Məhkəmə qərarları › İş №1(060)-435/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-435/2022

28.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-435/2022 28.04.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Mustafayev Rəşad Rafiq oğlunun sədrliyi, Bəşirov Şahin Məmmədsala oğlunun katibliyi ilə Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakı ilə, xx xxxxxx 1990-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməyən, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İttiham aktına əsasən, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 07.02.2022-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, Zərərçəkmiş şəxs prospekti, 18-ci məhəllədə 2 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qeyri-yaşayış sahəsi olan “Playstation” oyun zalının giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırıb içəriyə qanunsuz daxil olaraq kassada olan sonuncuya məxsus 25 manat nağd pulu, hər biri 350 manat, 04 ədədi 1400 manat olan 2 il istifadə olunmuş, 500 GB yaddaşlı, “Sony Plasystation 4” markalı “CUH-1208B” model oyun aparatlarını, 50 manat dəyərində olan 2 il istifadə olunmuş “Sony Plasystation 4” aparatına məxsus 01 cüt qara rəngli oyun pultlarını, 50 manat dəyərində olan 2 il istifadə olunmuş “Sony Plasystation 4” aparatına məxsus 01 cüt ağ rəngli oyun pultlarını, 02 manat dəyərində olan qara rəngli adaptoru, hər biri 550 manat 02 ədədi 1100 manat olan hər birində bir cüt oyun pultları ilə birlikdə 1 TB yaddaşlı “Sony Playstatin 4” aparatları, 270 manat dəyərində olan 2010-cu ildə alınmış bir cüt oyun pultları ilə birlikdə 500 GB yaddaşlı 01 ədəd “Sonu Playstation 3” aparatını, hər biri 220 manat, 02 ədədi 440 manat olan bir cüt oyun pultları ilə birlikdə 250 GB yaddaşlı “Sony Playstation 3” aparatlarını, 300 manat dəyərində olan bir cüt oyun pultları ilə birlikdə 12 GB yaddaşlı “Sony Playstation 3” aparatını, 100 manat dəyərində olan görüntülü kamerasının yaddaş qurğusunu gizli talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 3737 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittiham üzrə özünü təqsirli bildi və ifadə verərək göstərdi ki, o, əvəllər də bir neçə dəfə məhkum olunmuş, eyni zamanda həbsdə olduğu müddətdə Sumqayıt şəhər məhkəməsinin 09 mart 2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Hazırki iş üzrə isə o, pula ehtiyacı olduğu üçün 07 fevral 2022-ci il tarixdə saat 02:00 radələrində yaşadığı evin yaxınlığında, yəni Sumqayıt şəhəri 18-ci məhəllədə yerləşən 2 mərtəbəli yaşayış binasının zirzəmisində fəaliyyət göstərən «Playstation» oyun zalından oğurluq etmək qərarına gəlmiş və bu məqsədlə yerdən tapdığı dəmir parçası ilə oyun zalının dəmir barmaqlıqlı giriş qapısının qıfılını qırmış, sonra plastik materialdan olan 2-ci giriş qapısının şüşəsini qolu ilə vurub sındıraraq içəriyə daxil olmuşdur. İlk öncə o, kassaya yaxınlaşıb kassa masasının siyirtməsində olan 25 manat nağd pulu götürmüş, sonra oyun zalında görüntü-müşahidə kamerasını gördükdə çəkiliş getdiyini anlayıb, mətbəx kimi istifadə olunan otağa keçərək kameranın yaddaş qurğusunu tapıb yerindən çıxardaraq özü ilə götürmüşdür. Daha sonra oyun zalında televizorların altına quraşdırılmış 10 ədəd oyun aparatlarını televizorlardan ayırıb götürmüş və televizorların bir neçəsini isə divanların üzərinə qoymuşdur. Hər oyun aparatının 2 ədəd oyun pultlarını da özü ilə götürmüş, oğurladığı 10 ədəd oyun aparatlarını, 20 ədəd oyun pultlarını və 01 ədəd yaddaş qurğusunu özü ilə gətirdiyi 02 ədəd sellofan torbaya yığaraq oranı tərk etmişdir. Oğurladığı əşyaları isə yaşadığı binanın 2-ci mərtəbəsində görünməyən yerdə qutuların yanında gizlətmiş, müşahidə qurğusunu isə qırıb zibilləyə tullamışdır. Sonradan oyun aparatarına baxdıqda, müəyyən etmişdir ki, 6 ədəd “Playstation 4” aparatları, 4 ədədi isə “Playstation 3” aparatı oğurlayıb. Oğurladığı əşyaları münasib qiymətə satmaq üçün 07.02.2022-ci il tarixdə günorta saatlarında «Tap.az» internet saytına daxil olaraq, orada həmin oyun aparatları ilə bağlı yerləşdirilən elanları axtarmış və orada Vüsal adlı şəxsin mobil telefon nömrəsini götürərək zəng edib onunla danışmış və Bakı şəhəri 3-cü mikrorayon yaxınlığında görüşək, oğurladığı əşyalardan 5 ədəd “Playstation 4” aparatını, 4 ədəd “Playstation 3” oyun aparatını və 16 ədəd oyun pultlarını 1000 manata ona satmışdır. O, 1 ədəd “Playstation 4” oyun aparatı və 2 cüt, yəni 4 ədəd pultu isə özü evdə oynamaq üçün saxlamışdır. Əldə etdiyi 1000 manat pulu, eləcə də oyun zalından oğurladığı 25 manat pulu borclarına xərcləmişdir. Bundan başqa o, gizlətdiyi yerdən 01 ədəd oyun aparatını və 04 ədəd oyun pultunu yaşadığı evə aparmışdır. 09.02.2022-ci il tarixdə günorta saatlarında evdə olarkən polis əməkdaşları onun evinə gəlib onu 3-cü PBnə dəvət etmişlər, o, da polis əməkdaşları ilə birlikdə bölməyə getmiş və orada oğurluq etdiyini etiraf etmişdir. Sonra polis əməkdaşları ilə birlikdə yaşadığı evə qayıdaraq, oğurladığı əşyalardan 1 ədəd “Playstation 4” oyun aparatını və 2 cüt, yəni 4 ədəd pultu polis əməkdaşlarına təqdim etmişdir. Polisə təqdim etdiyi oyun aparatı və pultlar zərərçəkmiş şəxsə geri qaytarılsa da, satdığı digər oyun aparatlarının və pultlarının əvəzini maddi imkanı olmadığına görə zərərçəkmiş şəxsə qaytara bilməmişdir. Bu səbəbdən o, verilmiş mülki iddianı qəbul etdiytini və gələcəkdə hissə-hissə olmaqla ödəyəcəyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadə verərək göstərdi ki, onun Sumqayıt şəhəri, Zərərçəkmiş şəxs prospekti, 18-ci məhəllədə 2 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən “Playstation” oyun salonu var. Salonda ümumi 14 ədəd “Playstaion” oyun aparatları və 14 ədəd 102 dioqanallı LCD televizorlar var idi, onlardan 6 ədədi “Playstation 4”, 8 ədədi isə “Playstaion 3” oyun aparatları idi. Eyni zamanda hər oyun aparatının 2 ədəd idarə edici pultu var idi. 6 ədəd “Playstation 4” aparatları təxminən 2 ilin aparatları olmuş və onların hər birini 500 manata almışdır. 8 ədəd “Playstaion 3” oyun aparatları isə təxminən 2010-cu ildə hər birini 300 manata almışdır. Həmin aparatların hər birinin üzərində 2 ədəd orijinal pultları və hər oyun aparatının yaddaşında 4 ədəd oyun var idi. 06.02.2022-ci il tarixdə hər gün olduğu kimi o, axşam saat 23:50 radələrində obyekti bağlayıb evə getmişdir. Səhəri gün isə saat 12:00 radələrində obyektə gələrkən müəyyən etmişdir ki, giriş qapısının dəmir barmaqlığının qıfılı qırılıb və plastik pəncərinin şüşəsi sındırılmışdır. İçəri daxil olduqda 10 ədəd oyun aparatları, pultlarları ilə birlikdə yerində olmadığını görmüş, televizorlardan 4 ədədi isə sökülüb divanların üzərinə qoyulmuşdur. O, obyektdən 10 ədəd olmaqla, 6 ədədi “Playstation 4” aparatları, 4 ədədi isə “Playstation 3” aparatları oğurlandığını anlamışdır. 4 ədəd “Playstation 4” aparatlarından 500 GB yaddaşlı, 2 ədədi isə 1 TB yaddaşlı olmuşdur. Eyni zamanda 4 ədəd “Playstation 3” aparatlarından 1 ədədi 500 GB yaddaşlı, 2 ədədi 250 GB yaddaşlı, 1 ədədi isə 12 GB yaddaşlı olmuşdur. Bundan başqa kassada olan 25 manat pulun oğurlandığını aşkar etmişdir. Həmçinin obyektə girən şəxs müşahidə kamerasının yaddaş qurğusunu da (DVR) özü ilə götürüb aparmışdır. Həmin DVR təxminən 100 manat dəyəri olmuşdur. Sonradan ona məlum olmuşdur ki, onun obyektinə oğurluğa girən şəxs Sumqayıt şəhər sakini X1r. Oğurlanmış əmlakından 01 ədəd oyun aparatı və 04 ədəd oyun pultları polis tərəfindən ona geri qaytarılmışıdr. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 4325 manat ziyan dəymişdir. Hazırda o, dəymiş ziyanla bağlı mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək baş vermiş oğurluq nəticəsində ona vurulmuş 3737 manat məbləğində maddi ziyanın və həmçinin iddia ərizəsinə görə ödəmiş olduğu 57 manat məbləğində dövlət rüsumunun əvəzinin təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq ona verilməsi barədə hökm çıxarılmasını xahiş etmişdir. İş üzrə şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında vermiş olduğu ifadəsində göstərmişdir ki, 07.02.2022-ci il tarixdə Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi 3/36, mənzil 9-da yaşayan Zərərçəkmiş şəxs ərizə ilə polis bölməsinə müraciət edərək, özünə məxsus Sumqayıt şəhəri, Zərərçəkmiş şəxs prospekti, 18-ci məhəllədə 2 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən «Playstation» oyun zalına naməlum şəxsin (şəxslərin) daxil olaraq kassadan ona məxsus 25 manat nağd pulunu, 06 ədəd «Playstation 4», 04 ədəd «Playstation 3» oyun aparatlarını və 01 ədəd DVR yaddaş qurğusunun oğurlanması barədə müraciət etmişdir. O, və bölmənin digər əməliyyat müvəkkili Şahid2 tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində həmin cinayəti törətmiş Təqsirləndirilən şəxs 09.02.2022-ci il tarixdə müəyyən edilərək, Sumqayıt ŞPİ-nin 3-cü PB-yə gətirilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs etdiyi oğurluq əməlini etiraf etmiş və oğurladığı əşyalardan bir qismini Bakı şəhəri 3-cü mikrorayon dairəsi yaxınlığında Vüsal adlı şəxsə satdığını, qalan əşyaları isə yaşadığı Sumqayıt şəhəri 19-cu məhəllə ev 18/26 mənzil 2-də gizlətdiyini bildirmişdir. Bununla əlaqədar onun evində baxış keçirilmiş və yataq otağında gizlətdiyi sellofan torbada olan 01 ədəd qara rəngli «Playstation 4» markalı oyun aparatını, 02 ədəd ağ rəngli oyun pultlarını, 02 ədəd qara rəngli oyun pultlarını aşkar edilmişdir. Daha sonra Rafail onlarla birlikdə yenidən bölməyə qayıtmış və orada müvafiq sənədləşmə aparılmış, onlar da tərtib edilmiş protokolu imza etmişlər. Məhkəməyəqədər ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 məhkəmə iclasında dindirilmiş Şahid1 ilə eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 17.03.2022-ci il tarixli, 9/1784 №-li məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilən 04 adda malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 1502 manat müəyyən olunur. Nəzəri qaydada: -qərarın təsviri hissəsində göstərilən 03 adda malların 2022-ci ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 1810 manat müəyyən olunur. Digər qərarın təsviri hissəsində göstərilən 02 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli istehsal yeri, istismar müddəti, təyinatı və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Qiymətləndirmə malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Təqdim edilmiş: -hər biri 350 manat, 04 ədədi 1400 manat olan 2 il istifadə olunmuş, 500 GB yaddaşlı, “Sony Plasystation 4” markalı “CUH-1208B” model oyun aparatları; -50 manat dəyərində olan 2 il istifadə olunmuş “Sony Plasystation 4” aparatına məxsus 01 cüt qara rəngli oyun pultları; -50 manat dəyərində olan 2 il istifadə olunmuş “Sony Plasystation 4” aparatına məxsus 01 cüt ağ rəngli oyun pultları; -02 manat dəyərində olan qara rəngli adaptor. Nəzəri qaydada: -hər biri 550 manat 02 ədədi 1100 manat olan hər birində bir cüt oyun pultları ilə birlikdə 1 TB yaddaşlı “Sony Playstatin 4” aparatları; -270 manat dəyərində olan 2010-cu ildə alınmış bir cüt oyun pultları ilə birlikdə 500 GB yaddaşlı 01 ədəd “Sonu Playstation 3” aparatı; -hər biri 220 manat, 02 ədədi 440 manat olan bir cüt oyun pultları ilə birlikdə 250 GB yaddaşlı “Sony Playstation 3” aparatları. İş materiallarında olan 28.03.2022-ci il tarixli “cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, 01 ədəd oyun aparatı və 04 ədəd oyun pultları maddi sübut kimi tanınmış və saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən tərtib edilmiş 10.03.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs ACDİÜ AR Məhkəməsinin 27.07.2009-cu il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 145.2.4, 149.2.1, 150.2.1, 180.2.1 və 180.2.4-cü maddələrini ilə təqsirli bilinərək 07 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 15.02.2010cu il tarixdə Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirələrək, qəti olaraq 06 il 06 ay azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Təqsirləndirilən şəxs Xəzər rayon Məhkəməsinin 17.10.2014-cü il tarixli hökmü ilə Azərbaycan Republikası Cinayət Məcəlləsinin 317-2.1 maddələri ilə təqsirli bilinərək 11 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, cəzasının sonu ilə 17.09.2015-ci ildə azad olunmuşdur. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 09 mart 2022-ci il tarixli 1(060)-79/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən onun üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. O, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 09.03.2022-ci il tarixdən hesablanmışdır. İş üzrə toplanmış sübutları araşdırıb məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş ona istinad edilən cinayətin törədilməsində təqsirli hesab edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs bu cinayət əməlini törətməsi onun özünün etiraf xarakterli ifadəsi ilə, həmçinin zərərçəkmiş şəxsin və şahid ifadələri ilə və iş materiallarında olan və məhkəmə istintaqı zamanı araşdırılmış digər sübutlarla tam təsdiqini tapır. Təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərək, həmçinin yuxarıda qeyd olunan və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını talamaq məqsədi ilə 07.02.2022-ci il tarixdə saat 02:00 radələrində Zərərçəkmiş şəxs işlətdiyi Sumqayıt şəhəri, Zərərçəkmiş şəxs prospekti, 18-ci məhəllədə 2 mərtəbəli yaşayış binasının zirzəmisində yerləşən qeyriyaşayış sahəsi olan “Playstation” oyun zalının giriş qapısının qıfılını özü ilə gətirdiyi dəmir parçası ilə qırıb içəriyə qanunsuz daxil olaraq kassada olan sonuncuya məxsus 25 manat nağd pulu, hər biri 350 manat, 04 ədədi 1400 manat olan 2 il istifadə olunmuş, 500 GB yaddaşlı, “Sony Plasystation 4” markalı “CUH-1208B” model oyun aparatlarını, 50 manat dəyərində olan 2 il istifadə olunmuş “Sony Plasystation 4” aparatına məxsus 01 cüt qara rəngli oyun pultlarını, 50 manat dəyərində olan 2 il istifadə olunmuş “Sony Plasystation 4” aparatına məxsus 01 cüt ağ rəngli oyun pultlarını, 02 manat dəyərində olan qara rəngli adaptoru, hər biri 550 manat 02 ədədi 1100 manat olan hər birində bir cüt oyun pultları ilə birlikdə 1 TB yaddaşlı “Sony Playstatin 4” aparatları, 270 manat dəyərində olan 2010-cu ildə alınmış bir cüt oyun pultları ilə birlikdə 500 GB yaddaşlı 01 ədəd “Sonu Playstation 3” aparatını, hər biri 220 manat, 02 ədədi 440 manat olan bir cüt oyun pultları ilə birlikdə 250 GB yaddaşlı “Sony Playstation 3” aparatlarını, 300 manat dəyərində olan bir cüt oyun pultları ilə birlikdə 12 GB yaddaşlı “Sony Playstation 3” aparatını, 100 manat dəyərində olan görüntülü kamerasının yaddaş qurğusunu gizli talayaraq, zərərçəkmiş şəxsə ümumilikdə 3737 manat ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bu hərəkəti ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir və həmin maddənin sanksiyası hədləri daxilində cəzalandırılmalıdır. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı ağırlaşdıran halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsinin sanksiyası həddində, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-cü maddəsinə əsasən müəyyən edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməli, cəzanın əvvəli onun şübhəli şəxs kimi tutulduğu 09.02.2022-ci il tarixdən hesablanmalı və Sumqayıt şəhər Məhkəməsinin 09.03.2022-ci il tarixli hökmü ilə ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzası yeni hökm üzrə təyin ediləcək cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı övladının olmasını onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırki iş üzrə yəni, 07 fevral 2022-ci il tarixdə cinayət törədərkən məhkumluğu ödənilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, hazırki iş üzrə onun əməlində cinayətin residivi yaranmır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan 01 ədəd oyun aparatı və 04 ədəd oyun pultları ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə araşdırması zamanı Zərərçəkmiş şəxs məhkəməyə mülki iddia verərək Təqsirləndirilən şəxs onun xeyrinə 3737 manat məbləğində maddi ziyanın tutulmasını xahiş etmişdir. Mülki iddia ərizəsi icraata götürülmüş, Zərərçəkmiş şəxs mülki iddiaçı, Təqsirləndirilən şəxs mülki cavabdeh qismində tanınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Məhkəmə qeyd edir ki, məhkəmə iddiaya hüquqi qiymət verərkən obyektiv olmalı və təqdim olunmuş sübutlara istintad etməlidir. Məhkəmə qeyd edir ki, maddi ziyan tələbinə dair mülki iddiaçının tələbi bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alındığında isə, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs məhkəmə iclasında ona qarşı irəli sürülmüş mülki iddianı qəbul etdiyini, 3737 manat məbləğində maddi ziyanı və həmçinin iddia ərizəsinin məhkəməyə verilməsinə görə ödənmiş 57 manat məbləğində dövlət rüsumunun əvəzini gələcəkdə hissə-hissə olmaqla Zərərçəkmiş şəxs ödəyəcəyini bildirdi. Məhkəmə hesab edir ki, mülki iddia tam təmin olunmalı, təqsirləndirilən şəxs, mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs xeyrinə 3737 (üç min yeddi yüz otuz yeddi) manat məbləğində maddi ziyan tutulmalıdır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Bu Məcəllənin 108.2.-ci maddəsində isə göstərilib ki, məhkəmələrdə baxılan işlər üzrə dövlət rüsumunun əsasları, ödənilmə qaydaları, məbləği və dövlət rüsumu ödəməkdən azad edilmə halları qanunla müəyyən edilir. İşə əlavə olunmuş 20.04.2022-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs mülki iddianın məhkəmədə baxılması üçün dövlət büdcəsinə 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, mülki iddiaçının xeyrinə təqsirləndirilən şəxsdən 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu tutulmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X3 Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 40 (qırx) saat, Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt sərf etmişdir. Ona görə də 360 (üç yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası CPM-nın 348, 356, 358-ci maddələrini rəhbər tutub, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 09.03.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 09.02.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə məhkəmə xərci olan 50 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs üzərinə qoyularaq ondan tutulub dövlət büdcəsinə keçirilsin. İş üzrə maddi sübut kimi tanınmış, 01 ədəd oyun aparatı və 04 ədəd oyun pultları ibtidai istintaq orqanı tərəfindən Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxs 3737 (üç min yeddi yüz otuz yeddi) manat məbləğində maddi ziyan və 57 (əlli yeddi) manat məbləğində dövlət rüsumu, cəmi 3794 (üç min yeddi yüz doxsa dörd) manat məbləğində pul tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərdiyi hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2 240 (iki yüz qırx) manat məbləğində vəsait, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi xidmətə görə isə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 120 (yüz iyirmi) manat məbləğində vəsait, ümumilikdə 360 (üç yüz altımış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından tutularaq ("xxxx" ASC-nin 1 saylı Sumqayıt filialı, 09Aİİ********************, VÖEN:**********) hesabına ödənilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Rəşad Mustafayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar