Məhkəmə qərarları › İş №1(060)-439/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-439/2022

03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-439/2022 03.11.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, Məhkəmə iclas katibi X1 katibliyilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1973-cü il tarixdə Bakı şəhərində anadan olmuş, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri, 11-ci Xrebtovı küçəsi, ev 170A ünvanında qeydiyyatda olan və Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl üzrə gecəqondu ərazisi, fərdi evdə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1,346 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 18 yanvar 2022-ci il tarixdə, saat 19:00-da, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, 6 saylı orta məktəbin yaxınlığıda saxlanılaraq PB-nə gətirilmiş və PB-də üzərinə şəxsi axtarış keçirilərkən, onun əynindəki göy rəngli şalvarının sağ yan cibində saxlamış olduğu 01 ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə 1,346 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, təxminən saat 19:00 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, 6 nömrəli orta məktəbin yaxınlığında olan zaman 3 (üç) nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim edib polis əməkdaşı, yəni Sumqayıt şəhər Pİ-nin 2-ci PB-nin əməkdaşları olduqlarını, onu narkotik vasitələrin qəbulunda, üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxladıqlarını bildirib, üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsi məqsədi ilə Sumqayıt şəhəri Pİ-nin 2-ci PB-nə dəvət etmişlər. O, heç bir etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə 2-ci PB-nə getmişdir. PB-nə getdikdən sonra, xidməti otaqların birində hansı səbəbdən saxlanılmağı, hüquq və vəzifələri izah olunmaqla yanaşı, hüquqlarının müdafiə olunması məqsədi ilə vəkil seçməsi üçün dəvət olunduqdan sonra onun icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə üzərinə şəxsi axtarış başlanılmışdır. Sonra üzərinə videoçəkilişlə şəxsi axtarış zamanı əynindəki cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli sellofana bükülmüş narkotik vasitə bükümünü çıxardıb təqdim edərək, masanın üzərinə qoymuşdur. Həmçinin üzərində duz da aşkar edilmişdir. Təhqiqatçı onun əynindəki göy rəngli cins şalvarın sağ yancibindən çıxardıb təqdim etdiyi 1 ədəd göy rəngli sellofan bükümün nə olduğunu soruşduqda o, cibindən çıxardıb təqdim etdiyi həmin bükümün “kakos” olduğunu bildirmişdir. Üzərindən aşkar olunmuş 1 ədəd göy rəngli sellofan bükümü elektron tərəziyə qoyaraq çəkilmişdir. Bundan sonra, onun üzərindən aşkar olunaraq götürülmüş 1 büküm göy rəngli sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə və eləcədə 1 büküm duza bənzər ağ rəngli kristal dənəciklərdən ibarət kütlə zərfə qoyuylaraq qablaşdırılmışdır. Üzərindən aşkar olunaraq götürülmüş, kakos adlandırdığı 1 büküm tünd qəhvəyi rəngli kütlə narkotik vasitə olan heroin olmuş, saxlanılarkən ona qarşı heç kim heç bir psixi və ya fiziki zor tətbiq etməmiş, heç bir hüququ pozulmamış, üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə bükümünü, Bakı şəhərində 20 Yanvar metrostansiyasının yaxınlığında tanımadığı şəxsdən 10 manata, öz istifadəsi üçün alıb üzərində saxlamış, tututlduğu anadək hər hansı bir şəxsə narkotik vasitə və ya psixotrop maddə satmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməllərdən səmimi peşman olduğunun nəzərə alınmaqla ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə şahid Sumqayıt ŞPİ-nin 2-cü PB-nin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.1973-cü il tarixidə ünvan 2 ünvanında qeydiyyatda olan, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi, Maral Göl gecəqondular ərazisi fərdi evdə yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qəbulu, üzərində gəzdirilməsi barədə qərəzsiz və etibarlı mənbədən Sumqayıt ŞPİ, 2-ci PB-nə əməliyyat məlumatı daxil olmuş, məlumat onun raportu vasitəsi ilə bölmə rəhbərliyinə məruzə edildikdən sonra əməliyyat qrupu təşkil olunmuş və qrupun daxilinə iştirak etməsi üçün o, da əlavə edilmişdir. O və əməliyyat qurpunun digər üzvləri olan polis əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, Təqsirləndirilən şəxs ola biləcəyi yerdə, yəni Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində pusqu qurulmuşdur. Onlar saat 19:00-da Təqsirləndirilən şəxs küçə ilə hərəkətdə olduğunu görüb, Kimyaçılar qəsəbəsi, 6 nömrəli orta məktəbin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edərək, sonuncunun narkotik vasitələrin qanunsuz olaraq üzərində gəzdirilməsi və istifadəsi ilə bağlı şübhəli şəxs qismində saxlanıldığını bildirib, özünü təqdim etməsini xahiş etmişlər. Saxlanılan şəxs Təqsirləndirilən şəxs olduğunu bildirdikdən sonra saxlanılan şəxsə istintaq hərkətinin keçirilməsi üçün onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getməli olduğunu bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuşlar. Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmiş və onlarla birlikdə Sumqayıt ŞPİ-nin 2-ci PB-nə getmişdir. Sumqayıt şəhər Pİ-nin 2-ci PB-də, xidməti otaqlardan birində təhqiqatçı Mətləb Abbasov hansı səbəbdən saxlanılması, hüquq və vəzifələri izah olunmaqla yanaşı, hüquqlarının müdafiə olunması məqsədi ilə vəkil seçməsi üçün Sumqayıt Regional Vəkil Bürosunun vəkillərinin siyahısını Təqsirləndirilən şəxs təqdim etmiş, Təqsirləndirilən şəxs hüquqlarının, vəkil siyahısında adı olan X4 tərəfindən müdafiə olunmasını istədiyini bildirmişdir. Vəkil X4 dəvət olunduqdan sonra Təqsirləndirilən şəxs icazəsi və vəkilin iştirakı ilə video çəkilişlə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başlanılmışdır. Öncə Sumqayıt ŞPİ-nin 2-ci PB-nin baş təhqiqatçısı polis mayoru, Abbasov Mətləb özünü təqdim etdikdən sonra, saxlanılan şəxs Təqsirləndirilən şəxs da, özünü təqdim etməsini xahiş etmişdir. Saxlanılan şəxs özünü təqdim edərək, Təqsirləndirilən şəxs olduğunu bildirmiş, sonra təhqiqatçının xahişi ilə o və digər polis əməkdaşları, yəni Təqsirləndirilən şəxs saxlayıb polis bölməsinə gətirən polis əməkdaşları da, növbə ilə özlərini təqdim etmişdir. Ardınca təhqiqatçı, Təqsirləndirilən şəxs hüquqlarını müdafiə edəcək vəkil X2 təqdim etmiş və Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində, saxlanılmasında, daşınmasında şüphəli bilindiyi üçün, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsi ərazisində, 6 nömrəli orta məktəbin yaxınlığında saxlanılaraq 2-ci Polis Bölməsinə gətirildiyini qeyd tmişdir. Sonra təhqiqatçı, Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış keçiriləcəyini bildirib, Təqsirləndirilən şəxs etirazının olub-olmamasını soruşmuş, Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Təhqiqatçı, şübhəli şəxs Təqsirləndirilən şəxs qanunvericilikdə nəzərdə tutulmuş hüquq və vəzifələrini izah etdikdən sonra, bu barədə yazılı bildirişi təqdim edib tanış olmasını xahiş etmiş, Təqsirləndirilən şəxs yazılı bildirişlə tanış olduqdan sonra, təhqiqatçı şəxsi axtarış istintaq hərəkətinin başlanıldığını elan edərək, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən öncə, sonuncunun üzərində narkotik vasitə, dövriyyəsi qanunla qadağan edilmiş və ya iş üzrə sübut əhəmiyyəti kəsb edən hər hansı bir əşya vardırsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs əynindəki gödəkcənin sol yan cibindən 1 ədəd alışqanı, qəpik pulları çıxardıb, masanın üzərinə qoyaraq, üzərində olan digər əşyaları çıxardıb təqdim etməyə davam etmiş və əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən 1 ədəd göy rəngli sellofan bükümü çıxardıb təqdim edərək, masanın üzərinə qoymuş və həmin bükümün narkotik vasitə olduğunu bildirmişdir. Təhqiqatçı, Təqsirləndirilən şəxs əynindəki göy rəngli cins şalvarın sağ yan cibindən çıxardıb təqdim etdiyi 1 ədəd göy rəngli sellofan bükümün nə olduğunu soruşduqda o, cibindən çıxardıb təqdim etdiyi həmin bükümün kakos olduğunu bildirmişdir. Sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərində başqa bir şey olubolmadığını soruşduqda Təqsirləndirilən şəxs, “yox" deyə cavab vermişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə axtarış keçirlməyə başlanılmış, axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki dəri gödəkçənin sol yan cibindən 2 (iki) manat pul, əynindəki göy rəngli şalvarın sağ yan cibin üstündəki kiçik cibindən 1 ədəd ağ rəngli kağız büküm aşkar olunduqda, Təqsirləndirilən şəxs, həmin bükümün içərisində ‘'duz” olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs şalvarının arxa cibindən kiçik kağız parçası da aşkar olunmuşdur. Qeyd olunanlardan başqa Təqsirləndirilən şəxs üzərindən əlavə heçnə aşkar olunmamışdır. Təqsirləndirilən şəxs əynindəki göy rəngli şalvarın sağ yan cibinin üstündəki kiçik cibindən aşkar olunaraq götürülmüş, 1 ədəd ağ rəngli kağız büküm təhqiqatçı tərəfindən açıldıqda, həmin bükümün içərisində duza bənzər ağ rəngli kristal dənəciklərdən ibarət kütlə aşkar olunmuş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 2 manat və qəpik pullar, eləcə də 1 ədəd alışqan Təqsirləndirilən şəxs qaytarılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 ədəd göy rəngli sellofan bükümü elektron tərəziyə qoyularaq çəkisi ölçülmüş və çəkisinin 1,51 qram olması müəyyən edilmişdir. Sonra təhqiatçı həmin bükümü açdıqda bükümün içərisində qəhvəyi rəngli kütlə aşkar olunmuş və təhqiqatçı həmin kütlənin çəkisini, büküldüyü sellofanla birlikdə, açıq halda bir daha elektron tərəzidə ölçdükdə çəkisinin 1,50 qram olması müəyyən edilmişdir. Daha sonra təhqiqatçı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 büküm duza bənzər ağ rəngli kristal dənəciklərdən ibarət kütlənin çəkisini elektron tərəzi vasitəsi ilə ölçdükdə, çəkisinin 0,66 qram olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 büküm göy rəngli sellofana bükülmüş qəhvəyi rəngli, narkotik vasitəyə bənzər kütlə və eləcədə 1 büküm duza bənzər ağ rəngli kristal dənəciklərdən ibarət kütlə zərfə qoyuylaraq qablaşdırılmış, zərf Təqsirləndirilən şəxs və vəkil Səadət Vəliyeva tərəfindən imzalanmışdır. Təhqiqatçı, qablaşdırılmış həmin maddələrin xalis çəkisinin, növünün müəyyənləşdirilməsi məqsədi ilə Məhkəmə Ekspertiza Mərkəzinə göndəriləcəyini izah edib, video çəkilişin dayandırılmasını xahiş etmiş, video çəkliş dayandırılmış və şəxsi axtarış istintaq hərəkəti yekunlaşmışdır. Təqsirləndirilən şəxs narkotik vasitə və ya psixatrop maddələrin dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmamışdır. Məhkəmə iclasında şahid Sumqayıt ŞPİ-nin 2-ci PB-nin sahə rəisi Şahid2 Şahid1 ifadəsinə uyğun ifadə verdi. İş materiallarına maddi sübut kimi əlavə edilmiş bir ədəd disk məhkəmə istintaqı zamanı nümayiş etdirilərkən, 18 yanvar 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Sumqayıt şəhər polis idarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, üzərinə şəxsi axtarış keçirilərkən onda narkotik vasitə olan heroin aşkar edilməsi video görüntülərdə əks etdirilməsi müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/333 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş...” yazısı və imzalar olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 1,346 qram qəhvəyi rəngli toz şəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroindir və bir ədəd bükümdə ağ rəngli kristallardan ibarət maddə narkotik və psixotrop maddələrə aid olmayan limon turşusudur(heroinin təmiz çəkisi-1,346 qram, tədqiqata sərf edildi-0,05 qram, qalıq-1,296 qramdır). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzinin Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 415 saylı rəyindən görünür ki, ekspert komissiyası belə nəticəyə gəlmişdir ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspertiza rəyləri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə olunmuş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqları-xx.xx.2012-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X3 vardır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşaqlarının olmasını, əməlini etiraf etməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4 və 59.2-ci maddələrində nəzərdə tutulan məsuliyyətini yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş əməliyyat və statistik informasiya idarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan (tələbnamədən), Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünün surətindən və Bakı şəhəri, Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində ilə “8 Noyabr-Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarı tətbiq edilərək Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsindən azad edilmiş və onun üzərindən məhkumluğu götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı aşağıdakılar nəzərə alınmır: böyük ictimai təhlükə törətməyən cinayətlər; yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlər; həmin Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar; azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya, yəni böyük ictimai təhlükə törətməyən cinayətə görə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunduğu və Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə məhkumluğu götürüldüyü üçün onun residivliyi nəzərə alınmamalıdır. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, ibtidai istintaq orqanının xx.xx.2022-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, həmin tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Sumqayıt şəhər polis idarəsinin 2-ci polis bölməsinin xx.xx.2022-ci il tarixdə dən məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhər TTYX-nın travma şöbəsində müalicə alınması müəyyən edilərək həmin bölmənin əməkdaşları tərəfindən saxlanılaraq Pİ-nin MSY-nə təqdim edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hazırlıq iclasının qərarından görünür ki, Təqsirləndirilən şəxs “sağ bud sümüyünün burmalardan keçən qapalı yerdəyişmiş sınığı, sağ aşağı ətrafın infeksiyası” ilə Sumqayıt şəhər X10 Xəstəxanasında stasionar müalicə aldığına görə onun müdafiəçisi Müdafiəçi vəsatətlə məhkəməyə müraciət etmiş və müdafiəçinin vəsatəti təmin olunaraq Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və o, Sumqayıt şəhər polis idarəsinin MSY-dən azad olunmuşdur. İş materiallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs məhkəmə icraatından yayınaraq məhkəmə iclasına gəlmədiyindən onun axtarışı elan olunaraq, barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuş xx.xx.2022-ci li tarixli xx/xx-4308 №li məktubundan müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutularaq xx.xx.2022-ci il tarixdə saxlanılması üçün 3 saylı İstintaq Təcridxanasına gətirilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tutularaq həbsdə saxlanıldığı 03 (üç) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin olunacaq cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən təyin olunacaq cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli axtarış qərarına əsasən tutulduğu 09 sentyabr 2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilməli və o, ərazi üzrə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,296 qram çəkilərdə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə ekspertizasının ümumi dəyəri 114 manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə məhkəmə qərarını icra edərək, 18 aprel 2022-ci il tarixli 548 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və o, 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulub saxlandığı 02 (iki) gün və həbsdə saxlandığı 01 (bir) gün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin başlanğıcı 09 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbirlər təyin edilsin və o, ərazi üzrə Sumqayıt şəhəri Narkoloji Dispanserində qeydiyyata alınsın. Sumqayıt şəhər polis idarəsində saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 1,296 qram çəkidə narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan bir ədəd disk cinayət işində saxlanılsın. İş üzrə aparılmış məhkəmə ekspertizası tədqiqatının ümumi dəyəri 81 manat Təqsirləndirilən şəxs alınıb tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) köçürülsün. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımı ödəməkdən azad edilsin və Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 20 saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 120 manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar