Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-438/2022 01.06.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, X2 məhkəmə iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarənin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi – Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2004-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyən, Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Məhkəmə MÜƏYYƏN ETDİ: İbtidai istintaqda elan olunmuş ittihamdan görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda yəni 0,228 qram çəkidə narkotik vasitə olan heroin əldə edib üzərində daşıyaraq saxlamış, 20.01.2022-ci il tarixdə saat 00:30-da Sumqayıt ŞPİ-nin PPXT-nun əməkdaşları tərəfindən ünvan 2 ünvanının yaxınlığında saxlanılmış və oğurluq hadisəsi törətməkdə şübhəli olduğu bildirilərək, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparılmış, onunla sorğu keçirildikdə üzərində narkotik vasitə olan heroin olduğunu bildirmiş, polis bölməsində üzərinə şəxsi axtarış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ yan cibində 02 ədəd kağız bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,098 və 0,130, ümumi təmiz çəkisi 0,228 qram vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində görtərdi ki, 19.01.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, “20 Yanvar” metrostansiyası yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün iki büküm narkotik vasitə olan heroin alaraq üzərində gəzdirmişdir. 20.01.2022-ci il tarixdə saat 00:30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, Niyazi küçəsi, 27A binasının yanında olduğu zaman iki nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq saxlamışlar və polis əməkdaşları olduqlarını bildirərək Sumqayıt ŞPİ-nin 1-ci PB-nə aparmışlar. Həmin vaxt onu üzərində iki büküm heroin, 01 ədədi siqaret kağızına digəri isə siqaretin göy kağızına bükülmüş olmuşdur. Həmin narkotik vasitələrini polislərə təqdim etmişdir. Bundan sonra xidməti otaqlardan birində videoçəklişlə ona müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış aparılacağı deyilmiş və həmin bükümləri ona vermişlər, o kemera qarşısında əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına və 01 ədəd siqaretin göy kağızına bükülmüş narkotik maddə heroini çıxardaraq təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edilmiş, halbuki onun aldığı heroin ağ rəngli tozşəkilli olmuş və çəkisi həmin çəkidə olmamışdır. Onda olan heorini tanımadığı şəxsdən 7 manata şəxsi istifadəsi üçün almışdır. Adətən bir bükümü 5 manata alınır, lakin iki büküm aldığına görə ona 7 manata həmin heroini satmışlar. Narkotik maddəni alan zaman çəkməmiş, çəkinin göstəriləndən az olmasını təxmin edir. Həmçinin narkotik maddənin kağızları onun təqdim etdiyi kağızlar olsa da içərsində narkotikin miqdarını adını xatırlamadığı polis əməkdaşı tərəfindən artırılmışdır. Bu barədə ibtidai istintaq zamanı bildirməmiş və qeyd verməmiş və ya hər hansı bir qruma şikayət etməmişdir. Polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilməmiş, videoçəklişdən sonra Polis Bölməsində atası ilə görüşmüş, daha sonra müstəntiqin yanında anasının iştirakı ilə dindirilmişdir. Təqsirləndirilən şəxs son sözündə ədalətli qərar qəbul edilməsini Məhkəmədən xahiş etdi. Məhkəmə iclası zamanı təqsirlənirilən şəxsin müdafiəçisi Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi çıxışında bidirmişdir ki, yetkinlik yaşına çatmayan şəxsin qanuni nümayəndəsinin iştirakı olmadan edilmiş bütün istintaq hərəkətləri və həmin dövrdə tərtib edilmiş bütün sənədlər hüquqi qüvvəsi olmayan hesab edilməlidir. Belə oln halda isə hüquqi qüvvəsi olmayan sənələr əsasında şəxs barəsində ittihamedici hökm çıxarıla bilməz. Eyni zamanda təqsirləndirilən şəxs bildirmişdir ki, onun üzərində narkotik vasitələrin çəkisi az olmuş, lakin polislər tərəindən narkotik vasitələrin çəkisi atırılmışdır. Bütün bunarlı nəzərə alınaraq hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs Fiqui Azər Xəzər oğlu barəsində bəraət hökmü çıxarılmasını xahiş eetmişdir. Məhkəmə iclası zamanı təqsirləndirilən şəxsin ibtidai istintaq dövründəki ifadəsi elan edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə verdiyi ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilir. Hazırda yuxarıda göstərilən ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. 19.01.2022-ci il tarixdə, günorta saatlarında Bakı şəhəri, 20 Yanvar metrostansiyası yanında tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 2 büküm narkotik vasitə olan heroin alaraq üzərində gəzdirmişdir. 20.01.2022-ci il tarixdə saat 00.30 radələrində Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində, Niyazi küçəsi, 27A binasının yanında olduğu zaman iki nəfər polis geyimində olan şəxs ona yaxınlaşaraq saxlamışlar və polis əməkdaşları olduqlarını bildirmişlər. Ona həmin ərazidə baş verən oğurluq hadisələrində şübhəli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər və o da buna etiraz etməmiş, polis əməkdaşları ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-na getmiş yolda onunla sorğu keçirildiyi zaman o, narkotik vasitələrin alüdəçisi olduğunu bildirərək, üzərində narkotik vasitə olduğunu demişdir. Bundan sonra xidməti otaqlardan birində ona müdafiəçi təqdim olunmuş, hüquq və vəzifələri izah edilmiş, üzərində şəxsi axtarış aparılacağı deyilmiş və ona üzərində olan narkotik tərkibli hər hansısa vasitə olub olmaması, soruşulmuş və əgər üzərindən qanunla qadağan edilmiş əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Bu zaman o, özü əynində olan şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızına və 01 ədəd siqaretin göy kağızına bükülmüş narkotik maddə heroini çıxardaraq təqdim etmişdir. Həmin bükümlər açılaraq içərisinə baxıldığı zaman içərisində qəhvəyi rəngli toz şəkilli maddə olması aşkar edilmiş və ondan həmin maddələrin nə olduğu soruşulduqda o, "heroin" olduğunu və şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Həmin kütlə bükümləri elektron tərəzidə çəkildikdə elektron tərəzinin ekranında 0.21 və 0.16 qram yazılmışdır. Daha sonra təhqiqatçı tərəfindən ağ zərfə qoyularaq qablaşdırılmış və ekspertizaya göndəriləcəyi ona izah edilmişdir. Bundan başqa onun üzərindən hər hanısa qanunla qadağan olunmuş vasitə aşkar edilməmişdir. Eləcə də o, ifadəsində üzərindən aşkar olunan heorini 19.01.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar metrostansiyası yaxınlığında tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün aldığını, həmin şəxsin təxminən 30-35 yaşlarında olduğunu, lakin, əlamətlərini dəqiq xatırlamadığını, ümumiyyətlə narkotik vasitə alqı-satqısı ilə məşğul olmadığını və polis əməkdaşları tərəfindən saxlanılan zaman ona qarşı heç bir zorakılıq edilmədiyini göstərmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirdi ki, Sumqayıt şəhər Pİ-nin 1-ci PB-də əməliyyat müvəkkili vəzifəsində işləyir. 20.01.2022-ci il tarixdə Polis Bölməsində olduğu zaman PPXB-nin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Polis Bölməsinə gətirildiyini görmüş və şəxsə axtarışda iştirak etmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Ruslan Vəliyev tərəfindən ona vəkil təqdim edilərək, şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılacağını izah edildikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ona bildirilmişdir. Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 02 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə heroinə bənzər maddə təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri bir gün əvvəl Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş, siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümün çəkisinin 0,16 qram, siqaretin göy kağızına bükülmüş 01 ədəd bükümün çəkisinin isə 0,21 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuşma maddələr ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərinə baxış keçirildikdən sonra atası PB-nə gəlmiş və onunla görüşmüşdür. Baxışdan əvvəl o və ya digər polis əməkdaşları narkotikin çəkisini artırmamış, çəki real çəki olmuş, qabalaşdırma kamera çəkilişi vasitəsi ilə olmuşdur. Təqsirləndirilən şəxsin göstərdikləri həqiqəti əks etdirməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, Sumqayıt ŞPİ-nin PPXT-nin 2-ci Bölüyünün polis nəfəri vəzifəsində işləyir. 20.01.2022-ci il tarixdə gecə saatlarında 30-31 saylı marşurutda, 91-09 nömrəli çağırışlı Avto Patrulda postaçı yoldaşı Şahid1 ilə birlikdə xidməti ərazidə yəni Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində hərəkət etmiş və ünvan 2 ünvanın yaxınlığında bir nəfər qara geyimli şəxsin gödəkçəsinin papağını da başına örtülü vəziyyətdə hərəkət etdiyini görmüş və diqqətlərini çəkdiyindən avtopatrulu ona tərəf sürüb yaxınlaşdıqda onun uzaqlaşmaq istədiyini görmüş və avtomaşından düşüb onu saxlayaraq və ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə aparacaqlarını izah etmiş, Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə doğru hərəkət etdikləri zaman yolda onunla sorğu aparılarkən o, narkotik vasitələrin alüdəçisini olduğunu və üzərində narkotik vasitə olduğunu bildirmişdir. Polis Bölməsində həmin şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmiş və üzərində hər hansıa narkotik maddə olacağına əsaslı şübhə yarandığından, təhqiqatçı Ruslan Vəliyev tərəfindən ona vəkil təqdim edərək, şübhəli şəxs qismində tutulmuş və üzərində şəxsi axtarış aparılacağını izah edilərək, videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ona bildirilmişdir. Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 02 ədəd bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd siqaret kağızına bükülmüş maddələrə baxdıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunmuşdur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər maddələr elektron tərəzidə çəkilmiş, siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümün çəkisinin 0,16 qram, siqaretin göy kağızına bükülmüş 01 ədəd bükümün çəkisinin isə 0,21 olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddələr ekspertizaya təqdim olunması məqsədi ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş və imzalanmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən ona qarşı təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroini haradan əldə etməsi barədə soruşduqda, o, həmin maddələri tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərində təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilməzdən əvvəl hər hansısa polis əməkdaşı tərəfindən onun üzərinə baxış keçirilməmişdir. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi elan edilmiş PPXB-nin polis nəfəri Şahid1 da məhkəmədə ifadə vermiş Şahid2 ilə oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 təqsirləndirilən şəxs onun oğlu olduğu üçün ifadə verməkdən imtina etmişdir. Cinayət işinin materiallarında olan məhkəmə ekspertizasının 20.01.2022-ci il tarixli 6/379 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: “vət. Fəruqi Azər Xəzər oğlunun üzərindən aşkar edilərək götürülmüş...” yazısı və imzalar olan zərfdəki 2 (iki) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,098 qram və 0,130 qram, ümumi təmiz çəkisi 0,228 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamlətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir. QEYD: heroinin ümumi təmiz çəkisi 0,228 qr, təhqiqata sərf edildi 0,05 qram, qalıq 0,178 qram. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ümumilikdə 0,228 qram heroinin ekspertiza tədqiqatları nəticəsində qalıq qalmış 0,178 qram heroin maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Cinayət işi materiallarında olan 20 yanvar 2022-ci il tarixli “ekspert rəyinin şübhəli şəxs elan edilməsi haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs 03 vərəqdən ibarət ekspert rəyi ilə tanış olaraq, heç bir vəsatəti olmadığını qeyd edərək müdafiəçisi X6 ilə birlikdə protokolu öz imzaları ilə təsdiq etmişlər. Bundan başqa, Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularkən yetikinlik yaşına çatmayan olduğu üçün onun valideynə məlumat verilməsi təqsirləndirilən şəxsin və şahid ifadəsi ilə yanaşı iş materiallarında olan şübhəli şəxs qismində tutulması barədə protokolda olan qeydlə öz təsdiqini tapmışdır. Cinayət işi materiallarında olan “komisyon kompleks ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizası”-nın 10.03.2022-ci il tarixli, 607 saylı rəyində qeyd olunmuşdur ki, Təqsirləndirilən şəxs qəli-intellektual imkanları normaya uyğundur. Emosional-iradi sferasında hövəsələsizlik, xarici qıcıqlara qarşı həssaslıq, emosional qeyri-sabitliq aşkar olunmaqla xasiyyətin psixopatik cizgiləri müəyyən edilir. Təqsirləndirilən şəxs emosional halından asılı olaraq öz hərəkətlərini tam dərk etmək qabiliyyətin malik olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən psixi-emosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edəcək hər hansı dəyişiklik yaranmamışdır. Təqsirləndirilən şəxs cinayət əmlini törədərkən fizioloji (psixoloji) affekt vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs özündən uydurmağa meyillilik əlamətləri müşahidə olunmadı. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat Statistika İnformasiya İdarəsi tərəfindən verilmiş 11.10.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibat ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 15.0.2022-ci il tarixli xasiyyətətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibat ərazi dairəsi tərəfindən verilmiş 15.03.2022-ci il tarixli, 394 saylı ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri anası xx.xx.1976-cı il təvəllüdlü Şahid4 və bacısı 04.06.2001-ci il təvəllüdlü X4 ibarətdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2004-cü i tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Cinayət işi materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 09.02.2022-ci il tarixli 607 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranmış ASİLİLİQ sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ethiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarından görünür ki, ********* nömrəli cinayət işi Sumqayıt ŞPİnin İŞ-nin baş müstəntiqi, polis kapitanı X7 tərəfindən 20.01.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq icraatına qəbul edilmişdir. İş materiallarında olan 20.01.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20.01.2022-ci il tarixində saat 00:30-da Sumqayıt şəhəri, 13-cü mikrorayon, Niyazi küçəsi, 27A nömrəli binanın yanında Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməkdə bilavasitə şübhə yarandığından saxlanılmış və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş təhqiqatçısı, polis mayoru X8 tərəfindən CPM-nin 153-cü maddəsinin tələblərinə əsasən müdafiəçi X3 iştirakı ilə şübhəli şəxs kimi tutulmuşdur. Təqsirləndirilən şəxs tutulması barədə anasına 01:20-də məlumat verilmişdir. Cinayət işinin materiallarında olan “şəxsi axtarış və götürmə barədə” keçirilməsi barədə 20.01.2022-ci il tarixli protokoldan görünür ki, müdafiəçi X3 iştirakı ilə Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki qara rəngli cins şalvarının sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümü və siqaretin göy kağızına bükülmüş 1 (bir) ədəd bükümü təqdim etmişdir. Ondan təqdim etdiyi bükümlərin içərisində nə olduğu soruşulmuş, o həmin bükümlərin hər birinin içərisində narkotik vasitə olan heroin olduğunu bildirmiş, həmin siqaretin gümüşü kağızına bükülmüş 1 (bir) ədəd bükümün və siqaretin göy kağızına bükülmüş 1(bir) ədəd bükümün içərisinə baxarkən hər birininin içərisində tünd qəhvəyi rəngi narkotik vasitəyə bənzər kütlələr aşkar olunmuşdur. Sorğu zamanı sonuncu üzərindən aşkar olunmuş kütlələri haradan əldə edib, nə məqsədlə üzərində saxlaması suallarına cavab olaraq bildirmişdir ki, üzərindən aşkar olunmuş madəni 19.01.2022-ci il tarixdə,, Bakı şəhəri, 20 Yanvar metrosunun yaxından tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat məbləğində aldığını və üzərində saxlayaraq gəzdirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan “təqsirləndirilən şəxs qismində cəlb olunma” haqqında 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. Cinayət işi materillarından görünür ki, 20.01.2022-ci il tarixli qərarla Şahid4 cinayət prosesində Təqsirləndirilən şəxs qanuni nümayəndəsi qismində tanınmışdır. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Şahid4 və müdafiəçi X3 iştirakı ilə 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində, 21 yanvar 2022-ci il tarixdə saat 14:30-15:25-dək təqsirləndirilən şəxs qismində dindirilmiş və həmin tarixdə Təqsirləndirilən şəxs Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarında olan 19 mart 2022-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokolda qeyd olunmuşdur ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nın inzibati binasında, xidməti otaqların birində Sumqayıt ŞPİ-nin 1-ci PB-nın baş təhqiqatçısı, polis mayoru X1 Azər Xəzər oğluna əvvəlcə özünü təqdim edir. Daha sonra ona hüquq və vəzifələri barədə bildiriş və Sumqayıt Regional Vəkil Bürosunun vəkili X5 təqdim edilir. Baş təhqiqatçı Ruslan Vəliyev saxlanılan Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılacağını izah edərək, ondan üzərində şəxsi axtarış aparılmasına dair etirazının olubolmamasını soruşur, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində qanunsuz olaraq saxladığı narkotik vasitə, əşya və ya hər hansı bir predmet varsa təqdim etməsi ondan xahiş edilir. Təqsirləndirilən şəxs özü sağ əli ilə əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümü və siqaretin göy kağızına bükülmüş 01 ədəd bükümü təqdim edir. Təqsirləndirilən şəxs aşkar olunmuş 02 ədəd siqaret kağızına bükülmüş maddələrə baxdıqda narkotik vasitə heroinə bənzər maddə aşkar olunur. FiruqiAzər Xəzər oğlundan həmin bükümlərin içərisində nə olduğu, haradan, kimdən və nə zaman əldə etdiyi soruşulduqda o, aşkar olunan maddələrin narkotik vasitə olan “kakos” olduğunu, həmin maddələri 19.01.2022-ci il tarixdə Bakı şəhəri, 20 Yanvar dairəsi yaxınlığında tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxladığını bildirir. Daha sonra Təqsirləndirilən şəxs üzərinə baş təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilir və üzərindən qanunla qadağan olunmuş predmet aşkar olunmur. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroinə bənzər maddələr elektron tərəzidə çəkilir, siqaretin gümüşü kağızına bükülmüş 01 ədəd bükümüş çəkisinin 0,16 qram, siqaretin göy kağızına bükülmüş 01 ədəd bükümün çəkisinin isə 0,21 olduğu müəyyən edilir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə ekspertizaya təqdim olunması məqsədi ilə ağ rəngli zərfə qoyularaq qablaşdırılır, DİN-nin 125 saylı möhürü ilə möhürlənir və üzərində qeydlər aparılaraq imzalanır və videoçəkiliş dayandırılır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə görüntünü əks etdirən 01 ədəd disk maddi sübut qismində tanınmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi özünün qismən etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, şəxsi axtarış və götürmə protokolu, məhkəmə-bioloji və məhkəmə-narkoloji ekspertizalarının rəyləri, habelə cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Təqsirləndirlən şəxsin məhkəmədə verdiyi ifadəsində üzərində aşkar edilmiş narkotik vasitənin növünü, bükümün sayını, bükümlərin (kağızların) rəngini və hansı kağızda olmasını mübahisələndirməyərək doğruluğunu təsdiq etsə də, bükümlərin içərisində olan heroinin başqa heroin olduğunu və çəkisinin özü tərəfindən dəqiq bilməsə də, ibtidai istintaq tərəfindən verilmiş ittihamda göstərilən çəki ilə razılaşmadığını bildirmişdir. Məhkəmə, ifadədə göstərilən dəlilləri araşdırmış və möhtəbər sübutlarla təqsirləndirilən şəxsin qeyd etdikləri öz təsdiqini tapmadığı üçün belə qənaətə gəlir ki, onun məhkəmə baxışında üzərindən çıxan narkotik maddənin real çəkisinin artırılmasına dair ifadəsi özünümüdafiə xarakteri daşıyır və ifadənin həmin hissəsini sübüt kimi qiymətləndirmir. Belə ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın bütün mərhələrində özünü təqsirli bilmiş, üzərindən çıxmış narkotik maddənin miqdarına etiraz etməmiş və aparılmış bütün sənədləşmələrə qanuni nümayəndəsinin iştirakı ilə imza etmişdir. Eyni zamanda məhkəmə qeyd ki, yetikinlik yaşına çatmayan şəxsin üzərinə tutulduqdan dərhal sonra baxış keçilməsi zəruri olduğundan, qanunvericilik həmin istintaq hərəkəti zamanı yalnız müdafiəçinin iştirakını məcburi hesab etmişdir. Sonrakı istintaq hərəkətlərində qanuni nümayədənin iştirakının təmin olunması cinayət işi materialları ilə müəyyən olunduğundan ibtidai isitintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 433.1-ci maddəsinin tələblərinı riayət olunduğunu sübut edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Həmin Məcəllənin 124-cü maddəsi cinayət prosesində qəbul edilən sübutları təsbit edir və təqsirləndirilən şəxsin, şahidlərin ifadələrini onların məhkəmədə və yaxud məhkəməyədək icraatda alınmasından asılı olmayaraq sübutlar sırasında göstərir (maddə 124.2.1). Həmin Məcəllənin 144-cü maddəsi cinayət-mühakimə icraatını aparan orqanlardan, o cümlədən məhkəmədən cinayət təqibi üzrə toplanılmış sübutların tam, hərtərəfli və obyektiv yoxlanılmasını tələb edir. Yoxlama zamanı toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Həmin Məcəllənin 145.1-ci maddəsinə əsasən "hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanılmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir". Cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə isə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin (CPM, maddə 146.1). Göstərilən prosessual qaydalara əməl edərək, məhkəmə iş üzrə toplanmış sübutları qiymətləndirərkən işin hallarını, işdə olan sübutları, nəzərə almışdır. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə, ilk növbədə, işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən yetkinlik yaşına çatmamasını Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə, əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterlı tədbirdir. Cəza cinayət törətməkdə təqsirlı hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin gənc olmaqla onun işlə təmin edilməsinə şəraitinin daha əlverişli şərait yaradılması məqsədi ilə Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir. Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 433.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayan şəxsin tutulması zamanı bu barədə dərhal onun valideynlərinə və ya digər qanuni nümayəndələrinə məlumat verilir. Məlumatın dərhal verilməsi mümkün olmadıqda, yetkinlik yaşına çatmayan şəxsin valideynlərinə və ya digər qanuni nümayəndələrinə mümkün qədər qısa müddətdə tutulma barədə məlumat verilir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar tarixində Sumqayıt ŞPİ-nin MSY-də saxlanmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması cəzasının müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Odur ki, Təqsirləndirilən şəxs MSY-də qaldığı müddət ona təyin olunacaq cəzadan çıxılmalıdır. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,178 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 08.04.2022-ci il tarixli (iş № 1(060)-438/2022) qərarını icra edərək, 20.04.2022-ci il tarixli 584 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 10 (on) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 Saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına köçürülməlidir. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351, 353 və 384, 429-434-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və ərazi üzrə Narkoloji Dispanserində qeydiyyatda alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman aşkar olunmuş və ekspertiza tədqiqatı nəticəsində qalıq qalmış 0,178 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manat Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 10 (on) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 60 (altmış) manat dövlət büdcəsindən tutularaq Sumqayıt 1 saylı Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank” 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev
Məhkəmə qərarları › İş №1(060)-438/2022
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-438/2022
01.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver