Məhkəmə qərarları › İş №1(060)-442/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-442/2024

29.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-442/2024 29.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Onun müdafiəçisi – Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərən həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu olan, ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədi ilə sonradan tanıdığı Zərərçəkmiş şəxs Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən ‘’İrşad" məişət əşyalarının satıldığı mağazadan 01 (bir) ədəd “Samsung" markalı televizoru dəyərindən aşağı qiymətə alacağı barədə həqiqətə uyğun olmayan məlumatlar verməklə Zərərçəkmiş şəxs 05 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “İrşad” məişət əşyalarının satıldığı mağazanın yaxınlığında 580 (beş yüz səksən) manat nağd pul vəsaitini ələ keçirib Zərərçəkmiş şəxs maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək göstərmişdir ki, o, 1986-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur. Evlidir. 2024-cü ilin yanvar ayında **-NE-*** dövlət qeydiyyat nişanlı “Xəzər Azsamant minik” markalı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olmuşdur. Lakin taksi fəaliyyəti ilə dolanışığını tam təmin edə bilməmişdir. 05 yanvar 2024-cü il tarixdə, saat 11:00 radələrində Sumqayıt şəhərində olarkən Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinə taksi sifarişi qəbul etmişdir. Sifariş üzrə həmin tarixdə şəxsiyyətləri ona daha sonradan məlum olan Zərərçəkmiş şəxs və övladı Şahid Sumqayıt şəhəri. 18-ci mikrorayon ərazisində yerləşən 21В saylı binanın yaxınlığında götürmüşdür. Avtomobilə əyləşdikdən sonra Zərərçəkmiş şəxs istəyinə uyğun olaraq ilk öncə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində yerləşən ən ucuz marketə, sonra Sumqayıt şəhəri, 9cu mikrorayon ərazisində yerləşən “Araz” marketə, bundan sonra Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisinə getmişdirlər. Həmin ərazidə Zərərçəkmiş şəxs tanımadığı yaşlı bir qadından bal götürdükdən sonra cəzaçəkmə müəssisəsinə yola düşmüşlər. Cəzaçəkmə müəssisəsi istiqamətində avtomobillə hərəkətdə olarkən aralarında söhbət olmuş, söhbət əsnasında Zərərçəkmiş şəxs oğlu Məcid Şamilovun orada saxlanıldığını öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs ilə avtomobildə söhbətləşərkən yaşı səbəbi ilə qazanc əldə etməkdə çətinlik çəkdiyini, oğlu da həbs edildikdən sonra dolanışığını tənzimləyə bilmədiyini, evə lazımi əşyaları ala bilmədiyini bildirmişdir. Belə ki, o Sumqayıt şəhər ərazisində olarkən məişət əşyalarının satıldığı “İrşad” mağazasında göstərilən dəyərindən aşağı qiymətə əşyaların alınması ilə məşğul olan şəxslərin olduğunu eşitmiş, lakin bu işlə məşğul şəxslərin şəxsiyyəti ona məlum deyildir. O, dolanışığını yalnız taksi fəaliyyəti ilə tam təmin edə bilmədiyindən Zərərçəkmiş şəxs bu barədə məlumat vermiş, tanışlarının olduğunu deyərək pulunu ələ keçirmək qərarına gəlmişdir. Ona qarşı səmimiyyətini göstərib etibarını qazanmaqdan ötrü cəzaçəkmə müəssisəsinə çatdıqdan sonra Sumqayıt şəhərinə geri qaytmaqda çətinlik çəkəcəklərini, bu səbəblə də, onları gözlədiyini demişdir. Zərərçəkmiş şəxs orada gözləyəcəyi vaxtın uzun müddət çəkəcəyini bildirmiş, onları gözləməməyini desə də, o heç bir problem olmadığını və gözləyəcəyini demişdir. Daha sonra Zərərçəkmiş şəxs və Şahid avtomobilə əyləşmişlər və onlar yaşadıqları ünvan istiqamətində avtomobillə yola düşmüşlər. Avtomobillə hərəkətdə olarkən yenidən Zərərçəkmiş şəxs ilə söhbətləşməyə başlamış, söhbət əsnasında etibarını qazanıb pulunu ələ keçirməkdən ötrü yalandan Sumqayıt şəhəri, Sülh küçəsində “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “İrşad” mağazasındakı tanışları vasitəsi ilə mağazada göstərilən dəyərdən daha ucuz qiymətə onun üçün televizor ala biləcəyini demişdir. Bunun necə mümkün olacağını Zərərçəkmiş şəxs ondan soruşduqda isə yalandan mağazada işləyən tanışından xahiş edəcəyi təqdirdə dəyərindən ucuz qiymətə televizoru alıb daha sonra ona verəcəyini, onun da, televizoru çatdıracağını demişdir və istədiyi televizoru seçməkdən ötrü həmin ünvanda yerləşən “İrşad” mağazasına getməyi təklif etmişdir. Zərərçəkmiş şəxs televizorun tam pulunu verə bilməyəcəyini, hissə-hissə olacağı təqdirdə ala biləcəyini demişdir. O ilk ödəniş olaraq bir miqdar pul verəcəyini, geri qalan pulu hissəhissə verməsinin mümkün olacağını demişdir. Zərərçəkmiş şəxs və qızı Şahid ona inanıb razılaşdıqdan sonra birlikdə həmin tarixdə mağazaya getmişdirlər. Orada Zərərçəkmiş şəxs heç bir satıcıya yaxınlaşmamalarını, hansı televizoru istəyirsə ona deməsini tapşırmışdır ki, orada işləyən satıcılar onlara yalan dediyini ifşa etməsinlər. Zərərçəkmiş şəxs mağazada “Samsung” markalı bir televizor seçmişdir. Televizorun satış qiyməti 1650 (bir min altı yüz əlli) manat olaraq qeyd edilmişdir. O, həmin televizoru ümumilikdə 1150 (bir min yüz əlli) manata ona satılmasını təmin edəcəyini, ilkin olaraq 600 (altı yüz) manat pul ona verməli olduğunu, geri qalan pulu 03 (üç) ay ərzində ona ödəyəcəyini, televizorun ilkin ödənişini aldıqdan təxminən 02 (iki) saat ərzində televizoru yaşadığı ünvana çatdırıb ona verəcəyini demişdir. Onlar razılaşmış və razılığa uyğun olaraq birlikdə Zərərçəkmiş şəxs yaşadığı ünvana getmişlər. Zərərçəkmiş şəxs pulu götürdükdən sonra, qızı Şahid yaşadıqları ünvanda qalmış və M. Şamilova ilə Sumqayıt şəhəri, Sülh küçəsində yerləşən “Karvan” ticarət mərkəzinin yaxınlığındakı “İrşad” mağazasına getmişdirlər. 05 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində mağazanın yaxınlığına çatdıqda Zərərçəkmiş şəxs nədən isə şübhələnməsinin qarşısını almaqdan ötrü pulu orada, avtomobilin içində ona verməsini, həmin pulu özünün lazımi şəxsə çatdıracağını demişdir. Zərərçəkmiş şəxs 600 (altı yüz) manat pul çıxartmış ona verdikdən sonra bütün pulunun 600 (altı yüz) manatdan ibarət olduğunu, evə ərzaq almaqdan ötrü həmin puldan 20 (iyirmi) manatını geri verməyini istəmişdir, o da 20 (iyirmi) manat verib, 580 (beş yüz səksən) manat pul vəsaitini götürmüşdür. İnamını itirməməkdən ötrü mağazaya gedib pulu lazımi şəxsə verəcəyini və avtomobildə gözləməsini istəmişdir. Mağazaya girib bir neçə dəqiqə mağazada gəzişdikdən sonra geri qayıdaraq pulu orada işləyən tanışına verdiyini, 1-2 saat ərzində televizorun ünvana çatdırılacağını demişdir. Zərərçəkmiş şəxs yaşadığı ünvana geri aparmışdır. Ondan əldə etdiyi 580 (beş yüz səksən) manat pulu isə şəxsi təlabatına xərcləyib vədinə əməl etməyərək Zərərçəkmiş şəxs televizor verməmişdir. Zərərçəkmiş şəxs “İrşad” mağazasından seçdiyi televizoru almaqdan ötrü heç kimlə görüşməmişdir. Pulun tamamını şəxsi təlabatına xərcləmişdir. Əməli törətməyində ona köməklik edən və ya onunla birgə iştirak edən şəxs və ya şəxslər olmamışdır. Əməlindən peşman olmasını, himayəsində 01 (bir) azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və ona dəymiş ziyanı tam ödəməsini nəzərə alaraq ona azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, oğlu X2 törətmiş olduğu cinayət əməlinə görə hal-hazırda 10 saylı cəza çəkmə müəssisəsində cəza çəkir. Belə ki, qızı Şahid ilə birlikdə oğlunun yanına getməyi qərarlaşdırmış, 05 yanvar 2024-cü il tarixdə taksi şirkətinə zəng edib həmin ünvana taksi sifariş etmişdir. Sifarişə uyğun olaraq saat 11:00 radələrində **-NE-*** dövlət qeydiyyat nişanlı “Xəzər Azsamant minik” markalı avtomobil yaşadığı ünvana yaxınlaşmışdır. Sumqayıt şəhər ərazisində bir neçə ünvana getdikdən sonra Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov prospektində yerləşən 10 saylı cəzaçəkmə müəssisəsinə çatmışlar. Ünvana çatıb ödənişi etdikdən sonra, özünü Təqsirləndirilən şəxs kimi təqdim edən taksi sürücüsü onları orada gözləyəcəyini, Sumqayıt şəhərinə onları geri aparacağını demişdir. O isə qısa müddət ərzində cəzaçəkmə müəssisəsindən çıxamayacağını, ona görə gözləməməsini istəmişdir. Lakin taksi sürücüsü Təqsirləndirilən şəxs israrla onları gözləyəcəyini, oradan gec çıxmaqlarının heç bir problem olmadığını demişdir. O və qızı Şahid Sumqayıt şəhərinə geri qayıtmaqdan ötrü taksi tapmaqda çətinlik çəkməməyi fikirləşmiş, Təqsirləndirilən şəxsla razılaşmışlar və 01 (bir) saat sonra cəzaçəkmə müəssisəsindən çıxmışlar. Təqsirləndirilən şəxs orada gözləyirdi və onlar həmin avtomobillə Salehlə birlikdə Sumqayıt şəhərinə geri qayıtmışlar. Geri qayıdarkən avtomobildə Təqsirləndirilən şəxs onlarla hal-əhval tutub söhbət etməyə çalışmış və söhbət əsnasında Sumqayıt şəhəri, Sülh küçəsində “Karvan” ticarət mərkəzinin yaxınlığında yerləşən “İrşad” mağazasında tanışının işlədiyini, həmin şəxsin oradan dəyərindən ucuz qiymətə əşyalar ala bildiyini, hal-hazırda orada satışa çıxarılan televizorlar onun vasitəsi ilə ucuz qiymətə onlar üçün ala biləcəyini və onları həmin mağazaya aparıb istədikləri televizoru seçə biləcəklərini demişdir. Təqsirləndirilən şəxs onlarla səmimi söhbəti, hətta mağazaya onları dəvət etməsi onun barəsində etibar yaratmış və dediklərinə inanaraq televizor almaq qərarına gəlmişdir. Bu səbəblə də, yaşadığı ünvandan əvvəl Sülh küçəsində yerləşən “İrşad” mağazasına getmişdirlər. Orada olarkən Təqsirləndirilən şəxs ona və qızına heç bir satıcıya yaxınlaşmadan və heç nə soruşmadan istədiyi televizoru göstərməyini istəmişdir. O da “Samsung” markalı bir televizor seçmişdir. Televizorun satış qiyməti 1650 (bir min altı yüz əlli) manat olaraq qeyd edilmişdir. Təqsirləndirilən şəxs həmin televizoru ümumilikdə 1150 (bir min yüz əlli) manata ona satacağını, ilkin olaraq 600 (altı yüz) manat pul ona verməli olduğunu, geri qalan pulu 03 (üç) ay ərzində ona ödəyəcəyini, televizorun ilkin ödənişini aldıqdan təxminən 02 (iki) saat ərzində televizoru yaşadığı ünvana çatdırıb ona verəcəyini demişdir. Onlar razılaşmışlar və razılığa uyğun olaraq birlikdə yaşadığı ünvana gedib pulu götürmüşlər. Bu dəfə qızı yaşadığı ünvanda qalmış və o, Salehlə birlikdə “İrşad” mağazasına getmişdir. 05 yanvar 2024-cü il tarixdə, saat 17:00 radələrində mağazanın yaxınlığında Saleh pulu ona verməyini, lazımi şəxsə pulu özünün çatdıracağını demişdir. O inanıb Salehə ilk əvvəl 600 (altı yüz) manat pulu vermişdir. Daha sonra evə ərzaq almaqdan ötrü heç olmasa pulun 20 (iyirmi) manatını ona geri verməsini istəmişdir və nəticədə ona televizor almasından ötrü Təqsirləndirilən şəxs 580 (beş yüz səksən) manat pul vermişdir. Pulu götürdükdən bir neçə dəqiqə sonra Təqsirləndirilən şəxs geri qayıdıb pulu orada işləyən tanışına verdiyini, 1-2 saat ərzində televizorun yaşadığı ünvana çatdırılacağını demiş, Salehin bu dediklərinə inanmış və yaşadığı ünvana getmişdir. Lakin nə Salehdən, nə də televizordan xəbər çıxmamışdır. İstifadəsində olan mobil nömrəyə zəng etdikdə növbəti gün, yəni 06 yanvar 2024-cü il tarixdə televizorun çatdırılacağını, həmin gün gəldikdə isə altıncı gün yarı iş günü olduğunu, bu səbəblə də, növbəti həftənin 1-ci günü televizorun gətiriləcəyini demişdir. Bundan sonra isə nə Təqsirləndirilən şəxsla əlaqə saxlamaq mümkün olmuş, nə də televizor gətirilmişdir. Nəticədə Təqsirləndirilən şəxs tərəfindən ona qarşı dələduzluq edilərək 580 (beş yüz səksən) manat pulu ələ keçirilmişdir. Hal-hazırki müddət ərzində də pulu geri qaytarılmamışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir, onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ona dəyən maddi ziyanı ödəmişdir, onunla barışıq əldə etmişdir və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclaslarının onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid da ifadəsində anası Zərərçəkmiş şəxs göstərdiyi xüsusatları təsdiq edərək onunla eyni məzmunlu ifadə vermişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Zərərçəkmiş şəxs qismində tanınmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qətimkan tədbirinin nəzərə alınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa cinayət işi üzrə xx.xx.2024-cü il tarixdə seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 01 azyaşlı uşaq vardır (xx.xx.2010-cu il təvəllüdlü X1). İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən və Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, həmin Məcəllənin 69.3-cü maddəsinə əsasən üzərində 01 (bir) il 06 (altı) ay 20 (iyirmi) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. İş materiallarında olan Sumqayıt şəhər Probasiya Şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt şəhər Probasiya Şöbəsinin icraatına hər hansı hökm və ya qərar daxil olmamışdır. Təqsirləndirilən şəxs hazırki törətdiyi əməl ictimai təhlükə törətməyən cinayət olduğundan və əvvəl ona təyin olunmuş cəza azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan Azərbaycan Respublikası CM-nin 18.4.1 və 18.4.4-cü maddələrinin təsiri altına düşür və cinayətlərin residivi kimi qiymətləndirilmir, lakin o, məhkumluğu olan şəxsdir. İş materiallarında olan sübutların qiymətləndirilməsi haqqında xx.xx.2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 178.2.1-ci maddələrin tərkib əlamətləri olmadığından barəsində həmin maddə ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs himayəsində 01 (bir) azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın tam ödəməsini Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən, təqsirini səmimi etiraf etməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən ona təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin müddəalarına uyğun cəza təyin edilməlidir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Məhkəmə ittiham, müdafiə tərəfini, zərərçəkmiş şəxsin və şahidin ifadəsini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbayan Respublikası CM-nin 178.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidir. Onun əməli istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Azərbayan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs göstərdiyi hüquqi yardıma görə 06 (altı) saat vaxt sərf etmişdir. Ona görə də, 36 (otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 178.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzasını təyin etməyi qanuni olmaqla, əsaslı və ədalətli hesab edir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası təyin edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı cinayət iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədəh həbsdə saxlandığı 02 (iki) ay 19 (on doqquz) gün, ümumilikdə 02 (iki) ay 20 (iyirmi) gün müddətinin azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq 05 (beş) ay 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılmalı, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı cinayət iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadən nəzərə alınmalı, cəzanın çəkilməsi müddəti cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Məhkəmə hazırki iş üzrə “xüsusi müsadirə” ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99- 1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlak müəyyən edilməmişdir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 03 (üç) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı cinayət iş üzrə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün və xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədəh həbsdə saxlandığı 02 (iki) ay 19 (on doqquz) gün, ümumilikdə 02 (iki) ay 20 (iyirmi) gün müddətinin azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutularaq 05 (beş) ay 10 (on) gün müddət təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 09 (doqquz) ay 20 (iyirmi) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-99/2024 saylı cinayət iş üzrə Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadən nəzərə alınsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 23:00-dan növbəti gün, saat 06:00-dək yaşadığı Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 4, mənzil 7 ünvanı tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 36 (otuz altı) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun “Kapital Bank” 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülməsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apelyasiya şikayəti və ya protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar