Məhkəmə qərarları › İş №1(060)-429/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-429/2025

16.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-429/2025 16.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X3 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X9, Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs, iştirakları ilə, xx.xx.1996-cı ildə Goranboy rayonu. Xovlu kəndində anadan olmuş, Azərbaucan Respublikasının vətəndaşı. orta təhsilli, məhkumluğu olmayan, subay, fərdi əməklə məşğul olan, Tərtər rayonu. Ortakənd G/D Dəmirli kəndində qeydiyyatda olan. Sumqayıt şəhəri. Yaşıldərə bağlar massivi fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 234.1, 263-1.1 və 264-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs, 30 noyabr 2024-cü il tarixdə saat 11:10 radələrində “AC 470993" nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi əsasında X5 mülkiyyətində olan və tanışı Zərərçəkmiş şəxs2 etibarnamə əsasında idarə etdiyi və sərəncamında olan “Opel Vectra" markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili Sumqayıt şəhəri, Yaşıldərə bağlar massivi ərizisində yerləşən yaşadığı fərdi evin qarşısından talama məqsədi olmadan qanunsuz ələ keçirərək “Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan idarə edib Sumqayıt şəhəri, Çerkassi küçəsində hərəkətdə olan zaman həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yəni, sürücü yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və yahərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalı olması barədə tələbləri pozaraq əks istiqamətli hərəkət zolağına çıxmaqla qarşıdan öz hərəkət zolağında hərəkətdə olan Zərərçəkmiş şəxs1 idarə etdiyi “Mercedes Benz" markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq sonuncunun sağ əlin 1-ci barmağının distal falanqa sümüyünün xətti sınığı, döş qəfəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyi xəsarətləri ilə müşayiət olunan, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid edilən xəsarət alması ilə nəticələn yol nəqliyyat hadisəsini törətdikdən sonra "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələblərinə əməl etməklə nəqliyyat vasitəsini yerindən tərpətməməli, hadisəyə aidiyyatı olan əşyaların yerini dəyişməməli, zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, "Təcili tibbi yardım" avtomobili çağırmalı, zərər çəkəni həyat üçün təhlükəli xəsarət aldığı hallarda onu yaxınlıqdakı tibb müəssisəsinə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənədi təqdim etməli, sonra hadisə yerinə qayıtmalı, hadisə haqqında Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və ya digər hüquq mühafizə orqanlarına xəbər verməli, həmin əməkdaşların gəlməsini gözləməli olduğu halda, bunları etməyərək idarə etdiyi avtomobili hadisə yerində tərk edib hadisə yerindən gedərək yol hərəkəti qaydalarını pozmuşdur. Bundan başqa o, tanışı X2 məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda yəni 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 fevral 2025-ci il tarixdə saat 18:43 dəqiqədə Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşlarının Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı 6/13 saylı binanın qarşısında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq üzərində yoxlama aparılarkən əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə təmiz çəkisi 0,394 qram ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 185.1 və 234.1-ci maddələri ilə elan olunmuş ittihamla özümü təqsirli bilmədiyini, lakin AR CM-in 263-1.1 və 264-cü maddələri ilə elan olunmuş ittihamla isə özünü təqsirli bildirdiyini göstərmişdir. Göstərmişdir ki, onun epilepsiya xəstəliyi var. Bəzən sudurğaları tutur və nəticədə özündə olmur. Sözügedən “Opel Vectra” markalı, **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili Xaliddən gündəlik olaraq günü 30 manatdan icarəyə götürüb sürürmüş və taksi fəaliyyəti ilə məşğul olmuşdur. Həmin gün, yəni 30 noyabr 2024-cü il tarixdə işləməyə, taksi fəaliyyəti ilə məşğul olmağa getmişdir. Yaşıldərə ərazilərində avtomobili idarə edərkən sudurğası tutmuş, həmin vaxt isə özündə olmamışdır. Nəticə etibarı ilə maşınları vuraraq nəqliyyat hadisəsi törətmişdir. Daha sonra özünə gəlmiş və qalxmış, bu zaman ətrafdakı insanlar ona dedilər ki, “neynədin sən?”. İbtidai istintaq zamanı fərqli ifadə verməyinin səbəbi odur ki, Xalid ona bildirmişdir ki, “belə bir ifadə ver ki, avtomobili əzdiyinə görə sığorta pul versin. Sən narahat olma, buna görə tutulmayacaqsan”. O, da oxuma, yazma bilmədiyi üçün orada nə yazdılarsa, onu da imzaladı. Bundan başqa, X17 onun yaxın dostudur, onlar birlikdə marketə getmişlər ki, bu zaman marketdə olarkən 2 nəfər polis əməkdaşı onlara yaxınlaşıb onların hər ikisini saxlamışlar. Daha sonra hər ikisinin də üzərini yoxlamışlar, lakin üzərlərindən narkotik vasitə aşkar edilməsə də, polis əməkdaşlarından biri yerdə 1 ədəd çet tapmışdır. Ondan həmin çetin kimə məxsus olduğunu soruşduqlarında onlara “bilmirəm” demişdir. Xalidin maşını sürmək üçün sürücülük vəsiqəsi və etibarnaməsi olmamışdır. Buna görə yol polisi əməkdaşları bir-iki dəfə onun avtomobilini saxlayıb cərimə meydançasına aparmışlar. Hadisə zamanı Yaşıldərədən çıxıb dördyol deyilən yerdə dayanmışdır. Sonrasını xatırlamır. Həmin vaxt nəqliyat vasitəsini yolun əks istiqamətində saxlamışdır. 6-7 ay əvvəldən narkotik vasitələrdən istifadə etməyə başlamışdır. Narkotik vasitəni Pərvinlə birlikdə istifadə etmişdir. Narkotik vasitəni 5 manata almış, hadisədən 3-4 gün qabaq narkotik vasitədən istifadə etmişdir. Hadisə nəticəsində çeşka markalı mersedes və bir böyük maşına zərər vurmuşdur. Çeşkanı idarə edən şəxs xəsarət almışdır. Hadisədən sonra oradan uzaqlaşmış, lakin sonradan polis əməkdaşlarına yaxınlaşıb özünü təqdim etməmişdir. Zərərçəkən şəxslə, onun vəziyyəti ilə maraqlanmamışdır. Hadisədən bir gün sonra polis əməkdaşları ona hadisə ilə bağlı zəng etmişlər. Pərvinlə onu Kotec qəsəbəsində saxlamışlar. Onun üzərində narkotik vasitə olmamışdır. Polis əməkdaşları bir çet narkotik vasitəni yerdən tapmışlar, ona həmin narkotik vasitəni üzərinə götürməsini demişlər. Lakin, polis əməkdaşlarının hansı səbəbdən yerdən tapılmış narkotik vasitəni onun üzərinə götürməsini demələrinin səbəblərini izah edə bilmir. Zərərçəkmişə dəymiş ziyanın 5000 manatını sığorta ödəyir. Yerdə qalan 2 min manatını işləyib hissə-hissə ödəyə bilər. Əvvəllər də dəfələrlə oğurluq cinayətinə görə və CM-in 185.1-ci maddəsi ilə məhkum olunmuş, lakin məhkumluğu ödənilmişdir. Xahiş edir ki, əməlindən peşman olmasını nəzərə alaraq onun barəsində yüngül cəza təyin edilsin. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında mühüm ziddiyyət olduğundan onun ibtidai istintaq zamanı verdiyi ifadələri məhkəmə istintaqı zamanı elan edilərək tədqiq edilmişdir. Məhkəmədə elan edilməklə tədqiq edilmiş ibtidai istintaq zamanı verdifi ifadələrində təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 185.1, 234.1. 263-1.1 və 264-cii maddələri ilə ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Sumqayıt şəhəri Yaşıldərə bağlar massivi fərdi evdə ailəsi ilə birlikdə yaşayır. Subaydır. Hal-hazırda rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Dostu Zərərçəkmiş şəxs2 "Opel Vectra" markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobili vardır. Xalid həmin avtomobil ilə Bakı- Sumqayıt şəhərləri arası sərnişin daşımaqla məşğul olur. O da bəzi vaxtlarda Xalidə köməklik göstərmişdir. 29 noyabr 2024-cü il tarixdə Xalid idarə etdiyi həmin avtomobili onun yaşadığı evin həyətyanı sahəsində saxlamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 11 radələrində o, Xalid onların evində yatan zaman siqaret almaq qərarına gəlmiş və stolun üzərində olan həmin avtomobilin açarlarını Xalidin xəbəri olmadan götürmüşdür. Daha sonra həmin avtomobillə Sumqayıt şəhəri, Yaşıl dərə bağlar massivi ərazisindən Çerkassi küçəsinə doğru çıxmış və özündən asılı olmayan səbəbdən həmin küçədə üzü Sərvər Bədəlbəyli istiqamətində, yəni əks hərəkət istiqamətində hərəkətin axınına doğru hərəkət etmişdir. Bu zaman isə təxminən 40-50 km/saat sürətlə hərəkətdə olub ilkin olaraq idarə etdiyi avtomobilin qabaq sağ hissəsi ilə Ford Transit markalı avtomobilin arxa sağ hissəsinə dəymiş və avtomobilin sol arxa hissəsi digər yük avtomobilinin sol orta hissəsinə toxunmuşdur. Daha sonra isə avtomobilin ön hissəsi ilə qarşıdan gələn Mercedes Benz markalı avtomobilin ön hissəsinə çırpılmışdır. Hadisə baş verdikdən sonra isə özündə olmadığından nə baş verdiyindən məlumatı olmamışdır. Bir qədər sonra isə özünə gəldikdə hadisə yerindən bir qədər uzaqlıqda ona su verildiyini görmüşdür. Həmçinin özünə gəldiyindən hadisə barədə dərhal evə gedib Xalidə məlumat vermişdir. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamışdır. Polis əməkdaşları ona həkim müayinəsindən keçirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, siqaret almaq üçün gedəcəyi zaman Xalid də həmin vaxtı yatdığı üçün açarları götürüb getmişdir. Onun avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi olmamışdır, sürücülük hüququ olmadan avtomobili idarə etmişdir. O, hadisənin təsirindən toqquşmadan dərhal sonra avtomobildən düşərək oradan xatırlamadığı istiqamətə getmişdir. Özünə gəldiyi zaman isə evə gedərək Xalidə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs əlavə olaraq ifadəsində göstərmişdir ki, təxminən bir neçə ildir ki, narkotik vasitələrdən istifadə edir. X15 onun tanışıdır. O, da narkotik vasitələrdən istifadə edir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, Pərvinlə görüşmüşdür. Görüş zamanı o, Pərvindən ona narkotik vasitə və ya psixotrop maddə verməsini istəmişdir. Pərvin isə ona özü istifadə etmək üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamin, yəni «patı» vermişdir. Həmin gün saat 18:43 dəqiqədə o, Pərvinlə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində yerləşən Qubadlı İcra Hakimiyyətinin inzibati binasının yaxınlığındakı 6/13 saylı binanın qarşısından keçərkən üç nəfər mülki geyimli şəxs onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və polis əməkdaşları olduqlarını bildirmişlər. Həmin şəxslər ondan və Pərvindən adlarını və soyadlarını soruşduqdan sonra onlara bildirmişlər ki, o, narkotik vasitələrin istifadəsində və qanunsuz üzərində gəzdirilməsində, Pərvin isə narkotik vasitələrin istifadəsində, qanunsuz üzərində gəzdirilməsində və satışında şübhəli bilinir. Onlar videoçəkiliş aparılmaqla birinci ona üzərində qanunla qadağan olunmuş əşya-predmet, narkotik vasitə varsa təqdim etməyini təklif etmişlər. Polis əməkdaşlarından biri telefon vasitəsi ilə videoçəkiliş aparmışdır. O, əynindəki boz rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd bükümdə psixotrop maddəni çıxarıb təqdim etmişdir. Polis əməkdaşı ondan bükümün içərisində nə olduğunu soruşmuşdur. O, bükümün içərisindəki maddənin «patı» olduğunu və həmin maddəni ona Pərvinin pay olaraq verdiyini bildirmişdir. Onun üzərindən aşkar olunmuş bir ədəd büküm qablaşdırıldıqdan sonra Pərvinə üzərindəki əşyaları təqdim etməyini təklif etmişlər. Pərvin isə əynindəki gödəkçənin sol yan cibindən 01 ədəd elektron tərəzini və içərisində 08 ədəd büküm olan «Kinder» oyuncaq qutusunu çıxarıb təqdim etmişdir. Bundan sonra Pərvinin üzərindən aşkar olunmuş bükümlər ayrı-ayrılıqda elektron tərəzidə çəkilmişdir. Pərvin çəkiyə etiraz etməmişdir. Pərvin həmin psixotrop maddələri İran İslam Respublikasının vətəndaşına 130 manat pul göndərdikdən sonra onun qoyduğu yerdən gedib götürdüyünü bildirmişdir. Bundan sonra Pərvinin təqdim etdiyi 08 ədəd bükümdə olan maddələr zərfə qoyularaq möhürlənmiş və qablaşdırılmışdır. Bundan sonra çəkiliş dayandırılmış və müvafiq sənədləşmə aparılması üçün onları Sumqayıt ŞPİ-nə dəvət etmişlər. O, və Pərvin polis əməkdaşlarına heç bir etiraz etməmişlər. Bundan sonra onlar bir başa Sumqayıt ŞPİ-nə gəlmişlər. Polis İdarəsində xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcədə hüquqlarını müdafiə etmək üçün Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X10 təqdim olunmuşdur. O, vəkilə etiraz etməmişdir. Ona üzərində hər-hansı bir qanunsuz əşya və predmet olub-olmadığı soruşulmuşdur. O, üzərində hər hansı bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilsə də heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. O, orada da üzərindən aşkar olunmuş psixotrop maddənin ona Pərvin tərəfindən verildiyini bildirmişdir. Bundan sonra üzərinə şəxsi axtarış keçirilməsi ilə bağlı protokol tərtib edilmişdir. Tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. O, saxlanılarkən və Polis İdarəsində olarkən ona qarşı heç bir təzyiq və qanunsuz hərəkətlər olunmamışdır. O, narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə etsə də satışı ilə məşğul olmamışdır. Məhkəmədə zərərçəkmiş şəxs kimi dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Mercedes Benz markalı **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil şəhadətnamə əsasında ona məxsusdur. xx.xx.2024-cü il tarixdə təxminən saat 11:10 radələrində o, idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Çerkassi küçəsi ilə üzü Dəmiryol Vağzalı istiqamətində təxminən 40 km/saat sürətlə hərəkətdə olan zaman orta hissədə anidən onun hərəkətdə olduğu istiqamətə, yəni hərəkət axınının əksinə olaraq hərəkət edən Opel markalı avtomobil ilkin olaraq arxa sol hissəsi ilə ondan öndə hərəkət edən yük avtomobilinin orta hissəsinə dəyib daha sonra isə onun avtomobilinin ön hissəsinə çırpılmışdır. Hadisə baş verdikdən sonra Opel markalı avtomobilin sürücüsü avtomobildən yerə düşmüş və onun xəsarət almasına baxmayaraq vəziyyəti ilə maraqlanmaq əvəzinə hadisə baş verən yerdan qaçmışdır. Bir qədər sonra isa o, baş vermiş hadisə barədə AR DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Sonra isə hadisə yerinə polis əməkdaşları və TTYS avtomobili yaxınlaşmışdır. Bundan sonra isə o, xəsarət aldığından TTYS avtomobili ilə müayinə olunmaqdan ötrü xəstəxanaya çatdırılmışdır. Hadisə baş verən zaman spirtli içki, narkotik vasitə və s. təsiri altında olmamışdır. Əlavə olaraq bildirmişdir ki, həmin vaxtı Opel markalı avtomobilin sürücüsü ona yaxınlaşmamış, nə də ona özü barədə heç bir məlumat verməmişdir. Həmin avtomobildə sürücüdən başqa heç kəs olmamışdır. Sürücü də avtomobil ilə hadisə törədikdən sonra avtomobildən düşüb qaçmışdır. Həmin hadisə avtomobilinin kamera yaddaşında qalmışdır. O. avtomobili hadisədən əvvəl təxminən 40 km/saat sürətlə idarə etmişdir. Həmin vaxtı o, sərxoş olmamışdır. Spirtli içki qəbul etməmişdir. O, öz hərəkət yolunda olmuş və həmin avtomobil əks istiqamətə çıxaraq hadisə törətmişdir. Ona məxsus Mersedes markalı avtomobilin ön hissəsi zədələnmiş və ona təxminən 7000 manat maddi ziyan dəymişdir. Həmin ziyanın 5000 manat hissəsi sığorta tərəfindən ödəniləcəkdir. Qalan 2000 manat hissəsini təqsirləndirilən şəxs ödəməlidir. Lakin, Təqsirləndirilən şəxs vəziyyətini bildiyindən onun həmin ziyanı ödəyə bilməyəcəyini başa düşür. Ona görədə təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Təqsirləndirilən şəxsə nə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxır. Məhkəmədə elan olunmaqla tədqiq edilmiş ibtidai istintaq zamanı verdiyi ifadəsində zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Təqsirləndirilən şəxs uzun zamandır ki tanıyır, onun iş yoldaşıdır. Belə ki, onlar hər gün birlikdə etibarnamə ilə idarə etdiyi “Opel Vectra” markalı **-SM-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı- Sumqayıt xətti üzrə fərdi qaydada sərnişindaşıma həyata keçirmişlər. Camal isə müştəri tapmaqda ona köməklik etmişdir. xx.xx.2024-cü il tarixdə onlar Bakı şəhərindən növbəti dəfə sərnişin gətirib Sumqayıt şəhərində düşürdükdən sonra Camalın yaşadığı evdə gecələmək qərarına gəlmişlər. Camalın yaşadığı evdə olan zaman o, avtomobilin açarını stolun üzərinə qoymuşdur. Daha sonra xx.xx.2024-cü il tarixdə təxminən saat 11:30 radələrində Camal o, onların evində yatan zaman anidən həyəcanlı şəkildə gələrək ondan icazəsiz şəkildə avtomobilini mağazaya siqaret almağa getmək üçün götürdüyünü, daha sonra isə Sumqayıt şəhəri Çerkassi küçəsində yol-nəqliyyat hadisəsi törətdiyini bildirmişdir. Bundan sonra isə o, hadisə baş verən əraziyə onunla birlikdə gələn zaman hadisə yerində heç bir avtomobil olmadığını görmüşdür. Baş vermiş hadisələrlə onun heç bir əlaqəsinin olmadığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, o, Camala avtomobili idarə etməsi üçün verməmişdir. Çünki Camalın avtomobil idarə etməsi üçün sürücülük hüququnun olmadığını bilmişdir. Camal yalnız ona müştəri tapmaqda köməklik göstərmişdir. Həmin gün də o, avtomobili ondan icazə almadan idarə etmiş və hadisə törətmişdir. Avtomobil şəhadətnamə ilə X6 məxsus olsa da, xx.xx.2015-ci il tarixdə avtomobili o, ondan almış, faktiki olaraq onun istifadəsində və sərəncamında olmuşdur. O. Təqsirləndirilən şəxs şikayətçi olmasını, onun icazəsi olmadan avtomobili qaçırdığını, yolnəqliyyat hadisəsi zamanı avtomobilə 5000 manata qədər maddi ziyan dəymişdir, buna görə də o, həmin maddi ziyanın ödənilməsini tələb etdiyini bildirmişdir. Məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə etməsi və qanunsuz üzərində saxlaması və X11 narkotik vasitələri və psixotrop maddələri əldə etməsi, qanunsuz üzərində saxlaması və satması ilə barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə polis əməkdaşları tərəfindən əməliyyat tədbirləri keçirilmişdir. Həmin məlumat əsasında həmin gün saat 18:43 dəqiqədə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı İcra Hakimiyyətinin yaxınlığında yerləşən 6/13 saylı yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs və X11 videoçəkiliş aparılmaqla saxlanılmışdır. Sonra Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini təklif etmişlər. Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim etmişdir. Ondan bükümün içərisindəki maddənin nə olduğunu soruşulduqda Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin «patı» olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmin bükümü haradan aldığını soruşduqda o, həmin bükümü ona Pərvinin pulsuz olaraq özü istifadə etmək üçün verdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilmişdir. Bükümün çəkisi 0.53 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Sonra aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılmışdır. X22 üzərində qanunsuz olan əşyaları təqdim etməsi bildirildi. Pərvin Əhmədov əynindəki gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi və sarı rəngdə olan «Kinder» oyuncaq qutusunu və gödəkçənin sağ yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb təqdim etmişdir. Pərvin Əhmədovun təqdim etdiyi tərəziyə baxılmış və işlək vəziyyətdə olduğu müəyyən edilmişdir. Sonra oyuncaq qutusu açılmış və içərisində 08 ədəd büküm aşkar olunmuşdur. Pərvin Əhmədov bükümlərin içərisindəki kütlənin metamfetamin olduğunu və həmin bükümləri tanımadığı şəxsdən 130 manata aldığını bildirmişdir. Sonra bükümlərə baxıldıqda içərisində kristal şəkilli maddələr olduğu aşkar olunmuşdur. Sonra bükümlər ümumlikdə elektron tərəzidə çəkilmiş və çəkisi 3,69 qram təşkil etmişdir. Pərvin Əhmədov bu çəkiyə etiraz etməmişdir. X19 üzəri yoxlanılmış və ona məxsus şəxsiyyət vəsiqəsindən başqa heç bir şey aşkar olunmamışdır. Aşkar olunmuş 08 ədəd büküm və elektron tərəzi zərfə qoyularaq qablaşdırılmış və möhürlənmişdir. X23 psixotrop maddəni kimdən və hansı formada əldə etməsi barədə məlumat verərək bildirmişdir ki, əldə etdiyi psixotrop maddəni özü istifadə etmək və əldə etdiyi narkotikin pulun çıxarmaq üçün satmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs verdiyi psixotrop maddəni pay olaraq verdiyini bildirmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır. Onlar Camal və Pərvini sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə dəvət etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Şahid3 ilə eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 22-ci səhifəsində olan 20 fevral 2025-ci il tarixli şübhəli şəxs kimi tutma qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs kimii tutulmuşdur. Cinayət işinin 68-ci vərəqəsində olan qəti imkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, 22 fevral 2025-ci il tarixdə təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 6/4942 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd kağız zərfdəki 01 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,394 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metaiıfetamindir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar olunaraq götürülmüş ilkin təmiz çəkisi 0.394 qram psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınmış, tədqiqat və istintaq zamanı aparılmış kimyəvi ekspertizalar nəticəsində qalıq, xalis çəkisi 0,344 qram çəkidə psixotrop maddə olan metamfetamin məsul saxlanış üçün Sumqayıt ŞPİ- nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə Sumqayıt ŞPİ-nin əməkdaşları tərəfindən baxış və şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 02 ədəd disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 20 fevral 2025-cüi il tarixdə saat 18:43 dəqiqədə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı icra Hakimiyyətinin yaxınlığında yerləşən 6/13 saylı yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs və X15 polis əməkdaşları tərəfindən saxlanılır. Polis əməkdaşı özünü təqdim edərək Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları olduqlarını bildirirlər. Sonra saxlanılan şəxslər yaşadıqları ünvanı bildirib özlərini təqdim edirlər. Polis əməkdaşı Şahid1 saxlanılan şəxslərə nə üçün saxlanıldıqlarını izah edir. Sonra Şahid1 Təqsirləndirilən şəxs üzərində qanunsuz olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs əynindəki idman şalvarının sağ yan cibindən 01 ədəd bükümü çıxarıb təqdim edir. Şahid1 bükümün içərisindəki maddənin nə olduğunu soruşur. Təqsirləndirilən şəxs bükümün içərisindəki maddənin «patı» olduğunu bildirir. Şahid1 Təqsirləndirilən şəxs həmin bükümü haradan aldığını soruşur. Təqsirləndirilən şəxs həmin bükümü ona Pərvinin pulsuz olaraq özü istifadə etmək üçün verdiyini bildirir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş büküm elektron tərəzidə çəkilir. Bükümün çəkisi 0,53 qram təşkil edir. Sonra Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzəri yoxlanılır, lakin heç bir şey aşkar olunmur. Sonra aşkar olunmuş büküm zərfə qoyularaq qablaşdırılır. Sonra Şahid1 Pərvin Əhmədova nə üçün saxlanıldığını və hüquq və vəzifələrini izah edir. Sonra Şahid1 Pərvin Əhmədova üzərində qanunsuz olan əşyaları təqdim etməsini bildirir. Pərvin Əhmədov əynindəki gödəkçənin sol yan cibindən bir ədəd elektron tərəzi və sarı rəngdə olan «Kinder» oyuncaq qutusunu və gödəkçənin sağ yan cibindən 01 ədəd «Redmi» markalı mobil telefonu çıxarıb təqdim edir. Şahid1 Pərvin Əhmədovun təqdim etdiyi tərəziyə baxır və işlək vəziyyətdə olduğunu qeyd edir. Sonra oyuncaq qutusu açılır və içərisindən 08 ədəd büküm aşkar olunur. Pərvin Əhmədov bükümlərin içərisindəki kütlənin metamfetamin olduğunu və həmin bükümləri tanımadığı şəxsdən 130 manata aldığını bildirir. Sonra Şahid1 bükümlərə baxıb içərisində kristall şəkilli maddələr olduğunu bildirir. Sonra bükümlər ümumlikdə elektron tərəzidə çəkilir və çəkisi 3,69 qram təşkil edir. Sonra Şahid1 tərəfindən Pərvin Əhmədovun üzəri yoxlanılır, ona məxsus şəxsiyyət vəsiqəsindən başqa heç bir şey aşkar olunmur. Aşkar olunmuş 08 ədəd büküm və elektron tərəzi zərfə qoyularaq qablaşdırılır və möhürlənir. X23 psixotrop maddəni kimdən və hansı formada əldə etməsi barədə məlumat verir. Sonra Şahid1 suallarına cavab olaraq bildirir ki, əldə etdiyi psixotrop maddəni özü istifadə etmək və əldə etdiyi narkotikin pulun çıxarmaq üçün satmışdır. Bundan başqa o, Təqsirləndirilən şəxs verdiyi psixotrop maddəni pay olaraq verdiyini bildirir. Şahid1 sənədləşmə işlərinin aparılması üçün Sumqayıt ŞPİ-nə gedəcəklərini bildirib çəkilişin dayandırılacağını bildirir. Cinayət işinin materiallarından görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş əşyalara baxış keçirilməsini əks etdirən videogörüntülər olan bir ədəd diskdə baxış keçirilərkən müəyyən olunmuşdur ki, 20 fevral 2025-ci il tarixdə saat 18:43 dəqiqədə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ərazisində yerləşən Qubadlı icra Hakimiyyətinin yaxınlığında yerləşən 6/13 saylı yaşayış binasının qarşısında Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb üzərinə baxış keçirilib üzərindən 01 ədəd bükümdə psixotrop maddə olan mtamfetamin aşkar edildikdən sona müvafiq sənədləşmə işləri aparılması üçün Sumqayıt ŞPİ-nə gətirilmişdir. Xidməti otaqların birində kriminalist videokameranı işə salır. X13 özünü təqdim etdikdən sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Sonra təhqiqatçı ona daxil olmuş əməliyyat məlumatı əsasında saxlanıldığını, üzərinə baxış keçirilərkən 01 ədəd bükümdə psixotrop maddə olan metamfetaminə bənzər kütlənin aşkar edilərək götürüldüyünü və hazırda həmin bükümün olduğu zərfə baxış keçiriləcəyini bildirir. Bundan sonra polis əməkdaşları şəxs özünü təqdim edir. Sonra Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X1 şəxsə təqdim olunur. Təqsirləndirilən şəxs vəkilə etiraz etmir. Bundan sonra Təqsirləndirilən şəxs özünü təqdim edir. Mikayıl Cabbarova hüquq və vəzifələri ilə bağlı bildiriş təqdim olunur. Təhqiqatçı Təqsirləndirilən şəxs üzərində olan əşyaları təqdim etməsini bildirir. Təqsirləndirilən şəxs üzərində heç bir şey olmadığını bildirir. Bundan sonna təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir, lakin Təqsirləndirilən şəxs üzərindən heç bir əşya aşkar olunmur. Sonra Təqsirləndirilən şəxs təhqiqatçının suallarına cavab olaraq üzərindən aşkar olunmuş psixotrop maddəni ona Pərvin adlı tanışının istifadə etmək üçün pay olaraq verdiyini, narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmadığını bildirir. Müdafiəçi saxlanılarkən polis əməkdaşları tərəfindən ona qarşı kobudluq olunubolunmadığını, soruşur. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı heç bir qanunsuz hərəkət olunmadığını bildirir. Müdafiəçi başqa sualının olmadığını bildirir. Daha sonra təhqiqatçı çəkilişin dayandırılmasını qeyd edir. Cinayət işinin materiallarında olan Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz» markalı. **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış müşahidə kamerasının yaddaşında olan görüntülərin köçürüldüyü 01 ədəd DVD diskdə baxış keçirilərkən müəyyən edilmişdir ki, həmin diskdə 01 ədəd “VİD20241130 WA430" adlı videogörüntü vardır. Videogörüntü 35 saniyə davam edir. Həmin görüntünün aşağı sol küncündə xx.xx.2024 cü il saat 11:12:27 saniyə göstərilmişdir. Videogörüntü səssizdir. Videogörüntüyə baxış zamanı müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il saat 11:12:27 dəqiqədə Sumqayıt şəhəri, Çerkasi küçəsi ilə üzü Dəmiryol vağzalı istiqamətində Zərərçəkmiş şəxs1 idarə etdiyi «Mercedes Benz» markalı, **-EB-*** dövlət qeydiyyat nişanlı avtomobil hərəkətdədir. Avtomobilin qarşısında Qazel markalı avtomobil hərəkət edir. Yolun sağ tərəfində isə Kamaz markalı yük maşını dayanmış vəziyyətdədir. Videogörüntünün 4-5-ci saniyyəsində Qazel markalı maşının qarşısından Opel markalı avtomobil çıxaraq Mercedes markalı avtomobillə toqquşur. Qazel markalı avtombil təxminən 50 metr irəlidə dayanır. Ətrafdakı insanlar hadisə yerinə yaxınlaşırlar. Opel markalı avtomobilin sürücüsü isə avtomobildən düşərək hadisə yerindən uzaqlaşır. Sonra video bitir. «Mercedes Benz» markalı, **-PB-*** dövlət qeydiyyat nişanlı avtomobildə quraşdırılmış müşahidə kamerasının yaddaşında olan görüntülərin köçürüldüyü 01 ədəd DVD disk iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut növü kimi tanınmış və istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarında olan Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1579 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan asıllıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınmış məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Cinayət işinin materiallarında olan xx.xx.2024-cü il tarixli 6551 nömrəli “sərxoşluq vəziyətinin tibbi müayinəsi” aktında Təqsirləndirilən şəxs hadisə zamanı sərxoş olmaması, qanında psixotrop maddə olan metamfetamin qalıqları aşkarlanması göstərilmişdir. "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respbulikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarının 3.3-cü maddəsində göstərilmişdir ki, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının təyini isə həkim-narkoloq tərəfindən bioloji mayelərin (qan, tüpürcək, sidik, hava və s.) müayinəsi vasitəsi ilə həyata keçirilir. Şəxsə aid bioloji mayelərdə narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin izi və sərxoşluğun kliniki əlamətləri aşkar edildikdə, həmin şəxs sərxoş hesab edilir. İstintaq zamanı Sumqayıt Şəhər Rayonlararası Narkoloji Dispanserindən daxil olmuş 30 noyabr 2024-cü il tarixli, 6551 nömrəli aktın 12-ci bəndinin "a" yarımbəndində (alkoqol sərxoşluq vəziyyəti) göstərilmişdir ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti yoxdur, "ç" yarımbəndində (sərxoşluq əlamətləri olmadan narkotik vasitələrin, psixotrop maddələrin və digər güclü təsir edən maddələrin bioloji mayelərdən müəyyən edilməsi faktı) göstərilmişdir ki, sidik ekspres test üsulu ilə yoxlanılan zaman metamfetamin qəbul faktı aşkarlandı.(MET pozitiv) Göründüyü kimi, ekspres test üsulu ilə yoxlanılan zaman Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamin qəbul faktı aşkarlansa da, qeyd edilən fakt sərxoşluq əlamətləri olmadan, yəni "Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları"nın təsdiq edilməsi barədə Azərbaycan Respbulikası Nazirlər Kabinetinin 27 iyun 2014-cü il tarixli 209 saylı qərarının 3.3-cü maddəsində göstərilən tələblərdən biri (sərxoşluğun kliniki əlamətləri aşkar edilməsi) mövcud olmamışdır. Buna görə də, Təqsirləndirilən şəxs hadisə vaxtı narkotik vasitənin təsiri altında olmaması nəzərə alınmışdır. Cinayət işinin materiallarında olan MTE və PA birliyi publik hüquqi şəxsin Sumqayıt şəhər şöbəsinin xx.xx.2024-cü il tarixli 2018 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir: Zərərçəkmiş şəxs1 bədəni üzərində aşağıdakı xəsarətlər vardır: sağ əlin İ barmağının distal falanqa sümüyünün xətti sınığı, döş qəfəsinin yumşaq toxumalarının şişkinlik fonunda əzniyi. Qeyd olunan xəsarətlər küt əşya (əşyalar) təsirindən törənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt TTYX-nın zədə məntəqəsinə müraciət etdiyin vaxtdan az əvvəl olmaqla qərarın təsviri hissəsində göstərilən şəraitdə və qaydada, yəni xx.xx.2024-cü il tarixdə yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aiddir. Cinayət işinin materiallarında olan məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2025-ci il tarixli 8/357 nömrəli rəydən aşağıdakılar müəyyən edilmişdir: İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Opel Vectra markalı ** SM *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. lb, 2b. İstintaq tərəfindən göstərilən şəraitdə Ford Transit markalı ** FU *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. lc, 2c. İstintaq tərəfindən göstərilən şəraitdə Mersedes-Benz markalı ** EB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədar hərəkətləri üzrə tədqiqat aparılmır. ld, 2d. İstintaq tərəfindən göstərilən şəraitdə QAZ-53 markalı ** BX *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid6 hadisənin qarşısının alınması ilə əlaqədar olan hərəkətlərinin tədqiqi xüsusi bilik tələb etmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası BDYPİ-nin Sumqayıt Regional Qeydiyyat imtahan və Texniki baxış şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-13-16- 8/28526/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs adına Mərkəzi informasiya sistemində sürücülük vəsiqəsi qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DlN-nin BƏSİİ-dən Təqsirləndirilən şəxs barəsində verilmiş tələbnamədən görünür ki, o, sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 185.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il islah işləri 20% cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli amnistiya qərarının 2.8-ci bəndinə əsasən cəzadan azad edilmişdir. Odur ki, qanunvericiliyin tələblərinə görə Təqsirləndirilən şəxs məhkumluğu ödənilmiş şəxs kimi hesab edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ona verilmiş ittihamlar üzrə özünü qismən təqsirli bilərək ifadəsində nəqliyyat vasitəsini özbaşına ələ keçirmədiyini, üzərindən psixotrop maddə aşkar olunmadığını, bir çet psixotrop maddəni polis əməkdaşları yerdən tapıb onun üzərinə götürməsini tələb etdiklərini, sudurğası tutduğu üçün avtomobili yolun hərəkətin əksi istiqamətində sürdüyünü, hadisə yerindən qaçmaması barədə ifadəsini işin faktiki hallarına, toplanmış sübutlara uyğun gəlmədiyindən cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün özünü müdafiə xarakteri ilə verilmiş ifadə kimi qiymətləndirir, Təqsirləndirilən şəxs bu ifadəsini sübut kimi qəbul etmir. Belə ki, təqsirləndirilən şəxs Camal Mikaylovun qeyd olunan ifadəsi özünün ibtidai istintaq zamanı verdiyi tam etirafedici ifadələri, şahidlərin, zərərçəkmiş şəxslərin ifadələri, ekspertiza rəyləri videogörüntülərə baxış protokolları və digər istintaq materialları ilə tam təzkib olunur. Məhkəmə Təqsirləndirilən şəxs ibtidai istintaqdakı etirafedici ifadəsini işin faktiki halları ilə uyğunluq təşkil etdiyindən onu sübut kimi qəbul edir. Məhkəmədə CM-in 185.1 və 234.1-ci maddələri ilə özünü təqsirli bilməməsinə dair ifadəsinə isə yuxarıda qeyd əsaslara görə tənqidi yanaşaraq onu sübut kimi qəbul etmir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün ibtidai istintaq zamanı verdiyi tam etirafedici ifadəsi, məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri və digər iş materialları ilə onun talama niyyəti olmadan qanunsuz olaraq avtomobili ələ keçirməsi, idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığınıa az ağır zərər vurulmasına səbəb olan cinayət əməli törətməsi, qanunsuz olaraq psixotrop maddə olan metamfetamini əldə edib üzərində saxlaması, yol-nəqliyyat hadisəsi yerindən qaçması cinayətlərinin törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 234.1, 263-1.1 və 264-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı yüngülləşdirən hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən və ağırlaşıran halların olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində təqsirli biliniyi maddələrin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzalərın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə cəzası təyin edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli həbsə alındığı vaxtdan 16 iyul 2025-ci il tarixdən hesablanmalı, onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməli, şübhəli şəxs kimi tutulduğu 2 gün ona təyin edilmiş cəzadan çıxılaraq üzərində qəti cəza saxlanılmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinaytlərə görə ik dəfə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkirlər. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 1579 saylı rəyində Təqsirləndirilən şəxs narkomaniya xəstəliyi aşkar olunduğu və narkomaniyadan məcburi müalicəyə ehtiyacının olmasının göstərildiyi nəzərə alınaraq Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və ərazi narkoloji dispanserdə profilaktik qeydiyyata alınmalıdır. Maddi sübut və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc otağında saxlanılan 0,344 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 03 (üç) ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, iş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının xərci 265 (iki yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Həmçinin məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 185.1, 234.1, 263-1.1 və 264-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin, ona CM-in 185.1-ci maddəsi ilə 9 ay müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 234.1-ci maddəsi ilə 1 il müddətə azadlıqdan məhrum etmə cəzası, CM-in 263-1.1ci maddəsi ilə 01 (bir) il 6(altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 6(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası , CM-in 264-cü maddəsi ilə 1 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 1-il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 66.4 və 66.5-ci mddələrinə əsasən təyin edilmiş əlavə və əsas cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs cinayətlərin məcmusu üzrə qəti cəza 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu 20 fevral 2025-ci ildən 22 fevral 2025-ci il tarixədək olan 2 gün müddət ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 2 il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 il 11 ay 28cün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını üumi rejimli cəzaçəkmə müəssisələrində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 16 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müaliə təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 0,344 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 3 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 265 (iki yüz altmış beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X7, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X12 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar