Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-43/2022 15.02.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1976-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmayan, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 32, mənzil 17-də qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan 15 fevral 2019-cu il tarixdən başlayaraq 12.01.2011-ci il təvəllüdlü X8 oğlunun və 24.06.2012-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tutulub X4 ödənilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(060)-3168/2019 saylı qanuni qüvvəyə minmiş qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirməməsinə görə 06 avqust 2020-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 10 (on) gün müddətinə inzibati həbs tənbeh növü tətbiq edilməsinə və bundan sonra qətnaməni könüllü icra etməsi üçün ona yenidən vaxt verilməsinə dair bildiriş göndərilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada 09.04.2020-ci il, 04.05.2020-ci il və 26.08.2020-ci il tarixlərdə xəbərdarlıq olunmasına baxmayaraq, öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilənədək, yəni 06 yanvar 2021-ci il tarixə kimi, cəmi 6640,00 (altı min altı yüz altmış dörd) manat məbləğində aliment borcunu tələbkara ödəməyərək zərərçəkmiş şəxs X4 maddi ziyan vurmaqla yanaşı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin mənafeyinə xələl gətirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərdi ki, bir ildən artıqdır X2 ilə rəsmi nikaha daxil olmadan ailə həyatını qurmuş, həmin nikahdan 27.05.2021-ci il tarixdə Mədinə adlı qız övladı anadan olmuş, Sumqayıt şəhərində Köroğlu prospektində yerləşən “Milana” gözəllik salonunda bərbər kimi fəaliyyət göstərir və aylıq gəliri təxminən 400-500 manat təşkil edir, X5 onun keçmiş arvadıdır, sonuncu ilə 17.07.2009-cu il tarixdə rəsmi nikaha daxil olaraq ailə qurmuş, həmin nikahdan iki övladı - Tunar və Yaqub adlı uşaqları doğulmuş, 2019-cu ilin əvvəllərində Aygün Əsədova ilə münasibəti pozulduğundan ayrılmış və sonuncu məhkəməyə müraciət edərək uşaqların saxlanması üçün ondan aliment tələb etmiş və nəticədə Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(060)-3168/2019 saylı qətnaməsinə əsasən 15 fevral 2019-cu il tarixdən başlayaraq 12.01.2011-ci il təvəllüdlü Yaqub Anar oğlunun və 24.06.2012-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment ondan tutulub X4 ödənilməsi qət edilmişdir. Qətnamə üzrə verilmiş icra vərəqəsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən ona könüllü icra müddəti təyin edilməsinə baxmayaraq, qətnamənin icrasını təmin edə bilməmiş, icra məmuru tərəfindən barəsində iki dəfə inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilmiş və sonuncu dəfə Sumqayıt Şəhər Məhkəmənin 06.08.2020-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinib barəsində 10 (on) gün müddətində inzibati qaydada həbs seçilmiş, inzibati həbsdən sonra icra məmuru tərəfindən ona yeni müddət verilməsinə baxmayaraq aliment üzrə yaranmış borcu ödəməmiş və cinayət məsuliyyətini daşıması barədə icra məmuru tərəfindən xəbərdarlıq edilmiş, icra zamanı aliment üzrə Aygün Əsədovaya cəmi 400,00 manat məbləğində ödəniş etmiş, icra qurumu tərəfindən göndərilmiş təqdimatda, yəni 06.01.2021-ci il tarixədək aliment üzrə borcu 6640,00 manat təşkil etmiş, istintaq dövründə qətnamə üzrə yaranmış aliment borcundan əlavə olaraq 900,00 manat məbləğində ödəniş aparmışdır. Məhkəmədə işə baxılarkən 4000 manat ödəmiş, 2000 manat borcu qalmışdır. Törətdiyi əməl cinayət olmasını başa düşür və əməlindən peşimandır. Məhkəmə qətnaməsinə hörmətlə yanaşır və icrasından yayınmır, sadəcə maddi vəziyyəti pis olduğundan və pandemiya səbəbindən borcunu tam ödəyə bilməmişdir. Odur ki, barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X5 göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 12 iyul 2019-cu il tarixli, 2(060)-3168/2019 saylı qətnaməsinə əsasən Təqsirləndirilən şəxs 15 fevral 2019-cu il tarixdən başlayaraq 12.01.2011-ci il təvəllüdlü X8 oğlunun və 24.06.2012-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 160,00 olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində alimentin tutulub ona ödənilməsi qət edilmiş, məhkəmə qətnəməsi icra olunması üçün aidiyyəti üzrə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə göndərilmiş, icra məmuru tərəfindən icra işi açılaraq borcluya öhdəliyin icra olunması üçün könüllü müddət verilmiş, Təqsirləndirilən şəxs tərəfindən öhdəliyin yerinə yetirilməməsi səbəbindən məcburi icra tədbirləri həyata keçirilmiş, qətnamə üzrə qət edilmiş aliment pulu borclu Təqsirləndirilən şəxs tərəfindən qərəzli olaraq ödənilmədiyindən icra məmuru tərəfindən iki dəfə inzibati xəta haqqında protokol tərtib edilib inzibati məsuliyyətə cəlb olunması üçün məhkəməyə müraciət olunmuş, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 25.11.2019-cu il və 06.08.2020-ci il tarixli qərarların hər biri ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Daha sonra qətnaməni icra etmək üçün icra məmuru tərəfindən ona yenidən müddət verilməsinə baxmayaraq müxtəlif bəhanələr əsas gətirmiş, aliment üzrə cəmi 400,00 manat məbləğində ödəniş etmiş, alimentin ödənilməməsi ilə bağlı icra məmuru Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimatla müraciət edərkən Təqsirləndirilən şəxs aliment üzrə 6640,00 manat məbləğində borcu yaranmışdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhərində 48-ci məhəllə ərazisində “Milana” gözəllik salonunda bərbər işləməsinə və daimi gəlir əldə etməsinə baxmayaraq qərəzli olaraq alimenti ödəməkdən yayınmış, bir ata kimi öz övladları ilə maraqlanmamış və evə heç bir köməklik göstərməmişdir. Məhkəmənin gedişində borcdan 4000 manat ödənilmiş, amma söz verilsə də qalan borc ödənilməmişdir. Təqsirləndirilən şəxs istəsə borcun qalanını da ödəyə bilərdi. Aliment borcunun qalan hissəsini Təqsirləndirilən şəxs tələb edir, ona ən ağır cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X5 14.02.2022-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsində də göstərmişdir ki, Təqsirləndirilən şəxs tərəfindən aliment borcundan 4000 manat ödənilmişdir. Qalan borcu da tələb edir, qalıq borcun ödənilmədiyi halda ona ağır cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid1 göstərdi ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3168/2019 saylı, 12.07.2019-cu il tarixli qətnaməsi üzrə verilmiş icra sənədinə əsasən Təqsirləndirilən şəxs 12.01.2011-ci il təvəllüdlü X8 oğlunun və 24.06.2012-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15.02.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tələbkar X3 xeyrinə tutulmalıdır. İcra sənədi üzrə 30.07.2019-cu il tarixdə Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icraatına daxil olmuş və həmin tarixdə müvafiq qaydada icraata başlanılaraq qərarın surəti tələbin dərhal icrasına dair bildirişlə birlikdə borclunun ünvanına göndərilmiş, məhkəmə qərarının icrası ilə əlaqədar Təqsirləndirilən şəxs Sumqayıt Şəhəri üzrə İcra İdarəsinə dəvət olunmuş və tələbi dərhal icra etməsi ona bildirilərək məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinin inzibati və cinayət məsuliyyətinə səbəb olacağı izah edilmişdir. Borclu Təqsirləndirilən şəxs iş üzrə tələbi təmin etməmiş və məcburi icra tədbirləri həyata keçirmək üçün görülmüş icra tədbirləri qənaətbəxş olmamış, tələb icra olunmadığından borclu Təqsirləndirilən şəxs barəsində 25.11.2019-cu il və 31.08.2020-ci il tarixlərdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə bağlı inzibati xəta haqqında protokollar tərtib olunaraq baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilmiş və məhkəmənin 25.11.2019-cu il tarixli 3(060)-4090/2019 saylı və 06.08.2020-ci il tarixli 3(060)-1429/2020 saylı qərarları ilə borclu hər bir qərar üzrə 10 (on) gün müddətində inzibati qaydada həbs növündə tənbeh edilmişdir. İcra sənədinin icrasını təmin etmək və borclunun qanunla nəzərdə tutulan məsuliyyətdən boyun qaçırmasının qarşısını almaq məqsədi ilə Sumqayıt Şəhər Məhkəməsinin 8(060)- 293/2020 saylı, 31.08.2020-ci il tarixli qərardadına əsasən borclu Təqsirləndirilən şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır. İcra işində olan sənədlərə əsasən borclu Təqsirləndirilən şəxs tərəfindən icra zamanı tələbkarın xeyrinə 400,00 manat ödəniş edilmiş və 6640,00 manat aliment borcu yaranmışdır. Bu səbəbdən tələbkar Aygün Əsədova 16.10.2020-ci il tarixdə ərizə ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə müraciət edərək, borclu Təqsirləndirilən şəxs qətnaməni icra etməməsini əsas gətirərək onun cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı İstintaq idarəsinə təqdimat verilməsini xahiş etmiş, borclu Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 3168/2019 saylı, 12.07.2019-cu il tarixli qətnaməsini ona inzibati tənbeh tətbiq olunmasına və məsuliyyəti elan olunmaqla rəsmi xəbərdarlıqlar edilməsinə baxmayaraq icra etməməkdə davam etməklə hərəkətsizlik göstərmiş, həm də faktiki imkanlarından istifadə etməmişdir. Bu səbəbdən borclu tərəfindən dövlət adından çıxarılmış məhkəmə qətnaməsi qərəzli olaraq icra edilmədiyindən barəsində Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsilə cinayət məsuliyyətinə cəlb olunması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat göndərilmişdir. Şahid qismində dindirilmiş Sumqayıt Şəhəri üzrə İcra İdarəsinin icra məmuru Şahid2 Şahid1 ifadəsində göstərilən xüsusatları ifadəsində təsdiq etmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-3168/2019 saylı, 12.07.2019-cu il tarixli qətnaməsindən görünür ki, borclu Təqsirləndirilən şəxs 12.01.2011ci il təvəllüdlü X8 oğlunun və 24.06.2012-ci il təvəllüdlü X9 oğlunun yetkinlik yaşına çatanadək saxlanılmaları üçün 15.02.2019-cu il tarixdən başlayaraq hər ay hər uşağa görə 160,00 manat olmaqla, cəmi 320,00 manat sabit pul məbləğində aliment tələbkar X3 xeyrinə tutulmalıdır. (i.v.86-88) İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-nin məlumatından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur (i.v.143) İş materiallarında olan doğum haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 27.05.2021-ci il tarixli azyaşlı uşağı vardır. (i.v. 177) Cinayət işinin materiallarına əlavə edilən məhkəmə qətnaməsinin icrası ilə bağlı Təqsirləndirilən şəxs adına ünvanlanmış tələbin könüllü icra edilməsinə dair bildirişdən, Sumqayıt Şəhər Məhkəməsinin inzibati xəta haqqında 06 avqust 2020-ci il tarixli qərarından və digər sənədlərdən görünür ki o, həqiqətən Sumqayıt Şəhər Məhkəməsinin 12.07.2019-cu il tarixli, 2(060)-3168/2019 saylı qətnaməsini qərəzli olaraq icra etməmişdir. İş materiallarında olan 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnaməyə əsasən Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. (i.v.103) İş materiallarında olan “axtarışda olan şəxsin tutulması barədə” 29.06.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29.06.2021-ci il tarixdə, saat 13:08-də tutulmuşdur. (i.v. 152-153) İş materiallarında olan sənədlərdən görünür ki, 30.06.2021-ci il tarixdə saat 14:00da Təqsirləndirilən şəxs “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərar elan edilmiş, 30.06.2021-ci ildə saat 14:20-dən saat 14:45-dək dindirilmiş, “Qətimkan tədbiri seçmək haqqında” qərara əsasən barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və Təqsirləndirilən şəxs 30.06.2021-ci ildə MSY-dən azad edilmişdir. (144-145, 169-174, 179-184) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmiş, iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, icra işindəki məlumatları, icra ilə bağlı görülən tədbiləri nəzərə almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissələrinə görə məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən Azərbaycan Respublikası məhkəmələrinin fəaliyyəti yalnız ədalət mühakiməsinin və qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada məhkəmə nəzarətinin həyata keçirilməsinə yönəldilmişdir. Məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq bütün müəssisə, idarə və təşkilatların, siyasi partiyaların, ictimai birliklərin, digər hüquqi şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edir, Konstitusiyada və bu Qanunda nəzərdə tutulmuş digər vəzifələri həyata keçirirlər. Həmin Qanunun 5-ci maddəsinə əsasən, məhkəmələr baxılmış işlər üzrə Azərbaycan Respublikası adından qətnamələr, hökmlər, qərardadlar və qərarlar çıxarırlar. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icra edilməməsi Azərbaycan Respublikası qanunvericiliyi ilə nəzərdə tutulmuş məsuliyyətə səbəb olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi Cəfərov (Jafarov) Azərbaycana qarşı (ərizə № 17276/07) 11 fevral 2010-cu il tarixli qərarında Hornsbi Yunanıstana qarşı, 19 mart 1997-ci il tarixli qərarının, 40-cı bəndinə istinad edərək bir daha bildirmişdir ki, 6-cı maddənin 1-ci bəndi hər kəs üçün, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən, məhkəməyə və ya məhkəmə funksiyasını həyata keçirən digər orqana müraciət etmək hüququnu təmin edir; bununla da həmin bənd “məhkəmə araşdırması hüququnu” təsbit edir, məhkəməyə müraciət hüququ, yəni mülki işlərlə bağlı məhkəmədə iddia qaldırmaq hüququ isə bu hüququn bir aspektidir. Lakin iştirakçı dövlətin daxili hüquq sistemi məcburi qüvvəyə malik yekun məhkəmə qərarının tərəflərdən birinin ziyanına olaraq yerinə yetirilməmiş qalmasına imkan versəydi, məhkəmə araşdırması hüququ xəyali hüquq olardı. 6-cı maddənin 1-ci bəndi işdəki tərəflərə verilən prosessual təminatları (ədalətli, açıq və vaxtında aparılan məhkəmə araşdırması) ətraflı təsvir etdiyi halda məhkəmə qərarlarının icrası hüququnu müdafiə etməsəydi, bu, anlaşılmaz bir hal olardı; 6-cı maddəni yalnız məhkəməyə müraciət edilməsi və icraatın aparılması ilə əlaqədar olan maddə kimi şərh etmək, yəqin ki, qanunun aliliyi prinsipinə zidd olan situasiyalara gətirib çıxarardı, halbuki iştirakçı dövlətlər Konvensiyanı ratifikasiya edərkən həmin prinsipə hörmət etməyi öhdələrinə götürüblər. Buna görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası 6-cı maddənin məqsədləri üçün “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi sayılmalıdır. Həmçinin Avropa Məhkəməsi qeyd etmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir (Burdov Rusiyaya qarşı iş üzrə 7 may 2002-ci il tarixli Qərar, §35). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsinin şərh edilməsinə dair» 02.10.2012ci il tarixli qərarında Konstitusiya Məhkəməsinin Plenumu hesab etmişdir ki, Azərbaycan Respublikası CM-nın 306-cı maddəsində nəzərdə tutulmuş cinayət tərkibi məhkəmə aktını icra etməməsinə görə Azərbaycan Respublikası İXM-nın müvafiq maddəsi ilə inzibati məsuliyyətə cəlb edildikdən sonra şəxs tərəfindən həmin icra sənədinin yenidən qərəzli olaraq icra edilmədiyi hallarda yaranır. Beləliklə, Təqsirləndirilən şəxs təqsiri məhkəmə istintaqı zamanı dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və digər sübutlarla tam sübuta yetirilir, onun əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CM-nın 306.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, bu maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası CM-nın 59.1.4, 59.1.14 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 27.05.2021-ci il tarixli azyaşlı uşağının olmasını, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini və yaşayış yerindən müsbət xarakterizə edilməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdə tutulmuş, 30 iyun 2021-ci il tarixədək, yəni iki gün saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub saxlanıldığı müddət 02 (iki) gün müəyyən olunaraq Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. İş üzrə maddi sübut, müsadirə olunası əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsi ilə təqsirli bilinsin və 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 29 iyun 2021-ci il tarixdən 30 iyun 2021-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-43/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-43/2022
15.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver