Məhkəmə qərarları › İş №1(060)-442/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-442/2023

28.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-442/2023 28.04.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Zaur Arif oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazov Abdulla Tofiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs - Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs –Zərərçəkmiş şəxs, Müdafiəçi-Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxx 1999-cu ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Qubadlı rayonu, Seytas kəndində qeydiyyatda olub, ünvan 1 ünvanında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Republikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə tanışı Zərərçəkmiş şəxs başqa şəxsin ona pul göndərəcəyini deyərək ondan kartlarının nömrəsini və kodunu istəyib sonuncunun “Kapital Bank”a aid olan 4169 7414 3886 8356 nömrəli maaş kartının və 4169 7416 8872 8193 nömrəli təqaüd kartının fərdi məlumatları olan fotoşəklini və həmin kartların şifrələrini Zərərçəkmiş şəxs aldıqdan sonra öz mobil telefonunda “Birbank” mobil tətbiqi ilə qeydiyyatdan keçərək Zərərçəkmiş şəxs məxsus maaş kartından elektron məlumat daşıyıcılarından istifadə etməklə xx.xx.2022-ci il tarixdə 70 manat başqa karta, xx.xx.2022-ci il tarixdə 3 manat telefonuna kontur, 50 manat başqa karta, 96 manat başqa karta, 57 manat başqa karta, xx.xx.2022-ci il tarixdə 1 manat telefonuna kontur, xx.xx.2022-ci 11 tarixdə 280 manat başqa karta, 3 manat telefonuna kontur, təqaüd kartından isə xx.xx.2022-ci il tarixdə 81 manat başqa karta, xx.xx.2022-ci il tarixdə 1 manat kommunal ödəniş, xx.xx.2022-ci il tarixdə 0,40 manat başqa karta, xx.xx.2022-ci il tarixdə 0,07 manat başqa karta göndərərək vahid niyyətlə əhatə olunan qəsdlə gizli talayıb zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 642 manat 47 qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə elan olunan ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs təxminən 6-7 ildir ki, tanıyır, sonuncu ilə bir yerdə "xxxx" MMC-də işləmişdir. Həmin vaxtdan bir-birilərini tanıyaraq dost münasibətləri olmuşdur. 2022-ci ilin sentyabr ayında ailə vəziyyəti ilə bağlı maddi imkanı pis olmuşdur. Belə ki, azyaşlı qızı xəstə olmuş onun isə pulu olmamışdır. Həmin vaxt Nurlana maaş kartının şəklini ona göndərməsini demişdir. Belə ki, ona pul göndəriləcəyini, ancaq kartının olmadığını, Nurlanın kartına göndərib birlikdə çıxaracağını demiş, sonuncu razılaşaraq 4169 7414 3886 8356 nömrəli maaş kartının və 4169 7416 8872 8193 nömrəli təqaüd kartının şəkillərini ona göndərmiş, bundan sonra kodu da istəmiş, sonuncu kodu da göndərmişdir. Bundan sonra o, həmin kartların məlumatları ilə Bir Bank mobil tətbiqi yükləmiş və hesabda olan pullardan xəbəri olmuşdur. Nurlanın hesabında olan pulu özünə məxsus Leo Bank kartına gönərmişdir. Həmin kart hazırda onda deyil, nömrəsini də xatırlamır. 06 sentyabr 2022-ci il tarixdən, 05 oktyabr 2022-ci il tarixinə qədər təxminən Nurlana məxsus hesablardan 640 manat pul oğurlamışdır. Belə ki, pulun əksər hissəsini öz kartına göndərib sonra çıxarıb xərcləmiş, bir hissəsini isə telefon ödənişlərinə xərcləmişdir. Bundan başqa mobil tətbiq vasitəsi ilə həmin kartın kodunu da dəyişmişdir. 2022-ci ilin oktyabr ayının sonlarında Nurlanla görüşən zaman kartından pulunun oğrulandığını demiş, o isə ehtiyacı olduğundan pulu oğurladığını demişdir. Həmin telefonu satdığından yazışmaları təqdim edə bilməyəcəkdir. Əməlindən peşmandır. Zərərçəkmiş şəxsə dəymiş zərəri ödəmiş, barışıq əldə etmişdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təxminən 6-7 ildir ki, Dost MMC-də süpürgəçi işləyir. Aylıq əmək haqqı 283 manatdır. Həmin maaş ona məxsus 4169 7414 3886 8356 nömrəli Kapital Bank kartına köçür. Bundan başqa о, İİİ qrup əlildir və buna görə 120 manat təqaüd alır. Həmin təqaüd “Kapital Bank”a məxsus 4169 7416 8872 8193 nömrəli karta köçür. Təqsirləndirilən şəxs 4-5 ildir ki, tanıyır, əvvəllər onunla eyni yerdə işləmişdir. 06 sentyabr 2022-ci il tarixdə Tofiq ona Whatsapp sosial şəbəkəsində yazaraq kartlarının şəklini ona göndərməsini demiş, Tofiq kiminsə ona pul göndərəcəyini, onun kartının olmadığını, onun kartına pulun köçəcəyini demişdir. Daha sonra həmin pulu onunla çıxardacağını demiş, o, kartlarının şəklini göndərmişdir. Bundan sonra Tofiq ondan kartın pul çıxarılan zaman istifadə etdiyi kodunu da istəmiş, o demişdir. O, gözündən əməliyyat olunmağı üçün pul yığmış, təqaüd və maaşını çıxartmamışdır. Bundan sonra Tofiqlə əlaqə saxlamamışdır. 19 oktyabr 2022-ci il tarixdə o, kartından pul çıxartmaq istəyən zaman bankomatda kodun səhv olunduğu bilmiş, DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. Bundan sonra müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs ondan kartların şəklini və kodunu istəyəndən sonra öz telefonunda Bir Bank mobil tətbiqini yükləyib onun kartlarında olan pulu digər karta göndərmiş, bundan başqa kartından telefona və kommunal ödənişlər etmişdir. Sonra banka müraciət etmiş və müəyyən olunmuşdur ki, Tofiq onun maaş kartından xx.xx.2022ci il tarixdə 70 manat başqa karta göndərmiş (komissiya 1.5 manat), 3 manat telefona kontur yükləmiş, 50 manat başqa karta göndərmiş (komissiya 1.5 manat), 96 manat başqa karta göndərmiş (komissiya 1.5 manat), 57 manat başqa karta göndərmiş (komissiya 1.5 manat), xx.xx.2022-ci il tarixdə 1 manat telefonuna kontur göndərmiş, xx.xx.2022-ci il tarixdə 280 manat başqa karta göndərmiş (komissiya 3 manat), 3 manat telefona kontur yükləmişdir. Bundan başqa Tofiq ona məxsus təqaüd kartından xx.xx.2022-ci il tarixdə 11 manat başqa karta göndərmiş (komissiya 1.5 manat), 70 manat başqa karta göndərmiş (komissiya 1.5 manat), xx.xx.2022-ci il tarixdə 1 manat kommunal ödəniş etmiş, xx.xx.2022-ci il tarixdə 0,4 qəpik başqa karta göndərmiş, xx.xx.2022-ci il tarixdə 0,07 manat başqa karta göndərmişdir. Bundan başqa Tofiq onun kartı ilə əməliyyat aparan zaman kartı blokdan çıxartmağa və kodu dəyişməyə görə 1 manat, 0,50 qəpik və 0,50 qəpik pul xərcləmişdir. O, 05 sentyabr 2022-ci il tarixdən 19 oktyabr 2022-ci il tarixinə qədər kartından pul çıxartmamış və həmin puldan digər əməliyyatlara xərcləməmişdir. Zərərçəkmiş şəxs həmçinin ifadəsində telefonunda proqram olmadığından pul çıxarılan zaman SMS-lər gəlmədiyini, telefonu format olunduğundan həmin yazışmaları təqdim edə bilmədiyini, kartları blok etdirib tulladığını bildirmişdir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona dəymiş ziyan ödənilmiş, ona qarşı şikayət və tələbi yoxdur. Məhkəmədən təqsirləndirilən şəxs barəsində yüngül cəza təyin edilməsini xahiş edir. İş materiallarında olan xx.xx.2022-ci iltarixli qərardan görünür ki, fakta görə Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə cinayət işi başlanılmış və icraata qəbul edilərək ibtidai istintaqı aparılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “gətürmə aparılması və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 4169 7414 3886 8356 nömrəli maaş kartında olan hesabdan xx.xx.2022-ci il tarixində 70 manat başqa kartci göndərilmiş, (1.5 manat komissiya haqqı tutulmuş), 3 manat mobil telefona göndərilmiş, 50 manat başqa karta göndərilmiş (1.5 manat komissiya haqqı tutulmuş), 96 manat başqa karta göndərilmiş (1.5 manat komissiya haqqı tutulmuş), 57 manat başqa karta göndərilmiş (1.5 manat komissiya haqqı tutulmuş), xx.xx.2022-ci il tarixdə 1 manat telefona göndərilmiş, xx.xx.2022-ci il tarixdə 1.5 manat kartın kodunun dəyişdirilməsinə istifadə edilmiş, 280 manat başqa karta göndərilmiş, 3 manat telefona göndərilmişdir. Bundan başqa 4169 7416 8872 8193 nöməli təqaüd kartında olan hesabdan xx.xx.2022-ci il tarixdə 11 manat başqa karta göndərilmiş (1.5 manat komissiya haqqı tutulmuş), 70 manat başqa karta göndərilmiş (1.5 manat komissiya haqqı tutulmuş), xx.xx.2022-ci il tarixdə 1 manat kommunal ödəniş edilmiş, xx.xx.2022-ci il tarixdə 0,4 manat başqa karta göndərilmiş, xx.xx.2022-ci il tarixdə 0,07 manat başqa karta göndərilmiş, xx.xx.2022-ci il tarixdə 0,5 manat kod dəyişilməyə görə, xx.xx.2022-ci il tarixdə isə 5 manat kartın yenilənməsinə çıxmışdır. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 1 saylı MKS tərəfindən verilmiş 579 saylı, xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 1 ünvanında qeydiyyatsız məskunlaşmış, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və barəsində axtarış elan edilmişdir. İş materiallarında olan Sumqayıt şəhər Polis İdarəsi 4-cü Polis Bölməsinin 3-13-58- 4/2-2813/23 saylı, xx.xx.2023-cü il tarixli məktubundan və axtarışda olanın tutulması protokolundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 14:00-da Sumqayıt şəhər ərazisində tutularaq Sumqayıt ŞPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsidə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, MSY-dən azad edilmiş və qərar ona xx.xx.2023-cü il tarixdə saat 11:30-da elan edilmişdir. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il təvəllüdlü Məmmədova Damla adlı qız övladı vardır. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən verilmiş qəbzdən görünür ki, ona dəymiş ziyandan 200 manat Təqsirləndirilən şəxs tərəfindən ödənilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 177.2.2-ci maddəsi ilə cinayət təqibinin başlanılması rədd edilmiş, zərərçəkmiş şəxsə məxsus hesabdan silinmiş 12 manat pulu təqsirləndirilən şəxs əldə edə bilmədiyinə görə həmin məbləğ ittihama daxil edilməmiş və həmin xüsusat üzrə zərərçəkmiş şəxsə mülki iddia qaydasında məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam ödənilmiş, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Nəzərə alınmasını xahiş edir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün etiraf edici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün heç bir əsas yoxdur və o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8 və 58.3-cü maddələrinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4, 59.1.12 və 59.1.13cü maddələrinə əsasən təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət əməli nəticəsində dəymiş ziyanı ödəməsini onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinə əsasən Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama elektron məlumat daşıyıcılarından, yaxud informasiya texnologiyalarından istifadə edilməklə törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünü təyin etmək məsələsini həll edərkən cəzanı yüngülləşdirən halları nəzərə alır və belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Məhkəmə, Təqsirləndirilən şəxs müəyyən ərazi hüdudlarından kənara çıxmaması məsələsi ilə bağlı bildirir ki, təqsirləndirilən şəxsin işlə təmin edilməsinə daha əlverişli şərait yaradılması məqsədi ilə, eyni zamanda Abşeron rayonu, Bakı və Sumqayıt şəhərinin inzibati ərazi bölgüsünü nəzərə alaraq, hesab edir ki, Təqsirləndirilən şəxs ərazi məhdudiyyəti Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudları kimi müəyyən olunmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Sumqayıt şəhər Probasiya şöbəsində qeydiyyata alındığı andan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət həbsdə saxlanılmanın bir günün azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin olunmuş cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçilərin ayrılması barədə Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2023-ci il tarixli (iş № 1(060)-442/2023) qərarını icra edərək, xx.xx.2023-cü il tarixli, 422 saylı orderə əsasən vəkil Müdafiəçi onun vəkili təyin etmişdir. Müdafiəçi məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 09 (doqquz) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinə əsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatı üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (xx.xx.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Göstərilən hüquqi yardıma görə cəmi 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 01 (bir) gün müddət ona təyin edilmiş cəzadan bir günə iki gün hesabı ilə hesablanmaqla çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirimi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasının əvvəli Sumqayıt şəhər Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 22:00-dan növbəti gün saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Sumqayıt və Bakı şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi göstərdiyi 09 (doqquz) saat hüquqi yardıma görə 54 (əlli dörd) manat dövlət büdcəsindən tutularaq Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Zaur Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar