Məhkəmə qərarları › İş №1(060)-436/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-436/2021

17.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-436/2021 17.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı oğlunun, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili X2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, işləməyən, məhkum olunmuş, Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları yaşayış massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,385 qram çəkidə narkotik vasitə olan heroin əldə edərək onu üzərində daşıyaraq saxlamış, 16 mart 2021-ci il tarixdə saat 13:34 radələrində Sumqayıt şəhər Pİ-nin CAŞ-nin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılaraq 4-cü PB-ya gətirildikdən sonra üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli şalvarının kiçik ölçülü sağ yan cibindən şəffaf rəngli sellofan parçasına bükülmüş 0,385 qram çəkidə olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, narkotik vasitə olan heroin qəbul edir. O, 16 mart 2021-ci il tarixdə səhər saatlarında Sumqayıt şəhəri ərazisində yerləşən Simurq şadlıq sarayı tərəfdə olarkən 4-5 nəfər polis əməkdaşları ona yaxınlaşıb onu saxlamışlar. Onlar onun üzərinə baxış keçirsələr də heç bir qanunsuz əşya, predmet və narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra ona bildirmişlər ki, onun evində də axtarış aparacaqlar. O bildirmişdir ki, ailə üzvlərini narahat etməsinlər. Lakin polis əməkdaşları ona demişlər ki, sənin üzərindən narkotik vasitə çıxması və sənədləşdirilməsi ilə razılaş, yoxsa evindən də narkotik vasitə çıxacaqdır. Buna görə də o, məcbur qalıb polis əməkdaşlarının dedikləri ilə razılaşmışdır. Sonra onu Sumqayıt Şəhər Polis İdarəsinin yaxınlığına gətirmişlər. Orada onun üzərindən narkotik vasitə olmasında şübhəli bilindiyi üçün saxlanılmağı ilə bağlı videoçəkiliş aparılmışdır. Sonra isə onu Sumqayıt ŞPİ-nin 4-cü PB-nə aparmışlar. Orada onun üzərinə şəxsi axtarış keçirilmiş və onun üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülməsi ilə bağlı sənədləri imzalamış və heç bir etiraz etməmiş, etirafedici ifadə vermişdir. Tutulanda ona demişlər ki, səni heç kim tutmayacaq və 48 saatdan sonra sərbəst buraxacaqlar. Buna görə də o, hər şeyi etiraf etmiş və ifadə verib imzası ilə təsdiq etmişdir. Lakin onun barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Buna görə də o, ifadəsini dəyişmək qərarına gəlmişdir. Göstərdikləri həqiqətdir, bunun həqiqət kimi qəbul edilməsini istəyir, çünki göstərdiyi halları təsdiq edəcək heç bir hal bilmir, hansısa halın araşdırılması onun dediklərini təsdiq etməyəcəkdir. Təqsirləndirilən şəxs ona isnad edilən cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid3 göstərdi ki, 16.03.2021-ci il tarixdə Füzuli rayonu, Yuxarı Veysəlli kəndində qeydiyyatda olan, Sumqayıt şəhəri, 26-cı məhəllə, Xəzər bağları ərazisində «uçuq» binada məskunlaşıb yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru polis serjantı Şahid2, Sumqayıt ŞPİ-nın kriminalistik təhqiqatlar bölməsinin baş inspektor kriminalisti, polis mayoru Rasim Paşayevdən və Sumqayıt ŞPİ CAŞ-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin məlumat əsasında saat 13:34 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisinə gəlmişlər və bu zaman kriminalist Rasim Paşayev tərəfindən “Panasonic” markalı videokamera işə salınmışdır. Təxminən bir neçə dəqiqədən sonra Ramil adlı şəxsin əlamətləri ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görmüşlər. Onlar həmin şəxsin özünü şübhəli apardığını görüb ona yaxınlaşıb özlərini təqdim edərək həmin şəxsdən özünü təqdim etməsini bildirmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Ramil nə üçün saxlanıldığını soruşmuşdur. Onlar Ramilə onun qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli bilindiyi üçün saxlanıldığını və bu səbəbdən videoçəkilişlə üzərində şəxsi axtarış aparılacağını izah edərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra videoçəkiliş davam etməklə Təqsirləndirilən şəxs xidməti avtomobilə mindirilmiş və Sumqayıt ŞPİ-nin 4-cü PB-nə gətirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona üzərində olan qeyri-qanuni əşyaları təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində «kakos» narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükülüyə baxarkən orada qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 yanvar» metrosu ərazisində tanımadığı şəxsdən 6 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəzidə çəkilmişdir. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 Yanvar» metrosu ərazisində tanımadığı şəxsdən 6 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuşdur. Ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru polis baş serjantı Şahid2 da Şahid3 ifadəsinə oxşar ifadə vermişdir. Şahidlər dindirildikdən sonra Təqsirləndirilən şəxs məhkəmədə verdiyi ifadəni özünü müdafiə məqsədi ilə söylədiyini, özünü təqsirli bildiyini, istintaqda verdiyi etirafedici ifadəsini təsdiq etdiyini bildirərək göstərdi ki, 16 mart 2021-ci il tarixdə səhər saatlarında o, şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. O, Bakı şəhəri, 20 yanvar metrosunun yaxınlığında olarkən tanımadığı bir nəfər şəxs ona yaxınlaşaraq onda narkotik vasitə olan heroin olduğunu bildirmişdir. O, narkotikdən istifadə etdiyi üçün alıb özü üçün istifadə etmək məqsədi ilə həmin şəxsdən 10 manat pul verib bir ədəd şəffaf rəngli sellofan parçasına bükülmüş heroini ondan almışdır. Tutulanda heroini 06 manata aldığını desə də, 10 manata almışdır. Sonra o, Sumqayıt şəhərinə gəlmişdir. Həmin gün günorta vaxtı üzərində olan narkotik vasitə heroini münasib yer tapıb istifadə etmək üçün Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisinə gəlmişdir. O, 9-cu məhəllə ərazisi ilə gedərkən üç nəfər mülki geyimli, bir nəfər polis geyimində olan şəxslər onu tutmuşlar. Bu barədə ilkin ifadəsində də göstərmişdir. Hazırda etdiyi əmələ görə peşmandır, ailəlidir, üç uşağı var, Füzuli rayinundan məcburi köçkündür. Məhkəmədən göstərdiyi halları nəzərə alaraq ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. İş materiallarında olan "Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında" 16.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində 16.03.2021-ci il tarixdə saat 13:34-də tutulmuşdur.(i.v 17) İş materiallarında olan "Şəxsi axtarışın keçirilməsi barədə" 16.03.2021-ci il tarixli protokoldan görünür ki, həmin tarixdə saat 13:34-də inspektor-kriminalist tərəfindən rəqəmsal tipli "Panasonic" tipli rəqəmsal kamera işə salınaraq Təqsirləndirilən şəxs şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılmış, PB-nın xidməti otaqların birində vəkilin iştirakı ilə şəxsi axtarışın keçirilməsi təklif edilən zaman heç bir etirazının olmadığını bildirmiş və çəkiliş dayanmadan 4-cü PB-ya gətirildikdən sonra iştirakçılarla birlikdə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili Müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində «kakos» narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükülüyə baxarkən orada qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 yanvar» metrosu ərazisində tanımadığı şəxsdən 6 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,40 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra narkotik vasitə heroinə bənzər maddə qablaşdırılmış, möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunmuş, iştirakçılara ucadan oxunmuş, iştirakçılar həmin protokolu imzaları ilə təsdiq etmişlər. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 Yanvar» metrosu ərazisində tanımadığı şəxsdən 6 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı sonuncudan aşkar olunmuş “Vincestr” markalı siqaret, alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişdən istifadə olunmuş və videoçəkilişin müddəti saat 13:34-dən 13:42-dək davam etmişdir. (i.v 23) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 6/1075 saylı 17.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş zərfdəki içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,385 qram qəhvəyi rəngli maddə kustar üsulla alınmış narkotik vasitə heroindir. Heroin Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr"in siyahısına (Siyahı İ) daxildir.(i.v 35-38) İş materiallarında olan Sumqayıt şəhər Məhkəməsinin 4(060)-114/2021 saylı 18.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkanı tədbiri seçilmiş və həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu tarixdən, yəni 16.03.2021-ci il tarixdən saat 13:34-dən hesablanmışdır.(i.v 63-67) İş materiallarınfa olan "Maddi sübut kimi tanıma barədə" 18.03.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, aparılmış kimyəvi ekspertizalar nəticəsində xalis çəkisi 0,285 qram olan narkotik vasitə-heroin maddi sübut kimi tanınmış və məsul saxlanış üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. (i.v 71) İş materiallarında olan "...DVD diskinə yazılmış görüntülərə baxış keçirilməsi barədə" 24.05.2021-ci il tarixli protokoldan görünür ki, istintaq zamanı diskdəki videogörüntüyə baxılmış və müəyyən edilmişdir ki, 16.03.2021-ci il tarixdə saat 13:34-də Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 9-cu məhəllə ərazisində piyada hərəkət edərkən Sumqayıt Pİ-nın CAŞ-ın əməkdaşları tərəfindən saxlanılaraq Sumqayıt ŞPİ-nın 4-cü PBnın xidməti otaqların birində vəkilin iştirakı ilə üzərində şəxsi axtarışın keçirilməsi təklif edilən zaman heç bir etirazının olmadığını bildirmiş və çəkiliş dayanmadan 4-cü PB-ya gətirildikdən sonra iştirakçılarla birlikdə xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və vəkili Müdafiəçi təqdim olunmuş, daha sonra isə videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olubolmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan kiçik cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükülünü çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində «kakos» narkotik vasitə olan heroin olduğunu demişdir. Həmin bükülüyə baxarkən orada qəhvəyi rəngdə narkotik vasitə olan heroinə oxşar maddə aşkar olunmuşdur. Onlar ondan həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni həmin gün Bakı şəhəri, «20 yanvar» metrosu ərazisində tanımadığı şəxsdən 6 manata aldığını və özü istifadə etdiyi üçün götürüb üzərində gəzdirdiyini demişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin çəkisinin 0,40 qram olduğu müəyyən olunmuşdur. Təqsirləndirilən şəxs bu çəkiyə etiraz etməmişdir. Bundan sonra təhqiqatçı Rafiq Quliyev narkotik vasitənin qablaşdırılaraq ekspertizaya göndəriləcəyini bildirmişdir. Bundan sonra çəkiliş dayandırılmışdır. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zamanı sonuncudan aşkar olunmuş “Vincestr” markalı siqaret, alışqan xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman videoçəkilişin müddəti saat 13:34-dən 13:42-dək davam etmişdir.(i.v 120) Məhkəmə iclasında həmin diskdəki görüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan Azərbayacan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Narkoloji Dispanserinin 1136 nömrəli 30.03.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Narkoloji Dispanserində 03.2020-ci ildən "polinarkomaniya" diaqnozu ilə qeydiyyatdadır.(i.v 83) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 25.03.2021-ci il tarixli tələbnaməsindən və hökmü surətindən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-125/2020 saylı, 18.02.2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs tutulduğu 2 (iki) gün müddət ona təyin edilən cəzadan çıxılmış və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 9 (doqquz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilmişdir. 16.12.2020-ci ildə cəzasının sonu ilə azad olunmuşdur.(i.v 80-81,125-127) İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Səhiyyə Şöbəsi 2 nömrəli şəhər poliklinikasının 138 nömrəli 02.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər 2 nömrəli poliklinikanın psixiatrik kabinetinə müraciət etməyib və ambulator kartası yoxdur.(i.v 84) İş materiallarında olan “Xəzər” Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsinin 16.05.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs barədə heç bir şikayət daxil olmamış və yaşadığı yer üzrə müsbət xarakterizə olunur.(i.v 91) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 29.04.2021-ci il tarixli 1309 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanseində qeydiyyat alınması məsləhət görülür.(i.v 92-93) İş materiallarında olan "Sübutların qiymətləndirilməsi haqqında" 05.06.2021-ci il tarixli qərardan görünür ki, 18.03.2021-ci il tarixli qərarla maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,285 qram narkotik vasitə olan heroin və Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk maddi sübut kimi tanınmışdır.(i.v 139-144) Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı əvvəlki ifadəsundə özünü təqsirli bilməməsi ilə bağlı xüsusatlara dair ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. Təqsirləndirilən şəxs sonradan etirafedici ifadə versə də, iş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılaraq, təqsirləndirilən şəxsin göstərdiyi hallar işdəki başqa sübutlarla müqayisəli şəkildə yoxlanılaraq qiymətləndirilmiş, amma təsdiq edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.1-ci maddəsinə əsasən cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi residiv sayılır. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən, cinayətin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Məhkəmə CM-nın 59.1.4 və 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs himayəsində 31.07.2016-cı il təvəllüdlü bir azyaşlı uşağının və 16.11.2010-cu il təvəllüdlü bir yetkinlik yaşına çatmayan uşağının olmasını, yaşayış yerindən müsbət xarakterizə edilməsini, əməlindən peşman olmasını, məcburi köçkün olmasını onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı, onun artıq ərazi narkoloji dispanserində qeydiyyatda olduğu nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16.03.2021-ci il tarixdən hesablanmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut - Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,285 qram narkotik vasitə olan heroin məhv edilməli, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunsun. Təqsirləndirilən şəxs cəzasının əvvəli 16 mart 2021-ci il tarixdən hesablansın və cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilsin. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun. Təqsirləndirilən şəxs 114 (bir yüz on dörd) manat məbləğində ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut – ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,285 qram narkotik vasitə olan heroin məhv edilsin, əməliyyat-axtarış tədbirini özündə əks etdirən 01 ədəd DVD-R disk cinayət işinin materiallarında saxlanılsın. Hökmdən, elan olunduğu andan 20 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar