Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-435/2025 01.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Hüseynov İsfahan Abbas oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs- Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1987-ci ildə Sumqayıt şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, məhkumluğu olan, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivi, nömrəsiz fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM-nin) 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Sumqayıt şəhəri, Sahil küçəsi, Novxanı qəsəbəsi ərazisində yerləşən “Enjoy" restoranında olan zaman əvvəllər sevgi münasibətində olduğu Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış 1 dəqiqə ərzində davam edən mübahisə zamanı əli ilə sonuncunun sağ əlindən bir neçə dəfə vuraraq “sağ əlin V barmağının çıxığı-sınığı” ilə müşayiət edilən, zərər çəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və СM-nin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan Zərərçəkmiş şəxs qəsdən sağlamlığına az ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona CM-nin 127.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində bildirmişdir ki, fərdi əmək fəaliyyəti ilə məşğul olur, Sumqayıt şəhəri, 17-ci mikrorayon, İsmət Qayıbov küçəsidə yerləşən “İdeal” avtosalonda avtodiaqnostikada elektrik işləyir. Belə ki, o, 2025-ci ilin yanvar ayının əvvəllərində Zərərçəkmiş şəxs ilə Sumqayıt şəhərində ortaq dostlarının təşkil etdiyi ziyafətdə tanış olmuş, tanışlıqdan sonra aralarında isti münasibətlər yaranmış və bir-birilə yaxın münasibət saxlamışlar. Münasibətləri dövründə ara-sıra Fəridə ilə Sumqayıt şəhərində müxtəlif yerlərdə görüşmüşlər. Sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə Fəridəyə zəng edib harada olduğunu soruşub onunla görüşmək istədiyini bildirmiş, Fəridə ona qısa müddət ərzində yanına gələcəyini bildirsə də, daha sonra Fəridə onu öz yanına dəvət etmişdir. O, Fəridədən harada olduğunu soruşduqda sonuncu Sumqayıt şəhəri, Novxanı qəsəbəsi ərazisində yerləşən “Enjoy” restoranında rəfiqəsi ilə əyləşdiyini bildirmişdir. Bundan sonra o, həmin yerə getmək üçün Sumqayıt şəhəri, 17-ci mikrorayonda yerləşən iş yerindən çıxaraq yaxınlıqda olan Elnur adlı dostunu görmüş və Elnura onu həmin restorana aparmasını xahiş etmişdir. Elnur da onu deyilən yerə aparıb düşürtmüşdür. O, maşından düşüb birbaşa restorana daxil olmuş, Fəridənin əyləşdiyi 2-ci mərtəbəyə qalxmışdır. O, həmin vaxt Fəridənin rəfiqəsindən əlavə masada tanımadığı 2 nəfər kişinn əyləşdiyini görmüş, lakin bundan öncə Fəridənin ona rəfiqəsi ilə tək oturduğunu bildirdiyi üçün o, əsəbləşmiş, Fəridəyə əli ilə işarə edib onu yanına çağırmışdır. O, restoranın zal hissəsindən pilləkən istiqamətində bir qədər düşüb orta pilləkən hissəsində dayanmış, Fəridə onun yanına gəldikdən sonra sonuncuya nə üçün yalan danışdığını bildirdikdə Fəridə müxtəlif bəhanələr gətirmişdir. Fəridənin ona restorana gəlməmişdən öncə yazdığı “yaxşı kişi olsaydın burda olardın” məzmununda sms niyə yazdığını soruşduqda sonuncu ona “yazmışam” cvabını verdikdə o, bu sözdən əsəbiləşmiş restoranın pilləkənində Fəridənin sifət nahiyəsinə əlinin arxa hissəsi ilə bir dəfə şillə ilə vurmuşdur. Qeyd edir ki, bundan sonra aşağı düşərək gəldiyi avtomobilin yanında həmin avtomobilin qapısını açmaq istədikdə Fəridənin dırnaqları uzun olduğundan barmaqları həmin avtomobilin qapısına ilişmiş, bu zaman Fəridə hay-küy salıb qışqırmış, aralarında olan qısa mübahisədən sonra o, həmin yerdən aralanıb restoranı tərk edib Sumqayıt şəhəri, 19-cu məhəllə ərazisinə gəlmişdir. Bundan sonra Fəridə ona zəng edərək barmağının xəsarət aldığını və hazırda Sumqayıt şəhəri, travmatologiya xəstəxanasında olduğunu bildirmişdir. O, həmin yerə gedib Fəridəni oradan götürüb onunla yaşadığı Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsinə gəlib, onu evinə qədər ötürmüş, yol boyu ondan üzr istəyib etdiyi əməldən peşman olduğunu bildirmişdir. Daha sonra evə getmiş, həmin tarixdən sonra Fəridəni görməmişdir. Lakin aralarında telefon danışıqları olmuş, Fəridəyə bir neçə dəfə müalicəsi üçün hissəhissə olmaqla 100 manata yaxın pul ödəmişdir. Pulları onun kart hesabına köçürmüşdür. Bundan təxminən 12 gün sonra Fəridə onun barəsində Polisə şikayət etmişdir. Bildirir ki, ibtidai istintaq zamanı Zərərçəkmiş şəxs 1000 manat olmaqla cəmi 1100 manat müalicəsi üçün pul ödəmişdir. Əməlində peşmandır, hazırda zərərçəkmiş şəxsə əlavə 200 manat ödəniş etmiş, sonuncu onunla barışmış, heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Qeyd olunanlara əsasən barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi özünün dolayısı ilə etirafedici ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında iş üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hadisə baş verməmişdən təxminən 10 günə yaxın müddətdə Emil adlı şəxs ilə tanış olmuş, tanışlıqlarından sonra Emillə aralarında səmimi, isti münasibətləri yaranmışdır. Həmin dövrdə Emil ona qarşı hədsiz qısqanc olduğu üçün aralarında mübahisələr yaranmışdır. Bildirir ki, sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə saat təxminən 21:30 radələrində rəfiqələri ilə birlikdə Sumqayıt şəhəri, Novxanı ərazisində yerləşən "Enjoy" restoranına getmiş, o, restoranda olarkən Emil ona zəng edərək harada olduğunu soruşmuş, o, olduğu məkanı desə də bunun Emilə heç bir aidiyyəti olmadığını bildirmişdir. Bu telefon danışığından təxminən 40 dəqiqə sonra Emil onun olduğu yerə gəlib ona işarə edib, yanına çağırmış, Emilin yanına getdikdə Emil ondan nə üçün restorana gəldiyini soruşmuş, cavab olaraq Emilə bu məsələnin ona heç bir əlaqəsinin olmadığını bildirmişdir. Onun bu cavabından sonra Emil gözləmədiyi anda onun sifət nahiyəsinə şillə ilə zərbə endirmişdir. O, sağ əlini yuxarıya doğru qaldırdığı zaman Emil bir daha onun əlinə zərbə endirmiş, bu da onun barmağının zədələnməsinə səbəb olmuşdur. Bundan sonra Emil ondan ayrılıb restoranı tərk etmişdir. Daha sonra rəfiqəsi İradə onu götürüb Sumqayıt şəhəri təcili tibbi yardım xəstəxanasına çatdırmışdır. O, xəstəxanadan çıxanda Emil gəlmiş, onu yaşadığı ünvana qədər ötürmüş, yol boyu ondan üzr istəmişdir. Qeyd edir ki, hadisədən sonra Emil ona ara-sıra sınmış barmağının müalicəsi üçün 100 manata yaxın pul ödəmiş, sonradan Emil ona kömək etmədiyini görüb ondan polisə şikayət etmişdir. Qeyd edir ki, ibtidai istintaq zamanı Emil ona vurduğu maddi ziyana görə 1000 manat pul ödəmişdir. Bildirir ki, Təqsirləndirilən şəxs bu günki tarixdə vurulmuş ziyan məbləğindən qalıq qalan 200 manat pulu ona ödəmiş, o, sonuncu ilə barışmış, ona qarşı hər hansı tələbi və şikayəti qalmamışdır. Odur ki, qeyd edilənləri nəzərə alaraq təqsirləndirilən şəxsə qarşı yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam ödəmiş, Emillə barışmışdır. Bu səbəbdən təqsirləndirilən şəxsə yüngül həddə cəza təyin edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: “Cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” xx.xx.2025-ci il tarixdə (saat 11:00) fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 127.1-ci maddəsilə ********* saylı qərarı ilə cinayət işi başlanmış, icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə CM-nin 127.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. (i.v 67-68); “Təqsirləndirilən şəxsin dindirilməsi” haqqında 14 mart 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı həmin tarixdə, saat 13:45-də ifadəsi alınmışdır. (i.v.78-80); 14 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir (i.v.81-84); “baxış keçirilməsi haqqında” xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə baş verən yer Sumqayıt şəhəri, Novxanı qəsəbəsi, Sahil küçəsində yerləşən “Enjoy” restoranıdır. Retoran iki mərtəbəli olmaqla ikinci mərtəbədə böyük zaldan və birinci mərtəbədə otaqlardan ibarətdir. Mərtəbələr arasında taxtadan olan məhəccərli pilləkən var. Baxışda iştirak edən iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs hadisə baş verən yeri əli ilə göstərək tanışı Təqsirləndirilən şəxs onu restoranın taxtadan olan pilləkənində heç kimin olmadığı yerdə vuraraq ona az ağır bədən xəsarəti yetirdiyini bildirmişdir. Bu barədə fotoşəkillər çəkilərək, protokola əlavə edilmişdir. (i.v.9-13) Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmə-tibbi ekspertizasının xx.xx.2025-ci il tarixli 146 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində sağ əlin V barmağının çıxığı-sınığı xəsarti aşkar olunmuşdur. Həmin xəsarətlər bərk küt əşya təsirindən yaranmışdır, zərər çəkmişin Sumqayıt TTYX-ya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni, 19.01,2025-ci il tarixdə əmələ gələ bilərdi və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olmuş sağlamlığa AZ AĞİR zərərvurmaya aid edilir. (i.v.17-20) DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 03 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər rayon Məhkəməsinn xx.xx.2023-cü il tarixli qərarı ilə 05 ay 09 gün vaxtından əvvəl cəzadan şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. (i.v. 88-89, 120-123) CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 7ci bəndinə görə cinayət Məcəlləsinin 18.1-ci maddəsində cinayətlərin residivi əvvəllər qəsdən cinayət törətməyə görə məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi kimi təsbit edildiyindən, residivin müəyyən olunması zamanı şəxsin əvvəllər məhkum olunub-olunmaması, olunubsa, məhkumluğunun ödənilibödənilməməsi və yaxud götürülüb-götürülməməsi yoxlanılmalı, Cinayət Məcəlləsinin 83cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və yaxud ödənilmiş məhkumluqlar, habelə böyük ictimai təhlükə törətməyən (istər əvvəl, istər yeni törədilmiş) cinayətlər, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər və azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar isə Cinayət Məcəlləsinin 18.4-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayətlərin residivini yaradan hallar kimi nəzərə alınmamalıdır. Odur ki, hazırkı cinayət işi üzrə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olması nəzərə alınmamalıdır. Bundan başqa Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 1(060)- 779/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə cinayət təqibinə CM-nin 73.2-ci maddəsinə əsasən yəni zərərçəkmiş şəxs ilə barışdığına görə xitam verilmiş və cinayət məsuliyyətindən azad edilmişdir. (i.v. 124-127) CM-nin 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinə əsasən Şəxs bu Məcəllənin 72-73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs barəsində CM-nin 72-ci maddəsinin “Qeyd” hissəsi artıq tətbiq edildiyindən hazırkı iş üzrə zərərçəkmiş şəxs ilə barışmasına baxmayaraq onun barəsində yenidən 72-ci maddəsinin “Qeyd” hissəsi tətbiq edilməsi yolverilməzdir. “sübutların qiymətləndirilməsi haqqında” 24 may 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 mart 2025-ci il tarixdə elan olunmuş CM-in 127.1-ci maddəsində nəzərdə tutulmuş ittiham və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri qüvvədə saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 221.1 və 221.3-cü maddələri ilə cinayət təqibindən imtina edilmiş, iş üzrə ekspertiza rəyi, təqsirləndirilən və zərərçəkmiş şəxsin ifadələri sübut kimi qiymətləndirilməsi qərara alınmışdır. (i.v.128-134) Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda göstərilən əməlin törədilməsi onun dolayısı ilə etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, ekspert rəyi, istintaq hərəkətinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM144-146). CM-nin 127.1-ci maddəsinə əsasən zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu Məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma- iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır “Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, vurulmuş ziyanı tam ödəməklə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddələrinə əsasən onun əməlini yüngülləşdirən hal kimi nəzərə alınamlıdır. Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları-xüsusən zərərçəkmiş şəxsə vurulmuiş ziyanı tam olaraq ödəməsini, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 3 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli sonuncunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərinin və Abşeron rayonu ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmiş, hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 10 iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 28 aprel 2025-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından vəkil Müdafiəçi 110 (bir yüz on) manat məbləğində pul ödənilməlidir. CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs həmin məcəllənin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 08 (səkkiz) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt Şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 3 ünvanını tərk etməmək, Sumqayıt şəhəri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Cinayət işi üzrə mülki iddia, məhkəmə xərcləri maddi sübut yoxdur. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən, apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev
Məhkəmə qərarları › İş №1(060)-435/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-435/2025
01.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver