdavat mağazasına sonradan ona adı bəlli olan Ümüd adlı şəxs idarə etdiyi “BMW” markalı avtomaşından düşərək avtomaşını işlək vəziyyətdə qoyaraq mağazaya girmişdir. O da “BMW” markalı avtomaşından xoşu gəldiyi üçün həmin avtomaşını idarə edib həvəsini öldürmək fikrinə düşmüşdür. Bu məqsədlə də avtomaşına əyləşib idarə etmiş və Sumqayıt şəhəri İcra Hakimiyyətinin yaxınlığında işıqforun qırmızı işığı yandığı üçün avtomaşını saxlayıb yaşıl işığın yanmasını gözləmişdir. Bu vaxt avtomaşının sahibi Ümüd polis əməkdaşları ilə birlikdə ona yaxınlaşmış və polis əməkdaşları onu Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə apararkən yolda o, bilmişdir ki, bölmədə onun üzərindən metodonu aşkar edəcəklər. Ona görə də o, yolda polis əməkdaşlarına metodon atdığını və üzərindədə metodon olduğunu bildirmişdir. Onu Sumqayıt şəhər Pİ-nin 4-cü PB-nə gətirib çəkilişlə onun üzərində şəxsi axtarış aparılacağını demişlər, ondan üzərində nə varsa təqdim etməyini xahiş etmişlər. O da əynində olan qara rəngli gödəkcənin sağ yan cibində saxladığı iki ədəd metodon tabletkasını, sonra isə şalvarının arxa cibində saxladığı mobil kart nömrələrini təqdim etmişdir. Ondan dərmanları nə üçün üzərində gəzdirdiyini soruşanda o, həmin dərmanın metodon olduğunu və öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra həmin dərmanlar tərəzidə çəkilib və qablaşdırılmışdır. O, avtomaşını sürmək məqsədi ilə qaçırdığını, avtomaşıı idarə edəndən sonra harda olsa orada qoyub gedəcəyini göstərmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Məhkəmədə ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, o, usta kimi fəaliyyət göstərir. 04.03.2021-ci il tarixdə təxminən saat 12:00 radələrində perfarator almaq üçün Sumqayıt şəhəri, 29-cu məhəllə ərazisində yerləşən təmir tikinti mağazasına gəlmiş və avtomobilini yolun kənarında saxlamışdır. Mağazada alış veriş edərkən avtomobilin səsinin gəldiyini eşitmişdir. O, avtomobilinin idarə etmə açarlarını avtomobilinin üzərində qoymuş və avtomobilin qapıları açıq olmuş, avtomobilinin səsini eşidən kimi o dərhal çölə çıxmış və görmüşdür ki, avtomobilinə əyləşmiş şəxs avtomobilini sürərək aparır. Dərhal taksiyə əyləşərək avtomobilinin ardıyca getmişdir. Sumqayıt şəhəri İcra Hakimiyyətinin qarşısında svetaforda avtomobilini saxlamışdır. Həmin şəxsə yaxınlaşaraq nə üçün avtomobilini icazə olmadan sürüb apardığını soruşmuşdur. Bu zaman həmin ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmışdır. O, baş vermiş hadisəni polis əməkdaşlarına danışmış, polis əməkdaşları məsələnin aydınlaşdırılmasından ötrü onları PB-nə dəvət etmişlər. Qeyd etmişdir ki, o, avtomobili qaçıran şəxsi tanımır, həmin şəxslə heç bir tanışlığı yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam veriıməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində bildirmişdir ki, 04.03.2021-ci il tarixində xidmət yoldaşı Şahid2 ilə xidmətdə olan zaman saat 12:00 radələrində bir nəfər vətəndaş onlara yaxınlaşaraq “BMW” markalı avtomobilin qaçırıldığını və avtomobilin hansı istiqamətdə getdiyini bildirmişdir. Bundan sonra onlar və YPX-nin 8210 çağırışında xidmət edən əməkdaşları çağırılmış avtomaşının saxlanılması üçün həmin istiqamətdə hərəkət etmişlər. Onlar həmin vətəndaşı Azərbaycan-Nizami küçəsində saxlayaraq aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirmişlər. PB-ə gətirilən zaman həmin şəxs üzərində narkotik vasitə olan “metadon” həblərinin olduğunu bildirmişdir. Bundan sonra PB-də xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Təqsirləndirilən şəxs şəxsi axtarışın keçirilməsinə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Röyal Rəcəbli Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs məxsus nəqliyyat vasitəsini qaçırdığını və buna görə saxlanılaraq PB-ə gətirildiyini, gətirilən zaman üzərində narkotik vasitə olan metadon olduğunu bildirdiyini və ona görə də, üzərinə şəxsi axtarış keçiriləcəyi qeyd etmişdir. Sonra Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş hər hansı əşyanın və ya predmetin olub olmaması soruşulub və təqdim edilməsini bildirilmişdir. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən üzərində “metadon-40” yazıları olan həbləri təqdim etmişdir. Həmin həblərin nə olduğunu X1 zaman, Təqsirləndirilən şəxs həmin həblərin “metadon” olduğunu, Bakı şəhərində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 25 manata aldığını bildirmişdir. Sonra üzərindən aşkar olunmuş həblər elektron tərəzidə çəkilmiş və qablaşdırılaraq MEM-nə göndərilmişdir. Məhkəmədə ifadəsi tədqiq edilərək elan edilmiş şahid Sumqayıt ŞPİ-nin PPXT-nin polis nəfəri, polis baş serjantı Şahid2 və Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanıŞahid3 Şahid1 göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə bənzər məzmunlu ifadə vermişlər. İş materiallarında olan məhkəmə kimyavi ekspertizasının 05.03.2021-ci il tarixli, 6/908 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində «...Təqsirləndirilən şəxs üzərindən götürülmüş...» sözləri yazılmış kağız paketdəki 2 ədəd açıq qəhvəyi rəngli “F/M 40” göstəricili dərman həblərinin əsas təsiredici maddəsi metadondur və həmin həblərin tərkibində metadonun təsir maddəsinin ümumi miqdarı 0,080 qram təşkil edir. Metadon 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik masitələr”-in siyahısına (Siyahı İİ) daxildir. Qeyd: metadon həblərinin ümumi sayı - 2 ədəd həb, tədqiqata sərf edildi – 1 ədəd həb, qalıq – 1 ədəd həb. İş materiallarında olan məhkəmə narkoloji ekspertizasının 27.05.2021-ci il tarixli, 1626 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs TİRYƏK alşkoidlərini və onun sintetik analoqlarını tərkibində saxlayan maddələrdən və psixatrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində ASİLİLİQ SİNDİROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 28.04.2021-ci il tarixli, 9/1720 saylı rəyindən görünür ki, Respublikanın şəhərində yerləşən ticarət məntəqələrində, internet saytlarında mövcud olan qiymətlərdən və eləcə də Mərkəzdə olan məlumatlardan istifadə edilməklə qərarda göstərilən 1990-cı il buraxlışlı, “BMW 525” markalı **-KX-*** dövlət qeydiyyat nişanlı avtomobilin normal vəziyyətdə 2021-ci ilin mart ayına olan orta bazar qiyməti nəzəri hesablama yolu ilə təxminən 5000 (beş min) manat müəyyən olunur. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş tədqiqatdan sonra qalıq qalmış 0,080 qram narkotik vasitə olan metadon maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 04.03.2021-ci il tarixdə tutulmuş, 06.03.2021-ci il tarixdə MSY-dən azad edilərək barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-429/2021 saylı, 22.07.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs dəfələrlə məhkəmə iclasına gəlmədiyi üçün onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarında olan 13.08.2021-ci il tarixli “axtarışda olan şəxsin tutulması” barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13.08.2021-ci il tarixdə tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, ona dəymiş ziyanın ödənildiyini, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam veriıməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, o, Zərərçəkmiş şəxs dəymiş ziyanı ödəmiş, ona görə də, barəsində olan Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam veriıməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxsna ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 50 (əlli) saat sərf etmişdir. Ona görə də, 300 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosununhesabına köçürülməlidir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də, 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 185.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, Təqsirləndirilən şəxs CM-nin 185.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə zərərçəkmiş şəxslə barışdığından və dəymiş ziyanı ödədiyi üçün həmin hissdə CMnin 73-1.1-ci madədsinə əsasən barəsində ihin icraatına xitam verilməli, cinayət məsuliyyətindən azad edilməli, CM-nin 234.1-ci maddəsi üzrə isə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04.03.2021-ci il tarixdən 06.03.2021-ci il tarixdək və 13.08.2021-ci il tarixdən 19.11.2021-ci il tarixədək həbsdə olduğu 03 ay 08 müddət azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 16 (on altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməli, məhkəmə iclas zalından azad edilməli, cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,080 qram narkotik vasitə olan metadon məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 131,82 (yüz otuz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur və əmlak üzərinə həbs qoyulmamışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun 04.03.2021-ci il tarixdən 06.03.2021-ci il tarixdək və 13.08.2021-ci il tarixdən 19.11.2021-ci il tarixədək həbsdə olduğu 03 ay 08 gün azadlığın məhdudlaşdırılması cəzasının 06 (altı) ay 16 (on altı) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 14 (on dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından azad edilsin. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhər Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanı tərk etməmək, Bakı şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cəzaçəkdiyi müddət ərzində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyatda alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,080 qram narkotik vasitə olan metadon məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 131,82 (yüz otuz bir manat səksən iki qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 300 (üç yüz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 03TURA******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X4 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 120 (yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar