Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-431/2023 03.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı:Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X3, Müdafiəçilər: Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakı ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə və xx.xx.1980-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işləməyən, məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, ünvan 3ndə polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 03 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 16 saylı binanın üçüncü blokunun girişindən 01 (bir) ədəd mühərrik həcmi 49 sm3 olan, “Tufan M50” markalı mopedi köməkləşərək götürüb sonuncunun istifadəsində olan avtomobilin yük hissəsinə qoyub aparmaqla gizli olaraq talayıb, Zərərçəkmiş şəxs 1500 (min beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 özünü Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərdi ki, ünvan 4 ünvanda ailəsi ilə birlikdə yaşayır. Əvvəllər məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində tanışı Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmiş və ona demişdir ki, Sumqayıt şəhəri 42-ci məhəllədə moped var həmin mopedi oradan oğurlamaq istəyir, bu işdə ona kömək etsin. O da Samirlə razılaşmışdır. Sonra onlar birlikdə Təqsirləndirilən şəxs2 idarə etdiyi OPEL markalı avtomobili ilə qeyd olunan tarixdə, saat təxminən 03 radələrində Sumqayıt şəhəri, 42-ci məhəllədə yerləşən 16 №-li binanın yanına gəmişlər. Sonra binanın blokunda olan qırmızı rəngli mopedi oradan götürüb Təqsirləndirilən şəxs2 idarə etdiyi OPEL markalı avtomobilinin yük yerinə qoymuşlar. Sonra onlar həmin mopedi Samirin anasının yaşadığı ünvana gətirmişlər. Samir ona demişdir ki, o anasına deyəcək ki, həmin moped sənindir, o da Samirin anasına həqiqətən həmin mopedin onun olduğunu desin. O da, razılaşmışdır. Onlar Samirin anasının yaşadığı ünvana gəldikdən sonra Samir anasına həmin mopedin Təqsirləndirilən şəxs1 olduğunu demişdir. O da, Samirin dediyini təsdiq etmişdir. Sonra Samir həmin mopedin şəklini çəkib Lalafo adlanan sayta yerləşdirmiş, elanın altından həmin mopedi 600 manata satacağını yazmış və elanın altından öz mobil nömrəsini yerləşdirmişdir. Bir qədər sonra Samirin elana yazdığı mobil nömrəyə bir nəfər oğlan zəng edərək Samirdən həmin mopedi almaq istədiyini bildirmişdir. Onlar danışıb, aralarında razılaşmışlar ki, Samir həmin mopedi həmin oğlana 500 manata satsın. Samir həmin puldan ona da verəcəyini bildirmişdir. Moped Samirin anasının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evin həyətində qalmışdır. O, təxminən 04 radələrində evinə getmişdir. Həmin gün saat 07 radələrində Samir ona zəng edərək anasının yaşadığı evə çağırmış, o da onların evinə getmişdir, saat 12 radələrində Samirlə o, Samirin avtomaşını ilə mopedi almağa gələn şəxsi qarşılamağa getmişlər, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən məscidin yanında adı ona sonradan məlum olan Təbriz və Rafiq adlı şəxsləri qarşılayıb daha sonra Samirin anasının yaşadığı ünvana aparmışlar. Samir həmin şəxslərə həmin mopedin özünün olduğunu, satmaq istədiyini bildirmişdir. Mopedi alan Təbriz Samirdən həmin mopedin oğurluq olub olmadığını soruşmuş, o da oğurluq olmadığını demiş, Təbrizin yanında olan Rafiq adlı şəxs usta olmuş, o mopedin xarab olan bəzi yerlərini düzəltmişdir. Samir Təbrizdən 420 manat pul alaraq həmin mopedi ona satmışdır. Sonra həmin şəxslər mopedi həyətdən çıxartmış, Təbriz mopedi sürüb getmişdir. Samir və o evdən çıxıb yaxınlıqda olan katej adlanan yerdə olan kafedə yeyib içmişlər, Samir həmin puldan təxminən 80 manat xərcləmiş, ona 10 manatlıq kontur və 1 qutu siqaret almışdır. Ona pul verməmiş, demişdir ki, problemi var, Bakı şəhərinə gedir. Qayıdanda ona pul verəcəkdir. Sonra Samirin anası İlqarın yaşadığı ünvana gələrək polislərin Samiri axtardığını demişdir. O da, Samirlə əlaqə saxlamış və görüşüb anasının ona dediyini Samirə demişdir. Samir də ona narahat olma demiş və onu da özü ilə Bakı şəhərinə aparmışdır. Samir Bakı şəhərində Kubinka adlanan yerdə qalır. Həmin günün səhəri Samir, o və Samirin Fəxriyyə adlı qadın tanışı, Samirin avtomaşını ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olduqda polis əməkdaşları onları saxlamışlar, sonra 32-ci PBnə aparmışlar, orada ona məlum olmuşdur ki, Fəxriyyədə narkotik olduğu üçün polislər onları saxlamışlar. Sonra polislər Fəxriyyəni saxlamışlar, Samir və onu isə buraxmışlar ki, səhər yenidən polisə gəlsinlər, o, həmin gecəni Samirin Kubinkada qaldığı evdə qalmış, həmin günü səhəri isə Samirlə bir yerdə 32-ci PB-nə getmişlər. Samiri bölmədə saxlamışlar, onu isə buraxmışlar, o da evinə gəlmişdir. Sonra eşitmişdir ki, Samiri 32-ci bölmədə tutmuşlar. Hal-hazırda etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, evlidir, azyaşlı uşağı vardır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək bildirdi ki, ünvan 6 ünvanında qeydiyyatda olmaqla, ünvan 7də yaşayır. Əvvəllər məhkum olunmuşdur. xx.xx.2022-ci il tarixdə saat 02 radələri olardı ki, tanışı Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş və bildirmişdir ki, Sumqayıt şəhəri 42-ci məhəllədə moped var həmin mopedi oradan oğurlamaq istəyir, bu işdə ona kömək etməyini istəmişdir. İlqar da onunla razılaşmışdır. Sonra onlar birlikdə onun idarə etdiyi OPEL markalı avtomobili ilə qeyd olunan tarixdə saat təxminən 03 radələrində Sumqayıt şəhəri 42-ci məhəllədə yerləşən 16 №-li binanın yanına gəlmişlər. Sonra binanın blokunda olan qırmızı rəngli mopedi oradan götürüb onun idarə etdiyi OPEL markalı avtomobilinin yük yerinə qoymuşlar. Sonra onlar həmin mopedi anasının yaşadığı Corat qəsəbəsi ev 518 ünvanına gətirmişlər. O, İlqara demişdir ki, anasına deyəcək ki, həmin moped sənindir, İlqar da onun anasına həqiqətən həmin mopedin onun olduğunu deyəcəkdir. İlqar da onunla razılaşmışdır. Onlar anasının yaşadığı ünvana gəldikdən sonra anasına həmin mopedin İlqarın olduğunu demişdir. İlqar da onun dediyini təsdiq etmişdir. Sonra o, həmin mopedin şəklini çəkib Lalafo adlanan sayta yerləşdirmiş və elanın altından həmin mopeti 600 manata satacağını yazmış və elanın altından öz mobil nömrəsini yerləşdirmişdir. Bir qədər sonra onun elana yazdığı mobil nömrəyə bir nəfər oğlan zəng edərək ondan həmin mopedi almaq istədiyini bildirmişdir. O da, həmin oğlanla danışıb razılağa gəlmişdir ki, həmin mopedi həmin oğlana 500 manata satacaqdır. Həmin puldan İlqara da verəcəyini bildirmişdir. Moped anasının yaşadığı Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evin həyətində qalmışdır. İlqar təxminən 04 radələrində evinə getmişdir. Həmin gün saat 07 radələrində o, İlqara zəng edərək anasının yaşadığı evə çağırmış, İlqar da onun anasının yaşadığı ünvana gəlmişdir. Qeyd olunan tarixdə yəni xx.xx.2022-ci il tarixdə saat təxminən 12 radələrində o, İlqarla birlikdə idarə etdiyi avtomaşını ilə mopedi almağa gələn şəxsi qarşılamağa getmişlər, Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisində yerləşən məscidin yanında adı ona sonradan məlum olan Təbriz və Rafiq adlı şəxsləri qarşılamışlar, daha sonra onun anasının yaşadığı ünvana getmişlər. O, həmin şəxslərə həmin mopedin özünün olduğunu, satmaq istədiyini bildirmişdir. Mopedi alan Təbriz ondan həmin mopedin oğurluq olubolmadığını soruşmuş, o da oğurluq olmadığını demişdir. Təbrizin yanında olan Rafiq adlı şəxs usta olmuşdur, o mopedin хаrab olan bəzi yerlərini düzəltmişdir. O, Təbrizdən yekunda 420 manat pul alaraq həmin mopedi ona satmışdır. Sonra həmin şəxslər mopedi həyətdən çıxartmış, Təbriz mopedi sürüb getmişdir. O və İlqar evdən çıxıb yaxınlıqda olan katej adlanan yerdə olan kafedə yeyib içmişlər. O, İlqar üçün həmçinin puldan təxminən 80 manat xərcləmiş, 10 manatlıq kontur və 1 qutu siqaret almışdır. İlqara pul verməmiş, demişdir ki, problemi var Bakı şəhərinə gedir. Qayıdanda ona pul verəcəkdir. Sonra İlqar onunla əlaqə saxlamış və polislərin onların axtardığını demişdir. Bundan sonra İlqarı Bakı şəhərinə aparmışdır. Həmin günün səhəri İlqar, o və onun Fəxriyyə adlı tanışı onun avtomaşını ilə Bakı şəhəri, Suraxanı rayonu ərazisində olduqda polis əməkdaşları onları saxlamışlar, sonra 32-ci PB-nə aparmışlar, orada ona məlum olmuşdur ki, Fəxriyyədə narkotik olduğu üçün polislər onları saxlamışlar. Sonra polislər Fəxriyyəni saxlamış, İlqarı və onu isə buraxmışlar ki, səhər yenidən polisə gəlsinlər. Həmin günün səhəri isə İlqarla bir yerdə 32-ci PB-nə getmişlər. Onu bölmədə saxlamışlar, İlqarı isə buraxmışlar. Mopedin oğurluq olmasından anasının xəbəri olmamışdır. Etdiyi əməldən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, anası xəstədir, anasına tək o baxır, zərərçəkmiş şəxsə dəymiş ziyan ödənilmişdir, onun mopedi qaytarılmışdır, barəsində yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Xızı rayonu, Tıxlı kəndində qeydiyyatda olmaqla, ünvan 8 ünvanında yaşayır. 12 sentyabr 2022-ci il tarixdə Bakı şəhəri, Bilgəh qəsəbəsində yaşayan tanışı X2 1500 manata bir ədəd qırmızı rəngli moped almışdır. Onların razılaşmalarına əsasən o, ona 150 günə hər gün 10 manat pul verəcəkmiş. O, hər gün Suşi və Volt şirkətlərindən verilən sifarişləri yerinə çatdırmaqla pul qazanır. xx.xx.2022-ci il tarixdə saat 02 radələrində evinə gəlmiş, mopedi yaşadığı eyin 3cü blokunda birinci mərtəbədə dəhlizdə saxlamışdır. Səhər tezdən saat 11 radələrində yuxudan oyanıb həyətə düşdükdə görmüşdür ki, mopedi saxladığı yerdə deyil. Bilmişdir ki, mopedini oğurlamışlar. O da, bu barədə DİN-nin 102 zəng mərkəzi xidmətinə zəng edərək məlumat yermişdir. Mopedin dəyəri təxminən 1500 manat olmuşdur. Moped polislər tərəfindən qaytarılmış, ona dəymiş ziyan ödənilmişdir. Təqsirləndirilən şəxslərlə barışmasa da onlardan şikayətçi deyil, barələrində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslərdən şikayətçi olmadığını, ona dəymiş ziyanın ödənildiyini, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında Şahid1 göstərdi ki, ünvan 10 ünvanında qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 16-cı mikrorayonda olan yeni binada 3-cü mərtəbədə ailəsi ilə birlikdə yaşayır. O, təxminən 15 ilə yaxındır ki, motosikilet ustasıdır. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində moped sürən Şahid3 ona zəng edərək bir moped almaq istədiyini bildirmiş, həmin mopedə onun baxmağını xahiş etmişdir. O da onunla razılaşmış və onlar Sumqayıt şəhərinin girişində görüşmüşlər. Sonra birlikdə onun avtomaşını ilə Sumqayıt şəhəri Dörd Qardaş adlanan yerə gəlmişlər, orada onları kimlikləri ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qarşılamışdır. Təqsirləndirilən şəxs2 onları Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinə aparmış, evin içərisində iki nəfər usta işləmişdir, onların adlarını bilmir, həmin ustalar aboy vururmuşlar, evdə bir yaşlı qadın olmuş, Samir anası olduğunu demiş, həmin qadın Töyfə adlı şəxs olmuşdur. Samir həyətlərində olan satmaq istədiyi qırmızı rəngli mopedi göstərmiş, o, mopedə baxdıqda görmüşdür ki, bəzi yerləri xarabdır, bunu Samirə demiş, Samir də qiymətdən 80 manat keçmiş, Təbriz Samirə 420 manat pul vermiş və mopedi ondan almışdır. Sonra Təbriz mopedi götürüb evdən çıxmış, o da avtomaşınına minib oradan uzaqlaşmışdır. Samirlə İlqar evdə qalmışdır. Evin qarşısında Təbrizlə o ayrılmış, Təbriz mopedi idarə edərək Sahil küçəsi ilə hərəkətdə olmuşdur. Bir qədər sonra Təbriz ona zəng edərək mopedin xarab olduğunu və abidənin yanında olduğunu demişdir. O, onun yanına gedərək mopedi düzəltmişdir. Sonra onlar yenə də ayrılmışlar. Bir qədər sonra Təbriz yenə də ona zəng edərək mopedin xarab olduğunu və Sülh küçəsində olduğunu demişdir. O da onun yanına getmişdir. O, mopedi düzəltmək istədikdə polis əməkdaşları polis avtomaşını ilə onlara yaxınlaşıb mopedin oğurluq olduğunu bildirmiş, mopedi götürmüşlər. Təbriz də oğurluq olduğunu bilmədiyini, Samir adlı şəxsdən aldığını deyib Samirin evini polislərə göstərmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, ünvan 12 ünvanında ailəsi ilə birlikdə yaşayır. xx.xx.2022-ci il tarixdə saat 04 radələri olardı, evində olmuş, kuryer işləmək üçün moped almaq istəyirmiş, Lalafo saytında 600 manata qırmızı rəngli moped satılmasına dair elan görmüş, elanın altında olan ***-***-**-** mobil nömrəyə zəng edərək həmin mopedi almaq istədiyini bildirmiş, sonunda 500 manata razılaşmışdır. O, xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Sumqayıt şəhərində yaşayan moped ustası olan Şahid1 zəng edərək moped almaq istədiyini, alacağı mopedə baxmasını xahiş etmiş və Rafiq də onunla razılaşmışdır. Sonra onlar Sumqayıt şəhərinin girəcəyində görüşmüş və bir yerdə kimliyi ona sonradan məlum olan Təqsirləndirilən şəxs2 və onun yanında olan Təqsirləndirilən şəxs1 ilə görüşmüşlər. Samir onları Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən evinə aparmış, evin içərisində iki nəfər usta işləyirmiş, aboy vururmuşlar, evdə bir yaşlı qadın olmuş, Samir anası olduğunu demiş, həmin qadın Töyfə adlı şəxs olmuşdur. Samir həyətlərində olan satmaq istədiyi qırmızı rəngli mopedi göstərmiş, usta Rafiq mopedə baxdıqda görmüşdür ki, bəzi yerləri xarabdır, bunu Samirə demiş, Samir də qiymətdən 80 manat keçmiş, o, Samirə 420 manat pul vermiş və mopedi ondan almışdır. Sonra Rafiqlə o, mopedi götürüb evdən çıxmışlar, Samirlə İlqar evdə qalmışdır. Evin qarşısında Rafiqlə o, ayrılmış, Rafiq gəldiyi avtomaşına oturub getmiş, o da mopedi idarə edərək Sahil küçəsindən abidənin yanından Sülh küçəsinə girmiş, abidənin yanında moped xarab olmuş, o, usta Rafiqi bir də çağırmış, sonuncu gəlmiş və düzəltmiş, o, yenə mopedi sürüb Sülh küçəsi ilə hərəkət etmiş, bir qədər getmişdir ki, moped yenə də xarab olmuş, o, usta Rafiqi çağırmış, Rafiq yenə də onun yanına gəlmiş, onlar bir yerdə mopedi düzəltmək istədikdə polis əməkdaşları onların yanında polis avtomaşınını saxlamış və həmin mopedin oğurluq olduğunu demişdir. O da onlara mopedi təqdim edərək oğurluq olduğunu bilmədən Samir adlı şəxsdən aldığını deyib onlara Samirin evini göstərmişdir. İş materiallarında olan “Hadisə yerinə baxış keçirlməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, baxış zamanı Kamran İsgəndərovun icarəyə götürüb işlətdiyi mopedi hadisədən əvvəl saxladığı yeri göstərmişdir. Həmin yer 42-ci məhəllədə yerləşən 16 №li binanın birinci blokunda yerləşir. Hadisə yerində kamera yoxdur. Hadisə yerində sübut əhəmiyyəti kəsb edən əşya yoxdur. Baxış zamanı fotoşəkillər çəkilmişdir. İş materiallarında olan “Əşyanın təqdim edilməsi, götürülməsi və baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Şahid3 təqdim etdiyi 1 ədəd Tufan M50 markalı moped sübuti əhəmiyyət kəsb etdiyindən götürülməklə həmin mopedə baxış keçirilmişdir. Baxış zamanı 1 ədəd Tufan M50 markalı moped çəni və mühərriki üzərində TUFFAN sözləri yazıldığı, benzinnasosun karopkası üzərində isə M50 sözləri və rəqəmi yazıldığı aşkar olunmuş və başqa xüsusi əhəmiyyət kəsb edən əşya aşkar olunmamışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə, saat 21:55-də tutulmuşdur. İş materiallarında olan “həbs qətimkan tədbiri seçilməsindən imtina edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat QİƏD-nin xx.xx.2022-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 Şamaxı Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3 və 66.5-ci maddəsi ilə 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2018-ci ildə Azərbaycan Respublikası CM-nə Dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının xx.xx.2017-ci il tarixli qanunun tətbiq edilərək cəzası azaldılmış, 03 il 08 ay cəza təyin edilmiş, cəza müddəti qurtardığına görə azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarına əsasən xx.xx.2020-ci il tarixli hökm dəyişdirilmədən saxlanılmışdır. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci və 69.3cü maddəsi ilə 01 il 08 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 69.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 01 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 58-1/2-3081 saylı, xx.xx.2023cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdə saat 12:40-da Sumqayıt şəhər avtovağzalının qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/7362 saylı, xx.xx.2022-ci il tarixli ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda göstərilən 01 ədəd 2022-ci il istehsalı “Tufan M50” markalı mopedin orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti nəzəri qaydada təxminən 1500,00 manat müəyyən edilir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmışdır. Cinayət işi üzrə 01 ədəd “Tufan M50” markalı moped maddi sübut kimi tanınmışdır. Şahid3 əməlində CM-nin 194.1ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Şahid2 barəsində CM-nin 177 və 307-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmiş şəxs hesab edilmiş və əməlində cinayətlərin residivinin olması nəzərə alınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, 01 ədəd 2022-ci il istehsalı “Tufan M50” markalı moped Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsinin 307744-21-1/3-18365-10 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Xızı Rayon Məhkəməsinin 1(068)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 il 1 ay 6 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bakı şəhər Probasiya İdarəsində qeydiyyata alınmamış, xx.xx.2023-cü il tarixə cəzasının çəkilməmiş qalan hissəsi 2 il 1 ay 6 gün təşkil edir. Nəsimi rayon Məhkəməsinin 7(006)-52/2023 saylı, xx.xx.2023-cü il tarixli tutulma və icra məmurunun axtarış elan edilməsinə dair qərarına əsasən Nəsimi RPİ tərəfindən məhkum Təqsirləndirilən şəxs2 barəsində 71014 saylı axtarış işi açılmışdır. İş materiallarında olan stasiona xəstəlik kartoçkasından çıxarışdan və tibbi sosial ekspert komissiyasında sonuncu müayinəyə dair rəydən görünür ki, Təqsirləndirilən şəxs1 bazu kələfinin zədlənməsi, sağ döş qəfəsinin kəsilmiş-deşilmiş yarası nəticəsində sağ bazu kələfinin zədələnməsi, dejerin-klumpke iflici. Hərəkətin və yerişin pozulmaları, sağ əldə funksiya pozğunluğu, digər dəqiqləşdirilmiş paralitik sindromlar, sağ əlin parezi xəstəliyi vardır. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda, hər bir təqsirləndirilən şəxslə bağlı ayrıca qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxslərin hər birinin onlara isnad edilən ictimai təhlükəli əməlləri törətmələri tam sübuta yetirildi. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, onlar hər biri müvafiq olaraq həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Oğurlanmış 01 ədəd 2022-ci il istehsalı “Tufan M50” markalı moped polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində sahibinə qaytarılmışdır. Ona görə də, məhkəmə bu halı təqsirləndirilən şəxslərin cəzasını yüngülləşdirən hal kimi qiymətləndirmir. Məhkəmə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran haldır. Belə ki, Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində—onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs1 bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə zərərçəkmiş şəxsin şikayətinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən cəzasını ağırlaşdıran və yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cəza çəkilməsinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs1 təyin edilən cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə toplanılmalıdır. Təqsirləndirilən şəxs1 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəza təyin edərkən cəzasını ağırlaşdıran və yüngülləşdirən halı, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq hesab edir ki, o cəmiyyətdən təcrid edilmədən islah oluna bilməz, ona görə də, ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 177.2.1ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Təqsirləndirilən şəxs2 Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1 və 69.3-cü maddəsi ilə 02 il 01 ay 06 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Göründüyü kimi, Təqsirləndirilən şəxs2 bu iş üzrə ittiham olunduğu əməli Xızı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü çıxarılmazdan əvvəl törətmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs2 Xızı Rayon Məhkəməsinin 1(068)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 01 ay 6 gün azadlığın məhdudlaşdırılması cəzası ilə azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla toplanılmalıdır. Cəza çəkilməsinin əvvəli 03 avqust 2023-cü il tarixdən hesablanmalı və Təqsirləndirilən şəxs2 təyin edilən cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs2in 23 fevral 2023-cü il tarixdən 25 fevral 2023-cü il tarixədək tutularaq həbsdə saxlandığı iki gün müddət ona təyin edilən cəzadan çıxılmalıdır. Cinayət işi üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə maddi sübut-1 ədəd “Tufan M50” markalı moped Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalı, sahibinə qaytarılmış hesab edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 dövlət büdcəsi hesabına Sumqayıt Regional Vəkil Bürosundan müdafiəçilər təyin edilmişdir. Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi üçün vəkil Müdafiəçi1 və Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi üçün isə Müdafiəçi2 tərəfindən hər biri ayrılıqda 40 (qırx) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 240 (iki yüz qırx) manat və Müdafiəçi2 240 (iki yüz qırx) manat məbləğində pul ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs1 Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 il 08 ay 28 gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılsın və Təqsirləndirilən şəxs1 qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 05 oktyabr 2022-ci il tarixdən 07 oktyabr 2022-ci il tarixədək tutulub saxlanıldığı 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Cəza çəkilməsinin əvvəli 26 oktyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə təqsirli bilinsin 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68.1.1-1-ci maddəsinə əsasən bu hökmlə təyin edilən cəza Təqsirləndirilən şəxs2 Xızı Rayon Məhkəməsinin 1(068)-10/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 01 ay 16 gün azadlığın məhdudlaşdırılması cəzası ilə, azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla, qismən toplanılsın və Təqsirləndirilən şəxs2 qəti olaraq 02 il 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulub saxlanıldığı 02 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 02 il 7 ay 28 gün müəyyən edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 03 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilməsi Sumqayıt şəhər Polis İdarəsinə həvalə olunsun. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri, yəni 50 (əlli) manat Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınmış 1 ədəd “Tufan M50” markalı mopedin Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsinlər. Vəkillər Müdafiəçi2 və Müdafiəçi1 tərəfindən göstərilmiş hüquqi yardıma görə hər birinə 240 (iki yüz qırx) manat olmaqla, cəmi 480 (dörd yüz səksən) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunandan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu andan (həbsdə olan şəxsə isə təqdim olunduğu andan) 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-431/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-431/2023
03.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver