Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-432/2022 25.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx.xx.1998-ci ildə Yardımlı rayonu, Bozayran kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünüm “müəyyən etdi və nəticə” hissəsində olan yanlışlıqlar aradan qaldırılaraq, “müəyyən etdi hissəsində 84cü abzasın yeddinci və “nəticə” hissəsinin 8-ci abzasının beşinci sətirlərində “məhdudlaşdırılması” və “cəzası” sözləri arasında cəzasının çəkilməmiş 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması sözləri əlavə edilmiş, Sumqayıt şəhər Probasiya şöbəsinin xx.xx.2022-ci il tarixli məktubuna əsasən xx.xx.2022-ci il tarixə azadlığın məhdudlaşdırılması cəzasının 06 ay 06 gününü çəkmiş 01 il 05 ay 06 gün çəkilməmiş cəzası qalmış, məhkumluğu ödənilməmiş və götürülməmiş, Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz olaraq 1 ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən xəncər əldə edib gəzdirərək üzərində saxlamış, 10 fevral 2022-ci il tarixdə, saat 01:20 radələrində Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 4-cü mikrorayonda yerləşən 26/4 saylı binanın qarşısında saxlanılaraq Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirilib xidməti otaqların birində üzərinə baxış keçirilən zaman əynində olan şalvarının arxa tərəfdən kəmərinə keçirib qanunsuz olaraq üzərində gəzdirdiyi 1 ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən xəncər aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, beş aydır ki, icarə əsasında götürdüyü “Opel Vectra” markalı, **-TL-*** qeydiyyat nişanlı avtomobillə taksi fəaliyyəti ilə məşğul olur. 09 fevral 2022-ci il tarixdə,saat 23:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsində olduğu zaman avtomobilin mühərrikində problem yarandığından avtomobil işə düşməmişdir. Buna görə ora Sumqayıt şəhəri, 4-cü mikrorayonda yaşayan dostu Cavanşiri çağırmışdır. Cavanşir gələndən sonra da nə qədər cəhd etsələr də, avtomobili işə sala bilməmişlər. Bu səbəbdən avtomobili yolun kənarında qoyub taksi çağırmışlar. Gələn taksi ilə əvvəlcə Cavanşiri yaşadığı ünvanda düşürmək üçün yaşadığı binanın qarşısına gəlmişlər. Avtomobilin qapısı bağlanmadığına görə avtomobildə saxladığı xəncəri oradan götürüb şalvarının arxa tərəfdən kəmərinə keçirmişdir. Cavanşirgilin binasının qarşısına gəldikdən sonra orada bir qədər dayanıb söhbət etmək qərarına gəlmişlər. xx.xx.2022-ci ildə təxminən saat 01:30 radələrində Cavanşir evinə qalxdıqdan sonra ona ərazidə xidmət edən Post Patrul Xidmətinin əməkdaşları yaxınlaşmışlar. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra gecə vaxtı binanın qarşısında dayanmasının səbəbini soruşub ondan özünü təqdim etməsini xahiş etmişlər. Üzərində xəncər olduğundan o, bir qədər həyəncanlanıb özünü itirmişdir. Özünü təqdim etmək və tələblərinə tabe olmaq istəməmişdir. Bir qədər səs-küy salıb ucadan nalayiq ifadələr işlətməyə başlamışdır. Bu səbəbdən Post Patrul Xidmətinin əməkdaşları onu Sumqayıt ŞPİ-nin 3-cü PB-nə gətirmişlər. Polis bölməsinə gətirildikdən sonra bölmənin Növbətçi Hissəsində polis əməkdaşları ondan üzərində hansısa qanunsuz əşya və predmetlərin olub-olmamasını ondan soruşduqda o, şalvarının arxa tərəfindən kəmərinə keçirib üzərində gəzdirdiyi xəncəri çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Xəncərin dəstəyi qara rəngli, tiyəsi gümüşü rəngli olmuşdur. Həmin xəncər ona vəfat etmiş babası Abduləlidən yadigar qalmışdır. Xəncəri avtomobildə yaranan nasazlığı aradan qaldırmaq üçün istifadə etmişdir. Həmçinin polis əməkdaşları ona yaxınlaşmamışdan qabaq yerdən bir manatlıq əskinaz tapmışdır. Həmin əskinaz əzilmiş formada olmuş, həmin əsknazı da polis əməkdaşlarına təqdim etmişdir. O, əskinazı pul olduğu üçün cibinə qoymuşdur ki, xərcləyər, lakin onun borucuq formasında olmasına fikir verməmişdir. Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olduğunu, həmçinin atasının xəstə olmasını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə Şahid2 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin PPXT-nm 2-ci Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 10 fevral 2022-ci il tarixdə, saat 01:20 radələrində postaçı yoldaşı, polis serjantı Şahid3 birlikdə 9175 çağırışlı avtopatrulda Sumqayıt şəhəri, 4-cü mikrorayon ərazisində xidmətdə olduğu zaman Sumqayıt şəhəri, 4cü mikrorayon ərazisində yerləşən 26/4 nömrəli binanın qarşısında bir nəfər şəxsi görüb həmin şəxsə yaxınlaşaraq özlərini təqdim etmişlər. Ərazidə baş verən oğurluq hadisələri ilə bağlı profilaktiki söhbət apararkən həmin şəxs ona ünvanladıqları suallara qeyri-səmimi cavablar verərək özünü şübhəli aparmağa başlamışdır. Daha sonra, ondan özünü təqdim etməsini xahiş etmişlər. O, isə bundan imtina edib ünvansız nalayiq söyüşlər söyməyə başlamışdır. Onlar həmin şəxsə ictimai yerdə söyüş söyməməyi bildirib onu nizam intizama dəvət etmişlər. Lakin həmin şəxs onların qanuni tələblərinə tabe olmayaraq nalayiq söyüşlər söyməkdə davam etdiyindən onu xidməti patrul avtomobilinə əyləşdirib ərazi aidiyyəti üzrə Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis bölməsinə gətirmişlər və bölmənin Növbətçi Hissəsinə təhvil vermişlər. Polis bölməsində məlum olmuşdur ki, gətirdikləri şəxs xx.xx.1998-ci ildə Yardımlı rayonu, Bozayran kəndində anadan olmuş Yardımlı rayonu, Bozayran kəndində qeydiyyatda olan Təqsirləndirilən şəxsdur. X3 Hissəsində Təqsirləndirilən şəxs üstü yoxlanılarkən o, əynində olan şalvarın arxa tərəfindən kəmərinə keçirilmiş formada olan bir ədəd iri ölçülü xəncəri, əynində olan qara rəngli gödəkçəsinin sağ yan cibindən isə bir ədəd borucuq formasına salınmış bir manatlıq əskinazı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin xəncər ona vəfat etmiş babası Abduləlidən yadigar qalmışdır. Xəncəri və borucuq formasında olan 1 manatlıq əskinazı nə məqsədlə üzərində gəzdirməsi soruşulanda, o bildirmişdir ki, xəncəri avtomobilində yaranan nasazlığı aradan qaldırmaq üçün istifadə etmiş, lakin nasazlığı aradan qaldıra bilmədiyi üçün və avtomobilin qapısı bağlanmadığından xəncəri avtomobilindən götürüb üzərində saxlamışdır. Bundan başqa ona yaxınlaşmamışdan qabaq yerdən bir manatlıq əskinaz tapmış, həmin əskinaz əzilmiş formada olmuş, həmin əskinazı pul olduğu üçün cibinə qoymuşdur ki, xərcləyər, lakin onun borucuq formasında olmasına fikir verməmişdir. Bundan sonra polis bölməsinin təhqiqatçısı tərəfindən sənədləşmə işləri görülmüş, xəncər Təqsirləndirilən şəxs götürülərək müvafiq ekspertizaya göndərilməsindən ötrü qablaşdırılmışdır. Bununla bağlı tərtib olunmuş protokol onlar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs saxlamamışdan qabaq onu tanımamışdır. Onu ilk dəfə idi ki, görmüşdür. Onunla aralarında düşmənçilik və ədavət olmamışdır. Təqsirləndirilən şəxs üzərində xəncər gəzdirməsi barədə onlara hər hansı bir məlumat daxil olmamışdır, sadəcə o, tabesizlik göstərdiyi üçün onlar tərəfindən bölməyə gətirilmiş və bölmədə o, üzərində olan xəncəri təqdim etmişdir. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra onlar tərəfindən ona fiziki və ya psixi təzyiq, təsir göstərilməmişdir. Məhkəmə iclasında Şahid1 Şahid2 ifadəsinə uyğun ifadə verdi. İş materiallarında olan və məhkəmə istintaqı zamanı baxış keçirilmiş xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərində şəxsi axtarış keçirilərkən qeydə alınmış video görüntülərdə də şahidlər Şahid2 və Şahid1 ifadələrində göstərdikləri bir daha təsdiq olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə–ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/192 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd predmet kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan xəncərdir, soyuq silah hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən) və hökmlərin və qərarın surətlərindən görünür ki, Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsinə əsasən 01 il 02 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 66.5 və 69.3-cü maddələrinə əsasən 02 il 10 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünüm “müəyyən etdi və nəticə” hissəsində olan yanlışlıqlar aradan qaldırılaraq, “müəyyən etdi hissəsində 84-cü abzasın yeddinci və “nəticə” hissəsinin 8-ci abzasının beşinci sətirlərində “məhdudlaşdırılması” və “cəzası” sözləri arasında cəzasının çəkilməmiş 01 il 01 ay 02 gün müddətə azadlığın məhdudlaşdırılması sözləri əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş Sumqayıt şəhər Probasiya şöbəsinin 21-2/3-3160 saylı xx.xx.2022-ci il tarixli məktubunun surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixə cəzasının 06 ay 06 gününü çəkmiş 01 il 05 ay 06 gün çəkilməmiş cəzası qalmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinin tələblərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə olan məhkumluğu residivin müəyyən olunması zamanı nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi əməli səmimi etiraf etməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qeyd olunanları nəzərə almaqla məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yanlışlığın aradan qaldırılması barədə qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 04 ay 26 günü hazırki hökmlə təyin olunacaq cəza ilə qismən toplanılmalıdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixli qərarla Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq orqanı tərəfindən başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən xəncər məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli (iş № 1(060)-432/2022) qərarını icra edərək, 06 aprel 2022-ci il tarixli 430 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 15 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayətaza prosesində iştirakı bu Məcəllənin 92.3cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirli bilinsin və o, 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə və Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli yanlışlığın aradan qaldırılması barədə qərarı ilə Təqsirləndirilən şəxs təyin olunmuş 01 il 11 ay 12 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməyən 01 il 04 ay 26 günü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hazırki hökmlə təyin olunan cəza ilə qismən toplanılmaqla, ona qəti olaraq 01 (bir) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə maddi sübut kimi tanınaraq və Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan 01 ədəd kustar üsulla hazırlanmış, hər iki tərəfi kəsici, ucu deşici xassəyə malik olan soyuq silah hesab edilən xəncər məhv edilsin İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 64 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 15 saat hüquqi yardıma görə cəmi 90 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-432/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-432/2022
25.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver