Məhkəmə qərarları › İş №1(060)-439/2025

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-439/2025

11.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-439/2025 11.07.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Məhkəmə iclasında sədrlik edən: Sumqayıt şəhər Məhkəməsinin hakimi X4, Məhkəmə iclasının katibi: X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə xx xxxx 1991-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti azad edilmiş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə 13 mart 2025-ci il tarixdə saat 14 radələrində Zərərçəkmiş şəxs məxsus ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq evin yataq otağında olan çarpayının altından 2500 manat nağd pul, 01 ədəd 1300 manat dəyərində, 583 əyyarlı 11 qram çəkidə qızıl qolbaq, 01 ədəd 300 manat dəyərində, 585 əyyarlı 2,5 qram çəkidə qızıl üzük, 01 ədəd 100 manat dəyərində “Redmi” markalı mobil telefon, 01 ədəd 100 manat dəyərində, “Samsung” markalı mobil telefon, 01 ədəd 100 manat dəyərində “XCS” markalı mobil telefonu gizli yolla oğurlayaraq Zərərçəkmiş şəxs ümumilikdə 4400 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,538 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib saxlayaraq daşımış, 19 mart 2025-ci il tarixdə saat 00:15-də Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 4 ünvanının qarşısında saxlanılıb üzərinə yoxlama keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə təmiz çəkisi 0,538 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək ondan götürülmüşdür. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasına videokonfrans əlaqə sistemi vasitəsi ilə qoşulmuş təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs ona Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun qonşusudur. Ona məxsus evin qapısında qıfıl olduğunu görüb evdə kiminsə olmadığını bilmiş və evin plastik pəncərəsini daşla vurub sındırmaqla evə daxil olmuşdur. Evə daxil olduqdan sonra axtarmağa başlamış, evdən notebook, telefonlar, 3-4 ədəd qol saatı götürmüşdür. Qol saatlarını bir yerə qoymuşdur ki, sonra götürsün, qayıtdıqda orada olmadığını görmüşdür. Digər əşyalardan isə telefonun birini qaytarmış, digərlərini tanımadığı şəxslərə satmışdır. Bundan başqa heç nə oğurlamamış, qızıl və pul götürməmişdir. Narkotiklə bağlı hissədə qeyd etdi ki, narkotik vasitə istifadəçisidir. Lakin üzərində narkotik vasitə olmamışdır. Onu gecə saatlarında Corat qəsəbəsində yerləşən “Ruzi” marketin yanında saxlamışlar, bölməyə aparıb çəkiliş etmişlər. Narkotik vasitə ona məxsus olmasa da narkotik vasitə istifadəçisi olduğuna görə verilən ittihamla razılaşmışdır. Ona qarşı heç bir təzyiq olmamışdır. İstintaq zamanı verdiyi ifadə doğrudur. Təqsirləndirilən şəxs cinayət işi materiallarında olan ibtidai istintaq zamanı vermiş olduğu ifadəsindən müəyyən edilir ki, 13 mart 2025-ci il tarixdə saat təxminən 14 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan əvvəldən tanıdığı Natiq adlı şəxsin evinin qarşısından keçərkən evə daxil olub oğurluq etmək istəmişdir. Evin arxa tərəfinə keçərək yataq otağına açılan pəncərəni yerdən götürdüyü daş parçası ilə vurub sındıraraq açmışdır. İçəri daxil olduqdan sonra evi axtarmağa başlamışdır. Yataq otağında olan çarpayının üzərindəki döşəyin altına baxan zaman pul və qızıl zinət əşyaları olduğunu görüb götürmüşdür. Daha sonra mətbəx hissəyə keçmiş və orada masanın üzərində olan 01 ədəd və şkafda olan 02 ədəd mobil telefonları götürmüşdür. Evdə başqa dəyərli heç bir əşya tapmamış və içəri girdiyi pəncərədən də çıxaraq getmişdir. Evdən çıxdıqdan sonra pulları saydıqda 2500 manat olmasını görmüşdür. Qızıl zinət əşyaları isə 1 ədəd qolbaq və 1 ədəd də üzük olmuşdur. Oğurladığı pulları öz ehtiyacları üçün xərcləmişdir. Qızıl zinət əşyalarını Sumqayıt şəhəri ərazisində tanımadığı şəxsə 70 manata satmışdır. Əldə etdiyi pulu yenə də öz ehtiyaclarına xərcləmişdir. Mobil telefonlardan ikisini Corat qəsəbəsində yaşayan tanışı Samir adlı şəxsə 40 manata özünə məxsus olmasını deyib satmışdır. Digər 01 ədəd mobil telefonu isə özündə saxlamışdır. Polis əməkdaşları onu saxlayan zaman da təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, uzun müddətdir ki, narkotik vasitələrin müxtəlif növlərindən istifadə etmişdir. 18 mart 2025-ci il tarixdə Abşeron rayonu Saray qəsəbəsi ərazisində olarkən əvvəllər tanımadığı şəxsdən 20 manat müqabilində özü istifadə etmək üçün narkotik vasitə olan heroin almışdır. Aldığı narkotik vasitədən bir qismini istifadə etdikdən sonra qalan hissəsini əynində olan şalvarının cibinə qoyub daha sonra istifadə etmək üçün saxlamışdır. 19 mart 2025-ci il tarixdə saat təxminən 00:15 radələrində Sumqayıt şəhəri Corat qəsəbəsi, M.Hüseynzadə küçəsi 92 nömrəli evin qarşısında olarkən mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edərək onu saxlamışlar. Saxlanıldıqdan sonra polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsində şübhəli olduğunu bildirib üzərinə baxış keçirmək istədiklərini bildirmişlər. Videoçəkilişdən istifadə etməklə onun üzərinə baxış keçirilmiş və baxış zamanı üzərində saxlamış olduğu narkotik vasitəni özü təqdim etmişdir. Təqdim etdiyi həmin narkotik vasitə polis əməkdaşları tərəfindən qablaşdırılaraq möhürlənmişdir. Daha sonra o, üzərindən götürülmüş narkotik vasitə ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmişdir. Bölmədə ona hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər Regional Vəkil Bürosunun vəkili X3 təqdim olunmuşdur. Sonra üzərində aşkar edilmiş və qablaşdırılmış, narkotik vasitə PB-də xidməti otaqda yenidən açılmış, ona aid olub-olmadığı soruşulmuş, o, bu barədə suallara cavab vermişdir. Həmin vaxt aşkar olunmuş narkotik vasitə sellofan torba ilə birlikdə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin bükümlə birlikdə çəkisinin 0,85 qram olduğu müəyyən olunmuş və yenidən qablaşdırılaraq möhürlənmişdir. O, həmin narkotik vasitənin özünə məxsus olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün tanımadığı şəxsdən 20 manata aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, polis əməkdaşları tərəfindən ona qarşı hər hansı formada fiziki qüvvə tətbiq edilməmiş, digər qeyri-qanuni hərəkətlərə yol verilməmişdir. O, narkotik tərkibli maddələrdən istifadə etmişdir. O, narkotik vasitələrin və ya psixotrop maddələrin alqı satqısı ilə məşğul olmamışdır. Üzərindən aşkar olunmuş narkotik vasitəni öz istifadəsi üçün saxlamışdır. O, həmin əşyaların maddi dəyərini bilməmiş, buna görə də qızıl zinət əşyalarını 70 manata, 2 ədəd mobil telefonu isə 40 manata satmışdır, oğurluq etməyə özü qərar vermiş və tək oğurluq etmişdir. Bu barədə heç kəsin məlumatı olmamışdır. O, qızıl-zinət əşyalarını satdığı şəxsi tanımamışdır. Onunla təsadüfən qarşılaşmışdır. Həmin əşyaları da ucuz qiymətə satdığına görə almışdır. Mobil telefonları satdığı şəxsi isə tanımış, Corat qəsəbəsində yaşayan Samir adlı şəxs olmuşdur. Ona da telefonları özünə məxsus olmasını və pula ehtiyacı olduğu üçün satdığını demişdir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, mart ayının 13-ü səhər işə getmiş, saat 5 radələrində küçə qapısını açıb həyətə daxil olmuşdur. Evə daxil olmuş, orta otağa girən zaman hər şeyin yerdə olduğunu görmüş, əlini heç nəyə vurmadan DİNnin 102 xidmətinə zəng etmiş, polis əməkdaşları gəlmişdir. Təqsirləndirilən şəxs pəncərəni daşla sındırdığını bildirsə də plastik pəncərəni dəmir alətlə yan tərəfdən açmış, həmin vaxt qolu da kəsilmiş və qanı pərdəyə də dəymişdir. O, həmin vaxt yataq otağına daxil olub baxan zamanı 2500 manat pul, 11 qram 583 əyyarlı qolbaq, 585 əyyarlı 2,5 qram çəkidə qızıl üzük, notebook, telefonlar, saatların oğurlandığını görmüşdür. Ona dəymiş ziyanı tələb edir, ödənilmədiyi halda təqsirləndirilən şəxsə ağır cəza təyin edilməsini məhkəmədən xahiş edir. Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, ona dəymiş ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilməmişdir. Ona qarşı şikayətçidir. Ona ciddi cəza verilməsini xahiş edir. İşi ilə əlaqədar gələcək məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir. Gələcək məhkəmə iclaslarının onun iştirakı olmadan keçirilməsini xahiş edir. Ərizəsinin məhkəmə çıxışı kimi qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərdi ki, Corat qəsəbəsində baş vermiş oğurluq hadisəsində şübhəli kimi onu axtarmışlar. 18-19 mart tarixində gecə saatlarında onu saxlamışlar. Həmçinin narkotik vasitələrin üzərində gəzdirilməsində şübhəli olduğu bildirilmişdir. Saxlanılan zaman üzərindən narkotik vasitəyə bənzər bir büküm heroin aşkar olundu, təhqiqat orqanına təqdim etmək üçün tərəflərindən öz imzası ilə qablaşdırıldı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 ifadəsində göstərdi ki, əməliyyat məlumatı daxil olmuş, əməliyyat qrupu yaradılmışdır. Novruz bayramından əvvəlki tarixlərdə gecə saat 12-1 arası radələrdə şəxsi Corat qəsəbəsində çəkilişlə saxlamışlar, üzərindən narkotik vasitə çıxmış, sənədləşdirib bölməyə aparmışlar. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 elan edilmiş ifadəsindən görünür ki, 18 mart 2025-ci il tarixdə Sumqayıt şəhəri Corat qəsəbəsində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, üzərində gəzdirməsi və saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Daxil olmuş məlumatı bölmə rəhbərliyinə məruzə etdikdən sonra bununla bağlı əməliyyat-axtarış tədbirlərinin keçirilməsindən ötrü 18 mart 2025-ci il tarixdə əməliyyat qrupu yaradılmışdır. Qrupda onunla bərabər, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 və əməliyyat müvəkkili, polis mayoru Şahid3 də iştirak etmişdir. Bölmə rəhbərliyi tərəfindən müvafiq təlimat aldıqdan sonra, həmin günü əməliyyat qrupunun üzvləri olaraq birlikdə Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək üçün, əməliyyat-axtarış tədbiri keçirməkdən ötrü onların ola biləcəyi yerləri müşahidəyə götürmüşlər. xx.xx.2025-ci il tarixdə saat təxminən 00:15 radələrində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri Corat qəsəbəsi, M.Hüseynzadə küçəsi 92 nömrəli evin yaxınlığında olmasını müəyyən edərək videoçəkiliş aparmaqla ona yaxınlaşıb özlərini təqdim edərək onun narkotik vasitələrin istifadəsi, saxlanılması və üzərində gəzdirilməsində şübhəli olmasını bildirib ona hüquqlarını izah etdikdən sonra üzərinə yoxlama aparılacağını deyərək üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmamasını soruşmuşlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli idman şalvarının sağ yan cibində saxladığı 01 ədəd kağız bükümdə saxladığı, ilk baxışdan narkotik vasitə heroinə bənzər kütləni çıxarıb təqdim etmişdir. Həmin kütlə elektron tərəzi vasitəsilə çəkilmiş və həmin kütlə kağız zərfə qoyularaq möhürlənmişdir. Təqsirləndirilən şəxs üzəri yoxlanılan zaman qanunla qadağan edilən hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə ilə birlikdə Sumqayıt ŞPİ-nin 1-ci PBnə gətirmişlər. Polis bölməsində təhqiqatçı, polis kapitanı Ayxan İsgəndərli tərəfindən videoçəkilişlə, onların və Sumqayıt Regional vəkil bürosunun vəkili X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı təhqiqatçı Ayxan İsgəndərli tərəfindən Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş və qablaşdırılmış halda olan kütlə təqdim edilərək onun üzərindən aşkar olunan kütlə olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlənin onun üzərindən aşkar olunmuş narkotik vasitə heroin olmasını bildirmişdir. Eyni zamanda təhqiqatçı tərəfindən verilən suallara cavab olaraq həmin narkotik vasitəni Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən öz istifadəsi üçün 20 manata aldığını bildirmişdir. Əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə heroini Abşeron rayonu Saray qəsəbəsində saxlanmazdan bir neçə saat əvvəl tanımadığı şəxsdən 20 manata öz istifadəsi üçün almasını və heç kəsə satmamasını bildirsə də, həmin xüsusat araşdırılmaqdadır. Təqsirləndirilən şəxs narkotik vasitə heroini haradan əldə etməsinin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirilməkdədir, gələcəkdə bu barədə istintaq orqanına əlavə məlumat veriləcəkdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi başlanaraq icraata qəbul edilib istintaqı aparılmışdır. - xx.xx.2025-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, ilkin araşdırma zamanı Zərərçəkmiş şəxs məxsus fərdi yaşayış evinə baxış keçirilmiş, hadisə yerinin şəkilləri çəkilmiş, bu barədə protokol tərtib edilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 15:00-da Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs elan edilmiş ittihama əlavə və dəyişikliklər edilərək ona Azərbaycan Respublikası CM-nin 234.1 və 177.2.3-cü maddələri ilə yeni məzmunda yenidən ittiham elan edilmiş, Sumqayıt şəhər Məhkəməsinin 4(060)-78/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə barəsində “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 29 mart 2025-ci il tarixdən hesablanmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə olan ********* nömrəli, həmçinin Azərbaycan Respublikası CM-nin 177.2.3cü maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşdirilmiş, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsindən həmin Məcəlllənin 234.1 və 177.2.3-cü maddələrinə tövsif edilmiş və cinayət işinin istintaqı həmin maddə ilə ********* nömrəsi altında davam etdirilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və istintaq aparılması üçün icraata qəbul edilmişdir. - xx.xx.2025-ci il tarixli “əməliyyat-axtarış tədbirinin keçirilməsinə, şübhəli şəxsin üstünün yoxlanılmasına dair” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə Təqsirləndirilən şəxs narkotik vasitələri gəzdirməsi və daşıması barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncu 19 mart 2025-ci il tarixdə, saat 00:15 dəqiqədə Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisində Mehdi Hüseyzadə küçəsi,ev 92-nin qarşısında saxlanıldı. Təqsirləndirilən şəxs hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah olunmuşdur. Həmin şəxsin saxlanılan zaman paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan saxlanıldığı yerin işıqlandırmasının olmamasını və müvafiq hərəkətlərin aparılması üçün əlverişli şəraitin olmadığını nəzərə alaraq təqribən 10 metr kənarda üstünü yoxlamağa başlamışlar. Üstünü yoxlama və götürmə aparılmasından əvvəl Təqsirləndirilən şəxs paltarlarında,əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri və psixotrop maddələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki qara rəngli idman şalvarın sağ yan cibindən çıxardığı ağ kağız bükümün içərisindən qəhvəyi rəngli, spesifik iyə malik, narkotik vasitə olan heroinə bənzər kütlə aşkar edildi, elektron tərəzidə çəkildi və bükümlə birlikdə 0.89 qram olması müəyyən olundu. Sonra həmin kütlə qablaşdırıldı, saxlanılan şəxs və bizim tərəfimizdən imzalanaraq götürüldü. Daha sonra şəxsin üzəri yoxlanıldı, qanunla qadağan edilmiş hər hansı bir əşya predmetə rast gəlinmədi. Üstünü yoxlama zamanı «İphone 15 pro» markalı mobil telefonun videokamerası vasitəsi ilə Sumqayıt ŞPİnin 1-ci PB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tərəfindən video çəkiliş aparıldı. - Təqsirləndirilən şəxs ünvan 5 ünvanının yaxınlığında xx.xx.2025-ci il tarixdə saat 00:15 radələrində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan təbdiri seçilmişdir. - xx.xx.2025-ci il tarixli “təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyat aparatına Təqsirləndirilən şəxs narkotik vasitələri və psixotrop maddələri əldə edib Sumqayıt şəhəri ərazisində saxlaması, daşıması və gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı sonuncunun xx.xx.2025-cı il tarixdə, saat 00:15-də ünvan 6 ünvanının yaxınlığında piyada hərəkət edən zaman saxlanılaraq üstünün yoxlanılması zamanı üzərindən götürülmüş və 1 ədəd zərfdə qablaşdırılmış içərisində 1 (bir) ədəd ağ rəngli siqaret kağızı bükümündə narkotik vasitə heroinə bənzər kütləyə, həmçinin 1 (bir) ədəd DVD diskə baxış keçirtmək zərurəti yaranmışdır. Baxış keçirilməsi və götürmə zamanı video çəkilişdən istifadə edilir, videoçəkiliş Sumqayıt ŞPİnin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 tərəfindən aparılır. Təqdim olunan 1 (bir) ədəd ağ rəngli zərfə və 1 (bir) ədəd DVD-yə baxış keçirildi. Üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş sözləri və imzalar olan zərf tərəfimdən cırılaraq açıldı, zərfin içərisində 1 (bir) ədəd büküm aşkar edildi, həmin tünd qəhvəyi rəngli kəskin spesifik iyli narkotik vasitə heroinə bənzər kütlə aşkar edildi, narkotik vasitə heroinə bənzər elektron tərəzidə çəkildi, onun çəkisi “0,85" qram oldu. Təqdim edilmiş 1 (bir) ədəd DVD-dəki video materiala müdaxilə edilməsi mümkün olmadığından ayrıca baxış keçirildi. DVD “HP” markalı komputerin disk oxuyucusuna daxil edildi və ona baxış keçirildi. Həmin DVD-də olan görüntülərdə Təqsirləndirilən şəxs üzərindən narkotik vasitəyə bənzər kütlənin aşkar olunması və qablaşdırılması öz əksini tapmışdır. Sorğu zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heroinin özünə məxsus olduğunu, onu bir neçə saat bundan öncə Abşeron rayonu, Saray qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata özü üçün istifadə etmək məqsədilə aldığını və üzərində saxladığını bildirdi. Baxış zamanı əhəmiyət kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd bükümdə narkotik vasitə olan heroinə bənzər kütlə və 1 (bir) ədəd DVD götürülərək qablaşdırıldı. Daha sonra müdafiəçi ona qarşı saxlanılma zamanı polis əməkdaşları tərəfindən hər hansı fiziki və psixi təsiri göstərilməsi sualına Təqsirləndirilən şəxs ona qarşı heç bir psixi və ya fiziki təsir edilmədiyini, narkotik vasitənin ona məxsus olduğunu bildirdi. - məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, 20/110 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitəyə bənzər kütlə..” sözlər və imzalar olan kağız paketdəki 1 (bir) ədəd ağ rəngli kağız bükümdə təmiz çəkisi 0,538 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata 0,06 qram sərf edildikdən sonra 0,478 qram heroin qalıq qalmışdır. - xx.xx.2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, baxış zamanı 1-ci diskə daxil olduqda, 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Həmin qovluqda 07:25 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda 19 mart 2025-ci il tarixdə saa 00:15 radələrində mülki geyimli polis əməkdaşlarının Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim etmələri və Təqsirləndirilən şəxs hansı səbəbdən saxlanılması izah edildikdən sonra üzərində qanunla dövriyyəsi qadağan olunmuş hər hansı əşyanın olub-olmaması soruşulduqda əynində olan qara rəngli idman şalvarının sağ yan cibindən 01 ədəd kağız bükümdə narkotik vasitə olan heroini çıxarıb təqdim etməsi və elektron tərəzidə çəkildiyi zaman çəkisinin 0,89 qram olması müəyyən olunmuşdur. Daha sonra həmin büküm kağız zərfə qoyularaq qablaşdırılmış və üzəri imzalanmışdır. Bundan sonra Təqsirləndirilən şəxs üzəri yoxlanılmış və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Bundan sonra 2-ci diskə baxış keçirilərkən 01 ədəd qovluq olduğu müəyyən edilmişdir. Qovluqda olan fayla daxil olduqda 10:27 dəqiqə davam edən videonun olması müəyyən olunmuşdur. Videoda Sumqayıt ŞPİ-nin 1ci Polis bölməsinin inzibati binasında xidməti otaqların birində təhqiqatçı, polis kapitanı Ayxan İsgəndərli tərəfindən dövlət hesabına hüquqlarını müdafiə edən Sumqayıt şəhər Regional vəkil bürosunun vəkili X1 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs hüquqlarının izah edilməsi və saxlanılması səbəbi bildirildikdən sonra təhqiqatçı tərəfindən ondan saxlanılarkən üzərindən aşkar olunmuş 01 ədəd zərfdə qablaşdırılmış halda olan kağız bükümdə olan maddənin onun üzərindən aşkar olunmuş kütlə olub-olmaması və haradan əldə etməsi soruşulmuşdur. Təqsirləndirilən şəxs həmin bükümdə olan maddənin ona məxsus olmasını, Abşeron rayonu Saray qəsəbəsində tanımadığı şəxsdən 20 manata almasını və şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitə yenidən elektron tərəzidə çəkilmiş və çəkisinin bükümlə birlikdə 0,85 qram olması müəyyən edildikdən sonra yenidən qablaşdırılaraq möhürlənmişdir. Bundan sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və qanunla qadağan olunmuş hər hansı əşya aşkar olunmamışdır. Təqsirləndirilən şəxs müdafiəçisi Əbülfəz Bünyatov tərəfindən ondan saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsir və təzyiqə məruz qalıb- qalmaması soruşulmuş və o, heç bir təsir olunmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilən şəxsi axtarış başa çatdırılmışdır. - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,478 qram narkotik vasitə heroin və Zərərçəkmiş şəxs yaşadığı ünvandan oğurladığı 1 ədəd Redmi markalı mobil telefon iş üzrə maddi sübut kimi tanınmış və narkotik vasitə heroin saxlanması üçün Sumqayıt ŞPİnin saxlanc anbarına təhvil verilmişdir. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinərək CM-nin 69.4-cü maddəsi tətbiq edilməklə 3000 manat cərimə cəzasına məhkum edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək CM-nin 67.1, 68.1-ci maddələri tətbiq edilməklə 03 il 07 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2017-ci il tarixli qərarı ilə hökm dəyişdirilib CM-nin 177.2.3 və 67.1-ci maddələri ilə 02 il 01 ay 28 gün azadlıqdan məhrumetmə cəzası saxlanılmış, xx.xx.2019cu ildə cəzasının sonu ilə azad edilmişdir. Bundan başqa Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhəri Nizami rayon Məhkəməsinin 7(007)-1312/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, xx.xx.2025-ci il tarixdə, Sumqayıt şəhəri Köhnə Corat qəsəbəsi ev 235-də yaşayan Zərərçəkmiş şəxs yaşadığı ünvandan baş vermiş oğurluq faktı üzrə hadisə yerinin müayinəsi zamanı götürülmüş, 03 (üç) ədəd tamponda qanabənzər maddə və 01 (bir) ədəd parça kəsiyi üzərində qanabənzər ləkə, Sumqayıt ŞPİ-nin xx.xx.2025-ci il tarixli, 3-13-58/2-11009/2025 №-li məktubu ilə xx.xx.2025-ci il tarixdə, tədqiqata təqdim edilmişdir. Aparılmış müqayisəli DNT tədqiqatı nəticəsində müəyyən olundu ki, 03 (üç) ədəd tamponda qan nümunəsi və 01 (bir) ədəd parça kəsiyi üzərində olan qan ləkəsi Təqsirləndirilən şəxs ((xx.xx.1991-ci il.) Sumqayıt ŞPİ-nin xx.xx.2017-ci il tarixli, 011-3056-1117 №-li məktubu ilə) məxsusdur. - istintaq zamanı Zərərçəkmiş şəxs məxsus evdən oğurlanmış 01 ədəd 583 əyyarlı 11 qram çəkidə qızıl qolbaq və 01 ədəd 585 əyyarlı 2,5 qram çəkidə qızıl üzüyün qiymətinin müəyyən edilməsi üçün fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Gold Qayalı” ticarət mərkəzinə məktub ünvanlanmış və müəyyən edilmişdir ki, 585 əyyarlı qızılın 1 qramının qiyməti 135 manat, 583 əyyarlı qızılın 1 qramının qiyməti isə 120 manatdan satışı təşkil edilmişdir. - məhkəmə-narkoloji ekspertizasının 2562 nömrəli, xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji tibb müəssisəsində dispanser qeydiyyata alınması məslət görülür. - xx.xx.2025-ci il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayətin tərkib əlamətləri olmadığından həmin xüsusat üzrə barəsində cinayət təqibinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinin tələblərinə əsasən rədd edilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş, tədqiqatdan sonra qalıq qalmış 0,478 qram narkotik vasitə heroin ibtidai istintaqın qurtarmasından sonra təqsirləndirilən şəxsi və onun müdafiəçisini cinayət işinin istintaq materialları və maddi sübutlarla tanış etdikdən sonra saxlanılması üçün Sumqayıt ŞPİ-nin xüsusi saxlanc yerinə, 1 ədəd Redmi markalı mobil telefon sahibinə təhvil verilmiş, cinayət işi üzrə təqsirləndirilən şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, şahidlərin ifadələri, məhkəmə-kimyəvi, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətləri protokolları, habelə cinayət işinə əlavə olunmuş sənədlər, Təqsirləndirilən şəxs üstü yoxlanılarkən və üzərinə şəxsi axtarış keçirilən zaman 02 ədəd diskə yazılmış video görüntülər sübut növü kimi qəbul edilib qiymətləndirilmişdir. - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Zərərçəkmiş şəxs yaşadığı ünvandan oğurlanmış və oğurluq hadisəsini törətmiş Təqsirləndirilən şəxs götürülmüş 1 ədəd “Redmi” markalı mobil telefonu təhvil almışdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin, 177.2.3 və 234.1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 1.0.9-cu madəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 4-cü bəndində qeyd olunur ki, Qanunun həmin maddəsinin (1.0.9) mənasına görə, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozaraq hər hansı üsulla narkotik vasitələrə, psixotrop maddələrə və onların prekursorlarına yiyələnməyə yönəldilmiş hərəkətlər, məsələn, həmin vasitələrin (maddələrin) satın alınması, başqa əmlakla və əşya ilə dəyişdirilməsi, borc və ya bəxşiş kimi alınması, borc əvəzinə qəbul edilməsi, tapılmış narkotik vasitənin (psixotrop maddənin, prekursorun) mənimsənilməsi, çətənə (kannabis) bitkisinin, xaşxaşın və ya onların müəyyən hissələrinin, eləcə də məhsul yığımı başa çatdıqdan sonra mühafizə olunmayan əkin sahələrindən tərkibində narkotik maddələr olan bitkilərin yığılması narkotik vasitələrin, psixotrop maddələrin, onların prekursorlarının əldə edilməsi kimi təfsir edilməlidir. -1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. - 5-ci bəndinə əsasən Qanunun həmin maddəsinin (1.0.10) mənasına görə, narkotik vasitələri və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılması yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanununun: - 21.1-ci maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının miqdarı təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyənləşdirilir. - 21.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin (o cümlədən tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) və psixotrop maddələrin, habelə onların prekursorlarının xeyli, külli və xüsusilə külli miqdarları müvafiq qanunlarla müəyyən olunur. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli, 961-İİQ saylı Azərbaycan Respublikası Qanununa görə (İ Siyahı), narkotik vasitə olan heroinin xeyli miqdarı təmiz halda 0,15 qramdan artıq olması, külli miqdarı isə 2 qramdan artıq miqdarda olması kimi müəyyən edilmişdir. Hazırkı iş üzrə təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş narkotik vasitə heroin xeyli miqdarda olmuşdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan Qərarının: - 16-cı bəndinə əsasən satış məqsədi olmadan müxtəlif növdə narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma əməllərinə görə məsuliyyət məsələsi həll edilərkən o da nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinin yaranması üçün aşkar olunmuş narkotik vasitələrin (psixtrop maddələrin) heç olmasa bir növünün miqdarının adı çəkilən siyahılarda bu növ vasitə (maddə) üçün müəyyən edilmiş xeyli miqdarı təşkil etməsi tələb olunur və bu zaman müxtəlif növ narkotik vasitələrin (psixtrop maddələrin) miqdarlarının toplanmasına yol verilmir. Narkotik vasitənin (psixotrop maddənin) tərkibini bir neçə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı eyni qaydada müəyyən edilməli, maddənin tərkibində olan narkotik vasitə sayılmayan maddələrin çəkisi isə nəzərə alınmamalıdır. Bu səbəbdən, bir neçə növ narkotik vasitələrin (psixotrop maddələrin) miqdarlarının cəmi hər hansı növ vasitə (maddə) üçün həmin siyahılarda göstərilən xeyli miqdardan çox olduqda belə, onların əldə edilməsi, saxlanması və s. üzrə hərəkətlər cinayət məsuliyyəti yaratmayan hərəkətlər kimi qiymətləndirilməlidir. Həmçinin satış məqsədi olmadan törədilən əməllər üzrə xeyli miqdardan az olan narkotik vasitələrin və ya psixotrop maddələrin növlərinin ittihamda və ya hökmdə şəxsin təqsirli bilindiyi cinayət əməli təsvir edilərkən göstərilməsinə yol verilməməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 14 iyun 2024-cü il tarixli, 8 №-li qərarının: - 25-ci bəndində izah edilir ki, məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikasının cinayət qanununun prinsiplərini, CM-in 58-ci maddəsində göstərilmiş cəzanın təyin edilməsinin ümumi əsaslarını və cəzanın təyini məsələlərini tənzimləyən digər cinayət-hüquqi normaların tələblərini rəhbər tutmalı, hər bir halda seçilən cəza növünün, cəzanın həddinin CM-in 41.2-ci maddəsində təsbit edilmiş cəzanın məqsədlərinin təmin edilməsi baxımından məqsədəuyğun və yetərli olub-olmamasını nəzərdən keçirməli, bu məsələ üzrə hüquq tətbiq etmə təcrübəsinin "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 2003-cü il 25 iyun tarixli 4 nömrəli Qərarının müddəalarına uyğun şəkildə formalaşmasını təmin etməlidirlər. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, işin digər xüsusatları cəzanın müəyyən edilməsi aspektindən qiymətləndirilərkən cinayətin törədilmə şəraiti və halları, o cümlədən narkotik vasitənin (psixotrop maddənin) növü, miqdarı, cinayətin törədildiyi yerin hərbi hissə, iş yeri, tədris, mədəniyyət müəssisəsi və ya digər ictimai əhəmiyyətli obyekt, yüksək təhlükə mənbəyi olan qurğuların, nəqliyyat vasitələrinin idarə edilməsi ilə bağlı olubolmaması, cinayətin törədilməsinə digər, xüsusilə də yetkinlik yaşına çatmayanların, psixi, fiziki qüsurları olan şəxslərin cəlb edilib-edilməməsi və ya belə şəxslərə qarşı yönəlibyönəlməməsi, əməllərin nə kimi zərərli nəticələrə səbəb olması, cinayətin onun açılmasını çətinləşdirən mürəkkəb üsullardan və vasitələrdən istifadə etməklə və ya mütəşəkkil dəstələrin tərkibində törədilib- törədilməməsi və yaxud transmilli xarakterə malik olubolmaması, bu cinayətlərin törədilməsini asanlaşdırmaq üçün və yaxud qanunsuz olaraq əldə edilmiş narkotik vasitələrdən, psixotrop maddələrdən, onlara aid olmayan güclü təsir edən və ya zəhərli maddələrdən istifadə etməklə CM-in Xüsusi hissəsinin digər fəsillərində nəzərdə tutulmuş başqa cinayətlərin də törədilib-törədilməməsi nəzərə alınmalıdır. Təqsirkarın şəxsiyyəti, onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri baxımından cəzanın qanuniliyini və əsaslılığını təmin etmək üçün isə tələb olunur ki, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar düzgün müəyyən edilsin, təqsirləndiriləni səciyyələndirən və ailəsinin həyat şəraitini aşkarlayan məlumatlar, o cümlədən onun iş, təhsil, yaşayış yerində nə cür xarakterizə olunması, əvvəllər məhkum olunub-olunmaması (məhkumluq ödənilmədiyi və ya götürülmədiyi halda), əvvəlki məhkumluğun narkotik vasitələrin (psixotrop maddələrin, prekursorların, güclü təsir edən və ya zəhərli maddələrin) qanunsuz dövriyyəsi ilə bağlı olub-olmaması, təqsirkarın maddi rifahının təmin edilməsində cinayətkar fəaliyyətin rolu, onun əmək fəaliyyəti, hərbi xidmət, təhsil almaq və s. bu kimi ictimai-faydalı fəaliyyətlə məşğul olub-olmaması, cinayətin törədilməsindən sonrakı dövrdə əməlinə tənqidi münasibətin formalaşıb-formalaşmaması, CM-in müvafiq maddələrinin dispozisiyalarında nəzərdə tutulmuş ictimai təhlükəli nəticələrə və yaxud hər hansı bir digər zərərli nəticəyə səbəb olmuş cinayətlər üzrə ziyanın ödənilməsi, aradan qaldırılması, azaldılması üçün hərəkət edib- etməməsi, yaşı, sağlamlıq vəziyyəti, evli, himayəsində uşaqlarının olub-olmaması və s. bu kimi, o cümlədən Azərbaycan Respublikasının qoşulduğu "Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” 1988-ci il 20 dekabr tarixdə Vyana şəhərində imzalanmış beynəlxalq konvensiyanın müddəalarından irəli gələn hallar nəzərə alınsın. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdiyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 02 ay 21 gün vaxtından əvvəl şərti azad edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən onun məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 18.1-ci maddəsinə əsasən, qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. - 83.1-ci maddəsinə əsasən, cinayət törətməyə görə məhkum edilmiş şəxs məhkəmənin ittiham hökmü qanuni qüvvəyə mindiyi gündən məhkumluğun götürüldüyü və ya ödənildiyi günə qədər məhkum olunmuş hesab edilir. Cinayətlərin residivi zamanı və cəza təyin edilərkən bu Məcəlləyə uyğun olaraq məhkumluq nəzərə alınır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluqları olmayan hesab edilir. - 83-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman məhkumluğu olan şəxs hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” xx.xx.2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq cinayətin və cəzanın hüquqi nəticəsi kimi qəbul olunur. Burada cinayət-ilkin əməl, məhkum etmə və cəza tətbiq etmə isə onun nəticəsi kimi çıxış edir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunmasına dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən xüsusi ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. - 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinin tələblərinə uyğun olaraq Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona cinayətlərin məcmusu üzrə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: - 76.6.3-cü maddəsinə əsasən cəzanın çəkilməmiş hissəsi ərzində məhkum qəsdən az ağır, ağır və ya xüsusilə ağır cinayət törətdikdə, məhkəmə cəzadan şərti olaraq vaxtından əvvəl azad etməni ləğv edir və ona bu Məcəllənin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalar üzrə cəza təyin edir. - 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 ay 21 gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza təyin olunmuş yeni cəzaya qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 63.00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqatdan sonra qalıq qalmış 0,478 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılmalıdır. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi” markalı telefonun sahibinə geri qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilməli və o, ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli (iş № 1(060)- 439/2025) qərarını icra edərək, xx.xx.2025-ci il tarixli, 997 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 12 (on iki) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2025-ci il tarixli 141 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 04 (dörd) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 76.6.3-cü maddəsinə əsasən Bakı şəhəri Nizami rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 02 (iki) ay 21 (iyirmi bir) gün hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsi ləğv edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən həmin çəkilməmiş cəza Təqsirləndirilən şəxs hazırda təyin olunmuş cəza ilə qismən birləşdirilməklə üzərində qəti olaraq 04 (dörd) il 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 04 (dörd) il 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə aparılmış məhkəmə-kimyəvi ekspertiza tədqiqatının dəyəri 63.00 (altmış üç) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Sumqayıt ŞPİ-nin saxlanc anbarında saxlanılan iş üzrə maddi sübut, Təqsirləndirilən şəxs üzərindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 0,478 qram narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 02 (iki) ədəd disk cinayət işində saxlanılsın. İş üzrə maddi sübut Zərərçəkmiş şəxs məxsus 1 ədəd “Redmi” markalı telefonun sahibinə geri qaytarılması nəzərə alınsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 12 (on iki) saat hüquqi yardıma görə 132 (bir yüz otuz iki) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar