Məhkəmə qərarları › İş №1(060)-441/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-441/2023

14.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-441/2023 14.06.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1995-ci ildə Biləsuvar şəhərində anadan olmuş, subay, orta təhsilli, işləməyəm Azərbaycan Respublikası vətəndaşı, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2aşayan barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla özgəsinin əmlakını gizli olaraq talamışdır. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli yolla talama məqsədi ilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Sumqayıt şəhəri İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində yerləşən "xxxx" ASC-nin tərkibində olan sexin ərazisinə əvvəlcə hasarı aşma yolu ilə daxil olub, sexin qapısını açaraq içəri qanunsuz daxil olmaqla, oradan hər birinin dəyəri 200 (iki yüz) manat olmaqla, ümumilikdə 800 (səkkiz yüz) manat dəyərində 04 (dörd) ədəd hər birinin diametri 900 mm olan fləns, hər birinin qiyməti 10 (on) manat olmaqla, ümumilikdə 950 (doqquz yüz əlli) manat dəyərində 95 (doxsan beş) ədəd hər birinin diametri 350 mm olan dəmir borularının ağızlığının bağlamaq üçün istifadə edilən zaqluşka, hər birinin qiyməti 1 (bir) manat olmaqla, ümumilikdə 30 (otuz) manat dəyərində 30 kq 20-lik boltlar, hər birinin qiyməti 5 (beş) manat olmaqla, ümumilikdə 85 (səksən beş) manat dəyərində 17 ədəd hər birinin diametri 350 mm olan borualtı dayaq, hər birinin dəyəri 8 (səkkiz) manat olmaqla, ümumilikdə 80 (səksən) manat dəyərində 10 ədəd hər birinin diametri 300 mm olan borualtı dayaq, hər birinin qiyməti 5 (beş) manat olmaqla, ümumilikdə 615 (altı yüz on beş) manat dəyərində 123 ədəd hər birinin diametri 280 mm olan borualtı dayaq, hər birinin qiyməti 1 (bir) manat 50 (əlli) qəpik olmaqla ümumilikdə 1993 (min dolqquz yüz doxsan üç) manat 50 (əlli) qəpik olmaqla, 1329 ədəd boruları bir birinə bağlamaq üçün istifadə edilən birləşdirici elementlər, hər kiloqramın çəkisi 60 (altmış) qəpik olmaqla, ümumilikdə 6 (altı) manat dəyərində 20 ədəd hər birinin diametri 50 mm, ümumi çəkisi 10 kq olan baçonkanı götürüb aparmaqla gizli olaraq talayıb, zərərçəkmiş şəxs "xxxx" ASC-nə 4559 (dörd min beş yüz əlli doqquz) manat 50 (əlli) qəpik məbləğində maddi ziyan vurmaqla, oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, ünvan 3 ünvanda qeydiyyatda olmaqla, Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır, subaydır. Rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər şəxsi istifadəsində nömrəsini xatılamadığı qırmızı rəngli “Vaz 21011” markalı minik avtomobili olmuşdur. Lakin həmin avtomobili 2022-ci ilin iyul ayında satmışdır. xx.xx.2022-ci il tarixdə gecə saat təxminən 23 radələrində şəxsi istifadəsində olan “Vaz 21011” markalı avtomobili ilə Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi, Kimyaçılar küçəsində olan sexə gəlmişdir. Sexin həyətinə əvvvəlcə hasarı aşma yolu ilə daxil olmuş, sexin bir neçə qapısı olmuş və hər bir qapı qapı qıfıl ilə bağlı olmuşdur. Həyətdə bir neçə metal parçası olmuşdur. O, həmin qapılara baxan zaman sexin qapılarından birində qıfıl asılsa da, lakin bağlanmadığını görmüşdür. O, həmin qıfılı oradan çıxartmış və içəriyə daxil olduqda sexin içində bir neçə növdə metal parçası görmüşdür. Sexə daxil olub oradan 4 ədəd fləns, borualtı dayaqlar, boltları, birləşdirici elementləri və baçonkaları kisəyə yığmış, sonra kisələri çölə çıxarıb hasardan çölə atmışdır. Bundan sonra flənsləri də hasardan çölə atmış və özü də hasardan tullanmışdır. Oğurladığı əşyaları yığdığı kisələri avtomobilinə yükləmişdir. Yenidən hasardan tullanmış ki, həmin anbarda qalan metallardan götürsün, kiminsə səs etdiyini eşitmişdir. Orada olan mühafizəçi onu görmüş, bu səbəbdən dərhal hasardan tullanıb öz avtomobilinə minib dərhal oradan uzaqlaşmış və yaşadığı evə gəlmişdir. O, həmişəki qaydada maşınını məhəllədə saxlamışdır. Sumqayıt şəhəri Kimyaçılar qəsəbəsində oğurladığı 3 kisədə olan metal parçalarını və 4 ədəd flənsi xx.xx.2022-ci il tarixdə səhər tezdən tanımadığı əlvan metal parçaları yığan şəxslərdən birinə 225 manata satmışdır. Həmin pulu öz şəxsi istifadəsi üçün xərcləmişdir. Oğurluqda ona heç kim köməklik etməmişdir. Həmin oğurluğu o, tək etmiş və bu barədə heç kimin məlumatı olmamışdır. Hazırda "xxxx" ASC-ə dəymiş bütün maddi ziyanı ödəmişdir. Müəssisənin ona qarşı heç bir şikayət və tələbi yoxdur. Əməlindən peşmandır. O, subaydır, lakin bu yaxınlarda ailə həyatı quracaqdır. Qeyd edilənlərə əsasən barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi və şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirdi ki, ünvan 5 ünvanında qeydiyyatda olmaqla, ünvan 6 yaşayır. Rəsmi olaraq 2007-ci il tarixdən "xxxx" ASC-nin sədri vəzifəsində işləyir. Dəqiq saatı xatırlamır, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə keçən gecə naməlum şəxs və ya şəxslər ünvan 7 ünvanında yerləşən Azmexqur ASC-nin hasarından aşma yolu ilə içəriyə daxil olaraq anbarlardan birinin qıfılını sındırma yolu ilə ora daxil olaraq oradan yuxarıda sadalanan əşyaları oğurlamışdır. Baş vermiş hadisə nəticəsində təxminən 4559 manat 50 qəpik məbləğində maddi ziyan dəymişdir. Hadisə vaxtı mühafizəçi Şahid1 orada olsa da, o həmin şəxsi tuta bilməmişdir. O, bu barədə xx.xx.2022-ci il tarixdə işə gəldikdən sonra məlumatı olmuş və dərhal Azərbaycan Respublikası DİN-102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Bundan sonra hadisə yerinə polis əməkdaşları gəlmiş və baxış keçirmişlər. Hazırda "xxxx" ASC-ə dəymiş ziyan tam olaraq ödənilmişdir. "xxxx" ASC-nin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlara əsasən təqsirləndirilən şəxs yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdi ki, ünvan 8 ünvanda ailəsi ilə birlikdə yaşayır. 3 ildir ki, ünvan 7 ünvanında yerləşən Azmexqur ASCnin mühafizəçisi işləyir. "xxxx" ASC-nin sahəsi 2 hektardır. Orada bir neçə anbar vardır. Anbarların hamısı qıfıl ilə bağlı vəziyyətdə olur. xx.xx.2022-ci il tarixdə təxminən gecə saat 01:00 radələrində iş yerində olan zaman səs-küy eşitmiş və dərhal səs-küy eşidilən yerə gəlmişdir. O, həmin yerə gələn zaman uzaqdan bir nəfər şəxsin hasardan tullandığını görmüş, həmin şəxsin arxasınca qaçsa da, çata bilməmiş və həmin şəxsin qırmızı rəngli “Vaz 21011” markalı avtomobilə minib getmişdir. Lakin həmin şəxsin yanında kim və ya kimlərinsə olması barədə konkret olaraq bir söz deyə bilmir, çünki həmin an hava qaranlıq olmuşdur. Sonradan anbara baxış keçirən zaman anbarın qıfılı sındırılaraq açıldığını və anbarın içində olan metal parçaları dağınıq vəziyyətdə olduğunu. Səhər açılanda da görmüş ki, hasarın digər tərəfində bir ədəd kisədə metal parçalar yığılmış, lakin oğlurluğu edən şəxs həmin kisəni öz maşınına qoyaraq aparmağa imkan tapmamışdır. xx.xx.2022-ci il tarixdə "xxxx" ASC-nin rəhbəri Zərərçəkmiş şəxs işə gəldiyində bu barədə ona məlumat vermişdir. Bundan sonra anbarda olan metal növlərini saymışlar və nə qədər əksik olduğu məlum olmuşdur. Bundan sonra baş vermiş hadisə barədə DİN-102 zəng mərkəzi xidmətinə Zərərçəkmiş şəxs məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdi ki, Sumqayıt ŞPİ-nin, 4-cü PB əməliyyat müvəkkili vəzifəsində işləmişdir. xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs Azərbaycan Respublikası 102-zəng mərkəzi xidmətinə və Sumqayıt ŞPİ-nin, 4-cü PB-nə ərizə ilə müraciət edərək xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci tarixədək müddət ərzində naməlum şəxs və ya şəxslər ünvan 7 ünvanında yerləşən "xxxx" ASC-nin hasarından aşma yolu ilə içəriyə daxil olaraq anbarların qıfıllarını sındırma yolu ilə içəriyə daxil olaraq oradan metal metal boruları birləşdirmək üçün istifadə olunan bir neçə müxtəlif diametrli birləşdirici elementləri, metal boruların baş hissələrini bağlamaq üçün istifadə edilən müxtəlif diametrli birləşdirici elementlərin oğurlanması barədə məlumat vermişdir. O, da həmin ərazinin əməliyyat müvəkkili olduğu üçün həmin hadisə yerinə əməliyyat qrupu ilə birlikdə getmişdir. Hadisə yerinə baxış keçirilmiş, fotoşəkillər çəkilmiş və protokol tərtib olunmuşdur. Hadisə yerində Zərərçəkmiş şəxsla şifahi sorğu sual zamanı sonuncu bildirmiş ki, "xxxx" ASC-nin müdiri vəzifəsində işləyir. Hər gün işə gedib gəlir. Sonuncu dəfə də, xx.xx.2022-ci il tarixdə saat 18 rädələrində işdən çıxıb getmişdir. Qeyd etmişdir ki, "xxxx" ASC-də mühafizəçi də işləyir. Baş vermiş oğurluq barədə də ona orada mühafizəçi Şahid1 xx.xx.2022-ci il tarixdə işə gəldiyi vaxt məlumat vermişdir. Zərərçəkmiş şəxs da sexə girib özü baxış keçirən zaman görmüş ki, sexdə olan metal metal boruları birləşdirmək üçün istifadə olunan bir neçə müxtəlif d ametrli birləşdirici elementləri, metal boruların baş hissələrini bağlamaq üçün istifadə edilən müxtəlif diametrli birləşdirici elementləri oğurlanmışdır. Bundan sonra Azərbaycan Respublikası DİN-102 zəng mərkəzi xidmətinə məlumat vermişdir. Bundan sonra keçirilmiş əməliyyat axtarış tadbirləri zamanı həmin oğurluqda şübhəli bilinən Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində fərdi yaşayış evində yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılaraq polis bölməsinə dəvət edilmişdir. Polis bölməsində Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 23 rädələrində özünün istifadəsində olan “Vaz 21011” markalı avtomobillə Sumqayıt şəhəri, Kimyaçılar küçəsində yerləşən sexə gəldiyini, hasarı aşma yolu ilə sexin həyətinə daxil olduğunu, sexin qapısını açdığını, orada metal parçaları gördüyünü, bundan sonra sexin həyətində 3 ədəd kisə tapdığını, həmin metal boruları kisələrə yığıdığını, daha sonra hasarı aşma yolu ilə oradan çıxdığını, kisələri maşınına yüklədiyini, ertəsi günü tanımadığı əlvan metal yığan maşınlara satdığını bildirmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 21 iyun 2022-ci il tarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə ********* saylı cinayət işi başlanmış və icraata qəbul edilməklə istintaqı aparılmışdır (i.v. 1); “cinayət işi üzrə icraatın dayandırılması haqqında” 21 avqust 2022-ci il tarixli qərardan görünür ki, hadisəni törədən təqsirli şəxs müəyyən edilənədək cinayət işi üzrə icraat dayandırılmışdır. (i.v. 39) “cinayət işi üzrə dayandırılmış cinayət işinin təzələnməsi haqqında” 29 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, hadisənin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmiş, onun olduğu yer müəyyən edilərək istintaqa təhvil verildiyindən iş üzrə icraat təzələnmişdir. (i.v. 43) 29 sentyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 57-58) təqsirləndirilən şəxsin dindirilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CMnin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsiləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 67-68); təqsirləndirilən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında 29 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 69-70); xx.xx.2022-ci il tarixli Sumqayıt ŞPİ-nin 4-cü PB-nin təhqiqatçısı polis baş leytenantı Röyal Rəcəblinin tərtib etdiyi baxış keçirilməsi barədə protokoldan göründüyü kimi, Zərərçəkmiş şəxs direktoru olduğu Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsi ünvanında yerləşən “Azmexqur ASC” də oğurluq hadisəsi baş vermişdir. Hadisə yerinə baxış protokolu tərtib edilmiş, fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. (i.v. 5-7) AR DİN Kriminalistika Tədqiqatlar İdarəsinin xx.xx.2022-ci il tarixli, 011-5341-1222 saylı məktubunda, həmçinin xx.xx.2023-cü il tarixli, 23/222R nömrəli ekspertiza rəyində qeyd edilmişdir ki, aparılmış müqayisəli molekulyar-genetik identifikasiya tədqiqatı nəticəsində müəyyən olunmuş ki, 01 ədəd rezin əlcək hissəsi üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs (xx.xx.1995 Biləsuvar r.) məxsusdur. 05 ədəd “Kent” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar kişi cinsindən olan iki müxtəlif naməlum şəxsə məxsusdur. 01 ədəd plastik butulkanın ağızlığı üzərində müqayisəli tədqiqatın küçirilməsi üçün kifayət qədər yararlı bioloji mənşəli material mövcüd deyildir.(i.v. 13, 112-119) Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/7080 saylı əmtəəşünaslıq ekspertizasının rəyində göstərilmişdir ki, ekspertiza təyini haqqında qərarın təsviri hissəsində göstərilən 02 adda malların orta istismar intensivliyi parametrlərinə uyğun olaraq orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir. 30 kq 20-lik boltlar - 30,0 (30 kqxl man) manat; 20 ədəd hər birinin diametri 50 mm, ümumi çəkisi 10 kq olan baçonkalar -6,0 (10kqx0,60man) manat. Qərarın təsviri hissəsində göstərilən digər 06 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, istismar müddəti, istehsal yeri, istehsal ili, ölçüləri, çəkisi, əmtəə görünüşü və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmamışdır. Qeyd: tədqiqat obyektləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir. (i.v. 77-80) Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir (i.v. 72-73); İş materiallarına əlavə edilmiş Sumqayıt ŞPİ-nin xx.xx.2023-cü il tarixli, 3-13-58/2- 1853/2023 saylı məktubdan görünür ki, maddi sübut olan içərisində 01 ədəd plastik butulkanın ağızlığı və 01 ədəd rezin əlcək hissəsi olan möhürlü 01 ədəd qutu saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 99). sübutların qiymətləndirilməsi haqqında 17 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə elan edilmiş ittiham və barəsində seçilmiş “polisin nəzarəti alıma vermə” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində AR CM-nin 177.2.1-ci maddəsi ilə cinayət təqibindən imtina edilmiş, təqsirləndirilən şəxsin özünün etiraf ifadələri, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və digər istintaq hərəkəti protokolları sübut kimi qiymətləndirilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyi və rəydə göstəriciləri əks olunmayan malların qiymətini müəyyən etmək mümkün olmadığından zərərçəkmiş şəxsin ifadəsi əsas götürülmüşdür. Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75- ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxs və şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinə əsasən Oğurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, yaşadığı ərazi üzrə müsbət xarakterizə olunması, zərərçəkmiş hüquqi şəxsə qarşı dəymiş ziyanı könüllü ödəməsini, hüquqi şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını CM-nin 59.1.12, 59.1.13 və 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları xüsusən də zərərçəkmiş hüquqi şəxsə dəymiş maddi ziyanı tam və könüllü olaraq ödəməsi halını, ağırlaşdıran halların olmamasını, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və hesab edir ki, təqsirləndirilən şəxsi cəmiyyətdən tam təcrid etmədən yaşayış yeri üzrə nəzarət altında saxlanılmaqla cəzanın məqsədlərinə çatmaq mümkündür. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən bir neçə halın olması, ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, iş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan içərisində 01 ədəd plastik butulkanın ağızlığı və 01 ədəd rezin əlcək hissəsi olan möhürlü 01 ədəd qutu məhv edilməli, baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 05 (beş) ədəd siqaret kötüyü olan 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılmalıdır Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlu azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində-ünvan 9 ünvanında çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı Sumqayıt şəhərini, Abşeron rayonu və Bakı şəhərinin ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqana məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 21 (iyirmi bir) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 126 (bir yüz iyirmi altı) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Cəza çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı Sumqayıt, Bakı şəhərinin və Abşeron rayonunun hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan içərisində 01 ədəd plastik butulkanın ağızlığı və 01 ədəd rezin əlcək hissəsi olan möhürlü 01 ədəd qutu məhv edilsin, baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerindən götürülmüş 05 (beş) ədəd siqaret kötüyü olan 01 ədəd zərf cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 126 (bir yüz iyirmi altı) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 SaylıVəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar