Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-435/2021 15.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, İslamova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə xx xxxxxxx 1967-ci ildə Abşeron rayonu, Şuraabad kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Abşeron rayonu, Şuraabad rayonunda qeydiyyatda olan, Xızı rayonu, Şuraabad qəsəbəsində yaşamış barəsində “həbs” qətimkan tədbiri seçilmiş. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən zavod üsulu ilə “1977” və “1985” –ci ildə Tula patron zavodunda istehsal olunmuş 9x18 mm kalibirli “Makarov” və “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən 139 (bir yüz otuz doqquz) ədəd patronları və 01 (bir) ədəd zavod üsulu ilə istehsal olunmuş, 08 (səkkiz) ədəd 9x18 kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı «Makarov» konstruksiyalı tapançaların komplekt hissəsi sandıqçanı qanunsuz əldə edib, daşıyaraq saxlamış, 15 aprel 2021-ci il tarixdə saat 18:30-da Sumqayıt ŞPİ-nin CAŞnin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri zamanı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində İ.Əfəndiyev küçəsində saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən, sağ əlində üzərində “LCWAİKİKİ” sözləri yazılmış göy rəngli sellofan paketdə 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsi, texniki cəhddən saz və təyinatı üçün yararlı içərisində 08 (səkkiz) ədəd «Makarov» konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab edilən ştat patronlar olan 01 (bir) ədəd sandıqça, 06 (altı) ədəd kağız qutuda hər birinin içərisində 16 (on altı) ədəd ümumilikdə 96 (doxsan altı) ədəd və ayrıca olan 03 (üç) ədəd zavod üsullu ilə hazırlanmış, 9x18 mm kalibrli olmaqla, “Makarov” və “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüş, daha sonra əməliyyat tədbirinin davamı olaraq həmin gün saat 21:37-da X3 rayonu, Şurabad kəndində yaşadığı evində keçirilmiş baxış zamanı evin yataq otağındakı çarpayının üzərində olan döşəyinin alt hissəsində şəffaf rəngli sellofanda 32 (otuz iki) ədəd zavod üsullu ilə hazırlanmış, 9x18 mm kalibrli olmaqla, “Makarov” və “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilən, döyüş sursatı hesab edilən patronlar aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 15 aprel 2021-ci il tarixdə Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşları tərəfindən odlu silahın əldə edilməsi və gəzdirilməsində şübhəli olduğu üçün Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsində saxlanılaraq Sumqayıt ŞPİ-nin inzibati binasına gətirilmişdir. Pİ-də xidməti otaqların birində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Onun üzərinə şəxsi axtarışa başlamazdan əvvəl ona hüquq və vəzifələri barədə bildiriş, eyni zamanda hüquqlarının müdafiəsi üçün vəkil, Müdafiəçi1 təqdim olunmuş, o, vəkilə heç bir etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə aparılmasından əvvəl ondan üzərində qanunla qadağan olunmuş hər-hansı əşyanın olub-olmadığı soruşulmuş, olduğu halda könüllü təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra o, sağ əlində olan, üzərində “LCWAİKİKİ” sözləri yazılmış göy rəngli sellofan paketi polislərə təqdim etmişdir. Təqdim etdiyi göy rəngli, üzərində “LCWAİKİKİ” sözləri yazılmış sellofan paket polis əməkdaşları tərəfindən açılan zaman içərisindən “Makarov” tipli tapançaya məxsus içərisində 08 (səkkiz) patron olan bir ədəd daraq, 03 (üç) ədəd “Makarov” tipli tapançaya məxsus patron və 06 (altı) ədəd qəhvəyi rəngli kağızdan hazırlanmış qutular aşkar edilmişdir. Həmin qutuların hər birinin içərisində isə 16 (on altı) ədəd olmaqla ümumilikdə 96 (doxsan altı) ədəd “Makarov” tipli tapançanın patronları olduğu müəyyən olmuşdur. Sorğu zamanı həmin sursatları təxminən 5-6 gün əvvəl Xızı rayonu, Şuraabad qəsəbəsindən tapdığını və Sumqayıt şəhərinə təhvil vermək üçün üzərində daşıdığını bildirmişdir. Sonra ondan aşkar olunmuş “Makarov” tipli tapançaya məxsus içərisində 08 ədəd patron olan bir ədəd daraq və ümumilikdə 99 ədəd “Makarov” tipli tapançanın patronları qablaşdırılaraq Azərbaycan Respublikası DİN-in “124” saylı möhürü ilə möhürlənmiş, üzərində şəxsi axtarış keçirilməsi barədə protokol tərtib olunmuş, o və digər iştirakçılar protokolu imzalamışlar. Daha sonra polis əməkdaşları onun iştirakı ilə yaşadığı ünvana da baxış keçirmiş, yaşadığı ünvandan isə 32 ədəd patron da aşkar olunaraq qablaşdırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs ifadəsində üzərindən və evindən aşkar olunan sursatları Xızı rayonu, Şuraabad qəsəbəsindən tapdığını qeyd etmişdir. Əməlindən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə baxışı zamanı şahid qismində dindirilən Sumqayıt ŞPİ-nin CAŞ-ın əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, 15 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs odlu silahın daşıması, saxlanmasında şübhəli olması barədə Sumqayıt ŞPİ-nin CAŞ-yə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumat əsasında "əməliyyat-axtarış tədbirlinin keçirilməsi barədə" qərar qəbul edilmişdir. 15 aprel 2021-ci il tarixdə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, İlyas Əfəndiyev küçəsində X2 onlar tərəfindən saxlanılaraq üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-yə aparılmışdır. Həmin vaxt Pİ-də ona müdafiəçi təyin edilmiş və üzərində şəxsi axtarış aparıldığı zaman video çəkilişdən istifadə ediləcəyi barədə bildirilmişdir. Şəxsi axtarış zamanı Sumqayıt ŞPİ-nin təhqiqatçısı, polis mayoru Zaur Cəfərov orada olan X1 və onun müdafiəçisi Müdafiəçi1 iştirakı ilə odlu silahın qanunsuz əldə edilməsində, daşınmasında və saxlanılmasında şübhəli olduğundan saxlanıldığını izah etdiyi, həmçinin digər iki nəfər mülki geyimli şəxslərində özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirdikləri, daha sonra saxlanılmış şəxsin də özünü təqdim etməsi təklif edildiyi, bundan sonra saxlanılmış şəxsin özünü təqdim edərək X2 olduğunu bildirdiyi, daha sonra polis əməkdaşının gündəlik geyim formasında olan şəxs tərəfindən, həmçinin saxlanılmış şəxsin hüquq və mənafelərinin müdafiəsi üçün Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 dəvət edildiyi barədə saxlanılmış şəxsə məlumat verildiyi, bundan sonra saxlanılmış şəxsə həmçinin üzərində video kameranın yaddaşına qeyd edilməklə şəxsi axtarış aparılacağı barədə məlumat verildiyi və saxlanılmış şəxsə üzərində saxladığı qanunla saxlanılması və daşınması qadağan olunmuş əşyaları təqdim etməsi təklif edildiyi, polis əməkdaşının təklifindən sonra saxlanılmış şəxsin üzərində şəxsi axtarış aparılmasına etirazının olmadığını bildirməklə, qanunla qadağan olunmuş hər hansı bir əşya və predmetin olub-olmadığı, vardırsa könüllü surətdə verməyim təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs sağ əlində saxladığı üzərində «LCWAİKİKİ» sözləri yazılmış göy rəngli sellofan paketi təqdim etdi. Onun təqdim etdiyi göy rəngli sellofan paket polis əməkdaşı tərəfindən açılan zaman içərisində «Makarov» tipli tapançaya məxsus içərisində 08 ədəd patron olan bır ədəd daraq, 03 ədəd Makarov» tipli tapançaya məxsus patron və 06 ədəd qəhvəyi rəngli kağızdan hazılanmış qutuların olduğu aşkar edildi. Həmin qutuların hər birinin içərisində 16 ədəd olmaqla ümumilikdə 96 ədəd «Makarov» tipli tapançanın patronlarının olduğu müəyyən edildi. Aşkar olunmuş odlu silahın sursatı ilə bağlı ona sual verildikdə bildirdi kı, həmin sursatı təxminən 5-6 gün bundan əvvəl Xızı rayonu, Şuraabad qəsəbəsində tapdığını və özündə saxlamaqla bu gün Sumqayıt şəhərinə təhvil vermək üçün özü ilə gətirdiyini bildirmiş, təqdim etdiyi 01 ədəd göy rəngli sellofan paketdə olan aşkar edilmiş «Makarov» tipli tapançaya məxsus içərisində 08 ədəd patron olan bir ədəd daraq, 99 ədəd «Makarov» tipli tapançanın patronları cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan, götürülərək Azərbaycan Respublikasının ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılıb, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin «Zərflər üçün» 124 saylı möhürü ilə möhürləndi. Həmçinin üzərində keçirilən şəxsi axtarış zamanı sağ əlində saxlamış olduğu üzərində "LCWAİKİKİ” yazılan göy rəngli sellofan paketin içərisindən aşkar olunmuş 1 ədəd boz rəngli kişi şalvarı. 1 ədəd ağ-qəhvəyi zolaqlı qısaqol kişi köynəyi xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Daha sonra onun yaşadığı ünvana, yəni Xızı rayonu, Şorabad kəndində baxış keçirdiklərini və Mayıs Əliyevin yaşadığı ünvandan da polis əməkdaşları tərəfindən 32 ədəd patronlar aşkar edilmişdir. Həmçinin, Mayıs Əliyevin üzərində şəxsi axtarış aparılması ilə bağlı və yaşadığı ünvanda baxış keçirilməsi ilə bağlı protokol tərtib edildi, həmin protokol ucadan oxundu, protokola əlavə və düzəlişlər daxil olmadığı üçün üzərində iştirakçılar tərəfindən imzalar edildi, o da öz növbəsində protokolu imzaladı. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Təhqiqatlar idarəsinin 16.04.2021-ci il tarixli, 21/266R nömrəli ilkin məhkəmə ballistik ekspertizası rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ vət. Təqsirləndirilən şəxs aşkar edilmiş......” yazısı olan və “vət. Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş.....” yazısı olan zərflərdən, cəmi 139 (yüz otuz doqquz) ədəd patron və 01 (bir) ədəd daraq aşkar edilmişdir. Həmin patronlara adi gözlə vizual baxış keçirilərkən onların üzərində əzilmə, çartlama izlərinin olmaması, bəzilərinin üzərində karroziya izlərinin olması, oksid təbəqəsinin qismən pozulması, tamlığının pozulmaması və alışdırıcı kapsullarının tam şəkildə olması müşahidə edilmişdir. Patronların gilizi qızılı rəngdə “silindirik” formasında, güllələri isə qızılı rəngdə uc hissəsi “yumru” formada olan metaldan hazırlanmış, dib hissəsində zavod nişanının və istehsal ilinin axrıncı iki rəqəmləri həkk olumuşdur. Patronların ümumi uzunluğu 24,9 mm, gilizin uzunluğu 17,9 mm, gilizin ağız hissəsinin diametri 10 mm, güllənin aparıcı hissəsinin diametri isə 09 mm müəyyən olunmuşdur. Konstruktiv əlamətlərinə və xüsusi ədəbiyyatlara əsasən müəyyən edilmişdir ki, təhqiqata təqdim edilmiş cəmi 139 (yüz otuz doqquz) ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalarının ştat patronlarıdır, döyüş sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır, həmin patronlardan 06 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Tədqiqata təqdim edilmiş 01 ədəd darağa adi gözlə vizual baxış keçirilərkən onun üzərində əzilmə və ya zədə izləri müəyyən olunmamışdır, metal hissələrinin oksid təbəqəsi qismən pozulmuşdur. Daraq gövdədən, daxilinə yerləşdirilmiş qaytarıcı yaydan, ötürücü lövhədən və alt hissəsində yerləşən qapaqdan ibarətdir. Təqdim olunmuş 01 (bir) ədəd daraq zavod üsulu isə istehsal olunmuş 08 (səkkiz) ədəd 9x18 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli “Makarov” konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin məhkəmə-ballistik ekspertizasının 21.05.2021-ci il tarixli, 3/845; 3/346 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: «133 ədəd patron, bir ədəd sandıqça” yazıları olan sellofan bükülüdə 01 ədəd sandıqça və 133 ədəd patron var. Tədqiqata təqdim edilmiş patronlar yaşılımtıl rəngdə olmaqla, gilizləri silindrik, güllərinin gövdəsi silindrik, uc hissələri isə oval formada sarımtıl metaldan hazırlanmışlar. Patronların uzunluğu 24,9 mm, dib hissələrinin diametri 9,9 mm, güllələrin orta hissədən diametri 9 mm, dib hissələrinə “38-85” və “38- 77” rəqəmləri həkk edilmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet (sandıqça) dördkünc formada metaldan hazırlanmışdır. Predmet gövdədən, daxilinə yerləşdirilmiş qaytarıcı yaydan, ötürücü metal lövhədən, alt hissəsində olan qapaqdan ibarətdir. Onun uzunluğu 120 mm, orta hissəsinin eni 25 mm, qalınlığı 20 mm-dir. Tədqiqata təqdim edilmiş 133 (yüz otuz üç) ədəd 9x18 mm kalibrli patron zavod üsulu ilə istehsal edilmiş, “Makarov” (PM) və avtomatik “Steçkin” konstruksiyalı və s. uyğun kalibrli tapançalarda istifadə edilən patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. Həmin patronlar “1977” və “1985”-ci ildə Tula patron zavodunda istehsal edilmişdir. Tədqiqata təqdim edilmiş 01 (bir) ədəd predmet Makarov (PM) konstruksiyalı tapançanın funksional əhəmiyyət daşımayan komlekt hissəsi olmaqla, 8 ədəd 9x18 mm kalibrli patron tutumuna malik, keçmiş SSRİ-də zavod üsulu ilə istehsal edilmiş sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. İş materiallarından görünür ki, məhkəmə-ballistik ekspertizasının 21.05.2021-ci il tarixli ekspertiza təqdiqatından sonra qalıq qalmış 133 (yüz otuz üç) ədəd patron və 01 (bir) ədəd sandıqça (daraq) cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanmasından ötrü Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinə əlavə edilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15.04.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş və Sumqayıt Şəhər Məhkəməsinin 17.04.2021-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən görünür ki, təqdirləndirilən şəxs Təqsirləndirilən şəxs məhkumluğu olmayandır. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, təqsirini səmimi etiraf etməsini və oğlu Vəli Əliyevin 44 gün davam edən Vətən müharibəsində «Suqovuşan istiqamətində döyüşlərdə iştirak etməsini ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 120 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Ona görə də 108 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrumetmə cəzasına məhkum edilməli, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı 15.04.2021-ci il tarixdən hesablanmalı, təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı və ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan qalıq qalmış 133 (yüz otuz üç) ədəd patron və 01 (bir) ədəd sandıqça (daraq) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli 15.04.2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 01 ədəd “CD” disk cinayət işinin materiallarında saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 64 (altmış dörd) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan qalıq qalmış 133 (yüz otuz üç) ədəd patron və 01 (bir) ədəd sandıqça (daraq) Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM: RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-435/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-435/2021
15.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver