Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-43/2021 02.03.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi-Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs- Zərərçəkmiş şəxs və onun nümayəndəsi Abşeron rayon Vəkil Bürosunun vəkili Nümayəndə, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi- Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxx 1990-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Sumqayıt şəhəri 3-cü mikrorayon ev 27, mənzil 9-da qeydiyyatda olan və yaşayan, barəsində bşaqa yerə getməmək haqqında “iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Təqsirləndirilən şəxs, qardaşı Şahid1 ilə birlikdə 18 yanvar 2020-ci il tarixdə saat 10:30 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 27 saylı yaşayış binasının qarşısında, Zərərçəkmiş şəxs 17 yanvar 2020-ci il tarixdə ataları Şahid2 tanışı Şahid3 ilə dostluq etməsinə irad bildirib, ünvanına nalayiq ifadə işlətməsi səbəbindən döyüb, bədən xəsarəti yetirməsinin səbəbini aydınlaşdıran vaxt aralarında yaranmış şəxsi münasibətlər zəmnində mübahisə zamanı Şahid1 yumruqla Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq, ona QKBT. baş beyin silkələnməsi, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması kimi, Təqsirləndirilən şəxs isə yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq, ona sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ əng sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları kimi xəsarətlər yetirib zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və Azərbaycan Respublikası CM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, aralarında qohumluq münasibətləri olmuş, əvvəllər münasibətləri normal olmuş, hər hansı ədavət və ya pis münasibətləri olmamış, sonuncu dəfə 17.01.2020-ci il tarixdə axşam saatlarında yaşadığı evə gələrkən, atası Nazimin üz nahiyyəsində xəsarət izlərinin olduğunu görmüş, ondan nə baş verdiyini soruşduqda atası Nazim həmin gün Sumqayıt şəhəri 45-ci məhəllə ərazisində qohumları Elman tərəfindən döyüldüyünü bildirmiş, bundan sonra qardaşı Eminlə Elmana zəng vurub hadisənin hansı şəraitdə baş verməsini aydınlaşdırmaq üçün onu yaşadıqları evə çağırmış, ancaq Elman yaşadıqları evə gəlməkdən imtina edərək, səhəri gün yaşadıqları evə gələrək məsələni aydınlaşdıracağını bildirmiş, bundan sonra səhəri gün saat təxminən 10 radələrində yaşadığı evdə olarkən yaşadığıqları binanın dəhlizindən səs-küy gəldiyini eşidib, evdən dəhlizə çıxanda yaşadıqları binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən pilləkənlərdə qardaşı Eminlə Elmanın mübahisə etdiklərini, anası Qənifənin də onların yanında olduğunu, Elmanın ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlətdiyini görmüş, bundan sonra anası Qənifədən evə keçməsini tələb etmiş, Emin isə Elmandan nalayiq ifadə işlətməməsini istəsə də, Elman nalayiq ifadələr işlətməkdə davam edərək, anası Qənifəni əli ilə sinəsindən itələyib divara çırpmış, Emin isə bu səbəbdən yumruqla Elmana bir zərbə vurmuşdur. Hadisə zamanı o, yumruqla Zərərçəkmiş şəxs sifət nahiyəsinə vuraraq ona xəsarət yetirmiş, zərbənin təsirindən Zərərçəkmiş şəxs yerə yıxılmışdır. Hadisə yaşadığı binanın birinci mərtəbəsi ilə ikinci mərtəbəsi arasında yerləşən dəhlizdə baş vermiş, həmin vaxt orda qardaşı Emin, anası Qənifədən başqa kənar şəxs olmamışdır. Hazırda zərərçəkmiş şəxslə barışmışdır. Odur ki, barəsindəki cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Şahid2 Aralarında uzaq qohumluq münasibətləri vardır, əvvəllər münasibətləri normal olmuşdur. Sonuncu dəfə 17.01.2020-ci il tarixdə tanışı Şahid3lə ilə birlikdə “ BMW ” çay evinə istirahət etmək üçün getmişlər və saat 17 radələrinədək çay evində oturmuşlar. Bundan sonra çay evindən çıxıb küçə ilə gedərkən yanılarına Nazim gəlmiş və ilk olaraq onunla, sonra isə Bəxtiyarla görüşüb onlardan bir qədər aralanmış, ancaq birdən o, geri qayıdıb, ünvanına nalayiq ifadələr işlədərək ona əl-qol atmağa başlamış və niyə qohum olmaqlarına baxmayaraq Bəxtiyarla oturub, durduğunu, onunla yoldaşlıq etdiyini demişdir. İlk olaraq Nazimin sərxoş olduğunu görüb onu sakitləşdirməyə çalışmış və yaşadığı evə aparmağı təklif etmiş, Nazim isə əksinə əli ilə vurub başında olan papağı yerə salmışdır. Bundan sonra Nazimin sakitləşmədiyini görüb onu sol əli ilə sağ böyür nahiyəsindən möhkəm itələdikdə o yerə yıxılmış və ona yerdə bir iki dəfə zərbə vurmuşdur. Nazim yerdən qalxaraq bu dəfə əynində olan köynəyin yaxasından yapışıb, dartaraq köynəyini cırmışdır. Orada olan Bəxtiyar araya girib onları ayırdıqdan sonra, oradan çıxıb getmişdir. Sonradan olanlardan məlumatı olmamış, gecə saatlarında Nazimin oğlanları Sərxan və Emin ona məxsus mobil nömrəyə zəng vurub ataları ilə aralarında nə baş verdiyini soruşmuşdur. Gecə olduğundan səhəri gün danışmağı təklif etmişdir və bundan sonra telefonu söndürmüşdür. Səhəri gün Sərxan və Emin yenidən ona zəng vurduqda, ataları Nazimlə birlikdə görüşüb nə baş verdiyini aydınlaşdırmalarını təklif etmiş, bundan sonra Nazimin yaşadığı 3-cü mikrorayon ərazisinə getmiş və Nazimin yaşadığı 27 saylı binanın giriş hissəsində Emini görüb, onunla görüşmək istədikdə Eminin balaca qardaşı Sərxan görmədiyi istiqamətdən ora gəlib, arxa nahiyəsindən ona yaxınlaşaraq, heç bir söz demədən sağ sifət nahiyəsindən ard-arda ona iki zərbə vurmuşdur. Zərbənin təsirindən yerə yıxılsa da sonra ayaxa qalxmış və təxminən 10 metr məsafədə qaçaraq ordan uzaqlaşmaq istəmiş, ancaq kimsə arxadan ona təpik zərbəsi vurduğundan yenidən yerə yıxılmışdır. Başını qaldırdıqda Emin yumruqla sifət nahiyəsinə bir zərbə vurmuşdur. Bundan sonra Emin və qardaşı Sərxan əl və ayaq zərbələri ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq onu döymüşdürlər. Özünə gəldikdə Emin və Sərxanın anasının orda olduğunu görmüş, o, xəstəxanaya getməyini təklif etsə də, Emin xəstəxaya gedərsə hadisə barədə polisə məlumat verəcəyini bildirmiş, evlərinə gedib əl üzünü yumağını söyləmiş, ancaq bununla razılaşmayıb, ordan çıxıb getmişdir. Səhəri gün isə tibbi yardım almaq üçün Sumqayıt şəhər TTY xəstəxanasına müraciət etmiş, oradan isə polis bölməsinə dəvət olunduqda, oraya gedib hadisə barədə məlumat vermişdir. Hadisə 18.01.2020-ci il tarixdə Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən 27 saylı binanın qarşısında baş vermişdir və orda Sərxan və Emin olmuşdur. 17.01.2020-ci il tarixdə Bəxtiyarla birlikdə Nazimə qarşı heç bir formada fiziki qüvvə tətbiq etməmiş, ona hər hansı xəsarət yetirməmiş, əksinə həmin hadisə zamanı Nazim onu təhqir edib, ona əl qol atmışdır. 17.01.2020-ci il tarixdə Nazimlə aralarında baş vermiş dava-dalaş zamanı hər hansı bədən xəsarəti almamış, ancaq 18.01.2020-ci il tarixdə Sərxan və Emin tərəfindən döyülərkən müxtəlif bədən xəsarətləri alıb, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş QKBT. Baş beyin silkələnməsi, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması xəsarətlərini Eminin onu yumruqla həmin nahiyəsinə vurması, tibbi müayinəsi zamanı bədəni üzərində aşkar edilmiş sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ əng sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları xəsarətlərini isə Sərxanın həmin nayələrinə vurmaları nəticəsində almışdır. Hazırda Təqsirləndirilən şəxs ilə barışmışdır. Mübahisə 3-5 dəqiqə davam etmiş, hadisə yerinə kənar şəxslər gəlməmiş və səs küy yaranmamışdır. Ondan şikayətçi deyildir və ona qarşı hər hansı iddiası və tələbi yoxdur. Təqsirləndirilən şəxs barəsində cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs uzun müddət əvvəl tanımış, aralarında uzaq qohumluq münasibətləri olmuş, sonuncu dəfə 17.01.2020-ci il tarixdə saat təxminən 19 radələrində yaşadığı evdə olarkən ona məxsus mobil telefona tanımadığı şəxs zəng vuraraq atası Nazimin yanında olduğunu və onu döyüb xəsarət yetirdiklərini bildirmiş, bundan sonra taksi avtomobilinə minərək atası Nazimin yanına getmiş və onu götürüb yaşadıqları evə gətirmiş, atasından hansı şəraitdə xəsarət almasının səbəbini soruşduqda isə o, küçədə təsadüfən Elman və onun tanışı Bəxtiyarla qarşılaşdığını, aralarında yaranmış mübahisə zamanı Elman tərəfindən döyüldüyünü bildirmiş, daha sonra yaşadıqları evə gəlmiş qardaşı Sərxanla birlikdə atasının mobil telefonundan Elmanın mobil nömrəsini götürüb ona zəng vurmuşlar, Elman isə səhəri danışmalarını təklif etmiş, bundan sonra səhəri gün yəni 18.01.2020-ci il tarixdə saat təxminən 10 radələrində yenidən qardaşı Sərxanla Elmana zəng vurub onu yaşadıqları evə dəvət etmiş, Elmanı yaşadıqları evə dəvət etməkdə məqsədləri Elmanla atası Nazim arasında yaranmış dava-dalaşın səbəbini aydınlaşdırmaq olmuş, Elmanla aralarındakı telefon danışığından təxminən 30 dəqiqə keçmiş o yaşadıqları binanın qarşısına gəlmiş, Elmanla yaşadığı binanın ikinci mərtəbəsində dəhlizdə qarşılaşdıqda, qardaşı Sərxanla ondan tanışı ilə ataları Nazimi hansı səbəbdən döyüb xəsarət yetirməsinin soruşduqda, Elman onlarla söyüşlə danışmağa başlamış, Elmanla söhbət etməkdə məqsədləri hadisənin hansı səbəbdən baş verməsini aydınlaşdırmaq, onun atalarından üzür istədikdən sonra onları barışdırmaq olsa da Elmanın onlarla söyüşlə danışması səbəbindən əsəblərini cilovlaya bilməmiş və ilk olaraq yumruqla Elmanın burun nahiyəsinə bir yumruq zərbəsi vurmuş, Sərxan da Elmanın üz nahiyəsinə yumruq zərbəsi vurmuş, vurduğu zərbədən sonra Elmanın burun nahiyəsindən qan gəlmiş, Sərxanın vurduğu yumruq zərbəsindən sonra isə Elmanın sağ göz nahiyəsində şişkinlik yaranmış, sonradan Elman ordan getmişdir. Mübahisə qısa müddət davam etmiş və kənar şəxslər toplaşmamışdır. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid2 da oğlu Şahid1 ifadəsinə uyğun ifadə verərək göstərilənləri təsdiq etmişdir. Cinayət işinin materiallarında olan 26 mart 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, cinayət işinin istintaqı zamanı Zərərçəkmiş şəxs ilə Şahid1 üzləşdirilmiş, üzləşdirmə istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs bir daha 18.01.2020-ci il tarixdə saat 10 radələrində Sumqayıt şəhəri 3-cü mikrorayon ərazisində yerləşən yaşadığı 27 saylı binanın qarşısında qardaşı Təqsirləndirilən şəxs və tanımadığı başqa bir şəxslə birlikdə onu döyüb ona bədən xəsarət yetirdiklərini sonuncunun üzünə qarşı deməklə istintaqa verdiyi ilkin ifadəsində göstərilən xüsusatları təsdiq etsə də, Şahid1 isə ifadəsində qeyd edilən hadisə zamanı qardaşı Təqsirləndirilən şəxslə Zərərçəkmiş şəxs bir gün əvvəl ataları Şahid2 hansı səbəbdən döyüb bədən xəsarəti yetirməsinin səbəbini aydınlaşdırmaq istədikdə Zərərçəkmiş şəxs ünvanlarına nalayiq ifadə işlətməsi səbəbindən ona burun nahiyəsindən bir yumruq zərbəsi vuraraq bədən xəsarəti yetirdiyini etiraf etmiş, ancaq hadisə vaxtı yanlarında kənar şəxs olmadığını, ondan və qardaşı Təqsirləndirilən şəxs başqa Zərərçəkmiş şəxs digər şəxsin xəsarət yetirmədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 21.01.2020-ci il tarixli 82 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs tibbi müayinəsi zamanı onun bədəni üzərində aşağıdakı “QKBT. Baş beyin silkələnməsi, sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ ənğ sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması” xəsarətləri aşkar edilmişdir: Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla, 18.01.2020-ci il tarixdə əmələ gələ bilər, yıxılma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Cinayət işi üzrə təyin edilmiş əlavə məhkəmə-tibb ekspertizasının 26.03.2020-ci il tarixli 13/82 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Nazim oğlunun bədəni üzərində “QKBT. Baş beyin silkələnməsi, sağ alt çənə sümüyünün koronoid çıxıntısının xətti sınığı, sağ ənğ sümüyünün, sağ orbitanın aşağı sümük divarının, sağ almacıq qövsünün sınıqları, hər iki göz ətrafının dərialtı hematoması, sağ gözün ağlı qişasının bütünlüklə əhatə edən yayılmış qansızması” aşağıdakı xəsarətlər vardır. Qeyd olunan xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdirlər, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-na müraciət etdiyi vaxtdan bir gün əvvəl olmaqla, 18.01.2020-ci il tarixdə əmələ gələ bilər, yıxılma nəticəsində əmələ gəlməsi istisna edilir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aiddir. Vət. Zərərçəkmiş şəxs sifət nahiyəsində yara, sıyrıq olmadığına görə, onun almış olduğu xəsarətlərin yumruqla, eləcədə zərərçəkmişin dindirilmə protokolunda göstərdiyi kimi əldə saxlanılmış küt əşya ilə yetirilməsi az inandırıcıdır. Zərərçəkmiş şəxs sifətində olan çoxsaylı sınıqlar, eləcə də digər xəsarətlər əldə saxlanılmış küt əşyaya yumşaq bir materialın bükülməsi nəticəsində, təkrari zərbələr zamanı əmələ gələ bilərdi. Cinayət işinin materiallarında olan baxış keçirilmə və götürmə haqqında 30 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Sumqayıt şəhəri, 45-ci məhəllə ərazisində “BMV” çay evinin qarşısında baxış keçirilmiş, baxış zamanı Şahid3 “BMV” çay evində quraşdırılmış videoçəkiliş kamerasının olduğunu bildirərək həmin çəkilişdən əldə etdiyi videogörüntünü DVD diskdə təqdim etmişdir. Təqdim edilmiş diskə baxıldıqda Şahid3 Zərərçəkmiş şəxsla “BMV” çay evinin qarşısında dayanıb söhbət etmələri, Nazim Mehtiyevin onlara yaxınlaşmaları, sonradan Nazim Mehtiyevlə Zərərçəkmiş şəxs aralarında mübahisə düşməsi, Zərərçəkmiş şəxs Nazim Mehtiyevin qolundan tutub dartıb itələməsi və Nazim Mehtiyevin üzü üstə yerə yıxılması, həmin vaxt yol keçən insanların dayanıb tamaşa etmələri, orada olan Şahid3 onları sakitləşdirməyə çalışması müəyyən edilmişdir. Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 30 mart 2020-ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid3 təqdim etdiyi diskə baxış keçirilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu əvvəllər məhkum olunmayan şəxsdir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyəti 18 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan sübutların qiymtləndirilməsinə dair 13.05.2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 127.2.3 və 221.1-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət işinin başlanması rədd edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 6(060)-33/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qərarı ilə “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” 13 may 2020-ci il tarixli qərarının nəticə hissəsi olan “qərara aldım” hissəsinin üçüncü bəndi olan “Qərarın təsviri hissəsində göstərilənlərə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 127.2.3 və 221.1-ci maddəsinin tərkib əlamətləri yaranmadığından həmin xüsusat üzrə cinayət təqibinin başlanması rədd edilsin” hissəsi ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 07 oktyabr 2020-ci il tarixli 6(105)-23/2020 saylı qərarı ilə Sumqayıt şəhər Məhkəməsinin 6(060)-33/2020 saylı 18 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 25.07.2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs tərəfindən verilmiş 26.02.2021-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Ondan şikayətçi deyildir və təqsirləndirilən şəxs barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Cinayət işinin materiallarına əlavə olunmuş Təqsirləndirilən şəxs tərəfindən verilmiş 02.03.2021-ci il tarixli ərizədən görünür ki, o Zərərçəkmiş şəxs ilə barışmışdır və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini Məhkəmədən xahiş edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda, təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 73.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri ləğv edilmədiir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üzərində “ARİTA,CD-R” markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “VİD-20200124-WA000” adlı, 63568 kb həcmində və 12 dəqiqə 44 saniyə davam edən video görüntü olan 01 (bir) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43, 321, 346, 347, 381, 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləğv edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış üzərində “ARİTA,CD-R” markalanma yazısı olan, yaddaşında isə 01 (bir) ədəd “VİD-20200124-WA000” adlı, 63568 kb həcmində və 12 dəqiqə 44 saniyə davam edən video görüntü olan 01 (bir) ədəd disk cinayət işində saxlanılsın. Qərar elan olunduğu andan 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. HAKİM: PƏRVİZ HACİYEV
Məhkəmə qərarları › İş №1(060)-43/2021
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-43/2021
02.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver