-6- Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-438/2025 30.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Elşad İbiş oğlunun sədrliyi, Cəfərova Süsənbər Fariz qızının katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2002-ci ildə Quba rayonu Muçu kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan. Quba rayonu Xaltan ərazi dairəsi. Muçu kəndində daimi qeydiyyatda olmaqla Sumqayıt şəhəri Yaşma Bağları massivi fərdi evdə yaşayan, barəsində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, 2023-cü ilin dekabr ayında Zərərçəkmiş şəxs ilə tanış olub aralarında olan sevgi münasibətlərindən istifadə edərək cinsi ehtirasını təmin etmək məqsədilə 2024-cü ilin aprel-may aylarında dəqiq günü istintaqa məlum olmayan tarixdə Bakı- Quba avtomagistral yolunun Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Praqa” hoteldə bir dəfə, həmin ilin iyun-iyul aylarında dəqiq günləri istintaqa məlum olmayan tarixlərdə yaşadığı Sumqayıt şəhəri Yaşma Bağlar massivi, fərdi evdə iki dəfə olmaqla aralarında 7 yaş fərq olan, on altı yaşına çatmayan xx.xx.2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs qarşı sonuncunun öz razılığı ilə öz cinsiyyət orqanını Zərərçəkmiş şəxs cinsiyyət orqanına və anus dəliyinə salmaqla 16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olub seksual xarakterli hərəkətlər etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs Yaşma bağları ərazisində yaşayır və qonşusudur. 2023-cü ildə Fidanla tanış olmuşlar. Həmin müddət ərzində 3 dəfə onunla cinsi əlaqəyə girmişdir. İttiham aktında yazılmış hadisə baş verib, yəni Zərərçəkmiş şəxs ilə cinsi əlaqəyə girmişdir. Lakin, o, təmiz ailə qızıyla cinsi əlaqəyə girməmişdir. Bundan əlavə Zərərçəkmiş şəxsla tanış olanda onun 16 yaşı olduğunu bilməmişdir. O, özü ona 18 yaşı olduğunu bildirmişdir. Fidanla aralarında sevgi münasibətləri olmuşdur. İlk dəfə o, Fidana onunla cinsi əlaqədə olmağı təklif etmiş, Fidan onun təklifi ilə razılaşmışdır. Fidan onunla qonşuluqda yaşayır, məktəbə getmir, özündən kiçik bir qardaşı vardır. Qardaşının 4-5 yaşı olmuşdur. Onun ailəsini tanıyır. Fidan ona şifahi olaraq 18 yaşı olduğunu demiş, bu barədə ona sənəd göstərməmişdir. Fidana onunla müasibətlərinin ciddi olduğunu, ailə quracağını demişdir. Fidan o yolun yolçusu olmuşdur. Oteldə işləmək istəmiş, onun etirazına baxmayaraq bu əməllərini davam etdirmiş, ona görə də münasibətləri pozulmuşdur. Fidanın ad gününü təbrik etmişdir. Fidana qarşı münasibəti ciddidir. Əgər Fidan razı olarsa onunla ailə qurmaq niyyəti vardır. Hazırda zərərçəkmiş şəxslə, onun qanuni nümayəndəsi ilə barışmışdır. İlk dəfə cinayət əməli törətməsini, zərərçəkmiş şəxsin və qanuni nümayəndəsinin ondan şikayətçi olmamasını nəzərə alaraq ona azadlqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş edir. Daha sonra Təqsirləndirilən şəxs məhkəmə istintaqının sonunda çıxışında özünü CM-in 151-ci maddəsi ilə təqsirli bildiyini, onun əməlinin CM-in 151-ci maddəsinə tövsif edilməsini, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. Zərərçəkmiş şəxs qonşusudur. 2023-cü ilin dekabr ayında Fidanla qonşu məclislərinin birindən tanışlığı yaranmışdır. Həmin məclisdə Fidanın “İnstaqram” sosial şəbəkəsində hesabını götürərək onunla bir müddət yazışmışdır. Fidan ilə instaqramda yazışarkən onun telefon nömrəsini götürmüş, danışıqları zamanı Fidanın 15 yaşı olduğunu öyrənmişdir. Fidan ilə münasibətləri daha da ciddiləşmiş və onunla evlənmək qərarına gəlmişdir. Fidan ilə demək olar ki, hər gün telefonla yazışıb danışmışlar. Fidanın valideynləri ilə yaxın tanışlığı olmuş bir-birilərinin evinə gedibgəlmişlər. Fidanla 2023-cü ilin dekabr ayında Sumqayıt şəhəri Göyərçin parkında gəzişdikdən sonra kafedə oturarkən ona sevgi etirafı etmiş və Fidan 18 yaşı olduqdan sonra onunla ailə həyatı quracağını bildirmişdir. Təxminən bir neçə ay bundan əvvəl 2024cü ilin aprel-may aylarında telefon danışıqları zamanı Fidana onunla cinsi əlaqədə olmaq istədiyini bildirmişdir. Fidan da onunla razılaşmış və etiraz etmədiyini bildirmişdir. Həmin aylarda dəqiq gününü xatırlamadığı tarixdə Fidanla yaşadıqları küçədə görüşmüş və 3 nömrəli xətt marşurutu ilə Sumqayıt şəhəri avtovağzalına getmişlər. Oradan sürücüsünü tanımadığı, markasını və dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı taksi ilə Bakı- Quba yolunun Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisində yerləşən “Praqa" otelə getmiş, həmin hoteldə 25 manat pul ödəməklə otağı bir günlük kirayə götürmüşdür. Orada Fidanla bir gecə qalmış və hoteldə Fidan ilə təbii və qeyri-təbii yolla yəni, anal dəlik vasitəsilə cinsi əlaqədə olmuşdur. Praqa otelə getməmişdən əvvəl onun azyaşlı olduğunu yaşının da 15 olduğunu bilmişdir. Praqa hotelə getməmişdən əvvəl Fidandan əvvəl kiminləsə cinsi əlaqədə olub-olmadığını soruşduqda Fidan ilk dəfə onunla cinsi əlaqədə olacağını bildirmişdir. Praqa hoteldə cinsi əlaqədə olarkən Fidanın bakirəliyini pozmuşdur. Bundan təxminən bir neçə ay sonra 2024-cü ilin iyun-iyul aylarında dəqiq gününü xatırlamadığı tarixdə Fidan ilə yaşadığı evdə iki dəfə görüşmüş, hər görüşü zamanı Fidanla təbii və qeyri- təbii yolla cinsi əlaqədə olmuşdur. Əvvəllər dəfələrlə müxtəlif qadınlarla cinsi əlaqədə olmuşdur. Ereksiya qabiliyyəti normaldır. Məmmədli Fidan ilə sevgi münasibətində olduğu zaman, onunla öpüşdüyü zaman cinsi fəallığı olmuşdur. Təqsirləndirilən şəxs özünü təqsirli bilməsə də onun təqsirli olması özünün ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyyətli ifadələri, zərərçəkmiş şəxsin, zərərəçəkmiş şəxsin qanuni nümayəndəsinin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər sübutlarla tam sübuta yetirilir. Belə ki, məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş X3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə Yaşmada tanış olmuşdur. İlk tanışlıqları instagram adlanan sosial mediya platforması üzərindən olmuşdur. Orada yazışdıqdan sonra sevgili olmuş və görüşmüşlər. Təqsirləndirilən şəxs ilə ümumilikdə 3 dəfə cinsi əlaqədə olmuşdur. 1 dəfə Sumqayıtda yerləşən Praqa hoteldə, digərləri isə Ağadadaşgilin evində olmuşdur. Ağadadaşa 18 yaşı olduğu demişdir. Onunla tanış olandan 6-7 ay sonra ailə quracağını planlaşdırmışlar. Yaşı tamam olmadığı üçün ailə qurmamışlar. Lakin, yaşı tamam olandan sonra Ağadadaşla ailə quracaqlar. Ad günündə Ağadadaş ona sep hədiyyə etmişdir. İstintaqda ifadə verərkən gərgin vəziyyətdə olmuşdur. Hazırda Ağadadaş ilə barışmışdır. Ona qarşı heç bir şikayət və tələbi yoxdur. Onunla barışdığı üçün işə xitam verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər yarandığı üçün onun ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qonşusudur. Ağadadaşla qonşu məclislərinin birində tanışlığı yaranmış və Ağadadaş 2023-cü ilin sonunda “İnstaqram” sosial şəbəkəsində hesabını götürərək onunla bir müddət yazışmışdır. Təqsirləndirilən şəxs ilə «İnstaqram»da yazışarkən mobil telefon nömrəsini götürüb və bundan sonra onunla münasibətləri daha da yaxşılaşmışdır. Təqsirləndirilən şəxs onunla hər gün telefonla yazışmış, hətta valideynləri ilə yaxın tanışlığı olmuş, bir-birilərinin evinə gedibgəlmişlər. 2023-cü ilin dekabr ayında Təqsirləndirilən şəxs ilə Sumqayıt şəhəri, Göyərçin parkında kafedə oturan vaxtı Ağadadaş ona sevgi etirafı etmiş və onun 18 yaşı tamam olduqdan sonra onunla ailə quracağını bildirmişdir. 2024-cii ilin aprel-may ayında dəqiq gününü xatırlamadığı tarixdə Təqsirləndirilən şəxs ilə görüşmüş və onunla birlikdə Sumqayıt şəhəri, Ceyranbatan qəsəbəsi ərazisində yerləşən «Praqa» otelə öz istəyi ilə getmişdir. Təqsirləndirilən şəxs ilə oteldə bir gecə qalmışdır. Otelə getməmişdən əvvəl Təqsirləndirilən şəxs ona onunla cinsi əlaqədə olmağı təklif etmiş və o, da Ağadadaşla razılaşmışdır. Təqsirləndirilən şəxs oteldə öz cinsiyyət orqanını onun cinsiyyət orqanına daxil edərək onunla təbii yolla cinsi əlaqədə olmuş və onun bakirəliyini pozmuşdur. Belə ki, cinsiyyət orqanından qan gəlmişdir. Həmin vaxt ilk dəfə cinsi əlaqədə olmuşdur və elə bir hal baş vermiş, yəni cinsiyyət orqanından qan gəlmişdir. Buna görə də bakirəliyinin pozulmasını bilmişdir. Təqsirləndirilən şəxs onunla bir neçə dəfə təbii yolla cinsi əlaqədə olmuş, həmçinin həmin vaxtı Təqsirləndirilən şəxs onun razılığı ilə onunla qeyri-təbii yolla da cinsi əlaqədə olmuşdur. Belə ki, Təqsirləndirilən şəxs öz cinsiyyət orqanını onun arxa keçəcəyinə, yəni anus dəliyinə daxil edərək, onunla qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs ilk dəfə arxa keçəcək nahiyyəsindən cinsi əlaqədə olan vaxtı əvvəlcə çox ağrı hiss etmiş və buna bir qədər ara vermişlər, sonra isə davam etmişlər. Təqsirləndirilən şəxs əvvəl heç kim ilə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmamışdır. Təqsirləndirilən şəxs onunla cinsi əlaqədə olan vaxtı ona qarşı heç bir zor tətbiq etməmiş və qarşılıqlı razılıqları əsasında cinsi əlaqədə olmuşlar. Bundan sonra 2024-cü ilin iyun-iyul aylarında Ağadadaşla yaşadığı evdə 2 dəfə görüşmüş və orada da Ağdadaşla təbii və qeyri-təbii yolla cinsi əlaqədə olmuşdur. Ekspertiza zamanı bədəni üzərində olan xəsarətin nə vaxt, necə və hansı şəraitdə əmələ gəlməsi barədə dəqiq heç nə deyə bilmədiyini, ola bilsin ki, hər hansı bir iş görəndə harasa dəyib zədələndiyini, Həmin xəsarətin nə Təqsirləndirilən şəxs, nə də hər hansı şəxs tərəfindən yetirilmədiyini bildirmişdir. Məhkəmədə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi kimi dindirilmiş Qanuni nümayəndə Fizuli qızı ifadəsində göstərdi ki, Ağadadaş ilə qızının münasibətindən xəbəri olduqda, yəni sevgili olduqlarını öyrənəndə, onların ciddi münasibətləri olduğunu bilmirdi, düşünmüşdür ki, niyyətləri pisdir. Daha sonra qızı ilə danışdıqda qızı ona bildirmişdir ki, bir-birlərini sevirlər. Ağadadaş ona oğlu kimi olub, hər zaman ona köməklik edib. Ağadadaşın anası ilə rəfiqədirlər, onunla söhbət edən zaman demişdir ki, qızını Ağdadaşa ərə verəcəkdir. Ağanın anası da bildirmişdir ki, qızını oğluna alacaq, çünki onlar kimi bir ailə ilə qohum olmaq istəyir. Lakin Fidanın yaşı tamam olmadığından ögey atası hələ ki, onun evlənməsinə icazə verməmişdir. Ağadadaşın anası qızı Fidanı oğluna almaq istədiyini bildirmişdir. Lakin, ona qızının yaşının çatmadığını demişdir. Qızının uşaq olduğunu bildirmiş, buna görədə qızının Ağadadaş ilə ailə qurmasına razılıq verməmişdir. Bu iş açılandan sonra Ağadadaş ona bildirmişdir ki, Fidana qarşı münasibəti ciddidir, onunla ailə quracaqdır. Cinayət işinin 55-56-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 98-ci vərəqəsində olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və müvəqqəti saxlama yerindən azad olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyü cinayət işi üzrə hadisə yerində, yəni Bakı-Quba avtomagistral yolunun Sumqayıt şəhəri Ceyranbatan qəsəbəsi ərazisindən keçən hissəsində yerləşən “Praqa” hoteldə və yaşadığı Sumqayıt şəhəri, Yaşma Bağlar massivi, fərdi evdə yoxlanılmış, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində tam təsdiq etmişdir. Bu barədə tərtib edilmiş protokol iş materiallarına əlavə edilmişdir. İş materiallarından görünür ki, istintaq zamanı zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Fazil qızı Sumqayıt ŞPİ-ə ərizə ilə müraciət edərək Təqsirləndirilən şəxsla barışdığını, ondan heç bir şikayət və tələb və ya iddiasının olmadığını bildirmişdir. İş materiallarında olan Məhkəmə-tibbi ekspertizasının 20 iyun 2024-cü il tarixli, 261 nömrəli rəyində göstərilmişdir ki, 2009-cu il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertizasına əsaslanaraq və ilkin məlumatı nəzərə alıb, qərarda qoyulmuş suallara uyğun olaraq aşağıdakı nəticəyə gəlinir: Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. F.F. Osmanlının arxa keçəcək nahiyəsində qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edildi. Qeyri-təbii yolla cinsi əlaqə zamanı arxa keçəcək nahiyəsində xəsarət və ya xəsarət izi aşkar olunmursa, müddət haqqında fikir söyləmək mümkün deyildir. Zərərçəkmiş şəxs götürülmüş qan və sidik nümunələrinin tərkibində metil, etil, propil. butil, amil spirtləri, barbitur turşusu törəmələri, alkaloidlər (həmçinin tiryək qrupu), fenotiazin. pirazalon, 1.4 benzodiazepin törəmələri, fenilalkilamin qrupuna aid olan amfetamin və metamfetamin, salisilatlar və kannabinoidlər (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Vizual olaraq bədən səthində sperma izləri aşkar olunmadı. Zərərçəkmiş şəxs sol said nahiyəsində aşkar edilmiş çapıq izi kəsici kənara, yaxud iti uca malik əşyanın (əşyaların) təsirindən törənmiş, törənmə müddəti müayinədən təxminən 6-7 ay əvvələ uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan dərəcəsi təyin edilmir. Kompleks ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının 06 may 2025ci il tarixli, 1468 nömrəli rəyindən aşağıdakılar müəyyən edilmişdir. Məhkəmə-psixiatrik ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının və apanlmış psixiatrik müayinələrin nəticələrinin tədqiqinə əsasən məhkəmə-psixiatrik ekspertizası aşağıdakı qərara gəlir. Zərərçəkmiş şəxs qərarda təsvir olunan hadisə dövründə də hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Həmin dövrdə Zərərçəkmiş şəxs öz hərərkətlərinin mənasını dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Zərərçəkmiş şəxs hal-hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Zərərçəkmiş şəxs hazırda öz hərəkətlərini ölçüb-biçmək və onları idarə etmək iqtidarına malikdir. Zərərçəkmiş şəxs iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək və onlar barəsində istintaqa düzgün ifadə vermək qabiliyyətinə malikdir. Zərərçəkmiş şəxs hazırda hərəkətlərinin mənasını dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Zərərçəkmiş şəxs məhkəmə-psixiatrik ekspertizasından təqsirləndirilən şəxs qismində keçmədiyindən, tibbi xarakterli məcburi müalicəyə ehtiyacı olub-olmaması sualı cavablandırılmır. Məhkəmə-psixoloji ekspertizası üzrə yekun hissə: Cinayət işi materiallarının təhlili və aparılmış psixoloji müayinənin nəticələrinə əsasən ekspert qarşısında qoyulmuş suallar aşağıdakı kimi cavablandırılır: Qərarın təsviri hissəsində göstərilən hadisələr zamanı Zərərçəkmiş şəxs psixiemosional vəziyyətində iş üçün əhəmiyyət kəsb edən hər hansı mühüm dəyişiklik yaranmamışdır. Zərərçəkmiş şəxs ünsiyyətçillik, sadəlöhvlük, tez inanmaq, səthilik kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Hadisədən əvvəl və hadisə zamanı Zərərçəkmiş şəxs ekstremal psixi vəziyyətdə (fizioloji affekt, stress, emosional-psıxi gərginlik, frustrasiya və s.) olması müəyyən edilmir. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsi hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Azərbaycan Respublikası CPM-in 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, Təqsirləndirilən şəxs on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün və zərərçəkmiş şəxsin ibtidai istintaq və məhkəmə istintaqı zamanı verdiyi ziddiyətli ifadələri, ekspert rəyi və digər iş materialları ilə sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsi düzgün tövsif edilmiş, o həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs və zərərçəkmiş şəxs X2 məhkəmə iclasında verdiyi ifadələri həqiqətə uyğun olmamaqla yanaşı, eyni zamanda işin həqiqi halları ilə uyğunluq təşkil etmir. Belə ki, cinayət işinin ibtidai istintaqı zamanı hər iki şəxs aralarında təbii və qeyri-təbii yolla cinsi əlaqə olmasını, zərərçəkmiş şəxs Fidan Qasımlının Təqsirləndirilən şəxs 15 yaşı olduğunu dediyini ifadələrində bildirmişlər. Zərərçəkmiş şəxs də ibtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə verdiyi ifadəsində təqsirləndirilən şəxs ilə aralarında təbii və qeyri-təbii yolla cinsi əlaqə olmasını, təqsirləndirilən şəxsə 15 yaşı olmasını bildirdiyini demişdir. Bundan əlavə zərərçəkmiş şəxsin qanuni nümayəndəsi (anası) məhkəmə iclasında bildirmişdir ki, Təqsirləndirilən şəxs qızı ilə ailə qurmaq istəmiş, lakin ona qızının azyaşlı olduğunu, 18 yaşı tamam olandan sonra ailə qura biləcəklərini dediyini təsdiq etmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, təqsirləndirilən şəxsin məhkəmə iclasında verdiyi ifadələri ilə ibtidai istintaq zamanı verdiyi ifadələri arasında olan ziddiyyətlər özünü müdafiə xarakteri daşıyır və məhkəmə iclasında verdiyi ifadələri cinayət məsuliyyətindən yaxa qurtarmaq üçün vermişdir. Zərərçəkmiş şəxsin isə məhkəmə iclasında davranışlarından kifayət qədər aydın sezilmişdir ki, təqsirləndirilən şəxsə qarşı olan hisslərinə görə, yəni təqsirləndirilən şəxsin onunla ailə quracağı barədə vədlərinə görə məhkəmə iclasında sonuncunu müdafiə yönümlü ifadələr vermişdir. Ona görə də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs və zərərçəkmiş şəxsin ibtidai istintaq dövründə verdikləri ifadələri mötəbər sübut kimi qiymətləndirilməlidir, həmin sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar mövcud deyil. Bundan əlavə məhkəmə-tibbi ekspertizasının rəyi ilə də təsdiq edilir ki, zərərçəkmiş şəxsdə təbii və qeyri-təbii yolla cinsi əlaqədə olma əlamətləri vardır. Ona görə də, məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işinin faktiki hallarına və toplanmış sübutlarla təsdiq olunduğundan sübut kimi qəbul edir. Həmçinin, məhkəmə, zərərçəkmiş şəxs X2 məhkəmə istintaqı zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olmadığından sübut kimi qəbul etmir, təqsirləndirilən şəxs onunla ailə quracağını bildirdiyindən həmin ifadəni Təqsirləndirilən şəxs müdafiə etmək məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini işin faktiki hallarına uyğun olduğundan subüt kimi qəbul edir. Göstərilənlərə əsasən məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, ittiham tərəfinin təqdim etdiyi sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 152.1-ci maddəsinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinə əsasən on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə — üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Zərərçəkmiş şəxs X3 və zərərçəkmiş şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə Fizuli qızı məhkəməyə ərizə təqdim edərək Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirmişlər. Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə edilməsi təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən cinayət əməlinin təkrar törədilməsi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran haldır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, cəzanı yüngülləşdirən halları, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona həmin cəzanın təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Ona görə də onun barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdən 20 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunacaq cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı hazırki hökmün qəbul edildiyi 30 iyul 2025-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək həbs qətimkan tədbiri seçilməli, o, məhkəmə zalından həbsə alınmalı, saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilməli və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsində isə deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-in 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 nömrəli qərarına (xx.xx.2025-ci il tarixli 141 nömrəli qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirli bilinərək ona 01 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 18 yanvar 2025-ci il tarixdən 20 yanvar 2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 1 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 30 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri ləğv edilərək, barəsində həbs qətimkan tədbiri seçilsin o, məhkəmə iclas zalından həbsə alınsın və saxlanılması üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 10 saata görə 110 (yüz on) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut, mülki iddia və ekspertiza xərcləri yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elşad Əliyev
Məhkəmə qərarları › İş №1(060)-438/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-438/2025
30.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver