Məhkəmə qərarları › İş №1(060)-443/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-443/2022

30.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-443/2022 30.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Rəhimov Səbuhi Fərəc oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu il tarixdə Cəlilabad rayonu, Privolnoye kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Cəlilabad rayonu, Privolnoye kəndində qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən qanunsuz yolla satış məqsədi ilə əldə etdiyi 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 6 ədəd mavi rəngli və 3 ədəd qızılı rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,086 qram, 0,071 qram, 0,036 qram, 0,078 qram, 0,056 qram, 0,106 qram, 0,020 qram 0,018 qram, ümumi təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroini daşıyaraq üzərində, 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 10 ədəd mavi rəngli və 4 ədəd qızılı rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,067 qram, 0,105 qram, 0,090 qram, 0,059 qram, 0,082 qram, 0,071 qram, 0,019 qram 0,032 qram, 0,023 qram, 0,083 qram, 0,018 qram, 0,016 qram, 0,020 qram, ümumi təmiz çəkisi 0,763 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroini və səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd “Aosai” markalı qara rəngli elektron tərəzini yaşadığı ünvan 1 ünvanında gizlətməklə saxlamış, 19 yanvar 2022-ci il tarixdə, saat 18:00-da Sumqayıt şəhər polis idarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4/29 saylı binanın qarşısında saxlanılıb polis idarəsinə gətirələrək üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynində olan göy rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 6 ədəd mavi rəngli və 3 ədəd qızılı rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,019 qram, 0,086 qram, 0,071 qram, 0,036 qram, 0,078 qram, 0,056 qram, 0,106 qram, 0,020 qram 0,018 qram, ümumi təmiz çəkisi 0,490 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eynitərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin, eyni zamanda həmin tarixdə, saat 19:21-də yaşadığı Sumqayıt şəhəri, 1-ci mikrorayon, ev 4/29, 12 saylı mənzilə keçirilmiş baxış zamanı qonaq otağında olan divanın üzərindəki yastığın altında saxladığı elektron tərəzinin qara rəngli dəri kisəsinin içərisindən 1 ədəd şəffaf rəngli sellofan bükülünün içərisində 10 ədəd mavi rəngli və 4 ədəd qızılı rəngli siqaret kağızı bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,078 qram, 0,067 qram, 0,105 qram, 0,090 qram, 0,059 qram, 0,082 qram, 0,071 qram, 0,019 qram 0,032 qram, 0,023 qram, 0,083 qram, 0,018 qram, 0,016 qram, 0,020 qram, ümumi təmiz çəkisi 0,763 qram qəhvəyi rəngli kustar üsulla hazırlanmış eyni tərkibli narkotik vasitə olan şəxsi istehlak miqdarından artıq miqdarda heroin və səthində heroin izləri olan narkotik vasitənin satışında çəkinin müəyyən edilməsi üçün istifadə edilən 1 ədəd “Aosai” markalı qara rəngli elektron tərəzi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, xx.xx.2022-ci il tarixdə, saat 18:00 radələrində yaşadığı ünvanın qarşısında olan zaman polis əməkdaşları ona yaxınlaşıb şübhəli olduğu üçün saxladıqlarını bildirərək onu polis bölməsinə dəvət etmişlər. Polis bölməsində olan zaman onun üzərinə şəxsi axtarış keçirmək istədikləri bildirilmiş, o etiraz etməmişdir. Videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilərək üzərində hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, əgər vardırsa həmin əşyanın təqdim edilməsi təklif edilmiş, o özü əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümün içərisində 6 ədəd mavi, 3 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddələr “kakos” adlanan narkotik vasitə olmuş, aşkar olunmuş həmin maddələri 100 manat pul ödəməklə Abbas adlı şəxsdən almışdır. Bundan başqa o, yaşadığı ünvanda da narkotik vasitə saxlamış, tanımadığı şəxsə 14 manat qarşılığında narkotik vasitə satmışdır. Videoçəkiliş zamanı üzərindən aşkar olunmuş 9 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “ heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilmiş və həmin maddələr ƏN-nin MEM-nə göndərilməsi üçün qablaşdırılaraq möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 119 manat kağız pullar, 50 qəpik pul, açar, çəhrayı rəngli pul qabı xüsusi əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmış, Nokia markalı mobil telefon xususi qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Bundan başqa polis əməkdaşları tərəfindən yaşadığı ünvana baxış keçirilmiş, baxış zamanı özü yaşadığı 1 otaqlı mənzildə qonaq otağında divanın üzərində olan yataq dəstinin balıncının alt hissəsində saxlamış olduğu “Aosai” markalı elektron tərəzini qara rəngli dəri kisəsi ilə birlikdə təqdim etmişdir. Həmin kisənin içərisində “Aosai” markalı elektron tərəzinin və 1 ədəd şəffaf rəngli sellofan bükümün, həmin sellofan bükümün içərisində 10 ədəd mavi, 4 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı yaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddələr “kakos” adlanan narkotik vasitə olmuş, həmin maddələri 100 manat pul ödəməklə Abbas adlı şəxsdən almışdır. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 14 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “ heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisi 0,12 qram, 0,12 qram, 0,12 qram, 0,06 qram, 0,13 qram, 0,04 qram, 0,14 qram, 0,11 qram, 0,05 qram, 0,10 qram, 0,04 qram, 0,05 qram, 0,11 qram digər bükümdəki maddənin çəkisi isə müəyyən etmək mümkün olmamış, aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “ heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisi 1,20 qram olduğu müəyyən olunmuş və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq möhürlənmişdir. Daha sonra şəxsi axtarış və baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, o da həmin protokolları digər iştirakçılar kimi doğruluğunu öz imzası ilə imzalamışdır. Əvvəllər narkotik vasitə alqı-satqısı ilə məşğul olmamış, birinci dəfədir ki, narkotik vasitə olan heroin satmış, 4 ədəd bükümü tanımadığı şəxsə 14 manata satmışdır. Həmin 14 manat pulu da təhqiqatçıya təqdim etmişdir. Üzərindən aşkar olunmuş narkotik vasitə olan heroini aldığı şəxsin adının Abbas olduğunu bilmiş, həmin şəxslə təsadüfən rastlaşıb almış, həmin şəxsin anket məlumatlarını bilməmiş, əlaqə nömrəsi olmamışdır. Həmin bükümləri özü bölməmiş, o, narkotik vasitəni alan vaxt onlar artıq ayrı- ayrı bükümlərdə olmuş, yəqin həmin bükümlər ayrı-ayrı bükümlərə yığılmışdır ki, hər biri bir dəfəyə istifadə edilsin. Əməlindən çox peşmandır. Onun valideyinləri və əri vəfat etmiş, hazırda xx.xx.2008-ci il təvəllüdlü bir azyaşlı uşağı ilə birlikdə yaşayır, həmin uşağa özü baxır. Bir daha belə hərəkətlərə yol verməyəcəkdir. Həbs olunacağı təqdirdə az yaşlı uşağına baxan olmayacaqdır. Qeyd olunanların nəzərə alınaraq ədalətli qərar verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 4-cü PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 ifadəsində göstərdi ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Rəmziyə adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında xx.xx.2021-ci il tarixdə, saat 18:00-da Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4/29 saylı yaşayış binasının qarşısında müəyyən olunaraq, ona narkotik vasitələrin qəbulu və üzərində gəzidirilməsində şübhəli bilindiyi üçün saxlanılmış və aidiyyatı üzrə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə dəvət edilmiş, o da etiraz etmədən onlarla birlikdə Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gəlmişdir. Bölməyə gətirildikdən sonra xidməti otaqların birində videoçəkiliş aparılmaqla təhqiqatçı Tariyel Həsənov Təqsirləndirilən şəxs özünü təqdim edərək, onun saxlanılmasının səbəbini bildirmişdir. Onun üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Tariyel Həsənov tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X2 təqdim olunmuş, o bildirişlə tanış olub, vəkilə etiraz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmişdir. Həmin sellofan bükümün içərisində 6 ədəd mavi, 3 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Rəmziyə üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos” olduğunu, onları 100 manat pul ödəməklə Abbas adlı şəxsdən aldığını, bundan başqa yaşadığı ünvanda da narkotik vasitə saxladığını, eyni zamanda tanımadığı şəxsə 14 manat qarşılığında 4 büküm narkotik vasitə satdığını bildirmişdir. Onun üzərindən aşkar olunmuş 9 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilmiş, daha sonra isə aşkar olunmuş maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 119 manat nağd pul, 50 qəpik pul, açar, çəhrayı rəngli pul qabı xüsusi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmış, Nokia markalı mobil telefon xususi qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Bundan sonra onlar həmin gün onun yaşadığı Sumqayıt şəhəri 1-ci mikrorayon, ev 4/29, mənzil 12-yə getmişlər. Baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və onlar hamısı onun ünvanına daxil olmuşlar. Saat 19:21-də Rəmziyənin evinə videoçəkilişlə baxış keçirilməyə başlanılmışdır. Rəmziyədən yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, müsbət halda həmin əşyanı təqdim etməsi təklif olunmuş, Rəmziyə özü yaşadığı 1 otaqlı mənzildə qonaq otağında divanın üzərində olan yataq dəstinin balıncının alt hissəsində saxlamış olduğu “Aosai” markalı elektron tərəzini, qara rəngli dəri kisəsi ilə birlikdə təqdim etmişdir. Həmin kisənin içərisində “Aosai” markalı elektron tərəzinin və 1 ədəd şəffaf rəngli sellofan bükümün, həmin sellofan bükümün içərisində 10 ədəd mavi, 4 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Rəmziyyə yaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos” olduğunu, aşkar olunmuş həmin maddələri 100 manat pul ödəməklə Abbas adlı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 14 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 0,12 qram, 0,12 qram, 0,12 qram, 0,06 qram, 0,13 qram, 0,04 qram, 0,14 qram, 0,11 qram, 0,05 qram, 0,10 qram, 0,04 qram, 0,05 qram, 0,11 qram, digər 1 ədəd bükümdəki maddənin çəkisini isə müəyyən etmək mümkün olmamışdır, aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələr birlikdə elektron tərəziyə qoyulub çəkilən zaman həmin maddələrin çəkisinin 1,20 qram olduğu müəyyən olunmuş və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Daha sonra yenidən Sumqayıt ŞPİ-nin 4-cü PB-yə qayıdaraq orada şəxsi axtarış və baxış keçirilməsi barədə protokollar tərtib olunmuş, onlar da həmin protokolları öz imzaları ilə təsdiq etmişlər. Təqsirləndirilən şəxs qarşı polis əməkdaşları tərəfindən hər hansı bir təzyiq göstərilməmişdir, o, könüllü olaraq, törətdiyi cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroini haradan əldə etdiyini və nə məqsədlə evində və üzərində saxladığını soruşduqda, Rəmziyə həmin narkotik maddə olan heroini 100 manat pul ödəməklə Abbas adlı şəxsdən aldığını, bundan başqa yaşadığı ünvanda da narkotik vasitə saxladığını, eyni zamanda tanımadığı şəxsə 14 manat qarşılığında 4 büküm narkotik vasitə satdığını, əldə etdiyi narkotik vasitəni satmaq istədiyini, birinci dəfədir ki, narkotik vasitə satdığını bildirmişdir. Təqsirləndirilən şəxs əvvəllər və ya tutulduğu ərəfədə narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması barədə onlarda hər hansı məlumat olmamış, lakin onlar Rəmziyənin qanunsuz olaraq narkotik vasitələrin qəbul etməsi və üzərində gəzdirməsi barədə etimad doğuran, qərəzsiz mənbədən məlumat əldə etmişlər və həmin məlumatı yoxlayıb üzərindən və evindən narkotik vasitə heroin aşkar etmişlər. Təqsirləndirilən şəxs konkret olaraq hər hansı bir şəxsə narkotik vasitə satması ilə bağlı onda əməliyyat məlumatı olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt şəhər polis idarəsinin 4-cü PB-nin əməliyyat müvəkkili, polis mayoru Şahid2, Şahid1 ilə eyni məzmunlu ifadə verdi. İş materiallarında olan “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 18:00-da Sumqayıt şəhəri 1-ci mikrorayon, ev 4/29 saylı yaşayış binasının qarşısında tutulmuşdur.(i.v 18) İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi” haqqında və “diskə baxış keçirilməsi” haqqında protokollardan görünür ki, xx.xx.2022-ci il tarixdə Sumqayıt şəhərində Rəmziyə adlı şəxsin qanunsuz olaraq narkotik vasitələrin qəbulu və üzərində gəzdirməsi barədə daxil olmuş məlumat əsasında həmin gün, saat 18:00-da Sumqayıt şəhəri, 1-ci mikrorayon, 4/29 saylı yaşayış binasının qarşısında müəyyən olunaraq Sumqayıt ŞPİ-nin 4-cü PB-yə gətirilmiş və bölmədə xidməti otaqların birində Sumqayıt ŞPİ-nin KTB-nin inspektor-kriminalisti tərəfindən videoçəkiliş aparılmaqla sonradan anket məlumatları bəlli olan Təqsirləndirilən şəxs təhqiqatçı Tariyel Həsənov ona özünü təqdim edərək, onun da özünü təqdim etməsini xahiş edib, saxlanılmasının səbəbini bildirmişdir. Təqsirləndirilən şəxs da özünü təqdim etmişdir. Daha sonra polis əməkdaşları da özlərini təqdim etmiş və Rəmziyənin üzərinə şəxsi axtarışa başlanmazdan əvvəl təhqiqatçı Tariyel Həsənov tərəfindən ona hüquq və vəzifələr barədə bildiriş və hüquqlarının müafiəsini təmin edəcək vəkili X2 təqdim olunur, o bildirişlə tanış olub, vəkilə etiaz etməmişdir. Daha sonra isə videoçəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilərək, sonuncuya üzərində hər hansı bir əhəmiyyət kəsb edən, qanunla qadağan olunmuş əşyanın və ya narkotik vasitənin olub-olmaması, əgər vardırsa həmin əşyanı təqdim etməsi təklif edilmişdir. O da əynində olan göy rəngli gödəkçənin sağ yan cibində saxlamış olduğu 1 ədəd şəffaf rəngli sellofan bükümü təqdim etmiş, həmin sellofan bükümün içərisində 6 ədəd mavi, 3 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Rəmziyə üzərindən aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos” olduğunu, onları 100 manat pul ödəməklə Abbas adlı şəxsdən aldığını, bundan başqa yaşadığı ünvanda da narkotik vasitə saxladığını, tanımadığı şəxsə 14 manat qarşılığında narkotik vasitə satdığını bildirmişdir. Həmin vaxt onun üzərindən aşkar olunmuş 9 ədəd siqaret kağızına bükülmüş narkotik vasitə olan heroin elektron tərəzidə çəkilərək Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Onun üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən aşkar olunmuş 119 manat nağd pul, 50 qəpik pul, açar, çəhrayı rəngli pul qabı xüsusi əhəmiyyət kəsb etmədiyindən onun özünə geri qaytarılmış, Nokia markalı mobil telefon xususi qaydada qablaşdırılaraq protokola əlavə edilmişdir. Bundan sonra həmin gün onun yaşadığı ünvan 1-yə baxış keçirilmiş, baxış keçirilməmişdən əvvəl Təqsirləndirilən şəxs yaşadığı ünvana baxış keçirilməsinə etiraz etmədiyini bildirmiş və hamısı onun ünvanına daxil olmuşdur. Saat 19:21-də Rəmziyyənin evinə videoçəkilişlə baxış keçirilməyə başlanılmış, Rəmziyyədən yaşadığı ünvanda hər hansı bir əhəmiyyət kəsb edən qanunla qadağan olunmuş əşyanın olub-olmaması, müsbət halda həmin əşyanı təqdim etməsi təklif olunmuş, Rəmziyə özü yaşadığı 1 otaqlı mənzildə qonaq otağında divanın üzərində olan yataq dəstinin balıncının alt hissəsində saxlamış olduğu “Aosai” markalı elektron tərəzini, qara rəngli dəri kisəsi ilə birlikdə təqdim etmiş, həmin kisənin içərisində “Aosai” markalı elektron tərəzinin və 1 ədəd şəffaf rəngli sellofan bükümün, həmin sellofan bükümün içərisində 10 ədəd mavi, 4 ədəd qızılı rəngli siqaret kağızı bükümlərin, həmin bükümlərin içərisində isə qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələrin olduğu müəyyən edilmişdir. Sorğu zamanı Rəmziyə yaşadığı ünvandan aşkar olunmuş qəhvəyi rəngli spesifik iyə malik olan maddələrin “kakos” olduğunu, aşkar olunmuş həmin maddələri 100 manat pul ödəməklə Abbas adlı şəxsdən aldığını bildirmişdir. Həmin vaxt yaşadığı ünvandan aşkar olunmuş 14 ədəd siqaret kağızına bükülmüş qəhvəyi rəngli spesifik iyə malik narkotik vasitə olan “heroin”ə bənzər maddələr elektron tərəziyə qoyulub çəkilmiş və həmin maddələr Azərbaycan Respublikası ƏN-nin MEM-nə göndərilməsi üçün xüsusi qaydada qablaşdırılaraq Azərbaycan Respublikasının DİN-nin 128 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra videoçəkiliş dayandırılmışdır.(i.v 26-27, 29-30, 93-95) Məhkəmə iclasında həmin diskdəki videogörüntülər nümayiş olundu və göstərilənlər təsdiq edildi. İş materiallarında olan xx.xx.2022-ci il tarixli təqdim etmə və götürmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus çəhrəyi rəngli pul qabını, həmin pul qabının içərisindən 119 manat pul, PAŞA banka məxsus **********5395119 saylı kartı təqdim etmiş, Təqsirləndirilən şəxs aşkar edilmiş puldan 14 manatı narkotik vasitə sataraq əldə etdiyini bildirmiş, bu səbəbdən həmin 14 manat, yəni 01 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinasları, Paşa banka məxsus həmin plastik kart götürülmüşdür. (i.v 34) İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli, 6/368 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün 128 saylı” dairəvi möhür əksləri olan iki ədəd zərfdə: üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ...”sözləri, soyad və imzalar qeyd edilmiş bir ədəd zərfdə 9 (doqquz) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,019 qram, 0,086 qram, 0,071 qram, 0,036 qram, 0,078 qram, 0,056 qram, 0,106 qram, 0,020 qram, 0,018 qram, ümumi təmiz çəkisi 0,490 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar olunmuş ...” sözləri qeyd edilmiş bir ədəd zərfdə 14(on dörd) ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkisi 0,078 qram, 0,067 qram, 0,105 qram, 0,090 qram, 0,059 qram, 0,082 qram, 0,071 qram, 0,019 qram, 0,032 qram, 0,023 qram, 0,083qram, 0,018 qram, 0,016 qram, 0,020 qram, ümumi təmiz çəkisi 0,763 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Təqdim edilmiş 23 (iyirmi üç) ədəd bükümdə olan heroinlər xarici görünüş əlamətlərinə və kimyəvi tərkib kompanentlərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd AOSAİ markalı elektron tərəzinin üzərində narkotik vasitə heroinə məxsus izlər vardır. İz mikrohissəcikləri cüzi miqdarda olduğu üçün onların maddə nümunələri ilə müqayisəli tədqiqatı aparılmadı.(i.v 38-43) İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 4(060)-43/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 3 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək həbs qətimkan tədbiri seçilməsi barədə vəsatət və təqdimat rədd edilmiş, Təqsirləndirilən şəxs həbsdən azad edilmişdir.(i.v 80-82) İş materiallarında olan xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi” haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. (i.v 83-84) İş materiallarında olan Sumqayıt ŞPİ-nin 4-cü PB-dən daxil olmuş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavabdan görünür ki, keçirilən əməliyyat tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs heroini əldə etdiyi Abbas adlı şəxsin şəxsiyyəti və olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə bəzi əməliyyat məlumatları olmuşdur. Lakin onun kimlərə narkotik vasitə satması ilə bağlı, eyni zamanda 14 manata 4 ədəd büküm narkotik vasitə heroini kimə satması ilə bağlı əməliyyat istintaq marağı kəsb edən məlumatlar hələlik əldə edilməmişdir. (i.v 111) İş materiallarında olan cinayət işi üzrə təyin edilmiş məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 347 saylı rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetaminin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v 135-136) İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu yoxdur. (i.v 138) İş materiallarında olan 5 saylı MKS-nin xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyat yeri üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır.(i.v 130) İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” protokol və qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs üzərindən və evindən götürülmüş, tədqiqatdan sonra qalıq qalmış 1,023 qram narkotik vasitə olan heroinin və 01 ədəd «AOSAİ» markalı tərəzi Sumqayıt ŞPİ-nin məsul saxlanışına verilmiş, eyni zamanda Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş narkotik vasitənin satışından əldə etdiyi 01 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinasları, ümumilikdə 14 manat məbləğində nağd pul şəhər polis idarəsinin maliyyə plan şöbəsi vasitəsi ilə dövlət bankına təhvil verilmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış istintaq hərəkəti keçirilməsini əks etdirən 01 ədəd DVD-R formatlı disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. (95, 99-100, 102-103) İş materiallarında olan şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1 azyaşlı uşağı (xx.xx.2008-ci il təvəllüdlü X7) vardır.(i.v. 131-132) İş materiallarında olan atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs doğulmuş xx.xx.2008-ci il təvəllüdlü X3 atası X4r. (i.v. 134) İş materiallarında olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs azyaşlı uşağı xx.xx.2008-ci il təvəllüdlü X3 atası X6 xx.xx.2016-cı il tarixdə qara ciyər serrozundan vəfat etmişdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli qərarının 9cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi. Onun əməli Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Qanunu cəza təyin edərkən, habelə cəzanın və digər cinayət-hüquqi xarakterli tədbirlərin ədalətliliyini müəyyən edərkən diqqəti törədilmiş cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, təqsirkarın şəxsiyyətinə, təyin olunmuş cəzanın şəxsin islah olunmasına, onun ailəsinin həyat şəraitinə ola biləcək təsirinə, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallara diqqət çəkmiş, bu halların nəzərə alınmalı olmasının vacibliyini önə çəkmiş, yalnız bu cinayət-hüquqi kriteriyalara əməl edildiyi halda ədalətli cəzadan söhbət gedə biləcəyini müəyyən etmişdir. Eyni zamanda Cinayət Qanunu ədalətli cəzanın təyin edilməsi zamanı cəzanın məqsədlərinin də nəzərdən qaçırılmamasını diqqətə almış, yalnız sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa yönəlmiş cəzanın ədalətli hesab edilməsini təsbit etmişdir (CM-nin 8.1, 41.2 və 58.3-cü maddələri). Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CMnin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Мящкямя, Təqsirləndirilən şəxs ямялиндян пешман олмасыны, тягсирини сямими етираф етмясини, щимайясиндя xx.xx.2008-ci il təvəllüdlü bir азйашлы ушаьынын олмасыны, йашайыш йериндян мцсбят характеризя едилмясини она тяйин олунаcаг cязаны йцнэцлляшдирян щаллар кими гиймятляндирир. Cinayət işi üzrə Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 1 azyaşlı (on dörd yaşına çatmamış) uşağın olmasını nəzərə alıb, onun barəsində Azərbaycan Respublikası CM-nin 79.1-ci maddəsi tətbiq edilməklə xx.xx.2008-ci il təvəllüdlü X3 on dörd yaşına çatanadək, ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin təxirə salınmasını məqsədəmüvafiq hesab edir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. İş materiallarından görünür ki, “Cinayət törətməkdə şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokola əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə tutulmuşdur. xx.xx.2022-ci il tarixli “qətimkan tədbiri seçilməsi” haqqında qərardan görünür ki, xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Ona görə də, gələcəkdə hökmün icrası və cəzanın həddi anlaşılmazlıq yaranmaması üçün onun həbsdə saxlandığı müddət nəzərə alınaraq ona təyin edilən cəzadan çıxılmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə-kimyəvi ekspertizasının keçirilməsi ilə əlaqədar 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi tərəfindən 12 (on iki) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi 72 (yetmiş iki) manat məbləğində pul ödənilməlidir. Cinayət işi üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,023 qram narkotik vasitə heroin və 01 ədəd «AOSAİ» markalı tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş narkotik vasitənin satışından əldə etdiyi 01 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinasları, ümumilikdə 14 manat məbləğində nağd pulun şəhər polis idarəsinin maliyyə plan şöbəsi vasitəsi ilə dövlət bankına təhvil verilməsi nəzərə alınmalı, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılmalıdır. Cinayət işi üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib, 03 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il tarixdən 21 yanvar 2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Azərbaycan Respublikası CM-in 79.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 02 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzasının çəkilməsi Təqsirləndirilən şəxs azyaşlı oğlu xx.xx.2008-ci il təvəllüdlü X7 on dörd yaşına çatanadək təxirə salınsın. Təqsirləndirilən şəxs davranışına nəzarət Sumqayıt Şəhər Probasiya Şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut olan Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,023 qram narkotik vasitə heroin və 01 ədəd «AOSAİ» markalı tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs əl çantasından aşkar olunmuş narkotik vasitənin satışından əldə etdiyi 01 ədəd 10 manatlıq, 4 ədəd 1 manatlıq pul əskinasları, ümumilikdə 14 manat məbləğində nağd pulun şəhər polis idarəsinin maliyyə plan şöbəsi vasitəsi ilə dövlət bankına təhvil verilməsi nəzərə alınsın və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə videogörüntünü əks etdirən bir ədəd DVD-R formatlı disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 72 (yetmiş iki) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil bürosunun («Kapital Bank» 1 saylı Sumqayıt filialı hesab AZ09AİİB******************** VÖEN **********) hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar