Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-44/2023 05.05.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Sumqayıt Şəhər Məhkəməsinin binasında xx.xx.1994-cü ildə Sumqayıt şəhərində doğulmuş. Azərbaycan Respublikası vətəndaşı, evli, orla təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğil olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ında yaşayan, barəsində ‘’başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs 07 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı ünvan 3 ünvanında bacısı Zərərçəkmiş şəxs evli olmasına baxmayaraq Elvin adlı şəxslə münasibətdə olmasına görə ailə-məişət zəmnində mübahisə edən zaman heç bir rəsmi sənədi olmayan, içərisində 12 kalibrli patron olan ”T03-34EP" modelli, seriya-nömrəsi silinmiş, daxili çaxmaqlı, qoşalüləli, yivsiz ov tüfəngi ilə ehtiyyatsız davranması səbəbindən barmağı tətiyə sıxılıb aləş açılaraq Zərərçəkmiş şəxs döş qəfəsinin ön səthinin, qarnın ön divarının, sol döş boşluğu və qarın boşluğuna keçən, həyat üçün təhlükəli olan, ehtiyyatsızlıqdan sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarətləri yetirmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onun doğma bacısıdır. Ramilə təxminən 2009-2010-cıı il tarixdə X10 ilə ailə həyatı qurmuş, bu evlilikdən onların bir qız övladları dünyaya gəlmişdir. Evli olduqları müddətdə Fikrət və Ramilə arasında münaqişə olmamışdır. 30 mart 2022-ci il tarixdə bacısı Ramilə anası Səbinənin telefonuna mesaj yazaraq əri Fikrətlə birgə yaşadığı evdən çıxıb getdiyini və özünə təzə həyat quracağını bildirmişdir. Anası bu barədə atası Əliağaya məlumat vermiş, atası da öz növbəsində ona və Ramilənin əri Fikrətə məlumat vermişdir. Fikrət də Ramilənin evdən getməsini təəccüblə qarşılamışdır. Səhəri gün, yəni 31 mart 2022-ci il tarixdə atası Əliağa və Fikrət öz adlarına olan, lakin Ramilənin istifadə etdiyi 02 (iki) ədəd mobil nömrəyə gələn və gedən zənglərin siyahısını çıxartmışlar. Fikrətin adına olan mobil nömrədən tanımadıqları bir mobil nömrəyə zəng getdiyini aşkar etmişlər. Fikrət əsəbiləşdiyindən qardaşı Hikmət Məmmədov həmin nömrəyə zəng vuraraq həmin nömrənin sahibindən kim olmasını və nə üçün bacısı Ramilənin istifadəsində olan mobil nömrəyə zəng etdiyini soruşmuşdur. Həmin şəxs Hikmətə cavab olaraq adının Elvin olduğunu, anasının səhvən həmin nömrəyə zəng vurduğunu və bu məsələni anasıyla dəqiqləşdirəcəyini demişdir. Bundan sonra dəfələrlə həmin nömrəylə əlaqə saxlamaq istəsələr də, həmin nömrəyə zəng çatmamışdır. Bir müddət ətrafdan soraqladıqdan sonra alası Əliağa Elvin adlı şəxsin əvvəllər Fikrətlə Corat qəsəbəsində qonşuluqda kirayə yaşadığını, hal-hazırda isə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşadığını müəyyən elmişdir. Təxminən 02-03 aprel 2022-ci il tarixdə atası Əliağa Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisinə gedərək Elvin adlı şəxsi orada yerləşən çay evlərinin birinin qarşısında tapmışdır. Elvinlə söhbət elmək istəyərkən Elvin atasına nə üçün gəldiyini bildiyini demiş, ardınca isə atasını öz evinə aparmışdır. Atası Elvinin evinə gəldikdə bacısı Ramilənin körpə qızı ilə birlikdə orada olduğunu görmüşdür. Alası Ramiləni və körpə qızını da götürərək yaşadıqları evə gətirmişdir. Bacısı Ramilə onların evinə gələn günü o, Ramilənin otaqların birində gizlincə telefonuna whatsapp proqramını yüklədiyini görmüş və bundan əsəbləşərək telefonu Ramilənin əlindən alıb evdə gizlətmişdir. Ramilə onların evində qaldığı müddətdə tez-tez evdən getmək istədiyini, Elvindən ötrü darıxdığını bildirmişdir. 07 aprel 2022-ci il tarixdə səhər saatlarında alası Əliağa anası Səbinəni həkimə aparmışdır. O, arvadı Zemfira, nənəsi Xanımbacı və bacısı Ramilə evdə qalmışlar. Təxminən saat 12:00 radələrində atası Əliağa və anası Şəbinə həkimdən evə qayıtmışlar. Onlar evə qayıtdıqdan sonra nənəsi Xanımbacı öz evlərinə getmişdir. Anası Zemfiranın xahişi ilə atası övladlarını qayınatası Cəmaləddin Əliyevin evinə aparmışdır. Həmin vaxt o, mətbəxdə çay içib qurtardıqdan sonra tualetə getmək üçün dəhlizə çıxmış, bu zaman bacısı Ramilənin evin çıxış qapısına doğru yaxınlaşdığını görmüşdür. Ramilə onu gördükdən sonra istiqamətini dəyişərək yataq otaqlarından birinə keçmişdir. O, Ramilənin evdən qaçmaq işlədiyini güman etdiyindən əsəbiləşmiş və həyətdə yerləşən, ot saxlanması üçün istifadə olunan tikilidən mərhum babası Mirzəbaladan yadigar qalmış qoşalüləli ov tüfəngini götürmüş, ardınca yatağın yanındakı dolabda saxladığı 02 (iki) ədəd patrondan birini götürərək cibinə qoymuşdur. Daha sonra Ramilənin evdən çıxmasının qarşısını almaq məqsədi ilə Ramilənin olduğu yataq otağına gəlmiş və Ramiləyə heç yerə getməməsini, evdə oturmasını bildirib, gedəcəyi təqdirdə onu ayağından tüfənglə vuracağımı demiş və Ramiləni qorxutmaq üçün gözünün qarşısında cibində saxladığı patronu çıxarıb tüfəngin patron yuvasına yerləşdirmişdir. Bütün bunlara baxmayaraq Ramilə ona Elvinin yanına gedəcəyini, tüfəngdən qorxmadığını deyərək onun üzərinə doğru gəlməyə başlamışdır. Bu zaman artıq onların səs-küyünə anası, arvadı da gəlmişdir. Atası isə sonradan evin həyətindən içəri gəlmişdir. Ramilə ona yaxınlaşıb gözlənilmədən tüfəngin lüləsindən yapışmış və dartmağa başlamışdır. Onlar hər ikisi tüfəngi özlərinə tərəfə çəkən zaman ehtiyyatsızlıqdan əli tüfəngin tətiyinə dəymiş və açılan atəş nəticəsində Ramilə sinə nahiyəsindən xəsarət almışdır. Bundan sonra o, özünə gəlmək üçün evin həyətinə çıxmışdır. Axasınca atası Ramiləni öz maşınına mindirib qonşuluqda yaşayan əmisi Elmanla Sumqayıt şəhər Travmatologiya xəstəxanasına yola salmışdır. Sonra atası axtomobilsiz qaldığından dayısı Rahilə zəng vuraraq evlərinə çağırmışdır. Dayısı gəldikdən sonra atası və o ov tüfəngini də götürərək avtomobilə əyləşib, təslim olmaq üçün Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə getmişlər. Bacısı Ramiləni ov tüfəngi ilə vurmaq niyyəti olmamışdır. Sadəcə olaraq Ramiləni qorxutmaq istəmişdir. Lakin Ramilə ov tüfəngini dartışdırmağa başladığından təsadüfən əli tətiyə dəymiş və atəş açılmışdır. Həmin tüfəng rəhmətlik babası Mirzəbala İsabalayevdən yadigar qalmış və hər hansı bir sənədi olmamışdır. Atası bir neçə dəfə ona həmin tüfəngi atmasını desə də, o tüfəngi gizlətmişdir. Həmin ov tüfəngini o, adətən həyətlərində yerləşən otların yığılması üçün istifadə olunan tikilidə saxlamışdır. Hadisə baş verən zaman evdə o və Ramilədən başqa anası Şəbinə İsabalayeva, atası Şahid1 və yoldaşı Zemfira Mirzəbalazadə olmuşlar. Məqsədi Ramiləni öldürmək olmadığından o, 02 (iki) patrondan deyil, yalnız 01 (bir) patrondan istifadə etmişdir. Əməlindən peşmandır. Hazırda onlar barışmışlar. Zərərçəkmış şəxsin ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, o, Zərərçəkmiş şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayəti və tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. 2009-cu il tarixdə X10 ilə rəsmi qaydada ailə həyatı qurmuşdur. Fikrətlə evli olduqları müddəidə əvvəllər münasibətləri yaxşı olsa da, bir müddət sonra Fikrət ona qarşı soyuq münasibətdə olduğundan münüasibətləri pisləşməyə başlamış və onlar evli olsalar da, ər-arvad münasibətində olmamışlar. Bununla bağlı təxminən bir neçə ay əvvəl qonşuluqlarında kirayə yaşayan Elvin adlı şəxslə tanış olmuş və Elvinlə aralarında yaxın münasibət yaranmağa başlamışdır. Elvinlə bir müddət əlaqə saxladıqdan sonra ərindən ayrılıb Elvinlə yaşamaq qərarına gəlmiş və buna görə də, 30 mart 2022-ci il tarixdə Elvinin yaşadığı evə gələrək onunla yaşamaq istədiyini bildirmişdir. Təxminən 3-4 gün Elvinlə birlikdə yaşadıqdan sonra atası Əliağa Elvinin evinə gələrək onun bu hərəkətinə görə onu məzəmmət etməyə, öz iradını bildirməyə başlamış və boşandıqdan sonra Elvinlə ailə həyatı qura biləcəyini demişdir. O da alası ilə razılaşdığı üçün onunla birlikdə atasının yaşadığı ünvan 3 ünvanında yerləşən evə gəlmişdir. Atasının evində yaşadığı müddətdə o, Elvinlə telefon əlaqəsi saxlamış və darıxdığı üçün Elvinlə görüşmək istəmişdir. Lakin valideynləri yalnız boşandıqdan sonra Elvinlə görüşməsinə icazə verəcəklərini demişlər. O, isə Elvin üçün çox darıxdığından sonuncu ilə gizlin görüşmək qərarına gəlmişdir. 07 aprel 2022-ci il tarixdə təxminən saat 11-12 radələrində evdən gizlincə çıxıb Elvinlə görüşmək üçün getmək istəmiş, evin qapısına yaxınlaşanda dəhlizdə qardaşı Mirzə ilə rastlaşmış və geriyə, öz otağına qayıtmışdır. Təxminən 10-15 dəqiqə sonra qardaşı Mirzə mərhum babasından yadigar qalmış ov tüfəngi ilə onun otağına gəlmiş, evdən qaçacağı təqdirdə onu ayağından vuracağını demiş və tüfəngin içinə cibindən çıxartdığı patronu qoymuşdur. Bu hərəkətindən sonra o. Mirzəyə əsəbiləşmiş və onunla mübahisə elməyə başlamışdır. Onların səsinə anası Şəbinə və Mirzənin arvadı Zemfira onların yanına gəlmişlər. Onların arxasınca atası Əliağa da otağa gəlmişdir. Qardaşı Mirzənin onu çox istədiyini bildiyindən Mirzənin onu vurmuyacağını, onu qorxutmaq istədiyini bilmişdir. Ona görə də, Mirzəyə yaxınlaşıb tüfəngin lüləsindən tutaraq özünə tərəf çəkmişdir. Mirzə isə tüfəngi ona verməmək üçün özünə tərəf çəkmişdir. Həmin çəkişmə zaman gözlənilmədən tüfəngdən atəş açılmış və o qarnından yaralanmışdır. Mirzə dərhal onu qucaqlayıb ‘’bacı bağışla bilmədim" demiş və ağlayaraq çölə çıxmışdır. Atası isə onu avtomobilə əyləşdirib əmisi ilə birlikdə xəstəxanaya yola salmışdır. Həmin vaxt Mirzə silahı ona tərəf tuşlamamış, yana tərəf tutmuşdur. O, Mirzənin onu çox istədiyini və onu qorxutmaq üçün belə hərəkət etdiyini bildiyindən silahın lüləsindən tutub özünə tərəf çəkmiş və həmin vaxt silahın lüləsi onun qarnı istiqamətini almışdır. Həmçinin Mirzə onu öldürəcəyi ilə deyil ayağından vuracağı ilə hədələyən zaman da silahın lüləsini kənara tutmuşdur. O, dəqiq bilmişdir ki. qardaşı Mirzə ona qəsdən atəş açmamışdır, onlar silahı bir-birlərinə tərəf çəkən zaman silahdan atəş açılaraq onu yaralamışdır. Hazırda onlar barışmışlar. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Odur ki, qeyd olunanların nəzərə alınmasını və cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ona qarşı heç bir şikayət, tələbi yoxdur və məhkəmədən iş üzrə cinayət təqibinə xitam verilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmş Şahid1 ifadəsində göstərmişdir ki, X6 doğma qızı, Təqsirləndirilən şəxs isə doğma oğludur. Qızı Ramilə təxminən 2009-2010-cu il tarixdə X10 ilə ailə həyatı qurmuş, bu evlilikdən onların bir qız övladları dünyaya gəlmişdir. Evli olduqları müddətdə Fikrətlə qızı Ramilə arasında münaqişə olmamışdır. 30 mart 2022-ci il tarixdə qızı Ramilə arvadı Səbinənin, yəni anasının telefonuna mesaj yazaraq əri ilə birgə yaşadığı evdən çıxıb getdiyini və özünə təzə həyat quracağını bildirmişdir. Arvadı Şəbinə bu barədə ona deyəndən sonra o, da bu barədə oğlu Mirzəyə və Ramilənin əri Fikrətə məlumat vermişdir. Ramilənin əri Fikrət də Ramilənin evdən getməsini təəccüblə qarşılamışdır. 31 mart 2022-ci il tarixdə o və Fikrət öz adlarına olan, lakin Ramilənin istifadə etdiyi 02 (iki) ədəd mobil nömrəyə gələn və gedən zənglərin siyahısını çıxartmışlar. Fikrətin adına olan mobil nömrədən tanımadığı bir mobil nömrəyə dəfələrlə zəng getdiyini aşkar etmişlər. Fikrət bunu görəndən sonra əsəbiləşdiyindən sonuncunun qardaşı Hikmət həmin nömrəyə zəng vuraraq həmin nömrənin sahibindən kim olmasını və nə üçün Ramiləyə zəng vurduğunu soruşmuşdur. Həmin şəxs də Hikmətə adının Elvin olduğunu, anasının səhvən həmin nömrəyə zəng vurduğunu və bu məsələni anasıyla dəqiqləşdirəcəyini demişdir. Bundan sonra dəfələrlə həmin nömrəylə. yəni özünü Elvin kimi təqdim edən şəxslə əlaqə saxlamaq istəsələr də, həmin nömrəyə zəng çatmamışdır. Bir müddət ətrafdan soraqladıqdan sonra o, Elvin adlı şəxsin əvvəllər Fikrətlə Sumqayıt şəhəri, Corat qəsəbəsində qonşuluqda kirayə yaşadığını, hal-hazırda isə Sumqayıt şəhəri, 13-cü mikrorayon ərazisində yaşadığını müəyyən elmişdir. Təxminən 02-03 aprel 2022-ci il tarixdə o, 13-cü mikrorayon ərazisinə gedərək soraqlaşıb Elvini orada yerləşən çay evlərinin birinin qarşısında tapmışdır. Elvinlə söhbət elmək istəyərkən Elvin ona nə üçün gəldiyini bildiyini demişdir. Sonra isə Elvin onu yaşadığı evə dəvəl etmişdir. O, Elvinin evinə getdikdə qızı Ramilənin azyaşlı qızı ilə birlikdə orada olduğunu görmüşdür. Ramiləni və körpə qızını da götürərək yaşadığı evə gətirmişdir. Ramilə onun evinə gələn gün oğlu Mirzə Ramilənin otaqların birində gizlincə telefonuna whatsapp proqramını yüklədiyini görmüş və bundan əsəbləşərək telefonu Ramilədən alıb evdə gizlətmişdir. Ramilə onun evində qaldığı müddəidə tez-lez evdən getmək istədiyini, Elvindən ötrü darıxdığını demişdir. Lakin o, Ramiləyə icazə verməmiş və ərindən boşandıqdan sonra Elvinlə ailə həyatı qura biləcəyini bildirmişdir. 07 aprel 2022-ci il tarixdə səhər saatlarında o, arvadı Səbinəni həkimə aparmışdır. Oğlu Mirzə, Mirzənin arvadı Zemfira və qızı Ramilə isə evdə qalmışlar. Təxminən saat 12:00 radalərində o və arvadı Şəbinə həkimdən evə qayıtmışlar. Gəlini Zemfiranın xahişi ilə o, nəvələrini qudası Cəmaləddinin evinə aparmışdır. Təxminən yarım saat sonra evə qayıtdıqda, evin həyətində olarkən evin içərisindən səs-küy gəldiyini eşitmişdir. Dərhal evə daxil olduqda oğlu Mirzənin əlində tüfəng dayandığını və qızı Ramilə ilə mübahisə etdiyini görmüşdür. Mübahisə zamanı oğlu Mirzə qızı Ramiləyə evdən getməməsini, öz ailəsinin yanına qayıtmasını demiş, Ramilə isə təkidlə Elvinin yanına qayıdacağını bildirmişdir. Mirzə Ramilənin dediklərinə əsəbiləşərək, evdən gedəcəyi halda Ramiləni ayağından tüfənglə vuracağını bildirmişdir. Onlar isə Mirzədən tüfəngi yığışdırmasını, Ramiləni özlərinin başa salacaqlarını demişlər. Həmin vaxt Ramilə cəld Mirzənin üzərinə atılaraq tüfəngin lüləsindən tutub tüfəngi Mirzədən almaq məqsədilə özünə tərəf dartmağa başlamış, Mirzə isə tüfəngi Ramiləyə verməmək üçün özünə tərəf dartmağa başlamışdır. Dartışma zamanı qəflətən tüfəngdən atəş açılmış və qızı Ramilə qarnını tutub yerə oturmuşdur. Mirzə həyacandan qorxub tüfəngi yerə atmış və evin həyətinə çıxmışdır. O, isə qonşuluqda yaşayan qardaşı Elmanı səsləyərək evə çağırmış və avtomobilini ona verib Ramiləni xəstəxanaya çaldırmasını demişdir. Sonra avtomobilsiz qaldığından qayını Rahilə zəng vuraraq evinə çağırmış, qaynı gəldikdən sonra o və Mirzə ov tüfəngini də götürərək avtomobilə əyləşib, oğlu Mirzənin təslim olması üçün Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə getmişlər. X7 ov tüfəngi ilə vurmaq niyyəti olmamışdır. Sadəcə olaraq Ramiləni qorxutmaq istəmiş, lakin Ramilə ov tüfəngini dartışdırmağa başladığından təsadüfən oğlu Mirzənin əli təliyə dəymişdir. Həmin tüfəng rəhmətlik atası Mirzəbaia İsabalayevdən yadigar qalmış və hər hansı bir sənədi mövcud olmamışdır. Təxminən 7-8 il bundan əvvəl o, oğlu Mirzədən həmin tüfəngin harada olmasını soruşduqda, Mirzə ona tüfəngi atdığını bildirmişdir. Hadisədən sonra oğlu Mirzənin neçə illərdir həmin tüfəngi həyətlərində olan ot saxlanması üçün istifadə olunan tikilidə gizlətdiyini öyrənmişdir. Hadisə baş verən zaman evdə Mirzə və Ramil ədən başqa yoldaşı Şəbinə, gəlini Zemfira və o olmuşdur. Məhkəmədə şahid qismində dindirilmş X5 və X1 da Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusalları təsdiq etmişlər. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Sumqayıt şəhər MTE və PA şöbəsi tərəfindən verilmiş məhkəmətibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 786 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində döş qəfəsinin ön səthinin, qarnın ön divarının, sol döş boşluğu və qarın boşluğuna keçən odlu silah yarası, qaraciyərin ön hissəsinin nazik bağırsaq ilgəklərin böyük piyliyin zədələnməsi xəsarətləri aşak olunmuşdur. Qeyd olunan xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan yaxın məsafədən açılan bir atəş nəticəsində yaranmışlar, onun tibbi yardım üçün xəstəxanaya müraciət eldiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən xx.xx.2022-ci il tarixdə əmələ gələ bilərdilər və həyal üçün təhlükəli olan sağlamlığa AĞİR zərərvurmауa aiddir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin MEM-i tərəfindən verilmiş kompleks məhkəmə-ballistik və trasoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 3/787, 3/795 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd silah zavod üsulu ilə istehsal edilmiş, 12 kalibrli, "TO3-34EP" modelli, seriya-nömrəsi silinmiş, daxili çaxmaqlı, qoşalüləli tüfəngdir - yivsiz odlu ov silahıdır, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd patron zavod üsulu ilə hazırlanmış, 12 kalibrli olmaqla, həmin kalibrə malik yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulan patrondur, atəşə yararlıdır, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd giliz zavod üsulu ilə hazırlanmış, yivsiz odlu ov tüfənglərində döyüş sursatı kimi istifadə edilmək üçün nəzərdə tutulmuş, 12 kalibrli patronun atəşə ayrılmış hissəsidir - gilizidir. Həmin giliz təqdim edilmiş "TO3-34EP" modelii ov tüfənginin alt lüləsindən atılmışdır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli papaqlı köynək, 01 (bir) ədəd qara rəngli mayka üzərində rəyin tədqiqi hissəsində qeyd edilən ölçüdə və sayda zədə vardır. Zədələrin formasına, morfoloji quruluşuna, zədələrin ətrafında atəşin əlavə faktoru olan tam yanmamış tüstüsüz barıt hissəciklərinin və qurğuşun metal izinin aşkar edilməsinə əsasən, həmin zədələr giriş olmaqla hamarlüləli (yivsiz) odlu ov tüfəngindən açılan atəş nəticəsində öndən-arxaya doğru istiqamətdə kompakt halda yetirilməyə xarakterikdir. Belə zədələr, təqdim edilmiş ov tüfəngindən açılan atəş nəticəsində yarana bilər, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli şalvar, 01 (bir) ədəd alt tumanın üzərində odlu tüfəngindən açılan atəş nəticəsində qırmaların təsirindən yaranmağa xarakterik zədələr aşkar edilmədi. xx.xx.2022-ci il tarixli, 786 saylı məhkəmə-tibbi ekspertinin rəyinə əsasən Zərərçəkmiş şəxs 01 (bir) ədəd qara rəngli papaqlı köynək, 01 (bir) ədəd qara rəngli mayka üzərindəki zədələr bədəni üzərindəki zədələrlə nisbi uyğunluq təşkil elməklə üst-üstə düşürlər. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. Beləliklə də, təqsirləndirilən şəxsə istinad edilən cinayət əməli tam sübut olunur. İş üzrə toplanmış sübutlar onun təqsirinin sübuta yetirilməsi üçün kifayət edir. İş materiallarında olan cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuş, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsinə əsaslar olmadığından onun iş üzrə şübhəli şəxs qismində iştirakına xitam verilmiş və saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli cinayət işinin icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə cinayət işi başlanılmışdır. İş materiallarında olan ’’baxış keçirilməsi və götürmə haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi tüfəng ov tüfəngi olmaqla 02 (iki) ədəd lüləsi vardır, lülələri bir-birinin üzərində yerləşir, qundaq və tutacaq hissəsi taxtadandır. Qundağın arxa hissəsində ’’Raikal" sözü yazılmışdır. Tüfəngi iki hissəyə ayırdıqda lüləsinin bir tərəfində istifadə olunmuş, digər tərəfində isə istifadə olunmamış patronların olması müəyyən olundu. Lüləyə baxış keçirildikdə lülənin bir tərəfində ”TO3-34EP" yazısı və "12x70" rəqəmlərinin, digər tərəfində isə ”ВДС", ”40K", "НДС", "П/40K", ’’55 MПa" hərf və rəqəmlərinin həkk olunduğu müəyyən olundu. Bir ədəd istifadə olunmuş patrona baxış keçirilən zaman patronun alt hissəsinin qızılı rəngli metaldan, üst hissəsinin isə plastik materialdan olması, patronun üzərində "ZuBeR", ”34 gr", ”1,25 mm“ və ”70 mm", arxa hissəsində isə ”12 SPOR 12 NOBEL" hərf və yazılarının olması müəyyən olundu. Eləcə də 01 (bir) ədəd istifadə olunmamış patronun da digər patronla eyni quruluşda olması, üzərində eyni qaydada hərf və yazıların olması, bundan başqa patronun içərisində barıt və qırmaların olması müəyyən olundu. Baxış zamanı Təqsirləndirilən şəxs bildirdi ki, həmin ov tüfəngi mərhum babasından yadigar qalmışdır, həmin ov tüfəngi ilə ehliyyatsız rəftar etdiyindən atəş açılmış və bacısı RamiləMəmmədovanı yaralamışdır. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd ov tüfəgi, bir ədəd istifadə olunmuş və bir ədəd istifadə olunmamış patronlar əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan "şahidin ifadəsinin yerində yoxlanılması haqqında" xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki, şahid Təqsirləndirilən şəxs istintaqda vermiş olduğu ifadəsini verində yoxlamaq məqsədilə Sumqayıt ŞPİ-dən çıxaraq sonuncunun göstərdiyi istiqamətlə Sumqayıt şəhəri, Coral qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 257A saylı fərdi yaşayış evinin yanına gəldik. Orada Təqsirləndirilən şəxs bir daha istintaqda vermiş olduğu ifadələrini təsdiq etdiyini bildirərək 07 aprel 2022-ci il tarixdə saat 12:00 radələrində yaşadığı evdə bacısı Zərərçəkmiş şəxs ehliyyatsızlıq edərək ov tüfəngi ilə xəsarət yetirmiş olduğu yeri göstərdi. İfadənin yerində yoxlanılması zamanı müəyyən olundu ki, hadisə baş verən yer Sumqayıt şəhəri, Corat qəsəbəsi, C.Cabbarlı küçəsində yerləşən 257A saylı fərdi yaşayış evidir. Həmin ev 2 mərtəbəli olmaqla mişar daşından tikilmişdir. Evin 2-ci mərtəbəsinə qalxmaq üçün evin çöl hissəsində pilləkən vardır. Evin 1-ci mərtəbəsinin giriş qapısından içəri daxil olduqda dəhlizin sağ tərəfində hamam, onun yanında otaq, dəhlizin sağında biraz irəlidə zal, dəhlizin baş tərəfində yataq otağı, sol tərəfində mətbəx və daha bir yataq otağı yerləşir. Təqsirləndirilən şəxs dəhlizdən sol tərəfdə, mətbəxdən sonra yerləşən yataq otağını göstərərək bacısı Zərərçəkmiş şəxs ilə həmin otağın içərisində mübahisə etdiyini və mübahisə zamanı da bacısının onun əlindən tüfəngi almağa çalışarkən ehliyyatsızlıq etdiyindən atəş açılaraq bacısına xəsarət yetirdiyini bildirdi. İş materiallarında olan "baxış keçirilməsi və götürmə haqqında" xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotocədvəldən görünür ki. Şahid1 təqdim etdiyi 01 (bir) ədəd kofta qara rəngli olmaqla birləşmiş halda papağı vardır, koftanın üzərində ağ rəngli "ZARA" sözü yazılmışdır. Koftanın üzərində xırda və iri ölçülü zədələr vardır. Bir ədəd qara rəngli qadın maykasının üzərində də koftada olduğu kimi zədələr vardır. Bir ədəd qara rəngli şalvar və bir ədəd ağ-qara rəngli qadın tumanın üzərində heç bir zədə aşkar olunmadı. Baxış zamanı Şahid1 bildirdi ki, 07 aprel 2022-ci il tarixdə baş vermiş hadisə zamanı həmin paltarlar qızı Zərərçəkmiş şəxs üzərində olmuşdur. Şahid1 təqdim etdiyi bir ədəd qara rəngli şalvar, bir ədəd qara rəngli kofta, bir ədəd mayka və bir ədəd tuman iş üçün əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. İş materiallarında olan qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ‘’başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 02 (iki) azyaşlı uşaq vardır (xx.xx.2016-cı il təvəllüdlü X3 və xx.xx.2018-ci il təvəllüdlü X4). İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəlik tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarında olan Azərbaycan Respublikası DİN tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi 01 (bir) ədəd “TO3- 34EP" modelli ov tüvəngi, 01 (bir) ədəd 12 kalibrli patron, 01 (bir) ədəd 12 kalibrli giliz, Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli papaqlı köynək, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd alt tuman iş üçün əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli sübutların qiymətləndirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 29,120.1, 126,2.4 və ya 221.3-cü maddələrinin tərkib əlamətləri olmadığına görə həmin maddələr ilə, hadisənin predmeti olan “TO3-34EP" modelli ov tüvəngi yivli odlu silah hesab edilmədiyindən Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsi ilə barəsində cinayət təqibinin başlanılması rədd edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs təqdim etmiş olduğu 01 (bir) ədəd “TO3-34EP" modelli ov tüvəngi qeydiyyata alınmadığından və heç bir rəsmi sənədi olmadığından onun əməlində Azərbaycan Respublikası İXM-nin 588-ci maddəsinin tərkib əlamətləri olduğundan sonuncu həmin maddə ilə inzibati məsuliyyətə cəlb olunması üçün qərarın surəti Sumqayıt ŞPİ-nin İTŞ-yə göndərilmişdir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 40 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 240 (iki yüz qırx) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarır. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş ‘’başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməli, İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan 01 (bir) ədəd “TO3-34EP" modelli ov tüvəngi, 01 (bir) ədəd 12 kalibrli patron, 01 (bir) ədəd 12 kalibrli giliz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilməli, iş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli papaqlı köynək, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd alt tuman məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia, maddi sübut və müsadirə olunmalı əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 40.2, 40.3, 43.1.2, 321.2.1, 321.2.2-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 128,00 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan 01 (bir) ədəd “TO3-34EP" modelli ov tüvəngi, 01 (bir) ədəd 12 kalibrli patron, 01 (bir) ədəd 12 kalibrli giliz Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Təchizat idarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Sumqayıt ŞPİ-nin saxlancında saxlanılan Şahid1 təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus 01 (bir) ədəd qara rəngli papaqlı köynək, 01 (bir) ədəd qara rəngli mayka, 01 (bir) ədəd qara rəngli şalvar və 01 (bir) ədəd alt tuman məhv edilsin. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 240 (iki yüz qırx) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASCnin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Qərardan 20 (iyirmi) gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-44/2023
Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-44/2023
05.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver