Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-441/2021 13.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 27 yanvar 2021-ci il tarixdə saat 20:53 dəqiqədə Sumqayıt şəhəri, Üzeyir Hacıbəyli küçəsində yerləşən “Araz” superstore mağazasının qarşısında olarkən mobil telefon vasitəsi ilə vətəndaş Dadaşova Hicran Dadaş qızının adına rəsmiləşdirilmiş, “Kapital” banka məxsus 4169 7377 0976 6626 kart nömrəsindən Mais Aydəmirov adlı şəxsin adına rəsmiləşdirilmiş, “Kapital” banka məxsus 4169 7414 2309 2434 kart nömrəsinə 1000 manat pulu köçürmüş və qeyd olunan ünvandakı “Araz” superstore mağazasına bayır tərəfdən quraşdırılmış, elektron məlumat daşıyıcısı hesab edilən “Kapital” banka məxsus terminal nömrəsi A0100245 olan bankomatdan istifadə edərək həmin məbləğdə pulu çıxardıb ələ keçirmiş, nəticədə zərərçəkmiş şəxs Hicran Dadaşovaya 1000 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, ünvan 3 ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 4anında anası Qönçəgül və qardaşı Tural ilə birlikdə yaşayır. Özü hazırda heç bir yerdə işləmir, lakin əvvəllər 2020-ci ilin iyun ayında "xxxx" MMC-dən icarəyə «Az Samand» markalı avtomobil götürüb «Uber» proqramına qoşularaq həmin avtomobillə taksi fəaliyyəti ilə məşğul olub dolanırdı. Həmin ərəfədə Mais Aydəmirov adlı şəxslə tanış olmuş, Mais onunla bir vaxtda eyni MMC-dən icarəyə avtomobil götürmüş və elə o vaxtdan da Mais ilə yoldaşlıq münasibətləri yaranmışdır. «Uber» proqramına qoşularkən Maisin adına olan, «Kapital» banka məxsus hesab kartından istifadə etmiş, apardığı müştərilər kart vasitəsi ilə «Uber» hesabına ödəniş etdikdə o, həmin pulu Mais Aydəmirovun kartına yönəldib özünə aid olan pulu oradan çıxardırdı. Bir müddət taksi faəliyyəti ilə məşğul olduqdan sonra «COVİD 19» infeksiyası ilə bağlı ölkədə tətbiq edilmiş karantin rejimi ilə əlaqədar işləmək maddi cəhətdən sərf etməmiş, həmin səbəbdən 2020-ci ilin iyul ayında avtomobili qeyd etdiyi MMC-yə qaytarmışdır. Mais ondan da bir neçə müddət əvvəl avtomobili qaytarmış, elə o vaxtdan Mais Aydəmirov işləmədiyi üçün sonuncunun adına olan, «Kapital» banka məxsus 4169 7414 2309 2434 nömrəli hesab kartı onda qalmışdır. 2021-ci ilin yanvar ayının ortalarında «Kapital» bankın təqdim etdiyi «Bir bank» mobil tətbiq vasitəsi ilə anasının iş yoldaşı, 1 saylı Vərəm dispanserində birlikdə işlədiyi Dadaşova Hicran Dadaş qızının adına «Birkart» olduğunu müəyyən etmişdir. Həmin ərəfədə anası Qönçəgülün mobil telefonu sındığı üçün sonuncudan icazəsiz adına və istifadəsində olan "xxxx" MMCyə məxsus 055 ***-**-** saylı nömrə kartını götürmüşdür. Bunu o, həmin nömrənin «whats app» sosial şəbəkəsi vasitəsi ilə anasının adından istifadə edib Hicran Dadaşova ilə əlaqə saxlayaraq Mais Aydəmirovun «Birbank» kart hesabının blokdan çıxarılması üçün ondan həmin karta pul köçürməsini xahiş etmək üçün etmişdir. Belə ki, ilk dəfə 17 yanvar 2021-ci il tarixdə axşam saatlarında həmin nömrənin «whats app» sosial şəbəkəsi vasitəsi ilə Hicran xanıma yazmış, sonuncuya guya «Birkartın» bağlandığını, açdırmaq üçün 50 manat pul lazım olduğunu, həmin məbləğdə pulu Mais Aydəmirovun hesab kartına köçürməyini xahiş etmişdir. Hicran xanım xəttə onun anası Qönçəgülün olduğuna inanıb etibar etdiyi üçün 50 manat pulu onun qeyd etdiyi bank kartına köçürmüşdür. Həmin məbləğdə pul Mais Aydəmirovun adına olan «Birbank» kart hesabına köçürülən kimi blokdan çıxarılmış, ona görə də artıq ehtiyyac olmadığından sabahısı gün o, həmin 50 manat pulu Mais Aydəmirovun adına olan kartdan Hicran Dadaşovanın hesabına köçürmüşdür. Üstündən bir neçə gün keçdikdən sonra, 25 yanvar 2021-ci il tarixdə səhər saatlarında pula ehtiyyacı olduğundan bir daha Hicran Dadaşovaya müraciət etmiş, bu dəfə də anasının adından istifadə etmiş və qaytarmaq şərti ilə 300 manat pul köçürməyini xahiş etmişdir. Hicran Dadaşova yenə də pulu onun anası Qönçəgülün xahiş etdiyinə inanıb 300 manat pulu həmin hesaba köçürmüş, lakin həmin gün başqa yerdən pul əldə etdiyi üçün axşam saatlarında Hicran Dadaşovanın göndərdiyi 300 manat pulu geriyə hesabına köçürmüşdür. Sabahısı gün, 26 yanvar 2021-ci il tarixdə yenə pula ehtiyyacı olduğundan eyni qaydada Hicran Dadaşovaya müraciət etmiş və anasının adından guya oğlunu işə düzətmək üçün borca pul istəməsi kimi mətnlər yazmışdır. Bu dəfə də Hicran Dadaşova etiraz etməmiş və 300 manat pulu həmin hesaba göndərmişdir. Sabahısı gün, 27 yanvar 2021-ci il tarixdə o, Hicran Dadaşovadan əlavə 100 manat pul da istəmiş və sonuncu yenə də həmin məbləğdə pulu köçürmüşdür. Belə də Hicran Dadaşova ümumilikdə 400 manat pul köçürmüş, həmin gün axşam Hicran Dadaşovanın hesabından biraz da artıq pul oğurlamaq qərarına gəlmişdir. O, Hicran Dadaşovaya «whats app» sosial şəbəkəsi vasitəsi ilə yazaraq guya 400 manat pulunu geri köçürmək üçün ona kartının 16 rəqəmli nömrəsini göndərməyini xahiş etmişdir. O, Hicrana yazmışdır ki, başqa hesab kartından göndərəcəkdir, həmin səbəbdən kartın nömrəsi lazım olmuşdur. Hicran da öz kartının rəqəmlər olan hissəsinin şəkilini çəkərək ona göndərmişdir. Bundan sonra o, öz mobil telefonunda «Kapital» bankın mobil tətbiqi vasitəsi ilə Hicran Dadaşovanın 16 rəqəmli 4169 7377 0976 6626 kart nömrəsini daxil etmişdir. Bundan sonra Hicran Dadaşovanın mobil telefonuna sms vasitəsi ilə 4 rəqəmli təsdiq kodu gəlmiş və kartından pul çıxartmaq üçün həmin 4 rəqəmli kodu daxil etməli imiş. Bu səbəbdən Hicran xanıma müraciət edərək, guya sonuncunun hesabına 400 manat pulu qaytarmaq üçün ona həmin kodu deməyini xahiş etmişdir. Hicran da 4 rəqəmli kodu ona dedikdən sonra sonuncunun hesabından 1000 manat pulu çıxardıb Mais Aydəmirovun kartına yönləndirmişdir. Daha sonra isə ATM vasitəsi ilə 1000 manat pulu çıxardıb nağdlaşdırmışdır. Etdiyi əmələ görə peşmandır, həmin vaxt pula ehtiyyacı olduğu üçün bunu etmişdir. Dadaşova Hicran Dadaş qızının istifadəsində olan, «Kapital» banka məxsus 4169 7377 0976 6626 nömrəli kartın hesabından 1000 manat pulu çıxardarkən həmin vaxt Sumqayıt şəhərində yerləşən «Araz» marketin qarşısında olmuş, qeyd olunan marketin qarşısında yerləşən ATM-ə Mais Aydəmirovun kartını daxil edərək 1000 manat pulu nağdlaşdırmaq üçün çıxartmış, o vaxt istifadə etdiyi mobil telefonu pula ehtiyyacı olduğundan satmışdır. 2021-ci ilin yanvar ayının sonlarında Sumqayıt şəhərində ünvanını bilmədiyi bir yerdə yerləşən ATM-də Mais Aydəmirov adlı tanışının adına olan bank kartını pin kodunu dəfələrlə səhf yığdığı üçün bankomat kartı qaytarmamışdır. Belə ki, bankomatda düymələr pis işlədiyi üçün kodu səhf yığmışdır. Daha sonra «Kapital» bankın 196 qaynar xəttini yığıb maraqlandıqda oradan bank kartının elə bankomatın yanındakı «Kapital» bankın filialının əməkdaşlarının götürdüyünü, kartı əldə etmək üçün oraya müraciət etmək ona tövsiyyə olunmuşdur. Mais Aydəmirov adlı tanışının digər anket məlumatlarını, mobil telefonunu bilməmiş, Dadaşova Hicran Dadaş qızından əldə etdiyi pulları özünün tələbatlarına xərcləmiş, özünə siqaret, kontur, yemək və sair almışdır. Dadaşova Hicran Dadaş qızının pullarını ələ keçirdiyindən Mais Aydəmirovun ümumiyyətlə xəbəri olmamış, sonuncunun bank kartı onda olmuş, nə əməliyyat etdiyindən Maisin heç məlumatı olmamışdır. O, Maisi sonuncu dəfə 2020-ci ilin yay aylarında görmüş, həmin vaxtdan sonra Mais ilə görüşməmiş, nə də ki, telefonla əlaqə saxlamamışdır. Təqsirləndirilən şəxs hazırda törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri tam olaraq ödədiyini və zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət vətələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Zərərçəkmiş şəxs Dadaşova Hicran Dadaş qızı 13.07.2021-ci il tarixdə teleqramla məhkəməyə müraciət edərək Təqsirləndirilən şəxs ona vurulmuş maddi zərəri tam olaraq ödədiyini, bu səbəbdən də ona qarşı heç bir şikayət və tələbinin olmadığını və ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Zərərçəkmiş şəxs Dadaşova Hicran Dadaş qızının məhkəmə iclasında elan olunmuş ifadəsindən görünür ki, o, ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, 1 saylı Vərəm dispanserində tibb bacısı işləyir, Şahid da onunla birlikdə Vərəm dispanserində tibb bacısı işləyir, yaxşı münasibətləri vardır. Qöncəgülün mərhum əri onkoloji xəstə olduğundan sonuncu əvvəllər bir neçə dəfə ondan müxtəlif məbləğlərdə borc pul istəmiş və vaxtında da qaytarırmış. 17 yanvar 2021-ci il tarixdə yaşadığı evdə Qönçəgülün istifadəsində olan 050 ***-**-** saylı mobil telefon nömrəsindən istifadəsində olan 055 ***-**-** saylı mobil telefon nömrəsinə ”whats app” sosial şəbəkəsi vasitəsi ilə sms mətni gəlmişdir. Həmin mətndə Qönçəgül istifadəsində olan «Birkart» kartının bağlandığını, kartın açılması üçün özünün istifadəsində olan, Kapital banka məxsus 4169 7377 0976 6626 kart nömrəsi olan «Birkart» kartından balansına 50 manat pul köçürməyini ondan xahiş etmişdir. Pulu köçürə bilməyi üçün ”whats app” mətnində Qönçəgülün şəxsiyyət vəsiqəsinin seriyası da göndərilmişdir. Onun Qönçəgül ilə pul alışverişi olduğuna görə ”whats app” mətnini məhz sonuncu tərəfindən yazıldığına inanıb və yazdığı mətndə xahiş etdiyi kimi 17 yanvar 2021-ci il tarixdə kartından həmin məbləğdə pulu Mais Aydəmirov adlı şəxsin 4169 7414 2309 2434 kart nömrəsinə köçürmüşdür. Üstündən təxminən 1-2 gün keçdikdən sonra 4169 7414 2309 2434 kart nömrəsindən balansına 50 manat qaytarılmışdır. Həmin məsələnin üstündən bir müddətdə keçdikdə, 25 yanvar 2021-ci il tarixdə səhər saatlarında Qönçəgülün nömrəsindən ”whats app” yazısı gələrək bu dəfə sonuncu ondan həmin karta 300 manat pul köçürməyini xahiş etmişdir. O, yenə də etiraz etməmiş və həmin qaydada, bu dəfə isə 300 manat pulu 25 yanvar 2021-ci il tarixdə saat 11:18 dəqiqədə həmin karta köçürmüşdür. Həmin gün axşam saatlarında 4169 7414 2309 2434 kart nömrəsindən 300 manat pul kartına geri köçürülmüşdür. Bundan bir gün sonra, 26 yanvar 2021-ci il tarixdə Qönçəgül bir daha ondan”whats app” vasitəsi ilə yazaraq 300 manat pul istəmiş və o da həmin pulu eyni qaydada 26 yanvar 2021-ci il tarixdə saat 11:19 dəqiqədə həmin kart nömrəsinə köçürmüşdür. Sonuncu dəfə isə 27 yanvar 2021-ci il tarixdə Qönçəgülün nömrəsindən bir daha ”whats app” yazısı gələrək ondan 100 manat pul köçürməyi xahiş edilmiş, lakin axırıncı göndərdiyi 300 manatım geri köçürülməmişdir. Buna baxmayaraq o, Qönçəgülə etibar etdiyi üçün əlavə 100 manat da pulu 27 yanvar 2021-ci il tarixdə saat 17:28 dəqiqədə 4169 7414 2309 2434 kart nömrəsinə köçürmüşdür. İlk dəfə ondan kartın bağlanmasına görə pul istənilsə də, qalan dəfələrdə Qönçəgülün oğlunun işə düzəlməsi ilə bağlı pulları köçürməyi xahiş olunmuşdur. Nəhayət həmin gün, 27 yanvar 2021-ci il tarixdə axşam saatlarında Qönçəgülün nömrəsindən yenə ”whats app” yazısı gəlmiş, 400 manat pulu qaytarmaq üçün kartın nömrəsini istəmişdir. O da 4169 7377 0976 6626 kart nömrəsini sonuncuya göndərmişdir. Elə üstündən təxminən 15-20 dəqiqə keçdikdən sonra, 27 yanvar 2021-ci il tarixdə saat 20:53 dəqiqədə hesabından 1000 manat pulun çıxarılması ilə bağlı Kapital bankdan smslə xəbərdarlıq göndərilmişdir. O, bunu gördükdə şübhələnmiş və dərhal Qönçəgülün mobil telefon nömrəsinə zəng etmiş, lakin nömrəsi bloka qoyulmuşdur. Bundan sonra o, Qönçəgül ilə əlaqə saxlamaq üçün digər iş yoldaşından Qönçəgülün başqa nömrəsini tapıb yığmış, Qönçəgül ilə danışdıqda sonuncu 17 yanvar 2021-ci il tarixdən 050 ***-**-** saylı nömrəsi olan mobil telefonunu itirdiyini, son vaxtlar ondan heç bir məbləğdə pul istəmədiyini və ”whats app” vasitəsi ilə elə yazılar yazmadığını bildirmişdir. Qönçəgül onun dediklərində heçnə başa düşmədiyi üçün o, danışıb qurtardıqdan sonra 102 xidmətinə zəng edərək başına gələnlərlə bağlı məlumat vermişdir. Bundan sonra polis əməkdaşları evinə gələrək ondan ərizə almışlar, daha sonra ona məlum olmuşdur ki, bu işlərin hamısını görən Qönçəgülün oğlu İnşallahdır. Buna baxmayaraq Qönçəgül həmin məbləğdə pulları ona qaytarmağına söz vermişdir. Bu işlərin Qönçəgülün oğlu tərəfindən görüldüyünü bildiyi halda bu barədə şikayət etməyəcəyini, hazırda bu məsələ ilə bağlı onun heç bir şikayəti olmadığını göstərmişdir. Qönçəgülün oğlu İnşallahın göndərdiyi yazılara əsasən o, hesaba 400 manat pul köçürmüş, qalan 1000 manatı isə İnşallah özü onun xəbəri olmadan kartın hesabından çıxarmış, əvvəlki pulları isə ona qaytarmışdır. Nəticədə ona 1400 manat məbləğində maddi ziyan dəydiyini təsdiq etmişdir. Məhkəmədə Şahid ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olsa da, hazırda ünvan 4anında anası və iki oğlu ilə birlikdə yaşayır. Özü 1 saylı Vərəm dispanserində tibb bacısı işləyir, Dadaşova Hicran Dadaş qızı da onunla birlikdə Vərəm dispanserində tibb bacısı işləyir, yaxşı münasibətləri vardır. Böyük oğlu Təqsirləndirilən şəxs iş yoldaşı, rəfiqəlik etdiyi Hicran Dadaşovanı aldatmışdır. Belə ki, 17 yanvar 2021-ci il tarixdən 27 yanvar 2021-ci il tarixədək olan müddət ərzində İnşallah onun istifadəsində olan 055 ***-**-** saylı mobil telefonun ”whats app” sosial şəbəkəsi vasitəsi ilə Hicranı aldadaraq onun adından yazıb Hicranın adına olan Kapital banka məxsus «Birkart» kartından müxtəlif məbləğlərdə pul yollamasını xahiş etmişdir. İlk olaraq İnşallah müəyyən məbləğlərdə pulları Mais Aydəmirov adlı dostunun adına olan «Kapital bank»a məxsus karta köçürməyini xahiş etsə də, həmin məbləğdə pulları Hicrana qaytarırmış. Lakin sonunucu dəfələrdə Hicrandan 300 manat və 100 manat pul istəmiş və Hicranda həmin məbləğdə pulları göndərmişdir. Nəhayət 27 yanvar 2021-ci il tarixdə axşam saatlarında guya borclu olduğu pulları karta yükləmək üçün Hicranın kartının hesab nömrəsini istəmişdir. Hicran da bu smslərin onun tərəfindən yazıldığına əmin olub öz hesab nömrəsini ”whats app” sosial şəbəkəsi vasitəsi ilə göndərmişdir. Bundan sonra İnşallah Hicranın hesab nömrəsindən istifadə edərək oradan ona məlum olmayan 1000 manat pul çıxartmışdır. Bu şəkildə oğlu İnşallah onun adından istifadə edərək Hicranı aldadıb 1400 manat pulunu ələ keçirmişdir. Hicranla aralarında pul haqq hesablarında həmişə düz olduqlarından bir birlərinə etibar edirmişlər və Hicran da yazıların onun tərəfindən göndərildiyinə inanaraq yazıda istənilən pulları, hətta öz hesab nömrəsini də göndərmişdir. Hicran pulların verilməsi ilə bağlı maraqlanmaq üçün ona yığmaq istəmiş, lakin onun bunu aşkar etmədiyi üçün İnşallah Hicranın nömrəsini bloka salmışdır. Həmin ərəfədə mobil telefonu sındığı üçün İnşallah onun xəbəri olmadan adına və istifadəsində olan "xxxx" MMC-yə məxsus 055 ***-**-** saylı nömrə kartını götürmüşdür. Sübutların qiymətləndirilməsinə dair qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 180-ci maddələrinin tərkib əlamətləri olmadığından barəsində həmin maddələrlə cinayət təqibinin başlanması rədd edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli onun özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alır. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 17.02.2021-ci il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlini səmimi olaraq etiraf etməsini, əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə vurulmuş maddi zərəri könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13 və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsi ilə bağlı belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət işi üzrə 10.03.2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və 12.03.2021-ci il tarixdə ibtidai istintaq orqanı tərəfindən barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdən 12.03.2021-ci il tarixinədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət hazırki hökmlə təyin ediləcək cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Dadaşova Hicran Dadaş qızı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarının əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs bankomatdan pulu çıxarmasının fotoçəkillərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 18.06.2021-ci il tarixli (iş № 1(060)-441/2021) qərarını icra edərək, 23.06.2021-ci il tarixli 676 saylı orderə əsasən vəkil Müdafiəçi1 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 8 saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs 10.03.2021-ci il tarixdən 12.03.2021-ci il tarixinədək həbsdə saxlanıldığı müddət Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının müddətinə 1 gün 2 gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün müddət təyin edilmiş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Cəza çəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqana qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Abşeron rayonu, Saray qəsəbəsi, Azadlıq küçəsi, ev 36 ünvanının tərk etməmək, Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs Dadaşova Hicran Dadaş qızı ilə “Whatsapp” sosial şəbəkəsi vasitəsilə yazışmalarının əks olunduğu 01 ədəd disk və Təqsirləndirilən şəxs bankomatdan pulu çıxarmasının fotoçəkillərini özündə əks etdirən 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 8 (səkkiz) saat hüquqi yardımın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin. Göstərilən hüquqi yardıma görə cəmi 48 (qırx səkkiz) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov
Məhkəmə qərarları › İş №1(060)-441/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-441/2021
13.07.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver