Məhkəmə qərarları › İş №1(060)-442/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-442/2022

31.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-442/2022 31.10.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs, Müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin binasında xx.xx.1982-ci ildə Füzuli rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, işsiz, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-456/2020 saylı, xx.xx.2020ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-834/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmış, məhkumluğu olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2anında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 68,422 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı əldə edib 13,464 qramını üstündə saxlamaqla daşımış, 54,958 qramını idarə etdiyi İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilin sürücü oturacağının altında saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Sülh küçəsi, Novxanı Sumqayıt şosesi yol kənarında yerləşən “Freqat” restoranının qarşısında idarə etdiyi İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç yan cibindən bir ədəd şəffaf sellofan torbada 13,464 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüş, eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda sürücünün oturacağının altında saxladığı bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 54,958 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana polis əməkdaşları tərəfindən aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatdadır, ünvan 4yır. Əvvəllər məhkum olunmuş, sonuncu dəfə Binəqədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2021-ci tarixdə cəzanın sonu ilə azad edilmişdir. Özü narkotik alüdəçisidir, 1999-cu ildən narkotik vasitə olan qurudulmuş marixuanadan yandırıb tüstüsünü çəkmək yolu ilə qəbul edir. xx.xx.2022ci il tarixdə Yevlax rayonunda olarkən tanımadığı şəxsdən istifadə etmək üçün 300 (üç yüz) manata narkotik vasitə olan marixuana almışdır. xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsi, Novxanı Sumqayıt şosesi yol kənarında yerləşən “Freqat” restoranının qarşısı ilə idarə etdiyi dostu X1 məxsus İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə hərəkətdə olarkən polis əməkdaşlarının saxla işarəsi ilə avtomobili saxlamış, polis əməkdaşları yaxınlaşıb özlərini təqdim etdikdən sonra polis əməkdaşları qanunsuz olaraq narkotik vasitə əldə etmə, qəbul etmə, saxlama və gəzdirməklə şübhəli olduğu üçün onu saxladıqlarını bildirdirmiş və müvafiq sənədləşmə aparılması və üstünə şəxsi axtarış keçirilməsi üçün onu Sumqayıt ŞPİ-nin 1-ci Polis Bölməsinə dəvət etmişlər. Həmin vaxt avtomobildə Həcər Həsənova da olmuşdur. O, buna etiraz etməmiş və Həcər Həsənova ilə birlikdə 1-ci PB-nə getmişlər. Bölmədə öz istəyi ilə Sumqayıt Regional Vəkil Bürosundan dəvət edilmiş müdafiəçi Vüsal Mirzəyevin iştirakı ilə ona üstündə hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qadağan olunmuş əşya varsa təqdim etməsi təklif olunmuşdur. O da bundan sonra əynində olan qara rəngli gödəkçənin iç yan cibindən bir ədəd şəffaf sellofan torbacıqda narkotik vasitə olan qurudulmuş marixuananı çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sorğu zamanı polis əməkdaşlarına bildirmişdir ki, həmin narkotik vasitəni Yevlax rayonu ərazisində tanımadığı şəxsdən 300 (üç yüz) manata almış, həmin narkotik vasitənin bir qismini də idarə etdiyi avtomobildə saxlamışdır. Sonra onun iştirakı ilə polis əməkdaşları tərəfindən idarə etdiyi avtomobildə sürücünün oturacağının altında saxladığı şəffaf sellofan torbada olan marixuana da aşkar olunaraq götürülmüşdür. Əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 4yan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi, istifadə etməsi barədə daxil olmuş məlumatı yoxlamaq məqsədi ilə Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşları ilə birlikdə əməliyyat qrupu yaradaraq tədbirlər keçirmişlər. Keçirilən tədbirlər nəticəsində xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt şəhəri, Novxanı Sumqayıt şossesi, Sahil küçəsində yerləşən “Freqat” adlı restoranın qarşısında Təqsirləndirilən şəxs idarə etdiyi İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobili saxlamışlar, ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirmişlər və Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişlər. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi məqsədilə Polis Bölməsinə Sumqayıt Regional Vəkil Bürosunun vəkili X2 dəvət etmişlər, şəxsi axtarış keçirilməmişdən əvvəl isə saxlanılan Təqsirləndirilən şəxs hüquq və vəzifələrini izah etdikdən sonra Bölmənin inzibati otaqlarının birində videoçəkilişlə üzərinə şəxsi axtarış keçirəcəklərini və üzərində qeyri qanuni nə varsa təqdim etməsini bildirmişlər. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç yan cibindən bir ədəd şəffaf sellofan torbada spesifik iyə malik bitki tərkibli kütləni çıxardaraq təqdim etmişdir Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirmişlər, Təqsirləndirilən şəxs avtomobilin sürücü oturan oturacağının altında saxladığı şəffaf sellofan torbada spesifik iyə malik bitki tərkibli kütləni çıxardaraq təqdim etmiş, sorğu zamanı bildirmişdir ki, hər iki kütləni birlikdə Yevlax rayonunda tanımadığı bir şəxsdən 300 (üç yüz) manata almışdır. Həmin bükümdəki kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş və həmin kütlə ayrılıqda kağız zərfdə qablaşdırılaraq möhürlənərək götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis baş serjantı Şahid2 və Sumqayıt ŞPİ-nin 1-ci PB-nin cinayət axtarış üzrə kiçik əməliyyat müvəkkili, polis serjantı Şahid3 da Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkarlanaraq götürülməsini özündə əks etdirən bir ədəd CD Compact diskə baxış keçirilmişdir. Həmin görüntülərdən müəyyən olunur ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat 20:00 radələrində Sumqayıt ŞPİ-nin 1-ci PB-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Sumqayıt şəhəri, Sülh küçəsi, Novxanı Sumqayıt şosesi yol kənarında yerləşən “Freqat” restoranının qarşısında idarə etdiyi İnfıniti QX 70 markah **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə saxlanılaraq, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət edilmiş və xidməti otaqların birində videoçəkilişlə onun üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkçənin iç yan cibindən bir ədəd şəffaf sellofan torbada spesifik iyə malik bitki tərkibli kütləni çıxardaraq təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümdəki kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmişdir. Həmin kütlənin çəkisinin 14,30 qram olması müəyyən olunmuş, “panasonik” markah video kamera ilə görüntüsü qeydə alınmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs idarə etdiyi İnfıniti QX 70 markalı **-TV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobilə baxış keçirilmiş, Təqsirləndirilən şəxs avtomobilin sürücü oturan oturacağının altında saxladığı şəffaf sellofan torbada spesifik iyə malik bitki tərkibli kütləni çıxardaraq təqdim etmiş, sorğu zamanı bildirmişdir ki, hər iki kütləni birlikdə Yevlax rayonunda tanımadığı bir şəxsdən 300 (üç yüz) manata almışdır. Həmin bükümdəki kütlə üzərində olan sellofanla birlikdə elektron tərəzi vasitəsi ilə çəkilmiş, kütlənin çəkisinin 58 qram olması müəyyən olunmuş, “panasonik” markalı video kamera ilə görüntüsü qeydə alınmışdır. Həmin bükümlər cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı Bağırlı Təqsirləndirilən şəxs Ələkbər oğlu tərəfindən ayrı ayrılıqda qablaşdırılmış, möhürlənərək götürülmüş, bu barədə ayrı ayrılıqda protokollar tərtib olunmuş, protokollar ucadan oxunmuş, digər iştirakçılar ilə birlikdə imzalamışlar. İş materiallarında olan məhkəmə bioloji ekspertizasının xx.xx.2022-ci il tarixli 7/204 saylı rəyindən göründüyü kimi, tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli şəxs...” yazılar və imzalar olan 1 saylı kağız paketdə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 13,464 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “ Şübhəli şəxs...” yazılar və imzalar olan 2 saylı kağız paketdə bir ədəd şəffaf sellofan torbada təmiz çəkisi 54,958 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Təqdim olunmuş 1 saylı və 2 saylı kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidir. Qeyd: marixuananın təmiz çəkisi - 13,464 qram (1№-li ob.), 54,958 qram (2№-li ob.), tədqiqata sərf edildi hər obyektdən - 0,02 qram, qalıqlar - 13,444, 54,938 qram. İş materiallarında olan məhkəmə-narkoloji ekpsertizasının xx.xx.2022-ci il tarixli 1248 saylı rəyində göstərilmişdir ki, müayinə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə iş üzrə dindirilmiş təqsirləndirilən şəxsin, şahidlərin ifadələri ilə yanaşı, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq, cinayət işinin materiallarında olan ekspert rəylərini də sübut növü kimi qəbul edir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 13,464 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 13,444 qram və onun idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ilkin çəkisi 54,958 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 54,938 qram narkotik vasitə qurudulmuş marixuana cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışın aparıldığı video görüntüləri özündə əks etdirən 01 ədəd CD formatlı disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il şübhəli şəxs qimsində tutulmuş, xx.xx.2022-ci il tarixdə MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan "xxxx" MTK tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. Oş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağı vardır (xx.xx.2008-ciil təvəllüdlü Özcan Təqsirləndirilən şəxs oğlu). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən, Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmündən və Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)- 834/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 1(001)-456/2020 saylı, xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 7(007)-834/2021 saylı, xx.xx.2021-ci il tarixli qərarı ilə “8 Noyabr – Zəfər günü münasibəti ilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 5 noyabr 2021-ci il tarixli Qərarının 4-cü hissəsinə əsasən cəzasının çəkilməmiş hissəsi 06 (altı) ay azaldılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətin residivi kimi qiymətləndirilməlidir. Həmçinin Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 83.3-cü maddəsinə əsasən məhkumluğu ödənilməmiş şəxs hesab edilir. Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Həmin Məcəllənin 65.2-ci maddəsinə görə residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibi rədd edilmişdir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini, şahidləri dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o, həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaçlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə, əməli etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin residivi müəyyən edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəzanı təyin edərkən cəzaçəkmə müəssisəsinin rejimini Azərbaycan Respublikası CM-nin 56.1.3-ci maddəsinə əsasən müəyyən edir. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, yüngülləşdirici halı, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib azadlıqdan məhrum etmə cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilməli, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilməli, Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilməli və onun ərazi narkoloji dispanserində qeydiyyata alınmalı, iş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılmalı, iş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş ilkin çəkisi 13,464 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 13,444 qram və onun idarə etdiyi avtomobildən aşkar olunaraq götürülmüş ilkin çəkisi 54,958 qram olan aparılmış bioloji tədqiqatlardan sonra qalıq çəkisi 54,938 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli və ekspertiza tədqiqatının dəyəri olaraq 72,00 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutulub dövlət büdcəsinə keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 (iki) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək həbsdə olduğu 02 (iki) gün müddət cəzaçəkmə müddətinə hesablanaraq Təqsirləndirilən şəxs təyin olunmuş cəzadan çıxılaraq ona qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkizi) gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı xx.xx.2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək «həbs» qətimkan tədbiri ilə əvəz edilməklə, məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddət ərzində barəsində Azərbaycan Respublikasının CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə tədbirləri tətbiq edilsin və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Sumqayıt şəhər Polis İdarəsində saxlanılan qalıq çəkisi 13,444 qram və 54,938 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut 01 ədəd CD formatlı disk cinayət işində saxlanılsın. Ekspertiza tədqiqatının dəyəri olaraq 72,00 (yetmiş iki) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Regional Vəkil Bürosunun "xxxx" ASC-nin Sumqayıt filialında olan hesabına (№ AZ 37NABZ013501**********1944 VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar