Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-44/2024 26.01.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə, Təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx xxxxxx 1992-ci ildə Salyan rayonu, Dayıkənd kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, ailəli, natamam orta təhsilli, işsiz, əvvəllər məhkum olunmamış, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dəmiryol stansiyasında yaxınlığındakı fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədilə 12 fevral 2023cü il tarixdə saat 03:00 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev stansiyası ərazisinə gələrək həmin ərazidə yerləşən 37-ci km 7-ci piketdən "xxxx" QSC-yə məxsus ADY-nin İnfrastruktur Departamentinin İşarəvermə və Rabitə xidmətinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsi tərəfindən istismarda olmuş, istifadəyə yararlı olan 25 metr uzunluğunda üzəri qara rəngli izoliyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış çoxdamarlı (damarlar izoliyasiyalıdır) mis naqillər keçən, ümumi diametri təxminən 14 mm olan, 21x1 (SBZPU) tipli kabeli özü ilə gətirdiyi taxta saplı balta ilə qanunsuz olaraq kəsib, rels dövrəsinin işini pozmaqla qatarların hərəkət təhlükəsizliyinə təhlükə yaradaraq "xxxx" QSC-yə 225 (iki yüz iyirmi beş) manat məbləğində maddi ziyan vurmaqla dövlət və ictimai əhəmiyyətli dəmiryolu xətlərinə münasibətdə oğurluq etmişdir Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 177.2.3-2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dəmiryol stansiyası yaxınlığında fərdi yaşayış evində yaşayır. Əvvəllər məhkum olunmamışdır. Hal-hazırda heç bir yerdə işləmir. Arabir dəmir əşyaları satmaqla özünü birtəhər dolandırır. 12 fevral 2023-cü il tarixində gecə saat 03:00 radələrində pula ehtiyacı olduğu üçün Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dəmiryolu stansiyasına gəlmişdir. Həmin ərazidə yerləşən avtomobil körpüsünün təxminən 25-30 metr uzaqlıqda yerləşən dəmiryolu relslərinin torpağa 1-2 metr basdırılmış vəziyyətdə açıq olan istifadəyə yararlı 25-30 metr uzunluğunda kabelləri evdən həmin vaxt özündə götürdüyü balta ilə kəsərək gizli yolla oğurlamışdır. Sonradan həmin kabelləri qablaşdırmış və həmin kabelləri ərazidə gizlətmişdir. 13 fevral 2023-cü il tarixində həmin əraziyə yenidən gələrək mis kabelləri götürüb aparıb satmaq istəmiş, lakin həmin vaxt polis əməkdaşları onu saxlamış və mis kabel və balta ilə birlikdə onu Xaçmaz st.X2 gətirmişlər. Oğurladığı mis kabeli, həmçinin baltanı təqdim etmişdir. Oğurluğu edərkən tək olmuş, bu barədə heç kimə deməmişdir. Maddi ziyanı yaxın zamanda ödəyəcəyini, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı "xxxx" QSC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə ifadəsində göstərmişdir ki, xx.xx.2018-ci il tarixdən "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Hüquq idarəsinin Məhkəmələrlə iş şöbəsinin hüquqşünası vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə H.Z.Tağıyev stansiyasının ərazisində 37-ci km 7-ci pk-dən "xxxx" QSC-yə məxsus ADY-nin İnfrastruktur departamentinin İşarəvermə və Rabitə xidmətinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsi tərəfindən istismar olunan, istifadəyə yararlı 25 metr uzunluğunda SBZPU 21x1 markalı kabel oğurlanmışdır. Qatarların təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oğurlanmış əmlakın əvəzinə yenisi quraşdırılmışdır. Hadisə nəticəsində “Azərbaycan Dəmir Yollan" QSC-yə 225 manat maddi ziyan dəymişdir. Məhkəməəmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/1325 saylı rəyində göstərilən məbləğlə razı deyil, hadisə nəticəsində "xxxx" QSC-yə dəymiş maddi ziyanın həcmi 225 (iki yüz iyirmi beş) manat təşkil edir. Təqsirləndirilən şəxs tərəfindən "xxxx" QSC-yə dəymiş maddi ziyan ödənilməmişdir. Mülki iddianın təmin olunmasını xahiş etdi və təqsirləndirilən şəxsə cəza verilməsini məhkəmənin mülahizəsinə buraxdı. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, NBPl-nin Dəmir yolu NPl-nin Xaçmaz st. XPŞ-nin Baş Sumqayıt st. XPB-nin CAQ-nun əməliyyat müvəkkili vəzifəsində xidmət edir, polis kiçik leytenantı rütbəsindədir. 13 fevral 2023-cü il tarixdə Bakı Yalama dəmir yol mənzilinin H.Z.Tağıyev stansiyası ərazisində keçən hissəsində 37 km 7-ci pk-də yerləşən 2 nömrəli yoldəyişən qurğuya məxsus 25 metr uzunluğunda 21x1 SBZPU markalı kabelin naməlum şəxslər tərəfindən oğurlanması faktı ilə əlaqədar DYNPl-nin Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis mayoru Nəzər Həbibov və 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsində böyük elektromexanik vəzifəsində işləyən Şahid2 iştirakı ilə hadisənin baş verdiyi əraziyə baxış keçirtmişlər. Hadisə yerinin Bakı-Yalama dəmiryolu mənzilinin H.Z.Tağıyev st. ərazisindən keçən hissəsində 37-ci km-nin 7-ci pk-də dəmiryolunun sol tərəfində 02 metr məsafədə dəmiryolu xəttinin üzərindən keçən Bakı-Quba avtomobil körpüsünün 25 metrliyində yerləşdiyi məlum olmuşdur. Baxış zamanı torpaq örtüyünün qazılmış hissəsində yerləşən işarəvermə və rabitə kabelinin 7 xəttinin olduğunu, həmin xətlərin birindən isə 25 metr uzunluğunda kəsildiyini və həmin hissənin yerində olmadığını müəyyən etmişlər. Baxış iştirakçısı Şahid2 dəmiryoluna məxsus 2 nömrəli yoldəyişən qurğunu qidalandıran 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı işarəvermə kabelinin xx.xx.2023cü il tarixdə saat 03:00 radələrində kənar şəxslər tərəfindən kəsilib aparıldığını, kabel xəttinə müdaxilə olunan vaxt işlək vəziyyətdə olduğunu bildirmişdir. Faktla bağlı tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş, Təqsirləndirilən şəxs tərəfindən saxlanılaraq oğurladığı avadanlıqlarla bilrikdə Baş Sumqayıt st. XPB-nə dəvət olunmuşdur. Bölmənin inzibati binasının həyətyanı sahəsində DYNPl-nin Xaçmaz st. XPŞ-nin İ və TQ-nun baş təhqiqatçısı, polis mayoru Nəzər Həbibov tərəfindən Təqsirləndirilən şəxs əldə etdiyi avadanlıqlara baxış keçirilmişdir. Baxış zamanı ondan 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı kabel və 01 ədəd taxta saplı balta aşkar edilərək maddi sübut əhəmiyyəti kəsb etdiyindən götürülməklə qablaşdırılmış və bu barədə proktol tərtib edilmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq o, 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı kabeli 12 fevral 2023-cü il tarixdə saat 03:00 radələrində yaşadığı H.Z.Tağıyev dəmiryolu stansiyası ərazisindən və oradan keçən avtomobil körpüsünün 25-30 metrliyindən satmaq məqsədilə kəsib əldə etdiyini bildirmişdir. Baxış zamanı 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı kabel və 01 ədəd taxta saplı baltadan başqa iş üzrə əhəmiyyət kəsb edən hər hansı digər əşya və ya predmet aşkar edilməmişdir. 14 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs iştirakı ilə hadisənin baş verdiyi yerə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs torpaq örtüyünün qazılmış hissəsində yerləşən kabel xətlərini təqdim edərək həmin əldə etdiyi kabeli satmaq və qazanc əldə etmək məqsədilə oğurladığını bir daha bildirmişdir. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş 17 mart 2023-cü il tarixli, 9/1325 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 40 sm uzunluğunda nümunə əsasında istismarda olmuş, istifadəyə yararlı olan 25 metr uzunluğunda üzəri qara rəngli izoliyasiyalı, içərisindən mis əsaslı ərintidən hazırlanmış çoxdamarlı (damarlar izoliyasiyalı dır) mis naqillər keçən, ümumi diametri təxminən 14 mm olan, 21x1 (SBZPU) tipli kabelin 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 150,00 (25 metr x6 manat) manat müəyyən edilir. Ekspertlərin rəyləri işin araşdırılmış halları ilə təsdiq olunduğu üçün məhkəmə tərəfindən sübut kimi qəbul olunmuşlar. İş materiallarında olan 13 fevral 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yerinin Bakı-Yalama dəmir yolu mənzilinin H.Z.Tağıyev st. ərazisindən keçən hissəsində 37-ci km-nin 7-ci pk-tində dəmiryolunun sol tərəfində 02 (iki) metr məsafədə dəmir yolu xəttinin üzərindən keçən Bakı-Quba avtomobil körpüsünün 25 (iyirmi beş) metrliyində yerləşdiyi məlum olmuşdur. Qeyd olunan yerə baxış keçirilərkən torpaq örtüyünün qazılmış hissəsində yerləşən işarəvermə və rabitə kabelinin 7 xəttinin olduğunu, həmin xətlərin birindən isə 25 (iyirmi beş) metr uzunluğunda kəsildiyini və həmin hissənin yerində olmadığı müəyyən edilmişdir. 1 nömrəli H.Z.Tağıyev İşarəvermə və Rabitə sahəsinin böyük elektrik mexaniki vəzifəsində işləyən Şahid2 sorğu zamanı dəmiryoluna məxsus 2 nömrəli yoldəyişən qurğunu qidalandıran 25 metr uzunluğunda 21x1 SBZPU markalı işarəvermə kabelinin xx.xx.2023-cü il tarixdə saat 03 radələrində kənar şəxslər tərəfindən kəsilib aparıldığını, adıçəkilən kabel xətinə müdaxilə olunan vaxtı işlək vəziyyətdə olduğunu və qeyd olunan kabeldən başqa digər dəmir yolu avadanlığının aparılmadığını və zədələnmədiyini bildirmişdir. İş materiallarında olan maddi sübut kimi tanınma haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əldə etdiyi 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı kabel və cinayətin aləti kimi istifadə etdiyi 01 (bir) ədəd taxta saplı balta maddi sübut kimi tanınmış və saxlanılması üçün Baş Sumqayıt st. XPB-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan əşyaya baxış keçirilməsi haqqında 13 fevral 2023-cü il tarixli protokoldan görünür ki, qeyd olunan avadanlıqlara baxış keçirilərkən 01 (bir) ədəd taxta saplı balta və dəmir yoluna məxsus 25 (iyirmi beş) metr uzunluğunda 21x1 markalı işarəvermə kabeli aşkar olunmuş və sübut əhəmiyyəti kəsb etdiyindən yenidən qablaşdırılaraq protokol əsasında götürülmüşdür. Polis əməkdaşları tərəfindən maddi sübutla birgə saxlanılaraq XPB-nə dəvət olunmuş Təqsirləndirilən şəxs sorğu zamanı aşkar olunmuş 25 (iyirmi beş) metr uzunluğunda olan kabeli 12 fevral 2023-cü il tarixdə saat 03:00 radələrində yaşadığı H.Z.Tağıyev dəmiryolu stansiyası ərazisindən və oradan keçən avtomobil körpüsünün 25-30 metrliyindən satmaq məqsədi ilə kəsib əldə etdiyini və sonradan polis əməkdaşları tərəfindən saxlanıldığını bildirmişdir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında 14 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yerinin Bakı-Yalama dəmiryolu mənzilinin H.Z.Tağıyev st. ərazisindən keçən hissəsində 37-ci km-nin 7-ci pk-tində dəmir yolu xəttinin sol tərəfində 2 (iki) metr məsafədə dəmir yolunun üzərindən keçən Bakı-Quba avtomobil körpüsünün 25 metrliyində yerləşdiyi məlum olmuşdur. Baxışda iştirak edən Təqsirləndirilən şəxs torpaq örtüyünün qazılmış hissəsində yerləşən kabel xətlərini təqdim edərək həmin kabel xətlərini bir neçə gün əvvəl gördüyünü qeyd edərək 12 fevral 2023-cü il tarixdə gecə saat 03:00 radələrində həmin yerə gələrək aşkar olunmuş kabel xətlərinin birindən satmaq və pul əldə etmək məqsədilə təxminən 25 (iyirmi beş) metrini kəsib qablaşdıraraq həmin ərazidə gizlətdiyini və 13 fevral 2023-cü il tarixdə satmaq məqsədiylə götürüb aparmaq istəyərkən polis əməkdaşları tərəfindən saxlanılaraq maddi sübutla birgə XPB-nə dəvət olunduğunu bildirərək törətdiyi əməli könüllü etiraf etdiyini və əldə etdiyi kabeldən başqa digər dəmir yolu avadanlıqlarını aparmadığını və zədələmədiyini göstərmişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə H.Z.Tağıyev stansiyasının ərazisində 37-ci km pk7- dən “Azərbaycan Dəmir Yolları’ QSC-yə (ADY) məxsus ADY-nin İnfrastruktur departamentinin İşarəvermə və Rabitə xidmətinin 1 nömrəli H.Z.Tağıyev işarəvermə və rabitə sahəsi tərəfindən istismar olunan, istifadəyə yararlı 25 (iyirmi beş) metr uzunluğunda SBZPU 21x1 markalı kabel oğurlanmışdır. Qatarların təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədilə oğurlanmış əmlakın əvəzinə yenisi quraşdırılmış və sözügedən hadisə nəticəsində “ADY”-yə 225,00 (iki yüz iyirmi beş) manat həcmində ziyan dəymişdir. İş materiallarında olan "xxxx" QSC-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə H.Z.Tağıyev stansiyasında 37-ci km pk7 ərazisindən oğurlanmış 25 metr uzunluğunda olan 21x1 tipli SBZPU markalı siqnal kabeli oğurlanan zaman işlək vəziyyətdə olduğundan və stansiyada texniki qurğuların işləməsinə qulluq etdiyindən sözügedən əmlakın oğurlanması stansiyada qatarların hərəkətində gecikmələrə səbəb olmuşdur. Həmin siqnal kabeli dəmir yolu xəttinə aiddir, dəmir yolu şəbəkəsi strateji obyekt olduğuna görə ictimai və dövlət əhəmiyyətlidir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Respublika Psixiatriya Xəstəxanası» X1 01 avqust 2023-cü İl tarixli, 9956 nömrəli məktubundan görünür ki, xx.xx.1992-ci il təvəllüdlü, Salyan rayonu, Dayıkənd kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxanda adı göstərilən xəstəxanada müalicədə olmamışdır. İş materiallarında olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-788/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs məhkəmə hazırlıq iclaslarına gəlmədiyi üçün barəsində axtarış elan edilmiş və tutulduqda Sumqayıt Şəhər Məhkəməsinə gətirilməsi qərara alınmışdır. İş materiallarında olan NBPİ-nin DYNPİ-nin Xaçmaz st. X3 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan və həmin tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saxlanılaraq Sumqayıt Şəhər Məhkəməsinə təhvil verilmişdir. İş materiallarında olan Salyan rayonu Sarvan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında tibbi şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşaq vardır. İş materiallarında olan “Azərbaycan Dəmir Yolları’ QSC tərəfindən verilmiş mülki iddia ərizəsindən görünür ki, cavabdeh Təqsirləndirilən şəxs vurduğu ziyana görə 225,00 (iki yüz iyirmi beş) manat və dövlət rüsumu olaraq ödənilmiş 30 (otuz) manat, ümumilikdə 255 (iki yüz əlli beş) manat alınıb iddiaçı “Azərbaycan Dəmir Yolları’ QSC-yə ödənilməlidir. İş materiallarında olan “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 177.2.1-ci maddəsinin tərkib əlamətləri olmadığından onun barəsində həmin maddə ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən, əməlini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur və o, törətdiyi əmələ görə təqsirli bilinib cəzalanmalıdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli üzrə şahidlərin ifadəsi ilə yanaşı məhkəmədə tədqiq edilən digər sübut növləri ilə tam sübuta yetirilmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 saylı Qərarının 3-cü bəndində göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyacı olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Məhkəmə ittiham və müdafiə tərəfini, şahidi dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 177.2.3- 2-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat sərf etmişdir. Ona görə də, 60 (altmış) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə xüsusi müsadirə edilməlidir.. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il tarixdə həbsdə 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalı, iş üzrə maddi sübut olan və Baş Sumqayıt st. XPB-nin maddi sübutların saxlanc yerində saxlanılan 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı kabel zərərçəkmiş hüquqi şəxs “Azərbaycan Dəmir Yolları’ QSC-yə qaytarılmalı və 01 (bir) ədəd taxta saplı balta dövlət nəfinə xüsusi müsadirə edilməli, zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı “Azərbaycan Dəmir Yolları’ QSC tərəfindən verilmiş mülki iddia tam təmin edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-2-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2023-cü il il tarixdə həbsdə olduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində dəmiryol stansiyasında yaxınlığındakı fərdi yaşayış evi ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı "xxxx" QSC tərəfindən verilmiş mülki iddia tam təmin olunsun. Cinayət əməli nəticəsində 225.00 (iki yüz iyirmi beş) manat və ödənilmiş dövlət rüsumu 30 (otuz) manat, ümumilikdə 255 (iki yüz əlli beş) manat məbləğində pul təqsirləndirilən şəxs və mülki iddia üzrə cavabdeh Təqsirləndirilən şəxs alınaraq zərərçəkmiş və mülki iddia üzrə iddiaçı "xxxx" QSC-yə ödənilsin. İş üzrə maddi sübut olan və Baş Sumqayıt st. XPB-nin maddi sübutların saxlanc yerində saxlanılan 25 (iyirmi beş) metr uzunluğunda 21x1 tipli SBZPU markalı kabel zərərçəkmiş hüquqi şəxs və mülki iddia üzrə iddiaçı "xxxx" QSC-yə qaytarılsın və 01 (bir) ədəd taxta saplı balta dövlət nəfinə xüsusi müsadirə edilsin. Ekspertiza tədqiqatının dəyəri olaraq 50.00 (əlli) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV
Məhkəmə qərarları › İş №1(060)-44/2024
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-44/2024
26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver