Məhkəmə qərarları › İş №1(060)-443/2021

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-443/2021

29.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-443/2021 29.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hacıyev Pərviz Əhməd oğlunun sədrliyi, məhkəmə iclas katibi Oruczadə Urfan Eynur oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər - Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxslər - Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və onların müdafiəçiləri - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2 iştirakları ilə, xx.xx.1985-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkum olan, işləməyən, Sumqayıt şəhəri, Corat bağları, ev 2387M-də qeydiyyatda olan, Sumqayıt şəhəri, T.Corat qəsəbəsi, 80-ci məhəllə, ev 120-də yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, xx.xx.1980-cı il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, məhkumluğu olmayan, işləməyən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, yarımçıq tikilidə məskunlaşaraq yaşayan, Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə təqsirləndirilən və barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyən Etdi: Aparılmış istintaqla müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 01.04.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən fərdi evə yaxınlaşaraq, heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, Təqsirləndirilən şəxs2 isə hasardan aşaraq həyətə keçib evin dəmir qapısını açarseçmə yolu ilə açaraq içəriyə qanunsuz daxil olub birinci mərtəbədən biri 350 (üç yüz əlli) manat, 02 ədədi 700 (yeddi yüz) manat Türkiyə istehsalı olan dondurma soyuducunun motor hissəsini, 150 (bir yüz əlli) manat dəyərində olan Rusiya istehsalı olan 01 ədəd soyuducunun motor hissəsini, 01 kiloqramı 16 (on altı) manat, 100 kq-ı 1600 (bir yüz altı yüz) manat olan 90-lıq aliminium (cəbhə) profillərini, evin ikinci mərtəbəsində olan boş otaqdan 30 (otuz) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Versace» yazısı olan 39 ölçülü hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı, 30 (otuz) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Dior» yazısı olan 40 ölçülü ağ-qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, 15 (on beş) manat dəyərində olan istifadədə olmuş, üzərində «Chanel» yazısı olan 38 ölçülü qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, 40 (qırx) manat dəyərində olan 01 cüt qadın ayaqqabısını, 250 (iki yüz əlli) manat dəyərində olan 01 ədəd Çexiya istehsalı olan 20-lik velosipedi, bir metri 01 (bir) manat, 100 metri 100 (bir yüz) manat dəyərində olan elektrik naqillərini, 100 (bir yüz) manat dəyərində olan ayyaqqabının qəlib aparatının motorunu gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə təxminən 3015 (üç min on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o təkrarən özgənin əmlakını talama məqsədilə 03.04.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən evin hasarından aşaraq həyətə daxil olub evin arxa tərəfində olan eyvandan keçib qonaq otağının plastik qapısının kilidini yerlən tapdığı dəmir parçası ilə sındıraraq içəriyə qanunsuz daxil olaraq qonaq otağından 01 metrini 01 (bir) manata aldığı 100 (bir yüz) manat dəyərində 100 metr uzunluğunda uzadıcını (udliniteli), hamam otağında quraşdırılmış 120 (bir yüz iyirmi) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Cardinal» yazısı olan ağ rəngli Avropa modeli oturacaqlı, su çənli istifadədə olmuş 01 ədəd unitazı, 70 (yetmiş) manat dəyərində olan təzə vəziyyətdə ağ rəngli, əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanağı və 70 (yemiş) manat aldığı gümüşü rəngli su krantını gizli talayaraq, Zərərçəkmiş şəxs2 ümumilikdə təxminən 360 (üç yüz altmış) manat maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 özgənin əmlakını talama məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən 01.04.2021-ci il tarixdə saat 20 radələrində Zərərçəkmiş şəxs1 məxsus Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən fərdi evə yaxınlaşaraq, Təqsirləndirilən şəxs1 heç kimin gəlməməsinə nəzarət etməsi üçün çöldə gözləmiş, o isə hasardan aşaraq həyətə keçib evin dəmir qapısını açarseçmə yolu ilə açaraq içəriyə qanunsuz daxil olub birinci mərtəbədən biri 350 (üç yüz əlli) manat, 02 ədədi 700 (yeddi yüz) manat Türkiyə istehsalı olan dondurma soyuducunun motor hissəsini, 150 (bir yüz əlli) manat dəyərində olan Rusiya istehsalı olan 01 ədəd soyuducunun motor hissəsini, 01 kiloqramı 16 (on altı) manat, 100 kq-ı 1600 (bir yüz altı yüz) manat olan 90-lıq aliminium (cəbhə) profillərini, evin ikinci mərtəbəsində olan boş otaqdan 30 (otuz) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Versace» yazısı olan 39 ölçülü hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı, 30 (otuz) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Dior» yazısı olan 40 ölçülü ağ-qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, 15 (on beş) manat dəyərində olan istifadədə olmuş, üzərində «Chanel» yazısı olan 38 ölçülü qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, 40 (qırx) manat dəyərində olan 01 cüt qadın ayaqqabısını, 250 (iki yüz əlli) manat dəyərində olan 01 ədəd Çexiya istehsalı olan 20-lik velosipedi, bir metri 01 (bir) manat, 100 metri 100 (bir yüz) manat dəyərində olan elektrik naqillərini, 100 (bir yüz) manat dəyərində olan ayyaqqabının qəlib aparatının motorunu gizli talayaraq, Zərərçəkmiş şəxs1 ümumilikdə təxminən 3015 (üç min on beş) manat dəyərində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa, o tanışı Təqsirləndirilən şəxs1 03.04.2021-ci il tarixdə saat 23 radələrində Zərərçəkmiş şəxs2 məxsus Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən evindən oğurladığı 120 (bir yüz iyirmi) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Cardinal» yazısı olan ağ rəngli Avropa modeli oturacaqlı, su çənli istifadədə olmuş 01 ədəd unitazı, 70 (yetmiş) manat dəyərində olan təzə vəziyyətdə ağ rəngli, əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanağın qabaqcadan vəd etmədən cinayət yolu ilə əldə edildiyini bilə-bilə, 04.04.2021-ci il tarixdə saat 08 radələrində onunla birlikdə həmin əşyaları Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən santexnik əşyalarının alqısatqısı ilə məşğul olan dükanda Şahid2 45 manata sataraq, 22,50 (iyirmi iki manat əlli qəpik) qazanc əldə etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2 uzun müddətdir tanımaqla, onların yaxın münasibətləri var. Pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Belə ki, o Səbuhi ilə birlikdə 01.04.2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində gəzən zaman yol kənarına yaxın təmirsiz, yaşayış olmayan ev olduğunu görmüşlər. Bu zaman o çöldə dayanaraq ətrafa nəzarət etməyə başlamış, Səbuhi isə həmin evin həyətinə hasardan aşaraq içəriyə keçib oradan 03 ədəd soyuducu motoru və 04 cüt qadın ayaqqabını oğurlayaraq onun yanına qayıtmışdır. Sonra onlar birlikdə soyuducun motorlarını götürərək Corat qəbirstanlığına tərəf aparıb gizlətmişlər və yerdə qalan 4 cüt ayyaqıbını isə o satmaq üçün özünə götürmüşdür. Həmin günün səhərisi, yəni 02.04.2021-ci il tarixdə səhər saatlarında gizlətdikləri soyuducunun motorlarını gedib götürərək elə qəbirstanlığın yanında ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı köhnə Qaz-24 markalı avtomobil ilə metal alışı ilə məşğul olan 2 nəfər tanımadığı şəxslərə yaxınlaşaraq özlərinə məxsus soyuducu motorların olduğunu deyib, onları satmaq istədiklərini bildirmişlər. Həmin vaxt həmin şəxslər hər üç soyuducunu motorunun dəyərinin ümumilikdə 12 manat olduğunu deyib, onlardan həmin motorları 12 manata almışdır. Əldə etdikləri 12 manat pulu öz aralarında bölmüşlər, başqa heç kimə verməmişlər. Həmin şəxslər onların oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. Bundan sonra o özü ilə aparıb evdə gizlətdiyi 4 qadın ayaqqabısının bir cütünün yararsız olduğunu görüb, bir cütünü zibil qutusuna tullamış və yerdə qalan 3 cüt qadın ayaqqabısını isə 07.04.21-ci il tarixdə saat 10 radələrində aparıb qonşuluğunda yaşayan Təndir mağazasının sahibi Yetər adlı qadına göstərib onları satdığını demiş, o isə almaq istəmədiyini ona desə də, çox təkid edib pula çox ehtiyyacının olduğunu deyib ona ayaqqabıları almağı xahiş etmişdir. Yetər də ondan heç bir sənəd tələb etmədən bir cüt qara rəngli qış üçün nəzərdə tutulmuş qadın ayaqqabısını və 02 cüt yay ayaqqabısına görə ona 5 manat pul verərək onları almışdır. Həmin evdən onlar velosiped, aliminium profilləri, qəlib aparatının motorunu və elektrik naqillərini oğurlamamışlar. Onlar ancaq soyuducunun motorlarını və ayaqqabıları oğurlamışlar. Sözügedən oğurluq cinayətini o Səbuhi ilə birlikdə törətmiş, onların ikisndən savayı həmin oğurluqda heç kim iştirak etməmişdir. Bundan başqa, pula ehtiyacı olduğu üçün yenidən oğurluq etmək qərarına gəlmişdir. Belə ki, 03.04.2021-ci il tarixdə saat 23 radələrində o Corat qəsəbəsində yerləşən yeni tikili evlərinə gedən zaman onların həyətinin içərisində olan yeni tikili bir evin boş və yaşayış olmadığını görüb, həmin evdən oğurluq etmək qərarına gəlmişdir. O onların evin həyətindən həmin evin arxa tərəfinə balaca daş hasarından ibərət həyətinə hasardan aşaraq daxil olmuş, sonra isə evin arxa tərəfindən eyvana keçib otağın plastik qapısının kilidini orada yerdən tapdığı dəmir parçası ilə sındıraraq içəriyə daxil olmuşdur. Həmin vaxt otağın boş olduğunu görüb hamam otağına tərəf getmiş və hamam otağının çöl tərəfində əl-üç yuyulan tülpanı və hamam otağında olan unitazı görüb onları oğurlamaq niyyətinə düşmüşdür. Həmin vaxt hamam otağında olan unitazı bütöv şəkildə çıxardaraq kənara qoymuş və sonra isə tülpanı da çıxardaraq oğurlamaq üçün hissə-hissə olaraq hasardan öz həyətinə tərəf atmışdır. Dəmir parçasını isə orada harasa tullamış, hara tulladığını dəqiq bilməmişdir. Bundan sonra o həmin evdən oğurladığı əşyaları evin yaxınlığında olan zibil qutusunun yanına aparmışdır. Onları gizlətmək üçün kömək məqsədi ilə həmin gün saat 24 radələrində dostu Səbuhinin yaşadığı evə gedərək onu çölə çağırmış və o onunla söhbət edən zaman Səbuhiyə demişdir ki, Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən yeni tikili evlərin qonşuluğunda olan evə oğurluq məqsədi ilə daxil olub, oradan 01 ədəd «Unitaz» və 01 ədəd əl-üz yuyulan tülpan oğurlayaraq zibil qutusunun yanına qoymuş, kömək etmək lazımdır, həmin malları səhərisi günü satdıqdan sonra ona düşən payını verəcək. Həmin vaxt Səbuhi onunla razılaşaraq oğurladığı əşyaların yanına getmişlər və həmin əşyaları Səbuhi ilə birlikdə o ona kömək edərək Corat qəbirtslanlığın yanına gətirib orada gizlətmişlər. Həmin günün səhərisi, yəni 04.04.2021-ci il tarixdə saat 08 radələrində o Səbuhi ilə görüşüb onunla birlikdə markasını və dövlət qeydiyyat nişanının bilmədiyi taksi ilə həmin əşyaları götürüb Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən santexnik əşyalarının alqı-satqısı ilə məşğul olan dükana gəlib, həmin əşyalar orada işləyən sonradan adının Fikrət kimi bildiyi şəxsə «Cardinal» markalı unitaz və İran istehsalı olan tülpanı satmaq istədiklərini demişlər. O isə onlara həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, onlar isə həmin əşyaların özlərinə məxsus olduğunu demişlər. Həmin vaxt Fikrət hər iki əşyaya görə onlara 45 manat pul vermiş və onlar çıxıb getmişlər. Onlar həmin pulu öz aralarında bölərək şəxsi ehtiyacları üçün xərcləmişlər. Onlar Fikrətə həmin əşyaları satarkən o onlardan hər hansı bir sənəd tələb etməmişdir. Sözügedən oğurluq cinayətini törədərkən tülpanın üzərində su krantı olmuş, lakin o tülpanı həmin evdən çıxararkən o qırıldığı üçün yararsız olduğunu düşünüb, onu yolda gələndə xatırlamadığı zibil qutusuna tullamışdır. Həmin evdən 100 metr uzunluğunda elektrik uzadıcını (udliniteli) oğurlamamışdır.Həmçinin Təqsirləndirilən şəxs1 ifadəsində törətdiyi əməldən peşman olduğunu bildirərək Məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Məhkəmədə təqsirləndirilən şəxs qismində ifadə vermiş Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 uzun müddətdir ki, tanıyır, onların yaxın münasibətləri var. Pula ehtiyacları olduğu üçün oğurluq etmək qərarına gəlmişlər. Belə ki, o Şirvanla 01.04.2021-ci il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində gəzən zaman yol kənarına yaxın təmirsiz, yaşayış olmayan ev olduğunu görmüşlər. Bu zaman Şirvan çöldə dayanaraq ətrafa nəzarət etməyə başlamış, özü isə həmin evin həyətinə hasardan aşaraq evə daxil olub içəriyə keçib evin dəmir qapısının açıq vəziyyətdə olduğunu görüb qapını açaraq içəriyə daxil olub oradakı boş otaqdan 02 ədəd dondurma soyuducunu və 01 ədəd mətbəx soyuducusunun motor hissələrini sökərək oğurlamış və sonra isə evin 2-ci mərtəbəsinə qalxaraq boş otaqda olan 04 cüt qadan ayyaqqabısını oğurlayaraq çölə çıxmışdır. Sonra Şirvanla birlikdə soyuducuların motorlarını götürərək Corat qəbirstanlığına tərəf aparıb gizlətmişlər və yerdə qalan 4 cüt ayyaqıbını isə Şirvan satmaq üçün özü götürmüşdür. Həmin günün səhərisi, yəni 02.04.2021-ci il tarixdə səhər saatlarında gizlətdikləri soyuducu motorlarını gedib götürərək elə qəbirstanlığın yanında ağ rəngli, dövlət qeydiyyat nişanını xatırlamadığı köhnə Qaz-24 markalı avtomobil ilə metal alışı ilə məşğul olan 2 nəfər tanımadığı şəxslərə yaxınlaşaraq özlərinə məxsus soyuducu motorların olduğunu deyib, onları satmaq istədiklərini bildirmişlər. Həmin vaxt həmin şəxslər hər üç soyuducunu motorunun dəyərinin ümumilikdə 12 manat olduğunu deyib, onlardan həmin motorları 12 manata almışdır. Əldə etdikləri 12 manat pulu öz aralarında bölmüşlər, başqa heç kimə verməmişlər. Həmin şəxslər onları oğurluq yolu ilə əldə etdiklərini bilməmişdir. Bundan sonra Şirvanın ayaqqabıları kimə, harada satması barədə onun məlumatı olmamışdır. Həmin evdən velosiped, aliminium profilləri, qəlib aparatının motorunu və elekrik naqillərini oğurlamamışlar. Onlar ancaq soyuducunun motorlarını və ayaqqabıları oğurlamışlar. Sözügedən oğurluq cinayətini o Şirvanla birlikdə törətmiş, onların ikisindən savayı həmin oğurluqda heç kim iştirak etməmişdir. Bundan başqa, 03.04.2021-ci il tarixdə saat 24 radələrində o evdə olan zaman Təqsirləndirilən şəxs1 yaşadığı evə gələrək onu çölə çağırmış və o onunla söhbət edən zaman ona demişdir ki, Sumqayıt şəhəri Corat bağlar massivində yerləşən yeni tikili evlərin qonşuluğunda olan evə oğurluq məqsədi ilə daxil olub, oradan 01 ədəd «Unitaz» və 01 ədəd əl-üz yuyulan tülpan oğurlayaraq zibil qutusunun yanına qoyubdur, ona kömək etmək lazımdır, həmin malları səhərisi günü satdıqdan sonra ona düşən payını verəcək. Həmin vaxt o da onunla razılaşaraq oğurladığı əşyaların yanına gedib görmüşdür ki, orada 01 ədəd ağ rəngli unitaz və tülpan var. Həmin əşyaları o Şirvana kömək edərək Corat qəbirtslanlığın yanına gətirib orada gizlətmişlər. Həmin günün səhərisi, yəni 04.04.2021-ci il tarixdə saat 08 radələrində o Şirvanla görüşüb onunla birlikdə markasını və dövlət qeydiyyat nişanının bilmədiyi taksi ilə həmin əşyaları götürüb Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən santexnik əşyalarının alqısatqısı ilə məşğul olan dükana gəlib, həmin əşyalar orada işləyən sonradan adının Fikrət kimi bildiyi şəxsə «Cardinal» markalı unitaz və İran istehsalı olan tülpanı satmaq istədiklərini demişlər. O isə onlara həmin əşyaların oğurluq olub-olmadığını soruşmuş, onlar isə həmin əşyaların özlərinə məxsus olduğunu demişlər. Həmin vaxt Fikrət hər iki əşyaya görə onlara 45 manat pul vermiş və onlar çıxıb getmişlər. Onlar həmin pulu öz aralarında bölərək şəxsi ehtiyacları üçün xərcləmişlər. Onlar Fikrətə həmin əşyaları satarkən o onlardan hər hansı bir sənəd tələb etməmişdir. Həmin evə o özü daxil olmamış, sadəcə olaraq Şirvan oğurluq etdikdən sonra ona bildirdiyi gəlir əldə etmək məqsədi ilə ona kömək etmişdir.Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olduğunu bildirərək Məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etdi. Təqsirləndirilən şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək törətdiyi əməldən peşman olduğunu bildirərək Məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs2 ərizə ilə məhkəməyə müraciət edərək törətdiyi əməldən peşman olduğunu bildirərək Məhkəmədən ona yüngül cəza təyin etməsini xahiş etmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Sumqayıt şəhəri 20-ci mikrorayon ərazisində yerləşən təmirsiz 2 mərtəbəli fərdi ev ona məxsusdur. 2021-ci ilin mart ayının ortalarında həmin evə baş çəkmək üçün getmiş, həmin vaxt hər şey qaydasında olaraq əşyaları yerində olmuşdur. Bundan sonra o 08.04.2021-ci il tarixdə saat 15 radələrində həmin evə getmiş və görmüşdür ki, evin dəmir qapısı açıqdır. Başa düşmüşdür ki, naməlum şəxslər evinin qapısını açarsemə yolu ilə açaraq evə daxil olmuşlar. O içəriyə daxil olub evə nəzər yetirdikdə görmüşdür ki, evin birinci mərtəbəsində qonaq otağı kimi nəzərdə tutulan boş otaqda saxladığı Türkiyə istehsalı olan markasını xatırlamadığı bir ədədi 350 manat, 02 ədədi 700 manat olan dondurma soyuducunun bütöv şəklində metal hissələrini, eləcə də markasını xatırlamadığı Rusiya istehsalı olan soyuducunun 150 manat dəyərində olan motor hissəsini bütöv şəkildə sökərək oğurlamışlar, daha sonra 1 kiloqramı 16 manat, 100 kq-ı 1600 manat olan 100 kq çəkidə 90-lıq aliminium (cəbhə) profillərini, evin ikinci mərtəbəsindən olan boş otaqdan bir cütü 40 (qırx) manat, 4 cütü 160 (bir yüz altmış) manat olan Türkiyə istehsalı olan müxtəlif ölçülü qadın ayaqqabıları, 250 (iki yüz əlli) manat 01 ədəd Çexiya istehsalı olan 20-lik velosipedi, bir metri 01 manat, 100 metri 100 (bir yüz) manat dəyərində olan 100 metr uzunluğunda elektrik naqillərini, 100 manat dəyərində olan ayaqqabının qəlib aparatının motorunu oğurlamışlar. O hadisə barədə DİN-in 102 xidmətinə zəng edərək məlumat vermişdir. Beləliklə də hadisə nəticəsində ona ümumilikdə təxminən 3060 manat ziyan vurulmuşdur.Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi ziyan ödənilmədiyindən ondan şikayətçidir. Məhkəmədə zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, təxminən 1 il olar ki, Sumqayıt şəhəri Corat bağlar massivində özünə torpaq sahəsi alaraq orada 1 mərtəbəli ev tikdirmiş, həmin evin darvazası, daş hasarı və natamam təmir tikilisi var. O xəstə olduğu üçün həmin evə nəzarət edə bilməmişdir. Sonuncu dəfə həmin bağ evinə 01.03.2021-ci il tarixdə saat 14 radələrində nəzarət etmək üçün getmiş və hər bir şey qaydasında olmuşdur. Həmin gün saat 15 radələrində isə oradan çıxıb yenidən evinə qayıtmışdır. 04.04.2021-ci il tarixdə saat 16 radələrində isə bağ evimə nəzarət etmək üçün gedən zaman görmüşdür ki, evin həyətinə naməlum şəxs (şəxslər) hasardan aşmaqla daxil olub, evin arxa tərəfində olan eyvandan keçib qonaq otağının plastik qapısının sındıraraq içəri daxil olub qonaq otağında olan 2021-ci ilin yanvar ayında 01 metrini 1 manata aldığı 100 metr uzunluğunda uzadıcını (udliniteli), hamam otağında quraşdırılmış 2021-ci ilin fevral ayında 160 manata aldığı bir ədəd «Unitazı», 150 manata aldığı 01 ədəd əl-üz yumaq üçün nəzərdə tutulmuş tülpanı (umıvalniki) və 70 manata aldığı gümüşü rəngli su krantı oğurlanmışdır. Hadisəni bilən kimi səhhətində olan poblemlərlə bağlı dərhal polisə məlumat verə bilməmişdir. Hadisədən sonra, yəni 08.04.2021-ci il tarixdə o polisə şikayətlə müraciət etmişdir. Beləliklə də hadisə nəticəsində ona ümumilikdə təxminən 480 manat ziyan vurulmuşdur. Həmçinin zərərçəkmiş şəxs bildirdi ki, təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan ödənimişdir.Onlardan şikayətçi deyildir. Məhkəmədə şahid qismində ifadə vermiş X1 ifadəsində göstərdi ki, uzun illərdir ki, Sumqayıt şəhəri 9-cu mikrorayon ərazisində yerləşən «Şərq bazarın»da icarəyə obyekt götürərək, təzə və ya işlənmiş santexnik əşyalarının alqı-satqısı ilə məşğul olur. 04.04.2021-ci il tarixdə saat 08 radələrində o işdə olan zaman əvvəllər tanımadığı, sonradan adlarını bildiyi Şirvan və Səbuhi adlı iki nəfər şəxs onun iş yerinə gələrək özlərinə məxsus 01 ədəd «Cardinal» markalı unitaz və İran Respublikasının istehsalı olan 01 ədəd əl-üz yumaq üçün «Tülpan»ı satmaq istədiklərini bildirmişlər. Həmin vaxt o onlara həmin əşyaların oğurluq olub-olmadığını soruşmuşdur. Onlar da ona demişlər ki, həmin əşyalar oğurluq deyil, onlara məxsusdur, işlədikləri yerdə ev sahibi həmin əşyaları onlara pul əvəzinə veribdir. Həmin vaxt o onlara inanaraq həmin əşyaların hər ikisinə 45 manat pul verəcəyini bildirmişdir. Onlar da razılaşmışlar və o onlardan 45 manata həmin əşyaları almışdır. Həmin əşyaları onlardan alarkən heç bir sənəd tələb etməmişdir. Daha sonra onlar çıxıb getmişlər. Onlar çıxıb getdikdən sonra həmin əşyaları satmayıb mağazada saxlamışdır. Həmin günün səhərisi, yəni 05.04.2021-ci il tarixdə səhər saatlarında polis əməkdaşları obyektinə gəldikdən sonra ona məlum olmuşdur ki, bir neçə saat əvvəl aldığı unitaz və tülpan oğurluq yolu ilə əldə ədilərək ona satılmışdır. Bu səbəbdən də o 1-ci PByə dəvət olunaraq izahatı alınmış və o həmin əşyaları Sumqayıt ŞPİ-nin 1-ci PB-yə təqdim etmişdir. Həmin əşyaların oğurluq yolu ilə əldə olunduğunu bilməmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərdi ki, o yaşadığı evinin qarşısında olan təndir mağazası işlədir. Təqsirləndirilən şəxs1 oğlunu təxminən 2 ildir ki, tanıyır, o ondan tez-tez gəlib təndir çörəyi almaqla, daimi müştərisi olubdur. 07.04.2021-ci il tarixdə saat 22 radələrində o təndir mağazasında olan zaman Təqsirləndirilən şəxs1 onun işlədiyi mağazaya gələrək əlində 03 cüt qadın ayaqqabısını ona göstərib demişdir ki, satır. O da ayaqqablara baxıb görmüşdür ki, təzə ayaqqabılardır. İlkin izahatında o ayaqqabıların işlənmiş olduğunu səhvən göstərmiş, ayaqqabılar təzə olmuşlar. O ayaqqabıların oğurluq olub-olmadığını soruşmuş, Şirvan da ona demişdir ki, ayaqqabılar oğurluq deyil, qardaşı Rusiyadan satmaq üçünq ona göndərir, pula ehtiyacı olduğu üçün satır. Həmin vaxt onun ona yazığı gəldiyi üçün ayaqqabıya görə ona 5 manat pul vermişdir. Daha sonra Şirvan çıxıb getmişdir. Qadın ayaqqabılarını Şirvandan alarkən ondan şəxsiyyət vəsiqəsini və yaxud da başqa sənəd tələb etməmişdir. O ayaqqabıları Şirvandan aldıqdan sonra heç kimə verməyərək, satmayaraq, özündə saxlamışdır. Sonradan ona məlum olmuşdur ki, həmin ayaqqabıları Şirvan oğurluq yolu ilə əldə edərək ona satmışdır. Bu məsələ ilə bağlı o Sumqayıt ŞPİ-nin 1-ci PB-yə dəvət olunmuş, orada ondan izahat alınmışdır. O həmin 03 cüt qadın ayaqqabılarını Sumqayıt ŞPİ-nin 1-ci PByə təqdim etmişdir. Şirvan ona həmin qadın ayaqqabılarını satarkən onların oğurluq olduğunu deməmiş, ona demişdir ki, qardaşı Rusiyadan satmaq üçün ona göndərir, o da ehtiyacı olduğu üçün satır. Cinayət işinin materiallarında olan məhkəmə əmtəəşünaslıq ekspertizasının 19.05.2021-ci il tarixli, 9/2228 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus ekspertiza tədqiqatına təqdim edilmiş 2 adda malların 2021-ci ili naprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxəminə 190 manat müəyyən olunur. Həmin malların ayrıayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər təqdim edilməyən 2 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki vəziyyəti. İstehsal yeri, istismar müddəti və s.) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Zərərçəkmiş şəxs1 məxsus ekspertiza tədqiqatına təqdim edilmiş 03 adda ayyaqqabıların 2021-ci ilin aprel ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 75 manat müəyyən olunur. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Digər təqdim edilməyən 7 adda mallar haqqında kifayət qədər məlumat (markası, modeli, texniki vəziyyəti, istehsal yeri, istismar müddəti, ölçüsü və s) olmadığı üçün qiymətləndirmə aparmaq mümkün olmadı. Zərərçəkmiş şəxs2 məxsus təqdim edilmiş mallar: -120 (bir yüz iyirmi) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Cardinal» yazısı olan ağ rəngli Avropa modeli oturacaqlı, su çənli istifadədə olmuş 01 ədəd unitaz;- 70 (yetmiş) manat dəyərində olan təzə vəziyyətdə ağ rəngli, əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanaq; Zərərçəkmiş şəxs1 məxsus təqdim edilmiş mallar:-30 (otuz) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Versace» yazısı olan 39 ölçülü hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı;-30 (otuz) manat dəyərində olan təzə vəziyyətdə üzərində «Dior» yazısı olan 40 ölçülü ağ-qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı;-15 (on beş) manat dəyərində olan istifadədə olmuş, üzərində «Chanel» yazısı olan 38 ölçülü qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı.Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 09.04.2021-ci il tarixli protokoldan görünür ki, Şahid1 Təqsirləndirilən şəxs1 aldığı 03 cüt qadın ayaqqabılarını Sumqayıt ŞPİnin 1-ci PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarında olan təqdim etmə və götürmə haqqında 09.04.2021-ci il tarixli protokoldan görünür ki, Şahid2 Şirvan Xəilov və Təqsirləndirilən şəxs2 oğurlayaraq ona satdıqları 01 ədəd «Cardinal» markalı unitazı və 01 ədəd əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanağı Sumqayıt ŞPİ-nin 1-ci PB-yə təqdim etmişdir. Cinayət işinin materiallarından görünür ki, iş üzrə maddi sübut kimi tanınmış təzə vəziyyətdə üzərində «Cardinal» yazısı olan ağ rəngli Avropa modeli oturacaqlı, su çənli istifadədə olmuş 01 ədəd unitaz, təzə vəziyyətdə ağ rəngli, əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanaq saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilmiş, təzə vəziyyətdə üzərində «Versace» yazısı olan 39 ölçülü hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı, təzə vəziyyətdə üzərində «Dior» yazısı olan 40 ölçülü ağ-qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, istifadədə olmuş, üzərində «Chanel» yazısı olan 38 ölçülü qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı saxlanılması üçün Sumqayıt ŞPİ-nin məsul saxlancına təhvil verilmişdir. Cinayət işinin materiallarında olan DİN-in BƏSİİ-nin təqdim etdiyi tələbnamələrdən görünür ki, Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinin 16.05.2018-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin 18.01.2019-cu il tarixli qərarı ilə AR CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinə əsasən üzərində 07 ay 22 gün azadlığın məhdudlaşdırılması təyin edilərək məhkəmə zalından azad olunmuş və 18.12.2019-cu ildə cəza müddəti başa çatdığından şöbədən qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarında olan Sumqayıt şəhər məhkəməsinin 01.02.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 194.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs1 məhkumluğu olan hesab edilir. Sumqayıt şəhər Probasiya şöbəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər məhkəməsinin 01.02.2021-ci il tarixli hökmü ilə onun üzərində müəyyən edilmiş 01 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasını çəkməmişdir. Cinayət işinin materiallarından görünür ki,Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər məhkəməsinin 11.03.2005-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-in 221.2.1, 177.2.1, 177.2.2-ci maddələri ilə təqsirli bilinərək 04 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Salyan rayon məhkəməsinin 04.11.2008-ci il tarixli qərarı ilə CM-in 77-ci maddəsinə əsasən 6 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunmuş və Azərbaycan Respublikası Milli Məclisin 17.03.2009-cu il tarixli Amnistiya qərarına əsasən 18.04.2009-cu il tarixdə azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu olmayan, məhkumluğu ödənilmiş hesab edilir. Cinayət işinin materiallarından görünür ki, ********* saylı cinayət işi 09.04.2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə başlanmışdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 09 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 09 aprel 2021-ci il tarixində Azərbaycan Respublikası CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. Cinayət işinin materiallarından görüünür ki, Təqsirləndirilən şəxs2 10 aprel 2021-ci il tarixində CM-nin 177.2.1,177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsdə saxlama müddətiinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarından görüünür ki, Təqsirləndirilən şəxs1 10 aprel 2021-ci il tarixində CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq həmin tarixdə Sumqayıt şəhər Məhkəməsinin qərarı ilə barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablanmışdır. Sumqayıt şəhər Məhkəməsinin hazırlıq iclasının qərarı ilə hər iki təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Corat Bağları üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə hər hansı bir şikayət daxil olmamışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının Corat qəsəbə inzibati ərazi dairəsi üzpə nümayəndəsi tərəfində verilmişxasiyyətnaəmədən görünür ki, yaşayış yeri üzrə Təqsirləndirilən şəxs2 heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan sübutların qiymətləndirilməsinə dair 04 iyun 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 əməli CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrindən 177.2.1, 177.2.3 və 194.1-ci maddəsinə tövsif olunmuşdur. Cinayət işinin materiallarından görünür ki, 05 iyun 2021-ci il tarixində Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə yeni ittiham elan edilmişdir. Cinayət işinin materiallarından görünür ki, 05 iyun 2021-ci il tarixində Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə yeni ittiham elan edilmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs1 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12-ci və 59.1.14-cu maddələrinə əsasən Təqsirləndirilən şəxs1 oğlunun cəzasını yüngülləşdirən hallar zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsi və dəymiş maddi ziyanı qismən ödəməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən olunması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə Təqsirləndirilən şəxs1 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər Məhkəməsinin 01.02.2021-ci il tarixli hökmü ilə təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona hazırki iş üzrə təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinin tələblərinə əsasən azadlığın məhdudlaşdırılmasının 02 gününün azadlıqdan məhrumetmənin 01 gününə bərabər tutulmaqla qismən toplanmalı və üzərində qəti cəza təyin edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu müddətdən yəni 09 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs2 əməli onun özünün etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, ekspertiza rəyi, cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməlində cinayət tərkibi vardır, onun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1,177.2.3 və 194.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, törətdiyi cinayətə görə cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, Təqsirləndirilən şəxs2 şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halların olub-olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.14-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar onun zərərçəkmiş şəxslərdən biri ilə barışıq əldə etməsi və maddi ziyanı qismən ödəməsidir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən olunmadı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs2 hansı cəza növünü təyin etmək məsələsini həll edərkən belə nəticəyə gəlir ki, ona təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 194.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası, CM-nin 177.2.1 və 177.2.23-cü maddələrinin sanksiyası həddində isə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki gün hesabı ilə hesablanaraq qismən toplanmalı və üzərində qəti cəza müəyyən edilməlidir. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu tarixdən, yəni 09 aprel 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut kimi tanınmış təzə vəziyyətdə üzərində «Cardinal» yazısı olan ağ rəngli Avropa modeli oturacaqlı, su çənli istifadədə olmuş 01 ədəd unitaz, təzə vəziyyətdə ağ rəngli, əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanaq saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınmalıdır. Təzə vəziyyətdə üzərində «Versace» yazısı olan 39 ölçülü hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı, təzə vəziyyətdə üzərində «Dior» yazısı olan 40 ölçülü ağ-qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, istifadədə olmuş, üzərində «Chanel» yazısı olan 38 ölçülü qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı Zərərçəkmiş şəxs1 təhvil verilməlidir. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilməlidir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs1 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.06.2021-ci il tarixli (iş № 1(060)-443/2021) qərarını icra edərək, 21.06.2021-ci il tarixli 659/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi2 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Sumqayıt şəhər 1 saylı Vəkil Bürosu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 194.1-ci maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 məhkəmədə hüquqlarının müdafiəsinin təmin olunması məqsədi ilə ona dövlət hesabına müdafiəçinin ayrılması barədə Sumqayıt şəhər Məhkəməsinin 17.06.2021-ci il tarixli (iş № 1(060)- 443/2021) qərarını icra edərək, 21.06.2021-ci il tarixli 660/2021 saylı orderə əsasən vəkil Müdafiəçi2 onun vəkili təyin etmişdir. Müdafiəçi1 məhkəmə iclaslarında iştirak etmiş (hazırlıq və baxış), cinayət işi ilə tanış olma vaxtı ilə birlikdə, barəsində təqsirləndirilən şəxsin hüquqlarının müdafiəsi üçün 20 (iyirmi) saat vaxt sərf etmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsinəəsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü madəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi hesabına təmin etməlidir. Həmin Məcəllənin 193.5-ci maddəsinəəsasən Bu Məcəllənin 193.2-193.4-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardım müdafiəçinin təqdim etdiyi hesabat əsasında hər iş saatıüçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi miqdarda vəkillərin müvafiq ərazi qurumu vasitəsilə ödənilir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında”Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 fevral 2001-ci il tarixli 31 saylı qərarına (03.05.2018-ci il tarixli 202 saylı qərarı ilə edilmiş dəyişikliklərlə) müvafiq olaraq Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2-ci maddəsində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatıüçün 6 (altı) manat miqdarında müəyyən edilmişdir. Müdafiəçinin göstərdiyi hüquqi yardıma görə haqqın Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun Kapitalbank ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** İş üzrə mülki iddia yoxdur. Zərərçəkmiş şəxs1 mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və384-cü maddələrini rəhbər tutaraq, Məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin və o, 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Sumqayıt şəhər Məhkəməsinin 01.02.2021-ci il tarixli 1 (060) 57/2021 saylı hökmü ilə onun üzərində təyin edilmiş və çəkilməmiş 01 (bir) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası ona hazırki hökmlə təyin olunmuş cəza ilə Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsi ilə nəzərdə tutulmuş qaydada azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla qismən toplansın və üzərində qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edisin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 194.1-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərinin törədilməsində təqsirli bilinsin və o, CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 02 (iki) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına, Azərbaycan Respublikası CM-nin 194.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən ona təyin edilmiş cəzalar CM-nin 68.1.1-1-ci maddəsində nəzərdə tutulmuş qaydada azadlığın məhdudlaşdırılmasının iki gününün azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla qismən toplansın və üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edisin. Cəzaçəkmə müddətinin əvvəli 09 aprel 2021-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış təzə vəziyyətdə üzərində «Cardinal» yazısı olan ağ rəngli Avropa modeli oturacaqlı, su çənli istifadədə olmuş 01 ədəd unitaz, təzə vəziyyətdə ağ rəngli, əl-üz yumaq üçün istifadədə olmuş 01 ədəd çanaq saxlanılması üçün Zərərçəkmiş şəxs2 təhvil verilməsi nəzərə alınsın. Üzərində «Versace» yazısı olan 39 ölçülü hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı, təzə vəziyyətdə üzərində «Dior» yazısı olan 40 ölçülü ağ-qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısını, istifadədə olmuş, üzərində «Chanel» yazısı olan 38 ölçülü qara rəngli hündürdürdabanlı 01 cüt qadın ayaqqabısı Zərərçəkmiş şəxs1 təhvil verilsin. İş üzrə aparılmış məhkəmə ekspertizasının dəyəri 50 (əlli) manat müştərək qaydada Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab Z 34CTRE********************) keçirilsin. Zərərçəkmiş şəxs1 mülki iddia qaydasında Məhkəməyə müraciət etmək hüququ izah edilsin. Təqsirləndirilən şəxs1 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun "xxxx"AS-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. Təqsirləndirilən şəxs2 Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 göstərdiyi 20 (iyirmi) saat hüquqi yardıma görə 120 (yüz iyirmi) manatın ödənilməsi Azərbaycan Respublikası dövlət büdcəsi vəsaiti hesabına həyata keçirilsin və həmin məbləğin Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun "xxxx"ASC-nin Sumqayıt filialında olan hesabına köçürülməsi Azərbaycan Respublikası Vəkilllər Kollegiyasına həvalə edilsin. “Kapital Bank 1 saylı Sumqayıt filialı, hesab AZ09AİİB******************** VÖEN ********** Hökmdən elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Pərviz Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar