Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-437/2021 14.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1983-cü il tarixdə Zəngilan rayonunda anadan olmuş, subay, orta təhsilli, işsiz, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olan, Zəngilan rayonu, Gilətağ ərazi dairəsi, Vənədli kəndində qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, 11-ci mkr, ev 8, mənzil 6-da yaşayan, Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirləndirilən və barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs ittiham olunur ona görə ki, o tutulduğu gündən təxminən 10-15 gün qabaq Bakı şəhəri, Papanin deyilən ərazidən istintaqa məlum olmayan şəxsdən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda ayrıayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,115 qram, ümumi təmiz çəkisi 0,233 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 27 mart 2021-ci il tarixdə saat 13:09-da Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı ərazi idarəsinin yaxınlığında saxlanılaraq 1-ci PB-nə gətirilmiş və üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan tünd göy rəngli klassik şalvarının sağ yan cibindən ayrı-ayrılıqda təmiz çəkiləri 0,118 qram, 0,115 qram, ümumi təmiz çəkisi 0,233 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, təxminən 10 ildirki narkotik vasitə qəbul edir, onda asılılıq yaranmışdır. 27 mart 2021-ci il tarixdə polislər tərəfindən saxlanılmış, üzərində heç nə olmamışdır. 1-ci PB-də ona təsir və təzyiq olunmuş, məcbur olub üzərindən az miqdarad narkotik vasitə çıxmasına razılıq vermişdir. Bundan sonra guya onun çəkilişlə tutulması barədə çəkiliş etmiş, çəkilişlə üzərinə baxış keçirilmişdir. Çəkilişdə onu necə öyrətmişlərsə o cür də hərəkət etmişdir. Amma ona söz vermişlər ki, heç bir cinayət işi olmayacaqdır. Çəkilişdə onun üzərindən özünə aid olmayan, polislərin üstünə qoyduğu iki büküm heroin çıxmışdır. Amma onların çəkisi az olmuşdur, sonra oxumuşdur ki, heroinin çəkisini artırıblar, ona görə sənədləri imzalamamış, müstəntiqə bu barədə demişdir. Müstəntiq isə heç nə etməmiş, işi məhkəməyə vermişdir. Məhkəmədə əvvəldən səmimi ifadə vermişdir. Onun üzərindən çıxan narkotik vasitənin cəmi çəkisi 0,05 qram olmuşdur. Ona əlavə edərək çoxaldıblar. Saxlanılanda tutulmayacağına inandığı üçün bütün sənədləri imzalamışdır, sonradan aldadıldığını bilərək sənədləri imzalamaqdan imtina etmiş, hər şeyi müstəntiqə demiş, o isə heç nə etməmişdir. Faktiki olaraq törətmədiyi cinayəti ona yazmışlar, ailə vəzirrəti ağırdır, qoca nənəsindən başqa heç kimi yoxdur. Təqsirsiz olması barədə qərar verilməsini xahiş edir. Məhkəmə iclasında şahid, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahid1 göstərdi ki, 27.03.2021-ci il tarixdə Sumqayıt şəhərində Ceyhun adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu, üzərində gəzdirməsi, əldə olunmasında vasitəçilik etməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında 27.03.2021-cu il tarixdə, saat 13:09-də sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 42-ci məhəllə ərazisində yerləşən Azərbaycan Respublikası ƏMDK-nin yanında Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 2 saylı ərazi idarəsinin yaxınlığında müəyyən olunaraq, saxlanılmışdır. Belə ki, videoçəkiliş aparılmaqla o, Təqsirləndirilən şəxs yaxınlaşıb özünü təqdim etmiş, sonra da ona özünü təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Bundan sonra digər polis əməkdaşları da özlərini təqdim etmişlər. Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanıldığını soruşanda, ona daxil olmuş əməliyyat məlumatına əsasən narkotik vasitələri əldə etmə, qəbul etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu deyərək saxlanıldığını, üzərində müdafiəçinin iştirakı ilə şəxsi axtarış aparacağını bildirmişdir. Ceyhun da etiraz etməmişdir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş vermiş, o da bildirişlə tanış olmuşdur. Sonra onun üzərində şəxsi axtarış keçirilməsi üçün o, Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuş, Ceyhun da etiraz etməyərək videoçəkiliş dayanmadan onlarla birlikdə həmin bölməyə getmişdir. Həmin bölmədə xidməti otaqların birində onun tərəfindən Ceyhuna hüquqlarının müdafiəsi üçün Sumqayıt Regional Vəkil Bürosundan vəkil Müdafiəçi təqdim olunmuşdur. Həmin vaxt o, müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmiş, o da etiraz etməmiş, ona üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa təqdim etməyi təklif edilmiş, Ceyhun da əynində olan tünd göy rəngli klassik şalvarın sağ yan cibindən 02 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükümləri çıxardıb onlara təqdim etmişdir. Ondan həmin bükümlərin içərisində nə olduğu, onu haradan əldə etdiyini soruşduqda, Ceyhun da demişdir ki, həmin bükümlərdə narkotik vasitə olan heroindir, onu tutulmamışdan təxminən 10-15 gün əvvəl Bakı şəhəri «Papanin» deyilən ərazidə olarkən üzdən tanıdığı, təsadüfən tanış olduğu, lakin adını, soyadını və digər anket məlumatlarını bilmədiyi bir nəfər şəxsdən, şəxsi istifadəsi üçün 19 manata alıbdır. Ondan götürülmüş 02 ayrı-ayrı bükümlərdə narkotik vasitə olan heroini tərəziyə qoymuş, belə ki, o əvvəlcə 01 bükümü tərəzinin üzərinə qoymuş, həmin vaxt tərəzidə göstərici -0,03 qram qeyd edilmişdir. Həmin bükümü tərəzinin üzərindən götürəndə tərəzinin üzərindəki göstərici sıfırlanmaq əvəzinə 0,23 qram kimi əks olunmuş, daha sonra onun tərəfindən digər, yəni 2-ci bükümdə də tərəzinin üzərinə qoyulmuşdur. Həmin bükümün göstəricisi isə -0,02 qram qeyd edilmiş, həmin bükümü də tərəzinin üzərindən götürəndə tərəzi sıfırlanmaq əvəzinə yenədə 0,23 qram göstərmişdir. Ola bilsin ki, tərəzidə problem olduğu üçün göstəriciləri belə səhvən əks olunmuşdur. Daha sonra hər iki büküm qablaşdırılmış, videoçəkiliş dayandırılmışdır. Tərəfindən sənədləşdirmə aparılaraq protokol tərtib edilmiş və protokol iştirakçılar tərəfindən imzalanmışdır. Həmin protokolda da həmin 02 bükümlərin çəkisi toplayaraq ümumi çəkini 0,05 qram kimi qeyd etmişdir. Nəzərə alsaq ki, hər iki büküm tərəziyə qoyulub götürülərkən tərəzidə göstərici 0,23 qram əks edildiyindən, 0,23-0,03=0,20 qram, 0,23-0,02 =0,21 qram olduğundan, bükümün birinin çəkisi 0,20, digərinin çəkisi isə 0,21 qram olmaqla onların ümumi çəkisi 0,41 qram olaraq həmin çəki əsas götürülməlidir. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən təzyiq göstərilməmiş, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmiş, Təqsirləndirilən şəxs saxlanılarkən heç bir müqavimət göstərməmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşduqda, o, həmin narkotik maddəni Bakı şəhəri Papanin deyilən ərazidən tanımadığı şəxsdən aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri qəbul etməsi ilə bağlı onlarda əvvəllər əməliyyat məlumatı olmuş, ancaq onun narkotik vasitələrin satışı ilə məşğul olması barədə heç bir əməliyyat məlumatı daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin sahə rəsi polis baş leytenantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin YYÇX-nin inspektoru polis kapitanı Şahid4 ifadəsində Şahid1 əməliyyat tədbirinin keçirilməsi, Təqsirləndirilən şəxs tutulması, üzərinə baxış keçirilməsi ilə bağlı göstərdiklərini təsdiq etdi və bildirdi ki, narkotik vasitələrin çəkisi ilə bağlı ifadəsində göstərilənləri təsdiq etmir. Təhqiqatçı həmin vasitələri çəkmiş və çəkisini demişdir, o tərəzinin göstəricilərini görməmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid2 və Şahid5 da Şahid1 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işi materiallarında olan “Cinayət törəkməkdə şübhəli olan şəxsin tutulması haqqında” 27.03.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27.03.2021ci ildə, saat 13:09-da tutulmuşdur. (i.v. 16) Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-135/2021 saylı 29.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. (i.v.72-73) İş materiallarında olan 27.03.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən iki bükümdə, ümumi çəkisi 0,05 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. (i.v. 21-22) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 28.03.2021-ci il tarixli, 6/1208 №li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərlərində “şübhəli şəxs: Təqsirləndirilən şəxs” yazısı və imzaları olan zərfi açdıqda, içərisində iki ədəd “gümüşü” rəngli kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,118 qr və 0,115 qr, ümumi təmiz çəkisi 0,233 qr tünd qəhvəyi rəngli maddələr aşkar edilmişdir. Həmin maddələr kustar üsulla alınmış narkotik vasitə heroindir. (i.v. 32-36) İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 20.05.2021-ci il tarixli, 1538 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən və psixotrop maddə olan metamfetamindən sui-istifadə edilməsi nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Təqsirləndirilən şəxs İİ qrup əlil olması ilə əlaqədar olaraq, ona narkomaniyadan məcburi müalicə tətbiq edilməsi mümkün deyildir. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v.116-117) Maddi sübut kimi tanınmış - tədqiqatdan sonra qalıq qalmış 0,183 qram narkotik vasitə olan heroin saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (i.v.76-77, 124-131) Sumqayıt ŞPİ-nin 1-ci PB-nin 11.05.2021-ci il tarixli məlumatına əsasən Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən 0,233 qram narkotik vasitə olan heroinin əldə edilməsi məqsədi ilə bir sıra əməliyyat tədbirləri keçirilmiş və Təqsirləndirilən şəxs narkotik vasitəni haradan və kimdən əldə etməsi, eləcə də kimlərə satıb-satmaması, bundan başqa özünün narkotik vasitənin satışı ilə məşğul olub-olmaması yoxlanılmış, lakin keçirilmiş əməliyyat tədbirlərinə baxmayaraq, heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs əvvəllər məhkum olnduğu aşkar edilmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan heroini satmış şəxsin şəxsiyyəti və olduğu yerin müəyyən edilməsi istiqamətində də heç bir müsbət nəticə əldə etmək mümkün olmamışdır. (104) Azərbaycan Respublikası DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər məhkəməsinin 26.09.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 177.2.1-ci maddəsi ilə təqsirli bilinərək 03 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 24.03.2020-ci ildə Binəqədi rayon məhkəməsinin qərarı ilə 06 ay 02 gün vaxtından əvvəl şərti azad olunmuş, 25.09.2020-ci il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışdır. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən o, məhkum olunmuş, məhkumluğu ödənilməmiş hesab edilir. (i.v. 78-80. 105-112) İş materiallarında olan, məhkəmə iclasında nümayiş etdirilmiş, 1 ədəd “DVD” diskdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs saxlanılması, ondan narkotik vasitəyə oxşar kütlənin aşkar olunması və götürülmüş maddənin narkotik vasitə heroin olduğunu etiraf etməsi əks etdirilmişdir. Həmin diskdəki görüntülərdən məlum olur ki, narkotik vasitə çəkilməzdən əvvəl təhqiqatçı elektron tərəzini işə salır, ekranda 0:00 rəqəmləri yazılır, bundan sinra Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 büküm narkotik vasitə çəkilir və 1-ci büküm 0,03 qram, 2-ci büküm 0,02 qram olmaqla ümumi çəki 0,05 qram təşkil edir. Videoçəkiliş zamanı elektron tərəzinin göstəriciləri barədə iştirakçılarda hər hansı suallar yaranmır, narkotik vasitənin qablaşdırılacağı bildirilir, amma şərait olmasına baxmayaraq qablaşdırılma aparılmır. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Sumqayıt şəhər Səhiyyə Şöbəsi Sumqayıt şəhər Narkoloji Dispanserinin 1244 saylı 06.04.2021-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 2005-ci ilin sentyabr ayından Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyatdadır. (i.v. 115) Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 17 saylı Mənzil Kommunal Shəsi tərəfindən verilən xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğu yaşayış yeri üzrə müsbət xarakterizə olunur. (i.v. 113) Cinayət işi materiallarında olan “Cinayət işi üzrə sübutların qiymətləndirilməsi barədə” 02 iyun 2021-ci il tarixli qərardan görünür ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham öz qüvvəsində saxlanılması, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkibi olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanmasının rədd edilməsi, şəxsi axtarış zamanı təhqiqatçı Şahid1 tərəfindən hər iki büküm tərəziyə qoyulub götürülərkən tərəzidə göstərici 0,23 qram əks olunduğundan, 0,23-0,03=0,20 qram, 0,23-0,02 =0,21 qram olduğundan, bükümün birinin çəkisi 0,20 qram, digərinin çəkisi isə 0,21 qram olmaqla onların ümumi çəkisinin 0,05 qram kimi deyil, 0,41 qram kimi əsas götürülməsi, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitə olan heroinin ekspert rəyində göstərildiyi kimi ümumi təmiz çəkisinin 0,233 qram əsas götürülməsi qərara alınmışdır. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş maddi sübuta baxış keçirilmişdir. Məlum olmuşdur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitəni zərfdə qablaşdırmış, zərfin üzərində isə təhqiqatçı və təqsirləndirilən şəxsin adları göstərilərək imzalar edilmişdir. Hal şahidləri qablaşdırmada iştirak etməmiş və bu barədə heç nə qeyd edilməmişdir. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 3-cü bəndində göstərilmişdir ki, şəxsin Azərbaycan Respublikası CM-in 234-240-cı maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsi və təqsirli bilinməsi məsələsi həll edilərkən maddələrin narkotik vasitə, psixotrop maddə, prekursor, güclü təsir edən və ya zəhərli maddə olduğunun, onların tibb məqsədləri üçün istifadəyə yararlı olub-olmamasını, bitkilərin narkotik xassəli bitkilər olmasının aydınlaşdırılması üçün xüsusi biliklər tələb edildiyindən həmin məsələlər üzrə müvafiq ekspertizanın keçirilməsi zəruridir. Maddənin məhz narkotik vasitə və ya yuxarıda göstərilən hər hansı maddə olması, onun miqdarı, bitkinin isə narkotik xassəli olması dəqiq müəyyən edilmədikdə (bu barədə ekspert rəyi olmadıqda) şəxs bunlar barədə yalnız ehtimallar əsasında yuxarıda göstərilən maddələrlə cinayət məsuliyyətinə cəlb oluna bilməz. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, .... Törədilmiş cinayət əməlinin CMin 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür..... “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanununun 1.0.9-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz əldə edilməsi dedikdə: həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin alınması, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsi, başqa mallara və əşyalara dəyişdirilməsi, mənimsənilməsi və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 1.0.10-cu maddəsinə əsasən narkotik vasitələrin qanunsuz saxlanması dedikdə: məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd edilən Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün, hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlakı həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Həmin Qanunun 21.3-cü maddəsinə görə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq və külli miqdarı, habelə onların prekursorlarının və qanunsuz kultivasiya edilən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) xeyli və külli miqdarı müvafiq qanunlarla müəyyən edilir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş 1-ci Siyahının 5-ci bəndinə əsasən – təmiz halda 0,15 qramdan artıq çəkidə heroin şəxsi istehlak miqdarından artıq miqdar təşkil edir. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tam, hərtərəfli və obyektiv yoxlayaraq tədqiq və təhlil etmiş, toplanmış sübutları həm ayrı-ayrılıqda, həm də bir-biri ilə əlaqəli şəkildə müqayisə edərək sübutların mənbəyinin mötəbərliyini müəyyənləşdirərək mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qanunu və vicdanını rəhbər tutaraq qiymətləndirmişdir. Azərbaycan Respublikası CPM-nin 8-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət mühakimə icraatının vəzifələrinə digərləri ilə yanaşı cinayət təqibi ilə bağlı bütün halları hərtərəfli, tam və obyektiv araşdırmaq, cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək daxildir (maddə 8.0.3, 8.0.5). Sübutlar Azərbaycan Respublikası CPM-də müəyyən edilmiş üsullarla əldə edilməlidir. Cinayət işi və ya cinayət təqibi ilə bağlı materiallar üzrə qəbul edilə bilməyən sübutlar dedikdə, onların əldə edilmə mənbəyinə və üsullarına dair CPM-də nəzərdə tutulmuş tələblərin pozulması ilə toplanan sübutlar başa düşülür. CPM-in 125-ci maddəsində məlumatların, sənədlərin cinayət işi və ya cinayət təqibi ilə bağlı digər materiallar üzrə sübut kimi qəbul edilə bilməməsi yeganə bir meyarla – onların qanunun pozulması ilə əldə edilməsinə əsasən müəyyən edilir. İş üzrə sübutlar qanunun pozulması ilə əldə edildikdə, habelə istintaq hərəkətləri qanunun pozulması ilə həyata keçirildikdə onlar cinayət işi üzrə ittihamın düzgün həlli üçün sübut kimi qəbul edilə bilməz. İstintaq və ya digər prosessual hərəkətlərin icraatı qaydaları kobud pozuntularla aparıldıqda və şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının pozulmasına yol verildikdə əldə edilmiş məlumatların, sənədlərin cinayət işi üzrə sübut kimi qəbul edilməsinə yol verilmir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” Qərarında qeyd etmişdir ki, məhkəmə hökmü şəxsin təqsirli olubolmaması ilə bağlı həyati əhəmiyyətli məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmə hökmü əsaslı və qanuni olmalıdır. Bu o deməkdir ki, şəxsin təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Konstitusiyanın 129-ci maddəsində göstərilmişdir ki, məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. Azərbaycan Respublikasının Konstitusiyası və qanunları cinayət mühakimə icraatının vəzifələrindən çıxış edərək cinayət prosesini həyata keçirən orqanların, xüsusən məhkəmələrin üzərinə vəzifələr qoyur ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsirliliyinə dair mötəbər sübutlar olmadan cinayət təqibinə və cəzaya məruz qalmasın, şəxsi mülahizələr əsasında məsuliyyətə cəlb edilməsin və cinayət törətməkdə ittiham olunan hər bir şəxsin təqsiri yalnız qanunla müəyyən edilmiş qaydada sübuta yetirildikdə cinayət məsuliyyətinə cəlb edilsin. Bu mövqedən yanaşaraq məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə verilən ittiham əsassızdır, o həmin cinayəti törətməmişdir. Belə ki, istintaq orqanının iş materiallarına maddi sübut kimi əlavə etdiyi Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsini özündə əks etdirən diskdəki görüntülərdən məlum olur ki, təhqiqatçı elektron tərəzini işə salır, ekranda aydın şəkildə görünən 0:00 rəqəmləri yazılır, bundan sinra Təqsirləndirilən şəxs üzərindən götürülmüş 02 büküm narkotik vasitə çəkilir və 1-ci büküm 0,03 qram, 2-ci büküm 0,02 qram olmaqla ümumi çəki 0,05 qram təşkil edir. 27.03.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokolda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs üzərində keçirilən şəxsi axtarış zamanı üzərindən iki bükümdə, ümumi çəkisi 0,05 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Bu protokolu əməliyyatda iştirak edən polis əməkdaşları, təqsirləndirilən şəxs və müdafiəçi imzalamışlar. Hər iki sübut qanuni yolla əldə edilmiş və bunların mötəbərliyi qanuni yolla əldə edilmiş digər sübutlarla təkzib edilmir. Həmin sübutlarla təsdiq edilir ki, Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlərdə olan narkotik vasitə heroinin miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il Qanunu ilə təsdiq edilmiş 1-ci Siyahının 5-ci bəndində göstərilən miqdardan azdır. Həmin siyahıya görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin tərkibi yaranması üçün Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlərdə olan narkotik vasitə heroinin miqdarı təmiz halda 0,15 qramdan artıq çəkidə olmalı idi. Azərbaycan Respublikası CPM 246.3. Şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə barəsində şəxsi axtarış və götürmə aparılan şəxslə eyni cinsdən olan azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Qablaşdırma axtarış və götürmənin əsas və vacib elementlərindəndir. Təhqiqatçı tərəfindən Qanunun bu tələbinə əməl edilməmişdir, videoçəkiliş aparılsa da aşkar olunan narkotik vasitə videoçəkilişlə qablaşdırılmamışdır. Bunun üçün hər cür şərait olmuşdur. Qablaşdırma təhqiqatçı tərəfindən videoçəkilişdən istifadə edilməməklə, videoçəkiliş qurtardıqdan sonra aparılmış, hal şahidləri də cəlb edilməmişlər. Halbuki videoçəkilişdən istifadə edilmirdisə hal şahidləri cəlb edilməli idi. Qanunun tələbinə görə şəxsi axtarış və götürmə zamanı videoçəkilişdən istifadə edilmədikdə azı 2 (iki) hal şahidinin iştirakı məcburidir. Müstəntiq isə Qanunun bu tələbinə əməl edilib-edilməməsini yoxlamalı, obyektiv araşdırma aparılmasını təmin etməli olduğu halda, bunları etməmişdir. Verilən ittihamı əsaslandırmaq üçün diskə baxış keçirilməsi adı ilə protokol tərtib edərək və şahid ifadələrinə bununla bağlı müddəalar daxil edərək aşkar edilən narkotik vasitənin miqdarını artırmış, Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməsi üçün süni əsas yaratmışdır. Diqqət etmək lazımdır ki, istintaq zamanı şəxsi axtarış və götürmə zamanı narkotok vasitənin çəkilməsində istifadə edilmiş elektron tərəzinin texniki xüsusiyyətləri, yararlılığı, hər hansı proqram və ya digər qüsuru olması yoxlama predmeti olmamış, elektron tərəzinin proqramının düzgün qurulmaması və ya düz işləməməsi barədə işdə hər hansı sübut olmamış və yoxdur. Müstəntiq şahid ifadələri ilə narkotok vasitənin çəkisini “qaydaya salarkən” nəzərə almamışdır ki, təhqiqatçı elektron tərəzini işə saldıqda ekranda çox aydın şəkildə 0:00 rəqəmləri yazılır, bundan sonra Təqsirləndirilən şəxs üzərindən götürülmüş bükümlər çəkilir. Ona görə də, məhkəmə-kimyəvi ekspertizasına təqdim edilmiş bükümlərin məhz Təqsirləndirilən şəxs üzərindən götürülən bükümlər olması, bununla yanaşı Təqsirləndirilən şəxs üzərindən götürülən bükümlərdəki maddənin narkotik vasitə olması şübhə yaradır. Bu şübhənin hazırda hüquqi prosedur daxilində aradan qaldırılması mümkün deyildir və bu şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bunlarla bərabər, Təqsirləndirilən şəxs istintaqın qurtarması ilə bağlı sənədlərə imza etməkdən imtina etmiş, protokolda işinin bu maddə ilə məhkəməyə getməsini istəmədiyini bildirmişdir. Müstəntiq bu xüsusat üzrə heç bir araşdırma aparmamış, yalnız vəsatətin rədd edilməsi barədə qərar qəbul etməklə kifayətlənmişdir. Həmin qərarda təqsirləndirilən şəxsin səbəbsiz yerə imza etməməsi, işin məhkəməyə göndərilməsinə narazılıq etdiyi qeyd edilmişdir. Təqsirləndirilən şəxs günahsız olması barədə bildirsə də, sənədlərə imza etməkdən imtina etsə də buna əhəmiyyət verilməmiş, onun həm təqsirli, həm də təqsirsizliliyi ilə bağlı xüsusatlar eyni səviyyədə araşdırılmamış, istintaq orqanı əvvəlcədən, araşdırma aparmadan onun təqsirli olması qənaətinə gələrək heç bir əlavə sübut toplamadan, onun narazılığını ifadə etməsi üçün bununla bağlı dindirilməsini təmin etmədən, təqsirləndirilən şəxsin göstərdiyi xüsusatları yoxlamadan istintaq aparmışdır. Qərəzsiz, tam, hərtərəfli və obyektiv araşıdrma aparılması təmin edilməmişdir. Təqsirləndirilən şəxsin məhz iş materialları ilə tanış olduqdan sonra imzadan imtina etməsi, videoçəkilişdəki və 27.03.2021-ci il tarixli “Şəxsi axtarış və götürmə barədə” protokoldakı məlumatlarda açıq şəkildə narkotik vasitənin miqdarının istehlak miqdarından az olması, axtarış və götürmənin əsas və vacib elementlərindən olan qablaşdırmanın Qanunu pozmaqla aparılması, narkotik vasitənin miqdarının süni şəkildə artırılması üçün sonradan aparılan istintaq hərəkətləri istintaqın birtərəfli aparıldığını təsdiq edir. Eyni zamanda, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılaraq təqsirləndirilən şəxsin narkotik vasitənin özünə məxsus olması, haradan alması ilə bağlı saxlanılarkən izahatında göstərdiyi hallar da yoxlanılmamış, bunlar da hansısa sübutla təsdiq edilmir. Azərbaycan Respublikası CPM-in təqsirsizlik prezumpsiyası adlanan 21.2-ci maddəsinə görə şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 138.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İ hissəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Həmin maddənin İV hissəsində göstərilir ki, ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Həmin maddənin İİ və V hissələri müəyyən edir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Bu, hamılıqla qəbul olunmuş hüquq olmaqla, İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 11-ci maddəsinin 1-ci bəndində, “Mülki və siyasi hüquqlar haqqında Pakt”ın 14-cü maddəsinin 2-ci bəndində və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiya”nın 6-cı maddəsinin 2-ci bəndində təsbit olunmuşdur. Həmin müddəalara görə, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri məhkəmə araşdırması vasitəsilə qanun əsasında sübut edilənədək təqsirsiz hesab olunur. “İnsan Hüquqlarının və X4 Haqqında” Konvensiyanın 6-cı maddəsinin ikinci hissəsinə görə cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hoanq Fransaya qarşı” işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquqi fərziyyənin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qərarlarında bildirmişdir ki, təqsirsizlik prezumpsiyası prinsipi o cümlədən, məhkəmə üzvlərindən vəzifələrini yerinə yetirən zaman işə təqsirləndirilən şəxsin ittiham olunduğu cinayəti törətdiyi barədə ön mühakimə ilə başlamamağı tələb edir; sübutetmə yükü ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Təqsirləndirilən şəxsin müdafiəsini müvafiq qaydada hazırlaması və təqdim edə bilməsi üçün ittiham tərəfi onu məhkəmə işi barədə məlumatlandırmalı və onun mühakimı olunması üçün yetərli sübut təqdim etməlidir (Barbera, Messegi və Cabardo İspaniyaya qarşı, § 77; Yanoseviç İsveçə qarşı, § 97). Sübutetmə yükünün ittiham tərəfindən müdafiə tərəfinə ötürülməsi halında təqsirsizlik prezumpsiyası pozulur (Telfner Avstriyaya qarşı, § 15). Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Konvensiyanın 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun olaraq, milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidirlər. Bu şikayətlərlə bağlı məhkəmə xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun olaraq, Məhkəmənin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olub-olmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olubolmamasından ibarətdir (“Dorson Niderlanda qarşı”, “Polufakin və Çernışov Rusiyaya qarşı”, “Lüdi İsveçrəyə qarşı”, “Van Mexelen və digərləri Niderlanda qarşı” şikayətlərlə bağlı qərarlar). Azərbaycan Respublikası CPM-in 39.1.1 və 39.1.2-ci maddələrinə əsasən cinayət hadisəsi olmadıqda və əməldə cinayət tərkibi olmadıqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): Həmin Məcəllənin 42.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadıqda məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır. Həmin Məcəllənin 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir. Beləliklə, yuxarıda qeyd olunanları nəzərə alan məhkəmənin iş üzrə gəldiyi nəticə ondan ibarətdir ki, ittiham tərəfi təqsirləndirilən şəxsin təqsirini mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. İttihamın təsdiq olunmasında istifadə olunan sübutlar cinayətprosessual qanunvericliklə müəyyən olunmuş mötəbərlik tələblərinə cavab vermir, bu sübutlar şübhəli və ziddiyyətlidir. İttiham tərəfin əsaslandığı sübutların kifayət qədər şübhəli məzmuna malik olması, o cümlədən dindirilmiş şahidlərin cinayət prosesinin nəticəsində maraqlı olmaları, əməliyyatda iştirak edən şəxslərin ifadələrindən və onların iştirakı ilə toplanmış sübutlardan başqa işdə sübut olmaması, iş üzrə əsas sübut olan Təqsirləndirilən şəxs üzərinə baxış keçirilməsi zamanı çəkilmiş videogörüntülərdə onun üzərindən aşkar edilmış narkotik vasitənin elektron tərəzidə çəkilərək miqdarının şəxsi istehlak miqdarından artıq olmaması, axtarış və götürmənin əsas və vacib elementlərindən olan qablaşdırma kimi vacib istintaq hərəkəti aparılarkən Qanunun tələbinin kobud şəkildə pozulması, təqsirləndirilən şəxsin ifadəsində göstərilən xüsusatların istintaq zamanı yoxlanmaması, məhkəmədə isə yoxlanılaraq təsdiq edilməsi məhkəmənin gəldiyi qənaəti daha da möhkəmələndirir və onun ona isnad olunan cinayəti törətməkdə təqsirli olmadığına dair məhkəmədə qəti inam yaradır. Məhkəmə iclasında Sumqayıt ŞPİ-nin məsul saxlanışına təhvil verilmiş maddi sübuta baxış keçirilərkən məlum olmuşdur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin təhqiqatçısı, polis kapitanı Şahid1 Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən üzərindən aşkar olunmuş narkotik vasitəni zərfdə qablaşdırmış, zərfin üzərində isə təhqiqatçı və təqsirləndirilən şəxsin adları göstərilərək imzalar edilmişdir. Təqsirləndirilən şəxs bununla bağlı bildirmişdir ki, həmin zərfin üstündə imza etməsini xatırlamır. Məhkəmə Təqsirləndirilən şəxs xeyli vaxtdır həbsdə (12.04.2021-ci ildən hazıradək həbsdədir) olmasını, işdə onun barəsində bəraət hökmü çıxarılmasına əsas verən sübutların kifayətedici olmasını, həmin halın yoxlanmamasının iş üzrə bəraət hökmü çıxarılmasına mane olmadığını və bəraət hökmü çıxarılmasının yalnız bu halın araşdırılmasının nəticəsindən asılı olmadığını nəzərə alaraq hesab edir ki, həmin halın araşdırılması işə baxılmasını uzadacaq və təqsirsiz olan təqsirləndirilən şəxsin lüzumsuz olaraq uzun müddət həbsdə qalmasına səbəb olacaqdır. Ona görə də, məhkəmə iş üzrə yekun qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Qeyd edilənlərə əsaslanaraq məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 42.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayətin tərkibi yoxdur və ona bəraət verilməlidir. Təqsirləndirilən şəxs barəsində “həbs” növündə qətimkan tədbiri seçilmişdir, bu qətimkan tədbiri ləğv edilməli, o dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizası keçirilməsi ilə əlaqədar 114 manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 356.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilmiş Təqsirləndirilən şəxs onun həmin maddə ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilməlidir. Həmin Məcəllənin 350.4-cü maddəsinə əsasən, bəraət hökmü çıxarılarkən cinayəti törətmiş şəxs müəyyən edilməmiş qaldıqda, hökm qanuni qüvvəyə mindikdən sonra bu Məcəllənin müddəaları ilə nəzərdə tutulmuş qaydada həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün məhkəmə baxılmış cinayət işi üzrə materialları və ya məhkəməyədək sadələşdirilmiş icraatın materiallarını ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndərir. İş üzrə maddi sübut olan 0,183 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞRPİ-də saxlanılmalıdır. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 42.1.2, 55, 344-350, 352-353, 356, 358, 384-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə bəraət verilsin və o Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Bəraət verilmiş Təqsirləndirilən şəxs onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə qanunsuz təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququ və həmin hüququn həyata keçirilməsi qaydası izah edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilsin o dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertiza tədqiqatının dəyəri-114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi Azərbaycan Respublikasının Dövlət Büdcəsinin vəsaiti hesabına aid edilsin və Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE**********0002088501 saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan 0,183 (ekspertiza təhqiqatına sərf olunmuş hissə çıxıldıqdan sonra qalan) qram çəkidə heroin həmin narkotik vasitənin qanunsuz dövriyyəsinə görə təqsirli olan şəxslər müəyyən olunanadək Sumqayıt ŞPİ-də saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin materiallarında saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası CPM-nin müddəaları ilə nəzərdə tutulmuş qaydada cinayəti törətmiş şəxsin müəyyən edilməsi və həmin şəxsin cinayət təqibi məsələsinin həll edilməsi üçün cinayət işi üzrə materiallar Sumqayıt şəhər Prokurorluğuna göndərilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-437/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-437/2021
14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver