Məhkəmə qərarları › İş №1(060)-433/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-433/2021

01.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-433/2021 01.12.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs və onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1991-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 0.789 qram çəkidə narkotik vasitə olan heroini əldə edərək, üzərində daşıyaraq saxlamış, 09.03.2021-ci il tarixdə saat 19:30-da Sumqayıt ŞPİ-nin NMB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində saxlanılılıb 3-cü Polis Bölməsinə aparılaraq orada üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın, sol yan cibindən 1 ədəd "Pal Mal" markalı siqaret qutusunun içərisində bir ədəd ağ rəngli solfet kağızına bükülmüş təmiz çəkisi 0.789 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs oğlu ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 1 ildən artıqdır ki, narkotik vasitə olan heroindən istifadə edir. 09.03.2021-ci il tarixdə saat 19:30 radələrində Sumqayıt şəhəri 9cu mirorayon, Heydər Əliyev parkının aşağı hissəsi ilə getdiyi zaman üç nəfər mülki geyimdə olan şəxs videoçəkiliş ilə ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək, narkotik vasitələrin qanunsuz saxlanılmasında, gəzdirilməsində şübhəli olduğunu və polis bölməsinə getməyini bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz bildirməmiş və birlikdə PB-nə getmişlər. Orada otaqların birində müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli şalvarın sol yan cibindən 1 ədəd "Pal Mal" markalı siqaret qutusunu, 1 ədəd rəngli kiçik ölçülü, "Aosai" markalı elektron tərəzini, qara rəngli gödəkcənin sol cibindən 1 qutu "Rotmans" siqaret və bir qutu kibrit, gödəkcənin sağ cibindən 1 ədəd alışqan və 40 qəpik pul, gödəkcənin sol iç cibidən qara rəngli pul kisəsini çıxardaraq təqdim etmişdir. "Pal Mal" siqaret qutusunu açdıqda içərisində kvadrat şəkildə kəsilmiş siqaretin içinin gümüşü kağızları və ağ rəngli kağız salfetdən hazırlanmış bükümün içərisində qəhvayi rəngli narkotik vasitə olan heroin aşkar olunmuşdur. Eləcə də o, ifadəsində narkotik vasitə olan heroini Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 50 manata aldığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitəni aldığı şəxsin təxminən 30 yaşlarında,üzü saqqallı ,təxminən 170 boylarında, əynində qara cins şalvarın, qara dəri gödəkçənin olduğunu, uzərində aşkar olunan tərəzinin narkotik vasitəni aldığı zaman çəkisini bilmək məqsədilə saxladığını və əvvəllər narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını göstərmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşmandır. Barəsində yüngül cəza təyin edilməsini Məhkəmədən xahiş edir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, 09.03.2021ci il tarixdə Sumqayıt şəhər sakini Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2, polis kapitanı Şahid3, Pİ-nin KTB-nin kriminalisti polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 09.03.2021-ci il tarixdə saat 19:20 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev parkı ilə üzbəüz 73 saylı binanın arxasına getmişlər. Təxminən saat 19:30 radələrində Azər adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 3-cü PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxslə birlikdə 3-cü PB-nə gəlmişlər. 3-cü polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1ədəd "Pal Mal" markalı siqaret qutusunu, 1 ədəd rəngli kiçik ölçülü, "Aosai" markalı elektron tərəzini, qara rəngli gödəkcənin sol cibindən 1 qutu "Rotmans" siqaret və bir qutu kibrit, gödəkcənin sağ cibindən 1 ədəd alışqan və 40 qəpik pul, gödəkcənin sol iç cibidən qara rəngli pul kisəsini çıxarıb onlara təqdim etmişdir. Pal Mal markalı siqaret qutusunu açdıqda içərisində kvadrat şəklində kəsilmiş siqaretin içinin gümüşü kağızları və ağ rəngli kağız solfetdən hazırlanmış bükülmüş 1 ədəd qəhvəyi rəngli spesivik iyə malik toz formasında kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan "kakos" olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik vasitəni Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir.Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş tərəsinin nə üçün üzərində gəzdirməsi soruşulduqda narkotik vasitəni alan zaman çəkidə aldadılmaması üçün üzərində gəzdirdiyini və narkotik vasitəni çəkmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilib, qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunub, iştirakçılara ucadan oxunub, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda həmin heroini Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, hal -hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbiri davam etdirdiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmadığını, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəyini göstərmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri polis baş leytenantı Şahid2 ifadəsində göstərdi ki, 09.03.2021-ci il tarixdə Sumqayıt şəhər sakini Azər adlı şəxsin narkotik vasitələrin qanunsuz qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkilləri Şahid1, polis kapitanı Şahid3, Pİ-nin KTB-nin kriminalisti polis kapitanı Orxan Aslanovdan ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında 09.03.2021-ci il tarixdə saat 19:20 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev parkı ilə üzbəüz 73 saylı binanın arxasına getmişlər. Təxminən saat 19:30 radələrində Azər adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin oraya gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb həmin şəxsə yaxınlaşıb özlərini təqdim edərək özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Onlar Təqsirləndirilən şəxs onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyini, bu səbəbdən saxlanıldığını bildirmişlər. Sonra Təqsirləndirilən şəxs tərəflərindən üzərinə 3-cü PB-də vəkilin iştirakı ilə videoçəkilişlə şəxsi axtarış aparılacağını izah edərək videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxslə birlikdə 3-cü PB-nə gəlmişlər. 3-cü polis bölməsində xidməti otaqların birində Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili X1 təqdim olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxtı Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sol yan cibindən 1ədəd "Pal Mal" markalı siqaret qutusunu, 1 ədəd rəngli kiçik ölçülü, "Aosai" markalı elektron tərəzini, qara rəngli gödəkcənin sol cibindən 1 qutu "Rotmans" siqaret və bir qutu kibrit, gödəkcənin sağ cibindən 1 ədəd alışqan və 40 qəpik pul, gödəkcənin sol iç cibidən qara rəngli pul kisəsini çıxarıb onlara təqdim etmişdir. Pal Mal markalı siqaret qutusunu açdıqda içərisində kvadrat şəklində kəsilmiş siqaretin içinin gümüşü kağızları və ağ rəngli kağız solfetdən hazırlanmış bükülmüş 1 ədəd qəhvəyi rəngli spesivik iyə malik toz formasında kütlə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs həmin maddənin nə olduğu soruşulduqda o, həmin maddənin narkotik vasitə olan "kakos" olduğunu demişdir. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, həmin narkotik vasitəni Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 50 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş tərəsinin nə üçün üzərində gəzdirməsi soruşulduqda narkotik vasitəni alan zaman çəkidə aldadılmaması üçün üzərində gəzdirdiyini və narkotik vasitəni çəkmək məqsədilə üzərində gəzdirdiyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilib, qablaşdırılaraq möhürlənib və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunub, iştirakçılara ucadan oxunub, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər Eləcə də o, ifadəsində Təqsirləndirilən şəxs narkotik vasitəni haradan əldə etməsi barədə soruşduqda həmin heroini Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 50 manata aldığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirdiyini, hal -hazırda mənbənin müəyyən edilməsi istiqamətində tərəflərindən əməliyyat tədbiri davam etdirdiyini, müsbət nəticə əldə edildikdə istintaqa bu barədə məlumat veriləcəyini, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə heç bir əməliyyat məlumatı daxil olmadığını, onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olarsa istintaqa bu barədə bildiriləcəyini göstərmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Sumqayıt ŞPİ-nin NMB-nin əməliyyat müvəkkili Şahid3 ifadəsindən görünür ki, o da şahidlər Şahid2 və Şahid1 ilə oxşar məzmunlu ifadə vermişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 10 mart 2021-ci il tarixli 6/967 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edlmiş üzərində “...Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,789 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 26.05.2021-ci il tarixli 1588 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində aslılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Hal-hazırda Təqsirləndirilən şəxs İİİ qrup əlil olması ilə əlaqədar olaraq ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan şəxsi axtarışın keçirilməsi barədə 09.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı sonuncu özü əynində olan qara rəngli şalvarın sol yan cibindən 01 ədəd ağ rəngli salfet kağızı bükümündə 1,27 qram çəkidə qəhvəyi rəngli, spesifik iyə malik narkotik vasitəyə bənzər maddəni və 01 ədəd qara rəngli kiçik ölçülü Aosai markalı elektron tərəzini təqdim etmiş, sorğu zamanı həmin maddənin narkotik vasitə “kokos” olduğunu, həmin narkotik vasitəni Abşeron rayonu, Saray qəsəbəsində tanımadığı şəxsdən 50 manata şəxsi istifadəsi üçün alıb üzərində saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsindən daxil olmuş 02.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı Rəşad Behbudov tərəfindən 14 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 09 mart 2021-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 09 mart 2021-ci il tarixində saat 19:30-da Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nin təhqiqatçısı, polis kapitanı X2 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 11.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət rədd edilmiş və o, saxlandığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işi materiallarında olan 11 mart 2021-ci il tarixli təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 02.06.2021ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 0,789 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,739 qram heroin və 01 ədəd qara rəngli kiçik ölçülü “Aosai” markalı elektron tərəzi iş üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Dövlət Sosial Müdafiə X5 Şəxsi 1 saylı regional ərazi filialı tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs 28.05.2007-ci il tarixdən müddətsiz 3-cü qrup əlilliyə görə müavinət alan kimi qeydiyyatdadır və müavinətin məbləği 110,00 (bir yüz on) manat təşkil edir. Cinayət işi materiallarına əlavə edilmiş Sumqayıt şəhəri 35 saylı MKS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarından görünür ki, Sumqayıt Şəhər Polis İdarəsinin İstintaq Şöbəsində Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət işi vardır.Həmin cinayət işi üzrə Sumqayıt şəhər Məhkəməsinin 29.08.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbsin başlanğıcı 27.08.2021-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 22.11.2021-ci il tarixli 4 (060)-633/2021 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti 01 ay, yəni 27 dekabr 2021-ci il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal onun İİİ dərəcə əlilliyinin olmasıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxsə hansı cəza növünü təyin etmək məsələsini həll edərkən Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakterini və ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu iki gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti cəza müəyyən edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cəzaçəkmə müddətinin əvvəli 01.12.2021-ci il tarixindən hesablanmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli,Sumqayıt ŞPİ-də istintaq olunan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi və hazırda İstintaq Təcridxanasında saxlanılması nəzərə alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut-Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 0,789 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,739 qram heroin və 01 ədəd qara rəngli kiçik ölçülü “Aosai” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 16.06.2021-ci il tarixli (iş № 1(060)-433/2021) qərarını icra edərək, 16.06.2021-ci il tarixli 605 saylı orderə əsasən vəkil Müdafiəçi oğlunu onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 gün müddət ona təyin oluunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və Sumqayıt ŞPİ-də istintaq olunan digər cinayət işi üzrə barəsində həbs qətimkan tədbiri seçilməsi və hazırda İstintaq Təcridxanasında saxlanılması nəzərə alınsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 01.12.2021-ci il tarixindən hesablansın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş 0,789 qram çəkidə narkotik vasitə olan heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,739 qram heroin və 01 ədəd qara rəngli kiçik ölçülü “Aosai” markalı elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. Təqsirləndirilən şəxs oğlu ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 81.82 (səksən bir manat səksən iki qəpik) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 (iyirmi) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 (yüz iyirmi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülsün. Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar