Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-430/2025 29.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2001-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2yan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını qanunsuz ələ keçirmək məqsədi ilə Zərərçəkmiş şəxs məxsus 5239-1517-7093-1304 saylı "xxxx" ASC tərəfindən emissiya edilmiş plastik bank kartı hesabından 02 iyun 2024-cü il tarixdə saat 03:17-də 199 manat, həmin tarixdə saat 03:20-də 100 manat məbləğində pul vəsaitini sonuncuya məxsus plastik kartın 16 rəqəmli nömrəsini, bitmə tarixini, “CVC" və “OTP” kodlarını Zərərçəkmiş şəxs yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Soxvoz Ramana adlanan yerdə yerləşən fərdi yaşayış evində olarkən əldə etməyə nail olduqdan sonra Türkiyə Respublikasının Alanya vilayətində olan zaman elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə etməklə gizli yolla talayaraq əvvəlcə ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “MPAY” hesabına, oradan isə 5411-2498-0301- 1506 saylı "xxxx" ASC tərəfindən emissiya edilmiş plastik bank karlı hesabına köçürməklə gizli yolla talayıb Zərərçəkmiş şəxs ümumilikdə 299 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, “Tiktok” və “İnstaqram” sosial şəbəkələrində müxtəlif şəxslər tərəfindən “aviator” səhifələr açılmasını, həmin səhifələr vasitəsi ilə vətəndaşların aldadılaraq pul vəsaitlərinin ələ keçirilməsini görmüşdür. Həmin vaxt pula ehtiyacı olduğu üçün onun da elə bir səhifə açmağı və müraciət edən şəxsləri aldadaraq kart məlumatlarını ələ keçirdikdən sonra kartın balansından olan pul vəsaitini ələ keçirməyi qərara almışdır. Bu məqsədlə 29 aprel 2024-cü il tarixdə “Tiktok” sosial şəbəkəsində “mehdi.eliyev.official” adlı səhifə açmış və həmin səhifədə əlaqə vasitəsi kimi həmin vaxtlar istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsini yerləşdirmişdir. O, həmin səhifəni açdığı vaxtlarda, yəni 07 may 2024-cü il tarixdə Türkiyə Respublikasının Alanya vilayətində yaşamışdır. O, qeyd etdiyi səhifədə “aviator” oyununa pul yatırımı etməklə 20 mislinə qədər məbləğdə qazanc edə biləcəkləri barədə paylaşımlar etmişdir. Həmin paylaşımlarda “aviator” oyununa başlamaq üçün ilkin olaraq 40-50 manat məbləğində pul göndərilməsini tələb etmişdir. O, pulu isə şəxsiyyətinin müəyyən edilməsinin mümkün olmaması üçün öz adına olan karta deyil, “1win.az” qanunsuz idman mərc oyunu saytında mərc etmək üçün pulun göndərilməsi məqsədi ilə qeyd olunmuş kartlara göndərtmiş və həmin saytda vətəndaşın göndərdiyi pul vasitəsi ilə onlayn qumar oyunları oynamışdır. 01 iyun 2024-cü il tarixdə ona zəng edərək özünü İqbal kimi təqdim edən şəxs istifadəsində olan mobil nömrəsinin “whatsapp” hesabına mesaj yazaraq, pul qazanmaq istədiyini bildirmişdir. O, dərhal “1win.az” qanunsuz idman mərc saytına daxil olaraq orada pul göndərilməsi üçün qeyd olunmuş kart hesab nömrəsini İqbal adlı şəxsə göndərmiş və həmin hesaba 50 manat pul vəsaiti göndərəcəyi təqdirdə “aviator” oyununu özü oynayaraq pul vəsaitini yüksəldikdən sonra qarşılığında ona 1500 manat məbləğində pul vəsaitini qaytaracağını söz vermişdir. Onun niyyəti İqbal adlı şəxsin göndərdiyi 50 manat ilə “1win.az” qanunsuz idman mərc saytında qanunsuz onlayn qumar oyunları oynamaq olmuşdur. İqbal adlı şəxs kart hesabına 50 manat pul vəsaitini köçürmüşdür. Təxminən 2 saat sonra İqbal adlı şəxsə mesaj yazaraq guya sonuncunun ona göndərdiyi 50 manat qarşılığında “aviator” oyununda iştirak edərək pul qazandığını və ona 1500 manat məbləğində pul vəsaiti verəcəyini, bunun üçün ona kart nömrəsi göndərməsini xahiş etmişdir. Həmin zaman niyyəti İqbal adlı şəxsin ona göndərəcəyi kartın nömrəsini, bilmə tarixini, “CVC” və “OTP” kodlarını əldə etmək və kartın balansında olan pul vəsaitini İqbalın məlumatı olmadan gizli şəkildə özünə məxsus “M10” hesabına göndərilməsi olmuşdur. O, İqbalın gələcəkdə onunla əlaqə saxlaya bilməməsi üçün sonuncunun mobil nömrəsini əngəlləmişdir. Bu niyyətini həyata keçirmək üçün İqbala kart hesabına 1500 manat pul vəsaitini köçürmə edə bilməsi üçün həmin kartın hesabında minimum 300 manat pul vəsaiti olmasının zəruri olduğunu bildirmişdir. Kart hesabına 1500 manat pul vəsaitini köçürmə etmək üçün həmin kartın hesabında minimum 300 manat pul vəsaiti olmalıdır. İqbal adlı şəxsin ona göndərəcəyi kartın balansında pul vəsaiti olduğu təqdirdə həmin pul vəsaitini ondan gizli şəkildə özünə göndərmək niyyətində olmuşdur. İqbal adlı şəxs onun təklifi ilə razılaşmış, ona bank kart nömrəsini göndərmiş və içərisində 300 manat pul vəsaitinin olduğunu bildirmişdir. İqbal adlı şəxsin ona göndərdiyi kartın hesabında olan pul vəsaitini çıxara bilməsi üçün sonuncudan bitmə tarixini, “CVC” və “OTP” kodlarını istəmiş və o, bütün bu məxfi məlumatların ona göndərdiyi kartın hesabına 1500 manat pul vəsaitinin köçürülməsi üçün istədiyini inandırmışdır. İqbal adlı şəxs ona inanmış və karta aid qeyd etdiyi bütün məxfi məlumatları ona göndərmişdir. Bundan sonra o, dərhal özünə məxsus olan ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçdiyi “MPAY” mobil tətbiqinə daxil olmuş və İqbal adlı şəxsin ona göndərdiyi kartın bütün məlumatlarını, yəni 16 rəqəmli nömrəsini, bitmə tarixini, “CVC” kodunu orada qeyd etmişdir. O, İqbaldan telefonuna göndərilmiş “OTP” kodunu da göndərilməsini istəmiş və İqbal adlı şəxs “OTP” kodunu göndərdikdən sonra həmin kodu da “MPAY” mobil tətbiqinə daxil etmişdir. Bundan sonra İqbalın kart hesabının balansında olan pul vəsaitini sonuncunun məlumatı olmadan gizli şəkildə iki hissəli, yəni 199 manat və 100 manat olmaqla özünə məxsus olan “MPAY” hesabına köçürmüşdür. Daha sonra isə "MPAY" hesabına köçürdüyü ümumilikdə 299 manat pul vəsaitini özünə məxsus olan “Leobank”-a məxsus kart hesabına köçürmüşdür. İqbalın məlumatı olmadan sonuncuya məxsus kart hesabından gizli şəkildə, ümumilikdə 299 manat pul vəsaitini oğurlamış, daha sonra İqbalın onunla əlaqə saxlaya bilməməsi üçün sonuncunun mobil nömrəsini qara siyahıya əlavə etmişdir. İqbalın kart hesabından gizli şəkildə oğurladığı 299 manat pul vəsaitini zəruri xərcləri üçün xərcləmişdir. Həmin zaman Türkiyə Respublikasında Alanya vilayətində olmuş və həmin pul vəsaitini də Türkiyə Respublikasında şəxsi məqsədləri üçün istifadə etmişdir. Bundan əlavə bildirmişdir ki, hazırda zərərçəkmiş şəxsə vurulmuş zərəri tam ödəmiş, zərərçəkmiş şəxslə aralarında barışıq əldə edilmiş, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayəti yoxdur. Göstərilən halları, həmçinin peşman olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadələri və iş materiallarında olan digər sənədlər ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, müxtəlif ünvanlarda usta işləyir və buna görə də bəzən Bakı şəhərinə gələrək kirayədə yaşayır. O, 01 iyun 2024-cü il tarixində əvvəllər kirayədə yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsi, Soxvoz Ramana adlanan yerdə yerləşən fərdi yaşayış evində olduğu zaman “instagram” sosial şəbəkəsində qarşısına indi xatırlamadığı səhifə çıxmışdır. Həmin səhifədə “Aviator” adlı oyunlara pul yatıraraq təxminən 20 mislinə yaxın pul qazana biləcəyi qeyd olunmuşdur. Orada qeyd olunan mobil nömrənin whatsapp hesabına mesaj yazaraq pul qazanmaq istədiyini bildirmişdir. Həmin şəxs özünü Mehdi Əliyev kimi təqdim etmiş və 50 manat pulu deyəcəyi kart hesabına göndərildiyi təqdirdə özünün “aviator” oyunlarında iştirak edərək pul qazanacağını və sonra qazandığı puldan 1500 manatını ona göndərəcəyini bildirmişdir. O, həmin şəxsin bu sözlərinə inanmış və göndərdiyi kart hesabına 50 manat pul vəsaitinin köçürmüşdür. Həmin şəxs ona mesaj yazaraq pulu qəbul etdiyini bildirmişdir. Təxminən 2 saat sonra həmin şəxs onun yazaraq 1500 manat uduş əldə etdiyini bildirmişdir. O, həmin şəxsə uduş məbləğini kartına göndərməsini istəmiş, lakin həmin şəxs bu formada pulun göndərmək olmadığını və kartının 16 rəqəmli şifrəsi ilə yanaşı bitmə tarixini, CVC kodunu və telefona gəlmiş "OTP" kodu da ona göndərməsini bildirmişdir. O, həmin şəxsin sözlərinə inanmış və "xxxx" ASCnə məxsus olan birkartının bütün məlumatlarını göndərmiş, daha sonra onun telefonuna “OTP” kod gəlmiş və həmin şəxs kodu da istəmiş və o da kodu həmin şəxsə göndərmişdir. Bundan sonra karh hesabından 199 manat, 100 manat olmaqla, ümumilikdə 299 manat pul vəsaiti başqa bir hesaba köçürülmüşdür. Bu barədə onun “birbank” tətbiqində qeyd olunmuşdur. Bu zaman həmin şəxsin hesabına 1500 manat pulun göndərilməsi barədə onu şirnikləşdirdiyini və kartına məxsus bütün məxfi məlumatlarını əldə etdiyini, daha sonra onun məlumatı və icazəsi olmadan kart hesabında olan ümumilikdə 299 manat pul vəsaitini gizli şəkildə oğurladığını anlamışdır. Bundan sonra o, həmin şəxs ilə əlaqə saxlamağa çalışsa da, sonuncu onu əngəllədiyi üçün heç bir əlaqə saxlaya bilməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək ona dəymiş zərərin tam ödənildiyini, Təqsirləndirilən şəxs ilə barışdığını və sonuncuya qaşrı heç şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin 72-73-cü vərəqələrində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 97-98-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MYS-dən azad edilmişdir. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmmaışdır. Beləliklə, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, Təqsirləndirilən şəxs özünün etirafı, zərərçəkmiş şəxsin ifadəsi və digər iş materialları ilə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, yəni elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə oğurluq cinayətini törətməsi tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Bundan başqa, cəza təyini məsələsini həll edərkən məhkəmə Azərbaycan Respublikası Prezidentinin “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 10 fevral 2017-ci il tarixli Sərəncamıda nəzərə alınmalıdır. Belə ki, həmin Sərancamın 8-ci bəndində qeyd edilir ki, ibtidai istintaq orqanları və məhkəmələr tərəfındən qətimkan tədbirlərinin seçilməsi zamanı həbsin tətbiq edilməsi əsaslarına dair cinayət-prosessual qanunvericiliyin müddəalarına ciddi əməl olunsun, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının 2-ci bəndi ilə məhkəmələrə tövsiyə edilmişdir ki, şəxsin təqsirli bilindiyi maddənin sanksiyası azadlıqdan məhrumetmə ilə yanaşı yüngül cəza növləri də nəzərdə tutursa, hökm çıxarılarkən azadlıqdan məhrumetmə cəzası təyin edildikdə bu qərar hökmdə əsaslandırılmalıdır. Həmin Qərarın 3-cü bəndində izah edilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də, cəzanı yüngülləşdirən halları, yəni ilk dəfə məhkum edilməsini, özünü təqsirli bilməsini, əməlindən peşman olmasını, zərərçəkmiş şəxsə vurduğu ziyanı tam ödəməklə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ona qarşı heç bir tələb və şikayətinin olmamasını, cəzanı ağırlaşdıran halların isə olmamasını nəzərə alaraq hesab edir ki, onu cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və ona görə də, o, təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.3-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdən 11 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, həmçinin Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2, mənzil 12 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq qoyulmalıdır. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 09 aprel 2025-ci il tarixdən 11 aprel 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddətinin 01 (bir) günü 02 (iki) gün azadlığın məhdudlaşdırılmasına bərabər tutularaq, 04 (dörd) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla, onun üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhəri Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhəri Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23/2, mənzil 12 ünvanını tərk etməmək, Sumqayıt və Bakı şəhərlərinin, həmçinin Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 19 saata görə 209 (iki yüz doqquz) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-430/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-430/2025
29.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver