Məhkəmə qərarları › İş №1(060)-43/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-43/2023

16.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-43/2023 16.02.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxsnın, Onun müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxxx 1984-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ailəli, ali təhsilli, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X24 şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının Terapiya şöbəsində həkim kardioloq işləyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, ünvan 2nvanında faktiki yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs o, vəzifəli şəxs qismində xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədi ilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməklə dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Belə ki, o, 15 avqust 2008-ci il tarixdən Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının (01 aprel 2021-ci il tarixdən isə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X24 şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının) Terapiya şöbəsinin həkim-kardioloqu vəzifəsində işləyərkən həmin Nazirlik üzrə 19 sentyabr 2012-ci il tarixli 70 nömrəli əmrlə təsdiq edilmiş “Tibb müəssisələrində çalışan tibb, əczaçılıq və digər ixtisaslar üzrə işçilərin nümunəvi vəzifə təlimatları”na əsasən, tibbi praktikada tətbiqinə icazə verilmiş müasir profilaktika, diaqnostika, müalicə və reabilitasiya metodlarından istifadə etməklə öz ixtisası üzrə peşəkar səviyyədə tibbi yardım göstərmək, müvafiq qaydalara və standartlara uyğun olaraq xəstənin aparılması taktikasını (anamnezin toplanması, klinik-laborator tədqiqatların, müayinə və müalicənin aparılması) və diaqnozunu müəyyən etmək, mövcüd qaydalara və standartlara uyğun olaraq zəruri müalicəni təyin etmək və nəzarət etmək, zəruri diaqnostik, müalicə, reabilitasiya və profilaktik prosedur və tədbirləri təşkil etmək və ya müstəqil surətdə aparmaq, stasionarda xəstəyə gündəlik baxış keçirmək, pasiyentin vəziyyətindən asılı olaraq müalicə planına dəyişiklik etmək və əlavə müayinə metodlarının zəruriliyini müəyyən etmək, müalicə-profilaktika müəssisəsinin başqa bölmələrinin həkimlərinə öz ixtisası üzrə məsləhət yardımı göstərmək, ona tabe orta və kiçik tibb heyətinin işinə rəhbərlik etmək, öz vəzifə öhdəliklərinin yerinə yetirilməsində onlara kömək etmək, diaqnostik və müalicə prosedurlarının aparılmasının, alət, aparat və avadanlıqların istismarının, dərman preparatlarının səmərəli istifadəsinə, orta və kiçik tibb heyəti tərəfindən təhlükəsizlik texnikası və əməyin mühafizəsi qaydalarına riayət edilməsinə nəzarət etmək, orta və kiçik tibb heyətinin ixtisasının artırılması üzrə məşğələlərin aparılmasında iştirak etmək, öz işini planlaşdırmaq və öz fəaliyyətinin göstəricilərini təhlil etmək, tibbi və digər sənədlərin müəyyən edilmiş qaydalara uyğun olaraq vaxtında və keyfiyyətli rəsmiləşdirilməsini təmin etmək, sanitar-maarifləndirmə işini aparmaq, etik davranış qaydalarına riayət etmək, əmək qabiliyyətinin müvəqqəti itirilməsinin ekspertizasının aparılmasında iştirak etmək və tibbi-sosial ekspertiza üçün zəruri sənədləri hazırlamaq, müəssisə rəhbərliyinin əmr, sərəncam və tapşırıqlarını peşəkar səviyyədə və vaxtında icra etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə işlədiyi istiqamət üzrə təkmilləşdirmə kurslarında iştirak etmək, mütəmadi olaraq öz ixtisasını artırmaq, müəyyən olunmuş qaydada sertifikasiyadan keçmək, daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına, sanitariya-epidemioloji rejimə riayət etmək, tibb müəssisəsinin fəaliyyətinə, işçilərinə, pasiyentlərə təhlükə yaradan təhlükəsizlik texnikası, yanğına qarşı və sanitariya qaydalarının pozulmasının aradan qaldırılması üzrə, rəhbərliyin vaxtında məlumatlandırılması da daxil olmaqla, operativ tədbirlər görmək və digər səlahiyyətlərə malik başqa şəxslər üçün hüquq münasibətlərinin əmələ gəlməsi, dəyişməsi və xitamına səbəb olan hərəkətləri etməklə əlaqədar inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin 08 yanvar 2019-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dərizöhrəvi dispanserinin inzibati binasına, 2021-ci ilin mart ayında isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 2 saylı poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş 23 iyul 1963-cü il təvəllüdlü, Sumqayıt şəhər sakini X1 qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda xx.xx.2021-ci il tarixdə onun adına rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 100 nömrəli əmrlə təsdiq olunmuş ******* saylı xəstəlik tarixi açıb, Elbrus Ağayevin guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də, əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Elbrus Ağayev barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “xroniki ürək çatmamazlığı İİ-İİİ f.s.” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “xroniki ürək çatmamazlığı İİ-İİİ f.s " kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə xx.xx.2021-ci il tarixdə qeyd edərək vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Elbrus Ağayevə təqdim etməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X24 şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin 08 yanvar 2019-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dəri-zöhrəvi dispanserin inzibati binasına, 2021-ci ilin mart ayında isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 2 saylı poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş xx xxxxxx 1962-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid4 stasionar qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda xx.xx.2021-ci il tarixdə onun adına rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 100 nömrəli əmrlə təsdiq olunmuş ******* saylı xəstəlik tarixini açıb, Şahid4 guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid4 barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “xroniki ürək çatmamazlığı İİ dərəcə” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “xroniki ürək çatmamazlığı İİ dərəcə " kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə xx.xx.2021-ci il tarixdə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid4 təqdim etməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X24 şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin 08 yanvar 2019-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dəri-zöhrəvi dispanserin inzibati binasına, 2021-ci ilin mart ayında isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 3 saylı poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş 5 iyun 1966-cı il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid7 stasionar qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda xx.xx.2021-ci il tarixdə onun adına rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 100 nömrəli əmrlə təsdiq olunmuş ******* saylı xəstəlik tarixini açıb, Şahid7 guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid7 barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “qan dövranın və ürək çatmamazlığı İİ dərəcə” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “qan dövranın (hipertoniya) və ürək çatmamazlığı İİ dərəcə" kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə xx.xx.2021-ci il tarixdə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid7 təqdim etməklə Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X24 şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bundan başqa, o, həmin vəzifədə işləyərkən qeyd edilən səlahiyyətlərə malik inzibati-təsərrüfat funksiyalarını yerinə yetirən vəzifəli şəxs kimi, təkrarən, xidməti vəzifəsinin icrası ilə əlaqədar özü və üçüncü şəxs üçün qanunsuz üstünlük, yəni özünə müraciət etmiş şəxs yanında saxta nüfuz qazanmaq, eləcə də şəxsin əlilliyə görə düzgün olmayan əsaslarla pul müavinəti almasına köməklik etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə edərək, 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Sumqayıt şəhər Səhiyyə İdarəsinin 08 yanvar 2019-cu il tarixli 3 nömrəli əmrinə əsasən xəstəxananın bütövlükdə keçmiş Sumqayıt dəri-zöhrəvi dispanserin inzibati binasına, 2021-ci ilin mart ayında isə Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasına köçürülməsinə və faktiki olaraq xəstəxanada stasionar müalicə almaq üçün şərait və xəstələrin yatması üçün çarpayı sayının yetərli olmamasına baxmayaraq, xəstəxananın baş həkimi Şahid1 özünə xəstələrlə bağlı müxtəlif poliklinikaların göndərişlərini qəbul etmək və stasionar müalicəyə yerləşdirmə ilə bağlı vermiş olduğu göstərişə uyğun, verilmiş əlillik dərəcəsinin müddəti bitdiyindən yenidən əlillik dərəcəsi almaq üçün Sumqayıt şəhər 1 saylı poliklinikası tərəfindən xx.xx.2021-ci il tarixli göndəriş əsasında xəstəxananın Terapiya şöbəsində stasionar müalicə alması üçün özünə müraciət etmiş 2 dekabr 1958-ci il təvəllüdlü, Sumqayıt şəhər sakini Şahid6 stasionar qaydada xəstəxanaya yerləşdirərək müayinə və müalicə etməklə yekun nəticəyə gəlməli olduğu halda bunu qəsdən etməyərək, stasionar qaydada müalicə almadığı halda xx.xx.2021-ci il tarixdə adına rəsmi sənəd hesab edilən xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən 100 nömrəli əmrlə təsdiq olunmuş ******* saylı xəstəlik tarixini açıb, Şahid6 guya stasionar müalicə almasına dair xəstəlik tarixi verilməsi məqsədilə sonuncunun faktiki olaraq əziyyət çəkməsə də əlavə diaqnozlar hesabına əlillik dərəcəsi verilməsinə nail olmaq niyyətilə Sumqayıt şəhəri, 52-ci məhəllədə yerləşən Sumqayıt şəhər Göz Xəstəxanasının inzibati binasındakı xidməti otağında Şahid6 barəsində obyektiv, laborator və instrumental müayinələrə əsaslanmadan sonuncunu guya xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddətdə stasionar qaydada müayinə və müalicə edərək Azərbaycan Respublikası Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq olunmuş “Əlilliyin müəyyən olunması Meyarlarına dair Əsasnamə”yə əsasən “qan dövranı çatmamazlığı İİ mərhələ” diaqnozu əlillik təyininə əsas verdiyindən rəsmi sənəd hesab edilən ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışa (xəstəlik tarixi) ağırlaşma diaqnozu kimi “qan dövranı çatmamazlığı İİ mərhələ" kimi bilə-bilə yalan diaqnozları vahid şəxsi niyyətlə xx.xx.2021-ci il tarixdə qeyd edərək təkrarən vəzifə saxtakarlığı törətməklə hazırladığı həmin saxta xəstəlik tarixini Şahid6 təqdim etdikdən sonra sonuncunun həmin xəstəlik tarixini Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsininin Həkim məsləhət komissiyasına təqdim etməsi ilə əlaqədar cinayətdən xəbərsiz komissiya sədri və üzvləri Şahid6 həmin diaqnozların olduğuna qeyd edilən xəstəlik tarixinə istinadən əmin olub 13 yanvar 2022-ci il tarixli 0531003AAM7W nömrəli elektron göndərişə ağırlaşma diaqnozu qismində “qan dövranı çatmamazlığı İİ mərhələ” diaqnozu daxil edilib təsdiq edilərək həmin göndərişin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibb Sosial Ekspertiza və X2 Sosial Ekspert Komissiyasına göndərilməsinə nail olmaqla, Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə X24 şəxs Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının səhiyyənin keyfiyyətinə dövlət nəzarətinin təmin edilməsi, respublikanın tibb müəssisələrində vətəndaşların əmək qabiliyyətinin itirilməsinin ekspertizası işinin təkmilləşdirilməsi, bu sahədə şəffaflığın təmin olunmasına nail olunması ilə bağlı fəaliyyətinin pozulmasında ifadə olunan qanunla qorunan mənafelərinə mühüm zərər vurmaqla təkrarən vəzifə səlahiyyətlərindən sui-istifadə etmiş, vəzifəli şəxs qismində şəxsi niyyətlə rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə təkrarən vəzifə saxtakarlığı törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə ona elan edillmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 2008-ci ildən Sumqayıt şəhəri 2 saylı xəstəxanada terapiya şöbəsində həkim kardioloq vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Şahid1 Sumqayıt şəhəri 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləmişdir. Həkim kimi vəzifəsi şöbədə müalicəsi ona həvalə olunmuş xəstələrə müalicə təyin edərək, onların müalicəsinə nəzarət etməkdən ibarətdir. Terapiya şöbəsində xəstələrə stasionar müalicə tətbiq olunur. 2019-cu ilin mart ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2021-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Bundan əvvəlki illərdə xəstəxananın inzibati binasında xəstələrin stasionar müalicə almaları üçün tam şərait olmuşdur. Lakin müvəqqəti olaraq təmir ilə bağlı xəstəxananın yerləşdiyi binada şərait tam əlverişli olmamışdır. Buna baxmayaraq o və xəstəxananın digər həkimləri müalicə etdiyi xəstələrə müvafiq qaydada nəzərdə tutulmuş tibbi yardımı göstərmişdir. Əlilliyin verilməsi ilə bağlı xəstəxanaya müraciət edən şəxslər ilk növbədə xəstəliyin ixtisası üzrə sahə həkimi tərəfindən qəbul edilir və onun sənədlərinə baxılır. Əgər müraciət edən şəxsin tibbi sənədləri yoxdursa ona göndəriş verilərək müayinələrdən keçirilir, zərurət olduqda digər klinik xəstəxanalara göndərilir, ambulator və stasionar müalicələr aparılır, əgər xəstəliyi ilə bağlı sənədləri varsa və əlavə müalicəyə ehtiyacı yoxdursa sənədlər toplanaraq komissiyaya təqdim edilir. Sonra komissiya sənədlərlə birlikdə şəxsi qəbul edir və həqiqətən də onda qeyd olunan xəstəliyin əlamətləri varsa xəstəliyin əlilliyə səbəb olub-olmamasını Nazirlər Kabinetinin 415 nömrəli qərarı ilə qiymətləndirilir. Əgər şəxsin xəstəliyi əlilliyin verilməsi üçün əsasdırsa barəsində elektron qaydada forma 88 yazılaraq təsdiq olunmaqla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir. Xəstəxana təmir və yenidənqurma ilə bağlı başqa inzibati binaya köçürüləndən sonra xəstələri stasionar müalicə etmək üçün şəraitləri pisləşmişdir. Sumqayıt Göz Xəstəxanasının inzibati binasında isə ümumiyyətlə şərait yoxdur. Yəni xəstəxananın reanimasiya şöbəsi həmin binada yerləşmir, tamamilə başqa binada yerləşir. Buna baxmayaraq Sumqayıt şəhərində fəaliyyət göstərən poliklinikalardan verilmiş göndərişlər əsasında xəstələr işlədiyi xəstəxanaya müraciət etmişlər. Xəstəxananın qeydiyyat şöbəsində həmin xəstələrin göndərişləri qəbul olunaraq müalicə almaları üçün müvafiq şöbələrə göndərilmişdir. O və şöbənin digər həkimləri xəstələri müayinə edərək, müalicə təyin etmişlər. Xəstəxananın təmirsiz və stasionar müalicə almaları üçün şəraitin olmaması səbəbindən xəstələr gecələr xəstəxanada qalmayaraq yaşadıqları evə getmiş, səhəri gün müalicələrini davam etdirmək üçün yenidən xəstəxanaya gəlmişlər. Ümumiyyətlə xəstələrin vəziyyətinə uyğun olaraq 5-10 gün müddətində stasionar müalicə edərək, sonrakı dövrdə isə sağlamlıq vəziyyətlərindən asılı olaraq ya ev şəraitində müalicə olunmaları, ya da ki, başqa qərar qəbul etmişlər. X36 Sığorta üzrə Dövlət Agentliyinin tələbinə əsasən xəstələr 10 (on) gündən artıq stasionar müalicə almırlar. Xəstəxanada müalicə almış xəstələrə müvafiq epikriz sənədi verilmişdir. Həmin epikrizlər müalicə həkimi tərəfindən tərtib olunmuş, şöbə müdiri və baş həkimin müavini tərəfindən isə təsdiq olunduqdan sonra vətəndaşlara verilmişdir. 2021-ci ilin iyun-iyul aylarında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən xəstəxanada yoxlama aparılarkən onun iş saatı bitdiyi üçün işdə olmamışdır. Buna görə də, yoxlama zamanı nələrin baş verməsi barədə heç nə deyə bilmir. Lakin xəstəxananın şəraiti olmadığı üçün xəstələr gecələr xəstəxanada qala bilməmişdirlər. Buna baxmayaraq onlar xəstələri gündüz şəraitində müalicə etmiş və onların müalicəsinə də nəzarət etmişlər. Xəstəxananın rəhbərliyi bu cür şəraitsiz vəziyyətdə fəaliyyət göstərmələri barədə dəfələrlə Sumqayıt şəhər Səhiyyə İdarəsinə və digər müvafiq qurumlara məlumat verdiklərini bildirmişlər. Hətta xəstəxanada yer olmadığından və şərait olmadığı üçün xəstəxananın qəbul şöbəsi xəstələri qəbul etmədiyi üçün xəstələr Sumqayıt Səhiyyə şöbəsinin müdiri Səkinə xanıma müraciət etmiş, Səkinə xanım həmin xəstələri qəbul edərək göndərişlərə qəbul edilsin dərkənarı yazaraq yenidən xəstəxanaya göndərmişdir. O, şöbədə çarpayının sayının az olması ilə əlaqədar xəstəxananın qəbul şöbəsinə və baş həkimə iradlarını bildirsə də, heç bir nəticəsi olmamış, baş həkim heç bir narazılıq etməmiş, xəstələri qəbul etməyi bildirmiş, vətəndaşlar şikayət etdikləri üçün qəbul şöbəsində vətəndaşlar qəbul edilərək şöbəyə göndərilmişdir. Şahid7, Şahid4, X14 və Şahid6 adına tərtib olunmuş xəstəlik tarixləri blanklarındakı əlyazmalar ona məxsusdur. Eyni zamanda, qeyd olunan sənədlərdə «Həkim» qrafasındakı imzalar da ona məxsusdur. Adları göstərilən xəstələr müalicə etdiyi xəstələr olduqları üçün onların adına olan xəstəlik tarixlərindən çıxarışları o, tərtib etmişdir. Bütün qeyd olunan xəstələr göndəriş əsasında gəlmişlər və onların adlarına tərtib olunmuş xəstəlik tarixlərində yazılmış diaqnozlar üzrə müalicə almışlar. Adları qeyd olunan xəstələr göstərilən diaqnozlar üzrə xəstəliklərdən əziyyət çəkən adamlardırlar. Buna görə də, onlara müalicə təyin edərək müvafiq epikriz sənədlərini vermişdir. O, həmin xəstələrin xəstəlik tarixlərini tərtib etmişdir. Belə ki, Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, Şahid4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və Şahid6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi tərtib etmişdir. Xəstələr xəstəxanada şərait olmadığı üçün stasionar müalicə ala bilməyiblər. Lakin bu xəstələri mümkün olduğu qədər gündüz şəraitində müalicə etmişdir. Xəstələr axşamları evlərində gecələmişlər. O, xəstələri məcbur edərək xəstəxanada saxlaya bilməz. O, gün ərzində iş saatını başa vuraraq iş yerini tərk etmişdir. İş yerini tərk edəndən sonra xəstələrin xəstəxanada olub-olmamalarına nəzarət edə bilməzdi. O, xəstələri qəbul etmədiyi halda vətəndaşlar rayon icra hakimiyyətinə və digər inzibati orqanlara şikayət etmişdirlər. Həmçinin baş həkim Şahid1 vətəndaşların narazılığının qarşısını almaq üçün şöbə müdirlərinə və həkimlərə xəstələrin narazı olmamaları üçün onların göndərişlərini qəbul edərək müalicəyə qəbul etməyi və xəstəlik tarixləri verməyi demişdir. Xəstələri başqa xəstəxanaya göndərmək istədikdə onlar imtina etmişdirlər. O, şəxsən Ramiz həkimə xəstələrin müalicəsini ancaq gündüz stasionarına keçirilməsini demişdir. Lakin səhvi o olmuşdur ki, bunu yazılı formada etməmişdir. Həmçinin, həmin sözləri Səkinə xanıma da demiş, lakin heç bir nəticəsi olmamışdır. Şahid7 tanıyır və onun xəstəsi olmuşdur. O, xx.xx.2021-ci il tarixdə xəstəxanaya stasionar müalicə olmaq üçün 3 saylı şəhər poliklinkasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmiş və müalicə təyin etmişdir. O, xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "Revmatizm qeyri-aktiv. Revmatik kardioskleroz. Mitral qapaq çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİ (iki) f.s., hipertoniya xəstəliyi İİ mərhələ" diaqnozu ilə müayinə və müalicə almışdır və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. Bildirmişdir ki, xəstə əvvəllər revmatizm xəstəliyi keçirmiş, həmin xəstəlik nəticəsində xəstənin ürəyinə ağırlaşma verərək qapaq çatışmamazlığı yaranmışdır. Xəstə yanaşı olaraq yüksək təzyiqdən əziyyət çəkdiyinə görə hipertoniya xəstəliyi 2-ci mərhələ diaqnozu qoyulmuşdur. Bütün bu sadalanan vəziyyətlər xəstədə kliniki ürək çatışmamazlığı simptomatikası yaratmışdır. Bu səbəbdən o, belə qənaətə gəlmişdir ki, xəstədə “qan dövranın və ürək çatmamazlığı İİ dərəcə" diaqnozu vardır. Həmçinin, xəstənin şikayətlərini dinlədikdə o, hərəkət zamanı tez yorulduğunu, tənginəfəslik olduğunu, oynaq ağrıları və s. problemləri olduğunu bildirirdi. O həmin diaqnozu gözlə müayinə əsasında, yəni obyektiv müayinə, xəstənin şikayətlərinə, anamnezinə əsasən qoymuşdur. Həmin xəstənin exo kardioqrafiya müayinəsini özü etmiş və onun ürəyinin klapanında çatışmamazlıq görmüşdür. Qan dövranı çatışmazlığını exo kardioqrammanın cavabına görə deyil, ümumi müayinələr, obyektiv (gözlə) baxış və xəstənin şikayətlərinə əsasən qoymuşdur. Bundan sonra, Şahid7 stasionar xəstənin tibbi kartasından ******* saylı xəstəlik tarixi (epikriz) verilmişdir. Həmin xəstəlik tarixinı özü yazmış və diaqnozları qeyd etmişdir. Xəstə həmin çıxarışı götürərək çıxıb getmişdir. Bundan sonra 1 saylı şəhər poliklinikada sənədlər qiymətləndirilmiş və əlillik verilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə uyğun olduğundan elektron qaydada forma 88 hazırlanaraq təsdiq olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Bildiyinə görə həmin şəxsə əlillik verilməmişdir. Bundan başqa, Şahid6 tanıyır və xəstəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə Şahid6 xəstəxanaya stasionar müalicə almaq üçün 1 saylı şəhər poliklinkasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmişdir. Obyektiv müayinələrə, labarator və instrumental müayinələrə, şikayətlərinə, anamnezinə əsasən ona klinik diaqnozlar qoyulub və stasionar müalicə təyin edilmişdir. Şahid6 xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "Ürəyin xroniki revmatik xəstəliyi; Mitral, aortal trikuspidal qapaq çatışmazlığı, İİ dərəcə; “xroniki ürək çatmamazlığı İİ f.s.” Hipertoniya xəstəliyi, İİ mərhələ; ÜİX; Gərginlik stenokardiyası, İİİ f.s. qan dövranı çatmamazlığı İİ mərəhələ" diaqnozu ilə müayinə və müalicə almışdır və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. Xəstəyə “qan dövranı çatmamazlığı İİ mərəhələ” diaqnozunu bu səbəbdən qoymuşdur ki, onun exo kardioqrafiya müayinəsində 03 (üç) ədəd klapanda 2 və 3-cü dərəcəli çatışmamazlıqlar qeydə alınmışdır. Aortal qapaq protezlə əvəz olunmuşdur. Bundan əlavə, müayinədə hipokinetik zonalar aşkar olunub və bu da işemiyanın göstəricisidir. Ürəyin ölçüsü böyümüşdür və divarları da İİ-İİİ dərəcəli qalınlaşmışdır. Xəstədə «xroniki ürək çatmamazlığı İİ f.s.” diaqnozu olduğundan belə nəticəyə gəlmişdir ki, xəstədə həmçinin qan dövranı çatmamazlığı İİ mərəhələ" diaqnozu da vardır. Həmçinin, xəstə müraciət edən zaman kəskin şikayətləri vardır. Bu xəstəliyin səbəbi xəstənin gənc yaşında keçirdiyi revmatizm xəstəliyi ilə bağlı olmuşdur. Xəstənin yanaşı olaraq yüksək təzyiqi də vardır. Onun ürəyinin dopler müayinəsində atım fraksiyası 44 olmuşdur. Bundan sonra Şahid6 stasionar xəstənin tibbi kartasından ******* saylı xəstəlik tarixi (epikriz) verilmişdir. Həmin xəstəlik tarixinı özü yazmış və diaqnozları qeyd etmişdir. Xəstə həmin çıxarışı götürərək çıxıb getmişdir. Bundan sonra 1 saylı şəhər poliklinikada sənədlər qiymətləndirilmiş və əlillik verilməsi üçün Nazirlər Kabinetinin qərarı ilə uyğun olduğundan elektron qaydada forma 88 hazırlanaraq təsdiq olunub Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Bildiyinə görə həmin şəxsə əlillik verilməmişdir. Şahid5 tanıyır və xəstəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə o, xəstəxanaya stasionar müalicə olmaq üçün 2 saylı şəhər poliklinkasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmişdir. Obyektiv müayinələrə, şikayətlərinə, anamnezinə əsasən ona klinik diaqnozlar qoyulmuş və stasionar müalicə təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "ÜİX; Gərginlik stenolcardiyası, İİİ f.s.; Postinfarkt kardioskleroz; Hipertoniya xəstəliyi, İİ mərhələ; Koronar stent (№1); Angioqrafiyadan sonrakı vəziyyət; Xroniki ürək çatışmazlığı, İİ-İİİ f.s." diaqnozu ilə müayinə və müalicə almışdır və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. Xroniki ürək çatışmazlığı, İİ-İİİ f.s. diaqnozu xəstəyə ona görə qoyulmuşdur ki, xəstə 2017-ci ilin may ayında miakard infarktı keçirmiş, həmin vaxtlarda ürək çatışmamazlığı diaqnozu qoyulmuşdur. İnfarkt keçirdiyi gün xəstəyə bir ədəd stent qoyulmuşdur. Xəstəni müayinə edərkən onu exo kardioqrammadan keçirmiş və atım fraksiyası 49 faiz təyin olunmuşdur. Bildirmişdir ki, xroniki ürək çatışmamazlığının dərəcəsini atım frakisyasına əsaslanaraq qoymamış, ümumilikdə xəstənin vəziyyətinə əsasən qoymuşdur. Müayinə zamanı xəstədə ürəyin divarlarının assimetrik qalınlaşması və divar hərəkət qüsuru qeydə alınmışdır. O, bu nəticəyə gələrək həmin diaqnozun dərəcəsini qoymuşdur. Bundan sonra xəstə stasionar xəstənin tibbi kartasından ******* saylı xəstəlik tarixi (epikriz) verilmişdir. Həmin xəstəlik tarixinı özü yazmış və diaqnozları qeyd etmişdir. Xəstə həmin çıxarışı götürərək çıxıb getmişdir. Bildiyinə görə həmin şəxsə əlillik verilməmişdir. Şahid4 tanıyır və xəstəsi olmuşdur. xx.xx.2021-ci il tarixdə o, xəstəxanaya stasionar müalicə olmaq üçün 2 saylı şəhər poliklinkasının göndərişi əsasında göndərilmişdir. Onu ilkin müayinə edib tibbi sənədlərinə baxış keçirmişdir. Obyektiv müayinələrə, şikayətlərinə, anamnezinə əsasən ona klinik diaqnozlar qoyulub və müalicə təyin edilmişdir. O, xx.xx.2021-ci il tarixədək Sumqayıt şəhər 2 saylı xəstəxanada "X20; Gərginlik stenokardiyası İİİ f.s.; Hipertoniya xəstəliyi İİ mərhələ; Xroniki ürək çatışmazlığı, İİ f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicə almışdır və həmin diaqnozlar tərəfindən qoyulmuşdur. “Xroniki ürək çatmamazlığı İİ dərəcə” diaqnozunu xəstəyə bu səbəblə qoymuşdur ki, xəstə exo kardioqramma müayinəsindən keçirilmiş və onun şikayətləri əsasında həmin diaqnozunu qoymuşdur. O, həmin diaqnozu əsasən xəstənin şikayətlərinə və təzyiqi olduğuna görə qoymuş və həmin diaqnozun onda olması qənaətinə gəlmişdir. Həmin diaqnoz instrumental müayinələrdə görünmür və əksini tapmır. Onun ürəyinin dopler müayinəsində artma fraksiyası 48-dir. Müayinə zamanı onun ürəyində divar hərəkət qüsuru, qalınlaşma olmuşdur və ürək döyüntülərinin sayı çox olmuşdur. Bu səbəbdən də həmin diaqnozun xəstədə olduğu qənaətinə gəlmişdir. Bundan sonra Şahid4 stasionar xəstənin tibbi kartasından ******* saylı çıxarış verilmişdir. Həmin xəstəlik tarixini özü yazmış və diaqnozları qeyd etmişdir. O, həmin çıxarışı götürərək çıxıb getmişdir. Səmimi olaraq etiraf etmişdir ki, “Xroniki ürək çatmamazlığı İİ dərəcə” diaqnozunu xəstənin şikayətləri əsasında qoymuşdur. Xəstənin infarkt, stent, əməliyyatı olmamışdır, sadəcə xəstənin şikayətləri olmuşdur. Ola bilər ki, hiperdiaqnostikaya yol vermişdir, ancaq şəxs xəstə olmuşdur. Xəstəxanaya müraciət edən vətəndaşlara xəstəlik tarixindən çıxarış yazılması üçün pul və ya sair nemət tələb olunmamış, heç kim bu məqsədlə ona pul verməmişdir. Xəstələr başqa xəstəxanaya getməkdən qəti imtina etdikləri üçün və buna xəstəxananın baş həkimi Ramiz həkimdə icazə verdiyi üçün stasionar müalicəyə dair xəstəlik tarixi vermişdir. Həmin şəxslər xəstələri olmuşdur, həmin xəstələr başqa həkimə müraciət etmək istəməmişdirlər. Xəstələr ancaq işlədiyi xəstəxananı tələb etmiş və başqa xəstəxananın personalının pis olduğunu bildirmişdirlər. Sumqayıt şəhəri 2 saylı X15 Sığorta üzrə Dövlət Agentliyinin əməkdaşları tərəfindən 2021-ci ilin iyul ayında yoxlama keçirilməsinə və xəstəxanada stasionar müalicə alan şəxslərin sənədlərə əsasən müalicə almaları görünməsinə və həqiqətən stasionar müalicə almadıqları aşkar edilməsinə baxmayaraq terapiya şöbəsində adları gedən xəstələrə yoxlama baş verdiyi tarixdən sonra xəstəlik tarixləri tərtib etmişdir, çünki həmin xəstələr müalicə etdiyi xəstələr olduğundan onların xəstəlik tarixlərinin tərtib olunmasını zəruri hesab etmiş və tərtib etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, 2009-cu ildə Tibb Universitetini bitirmişdir. 2009-cu ildə internatura təhsilini Sumqayıt şəhəri 2 saylı xəstəxanada keçmişdir. 2010-cu ildən isə həmin xəstəxanada işləyir. O, 2019-cu ilin yanvar ayından həmin xəstəxanada baş həkimin müavini vəzifəsini icra edir. Qeyd olunan xəstəxanada hazırda 362 nəfər əməkdaş işləyir. xx.xx.2017-ci il tarixdən xəstəxanın baş həkimi Şahid1 olmuşdur. Şahid1 08 oktyabr 2021-ci il tarixdə ərizəsini yazaraq işdən azad olunmuşdur. Hazırda Sumqayıt şəhər səhiyyə idarəsinin müvafiq əmrinə əsasən xəstəxanada baş həkimin müavini vəzifəsini icra edir. Xəstəxanada terapiya, endekrenologiya, cərrahiyə, şüa-diaqnostika şöbəsi, labaratoriya şöbəsi, funksional diaqnostika şöbəsi, reanimasiya şöbəsi, fizioterapiya şöbəsi fəaliyyət göstərir. 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2021-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Buna görə də, xəstəxananın cərrahiyyə şöbəsi və reanimasiya şöbəsi müvafiq avadanlıqları ilə birlikdə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında yerləşmişdir və orada faliyyət göstərir. Xəstəxananın şüa-diaqnostika şöbəsi Sumqayıt onkoloji xəstəxanada yerləşərək, orada fəaliyyət göstərir. Xəstəxananın kadrlar şöbəsi 2 saylı poliklinikada yerləşir. 2020-ci ilin iyun ayının 27-dən 2021-ci ilin sentyabr ayının 27-nə kimi olan dövr ərzində Sumqayıt şəhərində yerləşən modul tipli xəstəxanada baş həkim vəzifəsini icra etmişdir. O, 2021-ci ilin iyul ayının əvvəllərində 2 saylı xəstəxanada işə çıxmışdır. Qeyd etmişdir ki, həqiqətən də, hazırda xəstəxananın tam olaraq işləməsi üçün imkan yoxdur. Belə ki, xəstəxananın şöbələri müxtəlif binalarda yerləşdiyi, terapiya və endokrinologiya şöbəsində müalicə alan xəstələrin müalicə almaları üçün palataların olmaması, mövcud palataların isə təmirsiz olduğu üçün xəstəxananın işini tam olaraq təşkil etmək olmur. Buna baxmayaraq vətəndaşlar xəsətxanaya müraciət edərək müalicə almaq istədiklərini qeyd edirlər. Vətəndaşlar xəstəxanaya poliklinikaların və digər tibb müəssisələrinin göndərişləri əsasında müraciət edirlər. O, xəstələri qəbul etmədiyi halda vətəndaşlar rayon icra hakimiyyətinə və digər inzibati orqanlara şikayət edirdilər. Vətəndaşların narazılığının qarşısını almaq üçün şöbə müdirlərinə xəstələrin narazı olmamaları üçün onların göndərişlərini qəbul edərək müalicə yazmalarını demişdir. Buna görə də, 2021-ci ilin iyun ayında xəstəxanada yoxlama aparılarkən xəstəxananın terapiya şöbəsində 67 xəstə və endokrinologiya şöbəsində isə 63 xəstənin müalicə almasının qeydiyyata alındığı müəyyən olunmuşdur. Xəstəxananın şəraiti olmadığı üçün həmin xəstələr evlərində gecələmişdir. Müalicə həkimləri xəstələrin müalicəsini həyata keçirib, xəstəxanada mövcud olan dərmanlar üzrə xəstələri pulsuz təmin etmişlər. Xəstəxanda mövcud olmayan dərmanlarla bağlı isə müalicə həkimləri müvafiq reseptlər yazmışlar. Xəstəxanaya müraciət edən xəstələrin əksəriyyəti əvvəllər bu xəstəxanada müalicə olunmuş şəxslərdir. Onlar tanıdıqları və etibar etdikləri həkimlər tərəfindən müalicə olunmaq məqsədi ilə xəstəxanaya müraciət etmişlər. Bir daha qeyd etmişdir ki, xəstələr faktiki olaraq xəstəxananın təmirsiz olması və gecələr xəstəxanada qalmaları üçün şəraitin olmadığı üçün öz evlərinə getmişdirlər. Buna baxmayaraq xəstələri gündüz vaxtlarında müalicə olunmuşlar. O, baş həkimin müavini kimi xəstəxanada olduğu müddət ərzində xəstələrə verilən epikrizlərə imza edərək özündə olan xəstəxananın üçkünc möhürünü həkk etmişdir. Bu epikrizlər müalicə həkimləri tərəfindən tərtib olunmuş, şöbə müdirləri tərəfindən yoxlanıldıqdan sonra təqdim olunmuşdur. Xəstəlik tarixlərindən çıxarışları müalicə həkimi tərtib edir, şöbə müdiri imza edir, o, isə baş həkimin müavini olaraq möhürü vuraraq sənədi təsdiq etmişdir. Baş həkimin müavini işlədiyi dövrdə hər-hansı vətəndaş hansısa həkim və ya tibb işçisinin pul tələb etməsi barədə ona müraciət etməmişdir. O, bu halların şahidi olmamışdır. Həmçinin o özü də, heç bir xəstədən pul və ya sair nemət almamışdır. Təqsirləndirilən şəxsna qarşı heç bir şikayət və tələbləri yoxdur. İş materiallarında olan zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxsna qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sumqayıt Tibb Mərkəzinin hüquqşünası vəzifəsində işləyən Şahid10 ifadəsində göstərmişdir ki, 2000-ci ildən hazıradək İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sumqayıt Tibb Mərkəzində hüquqşünas vəzifəsində işləyir. İş fəaliyyəti Mərkəzdə hüquqi məsələlərin həll edilməsi, məhkəmələrdə iştirak etmək və s.dən ibarətdir. xx.xx.2021-ci il tarixdə saat 16:00 radələrində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Analitika və Statistika şöbəsinin əməkdaşları Şahid8 və Şahid9 Sumqayıt şəhərində yerləşən Xəstəxanalara baxış keçirmək üçün Sumqayıt şəhərinə gəlmişdir. Bu səbəbdən işlədiyi Mərkəzin direktoru Səkinə Sadıqova onu və Mərkəzin Statistika şöbəsinin rəisi Şahid11 həmin əməkdaşlarla birlikdə xəstəxanalara getməyi və baxış keçirməyi tapşırmışdır. İlk olaraq Sumqayıt Təcili Yardım Bölməsinə, daha sonra isə ardıcıllıqla bir neçə digər Xəstəxanalara baxış keçirilmişdir. Həmin xəstəxanalarda hər hansı ciddi nöqsan aşkar edilməmişdir. Daha sonra 2 saylı Sumqayıt Şəhər Xəstəxanasına baxış keçirilmişdir. Agentliyin əməkdaşları sözügedən Xəstəxanada qeydiyyat üzrə 130 xəstənin stasionar müalicədə olduğunu, lakin faktiki olaraq 01 xəstənin Xəstəxanada olduğunu müəyyən etmişdir. Belə ki, xəstəxananın Endokrinologiya şöbəsində qeydiyyatda olan 63 xəstədən yalnız X5 müalicə aldığı, Terapiya şöbəsində isə 67 xəstədən heç birinin müalicə almadığı aşkar edilmişdir. Bundan sonra xəstəxananın baş həkimi Şahid1 Xəstəxanaya dəvət edilmiş və göstərilənlərlə bağlı Baş həkimin, növbətçi həkim Aygün Salahovanın, Sumqayıt Tibb Mərkəzinin Statistika bölməsinin müdiri Şahid11, habelə Agentliyin əməkdaşları ilə birlikdə Akt tərtib olunmuş və adları çəkilən şəxslər həmin Aktı imzaları ilə təsdiq etmişdir. Sözügedən Xəstəxananın şəraiti həqiqətən pisdir. Baxış zamanı xəstələrin həyətdə olması və bunun Agentliyin əməkdaşları tərəfindən nəzərə alınmaması düzgün məlumat deyildir. Bildirmişdir ki, həmin vaxt xəstələrin həyətdə olmaları ilə bağlı ümumiyyətlə söhbət olmamış, həmçinin Akt tərtib olunduqdan sonra həmin Aktın imzalanması üçün baş həkim Şahid1 hər hansı təzyiq göstərilməmişdir. 2 saylı Sumqayıt Şəhər Xəstəxanasında həqiqətən də faktiki 37 çarpayı olmuş, əmrlə isə 191 çarpayının olması nəzərdə tutulmuşdur. Bildirmişdir ki, iclasların əksəriyyətində Səkinə Sadıqova 2 saylı Sumqayıt Şəhər Xəstəxanasının rəhbərliyinə çox xəstə qəbul etməməyi, yalnız faktiki çarpayı sayına uyğun xəstələrin qəbul edilməsini tapşırmışdır. Həmçinin, qeyd etmişdir ki, sözügedən xəstəxananın şəraitsizliyi, faktiki olaraq çarpayıların az olması daimi hal deyildir. Xəstəxananın yeni binasının inşası artıq başa çatmaq üzrədir və tezliklə istifadəyə veriləcəkdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Sumqayıt Tibb Mərkəzinin Statistika Bölməsinin müdiri vəzifəsində işləyən Şahid11 da Şahid10 ifadəsi ilə eyni məzmunlu ifadə verərək sonuncunun göstərdiklərini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdən Sumqayıt şəhəri, 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləyir. Vəzifəsi həmin xəstəxananın fəaliyyətini təşkil edərək, xəstəxanaya rəhbərlik etməkdən və sair işlərdən ibarətdir. Qeyd olunan xəstəxanada 362 nəfər əməkdaş işləyir. Xəstəxanada baş həkimin 02 müavini Nümayəndə və X29 işləyir. Xəstəxanada terapiya, endekrenologiya, cərrahiyə, şüa-diaqnostika şöbəsi, labaratoriya şöbəsi, funksional diaqnostika şöbəsi, reanimasiya şöbəsi, fizioterapiya şöbəsi fəaliyyət göstərir. 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2021-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Buna görə də, xəstəxananın cərrahiyyə şöbəsi və reanimasiya şöbəsi müvafiq avadanlıqları ilə birlikdə Sumqayıt şəhər Təcili tibbi yardım xəstəxanasında yerləşmişdir və orada faliyyət göstərir. Xəstəxananın şüa-diaqnostika şöbəsi Sumqayıt onkoloji xəstəxanada yerləşərək, orada fəaliyyət göstərir. Xəstəxananın kadrlar şöbəsi 2 saylı poliklinikada yerləşir. Xəstəxana faktiki olaraq Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşdiyi üçün xəstəxana tam olaraq fəaliyyət göstərə bilmir. Belə ki, hazırda 40 çarpayı vardır. Lakin əslində xəstəxanada 191 çarpayı olmalıdır. Həqiqətən də, hazırda xəstəxananın tam olaraq işləməsi üçün imkan yoxdur. Yəni, xəstəxananın şöbələri müxtəlif binalarda yerləşdiyi, terapiya və endokrinologiya şöbəsində müalicə alan xəstələrin müalicə almaları üçün palataların olmaması, mövcud palataların isə təmirsiz olduğu üçün xəstəxananın işini tam olaraq təşkil edə bilmir. Buna baxmayaraq vətəndaşlar xəsətxanaya müraciət edərək müalicə almaq istədiklərini qeyd etmişlər. Vətəndaşlar xəstəxanaya poliklinikaların göndərişləri əsasında müraciət etmişlər. O, xəstələri qəbul etmədiyi halda vətəndaşlar rayon icra hakimiyyətinə və digər inzibati orqanlara şikayət edirdilər. O, vətəndaşların narazılığının qarşısını almaq üçün şöbə müdirlərinə xəstələrin narazı olmamaları üçün onların göndərişlərini qəbul edərək müalicə yazmalarını demişdir. Buna görə də, 2021-ci ilin iyun ayında xəstəxanada yoxlama aparılarkən xəstəxananın terapiya şöbəsində 67 xəstə və endokrinologiya şöbəsində isə 63 xəstənin müalicə almasının qeydiyyata alındığı müəyyən olunmuşdur. Xəstəxananın şəraiti olmadığı üçün həmin xəstələr evlərində gecələyirdilər. Müalicə həkimləri xəstələrin müalicəsini həyata keçirib, xəstəxanada olan dərmanlar üzrə xəstələri pulsuz təmin etmişlər. Xəstəxanda mövcud olmayan dərmanlarla bağlı isə müalicə həkimləri müvafiq reseptlər yazmışlar. Həmçinin yoxlama saat 16:00 radələrində gəldikləri üçün həmin vaxt artıq xəstələr müalicə prosedurlarını qəbul etmişdilər. Buna görə də, yoxlama aparan şəxslər xəstələrlə qarşılaşmamışlar. Xəstəxana artıq 2019-cu ilin yanvar ayından bu cür fəaliyyət göstərir. O, dəfələrlə bu nöqsanlar barədə şəhər səhiyyə idarəsinə şifahi məlumat versə də, lakin heç bir tədbir görülməmişdir. Məcburiyyət qarşısında qalaraq xəstələrin qəbul olunmasına razılıq vermişdir. Xəstəlik tarixlərindən çıxarışları müalicə həkimi tərtib edir, şöbə müdiri imza edir, o isə baş həkim olaraq möhürünü vuraraq sənədi təsdiq edir. Baş həkim işlədiyi dövrdə hər-hansı vətəndaş hansısa həkim və ya tibb işçisinin pul tələb etməsi barədə ona müraciət etməmişdir. O, bu halların şahidi olmamışdır. Həmçinin özü də, heç bir xəstədən pul və ya sair nemət almamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 1992-ci ildən hazırki günədək Sumqayıt şəhəri 2 saylı xəstəxanada terapiya şöbəsində həkim revmatoloq vəzifəsində işləyir. xx.xx.2017-ci il tarixdən Şahid1 Sumqayıt şəhəri 2 saylı xəstəxananın baş həkimi vəzifəsində işləyir. Həkim revmatoloq kimi vəzifəsi terapiya şöbəsində müalicə alan xəstələri müalicə etmək və sair işlərdən ibarətdir. 2019-cu ilin yanvar ayında xəstəxananın inzibati binasının əsaslı təmir olunması ilə bağlı Səhiyyə Nazirinin müvafiq əmrinə əsasən xəstəxana əvvəlcə Sumqayıt dəri-zöhrəvi xəstəxanasının inzibati binasında, 2021-ci ilin iyun ayından isə Sumqayıt Göz Xəstəxanasının inzibati binasında yerləşmişdir. Buna görə də, xəstəxana tam gücü ilə fəaliyyət göstərə bilmir. Terapiyə şöbəsinin müdiri Şəkərəli Həsənov məzuniyyətdə olduğu dövrlərdə o, baş həkim Şahid1 əmrinə əsasən şöbə müdiri vəzifəsini icra etmişdir. Eyni zamanda Nümayəndə də, məzuniyyətdə olduğu dövrdə onun vəzifəsini icra etmişdir. Bildirmişdir ki, terapiya şöbəsində əslində 40 çarpayının olması nəzərdə tutulduğu halda faktiki olaraq hazırda 16 çarpayı vardır. Xəstəxananın binası yenidən qurulduğu üçün tam olaraq fəaliyyət göstərmirlər. Hazırda xəstəxananın yerləşdiyi bina istifadəyə tam yararlı olmadığı üçün qeyd etdiyi 16 çarpayı üzrə də, stasionar müalicə alan az olur. Əsasən xəstələr gün ərzində xəstəxanada olaraq müalicə alırlar və axşamlar isə öz evlərinə gedirlər. Şəkərəli Həsənov 01 iyul 2021-ci il tarixdən növbəti əmək məzuniyyətində olmuşdur. O, baş həkimin göstərişinə əsasən Şəkərəli Həsənovun vəzifəsini icra etmişdir. Həkim revmatoloq kimi öz vəzifəsini icra etmiş, paralel olaraq şöbə müdiri kimi həkimlərin tərtib etdikləri xəstəlik tarixlərinə də, imza etmişdir. Şöbə müdiri vəzifəsini icra etdiyi dördə 2021-ci ilin avqust ayında baş həkimin müavini Nümayəndə məzuniyyətə çıxmışdır. Baş həkim ona Nümayəndə də vəzifəsini icra etməyi həvalə etmişdir. Bununla bağlı baş həkimin əmrinin olub-olmamasını dəqiq bilmir. O, Nümayəndə vəzifəsini icra etdiyi dövrdə müvafiq sənədlərə, o cümlədən də xəstəlik tarixlərinə də imza etmişdir. Belə ki, terapiya şöbəsində müalicə almış xəstələrə xəstəlik tarixindən çıxarış sənədlərinin verilməsi üçün bu sənədlər müalicə həkimi tərəfindən tərtib olunmuş, şöbə müdiri tərəfindən yoxlanılaraq imzalanmış, eyni zamanda baş həkimin müalicə işləri üzrə müavini tərəfindən yoxlanılaraq imzalandıqdan sonra sonuncu tərəfindən üç künc möhürlə təsdiq olunmuşdur. O, şöbə müdiri və baş həkimin müalicə işləri üzrə müavini vəzifəsində işlədiyi dövrdə müalicə həkimlərinin tərtib etdikləri xəstəlik tarixlərinə imza etmişdir. Bu sənədlərə imza edəndən sonra xəstəxananın üçkünc möhürünü baş həkim vurmuşdur. Xəstəxananın üçkünc möhürü adi halda baş həkimin müavinində olmalı olduğu halda, sonuncu məzuniyyətdə olanda möhür həmişə baş həkimdə olur. O, xəstəlik tarixlərini yoxlamadan imza etmişdir. Xəstələr faktiki olaraq xəstəxananın təmirsiz olması və gecələr xəstəxanada qalmaları üçün şəraitin olmadığı üçün öz evlərinə getmişlər. Buna baxmayaraq onlar xəstələri gündüz vaxtlarında müalicə etmişlər. Terapiya şöbəsinin müdiri vəzifəsini icra etdiyi dövrdə hər-hansı vətəndaşdan xəstəlik tarixindən çıxarış sənədinin yazılması üçün pul istəməmiş və heç kim bu məqsədlə pul verməmişdir. Heç kim ona hansısa həkim və ya tibb işçisinin pul tələb etməsi barədə müraciət etməmişdir. O, bu halların şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 2008-ci ildən ürək xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən ona 2-ci qrup əlillik dərəcəsi verilmişdir. O, bu xəstəliyi ilə bağlı Sumqayıt şəhəri 1 nömrəli xəstəxananın poliklinikasında qeydiyyata alınmışdır. Son dövrlərdə 160 manat əlillik pensiyası ödənilmişdir. O, həmin pulu müalicəsinə sərf etmişdir. 2021-ci ilin mart ayında ona təyin olunmuş əlilliyin müddəti başa çatdığı üçün ona ödənilən pensiya dayandırılmışdır. Bundan sonra o, 2021-ci ilin oktyabr ayında yenidən həkim məsləhət komissiyasına müraciət etsə də, lakin xx.xx.2021-ci il tarixdə ona təyin olunmuş əlilliyin müddətinin uzadılmasından imtina olunmuşdur. İmtinanın əsası kimi isə əlavə müalicəyə ehtiyacın olması qeyd olunmuşdur. O, hal-hazırda əlilliklə bağlı pensiya almır. Həqiqətən də, xəstəliyi ilə bağlı 2012-ci ildən pensiya alır. Ona əlillik təyin olunması üçün heç kimə pul verməmişdir. Heç kim bu məqsədlə ondan pul istəməmişdir. Növbəti dəfə 2015-ci ildə komissiyadan keçmişdir. 2016-ci ildə isə əlilliyi 5 il müddətinə uzadılmışdır və 2021-ci ilin mart ayında bu müddət başa çatmışdır. Bundan sonra yenidən həkim məsələhət komissiyasına müraciət etmişdir. Poliklinikadan forma 88 arayışının tərtib olunması üçün heç kim pul istəməmişdir. 2021-ci ildə o, növbəti dəfə müalicə olunmaq üçün göndəriş əsasında Sumqayıt şəhəri 2 saylı xəstəxanaya müraciət etmişdir. Orada qeydiyyata alınmışdır. Onun müalicə həkimi Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində xəstəxanada gecələr qalmasa da, lakin gün ərzində xəstəxanaya gələrək Təqsirləndirilən şəxs nəzarəti altında müalicə almışdır. Təqsirləndirilən şəxs ona müvafiq dərmanlar yazmışdır. O, həmin dərmanları xəstəxanada qəbul etmişdir. Ancaq xəstəxananın şəraiti olmadığı üçün gecələr həmin xəstəxanada qalmamışdır. xx.xx.2021-ci il tarixdə isə müalicəsi başa çatmışdır. Təqsirləndirilən şəxs ona müalicə almağına dair xəstəlik tarixindən çıxarış sənədini vermişdir. O, həmin sənədi poliklinikaya təqdim etmişdir. Adına xəstəlik tarixindən çıxarış sənədinin verilməsi üçün heç kimə, o cümlədən də, Təqsirləndirilən şəxs pul verməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2017-ci ildən ürək xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyi ilə bağlı Sumqayıt şəhəri 4 nömrəli xəstəxananın poliklinika şöbəsində qeydiyyata alınmışdır. 2018-ci ildə poliklinikanın həkim-məsləhət komisiyası adına forma 88 arayışı tərtib etmişdir. xx.xx.2018-ci il tarixdən ona 5 il müddətinə 2-ci qrup əlillik təyin olunmuşdur. Ona ayda 259 manat əlillik pensiyası ödənilir. O, həmin pulu müalicəsinə sərf edir. Həkim məsələhət komisiyasından keçərkən xəstəliyi ilə bağlı bütün sənədləri təqdim etmişdir. Həqiqətən də, xəstə olduğu üçün ona əlillik təyin olunması məqsədi ilə heç kimə bir manat da, olsun pul verməmişdir. Heç kim bu məqsədlə ondan pul istəməmişdir. 2021-ci ildə növbəti dəfə müalicə olunmaq üçün Sumqayıt şəhəri 4 saylı xəstəxananın poliklinika şöbəsinin göndərişi əsasında Sumqayıt şəhəri 2 saylı xəstəxanaya müraciət etmişdir. Orada qeydiyyata alınmışdır. Müalicə həkimi Təqsirləndirilən şəxs olmuşdur. O, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində xəstəxanada gecələr qalmasa da, lakin gün ərzində xəstəxanaya gələrək Təqsirləndirilən şəxs nəzarəti altında müalicə almışdır. Təqsirləndirilən şəxs ona müvafiq dərmanlar yazmışdır. Ancaq xəstəxananın şəraiti olmadığı üçün gecələr həmin xəstəxanada qalmamışdır. xx.xx.2021-ci il tarixdə isə müalicəsi başa çatmışdır. Təqsirləndirilən şəxs ona müalicə almağına dair xəstəlik tarixindən çıxarış sənədini vermişdir. Adına xəstəlik tarixindən çıxarış sənədinin verilməsi üçün heç kimə o cümlədən də, Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs və ya başqa şəxs ondan bu məqsədlə pul istəməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o, 1988-ci ildən ürək xəstəliyindən əziyyət çəkir. 2015-ci ildən xəstəliyi intensivləşdiyi üçün əmək qabiliyyətini qismən itirmişdir. 2015-ci ilin sentyabr ayında xəstəliyi ilə bağlı əlillik dərəcəsi almaq üçün Tibbi-sosial ekspert komissiyasına müraciət etmişdir. 2015-ci ilin sentyabr ayında ona 2-ci qrup əlillik dərəcəsi təyin olunmuşdur. Sonradan 2016-cı ildə həkim məsələhət komissiyasından keçmişdir. 2016-cı ildə ona 5 il müddətinə 2-ci qrup əlillik təyin olunmuşdur. 2021-ci ilin sentyabr ayında əlilliyinin müddəti bitmişdir. Yenidən müddətin uzadılması üçün Sumqayıt şəhər 4 nömrəli xəstəxananın poliklinika şöbəsinin həkim məsləhət komissiyasına müraciət etsə də, əlillik təyin olunmasının müddətinin uzadılmasının cavabı gəlməmişdir. 2021-ci ildə o, növbəti dəfə müalicə olunmaq üçün Sumqayıt şəhəri, 4 saylı xəstəxananın poliklinika şöbəsinin göndərişi əsasında Sumqayıt şəhəri, 2 saylı xəstəxanaya müraciət etmişdir. Orada qeydiyyata alınmışdır. Onun müalicə həkimi Təqsirləndirilən şəxs olmuşdur. xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək olan müddət ərzində xəstəxanada gecələr qalmasa da, lakin gün ərzində xəstəxanaya gələrək nevropatoloq Aynur Novruzovanın nəzarəti altında müalicə almışdır. Təqsirləndirilən şəxs ona müvafiq dərmanlar, sistemlər yazmışdır. O, həmin dərman və sistemləri xəstəxanada qəbul etmişdir. Ancaq xəstəxananın şəraiti olmadığı üçün gecələr həmin xəstəxanada qalmamışdır. xx.xx.2021-ci il tarixdə isə müalicəsi başa çatmışdır. Təqsirləndirilən şəxs ona müalicə almağına dair xəstəlik tarixindən çıxarış sənədini vermişdir. Adına xəstəlik tarixindən çıxarış sənədinin verilməsi üçün heç kimə o cümlədən də, Təqsirləndirilən şəxs pul verməmişdir. Təqsirləndirilən şəxs və ya başqa şəxs ondan bu məqsədlə pul istəməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Baş Prokurorluğuna ünvanladığı 16 iyul 2021-ci il tarixli PHŞ/1-2-2021-15391 saylı məktubundan görünür ki, xx.xx.2021-ci tarixdə Sumqayıt 2 saylı şəhər xəstəxanasının Endokrinologiya və Terapiya şöbələrində aparılan tibbi statistik uçot və sənədlərlə bağlı yoxlama zamanı saxta əlilliyin təyin edilməsi məqsədilə saxta sənədlərdən istifadə edilməsi ilə bağlı əsaslı şübhələr yaranmışdır. Həyata keçirilən yoxlamalar nəticəsində xəstəxananın Endokrinologiya şöbəsində qeydiyyatda olan 63 xəstədən yalnız X5 xəstəxanada müalicə aldığı, Terapiya şöbəsində isə 67 xəstədən heç birinin müalicə almadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 16 iyul 2021-ci il tarixli PHŞ/1-2-2021-15391 saylı məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli Aktdan görünür ki, Sumqayıt 2 saylı şəhər xəstəxanasının Endokrinologiya və Terapiya şöbələrində aparılan tibbi statistik uçot və sənədlərlə bağlı yoxlama nəticəsində məlum olmuşdur ki, Endokrinologiya şöbəsində müalicə alan 63 xəstədən yalnız X5 xəstəxanada müalicə aldığı, Terapiya şöbəsində isə 67 xəstədən heç birinin müalicə almadığı müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin 19 noyabr 2021-ci il tarixli **********4 saylı məktubuna əlavə edilmiş cədvəldən görünür ki, xx.xx.1962-ci il təvəllüdlü X7 xx.xx.2018-ci il tarixdən xx.xx.2023-cü il tarixədək ümumi xəstəlik səbəbli, ikinci dərəcə əlillik təyin edilmişdir. Bundan başqa xx.xx.1966-cı il təvəllüdlü Şahid7 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ümumi xəstəlik səbəbli, ikinci dərəcə əlillik təyin edilmiş, əsasnaməyə uyğun olaraq xx.xx.2016-cı il tarixdən 5 il müddətinə yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. Bundan başqa xx.xx.1962-ci il təvəllüdlü Şahid4 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək ümumi xəstəlik səbəbli ikinci dərəcə əlillik təyin edilmiş, əsasnaməyə uyğun olaraq xx.xx.2016-cı il tarixdən 5 il müddətinə yəni xx.xx.2021-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası İcbari Sığorta üzrə X22 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Sumqayıt Tibb Mərkəzi” X32 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə ünvanlanmış 232 nömrəli, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, xx.xx.1960-cı il təvəllüdlü X9, xx.xx.1981-ci il təvəllüdlü X17, xx.xx.1972-ci təvəllüdlü X10, xx.xx.1958-ci il təvəllüdlü Şahid6 adına 2015-2016-cı illərdə forma 88 nömrəli arayış tərtib olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinə ünvanlanmış 10 mart 2022-ci il tarixli **********1 saylı məktubundan görünür ki, məktubda adları qeyd olunun şəxslərə dair rəsmiləşdirilmiş göndərişlərin (Forma-088) surəti təqdim edilir. Texniki səbəbdən beş göndərişin surətini çıxarmaq mümkün olmamışdır. Belə ki, 2016-cı ilədək dövlət səhiyyə müəssisələri tərəfindən tərtib edilən göndərişlər Nazirliyin Mərkəzləşdirilmiş Elektron İnformasiya sisteminin Əlillik altsistemində əks olunmamışdır. Göndərişlərin tərtibi, rəsmiləşdirilməsi, elektron sistemə daxil edilərək göndərilməsi müvafiq dövlət qurumunun tabeliyindəki tibb müəssisələrinin səlahiyyətinə aiddir və Azərbaycan Respublikası 16 yanvar 2020-ci il tarixli 12 saylı qərarı ilə tənzimlənir. Məktuba əlavə edilmiş cədvəldən görünür ki, Şahid4, X7 və Şahid7 2021-2022-ci illərdə göndəriş (Forma-088) göndərilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekpertiza və Reabilitasiya Agentliyinin 10 mart 2022-ci il tarixli **********1 saylı məktubuna əlavə edilmiş 13 yanvar 2022-ci il tarixli 0531003AAM7W nömrəli elektron göndərişdən görünür ki, Şahid6 qeyd olunan elektron göndərişində əsas diaqnozu kimi “mitral qapağın revmatik xəstəliyi, ürəyin xroniki revmatik xəstəliyi, revmatizm, aktiv faza aktivlik İİ dərəcə fasiləsiz residivləşən gedişli. ağırlaşma diaqnozu kimi ürək çatmamazlığı, qan dövranı çatmamazlığı İİ-İİİ-cü mərhələ” diaqnozları qeyd olunaraq Tibbi Sosial Ekspert Komissiyasına göndərilmişdir. Həmin göndəriş xx.xx.2022-ci il tarixdə Nazirlik yanında Dövlət Tibb Sosial Ekspertiza və Reablitasiya Xidmətində qiymətləndirilmiş və əlavə müalicəyə ehtiyacın olması-“səbəb ixtisaslaşmış müalicəyə ehtiyacı var” cavabı ilə əlillik verilməsindən imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə X22 Ərazi Bölmələri İdarəetmə X24 Şəxs Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının baş həkiminin xx.xx.2021-ci il tarixli 217-K saylı əmrindən görünür ki, ümumi terapiya şöbəsinin şöbə müdiri vəzifəsinin icrası xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək şöbənin həkim revmatoloqu Şahid2 həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə X24 Şəxs Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasının xx.xx.2022-ci il tarixli 62 saylı məktubuna əlavə edilmiş xx.xx.2008-ci il tarixli Əmrin surətindən görünür ki, Təqsirləndirilən şəxs xəstəxanada həkim-kardioloq vəzifəsinə qəbul edilmişdir. Məktuba əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Səhiyyə şöbəsinin xx.xx.2019-cu il tarixli 8 nömrəli Əmrdən görünür ki, Sumqayıt 2 nömrəli şəhər xəstəxanasının əsaslı təmiri ilə əlaqədar xəstəxananın qəbul şöbəsi, ümumi terapiya şöbəsi, endokrinologiya şöbəsi, kliniki diaqnostik laboratoriya şöbəsi, funksional diaqnostika şöbəsi Dəri-Zöhrəvi Dispanserin köhnə binasına köçürülmüşdür. İş materiallarında olan Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə X24 Şəxs Sumqayıt Tibb Mərkəzi Publik Hüquqi Şəxs 1 nömrəli şəhər xəstəxanasının poliklinika şöbəsinin xx.xx.2022-ci il tarixli 325 saylı məktubuna əlavə edilmiş xx.xx.2021-ci il tarixli 55 saylı əmrlə 1 nömrəli Sumqayıt şəhər xəstəxanasının poliklinika şöbəsinin Həkim Məsləhət Komissiyasının 1 sədri və 7 üzvü müəyyən edilmişdir: HMK sədri – Şahid12, üzvləri 1 nömrəli ASM-in şöbə müdiri X11, həkim nevropatoloq kimi X8, həkim psixiatr kimi X12, həkim kardioloq kimi Şahid13, cərrah X18, həkim oftolmoloq kimi X4, terapevt həkim kimi X3 təyin edilmişdir. İş materiallarında olan 08 sentyabr 2021-ci il tarixdə sənədlərin götürülməsinə dair Protokolla götürülmüş Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanasında stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixindən görünür ki, sonuncuya "Sumqayıt şəhər 2 saylı xəstəxana”da "Revmatizm qeyriaktiv. Revmatik kardioskleroz. Mitral qapaq çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİ (iki) f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan başqa, Şahid4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixindən görünür ki, sonuncuya "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "X20; Gərginlik stenokardiyası İİİ f.s.; Hipertoniya xəstəliyi İİ mərhələ; Xroniki ürək çatışmazlığı, İİ f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan başqa, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixindən görünür ki, sonuncuya Sumqayıt şəhər 2 saylı xəstəxanada "ÜİX; Gərginlik stenolcardiyası, İİİ f.s.; Postinfarkt kardioskleroz; Hipertoniya xəstəliyi, İİ mərhələ; Koronar stent (N:1); Angioqrafiyadan sonrakı vəziyyət; Xroniki ürək çatışmazlığı, İİ-İİİ f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. Bundan başqa, Şahid6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixindən görünür ki, sonuncuya Sumqayıt şəhər 2 saylı xəstəxanada "Ürəyin xroniki revmatik xəstəliyi. Revmatik Kardioskleroz. Ürəyin revmatik qüsuru. Mitral qapaq çatmamazlığı İİ dərəcə"; ağırlaşma: "Ürəyin xroniki revmatik xəstəliyi; Mitral, aortal trikuspidal qapaq çatışmazlığı, İİ dərəcə; Hipertoniya xəstəliyi, İİ mərhələ; ÜİX; Gərginlik stenokardiyası, İİİ f.s, qan dövranı çatmamazlığı İİ mərəhələ” diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmiş, müalicə həkimi qrafasının qarşısında Təqsirləndirilən şəxs tərəfindən imza edilmişdir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 946.40/KEŞ nömrəli rəyinə əsasən, Şahid7 məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə "Ak. C.Abdullayev adına ET Kardiologiya İnstitutu"nun Konsultativpoliklinika şöbəsində aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında onda "Revmatizm qeyri aktiv faza. Trukuspidal çatmamazlıq İİ dərəcə, Arterial hipertoniya İ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Revmatizm qeyri-aktiv. Revmatik kardioskleroz. Mitral qapaq çatmamazlığı İİ dərəcə. Xroniki ürək çatmamazlığı İİ (iki) f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmişdir. Şahid7 "Sumqayıt şəhər 2 saylı xəstəxana"da təyin edilmiş əsas diaqnozun ağırlaşmaları, yəni qan dövranın və ürək çatmamazlığı İİ dərəcə müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid7 hal-hazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 946.113/KEŞ №-li rəyinə əsasən, Şahid6 məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə "Ak. C.Abdullayev adına ET Kardiologiya İnstitutu"nun Konsultativpoliklinika şöbəsində aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında onda "Revmatizm, qeyri-fəal faza; Ürəyin aortal qüsuru, stenozun üstünlüyü ilə "Aortal qapağı protezləşməsi" əməliyyatından sonrakı vəziyyət (2016); Aortal stenoz, İİ dərəcə; Mitral stenoz, İİ dərəcə; ÜİX; Stabil gərginlik stenikardiyası, İİİ dərəcə; Xroniki ürək çatışmazlığı, İİ f.s." kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "Ürəyin xroniki revmatik xəstəliyi; Mitral, aortal trikuspidal qapaq çatışmazlığı, İİ dərəcə; Hipertoniya xəstəliyi, İİ mərhələ; ÜİX; Gərginlik stenokardiyası, İİİ f.s, qan dövranı çatmamazlığı İİ mərəhələ” diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmişdir. Şahid6 "Sumqayıt şəhər 2 saylı xəstəxana"da təyin edilmiş əsas diaqnozun ağırlaşmaları, yəni “qan dövranı çatmamazlığı İİ mərəhələ” diaqnozu müəyyən edilməmişdir. Şahid6 halhazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 946.13/KEŞ №-li rəyinə əsasən, Şahid5 məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə "Ak. C.Abdullayev adına ET Kardiologiya İnstitutu"nun Konsultativpoliklinika şöbəsində aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında onda "X20; Stabil gərginlik stenikardiyası, İİ f.s.; Arterial hipertoniya, İ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid5 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "ÜİX; Gərginlik stenolcardiyası, İİİ f.s.; Postinfarkt kardioskleroz; Hipertoniya xəstəliyi, İİ mərhələ; Koronar stent (N:1); Angioqrafiyadan sonrakı vəziyyət; Xroniki ürək çatışmazlığı, İİ-İİİ f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmişdir. Şahid5 "Sumqayıt şəhər 2 saylı xəstəxana"da təyin edilmiş əsas diaqnozun ağırlaşmaları, yəni xroniki ürək çatmamazlığı İİ-İİİ f.s. hazırkı müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid5 hal-hazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarında olan məhkəmə-tibbi ekspertizasının xx.xx.2021-ci il tarixli 946.41/KEŞ №-li rəyinə əsasən, Şahid4 məhkəmə-tibbi ekspertizası zamanı və xx.xx.2021-ci il tarixdə "Ak. C.Abdullayev adına ET Kardiologiya İnstitutu"nun Konsultativpoliklinika şöbəsində aparılmış kliniki, laborator və instrumental müayinələr əsasında onda "X20; Gərginlik stenokardiyası İİİ f.s.; Arterial hipertoniya İİİ dərəcə" kimi xəstəliklərinin olduğu müəyyən edildi. Şahid4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək "Sumqayıt şəhər 2 saylı xəstəxana"da "X20; Gərginlik stenokardiyası İİİ f.s.; Hipertoniya xəstəliyi İİ mərhələ; Xroniki ürək çatışmazlığı, İİ f.s." diaqnozu ilə stasionar şəraitdə müayinə və müalicələrdə olduğu qeyd edilmişdir. Şahid4 "Sumqayıt şəhər 2 saylı xəstəxana"da təyin edilmiş əsas diaqnozun ağırlaşmaları, yəni “xroniki ürək çatmamazlığı İİ dərəcə” hazırki müayinə zamanı öz təsdiqini tapmamışdır. Şahid4 hal-hazırkı müayinəsi ilə qeyd olunan əsas xəstəliyin ağırlaşmaları öz təsdiqini tapmamış, bu da onun əlillik təyinatı üçün əsas vermir, bu Səhiyyə sistemində mövcud olan təlimat pozulması kimi qiymətləndirilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. İş mteriallarında olan "xxxx" MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxsnın himayəsində 01 (bir) azyaşlı və 01 (bir) yetkinlik yaşına çatmayan uşaq vardır (xx.xx.2007-ci il təvəllüdlü X19 və xx.xx.2008-ci il təvəllüdlü X21). İş materiallarında olan Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, Şahid4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və Şahid6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və 13 yanvar 2022-ci il tarixli 0531003AAM7W nömrəli göndəriş 20 iyun 2022-ci il tarixli qərarla maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarından müəyyən olunur ki, 20 iyun 2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikasının Tibbi Ərazi Bölmələrini İdarəetmə X24 Şəxs Sumqayıt 2 nömrəli Şəhər Xəstəxanası cinayət işi üzrə zərərçəkmiş şəxs, 21 iyun 2022-ci il tarixli qərarıma əsasən etibarnamə əsasında həmin hüquqi şəxsin nümayəndəsi qismində çıxış edən Nümayəndə isə zərərçəkmiş şəxsin nümayəndəsi qismində tanınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin Təşkilati və informasiya təminatı idarəsindən daxil olmuş 21 iyun 2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, qərarın təsviri-əsaslandırıcı hissəsində göstərilənlərə əsasən, üç nəfərlə bağlı qeyd olunan epizodlar üzrə Sumqayıt 1 nömrəli xəstəxananın poliklinika şöbəsinin Həkim məsləhət komissiyasının sədri Şahid12, komissiyada ixtisas həkimi Şahid13, həmçinin komissiyanın digər üzvlərinin əməlində cinayət tərkibi olmadığından barələrində Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının CM-nin 308, 313 və 314-cü maddələri ilə, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 311-ci və adlarına xəstəlik tarixləri tərtib edilmiş şəxslərin barəsində həmin Məcəllənin 312-ci maddələri ilə cinayət təqibinə xitam verilmiş, cinayət işindən icraatın bu hissəsinə aid materiallar ayrılmaqla, müəyyən edilmiş qaydada qeydiyyata alınaraq idarənin arxivində saxlanılmışdır. Məhkəmə, ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın ibtidai istintaq və məhkəmə istintaqı zamanı özünü təqsirli bilməyərək verdiyi ifadəsi özünü müdafiə xarakteri daşıyır və o, Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, məsuliyyətə cəlb edilərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxsnın himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, əvvəllər məhkum olunmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və zərərçəkmiş şəxs tərəfindən ona qarşı heç bir şikayət və tələbin olmamasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən etmişdir. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxsna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 25 (iyirmi beş) saat vaxt sərf etmişdir. Ona görə də, 150 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs qızna cəza təyin edərkən onun törətdiyi əməlin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq, islah olunması məqsədilə təqsirləndrilən şəxsə Azərbaycan Respublikası CM-nin 308.1 və 313-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş islah işləri növündə cəza təyin olunmasını qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxsna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1 və 313-cü maddələri ilə təqsirli bilinib həmin maddənin sanksiyasında nəzərdə tutulan islah işləri cəzası təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzaları qismən toplanmaqla qəti olaraq müəyyən müddətə islah işləri cəzası təyin edilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, ona təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılmalı və hökmün icrası Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Budan əlavə maddi sübut olan Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, Şahid4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və Şahid6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və 13 yanvar 2022-ci il tarixli 0531003AAM7W nömrəli göndəriş cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və xüsusi müsadirə olunmalı əmlak yoxdur. Məhkəmə şərh olunanlara və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384-cü maddələrini rəhbər tutub, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 308.1-ci maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il 06 (altı) ay müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 313-cü maddəsi ilə təqsirli bilinib aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 01 (bir) il müddətə islah işləri cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsna təyin olunmuş cəzaları qismən toplanmaqla ona qəti olaraq aylıq qazancından dövlət nəfinə 15% məbləğində pul tutulmaqla 02 (iki) il müddətə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxsna təyin edilmiş islah işləri cəzasının əvvəli onun qazancından dövlət nəfinə pul tutulmağa başlandığı vaxtdan hesablanılsın. Hökmün icrası Sumqayıt şəhər Probasiya Pöbəsinə tapşırılsın. Maddi sübut olan Şahid7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, Şahid4 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi, X7 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və Şahid6 xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək xəstəxanada stasionar müalicə almasına dair ******* saylı xəstəlik tarixi və 13 yanvar 2022-ci il tarixli 0531003AAM7W nömrəli göndəriş cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxsna məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar