Məhkəmə qərarları › İş №1(060)-431/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-431/2021

30.09.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-431/2021 30.09.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, X1 Məhkəmə iclas katibliyi dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi şöbəsinin prokuroru X7, zərərçəkmiş şəxs – Zərərçəkmiş şəxs, təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, müdafiəçi - Sumqayıt şəhər 1 saylı vəkil bürosunun vəkili X2 oğlunun iştirakları ilə, xx.xx.1995-ci il tarixdə Türkmənistan Respublikası Seydi şəhərində anadan olmuş, subay, orta təhsilli, fərdi işlə məşğul olan, Azərbaycan Respublikası vətəndaşı, əvvəllər məhkum olunmamış, Füzuli rayonu Horadiz şəhəri, ünvan 2-da qeydiyyatda olmaqla ünvan 4-da kirayədə yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materiallarına açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs 27.02.2021-ci il tarixdə saat 16:45 radələrində qeyri-rəsmi münasibətdə olduğu Şahid1 yaşadığı ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə Zərərçəkmiş şəxs onu Şahid1 əl çəkməsini və evdən çıxmasını tələb etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs hər iki göz nahiyyəsindən 2 dəfə yumruqla zərbə vuraraq zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan, Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində göstərilən nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sol almacıq qövsünün bucaqlı yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki göz ətrafının qançırı, sol almacıq mahiyyəsinin yumşaq toxumlarının şişkinlik fonunda əziyi kimi xəsarətlər yetirib qəsdən sağlamlığa az ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs kimi ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Füzuli rayonu Horadiz şəhəri, ünvan 2-da qeydiyyatda olmaqla ünvan 4-da kirayədə yaşayır. Əvvəllər Tərtər Hərbi məhkəməsinin 19.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 332.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 manat cərimə cəzası təyin edilmişdir, eyni zamanda barəsində Abşeron rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 128ci maddəsi ilə cinayət işi olub və həmin cinayət işinin icraatında xitam verilmişdir. Daimi olaraq heç bir yerdə işləmir, fərdi işlə məşğul olur. Zərərçəkmiş şəxs onun birlikdə qeyrirəsmin münasibətdə olduğu Şahid1 doğma bibisidir. Onunla əvvəllər demək olar ki, heç bir münasibətləri olmamış, aralarında ədavət ziddiyyətləri olmamışdır. O, 2021-ci ilin mart ayına qədər Şahid1 ilə birlikdə ünvan 1 ünvanında yerləşən 9 saylı mənzildə kirayədə qalmışlar. 27.02.2021-ci il tarixdə təxminən saat 16 radələrində o evdə olarkən Aydanla aralarında mübahisələri yaranmışdır. Həmin vaxt Aydanın bacısı Ellada da onlarda olmuşdur. Onlar mübahisə etdiklərinə görə Ellada bir böyük kimi bibisi Zərərçəkmiş şəxs zəng edib evə çağırmışdır. Təxminən saat 16:45 radələrində onlar evdə olarkən Firqiyyə Rəcəbova evə gəlmişdir. Zərərçəkmiş şəxs evə gələndə o telefonla Aydanın Türkiyə Respublikasında böyük bacısı Rəşadə ilə danışmışdır. Həmin vaxt Firqiyyə onun üzərinə gələrək ona Aydanda əl çəkməsini, ona evdən çıxmasını tələb etmişdir. O da evi özünün tutduğunu demişdir, evdən də çıxmayacağını bildirmişdir. O ondan nə səbəbə evdən çıxmasını soruşmuşdur. O həmin vaxt əsəbi olmuşdur. Firqiyyə Aydana evdən çıxıb getməyi demiş, Aydan da qorxub evdən getmişdir. Firqiyyə isə onun üstünə gəlib yenə ona Aydandan əl çəkməsini deyib onun qolundan tutaraq onu otaqdan dəhlizə çıxartmışdır. O, onun valideyni barədə ona xoş olmayan söz demiş, o ona valideynlirənin adını çəkməməsini demişdir. Bu söz də ona pis təsir etmiş və o özünü qorumaq üçün onu itələmişdir. O, divara dəymiş, Firqiyyə isə onu sillə ilə sifətindən, sol üz nahiyyəsindən bir dəfə vurmuşdur. Həmin vaxt orada, Ellada və onun rəfiqəsi Samirə də var idi. Onlar onları aralaşdırmışlar. Sonra Firqiyyə DİN-nin 102 xidmətinə zəng etmiş, bir müddət sonra polis əməkdaşları evə gəlmişlər və onlar hamısı Sumqayıt ŞPİ-nin 4-cü polis bölməsinə getmişlər. Polis bölməsində o da Zərərçəkmiş şəxs onu sillə ilə vurmasına görə ondan şikayət etmiş, polis əməkdaşları onu məhkəmə tibbi ekspertizasından keçməsini demişlər. Lakin o özü sonra Firqiyyənin şikayət etməyəcəyini düşünüb məhkəmə tibbi ekspertizasından keçməmişdir. O Zərərçəkmiş şəxs yumruqla sağ və sol gözündən vurmamışdır. O Aydanın onunla əlaqə saxlamasına və onun qızı Ayseli xoşuna gəlmədiyi üçün evə gəlməyinə icazə vermədiyi üçün o, ona şər atmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-tibbi ekspertiza və pataloji anatomiya birliyi”nin Sumqayıt şəhər şöbəsinin 16.03.2021-ci il tarixli 234 saylı rəyinə əsasən Zərərçəkmiş şəxs bədəni üzərində dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid olan sol almacıq qövsünün bucaqlı yerdəyişən sınığı, qapalı kəllə beyin travması, baş beyin silkələnməsi, hər iki göz ətrafının qançırı, sol almacıq mahiyyəsinin yumşaq toxumlarının şişkinlik fonunda əziyi kimi xəsarətlərin aşkar edilməsi barədə bildirmişdir ki, o Firqiyyəni vurmamış, ola bilsin ki, onu itələyəndə onun sifət harasa dəysin və bu xəsarətlər yaransın. Əlində bıçaq olmamış və heç kimi hədələməmişdir. Lakin o düşünmür ki, onu itələməsindən onda bu xəsarətlər yaransın.Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək Məhkəmədən qanunamüvafiq hökm çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs oğlu ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs tanıyır, onu qardaşı qızı Şahid1 Sumqayıt şəhəri Sülh küçəsi, ev 5/11 9 saylı mənzilinə gəldikdən sonra tanımış, onunla əvvəllər heç bir münasibəti, ədavət, düşmənçiliyi olmamışdır. Qardaşı qızı Aydan bacısı Ellada Rəcəbva ilə birlikdə yaşayır. O sonradan bilmişdir ki, Aydan Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi münasibətdədir və birlikdə yaşayırlar. 27.02.2021-ci il tarixdə təxminən saat 16 radələrində o yaşadığı evdə olarkən qardaşı qızı Ellada onun mobil nömrəsinə zəng edib onu evlərinə çağırmış, İsinin Aydanı bezdirdiyini, narahat etdiyini, onlardan əl çəkmədiyini bildirmişdir. O da evdən çıxıb Aydangilin yaşadığı ünvana gəlmişdir. O onlara gəlib binanın ikinci mərtəbəsi ilə dördüncü mərtəbəsinə qalxanda, onların evindən mübahisə səsləri gəldiyini eşitmiş, tələsik onların qaldığı 4 mərtəbəyə qalxmışdır. O evə girib görmüşdür ki, Aydanla İsi qışqıraraq mübahisə edirlər. O evə gələndə İsi artıq Aydanın mobil telefonu ilə Aydanın Türkiyədə yaşayan bacısı Rəşadə ilə danışmışdır, o da həmin ərəfəfə Aydandan nə baş verdiyini soruşmuş, Aydan da ona İsinin ondan əl çəkmədiyini, onu bezdirdiyini, dəfələrlə boş şeylər üstündə döydüyünü demişdir. O evə gələndə onun əlində bıçaq olmuş, o onu görüb bıçağı yataq otağına aparıb qoymuşdur. O da əsəbləşib, onun üstünə getmiş, onun əlindən telefonu alıb ondan Aydandan nə istədiyini, bıçaqla kimi qorxutduğunu soruşmuş, ondan çıxıb bu evdən getməsini, Aydandan əl çəkməsini tələb etmişdir. İsi isə heç bir yerə getməyəcəyini, Aydanla birlikdə bu evdə yaşayacağını demişdir. Belə mübahisələri yaranmış, o İsiyə getməyəcəyin təqdirdə polis çağıracağını demişdir. O isə nalayiq ifadələrlə polisi söyüb, heç kəsdən qorxmadığını, heç bir yerə də getməyəcəyini bildirmişdir. Onunla mübahisələri şişmişdir. Mübahisə vaxtı evə Elladanın tanışı Samirə adlı xanım da gəlmişdir. Mübahisə vaxtı o İsinin qolundan tutub evdən çölə çıxartmaq istəmişdir. O İsini evin dəhlizinə çıxartmışdır. İsi isə çıxmayacağını deyib, yataq otağına keçib oradan yenidən bıçaq götürmüşdür və Aydanın üstünə getmişdir. Aydan da qorxub evdən qaçmışdır. Sonra İsi onun üzərinə bıçaqla getmiş, Ellada ilə Samirə özlərini qabağa vermişlər və İsinin onun üstünə getməsini qoymamışlar. O da əsəbləşib, İsidən valideyninin olub-olmadığını soruşmuş, İsi isə ona valieynlərinin adını çəkməməsini deyib əsəbləşib üstünə gəlmiş, gözlənilmədən yumruqla ilk olaraq onun sağ gözünə yumruqla, daha sonra isə bir dəfə də sol gözünə vurmuşdur. Həmin an o özünü itirib divanda oturmuş, o sağ və sol gözündən, burnundan güclü xəsarət almışdır. O DİN-nin 102 xidmətinə zəng edib baş vermiş hadisə barədə məlumat vermişdir. Polis əməkdaşları gələnə kimi Elladanın rəfiqəsi Samirə xanım qorxub gemişdir. İsi isə Elladadan Aydanın harada olduğunu soruşmuş, Ellada da Aydanın hara getdiyini bilmədiyini demişdir. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər və onları Sumqayıt ŞPİ-nin 4-cü Polis Bölməsinə dəvət etmişlər. Onlar hamısı polis bölməsinə getmişlər, Aydan da polis bölməsinə gəlmiş, izahat verib getmişlər. Xəsarətlərini polis əməkdaşları da görmüşdürlər. Həmin gün o gedib ekspertizadan keçmişdir. Hadisə 27.02.2021-ci il tarixdə təxminən saat 16:45 radələrində qardaşı qızı Şahid1 yaşadığı Sumqayıt şəhəri 2-ci mikrorayon, Sülh küçəsi , ev 5/11 9 saylı mənzildə baş vermiş, Təqsirləndirilən şəxs onun mənzilin dəhlizində yumruqla hər iki göz nahiyyəsindən vurub xəsarət yetirmişdir. Mübahisə təxminən yarım saat davam etmiş, lakin İsinin onun vurması gözlənilmədən olmuş və 1-2 dəqiqə davam etmişdir.Təqsirləndirilən şəxs düzgün ifadə verməmiş, onu döyüb xəsarət yetirmişdir və buna görə ondan şikayətçi olmaqla cəzalandırılmasını xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid2 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri, 30-cu məhəllə, ev 23-2, mənzil 26-da qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat qəsəbəsi, fərdi evdə bibisi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmamış, heç bir psixi xəstəlik keçirməmiş, heç bir yerdə işləməmişdir. Şahid1 onun doğma bacısı, Zərərçəkmiş şəxs isə onun doğma bibisidir. Onlarla münasibəti yaxşı olub, aralarında heç bir ədavət düşmənçiliyi olmamışdır. O Təqsirləndirilən şəxs da tanımış, qeyri rəsmi olaraq bacısı Aydanla münasibətdədir. Onlar 2021-ci ilin mart ayına qədər Sumqayıt şəhəri 2-ci mikrorayon ev 5/11, mənzil 9-da kirayədə qalmışlar. O da onlarla birlikdə qalmışdır. Kirayə pulunu isə Təqsirləndirilən şəxs vermişdir. 27.02.2021-ci il tarixdə təxminən saat 16 radələrində onlar evdə olarkən Aydanla İsi mübahisə etməyə başlamışlar. O əvvəllərdə onların münasibətlərinin yekun bir səviyyəyə gəlmələrini istəmişdir. Bu səbəbdən o Aydana da ya onunla rəsmin münasibətə daxil olmağa, ya da ki, ayrılmağı demişdir. Onların arasında əvvəllər də arada mübahisə olmuşdur. Onlar həmin gün yenə mübahisə etməyə başladıqları üçün və səslərin çox uca səslə çıxdığı üçün, o bir böyük kimi bibisi Zərərçəkmiş şəxs zəng edib yanına çağırmışdır ki, bunları böyük kimi hər şeyi izah etsin. Təxminən saat 16:45 radələrində bibisi Zərərçəkmiş şəxs evə gəlmiş, o qapını açıb onu evə dəvət etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs bacısı Aydanın telefonu ilə Türkiyə Respublikasında yaşayan böyük bacısı Rəşadə ilə danışmışdır. Bibisi isə evə gələn kimi İsinin üstünə getmiş, onun əlindən telefonu almışdır. X15 əl çəkməsini demişdir. İsi də ona bunu Aydanla özünün bildiyini, heç kəsin onların işinə qarışmadığını demişdir. Bibisi də ona evdən çıxıb getməyini, yenə Aydandan əl çəkməyini demişdir. İsi isə ondan əl çəkməyəcəyini demişdir. Belə onların arasında mübahisə yaranmış, mübahisə vaxtı bibisi İsinin üzündən sillə ilə vurmuşdur. Bibisi onun qolundan tutub çölə çıxartmağa başlamış, həmin vaxt da İsi onu itələyib özündən uzaqlaşdırmışdır. Orada bibisi Aydana çıxıb onların evinə getməyini, bu məsələnin özünün həll edəcəyini demiş, bu səbəbdən də Aydan çıxıb evdən getmişdir. Daha sonra isə bibisi İsiyə valideynləri ilə bağlı ona tərbiyyə verilmədiyini demiş, bu söz də İsiyə təsir etmiş və o, əli ilə bibisini üzündən vuraraq itələmişdir. Həmin vaxt o da oraya girib onları aralaşdırmışdır. Bibisi isə sifətinin tutub aşağı əyilmiş, o da bibisini ayağa qaldırmışdır. Sonra bibisi DİN-nin 102 xidmətinə zəng etmişdir. Bir müddət sonra Polis əməkdaşları gəlmişlər və onlar bölməyə getmişlər. Məhkəmədə şahid qismində ifadə vermiq Şahid1 da bacısı Şahid2 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmədə şahid qismində ifadə vermiş X12 oğlu ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tərəfindən DİN 102 Xidmətinə zəng edilmiş və hadisə yerinə əməliyyat qrupu getmişdir. O, da təhqiqatçı kimi əməliyyat qrupunun tərkibində olmuşdur. Hadisə yerinə gəldikdə Zərərçəkmiş şəxs sifətinin sol gözaltı nahiyyəsində qızartıların olduğunu müşahidə etdiyini, həmin vaxtı Zərərçəkmiş şəxs ona Təqsirləndirilən şəxs onun gözünə yumruqla vurduğunu bildirdiyindən onu ekspertizadan keçməsi üçün travmatologiyaya göndərdiyini bildirdi. Məhkəmədə şahid qismində ifadə vermiş polis əməkdaşı X6 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs tərəfindən DİN-in 102 Xidmətinə edilmiş zəng əsasında hadisə yerinə əməliyyat qrupu getmiş və o da həmin əməliyyat qrupunun tərkibində olmuşdur. Hadisə erinə çatdıqda Zərərçəkmiş şəxs gözaltı nahiyyələrində qızartı olduğunu gördüklərini, tərəfləri bölməyə dəvət etdiklərini sonuncu Təqsirləndirilən şəxs onu döydüyünü bildirdiyindən təhqiqatçı zərərçəkmiş şəxsə ekspertizaya getməsinin lazım olduğunu bildirmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin əməliyyat axtarış üzrə baş əməliyyat müvəkkili X9 da X6 və X4 ifadələri ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə-tibbi ekspertizasının 01.03.2021-ci il tarixli, 234 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs Məstən qızının bədəni üzərində sol almacıq qövsünün bucaqlı yerdəyişən sınığı, QKTB. Baş beyin silkələnməsi. Hər iki göz ətrafının qançırı, sol almacıq nahiyəsinin yumşaq toxumalarının şişkinlik fonunda əziyindən ibarət bədən xəsarətləri aşkar edilmişdir. Qeydolunanxəsarətlərkütəşyanın (əşyalar) təsirindəntörənmişdir, törənmə müddəti zərərçəkmişin Sumqayıt şəhər TTYX-nın zədə məntəqəsinə müraciət etdiyi vaxtdan az əvvəl olmaqla 27.02.2021-ci il tarixdə əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa az ağır zərər vurmaya aiddir. Cinayət işinin materiallarında olan iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdir məzamanı Firqiyyə Rəcbova ifadəsində göstərdiyi xüsusatları bir daha Təqsirləndirilən şəxs üzünə qarşı demiş, sonuncu da onun dediklərini qismən təsdi qetmişdir. Cinayət işinin materiallarında olan 01.06.2021-ci il tarixli Zərərçəkmiş şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinin protokolundan görünür ki, Zərərçəkmiş şəxs cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmiş, 01.06.2021-ci il tarixli protokolla ifadənin yerində yoxlanılması istintaq hərəkəti rəsmiləşdirilərək, onun zərərçəkmiş şəxs qismində istintaqa vermiş olduğu ifadəsinin düzgünlüyü müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Tərtər Hərbi Məhkəməsinin 19.12.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 332.1-ci maddəsi təqsirli bilinərək 200 manat cərimə cəzasına məhkum edilmişdir. Eyni zamanda Abşeron rayon Məhkəməsinin 21.11.2019-cu il tarixli qərarı ilə o, Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 may 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 may 2021-ci il tarixində barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 982 saylı arayışdan görünür ki, İsizadə X10 şəhəri ünvan 2 ünvanında yaşayır. Cinayət işinin materiallarında olan Füzuli rayon İcra Hakimiyyəti Başçısının Horadiz İnzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş yaşayış yeri üzrə xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs tərəfindən verilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmamışdır və ondan şikayətçidir. Qanunamüvafiq cəza verilməsini xahiş edir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında 04 iyun 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində xuliqanlıq cinayətinin tərkibi olmadığından barəsində həmin maddə üzrə cinayət işinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özünün CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilməsə də, onun Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlər Kənan Hacıyev, Şahmar Qəhrəmanov,Orxan Quliyevin ifadələri ilə. ekspert rəyi ilə tam sübuta yetirilmişdir.İş üzrə şahidlər Aydan və Ellada Rəcəbovların təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi vurmasını görməmələrinə dair verdiyi ifadələri Şahid1 təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs ilə birlikdə yaşamasını, Şahid2 isə Aydanın bacısı olmasını nəzərə alaraq həmin şəxslərin ifadələri qeyd olunan hissədə sübut kimi qiymətləndirilməməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. O, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən və Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşayış yeri üzrə müsbət xarakterizə olunmasıdır. CMnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal aşkar olunmadı. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, cəzanın icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilməli, cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli (iş № 1(060)-431/2021) qərarını icra edərək, 16 iyun 2021-ci il tarixli 608 saylı orderə əsasən vəkil X3 onun vəkili təyin etmişdir. Müdafiəçi Mehdi Cəlalzadə məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 (on beş) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyəödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunsun. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 20-22 may 2021-ci il tarixində şübhəli şəxs kimi tutulduğu 02 (iki) gün ona təyin olunmuş cəzadan azadlıqdan məhrum etmənin 01 gününün azadlığın məhdudlaşdıılmasının 02 (iki) gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Hökmün icrası Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin başlanğıcı Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı tarixdən hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 4ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökm qanuni qüvvəsini alanadək Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri dəyişdirilmədən saxlanmalıdır. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Cəlalzadə Mehdinin göstərdiyi 15 (on beş) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 90 (doxsan) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. "xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: PƏRVİZ HACİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar