Məhkəmə qərarları › İş №1(060)-44/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-44/2025

18.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-44/2025 18.04.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X4 Yadigar qızının sədrliyi, X2 iclas katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Müdafiəçi - Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.2000-ci il tarixdə Zaqatala rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş, Zaqatala rayonu, Danaçı ə/d, Uzun qazmalar kəndində qeydiyyat olmaqla, ünvan 1 ünvanında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Məhkəmə istintaqı zamanı müəyyən olundu ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə instaqram sosial şəbəkəsində, onlayn üsulla, nəğd və kreditlə mobil telefon satışı ilə məşğul olan “n.n telekom” səhifəsinin loqin və parolunu ələ keçirməklə, həmin səhifədə mobil telefon almaq üçün sifariş verən Zərərçəkmiş şəxs2 ucuz qiymətə, kredit ödənişi ilə 1 ədəd İphone 14 pro markalı mobil telefon satacağı barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, sonuncunun alacağı mobil telefonun ilkin ödənişi kimi xx.xx.2023-cü il tarixdə, saat 19:23-də, Quba rayonu. Paşaoba kəndində yerləşən Ruzi marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan (050) ***-**-** nömrəsi ilə yaratdığı ”ml0" elektron pul kisəsi hesabına göndərdiyi 600 (altı yüz) manat pul vəsaitini ələ keçirib zərərçəkmiş Zərərçəkmiş şəxs2 həmin məbləğdə maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə əvəzsiz və qanunsuz olaraq ələ keçirmə məqsədi ilə instaqram sosial şəbəkəsində, onlayn üsulla, nəğd və kreditlə mobil telefon satışı ilə məşğul olan “n.n telekom” səhifəsinin loqin və parolunu ələ keçirməklə, həmin səhifədə mobil telefon almaq üçün sifariş verən Zərərçəkmiş şəxs1 ucuz qiymətə kredit ödənişi ilə 3 ədəd İphone 14 pro markalı mobil telefon satacağı barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verməklə aldadaraq, xx.xx.2023-cü il tarixdə hissə-hissə olmaqla, yəni Zərərçəkmiş şəxs1 alacağı 2 ədəd mobil telefonun ilkin ödənişi kimi xx.xx.2023-cü il tarixdə, saat 15:09-da, Abşeron rayonu, Saray qəsəbəsi, M.Əsədov küçəsində yerləşən Araz marketdəki “Million” ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan (050) ***-**-** nömrəsi ilə yaratdığı “m 10” elektron pul kisəsi hesabına göndərdiyi 520 manat və həmin tarixdə, saat 23:12də, Zərərçəkmiş şəxs1 yaşadığı ünvan 2 ünvanında özünə məxsus Leobank hesab kartının balansından onun istifadəsində olan (050) ***-**-** nömrəsi ilə yaratdığı “mlO” elektron pul kisəsi hesabına göndərdiyi 350 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 870 manat məbləğində maddi ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Hazırkı cinayət işi üzrə məhkəmənin əsaslandığı sübutlar aşağıdakılardır: Belə ki, məhkəmə iclasında Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, “n.n telekom” səhifəsində Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 telefon almaq üçün onla əlaqə saxlamışlar. Hissəvi ödənişlə razılaşmış və onlardan pul almışdır, lakin telefonu çatdırmamışdır. Zərərçəkmiş şəxs2 onla əlaqə saxlayaraq “İphone” markalı telefon istəmiş, ondan ilkin ödəniş kimi 600 manat pul almışdır. Zərərçəkmiş şəxs1 da telefon almaq üçün onla əlaqə saxlamış, ondan da iki dəfəyə 520 və 350 manat olmaqla ümumilikdə 870 manat pul almışdır. Onları aldatdığını etiraf edir, əməlindən çox peşmandır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı və 25 faiz məbləğində dövlət rüsumunu ödəmişdir. Məhkəmədən barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında ibtidai istintaq dövründə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs elan edilmiş ifadəsindən görünür ki, “n.n_telekom" adlı “instagram” profilinin kim tərəfindən yaradılması və istifadə edilməsini barədə məlumatı olmamışdır. Profil sosial şəbəkədə olarkən qarşısına çıxmamışdır. O, istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə n.ntelekom” adlı profilin “instagram”da qeydiyyatdan keçərək yaradıldığını bildikdən sonra həmin sosial şəbəkədə axtarıb profili tapmışdır. Sözügedən profildən başqa hal-hazırda adını xatırlamadığı bir paltar satışını həyata keçirən profilin də ***-***-**-** saylı mobil nömrə ilə qeydiyyatdan keçib yaradıldığını bilmişdir. O, 2023-cü il tarixdə qısa müddətlik operator kimi fəaliyyət göstərmişdir. Belə ki, qazanc əldə etmək üçün internet resurslarında, o cümlədən sosial şəbəkələrdə iş yeri axtarmış, “İnstagram” sosial şəbəkəsində bank olmayan kredit təşkilatında operatorluq iş elanı görüb elanı yerləşdirən profillə mesajlaşma yolu ilə əlaqə saxlamışdır. Həmin zaman ona sözügedən operatorluğun iş yerinə gəlmədən, olduğu yerdən şirkət üçün operatorluq etməkdən, yəni müştərilərin kredit almasından ötrü şirkətə yönəldilməsindən ibarət olduğu və xatırladığı qədəri ilə hər bir müştəri üçün 4.50 manat pul vəsaitinin veriləcəyi deyilmişdi. Elanda “Ferrum Capital" yazıldığından və həmin şirkət Respublika ərazisində tanındığından hər hansı bir problemin olmayacağını fikirləşərək qazanc əldə etmək üçün razılaşmışdır. Buna müvafiq olaraq vətəndaşların istifadəsində olan mobil nömrəyə yönəldilməsi və tərəfindən danışıq həyata keçirilməsindən ötrü mobil nömrəsi istənmiş, o da həmin zaman istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni qeyd etmişdir. Bundan sonraki bir neçə gün ərzində və hər gün təxminən 7-8 vətəndaşla əlaqə saxlayıb operatorluq etsə də göstərdiyi xidmət qarşılığında ona pul verilmədiyi üçün bir daha həmin fəaliyyətlə məşğul olmamışdır. Təxminən 2023-cü ilin avqust-sentyabr ayında daxilində ***-***-**-** saylı mobil nömrə olan mobil telefonuna ona tam aydın olmayan çoxsaylı mesajların göndərildiyini görmüşdür. Həmin mesajlar saytlardan qeydiyyatdan keçməklə bağlı olmuş və o, bundan məlumatsız olmuşdur. Bunu dəqiqləşdirmək məqsədi ilə kompyuterində internetdən tapdığı və hal-hazırda adlarını xatırlamadığı müxtəlif' proqramlar vasitəsi ilə adına hər hansı bir şirkətin və ya profilin açılıb-açılmadığını və ya xəbəri olmadan onun anket məlumatları ilə qeydiyyatdan keçilib-keçilmədiyini yoxlamışdır. Bu barədə heç bir məlumat əldə edə bilmədikdən sonra istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə edilən hərəkətləri yoxladıqda isə bildirdiyi kimi “İnstagram” profillərinin yaradıldığını bilmişdir. O, ***-***-**-** saylı mobil nömrə ilə “instagram”da qeydiyyatdan keçilərək “n.ntelekom” adlı profilin yaradıldığını bildikdən sonra mobil telefonu ilə “instagram” sosial şəbəkəsində sözügedən profilə daxil olmaqdan ötrü ilk əvvəl profilin adını yazıb, parolu bilmədiyi üçün parolun unudulduğu hissəni seçmişdir. Profil isti fadəsindəki mobil nömrə ilə qeydiyyatdan keçdiyindən və həmin nömrə öz mobil telefonunda olduğundan parolun unudulması ilə bağlı bildiriş “instagram”dan öz telefonuna göndərilmişdir. O da bundan sonra profilin parolunu dəyişib, daha sonra profilə daxil olmuşdur, “n.n telekom” adlı profildə mobil telefonların şəkilləri paylaşılaraq, həmin telefonların alğı-satqısı ilə bağlı məlumatlar yerləşdirilmişdir. Profilə daxil olduqdan sonra profildə yerləşdirilmiş nömrəni öz istifadəsində olan ***-***-**-** saylı nömrə ilə əvəz etmişdir. Profildə yerləşdirilmiş əvvəlki nömrəni isə xatırlamır. “n.n_telekom” adlı profilin fəaliyyət yeri kimi Ağsu şəhəri olaraq göstərilmişdi və o, bu məlumatı dəyişməmişdi. Əvvəlki mobil nömrə ilə əlaqə saxlamamağına və ya Ağsu şəhərində belə bir adla mağazanın fəaliyyət göstərib-göstərməməsi ilə maraqlanmamağına hər hansı bir səbəbi olmamış, profilə daxil olduqdan sonra vətəndaşların mobil telefon almaq üçün müraciətlər etdiyini görüb, profilin kim tərəfindən yaradılması ilə maraqlanmadan yalnız müştərilərə yalan vədlər verib aldadaraq qazanc əldə etməyi fikirləşmişdir. Profil tərəfindən dəqiq xatırlamasa da, 2023-cü ilin sentyabr ayı ərzində istifadə edilmişdir. Profilinə daxil olduqdan sonra profilin adında heç bir dəyişiklik etməmişdir. Profildən istifadə etdiyi müddətdə profilin əvvəlki istifadəçisi tərəfindən onunla əlaqə saxlanılmamış, bu və ya digər formada heç nə soruşulmamışdı. Profildə qızıl zəmanətli, daxili kreditlə telefonların satışı, iş saatı, yerləşdiyi ünvan barədə məlumat olmuş, başqa bir məlumatın yerləşdirildiyini xatırlamamışdır. Zərərçəkmiş şəxs2la “whatsapp” ani mesajlaşma mübadiləsi sistemində mesajlaşarkən sonuncuya vergi ödəyicisinin eyniləşdirmə nömrəsi, həmçinin sms mətində göstərilən digər məlumatlar tərəfindən yalandan yazılmış, məqsədi öz barəsində etibar qazanmaq olmuşdur. 050- 534-81- 93 saylı mobil nömrə tərəfindən 2022-ci il tarixdən sözügedən dələduzluq cinayət əməllərini törətdiyi aşkar edilənədək istifadə olunmuşdur. Bu müddət ərzində mobil nömrə öz tərəfindən istifadə edilmişdir. Təxminən 2023-cü ilin avqust-sentyabr ayında daxilində 050- ***-**- ** saylı mobil nömrə olan mobil telefonuna hansı saytlardan qeydiyyatdan keçmək ilə bağlı mesajların göndərildiyini xatırlamır. ***-***-**-** saylı mobil nömrə ilə instagramda həmçinin paltar satışı profili də açılsa da həmin profilin adını xatırlamır. “n.n_telekom” adlı profilə birinci daxil olmuş, buradan yaxşı qazanc əldə etdikdən sonra digər profil ilə heç maraqlanmamışdır. Mobil nömrəni sevgili münasibətində olduğu Şahid1 istifadə etmək məqsədi ilə götürmüşdür. Belə ki. Şahid1 Zaqatala şəhərində "xxxx" MMC-nin filialında işləmişdir və ucuz qiymətə mobil nömrə alıb, nömrələrin internet paketlərindən istifadə etmişdir. O da xərci olmadan internet paket əldə etmək üçün F. Məmmədovaya istifadəsi üçün mobil nömrə verməsini istəmişdir. F. Məmmədova belə bir mobil nömrə tapacağı təqdirdə ona verəcəyini demişdir. Lakin bir müddət keçəməsinə baxmayaraq F. Məmmədova ona mobil nömrə verməmiş, o F. Məmmədovanın özünün istifadə etdiyi ***-***-**-** saylı mobil nömrəni sonuncunun Zaqatala şəhərində yaşadığı ünvanda olduğu zaman götürmüşdür. Mobil nömrənin tərəfindən götürülüb istifadə edilməsindən Fidanın məlumatı olmuşdur. Mobil telefonu nasaz olduğu üçün tullamışdır, kompyuterini isə maddi sıxıntıları ilə bağlı olaraq satmışdır. Bu səbəblə də, istintaqa təqdim etməsi mümkün olmamışdır. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızma yalandan telefon salmağı vəd edərək pullarını ələ keçirmişdir. Əldə etdiyi pulu da şəxsi mənafeyinə xərcləyib, həmin şəxslərə telefon verməkdən ötrü hər hansı bir hərəkət etməmişdir. Həmin şəxslərə yalandan telefon satmağı vəd etmişdir. Belə ki, Zərərçəkmiş şəxs2 1 telefonun ilkin ödənişi kimi 600 manat. Zərərçəkmiş şəxs1 isə 3 telefonun ilkin ödənişi kimi ümumilikdə 870 manat pul vəsaitini almışdım. 10 sentyabr 2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 ilk əvvəl bir neçə mobil telefon almaq istədiyini bildirmiş, 3 telefonun alğı-satqısı barədə razılaşmışlar. Telefonlardan 2 ədədinin pulunu həmin tarixdə günorta saatlarında, digər 1 ədəd telefonun pulunu isə həmin tarixdə axşam saatlarında vermişdir. Yəni Zərərçəkmiş şəxs1 ilə aralarında telefon alğı-satqısı barədə danışıq ayrı-ayrı vaxtlarda olmamışdır, sadəcə olaraq sonuncu telefonun pulunu ayrıca onun “m10” hesabına köçürməklə ödəmişdir. Məhkəmə iclasında iştirak etmiş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, qızı universitetə daxil olduğundan ona telefon almaq istəmiş, qarşısına səhifə çıxmışdır. O, belə səhifələrə inanmasa da ona rəsmi sənədlər gəldiyindən inanmışdır. Qızına telefon aldıqda ikinci telefonun əlli faiz endirimlə satıldığını görmüş və oğluna da telefon almaq istəmişdir. Ona telefonun karqo ilə 24 saat ərzində göndəriləcəyini demişdir. O, ödənişi etdikdən sonra telefon nömrəsi ilə əlaqə saxlamağa çalışmış, lakin zəng çatmamışdır. İlkin 520 manat, daha sonra 370 manat olmaqla ümumilikdə 870 manat pul ödəmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs cinayət işi üzrə zərərçəkmiş şəxsdir. Hal-hazırda ona dəymiş zərər təqsirləndirilən şəxs tərəfindən tamamilə ödənilmişdir. Heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında videogörüntü vasitəsilə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, müharibədən gəldikdən sonra telefonu sındığına görə özünə telefon almaq istəmişdir, buna görə də kredit götürərək təqsirləndirilən şəxsə 600 manat pul ödəmişdir. Hazırda ona dəymiş ziyan tam şəkildə ödənilmişdir, heç bir şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənilmişdir, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid2 elan edilmiş ifadəsindən görünür ki, Təqsirləndirilən şəxs və eləcə də Şahid1 əvvəllər tanımamış, həmin şəxslərlə heç bir münasibəti olmamışdır. Onun adına qeydiyyata alınmış 050 ***-**-** mobil telefon nömrəsini o, heç vaxt istifadə etməmiş, ümumiyyətlə həmin mobil telefon nömrəsinin onun adına qeydiyyata alınması barədə heç bir məlumatı olmamışdır. 2023-cü ilin sentyabr ayında ifadə vermək üçün polisə dəvət edildikdən sonra onun adına 050 ***-**-** mobil telefon nömrəsinin olduğunu və həmin mobil telefon nömrəsinin Təqsirləndirilən şəxs istifadəsində olduğunu, sonuncunun sözügedən mobil telefon nömrəsindən istifadə edərək dələduzluq cinayəti törətdiyini öyrənmişdir. Belə ki, Təqsirləndirilən şəxs həmin mobil telefon nömrəsi ilə “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçərək, sosial şəbəkə vasitəsi ilə müştəriyə ucuz qiymətə mobil telefon satacağını vəd verməklə, mobil telefon almaq istəyən sifarişçini aldadaraq, müştəriyə satacağı mobil telefonların pulunu Telmanın özünün istifadəsində olan hesaba köçürməsini tələb etmiş, müştəri Telmanın hesabına vəsait köçürdükdən sonra Telman həmin pulu ələ keçirmiş və vədini yerinə yetirməmişdir. Şahid2 tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli teleqramdan görünür ki, məhkəmədə səhhəti ilə bağlı iştirak edə bilmir. İbtidai istintaqda verdiyi ifadəni təsdiq edir. Məhkəmənin onun iştirakı olmadan keçirilməsini xahiş edir. Məhkəmə iclasında proses iştirakçılarının razılığı ilə ibtidai istintaq dövründə şahid qismində ifadə vermiş Şahid1 elan edilmiş ifadəsindən görünür ki, 2022-ci ilin yanvar ayından etibarən Zaqatala Azercell ekskuluzivində satış təmsilçisi, 2023-cü ilin sentyabr ayının əvvəllərindən isə həmin şirkətdə diller işçisi vəzifəsində çalışdığını. Təqsirləndirilən şəxs təxminən 2 il müddətdir ki, tanıdığını, Telmanla sevgili münasibətləri olduğunu qeyd edərək bildirmişdir ki, təxminən 1 il əvvəl Zaqatala Azercell ekskuluzivdə satış təmsilçisi işlədiyi müddətdə, satış mərkəzindəki dolablardan birində olan və Şahid2 adlı tanımadığı şəxsin adına qeydiyyata alındığını sonradan öyrəndiyi ***-***-**-** mobil telefon nömrəsini, dolabdan götürüb istifadə etməyə başlamışdır. Bir neçə ay həmin mobil telefon nömrəsini istifadə etdikdən sonra həmin sim nömrəni mobil telefonundan çıxardıb yaşadığı evdə, öz otağındakı güzgülü dolabın qarşısına qoymuşdur. Təxminən 15-20 gün sonra sözügedən mobil telefon nömrə sim kartını yenidən istifadə etmək üçün götürmək istədikdə mobil nömrənin yerində olmadığını aşkar etmişdir. Bu zaman mobil nömrəni, tez-tez onun evinə gəlib-gedən sevgilisi Telmanın götürə biləcəyini düşünmüş və Telmanla görüşdükdə, onun otağından həmin telefon nömrəsini götürübgötürmədiyini soruşmuşdur. Telman həmin nömrəni götürdüyünü bildirmiş və bir müddət istifadə etdikdən sonra qaytaracağını desə də, xeyli müddət nömrəni ona qaytarmamışdır. Həmçinin Telmanla birlikdə olduqları müddət ərzində, təxminən 1 il bundan əvvəl, Telman ona məxsus olan Kapital bankdan aldığı “1 kart” debit kartını birlikdə istifadə etmələrini təklif etdikdə o. etiraz etməmiş və Telman onun **********010059 nömrəli “1 kart" debit kartının tətbiqini öz mobil telefonuna yükləyərək pul vəsaitlərinin mədaxil və məxaric edilməsində onun kart hesabından istifadə etməyə başlamışdır. Telmana göndərilən pul vəsaitləri öncə Telmanın ***-***-**-** mobil telefon nömrəsi ilə yaratdığı M10 hesabına göndərilmiş sonra isə Telman həmin məbləğləri hissəhissə onun “1 kart” debit kartının balansına yükləyərək kartdan çıxardıb nəğdiləşdirmişdir. Təxminən bir neçə gün əvvəl ***-***-**-** mobil telefon nömrəsi adına qeydiyyata alınmış Şahid2 onun işlədiyi Zaqatala Azercell ekskuluzivinə gedərək Şahid2 adma qeydiyyata alınmış mobil telefon nömrələrinin siyahısını götürdükdən sonra mobil telefon nömrələrinin bir çoxunun, eləcə də ***-***-**-** nömrəsinin Anarın məlumatı olmadan sonuncunun adma qeydiyyata alındığını bildirib həmin telefon nömrəsini bağlatdırmağı tələb etmişdir. O, iş yoldaşı Elxan Şabanovdan həmin abunəçinin nədən narazıçıhq etdiyini soruşduqda sonuncu. Şahid2 adlı abunəçinin özünün məlumatı olmadan adma ***-***-**-** mobil telefon nömrəsinin qeydiyyata alındığını və həmin nömrədən istifadə edilməklə dələduzluq cinayəti törədildiyini bildirərək, bu səbəbdən həmin telefon nömrəsini bağlatdırdığım bildirmişdir. O, dərhal Telmanla əlaqə saxlayıb sözügedən telefon nömrəsini ona aparmasını tələb etmişdir. Telmandan sim nömrəni aldıqdan sonra müdriyyətə təhvil vermişdir. O. Telmanı sorğu sual etsə də. Telman heç bir dələduzluq cinayəti törətmədiyini bildirmişdir. Ancaq 2-3 gün sonra ifadə vermək üçün polisə dəvət edildikdən sonra öyrənmişdir ki. Telman ***-***-**-** mobil telefon nömrəsi ilə “İnstaqram” sosial şəbəkəsində qeydiyyatdan keçərək, sosial şəbəkə vasitəsi ilə müşdəriyə ucuz qiymətə mobil telefon satacağını vəd verməklə, mobil telefon almaq istəyən sifarişçini aldadaraq, müşdəriyə satacağı mobil telefonların pulunu Telmanın ***-***-**-** mobil telefon nömrəsinin M10 hesabına köçürməsini tələb etmiş, müşdəri Telmanın hesabına vəsait köçürdükdən sonra həmin vəsaiti ona məxsus **********010059 nömrəli "1 kart” debit kart hesabına köçürməklə nəğdləşdirib ələ keçirmiş və vədini yerinə yetirməmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və ibtidai araşdırması aparılması üçün icraata qəbul edilmişdir. - Təqsirləndirilən şəxs Sumqayıt şəhərində xx.xx.2023-cü il tarixdə saat 09:20-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, xx.xx.2023cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs1 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.2, 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsi tətbiq edilməklə 01 il 11 ay 28 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Zaqatala rayon Məhkəməsinin 7(033)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs Zaqatala rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş qalan 10 ay 09 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası 05 ay 04 gün müddətə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmişdir. Zaqatala rayon Məhkəməsinin 1(033)-62/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmünün və Zaqatala rayon Məhkəməsinin 7(033)-1/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarının surəti iş materiallarına əlavə edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi CM-nin 178.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi ilə bir icraatda birləşdirilmiş və istintaq ********* nömrəsi ilə davam etdirilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanılmış və icraata qəbul edilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs2 zərərçəkmiş şəxs qismində tanınmışdır. - Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:30-də cinayət törətməkdə şübhəli olan şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona həmin maddə ilə ittiham elan edilmiş, həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. - xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işinin icraatı Təqsirləndirilən şəxs müəyyən edilərək istintaq orqanına təqdim edilənədək dayandırılmışdır. - axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zaqatala rayon Polis Şöbəsindən xx.xx.2024-cü il tarixdə saat 11:00 radələrində təhvil alınaraq xx.xx.2024-cü il tarixdə saat 18:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nə gətirilmiş və həmin tarixdə cinayət işi üzrə icraat təzələnmişdir. - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə törədilməsi müəyyən edilən cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.2-ci maddələrinə tövsif edilmişdir. - xx.xx.2024-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs elan edilmiş ittiham dəyişdirilərək və əlavə edilərək o, Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri qüvvədə saxlanılmışdır. - xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanılmasının rədd edilməsi nəzərə alınmış, Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 271, 272 və 273-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmiş, Şahid2 və Şahid1 barəsində Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə cinayət təqibinin başlanmasısının rədd edilməsi nəzərə alınmışdır. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-726/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs haqqında axtarış elan olunaraq barəsində “həbs” qətimkan tədbiri seçilmiş və cinayət işi üzrə icraat dayandırılmışdır. - Sumqayıt ŞPİ-nin 1-ci PB-nin xx.xx.2024-cü il tarixli məktubundan və axtarışda olan şəxsin tutulması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:30 radələrində Sumqayıt şəhər ərazisində tutulmuşdur. - Sumqayıt şəhər Məhkəməsinin 1(060)-726/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarına əsasən cinayət işi üzrə icraat təzələnmişdir. - "xxxx" ASC-yə məxsus 14084 nömrəli, xx.xx.2025-ci il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni 368 (üç yüz altmış səkkiz) manat məbləğində dövlət büdcəsinə ödəniş etmişdir. Beləliklə, Təqsirləndirilən şəxs verilmiş ittiham üzrə təqsiri iş üzrə toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunun müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad olunması üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət Məcəllənin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin təqsirini etiraf etməsini, zərərçəkmiş şəxslərin onunla barışmasını, zərərçəkmiş şəxslərin və təqsirləndirilən şəxsin barışdıqları üçün işin icraatına xitam verilməsi barədə ərizələrini, təqsirləndirilən şəxsin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyini nəzərə alaraq belə nəticəyə gəlir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından həbsdən azad edilməlidir. Sumqayıt Regional Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli (iş № 1(060)-726/2024) qərarını icra edərək, xx.xx.2024-cü il tarixli 1345/2024 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 18 (on səkkiz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 108 (bir yüz səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, ekspertiza xərci, maddi sübut yoxdur. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 321, 346-347, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara a l d ı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə o, Azərbaycan Respublikası CM-nin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilsin və iş üzrə icraata xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan ləğv edilsin və o, saxlanıldığı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 3 saylı İstintaq təcridxanasından həbsdən azad edilsin. Təqsirləndirilən şəxs Sumqayıt Regional Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 18 (on səkkiz) saat hüquqi yardıma görə 108 (bir yüz səkkiz) manat Azərbaycan Respublikası dövlət büdcəsindən tutularaq Sumqayıt Regional Vəkil Bürosunun hesabına köçürülsün. Qərar elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apelyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM: Vüsalə Qasımova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar