Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-440/2021 12.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Müdafiəçi: Müdafiəçi, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Qubadlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, məhkumluğu olmayan, evli, "xxxx" şirkətində sürücü işləyən, Qubadlı rayonu, Muğanlı kəndində qeydiyyatda olan və ünvan 1-də yaşayan, barəsində “Polisin nıəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs 04 fevral 2021-ci il tarixdə, günorta radələrində yaşadığı Müşfiqabad qəsəbəsində yerləşən kafelərdən birində spirtli içki qəbul etdikdən sonra həmin gün axşam radələrində həmin qəsəbədə yerləşən avtobus dayanacağına gələrək işlədiyi "xxxx" şirkətinə məxsus, özünün gündəlik olaraq idarə etdiyi 114 saylı marşrut xətti üzrə fəaliyyət göstərən **-TG-*** dövlət nömrə nişanlı, Daewoo markalı avtobusun sükanı arxasına sərxoş vəziyyətdə əyləşərək Qubadlı Rayon İcra Hakimiyyətinə getmək üçün avtobusu idarə edərək Sumqayıt şəhərinə gəlmiş, Sumqayıt şəhərində Sülh küçəsi və Koroğlu prospektinin kəsişməsində işıqforun qadağan olunmuş qırmızı işığında avtobusu saxlamayaraq hərəkətini davam etdirib yol hərəkəti qaydalarını pozduğu üçün həmin ərazidə xidmət aparan “Hyundai İX35” markalı **-YP-*** dövlət nömrə nişanlı avtopatrulun inspektorları saxla işarəsi verdikdə sərxoş vəziyyətdə olduğu üçün inzibati məsuliyyətdən yayınmaq məqsədi ilə manevr qaydalarını pozaraq idarə etdiyi avtobusla tabesizlik göstərərkən “Hyundai İX35” markalı **-YP-*** dövlət nömrə nişanlı və BMW markalı **-YP- *** dövlət nömrə nişanlı yol patrul xidməti avtomobillərini zədələyərək hərəkətini davam etdirmiş, Azərbaycan Prospekti istiqaməində hərəkətdə olarkən xüsusi vasitə hesab edilən tikanlı sep tətbiq edilməklə avtobus dayandırıldıqdan sonra avtobusun salonuna daxil olaraq ondan avtobusu idarə etməsinə dair sənədlərini təqdim etməsini, avtobusun sükanı arxasından düşməsini və alkoqol müayinəsi üçün xidməti avtomobilə yaxınlaşmasını tələb edən Sumqayıt Şəhər Polis İdarəsinin DYPŞ-nin 2035 çağırışlı “BMW” markalı **-YP-*** dövlət nömrə nişanlı avtopatrulda xidmətdə olan həmin şöbənin yol patrul xidmətinin baş inspektoru, polis leytenantı Zərərçəkmiş şəxs xidməti gödəkçəsini hər iki əli ilə dartaraq cırmış, Zərərçəkmiş şəxs ondan qanunsuz hərəkətllərini dayandırmasını tələb etdikdə bir dəfə yumruqla sifət nahiyəsinə və bir dəfə təpiklə sol baldır nahiyyəsinə zərbə endirməklə sonuncuya dərəcəsinə görə sağlamlığa yüngül zərəvurmaya aid olan sağ yanaq nahiyyəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sol baldırın sıyrığı xəsarətlərini yetirmiş, bununla da hakimiyyət nümayəndəsi hesab edilən polis əməkdaşına xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar zor tətbiq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyərək göstərdi ki, Qubadlı rayonundan məcburi köçkündür, ailəlidir, iki övladı var. Kiçik övladı Emin Quliyev orta məktəbdə təhsil alır, böyük övladı Ələmqulu Quliyev isə hazırda hərbi xidmətdədir. X6 02 sentyabr 1993-cü ildə Qarabağda döyüşdə şəhid olmuş, özü asma-bronxit xəstəliyi ilə əlaqədar ikinci qrup əlildir. "xxxx" şirkətində 114B saylı marşrut xəttində avtobus sürücüsü işləyir. 04.02.2021-ci il tarixdə təxminən saat 13 radələrində Qaradağ rayonunda ona təhkim olunmuş “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı avtobusu digər növbətçi sürücü Sədaqəddin adlı şəxsə verərək Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində yerləşən “İnsaf” kafesində iş yoldaşı Elşən adlı şəxslə yemək yeməyə getmiş, yemək zamanı spirtli içki qəbul etmiş, sərxoş olmuş, həmin vaxt təxminən 1 litr araq içmişdir. Axşamüstü yemək yediyi “İnsaf” kafesinin yanında yerləşən işlədiyi şirkətin avtobus dayanacağına getmiş, Sədaqəddinin avtobusu dayanacağa park etdiyini, avtobusda pul yığan Elcanın avtobusun içərisində olduğunu və açarların avtobusun üstündə olduğunu görmüşdür. Günorta yemək yeyib spirtli içki qəbul etdikdən sonra doğulub böyüdüyü Qubadlı rayonuna getmək qərarına gəlmiş, avtobusa mindikdən sonra spirtli içkinin təsiri altında həmin niyyətini reallaşdırmaq istəmiş, lakin icazə almadan onu Qubadlı rayonuna buraxmayacaqlarını düşünmüş, buna görə də icazə almaq üçün əvvəlcə Sumqayıt şəhərində yerləşən Qubadlı icra hakimiyyətinə getmək qərarına gəlmişdir. Elcan da avtobusda ola-ola axşamüstü idarə etdiyi “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı avtobusla Sumqayıt şəhərinə gəlmiş, şəhərə daxil olduqdan sonra dəqiq yerini və saatını bilmədiyi vaxtda polis avtomobili ilə ona “saxla” işarəsi verilmiş, bu zaman, o, avtobusu saxlayacağı təqdirdə sərxoş olduğu üçün cərimə olunacağını, sürücülük hüququndan məhrum ediləcəyini, işlədiyi şirkətdən işdən qovulacağını düşündüyündən yol-patrul xidməti əməkdaşlarından yayınaraq yaşadığı Müşfiqabad qəsəbəsinə qayıtmaq üçün avtobusu saxlamayıb hərəkətini davam etmişdir. Yol-patrul xidməti avtomobili onu izləməyə başlamış, sürətini artırıb yol-patrul xidməti avtomobilinin avtobusun sağına və soluna keçməsinin qarsışını almaq üçün daha da sürətlə hərəkət etməyə başlamış, bir dəfə hansısa yolda qarşısına keçmiş “BMW” markalı polis avtomobilini arxa tərəfindən vurub hərəkətinə davam etmiş, daha sonra “Hyundai” markalı yol-patrul avtomobili onun yoluna çıxdığından həmin avtomobilin sağ tərəfinə vuraraq avtobusun hərəkətini davam etdirmişdir. Stansiya Sumqayıt qəsəbəsinə gedən yolda idarə etdiyi avtobusun qarşısına tikanlı sep atılmış, üstündən keçəndə “Daewoo” markalı avtobusun şinləri cırıldığından hərəkətini davam etdirə bilməyib avtobusu saxlamışdır. Avtobusu saxladıqdan sonra əvvəlcə yol-patrul xidməti əməkdaşı Zərərçəkmiş şəxs avtobusa daxil olaraq yumruq və təpiklə onu vurmağa başlamış, daha sonra digər üzdən gördüyü lakin adlarını tanımadığı polis əməkdaşları onu yumruq, təpik və dəyənəklə döyməyə başlamışlar. Oradan onu 5-ci Polis Bölməsinə aparmışlar, həmin bölmədə isə onu yol-patrul xidmətinin əməkdaşı Şahid2 xidməti otaqlardan birində yumruq və təpiklə döymüş, Daşqının onu döyməsini polis müstəntiqi Asəf Hətəmli və həmin vaxt kabinetdə olan tanımadığı digər polis əməkdaşları görmüşlər. Barəsində olan məhkəmə-tibbi ekspertizasının rəyi ilə aşkar edilmiş xəsarətləri ona məhz polis əməkdaşları Zərərçəkmiş şəxs, Şahid2 və digər polis əməkdaşları hadisə günü, 04 fevral 2021-ci il tarixdə avtobus saxlanıldığı yerdə və aparıldığı 5-ci Polis Bölməsində yetirmişlər, buna görə də polis əməkdaşlarından şikayətçi olmuşdur. Amma indi şikayətçi deyildir. O, heç kimi vurmamış, hər hansı polis əməkdaşına qarşı zor tətbiq etməmişdir. Avtobusun təhlükəsizlik kəməri olmadığından kəməri bağlamamış, avtobusu idarə edərkən hər hansı xəsarət almamışdır. Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsinə verdiyi izahatını oxumadan imzalamış, şübhəli şəxs qismində verdiyi ifadəsini təsdiq etmir, həmin vaxt fikirli olmuşdur. Zərərçəkmiş şəxs və digər hər hansı polis əməkdaşının gödəkçəsini dartmamış, cırmamış, gödəkçənin hansı şəraitdə cırılması barədə məlumatı yoxdur. Zərərçəkmiş şəxs və digər hansı şəxsə xəsarət yetirməmiş, sonuncunun hansı şəraitdə xəsarət almasını bilməmişdir. Həmin vaxt bərk sərxoş olduğu üçün çox şeyi xatırlamır. Törətdiyi əməldən peşmandır, 1 azyaşlı uşağı vardır. Özü 2-ci qrup əlildir. Barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs göstərdi ki, 2009-cu ildən daxili işlər orqanlarında, 2020-ci ilin mart ayından hazırda tutduğu vəzifədə işləyir. X2 əvvəllər tanımamış, sonuncu ilə aralarında hər hansı düşmənçilik və ədavət olmamışdır. 04.02.2021-ci il tarixdə saat 19:55-də Sumqayıt şəhəri “Sülh” küçəsi ilə “Koroğlu” küçəsinin kəsişməsində idarə etdiyi “BMW530” markalı 99YP165 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı Şahid1la xidmətini təşkil edən zaman “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı sərnişin daşıma nəqliyyat vasitəsinin işıqforun qadağanedici qırmızı işığında keçməsini müşahidə edib sürücüsünə səsgücləndirici vasitəsilə saxla göstərişi vermiş, lakin sürücü göstərişə məhəl qoymayıb qəsdən əmrə tabe olmayaraq şəhər daxilində sürətini artıraraq hərəkətini davam etdirmiş, nəqliyyat vasitəsinin sürücüsünün qanunsuz hərəkətlərinin qarşısını almaq məqsədilə idarə etdiyi avtomobili izləyib səs gücləndirici vasitəsilə bir neçə dəfə saxlaması barədə şüarlar bildirməsinə baxmayaraq sürücü onların qanuni göstərişlərinə məhəl qoymayaraq avtomobili şəhər daxili yüksək sürətlə və ziqzaqvari trayektoriyalarla hərəkət etdirib nümayişkaranə şəkildə qanunsuz hərəkətlərini davam etdirməklə qəza şəraiti yaratmışdır. Nəqliyyat vasitəsini dayandırmaq məqsədi ilə rabitə əlaqəsi vasitəsilə şəhər daxili xidmət aparan digər polis əməkdaşlarına məlumat vermiş, məlumatı üzrə bir neçə xidməti avtomobillə “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı sərnişin daşıma nəqliyyat vasitəsini izləyərək daha təhlükəsiz yerə getməsini təmin edib orada saxlatmağı istəmişlər. Azərbaycan prospektində hərəkətdə olan zaman xidməti avtomobillə süni tıxac yaratmaq məqsədi ilə “Daewoo” markalı avtobusun önünə keçib sürətini azaldan zaman həmin avtomobilin sürücüsü sürətini artıraraq onun idarə etdiyi xidməti avtomobilin arxa hissəsinə vurub avtomobili zədələmişdir. Avtomobili digər küçəyə doğru idarə edəndə avtobusun sürücüsü istiqamətini dəyişmiş, onlar yenidən avtobusun arxası ilə hərəkətlərini davam etdirmişlər. Bundan başqa avtobusun sürücüsü 2-ci paralel küçəsində Şamlıq restoranının yaxınlığında Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin baş inspektoru polis leytenantı Şahid2 idarə etdiyi “Hyundai Tucson” markalı 99YP154 dövlət qeydiyyat nişanlı avtomobilin sağ tərəfini vuraraq zədələmiş, saat 21:09-dək şəhərin müxtəlif yerlərində nəqliyyat vasitəsini izləmişlər, həmin vaxt avtobusun sürücüsü təhlükəli manevrlər edərək həm izləyən polis əməkdaşlarının, həm də yol kənarında dayanan və hərəkət edən mülki vətəndaşların həyatını təhlükə altına almış, saat 21:09-da Stansiya Sumqayıt qəsəbəsinə gedən yolda xüsusi vasitə olan tikanlı sepin köməkliyi ilə “Daewoo” markalı avtomobilin hərəkətini dayandırmasını təmin etmişlər. Avtobusu saxlayan kimi, o, dərhal sürücünün yüksək təhlükə mənbəyi olan avtobusla qanunsuz hərəkətlərini davam etdirmək ehtimalını nəzərə alaraq avtobusun idarəetməsindən kənarlaşmasını tələb etmək, sənədlərini yoxlamaq, alkoqollu içki, yaxud bihuşedici digər maddələrin təsiri altında olub-olmamasını müəyyən etmək üçün xidməti avtomobilə yaxınlaşmasını təmin etmək və müvafiq əsaslar müəyyən edilməklə barəsində inzibati xəta haqqında protokolu tərtib etməkdən ötrü avtobusa daxil olmuş, sonradan adının Təqsirləndirilən şəxs olduğunu öyrəndiyi sürücüdən avtobusun sükanı arxasından düşməsini, sənədlərini təqdim etməsini tələb etdikdə sonuncu sərxoş vəziyyətdə uca səslə ona və ümumilikdə polis əməkdaşlarının ünvanına nalayiq ifadəli təhqirlər edərək, üzərinə cumub xidməti geyimindən tutaraq paqonunu cırıb yerə atmış, həmin vaxt əynində olan xidməti gödəkçəsini hər iki əli dartıb cıraraq yararsız vəziyyətə salmış, sürücünün qanunsuz hərəkətlərini dayandırmasını və avtobusdan düşərək xidməti avtomobilə yaxınlaşmasını tələb edəndə ona qarşı fiziki zor tətbiq edib yumruqla sifət nahiyəsinə və təpiklə sol baldır nahiyəsinə zərbə vuraraq ona xəsarət yetirmişdir. Hadisə yerində olan PPX-nin əməkdaşlarının köməkliyi ilə Təqsirləndirilən şəxs PPX-nə təhkim olunmuş avtomobillərdən birinə əyləşdirmişlər. Təqsirləndirilən şəxs başqa sonuncunun idarə etdiyi avtomobilində pul yığan, sonradan adının Şahid4 olduğunu bildiyi şəxs də olmuş, avtobusa daxil olan kimi Elcan arxa qapıdan avtobusdan düşüb digər xidməti avtomobilə əyləşmişdir. Həmin şəxsləri ərazi aidiyyəti üzrə Sumqayıt ŞPİ-nin 5-ci PB-nə aparmışlar, orada xidməti otaqlardan birində sürücü Təqsirləndirilən şəxs tibbi müayinədən keçirilən zaman sərxoş olması müəyyən edilmişdir. Şahid4 tam ayıq olmuş və spirtli içki qəbul etməmişdir. Zərərçəkmiş şəxs əlavə olaraq bildirmişdir ki, avtobusa daxil olduqdan dərhal sonra artıq ora çoxlu sayda polis əməkdaşları daxil olmuş, lakin ondan dərhal sonra avtobusa daxil olan yol-patrul xidmətinin əməkdaşları Şahid1 və Şahid3 dəqiq olaraq Ceyhunun onun formasını cırmasını və onu yumruqla, təpiklə vurmasının şahidi olmuşlar. Ondan sonra ora həmçinin Şahid2 də gəlmiş, ola bilsin ki, Şahid2 də hadisəni görmüş, onlardan başqa bir neçə polis əməkdaşları da orada olmuş, lakin onların Ceyhunun onu vurmasını görüb-görmədiklərini bilməmişdir. Şahid4 ümumiyyətlə avtobus dayanan kimi özü Təqsirləndirilən şəxs törətdiyi əmələ görə qorxduğundan avtobusdan düşərək polis əməkdaşlarına yaxınlaşmışdır. Təqsirləndirilən şəxs heç kim vurmamış, sonuncuya qarşı hər hansı qanunsuzluğa yol verilməmişdir. Təqsirləndirilən şəxs xəsarətləri konkret olaraq hansı şəraitdə aldığını bilmir, sonuncu saxlanılarkən ağır sərxoş vəziyyətdə olduğunda ayaqüstə güclə dayanmış, onların yanında tabesizlik göstərərkən 3-4 dəfə üzü üstə sərt səth olan asfalta yıxılmış və ola bilsin ki, qeyd olunan xəsarətləri həmin vaxt almış, yaxud DYP əməkdaşları sonuncunun idarə etdiyi avtomobilin qarşısını kəsərkən sərt tormozlama etmiş, bəlkə də həmin vaxt üzü sükana dəymişdir. İstintaq vaxtı Təqsirləndirilən şəxslə barışmış, ona qarşı heç bir şikayəti və tələbi yoxdur. .Zərərçəkmiş şəxs istintaqa verdiyi ərizəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı hər hansı şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Şahid3 göstərdi ki, 2009-cu ildən daxili işlər orqanlarında, 2019cu ildən hazırda tutduğu vəzifədə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında düşmənçilik və ədavət olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 04.02.2021-ci il tarixdə saat 20:00-da Sumqayıt şəhəri Dənizkənarı parkın yaxınlığında idarə etdiyi xidməti “BMW530” markalı, 99YP151 dövlət qeydiyyat nişanlı avtomobillə iş yoldaşı Rüfət Məmmədzadə ilə xidməti təşkil edən zaman rabitədə “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı sərnişin daşıma nəqliyyat vasitəsinin polisin qanuni tələbinə tabe olmaması barədə məlumat alaraq Sumqayıt şəhəri, S.Vurğun küçəsində yerləşən sürücülük məktəbinin qarşısına çıxmış, həmin yola daxil olanda öndə “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı sərnişin daşıma nəqliyyat vasitəsinin yüksək sürətlə və ziqzaqvari hərəkətdə olduğunu, arxası ilə bir neçə xidməti avtomobilin hərəkətdə olduğunu görmüş, idarə etdiyi avtomobillə avtobusun arxası ilə hərəkətini davam etdirmişdir. Saat 20:05 radələrində Zərərçəkmiş şəxs idarə etdiyi “BMW530” markalı 99YP165 dövlət qeydiyyat nişanlı avtomobillə Azərbaycan prospektində süni tıxac yaratmaq məqsədi ilə “Daewoo” markalı avtomobilin önünə keçib sürətini azaldan zaman həmin avtobusun sürücüsü sürətini artıraraq sonuncunun idarə etdiyi xidməti avtomobilin arxa hissəsinə vurub avtomobili zədələmiş, Elnur avtomobili digər küçəyə doğru idarə edəndə avtobusun sürücüsü istiqamətini dəyişmiş, onlar yenidən avtobusun arxası ilə hərəkətlərini davam etdirmişlər. Saat 21:10 radələrində avtobusun sürücüsü 2-ci paralel küçəsində üzbəüz hərəkətdə olan Şahid2 idarə etdiyi “Hyundai” markalı 99YP154 dövlət qeydiyyat nişanlı avtomobili sağ tərəfindən vurub yoldan çıxartmışdır. Saat 21:09-dək şəhərin müxtəlif yerlərində nəqliyyat vasitəsini izləmişlər, saat 21:09-da Stansiya Sumqayıt qəsəbəsinə gedən yolda xüsusi vasitə olan tikanlı sepin köməkliyi ilə “Daewoo” markalı avtomobilin hərəkətinin dayandırmasını təmin etmişlər. Avtobusa ilk olaraq Zərərçəkmiş şəxs idarə etdiyi yol-patrul avtomobili çatmışdır. O, Elnurdan təxminən 1 dəqiqə sonra avtobusa çatmış, avtobusa çatanda Zərərçəkmiş şəxs avtobusa daxil olmuş, o, çöldə avtobusun qapısında dayanmış, Elnur Təqsirləndirilən şəxs yaxınlaşıb avtobusun idarəetməsindən kənarlaşmasını tələb edəndə sonuncu buna etiraz edib avtobusun giriş hissəsində Zərərçəkmiş şəxs xidməti geyimindən tutaraq paqonunu cırıb yerə atmış, daha sonra Elnurun xidməti gödəkçəsini hər iki əli ilə dartıb cıraraq yararsız vəziyyətə salmış, Ceyhundan qanunsuz hərəkətlərini dayandırmaq məqsədilə xidməti avtomobilə əyləşməsini tələb edəndə Elnura qarşı fiziki zor tətbiq edərək yumruqla sifət nahiyəsinə və sol baldır nahiyəsinə zərbə vuraraq xəsarət yetirmişdir. Hadisə yerində olan PPX-nin əməkdaşlarının köməkliyi ilə Ceyhun PPX-nə təhkim olunmuş avtomobillərdən birinə əyləşdirilib aidiyyəti üzrə 5-ci Polis Bölməsinə təhvil verilmişdir. Ceyhun onun və digər polis əməkdaşlarının qanuni göstərişinə tabe olmayaraq avtomobilin hərəkətini dayandırmamış, bundan başqa saxlanılan zaman orada olan digər polis əməkdaşlarının ünvanına nalayiq ifadəli təhqirlər edib Zərərçəkmiş şəxs əynində olan xidməti geyim formasını əli ilə dartıb cıraraq yararsız hala salmış, yumruqla sonuncunun sifət nahiyəsinə, təpiklə isə sol baldır nahiyəsinə zərbə vurub xəsarət yetirmişdir. Zərərçəkmiş şəxs sonra avtobusa daxil olub avtobusun girişində dayanmış və yanında Şahid1 olmuşdur. Onlardan sonra Ceyhunu sakitləşdirmək üçün avtobusa çoxlu sayda polis əməkdaşları daxil olmuş, Elnura qarşı zor tətbiq edilməsini dəqiq olaraq görmüş, daha sonra avtobusa Şahid2 girmiş, ola bilsin ki, sonuncu da hadisəni görmüş, onlardan başqa bir neçə nəfər polis əməkdaşı da orada olmuş, lakin onların Ceyhunun Elnuru vurmasını görüb-görmədiklərini bilmir. Təqsirləndirilən şəxs xəsarətləri konkret olaraq hansı şəraitdə aldığını bilməmiş, sonuncu saxlanılarkən ağır sərxoş vəziyyətdə olmuş, ayaqüstə güclə dayanmış, onların yanında tabesizlik göstərərkən 3-4 dəfə üzü üstə sərt səth olan asfalta yıxılmış və ola bilsin ki, qeyd olunan xəsarətləri həmin vaxt almış, yaxud DYP əməkdaşları sonuncunun idarə etdiyi avtomobilin qarşısını kəsərkən sərt tormozlama etmiş, bəlkə də həmin vaxt üzü sükana dəymişdir. Təqsirləndirilən şəxs özü onlara müqavimət göstərəndə ola bilsin ki, xəsarət almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol-patrul xidməti inspektoru Şahid1 Zərərçəkmiş şəxs ifadəsinə oxşar ifadə verərək sonuncunun ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İstintaq zamanı şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin DYPŞ-nin yol-patrul xidməti baş inspektoru Şahid2 ifadəsində bildirmişdir ki, 2013-cü ildən daxili işlər orqanlarında, 2019-cu ilin aprel ayından isə hazırda tutduğu vəzifədə işləyir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə aralarında düşmənçilik və ədavət münasibətləri olmamışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 04.02.2021-ci il tarixdə saat 20:05-də Sumqayıt şəhəri S.Vurğun küçəsində idarə etdiyi “Hyundai Tucson” markalı 99YP154 dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt ŞPİ-nin DYPŞ-nin YPX-nin inspektoru polis baş serjantı Elnur Sadıqovla xidmətini təşkil edən zaman rabitədə “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı avtomobilin əmrə tabe olmaması barədə məlumat aldıqdan sonra həmin avtomobilin hərəkətini dayandırmaq məqsədi ilə S.Vurğun küçəsindən 2-ci paralel küçəsinə daxil olmuş, “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı avtomobil Bakı-Sumqayıt yolu istiqamətində yüksək sürətlə hərəkətdə olmuş və arxası ilə bir neçə DYPŞ və PPX-nə məxsus xidməti avtomobillər hərəkətdə olmuşlar. O, “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı avtomobillə üzbəüz hərəkətdə olan zaman avtomobili saxlamadığını görüb sükanı sola burmuş, həmin vaxt “Daewoo” markalı 10TG816 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü özünün idarə etdiyi avtobusun sağ ön küncü ilə onun idarə etdiyi avtomobilin sağ tərəfinə vurmuş, zərbənin təsirindən yoldan çıxmış, avtomobilin mühərriki işə düşmədiyi üçün izləməni dayandırmışdır. Daha sonra saat 21:09-da Stansiya Sumqayıt qəsəbəsinə gedən yolda xüsusi vasitə olan tikanlı sepin köməkliyi ilə “Daewoo” markalı avtomobilin hərəkətinin dayandırılmasının təmin edildiyini eşitmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, 2020-ci ilin iyul ayında Daşkəsən rayonu, Alünitdağ qəsəbəsi, R.Qafarov adına tam orta məktəbinin 9-cu sinifini bitirib attestatını aldıqdan sonra Bakı şəhərinə köçmüşdür. Təxminən 6 aydır ki, kirayədə yaşadığı qəsəbəyə yaxın ərazidə yerləşən avtobus dayanacağında "xxxx" MMC-ə məxsus avtobuslarda pul yığan işləyir, lakin əmək müqaviləsi yoxdur. Əvvəlcə Sübhan adlı sürücü ilə işləmiş, sonuncu işdən çıxandan sonra bir müddət dispetçer kimi işləmiş, daha sonra Təqsirləndirilən şəxslə təxminən 10 gün işlədikdən sonra rayona qayıtmışdır. Təxminən bir neçə gün əvvəl Bakı şəhərinə qayıtmış, 04 fevral 2021-ci il tarixdə səhər 05 radələrində Ceyhun ona zəng edərək işə gəlməyini xahiş etmişdir. Pul yığan işi üçün sürücülərdən gündəlik 12 manat pul almışdır. Səhər saat 05:10-da dispetçer Zamiq yol vərəqəsini Təqsirləndirilən şəxs təqdim etdikdən sonra 114B saylı marşrut xətti üzrə hərəkətə başlamışlar. 114B saylı marşrut xətti üzrə “Daewoo” markalı, **-TG-*** dövlət qeydiyyat nişanlı avtobus Bakı şəhəri, 20 yanvar metrostansiyasından Müşfiqabad qəsəbəsinə və əks istiqamətdə hərəkət etmiş, saat 13:00-dək Ceyhun avtobusu idarə etdikdən sonra nahar etmək üçün avtobusu Sədaqəddin adlı sürücüyə təhvil vermiş, özü isə qonaqları olduğuna görə dayanacağın yaxınlığındakı “İnsaf” adlı kafedə yemək yeməyə getmişdir. Sədaqəddinlə işləməyə davam etmiş, saat 19 radələrində Sədaqəddin avtobusu dayanacaqda saxlamış, Ceyhun telefonda ona Sədaqəddinə 21 manat pul verməyini tapşırmış və həmin pulu Sədaqəddinə verdikdən sonra sonuncu çıxıb getmişdir. Açarlar avtobusun üzərində olmuş, avtobusda oturub Ceyhunu gözləmiş, çünki Ceyhun işə davam etməli olmuş, saat 19:30-da Ceyhun avtobusa sərxoş vəziyyətdə gəlmiş və dispetçer Xəyyam Ceyhuna yaxınlaşaraq 130 manat plan istəmiş, sonuncu Xəyyama 1 manat pul verib “get müdürünə denən plan zad vermirəm” demişdir. Ceyhun ona 5 şüşə pivə alması üçün 5 manat vermiş, o, yaxınlıqdakı mağazadan 5 şüşə pivə aldıqdan sonra Ceyhun ona avtobusa yanacaq vurmaq lazım olduğunu, yanacaq vurduqdan sonra özünün də evə gedəcəyini bildirmişdir. Ondan sonuncu ilə birlikdə getməyini xahiş etmiş və o razılaşdıqdan sonra qapıları bağlayaraq hərəkətə başlamış, Müşfiqabad qəsəbəsində 54 manatlıq yanacaq vurduqdan sonra Ceyhuna avtobusdan düşüb evə getmək istədiyini bildirmiş, Ceyhun isə avtobusu saxlamayaraq Sumqayıt şəhəri istiqamətində hərəkətini davam etdirmişdir. Hara getdiklərini soruşduqda Ceyhun Qubadlı rayonuna getmək üçün Sumqayıt şəhərində yerləşən Qubadlı şəhər İcra hakimiyyətindən icazə almağa getdiyini bildirmiş, sonuncu avtobusu surətlə idarə etdiyinə görə qorxub arxa tərəflərdə yerləşən oturacaqlardan birində əyləşmişdir. Ceyhun Sumqayıt şəhərinə daxil olduqdan sonra işıqforun qırmızı işığında keçmiş, bu zaman dövlət qeydiyyat nişanını görmədiyi “BMW” markalı yol-patrul xidmətinə aid olan avtomobildə olan polis əməkdaşı Ceyhuna avtobusu saxlaması üçün “saxla” işarəsi vermiş, lakin sonuncu həmin əmrə tabe olmamış, hərəkətini davam etdirmiş, bu zaman “BMW” markalı YPX avtomobili süni tıxac yaratmaq üçün avtobusun qarşısına keçmişdir. Buna baxmayaraq Ceyhun avtobusu saxlamamış, “BMW” markalı YPX avtomobilini avtobusun qarşısı ilə sürüyərək hərəkətinə davam etmiş, daha sonra “Hyundai” markalı YPX avtomobili avtobusun önünə keçmək istədikdə Ceyhun həmin avtomobili də vuraraq hərəkətini davam etdirmişdir. Avtobus hərəkətdə olanda avtobusa bir-iki dəfə daş atıldığından şüşələri qırılmış, lakin kimin atdığını görməmişdir. Bu zaman qorxaraq yerə əyilmiş, Ceyhun yolda qayıdaraq avtobusu Müşfiqabad qəsəbəsində dayanacaqda saxlamaqlarını və evə getmələrini demiş, Stansiya Sumqayıt qəsəbəsində körpü üzərində tikanlı məftil sərildiyindən avtobus ordan keçərkən təkərləri cırılmış, Ceyhun avtobusu idarə edə bilməyərək saxlamağa məcbur olmuşdur. Ceyhun avtobusu saxlayan kimi, o, qorxusundan tez qapıdan aşağı düşmüş, bu zaman polis əməkdaşları onu saxlayıb 5-ci PB-nə gətirmişlər. DYP əməkdaşları “saxla” əmri verdikdən sonra dəfələrlə Ceyhundan avtobusu saxlamağını xahiş etsə də sonuncu avtobusu saxlasa sərxoş olduğu üçün cərimə olunacağını və tutulacağını bildirərək avtobusu saxlamaqdan imtina etmiş, o, bir neçə dəfə avtobus hərəkətdə olarkən avtobusdan özünü atmaq istəsə də qorxduğuna görə ata bilməmişdir. Avtobus dayandıqdan dərhal sonra avtobusdan aşağı düşmüş, bu zaman polis əməkdaşları avtobusa daxil olmuşlar. Ceyhun həmin vaxt sürücü sükanı arxasında olmuş, buna görə də sonuncunun polis əməkdaşına yumruq və təpik vurmasını görməmiş, həmçinin 5-ci PB-nə gətirildikdən sonra polis əməkdaşları tərəfindən Ceyhuna qarşı hər hansı fiziki zor tətbiq edilməsini görməmişdir. Avtobus dayandıqdan sonra dərhal aşağı düşəndə polis əməkdaşları onu qolundan tutub avtomobilə mindirmiş, lakin ona qarşı hər hansı zor tətbiq edilməmiş, hər hansı xəsarəti yoxdur. Ceyhun onu vurmamış və hədə-qorxu gəlməmişdir. İş materillarında olan “Cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında” 05.02.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05.02.2021-ci il tarixdə saat 17:30-da şübhəli şəxs qismində tutulmuşdur.(i.v 10-11 İ cild) İş materiallarında olan AC223440 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs BD kateqoriyası üzrə avtomobil sürmək hüququna malikdir.(i.v.20, İ cild) İş materiallarında olan “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi” haqqında 605 saylı, 04.02.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu vəziyyəti vardır.(i.v 27 İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-47/2021 saylı, 06.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir.(i.v 113-116 İ cild) İş materiallarında olan Sumqayıt Apellyasiya Məhkəməsinin 4(105)-17/2021 saylı, 09.02.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair Sumqayıt Şəhər Məhkəməsinin 06 fevral 2021-ci il tarixli 4(060)- 47/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır.(i.v 140-141 İ cild) İş materiallarında olan 06.02.2021-ci il tarixli "xxxx" MMC-nin teleqramından görünür ki, 04.02.2021-ci il tarixdə 114 saylı müntəzəm marşrut xətti üzrə istismarda olan 10TG816 dövlət qeydiyyat nişanlı, “Daewoo” markalı avtobusun sürücüsü X4 iş növbəsini başa çatdıraraq saat 13:00-da nəqliyyat vasitəsini dispetçerə təhvil verdikdən sonra spirtli işki qəbul etmiş və iş yerinə qayıtmış, qəflətən icazəsiz olaraq nəqliyyat vasitəsinə daxil olmuş, yol hərəkəti, nəqliyyat vasitələrinin istismarı qaydalarını pozaraq və müəyyən edilmiş marşrut xəttindən kənarlaşaraq Sumqayıt şəhəri üzrə hərəkət etmişdir. Hərəkət zamanı sürücü yolda dövlət yol polisinin saxla əmrinə tabe olmamış, tabesizlik göstərərək qaçmağa cəhd etmişdir. Lakin Sumayıt şəhər DYPŞ-nin əməkdaşları tərəfindən yüksək peşəkarlıqla həyata keçirilən tədbirlər nəticəsində sürücü saxlanılmışdır. Hadisə nəticəsində şirkətin qanunla qorunan mənafeyinə ziyan vurulmuşdur.(i.v 135 İ cild) İş materiallarında olan “Avtomobilə baxış keçirilməsi haqqında” 17.02.2021-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən avtobus ağ rənglidir, 2011-ci il istehsalıdır, "xxxx" MMC şirkətinə məxsusdur. Avtobusun sağ tərəfində iki giriş qapısı var. Avtobusun sağ ön parpresində çat, ön bamperində əzik, ön farasında qırıqlar aşkar edilmişdir. Bundan başqa avtobusun sol yan şüşəsi və qapının şüşəsi tam qırılmış, alın şüşəsi çatlamış, şüşəsilən qollar qırılmış, 6 ədəd təkər cırılmış, 6 ədəd disk zədələnmiş vəziyyətdədir.(i.v 152 İ cild) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 08 fevral 2021-ci il tarixli, 155 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində sağ yanaq nahiyəsinin selikli qişasının cərrahi tikişə ehtiyacı olan əzilmiş-cırılmış yarası və sol baldırın sıyrığı xəsarətləri vardır. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmiş, törənmə müddəti müayinədən 1- 2 gün əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni 04.02.2021-ci il tarixdə yumruqla və təpiklə yetirilən zərbələrin təsiri nəticəsində əmələ gələ bilərdilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. (i-v: 167-169 İ cild) İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 162 saylı, 10.02.2021-ci il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində aşağıdakı xəsarətlər aşkar edilmişdir: sol təpə nahiyyəsinin şişkinliyi-hematoması, hər iki gözətrafı nahiyyənin göz qapaqlarını və burnun üstünü tutan qançırı, hər iki gözün ağlı qişasına qansızma, burun sümüyünü sınığı, sağ baldırın, sol kürəkaltı nahiyyənin, sağ topuq oynağının qançırı, sağ baldırın, sağ əlin sıyrığı. Qeyd olunan xəsarətlər küt əşya təsirindən törənmişdir, müddəti müayinədən 2-3 gün əvvəl olmaqla 04.02.2021-ci il tarixə uyğun gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilir.(i.v 171-172 İ cild) İş materiallarında olan “Təhlükəsiz şəhər kameralarının video görüntülərinə baxış keçirilməsi haqqında” 25.02.2021-ci il tarixli protokoldan və 1 ədəd diskə baxış zamanı müəyyən olunmuşdur ki, CD diskdə “**-TG-***” adlı bir ədəd fayl vardır. Həmin faylın içərisində 08 videogörüntü əks olunmuşdur. Birinci videogörüntü saat 20:39:46-dan saat 20:39:58-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüyə baxış zamanı “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun Azərbaycan prospektində, Sumqayıt şəhər icra hakimiyyətinin inzibati binasının yaxınlığından Əşya bazarı istiqamətinə sürətlə hərəkət etdiyi və avtobusun arxasınca yol patrul və post patrul xidməti avtomobillərinin hərəkət etdiyi müəyyən edildi. İkinci videogörüntü saat 20:39:09dan saat 20:39:23-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüdə “DAEWOO” markalı **- TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun yol-hərəkət qaydalarını pozaraq Azərbaycan prospektində yerləşən “Nəsimi” heykəlinin yaxınlığı ilə Nəriman Nərimanov küçəsi istiqamətinə hərəkət etdiyi və avtobusun arxasınca dayandırmaq məqsədilə çoxlu sayda yol patrul və post patrul xidməti avtomobillərinin sayrışan işıqları yanılı vəziyyətdə hərəkət etdiyi müşahidə edildi. Üçüncü videogörüntü saat 20:44:14-dən saat 20:44:24-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüdə “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun Sülh küçəsində hərəkət etdiyi və avtobusun qabaq işıq faralarının yanmadığı görünür. Dördüncü videogörüntü saat 20:35:40-dan saat 20:36:07-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüyə baxış zamanı “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun Səməd Vurğun küçəsindən Azərbaycan prospekti istiqamətinə hərəkət etdiyi, çoxlu sayda yol patrul və post patrul xidməti avtomobillərinin həm avtobusun arxasınca, həm də yolun əks istiqaməti ilə hərəkət edərək avtobusu dayandırmağa çalışdıqları müşahidə olundu. Beşinci videogörüntü saat 20:09:16-dan saat 20:09:37-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüyə baxış zamanı “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun H.Z.Tağıyev qəsəbəsindən Kimyaçılar qəsəbəsi istiqamətinə hərəkət etdiyi və ötmə əməliyyatının qadağan edildiyi ərazidə qəza şəraiti yaradaraq yol patrul xidməti avtomobillərindən yayınmaq məqsədilə göy rəngli sərnişin avtobusunu ötdüyü müəyyən edildi. Altıncı videogörüntü saat 20:43:52-dən saat 20:44:10a qədər olan vaxtı əhatə edir. Videogörüntüyə baxış zamanı “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun Sülh küçəsində işıqforun qırmızı işığının tələblərinə məhəl qoymadan hərəkət etdiyi müşahidə edildi. Yeddinci videogörüntü saat 20:09:49-dan saat 20:10:12-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüyə baxış zamanı “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun Kimyaçılar qəsəbəsindən H.Z.Tağıyev qəsəbəsi istiqamətinə hərəkət etdiyi və avtobusu dayandırmaq məqsədilə arxasınca çoxlu sayda yol patrul xidməti avtomobillərinin hərəkət etdiyi müəyyən edildi. Səkkizinci videogörüntü saat 20:08:17-dən saat 20:08:44-ə qədər olan vaxtı əhatə edir. Videogörüntüyə baxış zamanı “DAEWOO” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı olduğu ehtimal olunan avtobusun yol patrul xidməti avtomobilinin yolu kəsməsinə baxmayaraq avtomobilin üzərinə doğru hərəkət etdiyi və daha sonra dönmə əməliyyatı edərək hərəkətinə davam etdiyi müşahidə olundu.(i.v 226-228 İ cild) İş materiallarında olan 099754 saylı X7 surətindən görünür ki, Quluyev X3 rayonundan məcburi köçkündür.(i.v 233 İ cild) İş materiallarında olan doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs 06.06.2008-ci il təvəllüdlü bir uşağı vardır.(i.v 235-İcild, 183 İİ cild) İş materiallarında olan Azərbaycan Respublikası ƏƏSMN-nin TSEK-də müayinə aktından çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs müddətsiz olaraq ikinci qrup əlildir.(i.v 237 İ cild, 12-13 İİ cild) İş materiallarında olan Azərbaycan Respublikası SHXÇDX-nin Qubadlı Rayon Bölməsinin rəisinin 02.03.2021-ci il tarixli 122 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs böyük oğlu X5 03.07.2021-ci il tarixdə həqiqi hərbi xidmətə göndərilmişdir.(i.v 238 İ cild) İş materiallarında olan “Ölüm haqqında şəhadətnamə”dən görünür ki, Təqsirləndirilən şəxs atası 02 sentyabr 1993-cü ildə şəhid olmuşdur. (i.v.15, İ cild) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-77/2021 saylı, 03.03.2021-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilməsinə dair Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi vəsatəti təmin edilməmişdir.(i.v 244-245 İ cild) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 10.03.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhər Binəqəsi Rayon Məhkəməsinin 13.11.2014-cü il tarixli hökmünə əsaəsn Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə əmək haqqından 20 faiz tutulmaqla islah işləri cəzasına məhkum edilmiş, 16.06.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin 20.05.2016-cı il tarixli amnistiya qərarının 1.5-ci bəndinə əsasən təyin edilmiş cəzada azad edilmişdir.(i.v 44-45 İİ cild) İş materiallarında olan 9/1045 saylı, 17.03.2021-ci il tarixli ekspert rəyindən görünür ki, tədqiq edilən 2011-ci il buraxılışlı “DAEWOO BS 090” markalı **-TG-*** dövlət qeydiyyat nişanlı avtobusun 04 fevral 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 2930,00 manat müəyyən edilir. Tədqiq edilən 2011-ci il buraxılışlı “Hyundai İX35 minik” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 fevral 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 1670,00 manat müəyyən edilir. Tədqiq edilən 2013-cü il buraxılışlı “BMW 328İ minik” markalı **-YP-*** dövlət qeydiyyat nişanlı avtomobilin 04 fevral 2021-ci il tarixdə baş vermiş hadisə nəticəsində zədələnməsindən zərərçəkmişə dəymiş maddi ziyanın məbləği (təmir-bərpa işlərinin dəyəri) hissələrə düşən köhnəlmə faizi nəzərə alınmaqla nəzəri hesablama yolu ilə təxminən 2348,00 manat müəyyən edilir. (i.v 55-58 İİ cild) İş materiallarında olan məhkəmə-trasoloji ekspertizasının 19 mart 2021-ci il tarixli 3/400 nömrəli rəyindən görünür ki, təqdim edilmiş xidməti gödəkçənin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədə vardır. Xidməti gödəkçənin səthində olan zədə fiziki qüvvənin təsiri nəticəsində yaranmağa xarakterik dartılıb-cırılma zədəsidir. Gödəkçənin səthində olan zədənin müxtəlif şəraitlərdə, o cümlədən, qərarın təsviri hissəsində göstərilən şəraitdə də yaranması mümkündür. Tədqiqata təqdim edilmiş xidməti şalvarın səthində trasoloji zədə yoxdur.(i.v 61-62 İİ cild) İş materiallarında olan kompüter texniki ekspertizasının 19 mart 2021-ci il tarixli 5/179 nömrəli rəyindən görünür ki, təqdim edilmiş bir ədəd “HiWatch” markalı “DS-H104G” modelli “S/N” 800627267” seriya nömrəli 04 kanallı “DVR” tipli cihazın daxilindən çıxarılmış sərt diskin yaddaşında 04.02.2021-ci il-05.02.2021-ci il zaman intervalına aid olan videogörüntülər müəyyən olunmamışdır. (i.v 65-66 İİ cild) İş materiallarında olan 10 aprel 2021-ci il tarixli 003-4627/1221 nömrəli məktubdan görünür ki, Sumqayıt ŞPİ-nin 5-ci PB-nin növbətçi hissəsinin qarşısında quraşdırılmış kamera vasitəsilə 04.02.2021-ci il tarixdə saat 21:00-dan 05.02.2021-ci il tarixdə saat 03:00-dək qeydə alınmış videogörüntülərin təqdim edilməsi arxivdə saxlama müddəti keçdiyi üçün mümkün deyildir.(i.v 121 İİ cild) İş materiallarında olan “Qətimkan Tədbirinin seçilməsi haqqında” 05.05.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmişdir.(i.v 139-140 İİ cild) İş materiallarında olan Qubadlı rayon icra hakimiyyətinin Mahruzlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində nümayəndəliyə hər hansı şikayət daxil olmamışdır.(i.v 144 İİ cild) İş materiallarında olan Bakı Şəhəri Binəqədi Rayon Məhkəməsinin 1(001)-378/2014 saylı, 13.11.2014-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsi ilə təqsirli bilinərək qazancının 20 %-i dövlət nəfinə tutulmaqla 1 il 6 ay müddətinə islah işləri cəzasına məhkum edilmişdir.(i.v 149-152 İİ cild) İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya idarəsindən daxil olmuş 25 may 2021-ci il tarixli 21-1/3-1898 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 müddətinə islah işləri cəzasında məhkum edilmiş Təqsirləndirilən şəxs barəsində Bakı şəhər Binəqədi Rayon Məhkəməsinin 1(001)-378/14 saylı, 13.11.2014-cü il tarixli hökmü 10.04.2015-ci il tarixdə icraata daxil olmuş və məhkum Təqsirləndirilən şəxs qeydiyyata alınmışdır. 28 May Respublika günü münasibətilə verilmiş Azərbaycan Respublikası Milli Məclisinin amnistiya qərarına əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya aktı tətbiq edilmiş və şöbənin qeydiyyatından çıxarılmışdır.(i.v 153, İİ cild) İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” 01.06.2021-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd xidməti gödəkçə və 01 ədəd xidməti şalvar maddi sübut kimi tanınmış və saxlanılması üçün Sumqayıt Şəhər Prokurrluğunun maddi sübut otağına təhvil verilmiş, “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin” təhlükəsiz şəhər kameralarının videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.2.2, 128, 185, 186, 187-ci maddələrinin tərkibi olmadığından həmin xüsusatlar üzrə cinayət təqibi rədd edilmiş, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs qarşı zor tətbiq etmədiyini bildirməsi özünü müdafiə xarakterli ifadə kimi qiymətləndirilmişdir. (i.v 167-181 İİ cild) İş materiallarında olan “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” 26 may 2021-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Pİ-nin əməkdaşları tərəfindən fiziki zorakılığa məruz qalması barədə göstərdikləri araşdırılmış və həmin material üzrə hər hansı şəxsin əməlində cinayət tərkibi müəyyən edilmədiyindən cinayət işinin başlanması rədd edilmişdir. (i.v.157-160, İİ cild) Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs ona isnad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi və onun əməli Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur, o həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ona verilmiş ittihamla bağlı özünü təqsirli bilməməsi, polis əməkdaşına qarşı zor tətbiq etməməsi və. s. ilə bağlı xüsusatlara dair ifadəsində göstərdiklərinə tənqidi yanaşaraq hesab edir ki, bunlar təqsirləndirilən şəxsin məsuliyyətdən boyun qaçırmağa yönələn cəhdidir. İş üzrə tam, obyektiv və hərtərəfli araşdırma aparılmış, təqsirləndirilən şəxsin göstərdiyi hallar araşdırılmış, işdəki başqa sübutlarla müqayisəli şəkildə qiymətləndirilmiş, amma təsdiq üdilməmişdir. Azərbaycan Respublikası CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi, onu törətmiş şəxslə və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10.02.2017-ci il tarixli Sərəncamında cəza siyasətinin humanistləşdirilməsi məqsədilə məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyini əsas tutsunlar (sərəncamın 13.3-cü bəndi), cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirsinlər (sərəncamın 13.4-cü bəndi). Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxsnın cəzasını yüngülləşdirən hal kimi zərərçəkmiş şəxslə barışıq əldə etməsi, atasının İ Qarabağ müharibəsində şəhid olması, himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olması, 2-ci qrup əlil olması, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi və məcburi köçkün olması müəyyən edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini, onun azadlıqdan məhrum edilmədən də islah olunmasının mümkünlüyünü nəzərə alaraq ona təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs bu qaydada cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir: Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Cinayət işi üzrə məhkəmə ekspertizaları keçirilməsi ilə əlaqədar 167,65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Maddi sübut-Zərərçəkmiş şəxs məxsus 01 ədəd xidməti gödəkçə və 01 ədəd xidməti şalvar saxlanılması üçün Sumqayıt Şəhər Prokurorluğuna verilmişdir. “Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin” təhlükəsiz şəhər kameralarının videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk isə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. Zərərçəkmiş şəxs məxsus 01 ədəd xidməti gödəkçə və 01 ədəd xidməti şalvar ona qaytarılmalı, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin təhlükəsiz şəhər kameralarının videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanmalıdır. İşdə olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” protokollardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək tutulub 03 ay saxlanmışdır. Ona görə də, Təqsirləndirilən şəxs tutulub həbsdə saxlanıldığı 03 (üç) ay müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 315-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 05 fevral 2021-ci il tarixdən 05 may 2021-ci il tarixədək tutulub saxlandığı 03 (üç) ay müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 02 (iki) il müəyyən edilsin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Bakı şəhəri, Qaradağ rayon İcra və Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Bakı və Sumqayıt şəhərinin, Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilməsin. Keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertiza tədqiqatının dəyəri 167,65 (yüz altmış yeddi manat altmış beş qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut - Zərərçəkmiş şəxs məxsus 01 ədəd xidməti gödəkçə və 01 ədəd xidməti şalvar Zərərçəkmiş şəxs qaytarılsın, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Təhlükəsiz Şəhər Xidmətinin təhlükəsiz şəhər kameralarının videogörüntülərinin əks olunduğu 01 ədəd CD disk iş materiallarında saxlanılsın. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-440/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-440/2021
12.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver