Məhkəmə qərarları › İş №1(060)-441/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-441/2022

01.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-441/2022 01.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1992-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə" qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, “20 Yanvar” metrosunun yaxınlığında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, 0,203 qram çəkidə narkotik vasitə olan heroini əldə edib daşıyaraq üzərində saxlamış, 02 fevral 2022-ci il tarixdə saat 00:15-də Sumqayıt ŞPİ-nin CAŞ-ın əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, 9-cu mikrorayon ərazisində Ü.Hacıbəyov küçəsində yerləşən “Araz” marketin yanında saxlanılaraq Sumqayıt ŞPİ-yə aparılıb orada üzərinə şəxsi axtarış keçirilən zaman əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 (bir) ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş vəziyyətdə təmiz çəkisi 0,203 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, bir neçə müddətdir narkotik vasitələrdən istifadə edir. xx.xx.2022-ci il tarixdə şəxsi işləri ilə əlaqədar Bakı şəhəri, “20 Yanvar" metrostansiyasının yaxınlığında olduğu zaman bir nəfər tanımadığı şəxs ona yaxınlaşaraq ünvan soruşmuş, bundan sonra söhbət əsnasında həmin şəxs onda bir büküm narkotik vasitə kokos (heroin) olduğunu bildirmiş və 10 manata satdığını demişdir. O, narkotik vasitə istifadəçisi olduğu üçün həmin tanımadığı şəxsin dediyi narkotik vasitə heroini razılaşıb 5 manata şəxsi istifadəsi üçün almış və əynindəki gödəkçənin sol yan cininə qoymuşdur, o mütəmadi narkotik vasitə istifadə etmədiyi üçün həmin heroini cibində saxlamışdır. xx.xx.2022-ci il tarixdə, saat 00:15 radələrində Sumqayıt şəhəri. 9-cu mikrorayon ərazisində “Araz" marketin yanında olduğu zaman polis əməkdaşları ona yaxınlaşıb özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər, o da özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onun narkotik vasitələrin qəbulu və üzərində gəzdirilməsində şübhəli olduğu üçün saxlanıldığını bildirib, onu Sumqayıt ŞPİ-yə dəvət etmişlər, o etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Pİ-də olan zaman otaqların birində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağını bildirmişlər, o da buna etirazının olmadığını söyləmiş, həmin vaxt polis əməkdaşları ona hüquq və vəzifələri barədə bildiriş və hüquqlarının müdafiəsi üçün vəkil təqdim etmişlər. Bundan sonra videoçəkilişlə üzərində şəxsi axtarış aparılmazdan əvvəl ona üzərində hər-hansı qanunsuz əşyanın olub-olmadığını soruşmuş, olduğu halda təqdim etməsini təklif etmişlər. O, həmin vaxt əynindəki qara rəngli gödəkçəsinin sol yan cibindən 1 ədəd gümüşü rəngli siqaret kağızına bükülmüş bükülünü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Bundan sonra həmin bükülü onun yanında açılmış, sorğu zamanı o, üzərindən aşkar olunan bükülüdə olan maddənin "kokos" (heroin) olduğunu, həmin narkotik vasitəni xx.xx.2022-ci il tarixdə, Bakı şəhəri, “20 Yanvar" metrostansiyasının yaxınlığında olduğu zaman tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün aldığını və bu səbəbdən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş heroin onun yanında elektron tərəziyə qoyulub çəkilmiş və zərfə qoyularaq qablaşdırılmışdır. Həmin vaxtı polis əməkdaşları tərəfindən narkotik vasitə olan heroinin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş, tərtib edilmiş protokolu onlar imzaları ilə təsdiq etmişlər. Ailəlidir, 2 azyaşlı uşağı vardır. Hazırda əməlindən peşmandır, bir daha belə hərəkətlərə yol verməyəcəkdir, barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Sumqayıt ŞPİ-nin CAŞ-da əməliyyat müvəkkili vəzifəsində xidmət edir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş əməliyyat məlumatını yoxlamaq məqsədi ilə ondan, Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektorlar, polis serjantı Şahid2, polis serjantı Şahid3, Sumqayıt ŞPİ-nin TŞ-nin təhqiqatçısı, polis polkovnik-leytenantı X2 və Sumqayıt ŞPİ KTB-nin inspektor- kriminalisti, polis mayoru X3 ibarət əməliyyat qrupu təşkil etmişlər. Həmin gün X4 Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz" marketin yaxınlığında olması barədə təkrar məlumat daxil olmuş, məlumat əsasında xx.xx.2022-ci il tarixdə, saat 00:25 radələrində əməliyyat qrupu ilə birlikdə Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən “Araz" marketin yanına getmişlər. Orada olan zaman əlamətləri Təqsirləndirilən şəxs ilə üst-üstə düşən bir nəfər şəxsin gəldiyini görüb onu saxlayaraq özlərinin polis əməkdaşları olduqlarını bildirmiş və ondan da özünü təqdim etməsini xahiş etmişlər. O, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu bildirmiş, onlar Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etmə, saxlama və gəzdirməkdə şübhəli olduğunu bildirmişlər və üzərində şəxsi axtarış aparılması üçün Sumqayıt ŞPİ-yə dəvət etmişlər, o heç bir etiraz etməyib onlarla birlikdə Sumqayıt ŞPİ-yə getmişdir. Pİ-də olan zaman Təqsirləndirilən şəxs hüquq və vəzifələri barədə bildiriş və hüquqlarını müdafiə etmək üçün vəkil təqdim olunmuş və videoçəkilişlə onun üzərində şəxsi axtarış aparılacağı təkrar izah edilərək ondan videoçəkilişlə üzərində şəxsi axtarış aparılmasına dair etirazının olub-olmamasını soruşmuşlar, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirdikdən sonra videoçəkiliş davam etməklə üzərində olan əşyaları təqdim etməsi xahiş edilmişdir. Təqsirləndirilən şəxs həmin vaxt əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən bir ədəd siqaret kağızına bükülmüş vəziyyətdə olan bükülünü çıxardaraq təqdim etmiş, Təqsirləndirilən şəxs bükülünün içərisində nə olduğu soruşulduqda o, bükülünün içərisində narkotik vasitə olan "kakos” (heroin) olduğunu söyləmişdir. Həmin bükülüyə baxılarkən orada narkotik vasitə olan heroinə oxşar spesifik iyə malik qəhvəyi rəngli maddə aşkar olunmuşdur. Onlar Təqsirləndirilən şəxs həmin narkotik vasitəni haradan əldə etdiyini və nə məqsədlə üzərində saxladığını soruşmuş, sonuncu həmin narkotik maddəni 3 gün əvvəl şəxsi işləri ilə bağlı Bakı şəhəri, ”20 Yanvar" metrosunun yaxınlığında olan zaman tanımadığı şəxsdən 5 manata aldığını və özü istifadə etmək üçün üzərində gəzdirdiyini söyləmişdir. Sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddə elektron tərəziyə qoyulub çəkilərək qablaşdırılmış və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra protokol tərtib olunaraq ucadan oxunmuş və iştirakçılar həmin protokolu imzalarla təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin CAŞ-ın kiçik inspektoru, polis serjantı Şahid2 da ifadəsində Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə, saat 00:15-də Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur.(i.v 18) İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək saxlandığı MSY-dən azad edilmişdir. (i.v 69-70) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, daxil olmuş məlumat əsasında Təqsirləndirilən şəxs, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən ARAZ marketin qarşısında Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə, saat 00:15-də saxlanılaraq Sumqayıt ŞPİ-nə gətilmişdir. Təqsirləndirilən şəxs Pi-nə gətirildikdən sonra inspektorkriminalist rəqəmsal tipli “Panasonic” markalı videokameranı işə salmış və iştirakçılarla birlikdə həmin tarixdə, saat 01:15-də Pİ-də, xidməti otaqların birində onun üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müdafiəsini təmin edəcək vəkili Rəşad Abbasov təqdim olunmuş, daha sonra isə vidoçəkiliş vasitəsilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməysi təklif olunmuşdur. Təqsirləndirilən şəxs özü əynində olan qara rəngli gödəkçəsinin sol yan cibində saxlamış olduğu 1 ədəd gümüşü rəngli siqaret kağızı bükümü təqdim etmiş, həmin büküm açılmış, bükümdə spesifik iyə malik qəhvəyi rəngli narkotik vasitə olan "heroin”ə bənzər olan maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs, üzərindən aşkar olunmuş maddənin “kakos” olduğunu, həmin maddəni, 3-4 gün bundan əvvəl Bakı şəhəri, 20 Yanvar metrosu ərazisində tanımadığı şəxsdən 5 manata şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş maddə tərəziyə qoyulub çəkilən zaman həmin maddənin gümüşü rəngli siqaret kağızı ilə birlikdə çəkisinin 0,36 qram olduğu müəyyən edilmiş və aşkar olunmuş həmin maddə Azərbaycan Respublikası ƏN-nin MEMnə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 124 saylı möhürü ilə möhürlənmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncunun üzərindən aşkar edilmiş Rotmans markalı siqaret, saqqız, tibbi maska əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. (i.v 26-27) Şəxsi axtarış keçirilməsi haqqında protokolun əks olunduğu 1 ədəd CD disk iş üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir.(i.v 87-88. 109) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1234 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimlyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür.(i.v 97-98) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/663 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində: ”Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Zərflər üçün №124" dairəvi möhür əksi və “Vətəndaş Təqsirləndirilən şəxs aşkar edilmiş 1 (bir) büküm narkotik vasitə;....imzalar; Qablaşdırdı: S.Qənbərov-imza" yazı əlavəsi qeyd edilmiş bir ədəd kağız zərfdəki bir ədəd bükümdəki təmiz çəkisi - 0.203 qram olan qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir.(i.v 38-41) Cinayət işi üzrə təyin edilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli ekspertiza təqdiqatından sonra qalıq qalmış 0.153 qram çəkidə narkotik vasitə olan heroin cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınaraq saxlanmasından ötrü saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokoldan və bir ədəd diskə baxış keçirilən zaman Təqsirləndirilən şəxsn şəxsi istehlak miqdarından artıq miqdarda ümumi təmiz çəkisi 0.36 qram olan narkotik vasitə olan heroini əldə edərək daşıyaraq üzərində saxlaması təsdiqini tapmışdır.(i.v 87-88) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olunmuş və göstərilənlər təsdiq edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (i.v 84-85) İş materiallarında olan 9 saylı MKS-nın xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 90) İş materiallarında olan şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs ailəlidir və onun xx.xx.2016-ci il təvəllüdlü X9 oğlu və xx.xx.2018-ci il təvəllüdlü X6 adlı 2 azyaşlı uşağı vardır. (i.v 92-93) Beləliklə, məhkəmə iclasında bilavasitə araşdırılmış sübutlarla Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə məsuliyyətə cəlb edilməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 2 azyaşlı uşağının olmasını və əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4 və 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə cəza təyin edərkən Təqsirləndirilən şəxs törətdiyi cinayətin ictimaitəhlükəlilik dərəcəsini və xarakterini, cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzası təyin edildiyi təqdirdə cəzanın məqsədləri təmin edilə bilər. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-in 52-1.1-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir. Həmin Məcəllənin 52-1.3-cü maddəsinə əsasən, məhkəmə məhkum üçün kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudları daxilində müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək kimi əlavə vəzifələr və məhkumun islah olunmasına kömək edən digər vəzifələr müəyyən edə bilər. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyat alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 114(yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalan 0.153 qram narkotik vasitə olan heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünün olduğu bir ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs tutulub saxlanıldığı 01 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Onun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı sərf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulub saxlanıldığı cəmi 01 (bir) gün müddət bir günə iki gün hesabı ilə təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlığın məhdudlaşdırılması cəzası qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün saat 07:00-dək yaşadığı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 9, mənzil 2-ni tərk etməmək, Sumqayıt şəhərinin, hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs Sumqayıt şəhər narkoloji dispanserində qeydiyyata alınsın və ona narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq qalmış 0.153 qram narkotik vasitə olan heroin məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntülərin olduğu bir ədəd CD disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar