Məhkəmə qərarları › İş №1(060)-436/2020

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-436/2020

27.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-436/2020 27.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs1, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs: Abbasov Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta ixtisas təhsilli, fərdi əməklə məşğul olan, məhkum edilmiş, Sumqayıt şəhəri, 21-ci məhəllə, Natıvan küçəsi, yataqxana 19, ev 36-da qeydiyyatda olan, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq yaşayış massivi, 23 nömrəli Yanğın Söndürmə İdarəsinin yataqxanasında yaşayan Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2-ci və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Abbasov Təqsirləndirilən şəxs özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 23:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Socar Karbonit" zavodunun ərazisində yerləşən, Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi işçi briqadasının fəhlələrinin paltar dəyişmələri üçün nəzərdə tutulmuş vaqonun plastik qapısının arxasına, açılmamasından ötrü söykədilmiş nərdivanə kənara çəkib, vaqona qanunsuz daxil olaraq, oradan üzərində "Fujitherma, model TH 12 BA" markalanma yazıları olan, xarici görünüşünə görə istismar edilmiş, ağ rəngli, 250 (iki yüz əlli) manat dəyərində 01 ədəd split kondisioneri gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs1 250 (iki yüz əlli) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxxx 2020-ci il tarixdə saat 23:30 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Socar Karbonit" zavodunun ərazisində yerləşən Zərərçəkmiş şəxs1 rəhbərlik etdiyi işçi briqadasının fəhlələrinin paltar dəyişmələri üçün nəzərdə tutulmuş vaqonun plastik qapısının arxasına, açılmamasından ötrü söykədilmiş nərdivanı kənara çəkib vaqona qanunsuz daxil olaraq, oradan üzərində "EKM 10-3-K" markalanma yazıları olan, xarici görünüşünə görə istismar edilmiş, 130 (bir yüz otuz dörd) manat dəyərində 01 ədəd soyuducu mühərrikini və 80x190 sm ölçüdə, xarici görünüşünə görə istismar edilmiş, çərçivəsi olmayan, ağ rəngli kilid ilə birlikdə 100 (bir yüz) manat dəyərində həmin 01 ədəd qəhvəyi rəngli plastik qapını gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 230 (iki yüz otuz) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını ələ keçirmə məqsədi ilə xx xxxxx 2020ci il tarixdə saat 21:00 raələrində Zərərçəkmiş şəxs2 yaşadığı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri-2 yaşayış massivi ərazisində yerləşən fərdi tikili evin həyətinin dəmirdən olan darvazasının asma qıfılını həmin yerdən tapdığı dəmir parçası ilə sındırıb, həyətinə qanunsuz daxil olaraq, daha sonra isə, evin plastik pəncərəsini həmin dəmir parçası ilə sıxıb açaraq, oradan mənzilə daxil olub, mənzilin dəhlizinin divarından asılmış 50 (əlli) manat dəyərində 01 ədəd "Acer" markalı, AL 1916 W modelli kompüter monitorunu, yataq otağındakı şifonerin içərisindən asılmış 170 (bir yüz yetmiş) manat dəyərində 01 dəst kişi kostyumunu, qonaq otağındakı dolabın alt hissəsindəki gözlüyündən 60 (altmış) manat dəyərində 01 ədəd "İphone 4S" markalı, A 1387 modelli aksesuarsız mobil telefonu və qonaq otağının küncündə qutunun içində yerə qoyulmuş 50 (əlli) manat dəyərində 01 ədəd "Wolf" markalı WF-545 modelli, 2000 W gücə malik ətçəkən maşını gizli yolla talayıb zərərçəkmiş Zərərçəkmiş şəxs2 330 (üç yüz otuz) manat məbləğində maddi ziyan vuraraq oğurluq cinayəti törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs, ona, Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, əvvəllər bir neçə dəfə oğurluq etdiyinə görə məhkum olunmuş, sonuncu dəfə, 2020-ci ilin əvvəllərində, aliment verə bilmədiyi üçün, Sumqayıt şəhər Məhkəməsi tərəfindən məhkum olunaraq, əvvəlki cəzası da üstünə gələrək, ona 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və ayağına braslet taxılmışdır. Təxminən 2020-ci ilin yanvar ayının ortalarından bir neçə gün sonra, o, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yol kənarlarında dəmir-dümür yığmışdır ki, təhvil verib pul əldə etsin və həmin gün, saat 16:00 radələrində, yolu H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Socar Karbonit» zavodunun yanından düşmüşdür. Həmin vaxt o, «Socar Karbonit» zavodunun ərazisində bir boş sahədə, işıq olmayan yerdə, fəhlələrin paltar dəyişmələri üçün nəzərdə tutulmuş vaqon olduğunu, həmin vaqonun üzərində bir ədəd kondisioner quraşdırıldığını görüb, pula ehtiyacı olduğundan, gecə vaxtı həmin kondisioneri oğurlamaq qərarına gəlmişdir. Bundan sonra, saat 17:00 radələrində, o, onunla qonşuluqda yaşayan Şahid1 yanına gedərək, ondan, ucuz qiymətə kondisioner almaq istəyib-istəmədiyini soruşmuş, Çərkəz ucuz qiymətə kondisioneri haradan alacağını soruşmuş, o da Çərkəzə pula ehtiyacı olduğundan özünə məxsus kondisioneri ucuz qiymətə satmaq istədiyini bildirmişdir. Onun evində özünə məxsus kondisionerin olduğunu Çərkəz bildiyi üçün ona inanmış və kondisioneri ucuz qiymətə ondan almağa razı olmuşdur. Həmin axşam, saat 23:00 radələrində, o, tək Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Socar Karbonit» zavodunun ərazisindəki vaqon olan yerə getmiş və ətrafdakı boş sahədə heç kimin olmadığına əmin olub vaqona yaxınlaşmışdır. Vaqonun plastik qapısı qırıq olduğundan, arxasına nərdivan söykəmişlər ki, aşmasın və o, nərdivanı kənara çəkib, vaqonun içinə daxil olmuşdur. Vaqonun içindən «Fujitherma» markalı kondisionerin əsas hissəsini və çölündən kondisionerin mühərrik hissəsini sökəndən sonra, vaqonun plastik qapısını örtərək, yenə də arxasına nərdivanı söykəmiş, sonra kondisionerin hər iki hissəsini ayrı-ayrılıqda götürüb vaqonun arxasındakı təpə kimi torpaq tökülən yerin arxa tərəfinə aparıb yığmışdır ki, yoldan bir taksi tutub kondisioneri Çərkəzə satmağa aparsın. Lakin kondisioner ağır olduğundan, onu tək apara bilməyəcəyini başa düşüb, fikirləşmişdir ki, kimdənsə kondisioneri taksiyə yükləyib, Çərkəzgilə aparmağı xahiş etsin. Ona görə də, bir kəsdən ona köməklik etməyi xahiş etməkdən ötrü, o, oğurladığı kondisioneri təpənin arxasında qoymuş və həmin yerdən təxminən 100 metr aralıda yerləşən Bakı-Quba yoluna çıxmışdır. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində, Bakı-Quba yolunun kənarında yerləşən «Emin» şadlıq sarayının yanında, o, təxminən onunla yaşıd olan, əvvəllər «Mişka» ləqəbi ilə üzdən tanıdığı, Şahid2 ilə təsadüfən rastlaşmış, ondan yaxınlıqda qoyduğu özünə məxsus bir kondisioneri ağır olduğu üçün taksiyə yükləyib bir yerə aparmaqda ona köməklik etməsini xahiş etmişdir. Lakin Əliyə həmin kondisioneri oğurladığını deməmiş, özünün kondisioneri olduğunu, ona pul lazım olduğundan həmin kondisioneri satmağa apardığını demiş və Əli buna etiraz etməyərək ona köməklik etməyə razı olmuşdur. Həmin yerdə o, yoldan bir tanımadığı və dövlət nömrə nişanına baxmadığı «VAZ-21011» markalı taksi tutub, Əli ilə birlikdə həmin taksiyə əyləşərək taksini oğurluq etdiyi vaqonun yanına sürdürmüşdür. Orada onlar Əli ilə birlikdə taksidən düşüb vaqonun arxa tərəfində olan təpəliyin arxasına keçmiş, kondisionerin hər iki hissəsini köməkli götürüb taksinin arxa yük hissəsinə yükləmiş, taksiyə minib Çərkəzgilə aparmışlar. Onlar taksidə onun yaşadığı yataqxana ilə üzbəüz, yolun əks tərəfində yerləşən Çərkəzin yaşadığı evə yaxınlaşmış, o evin qapısını döyüb Çərkəzi çölə çağırmışdır. Əli taksi sürücüsü ilə birlikdə taksidə əyləşib onu gözləmişlər. Çərkəz çölə çıxmış, o Çərkəzə özünə məxsus «Fujitherma» markalı kondisioneri 100 (yüz) manata satdığını bildirmiş və Çərkəz razı olaraq ona 100 (yüz) manat pul vermişdir. Çərkəzlə birlikdə kondisioneri köməkli götürüb Çərkəzin həyətinə qoymuşlar. Bundan sonra o taksiyə əyləşmiş və onlar oradan çıxıb getmişlər. Yolda, acdıqları üçün taksini Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Qayalı» marketin yanında saxlatdırmış və oğurladığı kondisionerdən əldə etdiyi 100 (yüz) manat puldan taksi sürücüsünə 10 (on) manat pul verib onu yola salmışdır. Sonra Əli ilə birlikdə «Qayalı» marketə keçmişlər, oğurladığı kondisionerdən əldə etdiyi 100 (yüz) manat pulun təxminən 20 (iyirmi) manatına marketdən yeməyə şirniyyat, bir neçə digər ərzaq malları, içkilər və siqaret almış, həmin puldan onda təxminən 70 (yetmiş) manat pul qalmışdır. Əli ilə birlikdə «Qayalı» marketin qarşısında olan oturacaqda oturub aldığı ərzaq mallarını və şirniyyatı yemişlər. Əlini evinə yola salandan sonra özü də yaşadığı evə getmişdir. Kondisionerin pulundan onda qalan təxminən 70 (yetmiş) manatı da sonradan öz tələbatlarına tək xərcləmişdir. Ona yenə də pul lazım olduğundan bundan təxminən 2 gün sonra, saat 22:00 radələrində o yenə də həmin vaqon olan yerə gəlmişdir ki, keçən dəfə oğurluq edən zaman vaqonun içində yerdə gördüyü bir qutu «Grarbono» markalı köpük vuran maddəni və 01 ədəd qaz balonunu oğurlayıb yenə də Çərkəzə satsın. O yenə də vaqonun plastik qapısına arxadan söykədilmiş nərdivanı kənara çəkib vaqonun içinə daxil olmuş və vaqonun içərisində yerində olan bir qutu «Grarbono» markalı köpük vuran maddəni, 01 ədəd qaz balonunu və bir neçə ədəd xırda qab-qacağı götürüb, vaqonun plastik qapısını örtərək arxasına nərdivanı söykəmiş, həmin köpük vuran maddə olan qutunu və 01 ədəd qaz balonunu Çərkəzin yaşadığı, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Socar Karbonit» zavodunun yaxınlığındakı evinə aparmışdır ki, onları ona satıb pul əldə etsin. Çərkəzin yaşadığı həyət evinin qapısını döymüş, Çərkəz çölə çıxmış, Çərkəzə özünə məxsus bir qutu «Grarbono» markalı köpük vuran maddəni və 01 ədəd qaz balonunu ucuz qiymətə satdığını demiş, Çərkəz 15 (on beş) manat pulu olduğunu bildirmiş və Çərkəzdən 15 (on beş) manat pul alaraq həmin bir qutu «Grarbono» markalı köpük vuran maddəni və 01 ədəd qaz balonunu ona satmışdır. Həmin vaxt Çərkəz ona köhnə soyuducu mühərriki lazım olduğunu bildirmiş, o da oğurluq etdiyi vaqonun içərisində köhnə soyuducu olduğunu gördüyü üçün, həmin soyuducunun mühərrikini oğurlayıb gətirib Çərkəzə satmağı düşünmüş, Çərkəzə köhnə soyuducu mühərrikini ona təşkil edə biləcəyini bildirmişdir. Həmin axşam saat 23:30 radələrində yenə də tək vaqon olan yerə qayıtmış, vaqonun plastik qapısına arxadan söykədilən nərdivanı çəkib vaqonun içinə daxil olmuş, orada olan, markasına fikir vermədiyi köhnə soyuducunun mühərrikini söküb çıxartmış, əlavə olaraq vaqonun 01 ədəd plastik qapısını götürüb bir-bir Çərkəzin yaşadığı evin yanına daşıyıb yığmış və yenə də Çərkəzi çölə çağırmışdır. O, Çərkəzə oğurladığı köhnə soyuducunun mühərrikini və plastik qapını göstərərək onlara görə nə qədər pul verə biləcəyini soruşmuş, Çərkəz həmin əşyalara görə 12 (on iki) manat pul verə biləcəyini bildirmiş, onların oğurluq olub-olmadığını soruşmuş, o da Çərkəzə arxayın olmasını, həmin əşyaların oğurluq olmadığını, özünə məxsus olduğunu, lakin özünə lazım olmadığını bildirmiş və həmin əşyaları Çərkəzə 12 (on iki) manata satıb getmişdir. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, «Socar Karbonit» zavodunun ərazisində yerləşən fəhlələrin paltar dəyişmək üçün nəzərdə tutulmuş vaqondan etdiyi oğurluqlar zamanı oğurladığı bir qutu «Qrarbono» markalı köpük vuran maddə və 01 ədəd qaz balonu ilə bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, material xırda talama kimi baxılmasından ötrü Sumqayıt şəhər Məhkəməsinə göndərilmiş və zərərçəkmiş şəxslə barışdığı üçün, inzibati xəta haqqında icraata xitam verilmişdir. Bundan başqa, xx xxxxx 2020-ci il tarixdə, saat 19:00 radələrində, kürt toyuğa yumurta qoymaq məqsədi ilə yumurta axtarmağa getmişdir. Qonşulardan təxminən 50-yə yaxın yumurta taparaq, onlara geri qayıdanda həmin yumurtaları götürəcəyini demiş və yolun əks tərəfində yerləşən «C- 70» yaşayış massivinə, orada yaşayan qonşulardan da yumurta soruşmağa keçmişdir. Artıq hava qaralmış, təxminən saat 21:00 radələri olmuşdur, o, həmin ərazidə hər tərəfdən daş hasara alınmış, işıqları yanmayan və darvazasının qıfılı bağlanmış vəziyyətdə olan bir həyət evi görmüş və həmin evdə heç kimin olmadığını başa düşmüş, onda həmin evdən oğurluq etmək fikri yaranmışdır. Ətrafa nəzər yetirmiş, sakitlik olduğuna əmin olaraq, həmin yerdən tapdığı dəmir parçası ilə həyət evinin dəmir darvazasının asma qıfılını sındırıb həyətə daxil olmuş və evin dəmirdən olan giriş qapısına yaxınlaşmışdır. Evin dəmirdən olan giriş qapısı bağlı vəziyyətdə olduğu üçün evin sol tərəfindəki plastik pəncərəsini əlində olan dəmir parçası ilə sıxaraq açmış və pəncərədən evin içinə daxil olmuşdur. Evin dəhlizi və bir otağı təmirli vəziyyətdə olsa da, digər otaqları təzə tikildiyindən və onların içində yaşayış olmadığından onların içinə keçməmişdir. O, özündə olan alışqanın işığında evin dəhlizini və yaşayış olan təmirli otağın içərisini axtarmağa başlamışdır ki, oradan pul və ya qiymətli əşyalar oğurlasın. Mənzilin dəhlizində divardan asılmış 01 ədəd «Acer» markalı kompyuter manitorunu, yataq otağındakı şifonerin içərisindən asılmış bir dəst qara rəngli kişi kostyumunu, şifonerin alt hissəsindəki siyirməsindən içərisində kağızlar olan adi polietilen qovluğu, mənzilin yaşayış olan otağındakı dolabın alt hissəsindəki gözlüyündən «İphone» markalı 01 ədəd mobil telefonu və qonaq otağında küncdə yerə qoyulan qutunu içində olan ətçəkən maşınla birlikdə götürmüş, həmin evdən tapdığı qara rəngli sellofan torbaya yığaraq girdiyi pəncərədən onları çölə çıxartmışdır. Oğurladığı həmin əşyalardan kostyumla ət çəkən maşını yaşadığı yataqxananın yaxınlığındakı bina evində yaşayan tanışı Teymura aparıb vermiş və demişdir ki, həmin əşyalar özünə məxsusdur, özündə saxlasın, sabah gələr və onları satmaqda ona köməklik edər. Yerdə qalan oğurladığı əşyaları evə aparıb orada gizlətmişdir ki, yaxın günlərdə onları satıb pul əldə etsin. Lakin oğurladığı polietilen qovluğun içərisində pul tapmamış, orada müxtəlif sənədlərin – hərbi biletin, xarici pasportun, nigah haqqında şəhadətnamənin, şəxsiyyət vəsiqəsinin PİN və PUK kodları yazılmış iki ədəd vərəqlərin olduğunu görüb onları öz evində saxlamışdır ki, sonra onları ya öz yerinə qaytarsın, ya da həmin evin yanına atsın ki, sahibləri görüb götürsünlər. xx xxxxx 2020-ci il tarixdə, saat 09:30 radələrində Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməkdaşları onun yaşadığı evə gələrək onu bölməyə dəvət etmişlər və o, hər iki yerdən etdiyi oğurluqları etiraf edərək hər şeyi olduğu kimi danışmışdır. Bundan sonra, polis əməkdaşları onun yaşadığı evə baxış keçirib oğurladığı əşyaların bir hissəsini ondan, digər hissəsini, bilmir hansıları, Çərkəzdən və Teymurdan götürmüşlər. 2020-ci ilin yanvar ayının ortalarından bir neçə gün sonra, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, «Socar Karbonit» zavodunun ərazisində yerləşən fəhlələrin paltar dəyişmək üçün nəzərdə tutulmuş vaqondan yuxarıda göstərilən əşyalardan başqa heç nə oğurlamamış və həmin əşyaları 2 gündə, lakin 3 dəfəyə oğurlamışdır. Hazırda etdiyi əmələ görə peşmandır, azyaşlı uşağı olduğu üçün ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs1 göstərmişdir ki, fərdi sahibkar olaraq 15 nəfərdən ibarət briqadası ilə yük daşıma fəaliyyəti ilə məşğul olur, iş icraçısıdır, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Socar Karbonit» zavodu ilə müqavilə bağlamış və öz briqadası ilə həmin zavodun yükünü daşıyır. «Socar Karbonit» zavodunun ərazisində onun briqadasının fəhlələrinə paltar dəyişmək üçün vaqon ayrılmış, həmin vaqonun içinə bütün lazımı əşyaları öz puluna almış və vaqonun plastik qapısının kilidinin açarı yalnız onun özündədir. Həmin vaqonun içindən əvvəllər də bir neçə dəfə xırda oğurluqlar baş vermiş, lakin fikir verməmişdir. Sonuncu dəfə, xx xxxxxx 2020-ci il tarixdə, saat 20:00 radələrində fəhlələrin geyinib-soyunması üçün nəzərdə tutulmuş vaqonun plastik qapısının kilidini özündə olan açarla bağlayıb evinə getmiş və səhərisi gün, yəni xx xxxxxx 2020-ci il tarixdə, saat 08:30 radələrində gəlib görmüşdür ki, vaqonun plastik qapısı çıxarılıb aparılmış və vaqonun içindən özünə məxsus, 2 il əvvəl Bakı şəhəri, Qaradağ rayonu ərazisində yerləşən «Sədərək» Ticarət Mərkəzindən 700 (yeddi yüz) manata aldığı, hal-hazırda işlənmiş vəziyyətdə dəyəri təxminən 400 (dörd yüz) manat olan 01 ədəd «Fujitherma» markalı, TN 12 BA modelli kondisioner, 70 (yetmiş) manat dəyərində 01 ədəd «EKM 10-3-K» markalı soyuducunun mühərriki, içərisində 16 ədəd olmaqla, hər bir ədədinin qiyməti 5 (beş) manat, 16 ədədinin qiyməti 80 (səksən) manat olan bir qutu «Grarbono 750 ml» markalı köpük vuran maddə və tutumu 20 litr olan 20 (iyirmi) manat dəyərində 01 ədəd qaz balonu oğurlanmışdır. Oğurlanmış 01 ədəd vaqonun plastik qapısının isə dəyəri təxminən 150 (yüz əlli) manat olmuşdur. Vaqondan oğurluq baş verdiyini aşkar edib, o, özünə məxsus ***-***-**-** SİM nömrəli mobil telefonundan DİN-nin «102» xidmətinə zəng edərək, baş vermiş oğurluq barədə məlumat vermiş və Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə gedərək, ərizə ilə müraciət etmişdir. Bir müddət sonra onu Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə çağırmışlar, orada ona, oğurlanan əşyaları göstərmiş, həmin əşyaların ona məxsus olub-olmadığını soruşmuşlar, həmin əşyalara baxaraq vaqondan oğurlanan əşyalarını tanımışdır. Həmin vaxt bölmədə ona 35-40 yaşlı Təqsirləndirilən şəxs adlı cavan oğlanı göstərib vaqondan oğurluğu həmin şəxsin etdiyini demişlər. xx xxxxxx 2020-ci il tarixdə, gecə saatlarında iş icraçısı işlədiyi, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Socar Karbonit» zavodunda fəhlələrin paltar dəyişmək üçün nəzərdə tutulmuş vaqondan yuxarıda qeyd olunan əşyalardan başqa heç nə oğurlanmamış və həmin oğurluq nəticəsində ona 720 (yeddi yüz iyirmi) manat məbləqində maddi ziyan dəymişdir.Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur, ona azadlıqda məhrumetmə ilə əlaqədar olmayan yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi ərizəsində ona dəymiş ziyan tam həcmdə ödənildiyi üçün Abbasov Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmadığını bildirilmişdir. xx.xx.2020-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 göstərdi ki, xx xxxx 2020-ci il tarixdə, saat 14:00 radələrində həyat yoldaşı X4 ilə birlikdə yaşadıqları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri-2 yaşayış massivi ərazisində yerləşən fərdi tikili evdən çıxıb bir neçə günlük Qusar rayonunda yaşayan valideynlərinin yanına getmişlər. Dünyada «Koronavirus» pandemiyasının yayılması ilə bağlı həmin ərəfədə Azərbaycan Respublikasında da qəbul olunmuş «karantin» rejimi ilə əlaqədar onlar xeyli vaxt, təxminən bir ay 10 gün Sumqayıt şəhərinə qayıda bilməmişlər, məcbur olub atasıgildə, Qusar rayonunun Xurel kəndində qalmışlar. xx xxxxx 2020-ci il tarixdə, saat 09:00 radələrində qaynatası Rasim ortancıl qızı, onun baldızı Aynurun mobil telefonundan «Wathsapp» vasitəsi ilə onun həyat yoldaşı Günelin istifadəsində olan mobil telefonuna zəng edərək yaşadıqları evin dəmir darvazasının qıfılının sındırıldığını və evdən oğlurluq baş verdiyini bildirmişdir. xx xxxxx 2020-ci il tarixdə həyat yoldaşı Günellə birlikdə bir taksi ilə Qusar rayonundan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri-2 yaşayış massivi ərazisində yerləşən fərdi tikili evlərinə gəlmişlər. Həmin tarixdə o, evlərindən baş vermiş oğurluqla bağlı Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinə ərizə ilə müraciət etmiş və polis əməkdaşları ilə birlikdə evə gəlib baxış keçirmişlər. Baxış zamanı müəyyən olunmuşdur ki, naməlum şəxs və ya şəxslər evin həyətinin dəmir darvazasnının qıfılını sındırıb, sonrada evin plastik pəncərəsini sıxıb açaraq evin içinə girmiş, evdən oğurluq etmişlər. Belə ki, evə baxış keçirdikləri zaman mənzilin dəhlizində divardan asılmış, təxminən 10 il əvvəl Quba rayonundakı mağazaların birindən 250 (iki yüz əlli) manata aldığı 01 ədəd «Acer» markalı kompyuter manitorunun, yataq otağındakı şifonerin içərisindən asılmış, xx xxxxx 2019-cu il tarixdə baş vermiş onunla həyat yoldaşının toy məclisindən bir neçə gün əvvəl Quba rayonundakı paltar dükanlarının birindən 350 (üç yüz əlli) manata aldığı bəylik kostyumunun, həmin şifonerin alt hissəsindəki siyirməsindən, içərisində özünə məxsus müxtəlif sənədlərin – hərbi bileti, xarici pasportu, nigahları haqqında şəhadətnamə, şəxsiyyət vəsiqəsində olan elektron imza sertifikatlarının PİN və PUK kodları yazılmış iki ədəd vərəqlər qoyduğu adi polietilen qovluğun, qonaq otağındakı dolabın alt hissəsindəki gözlüyündən oğurluq baş verməmişdən təxminən 3-4 ay əvvəl Sumqayıt şəhərindəki mobil telefon satışı mağazaların birindən işlənmiş vəziyyətdə 40 (qırx) manata aldığı, hal-hazırda təmirə ehtiyacı olan «İphone 4 S» markalı 01 ədəd mobil telefonunun və qonaq otağında küncdə yerə qoyduqları qutunun içində, toy ərəfəsində təxminən 80 (səksən) manata cehizlik alınan «Wolf» markalı ətçəkən maşının oğurlandığını aşkar etmişlər. xx xxxx 2020-ci il tarixdən, saat 14:00 radələrindən, xx xxxxx 2020-ci il tarixə, saat 09:00 radələrinə qədər olan müddət ərzində yaşadıqları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri-2 yaşayış massivi ərazisində yerləşən fərdi tikili evlərindən yuxarıda qeyd olunan əşyalardan başqa heç nə oğurlanmamış və oğurlanmış əşyaların işlənmə faizi nəzərə alınsa, həmin oğurluq nətijəsində ona təxminən 500 – 600 (beş yüz – altı yüz) manat məbləqində maddi ziyan dəymişdir. Hazırda ona dəymiş ziyan ödənilsə də, kostyumu qaytarılmamışdır. Kostyum və ya onun dəyəri 170 manat ona verilərsə təqsirlndirilən şəxsə qarşı şikayəti olmayacaqdır, amma hazırda şikayətçidir. Zərərçəkmiş şəxs2 oğlunun məhkəməyə təqdim edilmiş xx.xx.2020-ci il tarixli ərizəsində gəstərilmişdir ki, ona dəymiş ziyan ödənilmiş, lakin bir ədəd kostyum qaytarılmamışdır. Kostyum və ya onun dəyəri 170 manat ona ödəniləcəyi təqdirdə təqsirlndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi olmayacaqdır. Şahid qismində dindirilmiş Şahid1 məhkəmə iclasında göstərdi ki, Abbasov Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Quşçuluq yaşayış massivi, 23 nömrəli Yanğın Söndürmə İdarəsinin yataqxanasında onunla yaxınlıqda yaşayan şəxs kimi 1993-cü ildə həmin ünvana köçdüyü vaxtdan tanıyır. Təxminən 2020-ci ilin yanvar ayının ortalarından sonrakı günlərin birində, tarix yadında deyil, saat 17:00 radələrində Abbasov Təqsirləndirilən şəxs məhəllədə ona yaxınlaşaraq ucuz qiymətə satlıq kondisioner olduğunu, almaq istəyib-istəmədiyini soruşmuş, Təqsirləndirilən şəxs həmin kondisionerin kimə məxsus olduğunu, oğurluq mal olub-olmadığını soruşmuşdur. Təqsirləndirilən şəxs pula ehtiyacı olduğundan öz evinin kondisionerini satdığını söyləmişdir. O, Təqsirləndirilən şəxs, evində bir ədəd kondisioner olduğu və öz evinə həmin kondisioner lazım olduğu halda, hansı səbəbdən həmin kondisioneri satdığını soruşmuş, Təqsirləndirilən şəxs tanışı başqa evə köçdüyünə görə həmin kondisioneri və evinin digər əşyalarını satdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin kondisioneri neçəyə satdığını soruşmuş, Təqsirləndirilən şəxs kondisionerin yaxşı, işlək vəziyyətdə olduğunu və 150 (yüz əlli) manata satdığını demiş, o isə 100 (yüz) manat pul verə biləcəyini bildirmişdir. Təqsirləndirilən şəxs onunla razılaşmış, bir neçə saat sonra, saat 23:00 radələrində Təqsirləndirilən şəxs satdığı kondisioneri gətirmiş və kondisioneri onun evinin qapısının ağzına yerə qoymuşdur. O, kondisionerə baxıb yaxşı vəziyyətdə olduğunu görərək bir daha Təqsirləndirilən şəxs kondisionerin kimə məxsus olduğunu soruşmuş, Təqsirləndirilən şəxs həmin kondisionerin yaxın tanışının olduğunu, həmin tanışının başqa evə köçdüyü üçün, kondisioneri və evin digər əşyalarını ucuz qiymətə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs 100 (yüz) manat pul vermiş və Təqsirləndirilən şəxslə birlikdə köməkli həmin kondisioneri onun evinin içinə salmışlar. Bundan sonra, Təqsirləndirilən şəxs çöldə onu gözləyən bir taksiyə minib getmişdir. Həmin gecə, ya da həmin gecədən 1-2 gecə sonra, saat 23:00 radələrində Təqsirləndirilən şəxs yenə də onun yaşadığı evə gələrək onu çölə çağırmış, başqa evə köçən həmin tanışının flakonlarda bir qutu köpük vuran maddəni ucuz qiymətə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs, 15 (on beş) manat pulu olduğunu bildirmiş, Təqsirləndirilən şəxs həmin bir qutu köpük vuran maddəni ona 15 (on beş) manata satmağa razılaşmış, Təqsirləndirilən şəxs 15 (on beş) manat pul verərək həmin bir qutu köpük vuran maddəni ondan almışdır. Həmin vaxt onun öz evində olan köhnə «Abşeron» markalı soyuducunun mühərriki xarab olduğu üçün, həmin soyuducuya SSRİ-nin vaxtı istehsal olunan hansısa başqa bir köhnə soyuducunun mühərriki lazım olduğundan Təqsirləndirilən şəxs köhnə soyuducunun mühərriki lazım olduğunu bildirmiş, başqa evə köçən həmin tanışının evində köhnə soyuducunun olub-olmadığını soruşmuş, Təqsirləndirilən şəxs də ona, həmin tanışının evində köhnə soyuducunun və digər xırda-para satdıq əşyaların olduğunu və onun üçün onları təşkil edə biləcəyini bildirmiş və çıxıb getmişdir. Təxminən 1 saatdan sonra Təqsirləndirilən şəxs qayıdaraq köhnə soyuducunun mühərrikini, əlavə olaraq 01 ədəd qaz balonunu və 01 ədəd plastik qapını gətirmiş, onlara görə nə qədər pul verə biləcəyini ondan soruşmuş, Təqsirləndirilən şəxs, həmin əşyalara görə 12 (on iki) manat pul verə biləcəyini bildirmiş, onların oğurluq olub-olmadığını yenidən Təqsirləndirilən şəxs soruşmuş, Təqsirləndirilən şəxs də ona, arxayın olmasını, həmin əşyaların oğurluq olmadığını, həmin tanışının başqa evə köçdüyü üçün bütün ev əşyalarını satdığını bildirmişdir. Təqsirləndirilən şəxs həmin əşyaları ona 12 (on iki) manata satmağa razı olmuşdur. Həmin əşyalara görə Təqsirləndirilən şəxs 12 (on iki) manat pul vermiş və Təqsirləndirilən şəxs çıxıb getmişdir. Təqsirləndirilən şəxs ona satdığı bütün əşyaları öz evinin həyətində bir yerə yığıb saxlamışdır ki, lazım olanda onları istifadə etsin. Eyni zamanda, o, həmin əşyaların cinayət yolu ilə əldə edildiyindən şübhələnib, bir neçə gündən sonra, Sumqayıt şəhər Polis İdarəsinin 2-ci Polis Bölməsinin əməliyyatçısı olan tanıdığı Ramilə bunları bildirmiş və bölmənin əməkdaşları onun evinə gələrək həmin əşyaları götürmüşlər və Təqsirləndirilən şəxs həmin əşyaları Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, «Socar Karbonit» zavodunun ərazisində yerləşən fəhlələrin paltar dəyişmək üçün nəzərdə tutulmuş vaqondan oğurladığını bildirmişlər. Şahid qismində dindirilmiş Şahid2 göstərmişdir ki, ləqəbi «Mişka»dır. Abbasov Təqsirləndirilən şəxs, təxminən 1 ilə yaxındır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi sakini kimi təsadüfən tanımışdır. Təxminən 2020-ci ilin yanvar ayının ortalarında, saat 23:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi Bakı-Quba yolunun kənarında yerləşən «Emin» şadlıq sarayının yanında durub taksi sürücüləri ilə söhbət etmişdir, həmin vaxt Abbasov Təqsirləndirilən şəxs ona yaxınlaşaraq yaxınlıqda qoyduğu özünə məxsus bir ədəd kondisioneri, ağır olduğu üçün taksiyə yükləyib satmağa aparmaqda köməklik etməyini ondan xahiş etmiş, o da etiraz etməyərək öz razılığını bildirmişdir. Təqsirləndirilən şəxs yoldan bir tanımadıqları və dövlət nömrə nişanına baxmadıqları «VAZ-21011» markalı taksi saxlamış, onlar birlikdə həmin taksiyə əyləşmişlər, Təqsirləndirilən şəxs taksini Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən boş bir ərazidəki vaqon olan yerə sürdürmüşdür. Orada Təqsirləndirilən şəxslə birlikdə taksidən düşüb, vaqonun arxa tərəfində olan təpəliyin arxasına keçmişlər. Oradan, Təqsirləndirilən şəxs qoyduğu kondisionerin hər iki hissəsini köməkli götürüb taksinin arxa yük hissəsinə yükləyərək Təqsirləndirilən şəxslə birlikdə həmin kondisioneri hansısa evə aparıb qoymağa getmişlər. Sumqayıt şəhəri, H.Z,Tağıyev qəsəbəsi ərazisində yerləşən «Socar Karbonit» zavodunun yaxınlığındakı yanğın söndürmə idarəsinin yataqxanasının yanına gəlmişlər, orada Təqsirləndirilən şəxs taksinin içində onu gözləməyini bildirmiş, özü isə yataqxananın yaxınlığındakı həyət evinə keçib, bir neçə dəqiqədən sonra, oradan bir nəfər onun tanımadığı arıq bədən quruluşlu cavan oğlanla birlikdə qayıtmışdır. Həmin cavan oğlan Təqsirləndirilən şəxslə birlikdə gətirdikləri kondisioneri taksinin arxa yük yerindən çıxardıb həmin oğlanın evinə aparmışlar, sonra Təqsirləndirilən şəxs qayıdıb, taksiyə oturmuş və onlar, bir az acdıqları üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi ərazisində yerləşən «Qayalı» marketə getmişlər. Yolda Təqsirləndirilən şəxs ona demişdir ki, özünə məxsus həmin kondisioneri həmin oğlana 100 (yüz) manata satmış və «Qayalı» marketdən bir az ərzaq almağı təklif etmişdir. Təqsirləndirilən şəxslə birlikdə «Qayalı» marketə çatıb orada taksini buraxmış, «Qayalı» marketə keçmişlər, Təqsirləndirilən şəxs oradan şiniyyat, siqaret və digər yadında olmayan ərzaq malları almış və onlar çölə çıxmışlar. Təqsirləndirilən şəxslə birlikdə «Qayalı» marketin qarşısında olan oturacaqda oturub Təqsirləndirilən şəxs aldığı ərzaq mallarını və şirniyyatı yemişlər, sonra hərəsi öz evinə getmişdir. Abbasov Təqsirləndirilən şəxs, taksidə onunla birlikdə köməkli apardıqları kondisioneri cinayət yolu ilə əldə etdiyi barədə ona heç nə deməmiş, həmin kondisionerin özünə məxsus olduğunu, ağır olduğu üçün, ona köməklik etməyini xahiş etmiş və pul lazım olduğu üçün satdığını bildirmişdir. İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli "Baxış keçirilməsi haqqında" protokoldan görünür ki, baxış obyekti Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri yaşayış massivi fərdi evdir. Evin giriş darvazasının qıfılı sındırılmışdır. Ev yarımtikili formasındadır. Evin bir tərəfi yaşayışa yararlı, digər hissəsi isə tikilmək üzrədir. Naməlum şəxs tikilməmiş hissədən pəncərəni sıxıb açaraq daxil olmuşdur. Ev 2 otaqdan ibarətdir. Giriş sol tərəfdə yataq otağı, üzbəüz qonaq otağıdır, Yataq otağından 01 ədəd bəylik kostyumu, sənədlər toplusu olan paket, giriş qapıdan üzbəüz qonaq otağından isə 01 ədəd ətçəkən maşın, siyirmədə olan 01 ədəd "İphone 4S" markalı telefon və eləcə dədəhlizdə divardan asılmış "Acer" markalı komputer monitorunun oğurlanması aşkar edilmişdir. Baxış zamanı ekspert-kriminalist əl-barmaq izləri aşkar etməmişdir. (i.v 10 İ cild) İş materiallarında olan xx xxxxx 2020-ci il tarixli "Baxış keçirilməsi haqqında" protokoldan görünür ki, baxış keçirilən obyekt Abbasov Təqsirləndirilən şəxs məxsus olan evdir. Baxış zamanı evin yataq otağından yatağın üstündə 01 ədəd "Acer" markalı kompüterin monitoru, evin qonaq otağında yatağın altında 01 ədəd "İphone 4S" markalı telefon, 01 ədəd hərbi bilet, 01 ədəd nikah haqqında şəhadətnamə, 01 ədəd pasport və eləcə də mətbəxə qoyulmuş "Wolf" Germany markalı ətçəkən maşın aşkar edilərək götürülmüşdür. (i.v 18 İ cild) İş materiallarında olan xx xxx 2020-ci il tarixli 9/1035 saylı ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş malların istifadədə olması nəzərə alınmaqla orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 160 manat müəyyən edilir. O cümlədən 01 ədəd "Acer" markalı AL 1916W model kompüter monitoru-50 manat, 01 ədəd "İphone 4S" markalı A1387 model telefon aksesuarsız-60 manat, 01 ədəd "Wolf" markalı WF-5xx xxxxx 2000W gücə malik ətçəkən maşın-50 manat.(i.v 26 İ cild) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli "Baxış keçirilməsi haqqında" protokoldan görünür ki, "Karbomid" zavodunun yükdoldurma yerindəki fəhlələrin paltardəyişmə vaqonu yaşıl rənglə rənglənmiş, plastik materialdan qapı və pəncərələri olan üç otaqdan ibarətdir, vaqonun giriş qapısının asma qıfılı sındırılmışdır, qapı açıq vəziyyətdədir, pəncərələrdə zədə və sınıq izi yoxdur. Baxış zamanı Zərərçəkmiş şəxs1 həmin vaqonun içərisini göstərərək bildirdi ki, xx.xx.2020-ci il tarixdə gecə saatlarında naməlum şəxs həmin vaqonun qapısının qıfılını sındıraraq içəri daxil olmaqla vaqondan 1 ədəd Fujitherma markalı kondisioneri, 01 qutu Grabond markalı köpük maddə vuran flakonları və 01 ədəd soyuducu motorlarını oğurlayaraq müəssisəyə maddi ziyan vurmuşdur. (i.v 74 İ cild) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 3057 saylı ekspert rəyindən görünür ki, aparılmış ekspert tədqiqatı nəticəsində Bakı şəhərində yerləşən ticarət mərkəzlərində və mağazalarda, eləcə də elektrik avadanlıqları satışı və təmiri məntəqələrində mövcud olan qiymətlərə əsasən, ekspertizaya təqdim edilmiş tədqiqat obyektlərinin, xx xxxxxx 2020-ci il tarixə, respublika daxili orta bazar pərakəndə satış qiymətləri təxminən aşağıdakı kimi müəyyən edilir: bir ədəd üzərində "Fujitherma model TH12BA" markalanma yazıları olan, xarici görünüşünə görə istismar edilmiş, ağ rəngli split kondisioner 250 manat, bir ədəd üzərində "EKM 10-3-K" markalanma yazıları olan, xarici görünüşünə görə istismar edilmiş soyuducu mühərriki 130 manat, bir ədəd 80x190 sm ölçüdə, xarici görünüşünə görə istismar edilmiş, çərçivəsi olmayan, ağ rəngli kilid ilə birlikdə qəhvəyi rəngli plastik qapı 100 manat, bir qutu üzərində "Grarbono 750 ml" markalanma yazıları olan təzə köpük vuran maddə 8 manat, bir ədəd üzərində markalanması olmayan, təxminən tutumu 20 L, gövdəsi göy rəngli qaz balonu 50 manat. (i.v 95-97 İ cild) İş materiallarında olan xx xxxx 2020-ci il tarixli "Qətimkan tədbirinin seçilməsi haqqında" qərardan görünür ki, Abbasov Təqsirləndirilən şəxs barəsində "polisin nəzarəti altına vermə haqqında" qətimkan tədbiri seçilmişdir.(i.v 182-183 İ cild) İş materiallarında olan Sumqayıt şəhər 3 saylı xəstəxananın baş həkimi əvəzi Vaqif Qəhrəmanovun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, Abbasov Təqsirləndirilən şəxs Sumqayıt şəhər 3 saylı xəstəxananın poliklinika şöbəsində psixiatrik kabinetdə ambulator və dispanser müalicədə olmamışdır.(i.v 211 İ cild) İş materiallarında olan X2 Dispanserin xx.xx.2020-ci il tarixli 2380 nömrəli arayışından görünür ki, Abbasov Təqsirləndirilən şəxs X2 Dispanserində qeydiyyatda yoxdur.(i.v 212 İ cild) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli 9/2261 saylı ekspert rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən 1 dəst istifadədə olmuş Türkiyə istehsalı olan bəylik kostyumun hadisə baş verən tarixə, yəni 2020-ci ilin aprel ayıan olan orta bazar qiyməti nəzəri qaydada təxminən 170 manat müəyyən edilmişdir.(i.v 215 İ cild) İş materiallarında olan xx.xx.2020-ci il tarixli xasiyyətnamədən görünür ki, Abbasov Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur.(i.v 217 İ cild) İş materiallarında olan xx xxxxxx 2020-ci il tarixli " Maddi sübut kimi tanıma haqqında" qərardan görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, "Socar Karbonit" zavodunun ərazisində yerləşən, fəhlələrinin paltar dəyişmələri üçün nəzərdə tutulmuş vaqondan oğurlanmış və Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd "Fujitherma" markalı TH 12 BA modelli kondisioner, 01 ədəd "EKM 10-3-K" markalı soyuducu mühərriki və 01 ədəd plastik qapı, bundan başqa Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Xəzri-2 yaşayış massivi ərazisində yerləşən fərdi tikili evdən oğurlanmış və Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Acer" markalı, AL 1916 W modelli kompüter monitoru, 01 ədəd "İphone 4S" markalı A 1387 modelli aksesuarsız mobil telefon və 01 ədəd "Wolf" markalı WF-545 modelli ətçəkən maşın maddi sübut kimi tanınaraq saxlanılmaları üçün sahiblərinə qaytarılmışdır.(i.v 235-239 İ cild) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 3(060)-533/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Abbasov Təqsirləndirilən şəxs barəsindəki xx xxxxxx 2020-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolla (vaqondan Zərərçəkmiş şəxs1 məxsus cəmi 70 manat dəyərində 1 ədəd propan balonu, 4 qutu köpük və qab-qacağın oğurlanması ilə bağlı) Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.0.10-cu maddəsinə əsasən xitam verilmişdir.(i.v 99 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2020-ci il tarixli tələbnaməsindən, hökmün və qərarın surətlərindən görünür ki, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-287/2016 saylı hökmü ilə Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 4000 manat miqdarında cərimə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Abbasov Təqsirləndirilən şəxs məhkəmə baxışınadək 17.02.206-cı ildən xx.xx.2016-cı ilədək 2 gün həbsdə olduğu müddət nəzərə alnmaqla üzərində qəti olaraq 3900 manat miqdarında cərimə cəzası saxlanılmışdır. Sumqayıt şəhər Məhkəməsinin xx xxxxx 2018-ci il tarixli qərarının surətindən görünür ki, Abbasov Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1(060)-287/2016 saylı hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.3-cü maddəsi ilə təqsirli bilinərək Azərbacan Respublikası CMnin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq saxlanılmış 3900 manat miqdarında cərimə cəzası, qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 2 il müddətə islah işləri cəzası ilə əvəz dilmişdir.(i.v 120-121, 187-194 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünün surətindən görünür ki, Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib 02 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə Abbasov Təqsirləndirilən şəxs təyin edilmiş (Azərbaycan Respublikası CM-nin 49.3-cü maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə təyin edilmiş 3900 manat miqdarında cərimə cəzasının əvəz edildiyi) qazancından 10 faiz tutulmaqla 02 il müddətə islah işləri cəzası 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzası kimi hesablanmış, həmin məcəllənin 67.1-ci maddəsinə əsasən ona həmin hökmlə təyin edilmiş cəzaya qismən birləşdirilmiş və üzərində qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası qalmışdır.(i.v 201-209 İ cild) İş materiallarında olan X3 Şöbəsinin böyük icra məmuru Cəmil Bəşirovun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, məhkum Abbasov Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 177.2.3-cü, 69.4cü maddəsi ilə təqsirli bilinərək 3900 manat məbləğində cərimə cəzasına məhkum edilmiş, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə ona təyin edilmiş cərimə cəzası aylıq qazancından dövlət nəfinə 10 faiz məbləğində pul tutulmaqla 02 il müddətinə islah işləri cəzası ilə əvəz edilmişdir. Məhkum Abbasov Təqsirləndirilən şəxs yeni cinayət törətdiyi üçün Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində CM-nin 49.3-cü və 67.1-ci maddələri tətbiq edilməklə ona qəti olaraq 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası müəyyən edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Abbasov xx.xx.2020-ci il tarixdə X3 Şöbəsində qeydiyyata alınaraq üzərinə elektron nəzarət vasitəsi tətbiq edilmişdir. Hazırda Q.Abbasov probasiya nəzarətində olmaqla cəza çəkir.(i.v 146 İ cild) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, məhkum Abbasov Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(060)-136/2020 saylı hökmü ilə təyin olunmuş 02 il 06 ay azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) ay 15 (on beş) günü çəkilmiş, çəkilməmiş 02 il 01 ay 15 günü azadlıdan məhrumetmənin 01 günü azadlığın məhdudlaşdırlmasının 02 günü hesabı ilə hesablanmaqla 01 il 22 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Abbasov Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş, o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini Azərbaycan Respublikası CMnin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarından göründüyü kimi, təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs X1 xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən 02 il 06 ay müddətinə azadlığın məhdulaşdırılması cəzasına məhkum edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən hökmlə təyin edilən cəza 01 il 22 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Republikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən etməmişdir. Məhkəmə təqsirləndirilən şəxs Abbasov Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Abbasov Təqsirləndirilən şəxs təyin olunan cəza Azərbaycan Republikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə ona təyin edilən cəzanın çəkilməmiş hissəsi ilə hökmlərin məcmusu üzrə birlıəşdirilməlidir. Abbasov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 175 (bir yüz yetmiş beş) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd "Fujitherma" markalı TH 12 BA modelli kondisioner, 01 ədəd "EKM 10-3-K" markalı soyuducu mühərriki və 01 ədəd plastik qapının Zərərçəkmiş şəxs1 təhvil verilməsi, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Acer" markalı, AL 1916 W modelli kompüter monitoru, 01 ədəd "İphone 4S" markalı A 1387 modelli aksesuarsız mobil telefon və 01 ədəd "Wolf" markalı WF-545 modelli ətçəkən maşının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalı və sahiblərinə qaytarılmış hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Abbasov Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 02 il 01 ay 15 gününün azadlıdan məhrumetmənin 01 günü azadlığın məhdudlaşdırlmasının 02 günü hesabı ilə hesablanmaqla 01 il 22 gün azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi ilə hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Abbasov Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzanın əvvəli xx xxxxxxx 2020-ci il tarixdən hesablansın. Abbasov Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Abbasov Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən həbsdə olması nəzərə alınaraq barəsində bu iş üzrə seçilmiş “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 175 (bir yüz yetmiş beş) AZN Abbasov Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE********************saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut - Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd "Fujitherma" markalı TH 12 BA modelli kondisioner, 01 ədəd "EKM 10-3-K" markalı soyuducu mühərriki və 01 ədəd plastik qapının Zərərçəkmiş şəxs1 təhvil verilməsi, Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd "Acer" markalı, AL 1916 W modelli kompüter monitoru, 01 ədəd "İphone 4S" markalı A 1387 modelli aksesuarsız mobil telefon və 01 ədəd "Wolf" markalı WF-545 modelli ətçəkən maşının Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın və sahiblərinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar