Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-433/2020 28.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1986-cı il tarixdə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmuş, işləməyən, Masallı rayonu, Əzizabad kəndində qeydiyyatdan olan və həmin ünvanda yaşayan, barəsində "polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını ələ keçirmək məqsədi ilə X2 qızı Şahid2 Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər İdarəsində kargüzar kimi işə düzəldəcəyi barədə yalan vəd verməklə aldadaraq xx.xx.2019-cu il tarixdə Bəyoğlan Şiriyevin yaşadığı ünvan 2 ünvanında sonuncu ilə görüşərək ondan 3000 (üç min) manat nağd pulu aldatma və etibardan sui-istifadə yolu ilə alıb ələ keçirərək zərərçəkmiş şəxs Şiriyevə həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə özünü təqsirli bilərək qeyd etdi ki, 2019-cu ilin dekabr ayının ortalarında Şadulla adlı qohumu ona Sumqayıt şəhərində yaşayan bir nəfər Bəyoğlan adlı dostunun qızını Fövqəladə Hallar Nazirliyinə işə düzlətdirmək istədiyini bildirmişdir. O, Şadullaya əvvələr Fövqəladə Hallar Nazirliyində onun yaxın adamı işlədiyini, onun vasitəsi ilə lazım olsa işə adam düzəltdirə biləcəyini yalandan söyləmişdir. Şadulla dostunun qızını fövqəladəyə işə düzəltdirə biləcəyini ondan soruşduqda o, Fövqəladə Nallar Nazirliyində işləyən yaxın adamının vasitəsi ilə onun dostunun qızını Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər İdarəsində kargüzar kimi işə düzəldə biləcəyini yalandan ona söyləmişdir. Bundan sonra Şadulla dostu Bəyoğlanın mobil nömrəsini və yaşadığı ünvanı ona vermiş, o, Bəyoğlanın mobil nömrəsinə zəng vuraraq onunla danışmış və təxminən 2019-cu ilin dekabr ayının 17-də Sumqayıt şəhərinə Bəyoğlanın yaşadığı ünvana getmişdir. Orada Bəyoğlan ilə ailə üzvlərinin yanında söhbət edərək 3000 (üç min) manat müqabilində bir ay müddətində Şahsənəmi Fövqəladə Hallar Nazirliyinin Sumqayıt şəhər İdarəsində kargüzar kimi işə düzlətdirə biləcəyini bildirmişdir. Həmin vaxt Bəyoğlan qızlarının və həyat yoldaşının yanında 3000 (üç min) manat pulu sayaraq ona vermiş və ondan pulu almağı barədə kağız yazmasını xahiş etmişdir. O, öz xətti ilə Bəyoğlanın qızı Şahsənəmi işə düzlətdirmək üçün ondan 3000 (üç min) manat almağı barədə kağız yazmış, eləcə də ona inanmaları üçün Şahsənəmin şəxsiyyət vəsiqəsinin və diplomunun surətini götürmüş və poliklinikadan sağlamlıq haqqında arayış da lazım olacağını yalandan ona bildirmişdir. Bundan sonra oradan yaşadığı Masallı rayonuna qayıtmış, əldə etdiyi 3000 (üç min) manat pulu şəxsi ehtiyaclarına xərcləmişdir. Bir neçə gün sonra Bəyoğlan onun mobil nömrəsinə zəng vuraraq qızının işi ilə bağlı maraqlandıqda o, müxtəlif bəhanələr gətirərək qızının işinin qısa müddətdə düzələcəyini ona söyləmişdir. Bir neçə ay keçdikdən sonra isə Bəyoğlan ondan pulunu qaytarmağını tələb etmiş, lakin maddi imkanı olmadığı üçün onun pulunu qaytara bilməmişdir. Bəyoğlan Şiriyevdən aldığı 3000 (üç min) manat pulun müqabilində heç bir iş görməmiş, əldə etdiyi həmin puldan heç kimə, eləcə də Şahid1 hər hansı məbləğdə pul verməmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəmişdir, zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışmışdır, əməlindən peşmandır, məhkəmədən göstərdiklərini nəzərə alıb barəsində olan işə xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilir. Zərərçəkmiş şəxslə barışıb, ziyan ödənilmişdir. Ona görə barəsində olan cinayət işinə xitam verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs göstərdi ki, qızı Şahid2 2018-ci ildə Azərbaycan Pedoqoji Univerisitetini bitirmiş, bir neçə dəfə işə düzəlmək üçün müraciətlər etsə də ixtisası üzrə işə düzələ bilməmişdir. 2019-cu ilin dekabr ayının təxminən 15də vəfat etmiş həyat yoldaşının dostu Şadulla onlara qonaq gəlmiş, yoldaşı Şadulla ilə söhbət əsnasında qızının işsiz olduğunu, işə düzəltmək istədiyini, lakin iş tapa bilmədiyini bildirmişdir. Şadulla yoldaşına Fövqəladə hallar nazirinin onun bibisi nəvəsi olan Ramalın tanış olduğunu, Ramalın vasitəsilə onun FHN-ə işə düzələ biləcəyini söyləmişdir. Bundan sonra həyat yoldaşı, Şadulladan Ramalla bu barədə danışmasını, mümkün olarsa bu məsələdə onlara köməklik göstərməsini xahiş etmişdir. Şadulla Ramal ilə qızının iş məsələsi ilə bağlı danışaraq sonuncunu onlara dəvət etmiş, 2019-cu ilin dekabr ayının 17-də Ramal yaşadıqları evə gəlmişdir. Həmin vaxt Ramal həyat yoldaşı ilə söhbət edərək Fövqəladə hallar nazirinin qardaşı Səmədlə rəhmətlik atasının dost olduğunu, Səmədin vasitəsilə qızını FHN-ə kargüzarlıq işinə düzəldə biləcəyini söyləmiş, bunun üçün 3000 manat pul vermək lazım olduğunu bildirmişdir. Həyat yoldaşı Ramal ilə razılaşmış, Ramal onun qızı Şahsənəmin diplomunun, şəxsiyyət vəsiqəsinin surətini götürmüş və bir ay müddətində işin düzələcəyini bildirmişdir. Hətta həyat yoldaşı Ramalın sözü ilə qızının sağlamlığı haqqında poliklinikadan arayış alaraq Ramala vermişdir. Təxminən 15-20 gün sonra Ramal həyat yoldaşına zəng vuraraq əlavə 2000 manat da pul lazım olduğunu bildirmiş, lakin həyat yoldaşı Ramala imkanın olmadığını bildirmişdir. Bir müddət Ramal müxtəlif bəhanələr gətirdikdən sonra 2020-ci ilin yanvar ayının 7-də qızının işə çıxacağını, onunla FHN-dən əlaqə saxlayacaqlarını bildirmişdir. Lakin 2020-ci ilin yanvar ayının 7-də qızını işə çağırmamışlar, eləcə də həyat yoldaşı ilə əlaqə saxlamamışlar. Sonradan başa düşmüşlər ki, Ramal həyat yoldaşının 3000 manat pulunu ələ keçirmək üçün qızını FHN-ə işə düzəlmək adı ilə həyat yoldaşını aldatmışdır. Bundan sonra həyat yoldaşı Ramal ilə dəfələrlə əlaqə saxlayaraq pulunu geri tələb etsə də, Ramal hər dəfə qaytaracağına söz verməsinə baxmayaraq pulu qaytarmamışdır. Hazırda onlara dəymiş ziyan tamamilə ödənilmişdir, təqsirləndirilən şəxslə barışmışdır, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur, ona görə iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəməyə təqdim edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxsxx.xx.2020-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, ona dəyən ziyan ödənilmişdir. Təqsirləndirilən şəxs barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş edir. İş materiallarında olan əlyazma vərəqdən görünür ki, Təqsirləndirilən şəxs X1 qızı Şahid2 işə düzəltmək üçün 3000 (üç min) manat alması barədə yazmışdır. (i.v. 3) İş materiallarında olan DİN-in BƏSİİ-nin tələbnaməsindən və hökmün surətindən görünür ki, Mirişov X4 rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək şərti maliyyə vahidinin 3000 misli miqdarında cərimə cəzasına məhkum edilmişdir. Lənkəran Rayon Məhkəməsinin xx xxxxxxxx 2019-cu il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci və 68.2-ci maddələrinə əsasən hökm üzrə Təqsirləndirilən şəxs təyin olunmuş cəzaya Masallı Rayon Məhkəməsinin xx xxxxxx 2007-ci il tarixli 1-141/2007 saylı hökmü ilə təyin olunmuş və çəkilməmiş 3000 manat cərimə cəzası tamamilə birləşdirilməklə onun üzərində qəti olaraq 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası və 3000 (üç min) manat cərimə cəzası saxlanılmış və həmin cəzalarin müstəqil icra olunması qərara alınmışdır. (i.v 54-67) İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur.(i.v 71) İş materiallarında olan xx.xx.2020-ci il tarixli “Axtarışda olan şəxsin tutulması barədə” protokoldan və Sumqayıt şəhəri Pİ-nin 1-ci polis bölməsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2020-ci il tarixdə Lənkəran şəhəri ərazisində saxlanılaraq Sumqayıt şəhər Pİ-nin MSY-nə təhvil verilmişdir. (i.v 75) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına verilmə" növündə qətimkan tədbiri seçilmiş və saxlanıldığı MSY-dən azad edilmişdir. (i.v 96) İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, zərərçəkmiş şəxs X1 ərizəsinə əlavə etdiyi Təqsirləndirilən şəxs sonuncunun qızı Şahid2 fövqəladəyə işə düzəltmək üçün 3000 manat almağı barədə yazdığı kağız iş üzrə sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir.(i.v 115) Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.1-ci maddəsinə görə, bu Məcəllənin 178.1, 179.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxsin hüquqi varisilə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. MəhkəməTəqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsi, zərərçəkmiş şəxsin hüquqi varisiin ona qarşı şikayət və tələbinin olmamasını və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.1, 59.1.4, 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61-ci maddəsinə əsasən məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, əməlindən səmimi peşmançılıq çəkməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin onunla barışmasını, zərərçəkmiş şəxsin hüquqi varisinin və təqsirləndirilən şəxsin hər ikisinin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Cinayət işi üzrə məhkəməyədək icraat zamanı təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Sumqayıt Şəhər Pİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Bayram Əsgərov tərəfindən verilmiş arayışdan görünür ki, Müdafiəçi kimi cinayət prosesində 06 saat iştirak etmişdir. Məhkəmədə təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyası Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmişdir. Vəkilin təqdim etdiyi hesabata əsasən məhkəmə iclaslarında iştirak etməyə və təqsirləndirilən şəxsə hüquqi yardım göstərilməsinə cəmi 06 (altı) saat vaxt sərf etmişdir. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” xx xxxxxx 2001-ci il tarixli qərarına və həmin qərara xx xxx 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs X1 qızı Şahid2 işə düzəltmək üçün 3000 (üç min) manat alması barədə yazdığı əlyazma vərəq iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40, 43.3, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.1-ci maddəsinə əsasən, cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Cinayət işi üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs X1 qızı Şahid2 işə düzəltmək üçün 3000 (üç min) manat alması barədə yazdığı əlyazma vərəq iş materiallarında saxlanılsın. Qərardan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-433/2020
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-433/2020
28.09.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver