Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-430/2023 25.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon(şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-“Şimal” Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1976-cı ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Abşeron rayonu, Saray qəsəbəsi, A.Səhhət küçəsindəki fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 01 ədəd kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahı əldə edərək onu üzərində saxlayaraq gəzdirmiş, 01 fevral 2023-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhəri, Bulvar ərazisində yerləşən Sumqayıt Regional «Asan xidmət» mərkəzinə daxil olan zaman Sumqayıt Şəhər Mühavizə İdarəsinin mülki mühafizə xidmətinin əməkdaşı X2 tərəfindən saxlanılaraq üzərində olan qara rəngli əl çantasının içərisindəki 01 ədəd kustar üsulla (kastet) beş barmaq tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silah aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Suqmayıt şəhəri, 17-ci mikrorayon ərazsində olan “Billur” kafesində ofisant işləyir. Təxminən 2023-cü ilin yanvar ayının əvvələrində yaşadığı evə piyada gedəndə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində qabağına sellefon torba çıxmış və həmin torbanın içərisinə baxanda içərisindən 1 ədəd beşbarmaq, 1 ədəd açılıb-bağlanan qara və metal rəngli tutacağı olan bıçaq, 1 ədəd isə tutacağı şir başlıqlı olan suvenir bıçağın olduğunu görmüşdür. Həmin əşyalar onun xoşuna gəldiyinə görə onları əl çantasına qoyub özü ilə gəzdirmişdir. Onları heç bir məqsədlə istifadə də etməmişdir. 01 fevral 2023-cü il tarixdə işi ilə əlaqədar Sumqayıt şəhəri, Bulvar ərazsində yerləşən "Asan xidmət" mərkəzinə gedən zaman yadından çıxdığından həmin beşbarmaq və bıçaqlar əl çantasında qalmışdır. Asan xidmət mərkəzindən içəriyə daxil olanda qapıda əyləşmiş mühafizəçi qadın ondan əl çantasında nə olduğunu soruşanda o heç bir şey olmadığını həmin qadına söyləmiş və həmin mühafizəçi qadın ona əl çantasını göstərməyi xahiş etmişdir. Bu zaman o, əl çantasında olan 2 ədəd bıçağı və 1 ədəd beşbarmağı çıxarıb həmin qadına vermişdir. Bundan sonra orada olan polis əməkdaşları onu kənara çəkmişlər. O, da üzərində aşkar olunmuş 2 ədəd bıçağın və 01 ədəd beşbarmağın özünə məxsus olduğunu, 1 ay əvvələ həmin əşyaları yerdə tapdığını, xoşuna gəldiyinə görə həmin əşyaları əl çantasında gəzdirdiyini onlara bildirmişdir. Bundan sonra polis əməkdaşları onu 4-cü PB-yə aparmışlar. Orada onun üzərindən aşkar olunmuş 2 ədəd bıçaq və 1 ədəd beşbarmaq sənədləşdirilərək, qablaşdırılmış və ekspertizaya göndərilmişdir. Üzərindən aşkar ölnmuş 01 ədəd beşbarmağı və 02 ədəd bıçağı o, hər hansı bir məqsədlə istifadə etməmişdir. Xoşu gəldiyinə görə süvenir kimi üzərində gəzdirmişdir. Bu barədə də heç kəsə məlumat verməmişdir. Asan xidmət mərkəzinə girən zaman da yadından çıxmışdı ki, əl çantasında həmin əşyalar vardır. Asan xidmətə çantasında o beşbarmaqla getməsində heç bir məqsədi olmamışdır. Çantasında olan əşyaları da o yoxlayan qıza özü demişdir. Hadisənin bu səviyyə gəlib çıxacağını düşünməmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirərək məhkəmədən barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid1 ifadəsində göstərdi ki, 2022-ci ilin iyul ayından bəri Sumqayıt şəhəri, Bulvar ərazsində yerləşən «Asan Xidmət» mərkəzində xidmətdə olmuşdur. İşi orada giriş qapısında mərkəzə daxil olan vətəndaşların əşyalarını yoxlamaq və içəriyə qanunsuz əşyalarla daxil olmalarının qarşısını almaqdan ibarətdir. Bunun üçün giriş qapısından keçən vətəndaşların əl çantalarına idarənin mülki mühafizə əməkdaşları tərəfindən baxış keçirilir. Belə ki, qadın cinsindən olan vətəndaşları Aynur xanım, kişi cinsindən olan vətəndaşlara isə Şahid2 yoxlayır. xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yenə Asan xidmət mərkəzində xidmətdə olan zaman sonradan adını bildiyi Təqsirləndirilən şəxs adlı qadının mərkəzə daxil olduğunu görmüşdür. Həmin qadın yoxlanış üçün Aynur xanımın yanına keçmişdir. Aynur xanım Gülşənə əl çantasının içərisini göstərməsini tələb edən zaman sonuncu əl çantasından 01 ədəd tutacağı şir başı olan bıçağı, 01 ədəd tiyəsi qara və metaldan olan açılıb bağlanan bıçağı və daha sonra 01 ədəd beşbarmağı çıxardıb vermişdir. Bu zaman o, da Aynur xanımın yana gəlmişdir. Aynur xanım Gülşənə həmin əşyaları nə səbəbə üzərində gəzdirdiyini söyləyən zaman sonuncu gecə işlədiyini, özünü qorumaq üçün həmin əşyaları üzərində gəzdirdiyini, həmin əşyaları 1 ay bundan qabaq yerdən tapdığını və xoşladığına görə əl çantasında gəzdirdiyini bildirmişdir. Onlar həmin əşyaları aşkar etdikdən sonra öz rəhbərliyinə bu barədə məlumat vermişlər. Həmin əşylar aktlaşdırılmışdır. Daha sonra o, həmin şəxsi 4-cü PB-yə təhvil vermək üçün aparmışdır. Məhkəmə iclasında Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar ərazsində yerləşən «Asan Xidmət» mərkəzinə daxil olmasını qeydə alınmış video görüntülərdə də şahidlər Şahid1 və Şahid2 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/202 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan, turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet kustar üsulla kastet (beşbarmaq) tipində hazırlanmış vurucu-əzici xassəyə malik soyuq silahdır. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik suvenir bıçağıdır, soyuq silah hesab edilmir və üzərində sonradan hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi özünün təqsirini tam etiraf etməsi, şahidlərin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, təqsirləndirildiyi maddədə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, maddənin sanksiyasında nəzərdə tutulmuş cəza həddində cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Beləliklə, məhkəmədə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, onun əməlini səmimi etiraf etməsini, qadın olmasını və ilk dəfə cinayət əməlini törətməsi nəzərə alınmaqla ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində islah işləri növündə cəza təyin edilməlidir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2023-cü il tarixdə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd beşbarmaq məhv edilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizaarının ümumi dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. “Şimal” Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin qərarını icra edərək, vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün cəmi 10 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və o, qazancından dövlət nəfinə 20 % məbləğində pul tutulmaqla 01 (bir) il müddətinə islah işləri cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını iş yeri üzrə çəksin və cəzasının əvvəli qazancından dövlət nəfinə 20% məbləğində pul tutulmağa başlandığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan bir ədəd beşbarmaq məhv edilsin. Hökmün icrası Sumqayıt şəhər Probasiya şöbəsinə həvalə edilsin. İş üzrə aparılmış məhkəmə ekspertizalarının ümumi dəyəri 64 (altmış dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Müdafiəçi göstərdiyi 10 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 manat dövlət büdcəsindən tutularaq “Şimal” Vəkil bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim:Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-430/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-430/2023
25.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver