Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-433/2023 16.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində “polisin nəzarəti altma vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 (bir) ədəd sellofan bükümə yerləşdirilmiş 01 (bir) ədəd siqaret kağızı bükümündə təmiz çəkisi 0,181 qram ağ rəngli, kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə metafetamin əldə edib üzərində saxlayaraq daşımış, Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 16 fevral 2023-cü il tarixdə saat 18:50 radələrində keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N.Nərimanov küçəsində yerləşən köhnə hamamın yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarəsinin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan psixotrop maddə metafetamin əynindəki gödəkçənin sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. ünvan 1 ünvanında qeydiyyatda olmaqla hal-hazırda ünvan 3 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Narkotik vasitələrdən və psixotrop maddələrdən istifadə edir. Bədənində ağrılar olduğundan həmişəki kimi narkotik vasitə və psixotrop maddə almaq qərarına gəlmişdir. Belə ki, 16 fevral 2023-cü il tarixdə şəxsi işləri ilə əlaqədar olaraq yaşadığı ünvanı tərk edib həmin tarixdə günorta saatlarında Corat qəsəbəsinə qayıtmışdır və qəsəbə ərazisində olduğu zaman şəxsən tanımasa da, şəxsiyyəti barədə narkotik vasitələrin, psixotrop maddələrin satışı ilə məşğul olmasından başqa heç bir məlumatı olmayan Abuzər adı ilə bildiyi şəxslə qarşılaşmışdır. O, həmin şəxsə öz istifadəsi üçün ona narkotik vasitə və psixotrop maddə satmasını istədikdən sonra həmin şəxs ona 01 (bir) ədəd sellofan büküm verib, həmin bükümün içində də ümumilikdə 03 (üç) ədəd siqaret kağızı bükümü olduğunu, bükümlərdən ikisinin içində narkotik vasitə heroin olduğunu, digərinin içində isə diyəsən pisxotrop maddə metafetamin olduğunu demişdir. O, şübhə çəkməmək üçün bükümlərin hər birinin içində hansı kütlənin olduğuna baxmadan 03 (üç) ədəd bükümü 01 (bir) ədəd sellofan bükümün içində həmin şəxsdən alıb əynindəki gödəkçənin sağ yan cibinə qoyaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin kütlələrin qarşılığında isə həmin şəxsə aralarındakı razılığa əsasən 13 (on üç) manat pul vermişdir. Bədənində ağrılar olduğundan əldə etdiyi kütlələrdən istifadə etməyindən ötrü yaşadığı ünvana getməyib, Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində sakit bir yer axtarmağa başlamışdır. Həmin tarixdə saat 18:00 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, N. Nərimanov küçəsində yerləşən köhnə hamamın yaxınlığında olarkən kənar şəxslərin ətraf ərazidən uzaqlaşmasından ötrü köhnə hamamın yaxınlığında gözləməyə başlamışdır. Həmin zaman da qəsəbə sakini kimi tanışlığı olan X1 ilə qarşılaşmışdır. Tariel Rüstəmov ilə hal-əhval tutarkən mülki geyimdə olan şəxslər onlara yaxınlaşıblar və özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirib üzərində narkotik vasitə saxlamağında, həmçinin istifadəsində şübhəli bilindiyi üçün onu Sumqayıt ŞPİ-nə dəvət ediblər. Həmçinin polis əməkdaşları tərəfindən saxlanıldığı zaman Tariel Rüstəmov da onun yanında olduğundan araşdırma ilə bağlı onu da polis idarəsinə dəvət etmişlər. Tariel Rüstəmov buna etiraz etməmişdir. O da polis əməkdaşlarına hər hansı bir etiraz etmədən onlarla birlikdə polis idarəsinə gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkçənin sağ yan cibində saxladığı narkotik vasitə heroini və psixotrop maddə metafetamini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuşdur və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuşdur və o, əynindəki gödəkçənin sağ yan cibindən özünə məxsus 01 (bir) ədəd sellofan bükümün içində 03 (üç) ədəd siqaret kağızı bükümləri təqdim etmişdir. Daha sonra təhqiqatçı təqdim etdiyi hər üç btkümə baxmış, 02 (iki) ədədinin içində narkotik vasitə heroinə bənzər kütləni, digər bükümün içində isə psixotrop maddə metafetaminə bənzər kütləni aşkar edib götürmüşdür. Kütlələr elektron tərəzidə çəkilmişdir. Şəxsi axtarış zamanı üzərindən başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Aşkar olunmuş həmin kütlələr ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq imzalanmışdır. Polis idarəsinə gətirilərkən və idarədə olduğu zaman ona qarşı hər hansı fiziki və ya psixi təsir göstərilməmişdir. Üzərindən aşkar edilərək götürülmüş kütlələr narkotik vasitə heroin və psixotrop maddə metamfetamindir, ona məxsusdur. Öz istifadəsi üçün əldə edib üzərində saxlamışdır. Narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Tariel Rüstəmovun üzərində narkotik vasitə və psixotrop maddə olmasından heç bir məlumatı olmamış, aralarında bu barədə danışıq olmamış, həmçinin Tariel Rüstəmovun narkotik vasitələrdən və ya psixotrop maddələrdən istifadə etməsi barədə heç bir məlumatı yoxdur. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru, polis serjantı Şahid2 ifadəsində göstərmişdir ki, Sumqayıt Şəhər Polis İdarəsinin CAŞ-nin kiçik inspektoru vəzifəsində işləyir. Polis serjantı rütbəsİndədir. Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 icraatına ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, üzərində saxlayıb daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən idarə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupunda o da olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. İşin mahiyyəti üzrə bildirmək İstəyir ki, 16 fevral 2023- cü il tarixdə saat 18:50 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Corat qəsəbəsi, N. Nərimanov küçəsində yerləşən köhnə hamamın yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona, barəsində narkotik vasitələrin dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis İdarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə vİdeoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümün içində 03 (üç) ədəd siqaret kağızı bükümləri təqdim edib həmin bükümlərin özünə məxsus olduğunu demişdir. Daha sonra təhqiqatçı təqdim edilən hər 03 (üç) bükümə baxıb, 02 (iki) ədədinin içində narkotik vasitə heroinə bənzər kütləni, digər bükümün içində isə psixotrop maddə metafetaminə bənzər kütləni aşkar edib götürmüşdür. Kütlələr elektron tərəzidə çəkilmiş və həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənmişdir. Şəxsi axtarış zamanı başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamışdır. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrinin özünə məxsus olduğunu, şəxsi isifadəsi üçün “Abuzər” adlı şəxsdən 13 (on üç) manata aldığın, ona qarşı polis əməkdaşları heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitələrin aşkarlanaraq götürülməsini özündə əks etdirən 01 (bir) ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə saat 18:50 dəqiqədə Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki gödəkçənin sağ yan cibindən 01 (bir) ədəd sellofan bükümün içində 03 (üç) ədəd siqaret kağızı bükümləri təqdim etmiş, təhqiqatçı tərəfindən təqdim edilən hər 03 (üç) bükümə baxıb, 02 (iki) ədədinin içindən narkotik vasitə heroinə bənzər kütləni, digər bükümün içindən isə psixotrop maddə metafetaminə bənzər kütləni aşkar edib götürülmüş, kütlələr elektron tərəzidə çəkilərkən narkotik vasitə heroin kütlələrinin birlikdə çəkisi 0,07 qram, psixotrop maddə metafetaminin çəkisi isə 0,15 qram olmuş, həmin kütlələr ekspertizaya təqdim olunmasından ötrü zərfə qoyularaq möhürlənib imzalanmış, şəxsi axtarış zamanı başqa heç bir cinayət xarakterli əşya və ya predmet aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bükümlərdə narkotik vasitə heroin və psixotrop maddə metafetamin kütlələrinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün 13 (on üç) manata aldığı, ona qarşı polis əməkdaşları heç bir fiziki zor tətbiq olunmadığını bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş məhkəmə-kimyəvi ekspertizasının 17 fevral 2023cü il tarixli 6/978 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Vət. Təqsirləndirilən şəxs aşkar edilmiş..?’ sözləri və imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində 02 ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,022 qram, 0,021 qram olmaqla ümumi təmiz çəkisi 0,043 qram olan qəhvəyi rəngli maddə xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroİndir, 01 ədəd bükümdə təmiz çəkisi 0,181 qram olan ağ rəngli kristalşəkilli maddə kütləsi kustar üsulla hazırlnamış psixotrop maddə metafetamindir. Qeyd: heroinin təmiz çəkisi - 0,043 qram, tədqiqata sərf edilən miqdar 0,02 qram, qalıq - 0,023 qram. Qeyd: metamfetaminin təmiz çəkisi - 0,181 qram, tədqiqata sərf edilən miqdar 0,03 qram, qalıq - 0,151qram. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzin narkoloji ekspertizasının 22 fevral 2023-cü il tarixli 1021 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorlarin birgə qəbulu nəticəsində yaranan aslılıq sindiromu (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2023-cü il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş ilkin çəkisi 0,043 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,023 qram narkotik vasitə olan heroin və ilkin çəkisi 0,181 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,151 qram psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlama otağına təhvil verilmşdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 (bir) ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsinin xx.xx.2023-cü il tarixli, 199 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar edilməmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs əməlini səmimi etiraf etməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan ilkin çəkisi 0,043 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,023 qram narkotik vasitə olan heroin və ilkin çəkisi 0,181 qram olan aparılmış kimyəvi tədqiqatlardan sonra qalıq çəkisi 0,151 qram psixotrop maddə metamfetamin məhv edilməli, iş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 80.00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2ını tərk etməmək, Sumqayıt şəhərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 0,023 qram narkotik vaitə olan heroin və 0,151 qram psixotrop maddə metamfetamin məhv edilsin. İş üzrə maddi sübut olan 01 (bir) ədəd DVD-R formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 80.00 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-433/2023
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-433/2023
16.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver