Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-441/2025 19.08.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1, Müdafiəçi Sumqayıt şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1988-ci ildə Xaçmaz rayonu, Xəzərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2şamış, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən, qanunsuz olaraq satış məqsədi olmadan ümumilikdə 0,448 qram çəkidə xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib daşıyaraq üzərində saxlamış, 20 sentyabr 2024-cü il tarixdə saat 22:00-da Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Lukoil” yanacaq doldurma məntəqəsinin yanında Sumqayıt ŞPİ-nin 5-ci PB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri zamanı saxlanılıb polis bölməsinə gətirildikdən sonra, polis bölməsinin xidməti otaqlarının birində üzərinə şəxsi axtarış aparılarkən əynindəki şalvarın sağ yan cibindən 01 (bir) ədəd bükümdə təmiz çəkisi 0,448 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, özgənin əmlakını gizli olaraq talama məqsədilə 13 yanvar 2025-ci il tarixdə saat 13 radələrində arvadı X10 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən birləşərək cinayət əlaqəsinə girib aralarında yaranmış cinayətkar razılaşmaya uyğun olaraq Nuranə Həsənova kənar şəxslər gələrsə məlumat verməsi üçün pusquda dayanmış, bundan sonra o binanın dəhlizindən tapdığı Zərərçəkmiş şəxs1 məxsus ünvan 3 ünvanında yerləşən mənzilin açarı ilə mənzilin giriş qapısını açıb içəri qanunsuz daxil olaraq, mənzilin qonaq otağından 01 (bir) ədəd 700 (yeddi yüz) manat dəyərində, 120 dioqonal, “Arçelik” markalı televizoru, mənzilin dəhlizindəki dolabın üzərindən 01 (bir) ədəd 150 (bir yüz əlli) manat dəyərində “Swatch” markalı qadın qol saatını, 01 (bir) ədəd, 75 (yetmiş beş) manat dəyərində “Casio” markalı qadın qol saatını, 02 (iki) ədəd, hər biri 100 (bir yüz) manat dəyərində, ümumilikdə 200 (iki yüz) manat dəyərində saç qurudan fenləri, 01 (bir) cüt, 01 (bir) manat dəyərində, metal rəngli sırğanı, 01 (bir) cüt, 04 (dörd) manat dəyərində metal rəngli, dairəvi formalı sırğanı, 01 (bir) cüt, 02 (iki) manat dəyərində üzərində iki ədəd yaşıl rəngli, dairəvi formalı düymələrə bənzər qaşları olan sırğanı, 01 (bir) cüt, 07 (yeddi) manat dəyərində üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli sırğa və 01 (bir) ədəd üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli klonu, 01 (bir) cüt, 01 (bir) manat metal rəngli, dörd künc sırğanı, 01 (bir) cüt, 01 (bir) manat dəyərində metal rəngli, üzərində açıq yaşıl rəngli qaşı olan sırğanı, ümumilikdə 500 (beş) yüz manat dəyərində gümüş metaldan hazırlanmış üzük, sırğa, qol bağı və boyunbağıdan ibarət qadın zinət əşyalarını gizli yolla talayıb, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 1641 (bir min altı yüz qırx bir) manat maddi ziyan vurmaqla oğurluq cinayəti törətmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə 02 fevral 2025-ci il tarixdə özünə məxsus olmayan, Şahid7 satmaq üçün Sumqayıt şəhəri ərazisində yerləşən Maşın bazarına gətirdiyi “Mercedes Benz CLK 230” markalı, ** FG *** dövlət qeydiyyat nişanlı avtomobilin yaxın qohumuna məxsus olması barədə Zərərçəkmiş şəxs2 həqiqətə uyğun olmayan yalan məlumat verib, 3500 (üç min beş yüz) manat pul və etibarnamə əsasında idarə etdiyi “VAZ 2107” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomobil müqabilində həmin avtomobili ona satacağı barədə yalan vəd verib aldadaraq Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı Notariat Kontorunda Şahid7 tərəfindən Zərərçəkmiş şəxs2 etibarnamə verilməsindən sonra, sonuncudan 3500 (üç min beş yüz) manat pulu alıb ələ keçirərək zərərçəkmiş şəxsə maddi zərər vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir, ona elan edilmiş hər üç epizod ittiham üzrə cinayət əməllərini həqiqətən də törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, arvadı X10 və anası X3 ilə birlikdə kirayədə yaşayır. xx.xx.2024-cü il tarixdə günorta saatlarında şəxsi işi ilə əlaqədar Bakı şəhəri, 20 Yanvar metrosu yaxınlığına getmiş, orada tanımadığı, telefonunu və yaşadığı ünvanı bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 01 ədəd bükümdə psixotrop maddə olan metamfetamini 15 manata alıb üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 22:00 dəqiqədə tanışı X11 ilə birlikdə Sumqayıt şəhəri, Sülh küçəsi ərazisində yerləşən “Lukoil” YDM-nin yanında olarkən iki nəfər şəxs onlara yaxınlaşmış və özlərini təqdim edrək polis əməkdaşları olduqlarını bildirmişlər. Polis əməkdaşları onlardan özlərini təqdim etməyi xahiş etmiş və onların narkotik vasitələrin qəbulunda, qanunsuz üzərlərində gəzdirilməsində şübhəli bilindikləri üçün saxlanıldıqlarını bildirmişlər. Buna görə də onların üzərlərinə şəxsi axtarış keçirilməsi üçün Sumqayıt ŞPİ-nin 5-ci PB-nə dəvət etmişlər. Onlar polis əməkdaşlarına heç bir etiraz etməmişlər və birlikdə bölməyə gəlmişlər. O, bölməsində olarkən xidməti otaqların birində videoçəkiliş aparılmaqla ona hüqüq və vəzifələri ilə bağlı bildiriş, eləcə də hüquqlarını müdafiə etmək üçün Sumqayıt Regional vəkil Bürosunun vəkili X12 təqdim olunmuşdur. Bundan sonra ona üzərində olan əşyaları təqdim etməyi təklif edilmiş və o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan kiçik cibindən bir ədəd bükümdə psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. O, təhqiqatçının suallarına cavab olaraq bükümün içərisindəki psixotrop maddə olan metamfetamin olduğunu və onu həmin gün günorta saatlarında Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında tanımadığı şəxsdən 15 manata alıb özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Bundan sonra üzərindən aşkar olunmuş bir ədəd bükümdə psixotrop maddə olan metamfetamin elektron tərəzidə çəkilmiş və həmin maddənin çəkisinin 0,61 qram təşkil etməsi müəyyən edilmişdir. Daha sonra isə həmin psixotrop maddə qablaşdırılaraq möhürlənmişdir. Onun üzərindən aşkar olunmuş psixotrop maddənin çəkisi ilə bağlı heç bir etiraz etməmişdir. Bundan sonra psixotrop maddənin ondan aşkar edilərək götürülməsi ilə əlaqədar protokol tərtib edilmiş və o, öz imzası ilə həmin protokolu təsdiq etmişdir. Ona qarşı saxlanılarkən və bölmədə olarkən heç bir təzyiq və qanunsuz hərəkətlərə yol verilməmişdir. Bundan başqa o, maşın almaq məqsədilə xx.xx.2025-ci il tarixdə axşam saatlarında Sumqayıt şəhərinin girişində yerləşən maşın bazarına getmişdir. Bazarda tanımadığı və sonradan adının Mikayıl olduğunu bildiyi şəxsin satdığı “Mercedes Benz CLK 230 Mini Kupe” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyəndiyi üçün yaxınlaşmış və Mikayıl maşını 8500 manata satdığını bildirmişdir. Həmin vaxt Vurğun adlı şəxs də həmin maşına yaxınlaşmış və qiymət barədə maraqlanmağa başlamışdır. Onunla söhbət zamanı Vurğunun “VAZ 2107” markalı avtomobilinin olduğunu və Vurğunu həmin maşını ya satmaq, ya da başqa maşınla barter etmək istədiyini bilmişdir. Bundan sonra o, Vurğunu bir kənara çəkmiş və “Mercedes” markalı maşının satan şəxsin qaynatası olduğunu və onunla danışaraq maşınları barter edə biləcəyini demişdir. Vurğun isə ona öz maşınının üstündə 3500 manat pul verə biləcəyini bildirmişdir. Bundan sonra o, Vurğuna biraz gözləməyi bildirmiş və Mikayılın yanına qayıdaraq Vurğunun təklifini ona çatdırmış və Mikayıl onunla razılaşmışdır. Aralarındakı razılaşmaya görə Vurğun ona “VAZ 2107” minik markalı avtomobilə görə baş etibarnamə və 3500 manat pul verməli və Mikayıl isə Vurğuna “Mercedes” markalı avtomobilə görə etibarnamə verməli idi. Bu zaman Mikayıl isə yalandan qalan pulun evdə olduğunu və avtomobilin qalan pulunu birlikdə yaşadığı evə getdikdən sonra verəcəyini bildirmişdir. Onlar razılaşdıqdan sonra birlikdə Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə getmişlər. Ofisdə Vurğun ona baş etibarnamə və 3500 manat pul vermiş və Mikayıl isə kiməsə zəng etdikdən sonra Vurğuna elektron etibarnamə verilmişdir. Bundan sonra o, “VAZ 2107” markalı avtomobillə oradan çıxmış və Mikayıl da onun yanında olmuşdur. Biraz getdikdən sonra 3-cü mikrorayon ərazisində Mikayıldan marketdən siqaret almasını xahiş etmişdir. Mikayıl maşından düşüb marketə daxil olduqdan sonra onu gözləməmiş və maşını sürüb getmişdir. Sonra binalardan birinin həyətində maşını saxlayıb çıxıb getmişdir. Daha sonra o, Vurğundan aldığı pulu isə sonradan online kazinoda oynayıb uduzmuş və sonradan isə Vurğunun onun barəsində şikayət etdiyini öyrənmişdir. Vurğun bir neçə dəfə ona zəng edib onunla görüşmək istədiyini bildirsə də, hər dəfə bir bəhanə ilə onunla görüşməmişdir. Bundan başqa onun, Zərərçəkmiş şəxs1 ilə şəxsi tanışlığı olmamış vəsonuncunun kirayədə yaşadığı binanın ikinci mərtəbəsində yaşadığını bilmişdir. O, Nuranə ilə 2011-ci ildə ailə həyatı qurmuş və həmin nigahdan bir qız övladı, yəni xx.xx.2012-ci il təvəllüdlü X6 dünyaya gəlmişdir. Sonuncu dəfə o, xx.xx.2025-ci il tarixdə saat təxminən 12 radələrində Bakı şəhərinə getmək üçün yaşadığı evdən çıxıb pilləkənlərlə həyətə düşən zaman ikinci mərtəbədə olan elektrik sayğacının üzərində olan bir ədəd açar diqqətini cəlb etmişdir. Bundan sonra həmin açarın dəhlizdəki mənzillərdən birinə məxsus olduğunu fikirləşdiyi üçün ilk əvvəl pilləkənlə həyətə düşərkən sol tərəfdə yerləşən 5 nömrəli mənzilin qapısını döymüş, qapını heç kim açmamış və açarı götürüb qapının açar yuvasına saldıqda qapı açılmışdır. Bundan sonra mənzilə daxil olan zaman mənzilin qonaq otağında olan televizoru və altlığını götürüb yaşadığı evin giriş qapısının qarşısına gəlmişdir. O, qapını döymüş və Nuranə qapını açmışdır. Bundan sonra o, Nuranəyə aşağıdakı mənzildən televizor oğurladığını bildirmiş və onlar televizoru köməkləşib içəri keçirmişlər. Daha sonra Nuranəyə kənar şəxslər gəldiyi təqdirdə ona məlumat verməsi üçün gözləməyi tapşırmış və yenidən Emilyaya məxsus mənzilə daxil olmuşdur. Bundan sonra mənzilin dəhlizindəki termonun içərisində və ətrafında olan üç ədəd saç qurudan feni, iki ədəd qol saatlarını və bir neçə ədəd gümüş metaldan hazırlanmış qolbağı, üzük, sırğa, boyunbağıdan ibarət zinyət əşyalarının götürmüşdür. Mənzildən başqa qiymətli əşya tapa bilməmiş və Nuranənin yanına gəlmişdir. Oğurladığı digər əşyaları da evə qoymuş, Nuranəyə heç yerə getməməyini və oğurluq etməsi barədə heç kimə məlumat verməməsini və qapını heç kimə açmamasını tapşıraraq evdən çıxıb Bakı şəhərinə getmişdir. Sonradan bacanağı Zülfüqarla görüşmüş və sonuncuya oğurluq hadisəsi barədə məlumat vermişdir. Zülfüqar televizoru ona satmağını təklif etmişdir. Aralarında razılığa gəldikdən sonra o, taksi avtomobili ilə yaşadığı evin qarşısına gəlmiş və avtomobildə gözləmişdir. Zülfüqar yaşadığı evə qalxaraq televizoru götürüb yanına gəlmiş, həmçinin Nuranə də digər oğurladığı əşyaları özü ilə gətirmişdir. Bundan sonra Zülfuqarın yaşadığı Abşeron rayonu, Masazır qəsəbəsi ərazisinə getmişlər. O, televizoru Zülfuqara 50 manata satmış və əldə etdiyi pulla tanımadığı şəxsdən şəxsi istifadəsi üçün narkotik vasitə alaraq istifadə etmişdir. Digər oğurladığı əşyalardan bir ədəd feni Zülfuqara, zinyət əşyaları, qol saatlarını Nuriyyəyə vermiş və fenin bir ədədi isə Nuranədə qalmışdır. Bundan sonra olanlardan məlumatı olmamışdır. Daha sonra təqsirləndirilən şəxs X16 əməlindən peşman olmasını və himayəsində xəstə anasının olmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs, eyni zamanda mülki cavabdeh Təqsirləndirilən şəxs mülki iddiaçı Zərərçəkmiş şəxs1 iddia tələbini qəbul etmədiyini bildirmiş və mülki iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, “VAZ 2107” minik markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili hadisədən təxminən üç ay əvvəl almışdır. Həmin avtomobili öz adına keçirməmiş və etibarnamə əsasında idarə etmişdir. xx.xx.2024-cü il tarixdə səhər saatlarında avtomobilini satmaq və başqa maşın almaq üçün Sumqayıt şəhərinin girişində yerləşən maşın bazarına gəlmiş və gün ərzində bazarı gəzərək müxtəlif maşınlara baxmışdır. Təxminən saat 18 radələrində bazarda “Mercedes Benz CLK 230 Mini Kupe” markalı, **-FG-*** dövlət qeydiyyat nişanlı avtomobili bəyənmiş və həmin maşına yaxınlaşmış, avtomobildə iki nəfərin əyləşdiyini görmüşdür. Avtomobildə əyləşən Mikayıl adlı şəxs yanındakı şəxsi təqdim etmiş və yeznəsi Fərhad olduğunu bildirmişdir. O Mikayıldan maşının qiymətini soruşmuş və sonuncu maşını 8000 manata satdığını bildirmişdir. O, Mikayıla “VAZ 2107” minik markalı avtomobili olduğunu və əgər istəsə maşınları barter etməyi təklif etmişdir. Bundan sonra Fərhad onunla birlikdə gəlib dediyi maşına baxmış, həmçinin yoxlamaq üçün sürmüşdür. Daha sonra Onlar Mikayılın yanına qayıtmışlar. Yanlarında olan əmisi Elbrus Hüseynov və qardaşı Ruslan da “Mercedes” markalı avtomobilə baxmışlar. Bundan sonra Mikayıl və Fərhada maşınları dəyişmək üçün 3500 manat pul təklif etmiş, Fərhad 4500 manat pul istəsə də artıq pulunun olmadığını bildirmişdir. Bundan sonra Fərhad və Mikayıl öz maşınlarında əyləşmiş, bir az məsləhətləşdikdən sonra onların yanlarına qayıtmışlar. Bundan sonra onlar aralarında razılığa gəlmişlər. Həmin razılığa əsasən həmin şəxslərə 3500 manat pul və idarə etdiyi “VAZ 2107” minik markalı avtomobili barter edəcəyinə söz vermişdir. Onlar razılaşdıqdan sonra birlikdə Mikayılın satdığı maşınla Sumqayıt şəhəri, 3-cü mikrorayon ərazisində yerləşən 4 saylı notariat ofisinə getmişlər və əmisi isə onun maşınımın yanında qalmışdır. Orada Mikayıl şəxsiyyət vəsiqəsinin şəklini çəkərək kiməsə göndərmiş və bir neçə dəqiqədən sonra Mikayıl ona online qaydada etibarnamə verildiyini telefonunda göstərmişdir. O, etibarnamə verildiyini dəqiqləşdirdikdən sonra Mikayıldan kimə etibarnamə verəcəyini soruşmuşdur. Mikayıl isə Fərhada etibarnamə verəcəyini bildirmişdir. Bundan sonra Fərhad üzərini yoxlayaraq şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, maşın bazarına qayıtmağı və vəsiqəsini orada olan dostundan götürmək lazım olduğunu bildirmişdir. Buna görə onlar birlikdə maşın bazarının yaxınlığında yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinin yanına gəlmişlər. Orada Fərhad dostu ilə danışdıqdan sonra vəsiqəsini götürə bilməyəcəyini, telefonunda şəxsiyyət vəsiqəsinin şəklinin olduğunu və bununla etibarnamə ala biləcəyini bildirmişdir. Eyni zamanda Fərhad ona əmisinin maşınla notariusun qarşısına gəlməsinin zəruri olduğunu demiş, buna görə də əmisinə zəng etmiş və maşını 4 saylı notariusun qarşısına gətirməsini xahiş etmişdir. Əmisi maşını bazardan çıxardıqdan sonra arxalarınca maşını notariusun qarşısına sürmüşdür. Notairusda Mikayılın yanında Fərhada baş etibarnamə və 3500 manat pul vermişdir. Bundan sonra Fərhad və Mikayıl “VAZ 2107” minik markalı maşına, onlar isə “Mercedes” minik markalı maşına əyləşmişlər və oradan çıxıb getmişlər. Təxminən 15 dəqiqədən sonra Mikayıl ona zəng edərək notariusa qayıtmağını və verdiyi etibarnaməni ləğv etdirəcəyini bildirmişdir. O, bunun səbəbini soruşa zaman Mikayıl Fərhadın onu aldatdığını, ona pul vermədiyini, su almaq üçün onu maşından düşürtdükdən sonra çıxıb getdiyini bildirmişdir. O, notariusa gəldikdən sonra Mikayıl bir daha Fərhadın onu aldadaraq maşını götürüb getdiyini və ona pul vermədiyini bildirmişdir. Eyni zamanda Mikayıl kiminləsə danışmış və ona verilmiş etibarnamənin ləğv edilməsini xahiş etmişdir. Bundan sonra DİN-nin 102 xidmətinə hadisə barədə məlumat vermiş və olduqları ünvana polis əməkdaşları gəlmişlər. Bundan sonra o, polis əməkdaşları ilə birlikdə 3-cü PB-nə getmiş, orada ərizə və izahat yazaraq baş verənləri bildirmişdir. Bu müddət ərzində ona “Mercedes” minik markalı avtomobilə görə verilmiş etibarnamə ləğv edilmişdir. Bu səbəbdən “Mercedes” minik markalı avtomobilin açarlarını polis bölməsinə təqdim etmiş və onunla əlaqə saxlanacağı bildirilmişdir. Həmin gün təxminən saat 23 radələrində polis bölməsindən ona zəng gəlmiş, maşının tapıldığı bildirilmiş və deyilən ünvana gəlməyini istəmişlər. O, deyilən ünvana getmiş və maşınının notarius ofisinin yaxınlığındakı binaların həyətində olan dayanacaqda olduğunu görmüşdür. Bundan sonra o, maşını evakuator vasitəsi ilə rayona göndərmiş və özü isə Bakı şəhərində qalmışdir. O, səhəri 3-cü PB-nə gəlmiş və “Mercedes” minik markalı avtomobilin buraxıldığını görmüşdür. Bundan sonra o, Fərhadla əlaqə saxlamış və onunla görüşmək istədiyini bildirmişdir. Fərhad da razılaşmışdır. O, Fərhada Sumqayıt şəhərində yerləşən “Dörd Qardaş” restoranının arxa tərəfinə gəlməsinin bildirmiş, həmin ünvana getmiş və Fərhada zəng çatmamışdır. Halhazırda təqsirləndirilən şəxsdən şikayətçidir və ona dəymiş ziyanı tələb edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, o, övladları ilə birlikdə ünvan 3 ünvanında yaşayır. xx.xx.2025-ci il tarixdən bir neçə gün əvvəl qızı Humay yaşadıqları mənzilin açarını itirmişdir. Onlar bundan sonrakı olan şənbə və bazar günləri yaşadıqları evdə olmuşlar. xx.xx.2025-ci il tarixdə onun övladları məktəbə gedərkən qızının açarı itirməsini bilmişdir. İşdən qayıtdıqdan sonra açarı axtarmasını fikirləşmişdir. Bundan sonra övladları dərsə, özü isə işə getmişdir. Həmin gün saat təxminən 14-15 radələrində oğlu Rəvan ona zəng vurmuş və yaşadıqları evdən oğurluq olduğunu bildirmişdir. Bundan sonra o, dərhal yaşadığı evə gəlmişdir. Həmin vaxt mənzilə baxmış və mənzildən müxtəlif əşyalarının oğurlandığını müəyyən etmişdir. Həmin əşyalardan xatırladıqlarının siyahısını polisdə verdiyi ifadəsində bildirmişdir. Mənzilin hər hansı hissəsində sındırılma, dağıdılma izləri olmamış, mənzilin açarlarını tapmış şəxs mənzilin qapısını açarla açaraq içəri daxil olub oğurluq etmişdir. Daha sonra o, şikayət ərizəsi ilə polisə müraciət etmiş, oğurluq hadisəsini törətmiş şəxs və ya şəxslərin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb edilməsini xahiş etmişdir. Bundan əlavə Zərərçəkmiş şəxs1 məhkəməyə mülki iddia ilə müraciət edərək Təqsirləndirilən şəxs və arvadı X7 mülki cavabdeh qismində tanınmasını, mülki iddiaının icraata qəbul olunmasını, Təqsirləndirilən şəxs və arvadı X5 vurulmuş ziyan üzrə 1641 manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun tutulub ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası Təqsirləndirilən şəxs münasibətdə icraata qəbul edilmiş və sonuncu mülki cavabdeh kimi tanınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid1 ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə Sumqayıt şəhər sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə əməliyyat qrupu yaradılmışdır. Keçirilən tədbirlər nəticəsində Həmin gün saat 22:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsin yerləçən “Lukoil” yanacaq doldurma məntəqəsinin yaxınlığında Təqsirləndirilən şəxs və Exram Kəlbiyevi saxlayaraq Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinə dəvət etmişlər. Özlərini təqdim edərək onların narkotik vasitələrin istifadəsi və daşıması ilə bağlı şübhəli şəxs kimi saxlanıldığı bildirmişlər. Onları Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə dəvət etmişlər. Onlar etiraz etməmiş və polis əməkdaşları ilə birlikdə Sumqayıt şəhər polis idarəsinin 5-ci polis bölməsinə gəlmişlər. Bölmənin xidməti otaqların birində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə şəxsi axtarış keçiriləcəyini bildirmişlər, o, buna etiraz etməmiş, ona hüquq və vəzifələri barədə bildiriş, hüquqlarının müdafiəsi üçün müdafiəçi təqdim olunmuşdur. O, vəkilə etiraz etməmiş. Daha sonra isə videoçəkiliş ilə üzərinə şəxsi axtarış keçiriləcəyini bildirərək üzərində qanunla qadağan edilmiş əşyanın olub olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməyi təklif etmişlər. Bundan sonra o, əynində olan şalvarın cibində saxlamış olduğu bir ədəd bükümü çıxardaraq polis əməkdaşlarına təqdim etmişdir. Aşkar olunmuş büküm polis əməkdaşları tərəfindən açılan zaman içərisində ağ rəngli, kristal şəkilli, psixotrop maddə olan metamfetaminə bənzər maddənin olduğu müəyyən olunmuşdur. Sorğu zamanı aşkar olunan maddənin psixotrop maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2024cü il tarixdə Bakı şəhəri 20 Yanvar metrosu yaxınlığında olan zaman tanımadığı bir şəxsdən 15 manata şəxsi istifadəsi üçün aldığını və üzərində gəzdirdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş maddə üzərində olan çəkilmiş, sonra isə müvafiq qaydada qablaşdırılaraq möhürlənmiş, bu barədə protokol tərtib olunmuş və imzalanmışdır. Saxlanılarkən və ya daha sonra ona qarşı polis əməkdaşları tərəfindən hər hansı təsir və ya təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkilləri Şahid3 və Şahid2 digər Şahid1 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişlər ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən şahid Sumqayıt ŞPİ-nin 5-ci Polis Bölməsinin əməliyyat müvəkkili Şahid4 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş şahidlər Şahid1, Şahid3 və Şahid2 ifadəsinə oxşar eyni məzmunlu ifadə verərək göstərmişdir ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir bükümdə olan maddəni təqdim edərək həmin maddənin psixotrop maddə metamfetamin olmasını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 onun qızıdır. O, ünvan 3 ünvanında övladları ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə günorta nəvəsi Rəvan zəng vuraraq yaşadıqları evdən oğurluq olduğunu bildirmişdir. O, bundan sonra oraya gəlmiş və mənzildən televizorun, həmçinin qol saastlarının, zinət əşyalarının və digər əşyaların oğurlandığını müəyyən etmişdir. O, oğurluq hadisəsinin hansı şəraitdə baş verməsi ilə maraqlanmış, onun qızı və ailə üzvüləri nəvəsi Humayın evin giriş qapısının açarını itirdiyini, həmin gün, yəni xx.xx.2025-ci il tarixdə saat 08 radələrindən saat 14 radələrindək qızının işdə, nəvələrinin isə məktəbdə olmasından istifadə edən naməlum şəxs və ya şəxslərin mənzilin qapısını açarla açaraq içəriyə daxil olmuşlar və mənzildən oğurluq etdiklərini bildirmişlər. Həmin vaxt mənzilə nəzər yetirdikdə mənzilin hər hansı hissəsində sındırılma, dağıdlma izlərinin olmadığını görmüş, buna görə də məzilin açarını tapmış şəxsin mənzildən oğurluq etdiyini fikirləşmişdir. O, bu barədə hadisə yerinə gəlmiş polis əməkdaşlarına da məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, Vurğun Həsənovu əvvəllər tanımamış və ilk dəfə onu xx.xx.2025-ci il tarixdə görmüşdür. Onun tanışı və iş yoldaşı olan Rövnəq ondan sonuncuya məxsus “** FG ***” dövlət qeydiyyat nişanlı, “Mercedes Benz CLK 230Kupe” minik markalı avtomobili Sumqayıt şəhərində yerləşən Maşın Bazarına aparıb satmasını xahiş etmişdir Bundan sonra o, Rövnəqin xahişi ilə həmin avtomobili Sumqayıt şəhərində yerləşən maşın bazarına gətirmişdir. Təqsirləndirilən şəxs ona yaxınlaşaraq maşına baxmış, ondan maşının qiymətini soruşmuş, bundan sonra o, Fərhada avtomobili 8500 manata, daha sonra endirim edərək 8100 manata satmaq istədiyini bildirmişdir. Daha sonra Fərhad bir nəfərin özünə məxsus “VAZ 2107” markalı avtomobili satdığını və o, satdığı avtomobili almaq istədiyini, həmin şəxslə satdığı “VAZ 2107” markalı avtomobili alması ilə bağlı aralarında razılığa gəldiklərini bildirmişdir. Daha sonra Fərhad onun tərəfindən “Vaz 2107” markalı avtomobilin sahibinə etibarnamə verilməsini, onlar alqı-satqı prosesini həyata keçirdikdən sonra, Fərhadla onun yaşadığı evə getməyini, orada avtomobilin pulunu ona ödəməsini təklif etmişdir. O, bununla razılaşmışdır. O, daha sonradan adının öyrəndiyi “Vaz 2107” markalı avtomobilin sahibi Hüseynov X8 birlikdə satdığı avtomobilin yanına gəlmiş, Vurğun avtomobilə baxıb bəyənmışdir. Onlar birlikdə Sumqayıt şəhəri 4-cü mikrorayon ərazisində yerləşən Notariat kontoruna getmişlər. Orada tanışı Rövnəq onlayn qaydada “Mercedes” markalı avtomobilə dair Vurğuna sərəncam vermə barədə etibarnamə vermiş, bundan sonra Vurğun da Fərhada “Vaz 2107” markalı avtomobilə dair etibarnamə vermişdir. Bundan sonra isə Vurğun yanında Fərhada 3500 manat pul vermişdir. Bundan sonra Fərhadin onun pulunu verməsi üçün onlar birlikdə “Vaz 2107” markalı avtomobillə Fərhadın yaşadığı evə getmişlər. Notariat kontorunun yaxınlığında yerləşən “Tam store” adlı marketin yanına çatan zaman Fərhad ondan siqaret istəmiş və o, siqaretinin olmadığını bildirmişdir. Bundan sonra Fərhad ona 10 manat pul vermiş, marketdən ona və özünə siqaret almasını xahiş etmişdir. Bundan sonra o, avtomobildən düşüb siqaret almaq üçün marketdə getmişdir. Geri qayıdan zaman isə Fərhadın orada olmadığını və avtomobili idarə edərək çıxıb getdiyini görmüşdür. Bundan sonra ilk əvvəl avtomobilin sahibi Rövnəqə zəng vuraraq hadisə barədə ona məlumat vermişdir. Daha sonra o, notariat ofisinə qayıtmışdır. O, Fərhad və Vurğunun mobil nömrələrini əldə edərək onlara zəng etmiş, Fərhad onun zənglərinə cavab verməsə də, o, Vurğunla danışmışdır. Bundan sonra Rövnəq Vurğuna verdiyi etibarnaməni ləğv etdirmiş, daha sonra izahatının alınması üçün Sumqayıt şəhər Pİ-nin 3-cü PB-nə dəvət edilmişdir. O, bölmədə Vurğunun şikayət etdiyini öyrənmiş və ona məlum olan hallar üzrə izahat vermişdir. O, satışla bağlı Vurğunla danışmamışdır. O, təkcə Fərhadla danışmış və Vurğunla Fərhad arasında olan danışıqdan məlumatı olmamışdır. Vurğuna Fərhadı kürəkəni kimi təqdim etməmiş və onun hansı səbəbdən bu cür ifadə verməsinin səbəbi ona məlum deyil. O, Fərhadla aralarındakı razılaşmaları barədə Zərərçəkmiş şəxs2 məlumat verməmişdir. Zərərçəkmiş şəxs2 ona verilmiş etibarnamənin ləğv edilməsi barədə məlumat verdikdə, o pulu və avtomobilini geri qaytarmasını tələb etmiş, əks təqdirdə barəsində şikayət edəcəyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid5 Eldıniz oğlunun ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o məhkəmə iclasında ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsinə oxşar, eyni məzmunlu ifadə vermişdir. Cinayət işinin 1-ci cild 118-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 1-ci cild 162-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Sumqayıt ŞPİ-nin müvəqqəti saxlama yerindən azad edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 1-ci cild 236-cı vərəqəsində olan xx.xx.2025-ci il tarixli axtarışda olan şəxsin gətirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 16:30 radələrində saxlanılaraq Sumqayıt ŞPİ 3-cü Polis Bölməsinə gətirilmişdir. Cinayət işinin 2-ci cild 50-54-cü vərəqələrində olan Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 21 iyun 2025-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 1-ci cild 127-ci vərəqəsində olan “şəxsi axtarış və götürmə haqqında” xx.xx.2024-cü il tarixli protokoldan və protokola əlavə edilmiş bir ədəd diskdə olan video görüntülərdən görünür ki, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın cibində saxladığı bir ədəd şəffaf sellofan bükümdə olan maddəni təqdim edərək pixotrop maddə olan metamfetamin olmasını bildirmiş, həmin maddə elektron tərəzidə çəkilərkən bükümü ilə birlikdə çəkisinin 0,61 qram olması müəyyən olunmuşdur. Cinayət işinin 1-ci cild 139-140-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 6/4662 saylı məhkəmə kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs: (imza) M.Fərhad...” yazıları olan bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,448 qram olan ağ rəngli, kristallik maddə kütləsi kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: Metafetaminin ümümi təmiz çəkisi 0,448 qram, tədqiqata sərf edildi 0,05 qram, qalıq 0,398 qram. Cinayət işinin 1-ci cild 138-ci vərəqəsində olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, ekspertiza xərci müvafiq olaraq 80 (səksən) manat təşkil edir. Cinayət işinin 2-ci cild 121-122-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Ambulator X2 ekspert komissiyasının xx.xx.2025-ci il tarixli, 2568 nömrəli rəyindən görünür ki, , Təqsirləndirilən şəxs psixostimulyatorlardan istifadə etmə halları istisna olunmur. Lakin, hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin 2-ci cild 115-120-ci vərəqələrində olan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdraəsinin xx.xx.2025-ci il tarixli, 25/486 saylı məhkəmə daktiloskopik ekspertizasının rəyindən görünür ki, xx.xx.2025-ci il tarixdə, Zərərçəkmiş şəxs2 məxsus, “Vaz 2107” markalı, ** OM *** d.n.n-lı avtomaşına baxış keçirilməsi zamanı avtomaşının müayinəsi zamanı götürülmüş 01 ədəd əl-barmaq izi şəxsiyyətin eyniləşdirilməsi üçün yararlıdır. Şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan 01 ədəd əl izi xx.xx.1988-ci il tarixdə Xaçmaz rayonunda anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmişdir. Cinayət işinin 2-ci cild 105-ci vərəqəsində olan “Gold Qayalı” Ticarət Mərkəzinin xx.xx.2025-ci il tarixli məktubunda sorğu edilən əşyaların 2025-ci ilin yanvar ayına pərakəndə satış qiymətlərinin (dəyərlərinin) aşağıdakı kimi müəyyən edildiyi göstərilmişdir.- 01 (bir) ədəd 120 dioqonal, “Arçelik” markalı televizor - 700 (yeddi yüz) manat; 01 (bir) ədəd “Swatch” markalı qadın qol saatı - 150 (bir yüz əlli) manat; 01 (bir) ədəd “Casio” markalı qadın qol saatı - 75 (yetmiş beş) manat; 02 (iki) ədəd saç qurudan fen - ; 01 (bir) cüt metal rəngli sırğa - 01 (bir) manat; 01 (bir) cüt metal rəngli, dairəvi formalı sırğa - 04 (dörd) manat; 01 (bir) cüt üzərində iki ədəd yaşıl rəngli, dairəvi formalı düymələrə bənzər qaşları olan sırğa - 02 (iki) manat; 01 (bir) cüt üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli sırğa və 01 (bir) ədəd üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli klon - 07 (yeddi) manat; 01 (bir) cüt metal rəngli, dörd künc sırğa - 01 (bir) manat; 01 (bir) cüt metal rəngli, üzərində açıq yaşıl rəngli qaşı olan sırğa - 01 (bir) manat. Cinayət işinin 1-ci cild 167-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli maddi sübut kimi tanıma haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş və ekspertiza tədqiqatından sonra qalmış 0,398 qram çəkidə psixotrop maddə olan metamfetamin maddi sübut kimi tanınaraq saxlanılması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi barədə görüntüləri özündə əks etdirən 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 2-ci cild 123-145-ci vərəqələrində olan xx.xx.2025-ci il tarixli sübutların qiymətləndiirlməsi haqqında qərardan görünür ki, “Vaz 2107” markalı, ** OM *** dövlət qeydiyyat nişanlı avtomaşının müayinəsi zamanı götürülmüş 01 ədəd şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmiş əl izi maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə olunmuşdur. ünvan 3 ünvanında yerləşən mənzildən oğurlanmış, sonradan isə götürülmüş 01 (bir) cüt metal rəngli sırğa, 01 (bir) ədəd metal rəngli, dairəvi formalı sırğa, 01 (bir) ədəd üzərində iki ədəd yaşıl rəngli, dairəvi formalı düymələrə bənzər qaşları olan sırğa, 01 (bir) cüt üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli sırğa, 01 (bir) ədəd üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli klon, 01 (bir) cüt metal rəngli, dörd künc sırğa və 01 (ədəd) metal rəngli, üzərində açıq yaşıl rəngli qaşı olan sırğa maddi sübut kimi tanınaraq, cinayət işinin nəticəsinə qədər saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. Cinayət işinin 1-ci cild 169-171-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə tərtib olunmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək, həmin Məcələnin 67.1, 178.1, 180.2.1 və 180.2.2-ci maddələrinə əsasən ilə təqsirli bilinərək həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli hökmü dəyişdirilmədən saxlanılmış, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə o təyin olunmuş cəzanın 06 ay 22 gün hissəsindən vaxtından əvvəl şərti olaraq azad olunmuş və xx.xx.2021-ci il tarixdə cəza müddəti başa çatdığı üçün qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 1-ci cild 181-185-ci vərəqələrində olan Sumqayıt Şəhər Məhkəməsinin 30 oktyabr 2018-ci il tarixli, 1(060)-424/2018 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, həmin Məcəllənin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrumetmə cəzasına Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə təyin edilmiş 06 (altı) il müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 01 (bir) il 01 (bir) ay 04 (dörd) gün hissəsi qismən birləşdirilmiş, Təqsirləndirilən şəxs 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə, cəzaçəkmə müddətinin başlanğıcı 31 iyul 2018-ci il tarixdən hesablanmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə olan metamfetamini əldə etmə, saxlama və daşıma, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli talamaqla oğurluq etməsi, həmçinin təkrarən etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə dələduzluq etmə cinayətlərini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə - özünün etirafı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspert rəyləri, şəxsi axtarış zamanı qeydə alınmış video görüntülər və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Onun əməli Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş, o həmin maddələrin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-in 44.2.4-cü maddəsinə müvafiq olaraq, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs barəsində ittiham hökmü çıxarılmalı və ona Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələrinin sanksiyası həddində ədalətli cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-in 177.2.1 və 177.2.3-cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, qabaqcadan əlbir olan bir qrup şəxs halında, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 178.2.2-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan suiistifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar törədildikdə — dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmin Məcəllənin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs özünü təqsirli bilməsini cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin etmək məsələsini həll edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, eləcə də cəzanı yüngülləşdirən halı, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində təqsirli bilindiyi Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzaları təyin edilməli, Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplanmaqla ona cəza təyin edilməli, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün təyin olunmuş cəzadan çıxılmaqla üzərində qəti azadlıqdan məhrum etmə cəzası saxlanılmalı, Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin başlanğıcı həbsə alındığı 25 mart 2025-ci il tarixdən hesablanmalı və barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası CPM-in 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası CM-in 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla və ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ekspertiza tədqiqatından sonra qalmış 0,398 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iş üzrə digər maddi sübutlar 01 ədəd disk və şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmiş əl izi cinayət işinin materiallarında saxlanılmalı, həmçinin iş üzrə digər maddi sübut hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılan ünvan 3 ünvanında yerləşən mənzildən oğurlanmış və sonradan götürülmüş 01 (bir) cüt metal rəngli sırğa, 01 (bir) ədəd metal rəngli, dairəvi formalı sırğa, 01 (bir) ədəd üzərində iki ədəd yaşıl rəngli, dairəvi formalı düymələrə bənzər qaşları olan sırğa, 01 (bir) cüt üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli sırğa, 01 (bir) ədəd üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli klon, 01 (bir) cüt metal rəngli, dörd künc sırğa və 01 (ədəd) metal rəngli, üzərində açıq yaşıl rəngli qaşı olan sırğa hökm qanuni qüvvyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, zərərçəkmiş şəxs, eyni zamanda mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilməli, vurulmuş maddi ziyana görə 1625 (min altı yüz iyirmi beş) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilməlidir. Məhkəmə mülki iddianı qismən təmin edərkən zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 məxsus olan və oğurlanmış əşyalardan bir qisminin təqdim edilməsini, onların maddi sübut kimi tanınaraq hazırda Sumqayıt ŞPİ-nin maddi sübutların saxlama kamerasında saxlanılmasını və hökm qanuni qanuni qüvvyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılacağını nəzərə alır. Həmin əşyların verilmiş ittihamda ümumi dəyərinin 16 manat təşkil etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası CPM-in 354.1-ci maddəsinə əsasən məhkəmənin hökmündə mülki iddianın əsaslarının və məbləğinin sübuta yetirilməsindən asılı olaraq aşağıdakı qərarlardan biri əks etdirilir: 354.1.1. iddianın tam və ya qismən təmin edilməsi; 354.1.2. iddianın rədd edilməsi; 354.1.3. iddianın baxılmamış saxlanması. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edə biləcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Məhkəmə həmçinin hesab edir ki, iş üzrə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs2 izah edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. “Müdafiəçilərə (vəkillərə), tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarının 1-ci bəndinə əsasən Azərbaycan Respublikası CPM-in 193.2, 193.4-cü və 194-cü maddələrində və Azərbaycan Respublikası MPM-in 67- 1.1-ci və 67-1.2-ci maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 341-349, 351-353, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 178.2.2 və 234.1-ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona 03 (üç) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 20 sentyabr 2024-cü il tarixdən 22 sentyabr 2024-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət təyin olunmuş cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 25 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Sumqayıt Şəhər Polis İdarəsinin maddi sübutların saxlama kamerasında saxlanılan iş üzrə maddi sübut, keçirilmiş ekspertiza tədqiqatından sonra qalmış 0,398 qram kustar üsulla hazırlanmış psixotrop maddə olam metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi bir ədəd şəxsiyyətin eyniləşdirilməsi üçün yararlı olan Təqsirləndirilən şəxs sağ əlinin şəhadət barmağının əksi ilə eynilik təşkil etmiş əl izi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış 01 (bir) cüt metal rəngli sırğa, 01 (bir) ədəd metal rəngli, dairəvi formalı sırğa, 01 (bir) ədəd üzərində iki ədəd yaşıl rəngli, dairəvi formalı düymələrə bənzər qaşları olan sırğa, 01 (bir) cüt üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli sırğa, 01 (bir) ədəd üzərində ağ rəngli, dairəvi qaşları olan, metal rəngli klon, 01 (bir) cüt metal rəngli, dörd künc sırğa və 01 (ədəd) metal rəngli, üzərində açıq yaşıl rəngli qaşı olan sırğa hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs1 qaytarılsın. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci cəmi – 80 (səksən) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X4, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) hesabına köçürülsün. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 mülki iddiası qismən təmin edilsin. vurulmuş maddi ziyana görə 1625 (bir min altı yüz iyirmi beş) manat, ödənilmiş dövlət rüsumuna görə 30 (otuz) manat məbləğində pul vəsaiti təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs1 ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. İş üzrə vurulmuş zərərin ödənilməsi ilə bağlı mülki mühakimə icraatı qaydasında məhkəməyə müraciət etmək hüququnun olması Zərərçəkmiş şəxs2 izah edilsin. Təqsirləndirilən şəxsə göstərilmiş hüquqi xidmətə görə Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 20 saata görə 220 (iki yüz iyirmi) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə xüsusi müsadirə olunmalı əmlak yoxdur. Hökmdən elan olunandan (həbsdə olan təqsirləndirilən şəxsə təqdim edildiyi gündən) 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov
Məhkəmə qərarları › İş №1(060)-441/2025
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-441/2025
19.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver