Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-433/2025 18.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X6, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1992-ci ildə Qubadlı rayonu Xələc kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CMnin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, cəzası başa çatmamış, Qubadlı rayonu, Xələc kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində fərdi evdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə Müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq əldə etdiyi 01 ədəd şəffaf polietilen bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,719 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamini üstündə saxlayaraq daşımış, 06 mart 2025-ci il tarixdə saat 20:10-da Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində yerləşən “Dörd qardaş” restoranının yaxınlığında saxlanılaraq, üzərində aparılan şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd bükümdə xeyli miqdarda, təmiz çəkisi 0,719 qram olan kustar üsulla hazırlanmış ağ rəngli kristalşəkilli psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, narkotik vasitə üzərində olmuş, Ceyranbatan qəsəbəsi ərazisində polis əməkdaşları yaxınlaşmış, üzərinə baxış keçirmişlər və cibindən aşkar olunmuşdur. Üzərindən aşkar olunan “patı” adlanan narkotik vasitədir. Həmin narkotik vasitəni Şamaxinka adlanan ərazidən tanımadığı şəxsdən 35 manata almışdır. Bundan başqa “nəşə” adlanan narkotik vasitə də istifadə edir. Məhkəmədən barəsində minimum həddə cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, əvvəllər bir dəfə məhkum olunmuşdur. Belə ki, o, Sumqayıt şəhər Məhkəməsinin bir ildən artıq müddətdir, narkotik maddələrdən istifadə edir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, Sumqayıt şəhər Məhkəməsinin hökmü ilə barəsində 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilmişdir. 06 mart 2025-ci il tarixdə Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi üçün bir büküm “şüşə” və ya “patı” kimi adlandırılan narkotik maddə metamfetamin alıb, əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində gizlətmişdir. Həmin gün axşam saat 20:10-da Ceyranbatan qəsəbəsində, Yolqırağı körpü ərazisində yerləşən “Dörd qardaş” restoranının yaxınlığında mülki geyimdə olan bir neçə polis əməkdaşı yaxınlaşaraq, Sumqayıt şəhər polis idarəsinin CAŞ-nin əməkdaşları olduqlarını bildirib, onun narkotik vasitələrin qanunsuz qəbulunda və üzərində gəzdirməkdə şübhəli olduğunu deyərək, onu şübhəli şəxs kimi saxladıqlarını və üzərinə videoçəkilişlə şəxsi axtarış keçirəcəklərini bildirmişlər. O, etiraz etməmiş və polis əməkdaşları ondan üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşyanın olub-olmadığını soruşmuş və əgər varsa, təqdim etməsini təklif etmişlər. O, əynimdəki göy rəngli cins şalvarının sağ yan kiçik cibində saxladığı 01 ədəd şəffaf polietilen bükümdə narkotik maddə olan metamfetamini çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Şəxsi axtarışı keçirən polis əməkdaşı tərəfindən həmin şəffaf polietilen büküm açılmış və içərisində olan ağ rəngli kristal şəkilli narkotik maddə metamfetamin aşkar edilmişdir. Polis əməkdaşı bükümün içərisindəki kütlənin nə olduğunu, haradan və nə vaxt əldə etdiyini soruşmuş, o, aşkar olunmuş kütlənin narkotik maddə “patı” olduğunu, həmin kütləni 06 mart 2025-ci il tarixdə, tutulmamışdan bir saat əvvəl Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 30 manata aldığını və əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibində saxladığını bildirmişdir. Bundan sonra həmin polis əməkdaşı 01 ədəd şəffaf polietilen bükümdə narkotik maddə metamfetamini tərəziyə qoyub çəkmiş və 0,81 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin büküm ekspertizaya göndərilməsi üçün zərfə qoyularaq qablaşdırılmış və möhürlə möhürlənmişdir. Polis əməkdaşı bununla bağlı müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmişdir. O, etiraz etməyib polis əməkdaşları ilə birlikdə şəhər polis idarəsinə gəldikdən sonra onu xidməti otaqlardan birində dəvət etmişlər və təhqiqatçı ona üzərinə şəxsi axtarış keçiriləcəyini bildirib, hüquq və vəzifələrini izah etdikdən sonra hüquqlarının müdafiəsi üçün ona vəkil təqdim etmişdir. Daha sonra videoçəkilişlə, vəkilin iştirakı ilə üzərinə yenidən şəxsi axtarış keçirilərkən, üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş narkotik vasitə, psixotrop maddə, hər hansı əşya və ya predmet olub olmadığı soruşulmuş, o, təhqiqatçıya Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və cins şalvarının sağ yan kiçik cibində saxladığı bir ədəd bükümdə narkotik maddə metamfetamin aşkar edildiyini bildirmişdir. Təhqiqatçı polis əməkdaşları tərəfindən üzərindən aşkar edilmiş narkotik maddə metamfetaminin qablaşdırıldığı zərfi göstərib içərisindəki bükümün ona məxsus olub-olmadığını soruşmuş, o, həmin bükümün ona məxsus olduğunu, içərisində narkotik maddə metamfetamin olduğunu bildirmiş, təhqiqatçı narkotik maddəni harada və kimdən aldığını soruşmuşdur. O, üzərindən aşkar edilmiş metamfetamini Bakı şəhərində, Şamaxmkada tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını bildirmiş, bundan sonra üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet olub olmadığını dəqiqləşdirmək məqsədilə təkrar şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan edilmiş heç bir şey aşkar olunmamışdır. Təhqiqatçı tərəfindən bu barədə protokol tərtib olunmuş və o, eləcə də müdafiəçisi digər iştirakçılarla birlikdə həmin protokolu imzalamışlar. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru Şahid3 ifadəsində göstərdi ki, Elşad adlı şəxsin Sumqayıt şəhərində üzərində qanunla qadağan olunmuş narkotik maddələrin gəzdirilməsində şübhəli bilindiyi üçün üç nəfərdən ibarət əməliyyat qrupu yaradılmış, Ceyranbatan ərazisində, “Dörd qardaş” restoranının yaxınlığında yaxınlaşıb özlərini təqdim etmişlər, şəxs özü etiraf etmişdir ki, üzərində metamfetamin vardır. Həmin yerdə çəkiliş olmuş, daha sonra idarəyə gətirmişlər, idarədə bir daha çəkiliş olmuş və şəxs etiraf etmişdir ki, narkotik vasitə özünə məxsusdur. Məhkəmədə şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2025-ci il tarixdə axşam saatlarında Ceyranbatan qəsəbəsi, “Dörd qardaş” restoranının yaxınlığında üç nəfər olmaqla çəkilişlə şəxsə yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik vasitələrin üzərində gəzdirilməsində və istifadəsində şübhəli olduğunu bildirmişlər. Üzərində narkotik vasitə yaxud da qanunla qadağan olunmuş hər hansı predmet varsa təqdim etməsini bildirmişlər. O sağ balaca cibindən özünə məxsus olan narkotik vasitə bükümü təqdim etdi və “patı” olduğunu, 30 manata Şamaxinka adlanan ərazidən aldığını bildirdi. Daha sonra onu çəkib möhürləmiş və müvafiq zərfdə qeydiyyat aparmaqla şəxsi idarəyə təmin etmişlər. Bundan başqa şəxsin üzərində bir ədəd “Samsung” markalı telefon olmuşdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin CAŞ-nin kiçik inspektoru Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 06 mart 2025-ci il tarixdə Qubadlı rayonu, Xələc kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi və üzərində gəzdirməsi barədə daxil olmuş əməliyyat məlumatı rəhbərliyə məruzə olunduqdan sonra, Təqsirləndirilən şəxs cinayət əməllərini ifşa etmək məqsədilə müvafiq əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar qəbul olunmuş və bununla əlaqədar əməliyyat qrupu yaradılmışdır. Əməliyyat qrupuna CAŞ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3 və əməliyyat müvəkkili, polis leytenantı Şahid1 daxil edilmişlər. 06 mart 2025-ci il tarixdə saat 20:10-da Təqsirləndirilən şəxs keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində, “Dörd qardaş” restoranının yaxınlığında narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda, üzərində gəzdirməkdə və saxlamaqda şübhəli şəxs qismində saxlanılmış, o və digər polis əməkdaşları özlərini təqdim etdikdən sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin əldə olunmasında, qəbulunda və üzərində gəzdirməkdə şübhəli şəxs kimi saxlanıldığını izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, üzərində əldə olunması, daşınması və gəzdirilməsi qanunla qadağan olunmuş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığını soruşub, əgər olarsa, təqdim etməsini təklif etmişdir. Bu zaman Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen büküm çıxarıb təqdim etmiş və bükümdə “patı” kimi adlandırılan narkotik maddə metamfetamin olduğunu bildirmişdir. O, həmin 01 ədəd şəffaf polietilen bükümü açdıqda, içərisində ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğunu müəyyən etmişdir. Bükümü Təqsirləndirilən şəxs göstərib, içərisindəki kütlənin nə olduğunu, haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin narkotik maddəni yaxalanmamışdan 1 saat əvvəl Bakı şəhəri, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən, özü istifadə etməsi məqsədilə 30 manata aldığını və şalvarının sağ yan kiçik cibində gizləyib saxladığını bildirmişdir. Bundan sonra o, aşkar olunmuş 01 ədəd şəffaf polietilen bükümdə olan psixotrop maddə metamfetaminə oxşar kütləni tərəziyə qoyub çəkmiş və ümumi çəkisinin 0,81 qram olduğu müəyyən edilmişdir. Daha sonra həmin kütləni ekspertiza tədqiqatına göndərilməsi məqsədilə zərfə qoyub qablaşdırmış və möhürlə möhürləmiş, bütün iştirakçılar zərfin üzərində imza etmişlər. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirmiş, gödəkçəsinin sol qoltuq cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar etmiş və təhqiqata təqdim olunması üçün özünə qaytarmışdır. Bundan sonra keçirilmiş şəxsi axtarışla əlaqədar müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirmiş və Təqsirləndirilən şəxs şəhər polis idarəsinə gətirmişlər. Polis idarəsində Təqsirləndirilən şəxs otaqlardan birinə dəvət olunmuş və ŞPİnin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X19 Məhəmmədliyə narkotik vasitələrin qanunsuz əldə olunması, saxlanması və gəzdirilməsində şübhəli şəxs kimi CAŞ-nin əməkdaşları tərəfindən tutulduğunu deyib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, hüquq və vəzifələrini izah edib, hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkili Səadət Vəliyevanı təqdim etmişdir. Daha sonra X11 ondan Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən nə isə aşkar olunubolunmadığını soruşmuş, o, təhqiqatçıya Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən içərisində psixotrop maddə metamfetaminə oxşar kütlə olan 01 ədəd şəffaf polietilen büküm aşkar edildiyini, kütlənin tərəzidə çəkildiyini və çəkisinin 0,81 qram olduğunu müəyyən etdiklərini, zərfə qoyub qablaşdırdığını bildirmiş və həmin zərfi təhqiqatçıya vermişdir. X11 zərfi Təqsirləndirilən şəxs göstərib, zərfdəki bükümün ona məxsus olub-olmadığını, həmin bükümdə nə olduğunu soruşmuş, Təqsirləndirilən şəxs zərfdəki bükümün ona məxsus olduğunu və içərisində narkotik maddə metamfetamin olduğunu bildirmişdir. Təhqiqatçı ondan həmin psixotrop maddə metamfetaminə oxşar kütləni harada, kimdən və hansı məqsədlə aldığını soruşduqda, Təqsirləndirilən şəxs bükümdəki metamfetamini Bakı şəhərində, Şamaxinka adlanan ərazidə, tanımadığı şəxsdən özü istifadə etmək məqsədilə 30 manata aldığını bildirmişdir. Daha sonra təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov şəxsi axtarış keçirməyə başlamış və Təqsirləndirilən şəxs əynindəki gödəkçəsinin sol qoltuq cibindən 01 ədəd “Samsung” markalı mobil telefonu aşkar edib götürmüş, ayrıca zərfə qoyaraq möhürləmiş və üzərində şəxsi axtarışda iştirak edən şəxslərin ad və soyadlarını qeyd etmiş, bütün iştirakçılar həmin zərfin üzərində imza etmişlər. Bundan sonra təhqiqatçı, polis polkovnik-leytenantı Səadət Qənbərov videoçəkilişin dayandırıldığını elan etmiş, bu barədə protokol tərtib olunmuş və bütün iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsi və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, barəsində əməliyyat-axtarış tədbiri keçirilən xx.xx.1992-ci il təvəllüdlü, Qubadlı rayonu, Xələc kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində fərdi evdə yaşayan Təqsirləndirilən şəxs 06 mart 2025-ci il tarixdə saat 20:10-da Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində, “Dörd qardaş” restoranının yaxınlığında piyada hərəkətdə olarkən, narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması, üzərində saxlaması və gəzdirməsində şübhəli şəxs qismində saxlanılmışdır. Polis əməkdaşları özlərini şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs təqdim etdikdən sonra, Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində ümumi yoxlama və götürülmə aparılacağı bildirilmiş, ona üzərində əldə olunması, saxlanması və gəzdirilməsi qanunla qadağan edilmiş hər hansı əşya, predmet və ya narkotik vasitə olub-olmadığı soruşulmuş, olarsa, təqdim etməsi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen bükümü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükümün içərisindəki kütlənin nə olduğu soruşulmuş və o, bükümdəki kütlənin “patı” kimi adlandırılan narkotik maddə metamfetamin olduğunu, həmin narkotik maddəni bir saat əvvəl Bakı şəhərində, Şamaxinkada tanımadığı şəxsdən 30 manata əldə etdiyini, həmin narkotik maddəni şəxsi istifadəsi üçün aldığını bildirmişdir. 01 ədəd şəffaf polietilan bükümün içərisində olan psixotrop maddə metamfetaminə oxşar külə elektron tərəzidə çəkilmiş və 0,81 qram çəkidə olduğu müəyyən edilmiş, daha sonra 01 ədəd zərfə qoyularaq qablaşdırılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş, zərf iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və əynindəki açıq qəhvəyi rəngli qış gödəkçəsinin sol iç cibindən 01 ədəd qara rəngli “Samsung” markalı mobil telefon aşkar olunmuş və Təhqiqat Şöbəsinə təqdim olunacağı bildirilmişdir. Daha sonra hadisə yerində protokol tərtib olunması üçün şərait olmadığından, protokolun Sumqayıt şəhər polis idarəsində tərtib ediləcəyi elan olunaraq videoçəkiliş dayandırılmışdır. - Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı, Körpü ərazisində yerləşən “Dörd Qardaş” restoranının yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 20:10-da cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-63/2025 saylı, xx.xx.2025-ci il tarixdə barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli “şəxsi axtarışın keçirilməsi və təqdim olunmuş əşyanın götürülməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş verilmiş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili X9 təqdim olunmuş, daha sonra videoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində qanunla qadağan olunmuş hər hansı əhəmiyyət kəsb edən əşyanın olub- olmaması, əgər varsa, həmin əşyanı təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində əhəmiyyət kəsb edən qanunsuz hər hansı əşya və ya predmetin olmadığını bildirmiş, bundan sonra şəxsi axtarış keçirilmiş, lakin qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar olunmamış, özünün təqdim etdiyi 01 ədəd “Samsung” markalı mobil telefon təhqiqatçı tərəfindən götürülmüşdür. Bundan sonra şəxsi axtarışda iştirak edən Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1 üzərində müvafiq qeydlər aparılmış və Azərbaycan Respublikası DİN-nin 124 saylı möhürü ilə möhürlənmiş zərfi təqdim edib, həmin zərfin içərisində Təqsirləndirilən şəxs saxlanılarkən, əynindəki göy rəngli cins şalvarın sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen bükümdə ağ rəngli kristal şəkilli psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar edilərək götürüldüyünü, tərəzidə çəkilərək 0,81 qram çəkidə olduğunun müəyyən edildiyini və həmin zərfə qablaşdırıldığını bildirmişdir. Bükümün içərisindəki kütlənin nə olduğu soruşulmuş, Təqsirləndirilən şəxs bükümdəki kütlənin narkotik maddə “şüşə” olduğunu, həmin narkotik maddəni 06 mart 2025-ci il tarixdə Bakı şəhərində “Şamaxinka” adlanan ərazidə tanımadığı şəxsdən 30 manata şəxsi istifadəsi məqsədilə əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd şəffaf polietilen bükümdə aşkar edilmiş psixotrop maddə metamfetaminə oxşar kütlə Azərbaycan Respublikaı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Sumqayıt Regional Bölməsinə göndərilməsi üçün götürülmüşdür. - Məhkəmə-kimyəvi ekspertizasının 20/30 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “Saxlanılan Təqsirləndirilən şəxs...’’sözləri və imzalar olan kağız paketdəki 01 ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,719 qram ağ kristal şəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddəmetafetamindir.. Tədqiqata 0,05 qram sərf edildikdən sonra 0,669 qram metafetamin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin disk “HP” markalı komputerə daxil edildikdə 01 ədəd “WhatsApp video 2025-03- 06 20.28.34” qovluğunun olduğu müəyyən edildi. Qovluqda olan 67 781KB-lıq 04:42 dəqiqəlik videogörüntüdən görünür ki, Təqsirləndirilən şəxs 06 mart 2025ci il tarixdə saat 20:10-da Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi, Yolqırağı körpü ərazisində piyada hərəkətdə olarkən mülki geyimdə olan Sumqayıt ŞPİ-nin CAŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid1, CAŞ-nin kiçik inspektorları, polis baş serjantı X12 və keçirilən əməliyyat tədbirinin videoçəkilişini aparan polis serjantı Şahid2 tərəfindən saxlanılır və polis əməkdaşları özlərini təqdim etdikdən sonra əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs onu narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və gəzdirilməsində şübhəli şəxs qismində saxlanıldığını bildirərək, hüquq və vəzifələrini izah edib, üzərinə şəxsi axtarış keçiriləcəyini bildirir və üzərində əldə olunması, daşınması və saxlanması qanunla qadağan olunmuş əşya və ya predmetin olub-olmadığını soruşaraq, varsa təqdim etməsini təklif edir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen büküm çıxararaq əməliyyat müvəkkili Şahid1 təqdim edir və bükümdəki kütlənin “patı” kimi adlanan narkotik maddə metamfetamin olduğunu bildirir. Əməliyyat müvəkkili Şahid1 içərisində psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu bükümü nə vaxt, harada, kimdən və hansı məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs narkotik maddə metamfetamini bir saat əvvəl Bakı şəhərində, Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən 30 manat verib, şəxsi istifadəsi məqsədilə aldığını bildirir. Həmin büküm əməliyyat müvəkkili, polis leytenantı Şahid1 tərəfindən elektron tərəzidə çəkdikdə, 0,81 qram olduğu müəyyən edilir. Əməliyyat müvəkkili Şahid1 içərisində psixotrop maddə metamfetaminə oxşar kütlənin olduğu bükümü 01 ədəd zərfə qoyaraq qablaşdırır və şəxsi axtarışda iştirak edən bütün şəxslər həmin zərfin üzərində imza edirlər. Daha sonra əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və onun əynindəki gödəkçəsinin sol qoltuq cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edilir və həmin mobil telefonun sonradan təhqiqatçıya təqdim ediləcəyi qeyd edilərək Təqsirləndirilən şəxs qaytarır. Bundan sonra Şahid1 müvafiq sənədləşmə aparılması məqsədilə Sumqayıt şəhər polis idarəsinə gedəcəklərini bildirir və videoçəkilişi dayandırır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı həmin disk “HP” markalı komputerə daxil edildikdə 01 ədəd “VİD_20250306_212516” qovluğunun olduğu müəyyən edildi. Qovluqda olan 767 917 KBhq 05:11 dəqiqəlik videogörüntüdən görünür ki, Sumqayıt şəhər polis idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X8 xidməti otaqda özünü Təqsirləndirilən şəxs təqdim etdikdən sonra sonuncuya Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz əldə edilməsi, daşınması və saxlanmasında şübhəli şəxs qismində saxlanılaraq üzərinə şəxsi axtarış keçirildiyini və şəhər polis idarəsinin inzibati binasına gətirildiyini, hal-hazırda xidməti otaqlardan birində üzərində şəxsi axtarış keçiriləcəyini izah edib, şəxsi axtarışda iştirak edən CAŞ-nin əməkdaşları, əməliyyat müvəkkili, polis leytenantı Şahid1, kiçik inspektorlar, polis baş serjantı Şahid3 və polis serjantı Şahid2 özlərini təqdim etmələrini təklif edir. Polis əməkdaşları özlərini təqdim etdikdən sonra X11 Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah edir və hüquqlarını müdafiə edəcək Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 onan təqdim edir. Bundan sonra X11 əməliyyat müvəkkili Şahid1 Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarışla bağlı protokol tərtib olunduğunu bildirərək, şəxsi axtarış zamanı nə isə aşkar olunub-olunmadığını soruşur. Əməliyyat müvəkkili Şahid1 şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarının sağ yan kiçik cibindən 01 ədəd şəffaf polietilen bükümdə narkotik tərkibli psixotrop maddə metamfetaminə oxşar kütlənin aşkar edilərək götürüldüyünü, tərəzidə çəkilərkən 0,81 qram çəkidə olduğunun müəyyən edildiyini və zərfin içərisinə qoyularaq qablaşdırıldığını bildirir. Daha sonra X11 zərfin içərisində olan bükümdəki kütlənin nə olduğunu, həmin kütləni haradan, nə vaxt və hansı məqsədlə əldə etdiyini Təqsirləndirilən şəxs soruşur. Təqsirləndirilən şəxs zərfin içərisindəki kütlənin narkotik maddə metamfetamin olduğunu, həmin narkotik maddəni Bakı şəhərində Şamaxinka adlanan ərazidə tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 30 manata aldığını və şalvarının sağ yan kiçik cibində saxladığını bildirir. Təhqiqatçı, polis polkovnik-leytenantı X19 Məhəmmədlinin üzərində şəxsi axtarış keçirir və əynindəki gödəkçəsinin sol qoltuq cibindən 01 ədəd “Samsung” markalı mobil telefon aşkar edir, zərfə qablaşdırır və gələcəkdə əhəmiyyət kəsb edə biləcəyini nəzərə alaraq götürür. Bu zaman şəxsi axtarışda iştirak edən vəkil X2 Məhəmmədlidən harada saxlanıldığını, saxlanılarkən polis əməkdaşları tərəfindən onun hər hansı fiziki zora məruz qalıbqalmadığını soruşur, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsində, Yolqırağı körpü ərazisində saxlanıldığını, saxlanılarkən və ya sonradan ona qarşı heç bir fiziki zor tətbiq olunmadığını bildirir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs şəxsi axtarışla bağlı vəsatətinin və ya şikayətinin olubolmadığı soruşulur və sonuncu heç bir şikayətinin və ya vəsatətinin olmadığını bildirir, videoçəkiliş bununla başa çatır. - xx.xx.2025-ci il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı “Samsung” markalı mobil telefonun işlək vəziyyətdə olduğu, mobil telefonda nömrədən istifadə olunmadığı və iş üçün sübut əhəmiyyəti kəsb edə biləcək telefon zənglərinin və WhatsApp ani mesajlaşma tətbiqi üzərindən sübut əhəmiyyəti kəsb edə biləcək yazışmaların olmadığı müəyyən edildi. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, X1 Elşad Ərşad oğlunun üzərindən aşkar edilərək götürülmüş 01 ədəd “Samsung” markalı mobil telefonu xx.xx.2025-ci il tarixdə zədəsiz və işlək vəziyyətdə olmaqla təhvil almışdır. Bununla əlaqədar heç bir şikayət və ya tələbi yoxdur. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünün surəti iş materiallarına əlavə edilmişdir. - Məhkəmənin şifahi sorğusuna cavab olaraq verilmiş Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Sumqayıt şəhər Məhkəməsinin 1(060)-183/2023 saylı, xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixə cəzasının 01 il 09 ay 17 gün hissəsini çəkmiş, çəkilməmiş cəzası 08 ay 09 gün təşkil edir. - Məhkəmə-narkoloji ekspertizasının 2870 saylı, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Opioidlərin və Psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatdadır. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 0,719 qram təmiz çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən məhkəmə-kimyəvi ekspetizası təcrübəsindən sonra qalıq almış 01 ədəd bükümdə 0,669 qram çəkidə psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİnin saxlanc yerinə təhvil verilmiş, 01 ədəd “Bingo CD-R 700 MB/80Min 2X-56X” formatlı və 01 ədəd “CD-R” formatlı disklər sübut növü kimi qiymətləndirilmiş və cinayət işinin materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün etirafedici ifadəsindən əlavə şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə ekspertizasının rəyi, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İİ Siyahı), narkotik vasitə olan metamfetamin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə metamfetamin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinə görə: - Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma həmin Məcəllənin 234.1-ci maddəsinin tərkibini yaradır. Azərbaycan Respublikası Konstitusiyasının: - 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” - 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X4 haqqında Avropa Konvensiyasının: - 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” - 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: - 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). - 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. - 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olub-olmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib- edilməməsi və ya belə şəxslərə qarşı yönəlib-yönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olub-olmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilibtörədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı ağırlaşdıran və yüngülləşdirən halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 02 il 05 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə əlaqədar olmayan cəza təyin edildiyi üçün onun əməli cinayətlərin residivi kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası CM-nin: - 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən olunmamışdır. - 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. - 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. - 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. - 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. - 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarı ilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd olunanları nəzərə almaqla, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, məhkumluğunun olmasını, həmçinin cinayət əməlinin törədilməsi hallarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında cəza növü kimi nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi məqsədə müvafiqdir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş və çəkilməmiş qalan 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməli, CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs tərəfindən çəkilməmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,669 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və onun xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)-433/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli 880 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 07 (yeddi) saat vaxt sərf etmişdir Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat, xx.xx.2025-ci il tarixli, 141 saylı qərarla edilmiş dəyişikliklərlə 11 manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 77 (yetmiş yeddi) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 08 (səkkiz) ay 09 (doqquz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə bu hökmlə təyin edilmiş cəza ilə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və onun xx.xx.2024-cü il tarixdən Sumqayıt şəhər Narkoloji Dispanserində F19.2 diaqnozu ilə dispanser qeydiyyatda olması nəzərə alınsın. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza nəticəsində qalıq qalmış 0,669 qram çəkidə psixotrop maddə “metamfetamin” hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə mülki iddianın olmaması və xüsusi müsadirə tətbiq olunmalı əmlakın müəyyən olunmaması nəzərə alınsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 63,00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 07 (yeddi) saat hüquqi yardıma görə 77 (yetmiş yeddi) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Vüsalə Qasımova
Məhkəmə qərarları › İş №1(060)-433/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-433/2025
18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver