Məhkəmə qərarları › İş №1(060)-443/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-443/2024

21.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-443/2024 21.05.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Quliyev Ramiz Mübariz oğlunun sədrliyi, Əkbərli Nicat Mais oğlunun katibliyi, Dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs və onun müdafiəçisi Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1978-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən öz istifadəsi üçün xeyli miqdarda 01 ədəd polietilen bağlamada təmiz çəkisi 300,0 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 2-ci PB-nin əməkdaşları tərəfindən 19 yanvar 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 19 nömrəli tam orta məktəbin yaxınlığında olarkən saxlanılaraq 2-ci PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bağlamada olan narkotik vasitə qurudulmuş marixuana əynindəki gödəkçənin altında sağ qoltuğuna yerləşdirilmiş vəziyyətdə aşkar edilərək götürülmüşdür. Bundan başqa o, istintaqa məlum olmayan vaxtda və mənbədən qanunsuz olaraq 01 ədəd polimer kisədə 01 ədəd 14M-303684 nömrəli, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizimləri üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, hissə-mexanizmləri üzərində istehsal ili müşahidə olunmayan, yivli odlu silah hesab edilən AK-74 modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK- 74 modelli əl pulemyotlarının komplekt hissə hesab edilən daraq, ümumilikdə 36 ədəd olmaqla 21 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 15 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5.45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların döyüş sursatları hesab edilən ştat patronlar əldə edib daşıyaraq gəzdirmiş və 29 yanvar 2024-cü il tarixdə saat 13:50 dəqiqədə Sumqayıt ŞPİnin 1-ci PB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən məscidin qarşısındakı kafedə olarkən saxlanılaraq 1-ci PB-nin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərək həmin odlu silah, komplekt hissəsi daraq və döyüş sursatı patronlar əlində saxladığı 01 ədəd polimer kisənin içərisindən aşkar edilərək götürülmüşdür. Bu hərəkətləri ilə də, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona qarşı irəli sürülmüş ittihamlar üzrə özünü təqsirli bilərək göstərmişdir ki, əvvəllər məhkum olmuş, narkotik vasitə alüdəçisidir, təxminən 7-8 il narkotik vasitə istifadə etmişdir. Narkotik vasitəni Bakı və Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə edir. Son olaraq 19 yanvar 2024-cü il tarixdə, günorta saatlarında şəxsi işləri ilə əlaqədar olaraq Bakı şəhərinə getmişdir. Bakı şəhəri, 20 Yanvar dairəsində olarkən narkotik vasitələrin satışı ilə məşğul olan şəxslə qarşılaşmış, həmin şəxsdən istifadəsi üçün narkotik vasitə istədikdən sonra aralarındakı razılıq əsasında 50 manata 01 ədəd sellofan torbaya yerləşdirilmiş vəziyyətdə 01 ədəd üzəri yapışqan lentlə sarılı polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana əldə etmişdir. Narkotik vasitə əldə edib Sumqayıt şəhərinə gəlmişdir. 19 yanvar 2024-cü il tarixdə, saat 19:30 radələrində Sumqayıt şəhəri. H.Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 19 nömrəli tam orta məktəbinin yaxınlığında piyada olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış özlərini təqdim edərək polis əməkdaşları olduqlarını, narkotik vasitə əldə edib üzərində saxlayıb daşımağı ilə bağlı şübhələr olduğunu deyib onu Sumqayıt ŞPİ-nin 2-ci PB-nə dəvət etmişlər. O qarşılıq vermədən onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki gödəkçənin altında sağ qoltuğuna yerləşdirərək saxladığı narkotik vasitə qurudulmuş marixuananı özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməsi təklif olunmuş və o əynindəki gödəkçənin altında sağ qoltuq nahiyəsinə bərkidərək saxladığı 01 ədəd sellofan torbanın içində 01 ədəd üzəri yapışqan lentlə sarılmış polietilen bağlamanı çıxardıb təqdim edərək, həmin bağlamanın içində marixuana olduğunu demişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Əynindəki gödəkçənin sağ yan cibindən aşkar olunmuş 01 ədəd bir manatlıq pul əskinas, 01 ədəd iyirmi qəpiklik dəmir pul, 01 ədəd on manatlıq dəmir pul, 01 ədəd əl dəsmalı, gödəkçənin sağ iç cibindən aşkar olunmuş 01 ədəd siqaret qutusu ilə araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən ona geri qaytarılmışdır. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd bağlamada narkotik vasitə qurudulmuş marixuana kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 385 kiloqram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə qurudulmuş marixuana ona məxsus olmuşdur, ağrılarına görə öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir zor tətbiq olunmamışdır. Narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Bundan başqa təxminən 2023-cü ilin dekabr ayının sonlarında Sumqayıt şəhəri, Novxanı ərazisində dəniz kənarında metal tullantılar axtardığı zaman orada 01 ədəd polimer material kisə görmüş, kisənin içinə baxdıqda üzəri yapışqan lent ilə bağlanmış 01 ədəd sellofan torba olduğunu müşahidə etmişdir. Həmin torbanı açdıqda içində 01 ədəd ‘'Kalaşnikov" model avtomat, 01 ədəd avtomat darağı və həmin darağın içində 36 ədəd patron olduğunu görmüşdür. Odlu silahlara şəxsi marağı olduğundan onları yaşadığı ünvana aparmaq qərarına gələrək iri həcmli polimer kisədə 01 ədəd sellofan lorbadakı avtomatı, avtomatın darağını və patronları götürüb oradan uzaqlaşaraq yaşadığı ünvana daşımışdır. Yaşadığı ünvanda digər tullantıların yanında saxlayaraq gizlətmişdir. Bu barədə heç kimə heç nə deməmişdir. Avtomatı, darağı, patronları götürüb yaşadığı ünvanda saxlamağına səbəb yalnız silahlara olan şəxs marağı olmuş, başqa, o cümlədən istifadə etmək və ya satmaq kimi bir niyyəti olmamışdır. Bu müddət ərzindədə istifadə etməmişdir. Lakin son zamanlar əməlinin cinayət olduğunu bildiyi üçün yaşadığı ünvanda silah, daraq, patronlar saxlamağı onda narahatçılıq yaratmış və özündən uzaqlaşdırmaq qərarına gəlmişdir. Buna müvafiq olaraq 29 yanvar 2024-cü il tarixdə, günorta saatlarında avtomatı, darağı, patronları evdən çıxarıb başqa yerə atmaqdan ötrü 01 ədəd kisənin içinə yerləşdirilmiş vəziyyətdə 01 ədəd sellofan torbadakı avtomatı, darağı və darağın içindəki 36 ədəd patronu götürmüşdür. 29 yanvar 2024-cü il tarixdə saat 13:50 radələrində kisəni yapışqan lentlə sarıyıb kip formaya gətirərək yaşadığı ünvandan əlində daşıyaraq çıxartmış, piyada hərəkət etməyə başlamış, şübhə çəkməmək və əlində saxlayaraq daşıdığı kisənin içindəkilərin dəmir tullantı olduğu görüntüsünü yaratmaqdan ötrü yaşadığı ünvanın yaxınlığında, yəni Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən məscidin qarşısındakı kafeyə girib bir çay sifariş vermişdir. Həmçinin bu zaman ərzində avtomatı, darağı və patronları tullayıb atacağı yeri fikirləşmişdir. İçində avtomat, daraq və patronlar olan kisəni dizlərinin üstə qoyub əli ilə tutub saxlamışdır ki, yerə çırpılıb və ya kimsə tərəfindən götürülüb hər hansı bir problem yaratmasın. Həmin zaman, yəni 29 yanvar 2024-cü il tarixdə, saat 13:50 radələrində Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən məscidin qarşısındakı kafedə olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşmış və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində odlu silah, döyüş sursatı əldə etmə, daşıma və gəzdirməyi ilə bağlı şübhələr olduğunu demiş, Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmiş, o qarşılıq vermədən onlarla birlikdə PB-nin inzibati binasına gəlmişdir. PB-nin inzibati binasında xidməti otaqların birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o sağ əlində saxladığı 01 ədəd polimer materialdan olan kisəni təqdim etmişdir. Təhqiqatçı kisənin içinə baxıb özü 01 ədəd sellofan torbanın içindəki 01 ədəd “Kalaşnikov" markalı avtomatı, 01 ədəd darağı və darağın içində 36 ədəd patron aşkar etmişdir. O aşkar olunanların hər birini iki ay əvvəl Novxanı ərazisində tapdığını bildirmiş, bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmin avtomat, daraq və patronlar ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib onun və digər iştirakçıların iştirakı ilə tərəfindən imzalanmışdır. Ona qarşı polis əməkdaşları tərəfindən nə fiziki, nə də psixi təzyiq olunmamışdır. O avtomatı, darağı və patronları tapıb əldə edərkən ondan başqa heç kim orada olmamışdır. Həmçinin əməli törətməyində ona köməklik edən heç kim olmamış və heç kimə məlumat verməmişdir. Əməlindən peşmandır. Qeyd olunanlara əsasən barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməllərini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin müvəkkili vəzifəsində işləyir. İcraatına ünvan 1 ünvanda yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Belə ki, icraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyat-axtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. İşin mahiyyəti üzrə bildirmişdir ki, 19 yanvar 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, H. Zeynalabdin qəsəbəsi, Xətai küçəsində yerləşən 19 nömrəli tam orta məktəbin yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Ona narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş Sumqayıt ŞPİ-nin 2-ci PBnin inzibati binasına dəvət etmişdirlər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki gödəkçənin altından sağ qoltuq nahiyəsində saxladığı 01 ədəd sellofan torba çıxardaraq təqdim etmişdir. Torbanın içinə təhqiqatçı tərəfindən baxıldıqda içində üzəri yapışqan lentlə sarılmış 01 ədəd polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüşdür. Kütlə bağlama ilə birlikdə elektron tərəzidə çəkilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü yenidən sellofan torbaya qoyularaq üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusu, 01 ədəd bir manatlıq pul əskinas, 01 ədəd iyirmi qəpiklik və 01 ədəd on qəpiklik dəmir pullar, 01 ədəd cib dəsmalı araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən özünə geri qaytarılmışdır. Həmçinin şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin marixuana olduğunu, istifadəsi üçün ‘‘bu gün", yəni 19 yanvar 2024-cü il tarixdə. Bakı şəhəri. 20 Yanvar dairəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyini, təxminən 7-8 ildir ki narkotik vasitələrdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəçisi olması barədə əməliyyat məlumatları əldə olunsa da, narkotik vasitələrin və yapsixotrop maddələrin satışı ilə məşğul olması barədə heç bir məlumat əldə olunmamışdır. Onun üzərindən aşkar olunmuş narkotik vasitə qurudulmuş marixuananı konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 2-ci PB-nin cinayət axtarış üzrə inspektoru, polis baş serjantı Şahid5 eyni məzmunlu ifadə verərək Şahid4 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 3 ünvanda yaşamış Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirməsi barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən Sumqayıt ŞPİ-nin 1-ci PB-nin rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilmişdir. İşin mahiyyəti üzrə bildirmişdir ki, tərəflərindən keçirilən əməliyyat-axtarış tədbirləri çərçivəsində 29 yanvar 2024-cü il tarixdə, saat 13:50 dəqiqədə Təqsirləndirilən şəxs əlində 01 ədəd polimer kisə ilə birlikdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, Sülh küçəsində yerləşən məscidin yaxınlığındakı kafedə olduğunu müşahidə edib ona yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Ona qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etməsi, saxlaması, daşıyaraq gəzdirməsi barədə şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nə dəvət etmişdirlər. Polis bölməsində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əlində saxladığı 01 ədəd polimer material kisəni təqdim etmişdir. Kisənin içinə təhqiqatçı tərəfindən baxıldıqda içində 01 ədəd sellofan torbada 01 ədəd “Kalaşnikov” silahına bənzər silah və içərisində 36 ədəd patron olan 01 ədəd daraq aşkar olunaraq götürülüb ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs aşkar olunan silahı, patronları və darağı təxminən iki ay əvvəl təqdim etdiyi həmin kisənin içində Novxanı ərazisində, dəniz kənarında tapdığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı aşkar olunaraq götürülmüş odlu silahı, darağı və patronları kimdən və ya haradan əldə etməsi barədə hal-hazırki müddət ərzində dəqiq məlumat əldə edilməmiş, həmçinin sözügedən əməli törədərkən Təqsirləndirilən şəxs köməklik edən və ya əməlin törədilməsində iştirak edən başqa şəxslərin olması barədə əməliyyat aparatına heç bir məlumat daxil olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 1-ci PB-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid2 Şahid1 ifadəsinə oxşar ifadə verdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında 30 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə CM-nin 228.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 13:20) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.1); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 29 yanvar 2024-cü il tarixdə, saat 13:50 dəqiqədə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.17); 31 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 49-50) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 31 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 58-60); Sumqayıt şəhər Məhkəməsinin 4(060)-28/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablanmışdır.(i.v.64-66) “şəxsi axtarışın keçirilməsi haqqında” 29 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 1-ci PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncu sağ əlində saxladığı 01 ədəd polimer kisəni təqdim etmiş, kisənin içinə təhqiqatçı tərəfindən baxıldıqda içində 01 ədəd sellofan torbada 01 ədəd “Kalaşnikov’' silahına bənzər silah və içərisində 36 ədəd patron olan 01 ədəd daraq aşkar olunaraq götürülüb ekspertizaya təqdim olunmasından ötrü qablaşdırılmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər əşya, predmet və sair aşkar olunmamışdır. Təqsirləndirilən şəxs şəxsi axtarış keçirilərkən silahı, patronları və darağı təxminən iki ay əvvəl Novxanı ərazisində, dəniz kənarında tapdığını, Sumqayıt şəhəri, Corat qəsəbəsində, məscidin yaxınlığındakı çayxanada saxlanıldığını bildirmişdir. (i.v 25-26). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Kriminalistik Tədqiqatlar İdarəsinin 30 yanvar 2024-cü il tarixli, 24/233 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd MM-303684 Ns-li 5.45 mm kalibrli olmaqla, zavod üsulu ilə xairici dövlətdə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AK-74 modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın hissə və mexanizmlərinin üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmişdir. Lakin silahın hissəmexanizmlərinin üzərində istehsal ili müşahidə olunmur, yoxdur. - Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuşdur 40 ədəd 5.45x39 min kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissəsidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 36 ədəd patronlardan 21 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 15 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş 5,45x39 mm kalibrli olmaqla, həmin kaliubrli Kalaşnikov konstruksiyalı silahların stat patronlarıdır, döyüş sursatıdırlar və atəş üçün yararlıdırlar. Həmçinin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən məhkəmə-ballistik ekspertizasının keçirilməsi ilə əlaqədar eksperimental atəşlər zamanı təqdim edilmiş 36 ədəd patrondan 03 ədədi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsi tərəfindən istifadə olunmuşdur. (i.v. 33-40) 17 fevral 2024-cü il tarixli “cinayət işinin bir icraata qəbul edilməsi və birləşdirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilmişdir. (i.v. 75) “cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” 20 yanvar 2024-cü il tarixli qərardan görünür ki, fakta görə Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə ********* saylı cinayət işi başlanmış (saat 16:00) və icraata qəbul edilməklə istintaqı aparılmışdır. (i.v.77); “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 19 yanvar 2024-cü il tarixdə, saat 19:30 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. (i.v.95); 21 yanvar 2024-cü il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin maddədə nəzərdə tutulmuş ittiham ona elan edilmişdir. (i.v 123-124) “təqsirləndirilən şəxsin dindirilməsi haqqında” 21 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilməsi ilə bağlı ifadəsi alınmışdır (i.v. 132-133); “təqsirləndirilən şəxsin Müvəqqəti saxlama yerindən azad edilməsi, qətimkan tədbirinin seçilməsi barədə” 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saxlanıldığı Sumqayıt ŞPİ-nin MSY-dən dərhal azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. (i.v. 135); “şəxsi axtarışın keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Sumqayıt ŞPİ-nin 2-ci PB-nin inzibati binasının xidməti otağında videoçəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə müdafiəçinin iştirakı ilə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynindəki gödəkçənin altından sağ qoltuq nahiyəsində saxladığı 01 ədəd sellofan torba çıxardaraq təqdim etmiş, torbanın içinə təhqiqatçı tərəfindən baxıldıqda içində üzəri yapışqan lentlə sarılmış 01 ədəd polietilen bağlamada narkotik vasitə qurudulmuş marixuana aşkar olunaraq götürülmüş, kütlə bağlama ilə birlikdə elektron tərəzidə çəkilərək çəkisi 0.385 kiloqram müəyyən edilmiş, həmin kütlə ekspertizaya təqdim olunmasından ötrü yenidən sellofan torbaya qoyularaq üzəri imzalanmışdır. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd siqaret qutusu, 01 ədəd bir manatlıq pul əskinas, 01 ədəd iyirmi qəpiklik və 01 ədəd on qəpiklik dəmir pullar, 01 ədəd cib dəsmalı araşdırma üzrə əhəmiyyət kəsb etmədiyindən geri qaytarılmışdır. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütlənin marixuana olduğunu, istifadəsi üçün “bu gün", yəni 19 yanvar 2024-cü il tarixdə, Bakı şəhəri, 20 Yanvar dairəsində tanımadığı şəxsdən 50 manata əldə etdiyini, təxminən 7-8 ildir ki narkotik vasitələrdən istifadə etdiyini, polis əməkdaşları tərəfindən ona zor tətbiq olunmadığını bildirmişdir. (i.v 102-103). Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 7/106 nömrəli 20 yanvar 2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş.A sözləri yazılmış 01 ədəd polietilen bağlamada təmiz çəkisi - 300,0 qram bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır ( i.v.110-113). Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X3 şəxsin Ambulator Məcburi-Narkoloji Tibbi yoxlama barədə 1678 saylı, xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs OPİOİDLƏRİN və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. (i.v. 174-176). “maddi sübut kimi tanıma haqqında” xx.xx.2024-cü il tarixli qərara əsasən Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 ədəd bağlamada təmiz çəkisi 300 qram, cinayət işi üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut hesab edilsin, tədqiqatdan sonra qalıq qalmış 299.95 qram narkotik vasitə qurudulmuş marixuana saxlanılması üçün Sumqayıt ŞPİ-nin maddi sübutların saxlanc anbarına təhvil verilmişdir. (i.v. 139) xx.xx.2024-cü il tarixli “cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs əməli CM-nin 228.1-ci maddəsindən həmin Məcəllənin 228.1 və 234.1-ci maddələrinə tövsif edilmişdir. (i.v. 141) “əşyaların maddi sübut hesab edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Heydər Sərdarovun üzərinə şəxsi axtarış keçirilərkən aşkar edilərək götürülmüş 01 ədəd 14M-303684 nömrəli, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizimləri üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, hissə-mexanizmləri üzərində istehsal ili müşahidə olunmayan, yivli odlu silah hesab edilən AK-74 modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissə hesab edilən 01 ədəd daraq, ümumilikdə 36 ədəd olmaqla 21 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 15 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5.45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların döyüş sursatları hesab edilən qalıq 33 ədəd ştat patronlar maddi sübut hesab edilmişdir. (i.v. 146-147) Məhkəmə istintaqı zamanı tədqiq edilən diskə baxış zamanı Təqsirləndirilən şəxs narkotik vasitə və odlu silahi daşıyaraq üzərində saxlaması öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il 11 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. (i.v. 152-162) Azərbaycan Respublikası CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Həmin Məcəllənin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Təqsirləndirilən şəxs bu iş üzrə ittiham olunduğu əməli törətməmişdən əvvəl qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, cəzasının sonu ilə azad edilsə də, məhkumluğu ödənilməmişdir. Ona görə də, onun yenidən qəsdən cinayət törətməsi cinayətlərin residivini yaradır. “sübutların qiymətləndirilməsi haqqında” 27 mart 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs CM-nin 228.1 və 234.1-ci maddələri ilə elan edilmiş ittiham və barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən qüvvəsində saxlanılmış, Təqsirləndirilən şəxs barəsində CM-nin 228.2.1 və 234.2-ci maddələri ilə cinayət təqibinin başlanması rədd edilmiş, 02 ədəd “DVD-R” formatlı disk maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilməsi qərara alınmışdır (i.v. 191-199); Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-cı maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Cinayət qanunvericiliyinə əsasən hər bir cinayət xarakterli ictimai təhlükəli əməli törədən şəxs cəzalandırılmalıdır. Cəza bir tərəfdən, törədilən cinayətə görə dövlətin reaksiyası, digər tərəfdən isə cinayət əməlini törədən üçün onun törətdiyi cinayətin cinayət-hüquqi nəticəsidir. Məhkəmə cinayət törətməkdə təqsirli bilinən şəxsə CM-in Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla, Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin etməlidir. Ədalətli cəzanın təyin edilməsi ilk öncə cəzanın məqsədinə, yəni sosial ədalətin bərpasına, məhkumun islah edilməsinə və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınmasına nail olmaq sahəsində mühüm vasitədir. Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquqi təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 53.4-cü maddəsinin və Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 112.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 02 aprel 2012-ci il tarixli, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 16 və 75-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 15 mart 2022-ci il tarixli qərarları). Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinə əsasən Qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə- iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma-bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Konvensiyasını tamamlayan «Odlu silahların, onların hissələrinin və komponentlərinin, habelə döyüş sursatının qanunsuz hazırlanmasına və dövriyyəsinə qarşı» Protokolunun 3cü maddəsinin “a” bəndinə əsasən «odlu silah» dedikdə, əntiq odlu silahlar və ya onların modelləri istisna olmaqla, atəş açan, atəş açmaq üçün nəzərdə tutulan və ya asanlıqla atəş açmaq üçün vasitəyə çevrilə bilən hər hansı daşına bilən lüləli odlu silah, güllə və ya partlayıcı reaktiv mərmi başa düşülür. “Xidməti və mülki silah haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin 5-ci bəndinə əsasən müvafiq silah növündən atəş açmaq üçün nəzərdə tutulmuş konstruktiv qurğu və ya əşyalar döyüş sursatı hesab edilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Silahın, onun komplekt hissələrinin, döyüş sursatının, partlayıcı maddələrin və qurğuların qanunsuz hazırlanmasına, dövriyyəsinə və talanmasına dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, döyüş sursatı dedikdə, hədəfi məhv etmək üçün müəyyən olunmuş və tərkibində dağıdıcı, tullayıcı və vurub çıxardığı atımın, yaxud onların məcmusu olan silahlanma predmetləri və tullayıcı sursatlar başa düşülür. Döyüş sursatına-hədəfi məhv etmək üçün nəzərdə tutulan artilleriya mərmi və minaları, hərbi mühəndis atımları (partlayış törədici qanadlı ballistik raket və qurğular), minalar, tank əleyhinə olan qumbaralar, əl qumbaraları, piyada əleyhinə olan və reaktiv qumbaralar, kalibirindən asılı olmayaraq hədəfi məhv etmək elementi (karteç, qırma, mərmi-güllə və s.) ilə yanaşı digər bütün elementləri olan müxtəlif odlu silah patronlarına aid edilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 4 mart 2011-ci il tarixli, 2 №-li qərarının 5-ci bəndinə görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Həmin qərarın 6-cı bəndinə görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarın görə siyahıya əsasən narkotik vasitə qurudulmuş marixuananın 5 qram daxil olmaqla yuxarı hədləri şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. “Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsir olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Başqa bir Qərarında Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, hüquq normalarının dəqiqliyi, aydınlığı, birmənalılığının ümumhüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir (Konstitusiyanın 25-ci maddəsinin İ hissəsi). Belə ki, bu cür bərabərlik normaların bütün hüquqtətbiqedicilər tərəfindən yalnız vahid anlaşılması və şərhi nəticəsində mümkündür. Əksinə, hüquq normalarının məzmununun qeyri-müəyyənliyi hüquq tətbiqetmə prosesində hədsiz (qeyriməhdud) mülahizələrə və özbaşınalığa gətirib çıxarar. Bununla da bərabərlik, qanunun aliliyi prinsipi pozulmuş olar. Hər bir cinayət, habelə onun törədilməsinə görə cinayət məsuliyyəti qanunda dəqiq müəyyən olunmalıdır. Hər kəs müvafiq normanın məzmunundan çıxış edərək öz hərəkətlərinin (hərəkətsizliyinin) cinayət-hüquqi nəticələrini qabaqcadan görmək imkanına malik olmalıdır (“Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərar). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 228.1 və 234.1-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona CM-nin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-in 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu zaman hökmdə cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirkarın şəxsiyyətini göstərən hansı konkret halların nəzərə alındığı göstərilməli, seçilən cəzanın və ya digər cinayət-hüquqi xarakterli tədbirin təqsirləndirilən şəxsin islah olunması, ailəsinin həyat şəraitinə təsiri baxımından məqsədəuyğun olması izah edilməlidir. “Narkotik vasitələrin, güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li Qərarının 25-ci bəndinin mənasına görə məhkəmələr narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətləri törətmiş şəxslər barəsində cəza təyin edərkən CM-in 58-ci maddəsində göstərilmiş cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmalıdır. Bu zaman törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, o cümlədən cinayətin törədilmə şəraitinə (belə cinayətlər törədilərkən zor və silah tətbiq edildikdə, humanitar əməliyyatları həyata keçirmək üçün nəzərdə tutulmuş nəqliyyat və s. vasitələrdən narkotik vasitələrin, psixotrop maddələrin qanunsuz daşınması üçün istifadə edildikdə, bu növ cinayətlər islah, hərbi, tibbi müalicə, maarif və təhsil müəssisələrində, idman və ictimai tədbirlər keçirmək üçün nəzərdə tutulan digər yerlərdən istifadə etməklə törədildikdə, narkotik vasitələr və psixotrop maddələr azyaşlı və əqli cəhətdən inkişaf etməmişlərə təklif və təqdim edildikdə, narkotik vasitələrin və psixotrop maddələrin satılması, insan ölümü və sağlamlığa ziyan vurmaqla nəticələndikdə və s.), təqsirkarın şəxsiyyətinə (residivistlər, mütəşəkkil qruplar tərkibində həmin cinayətləri törətmiş şəxslər, narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə aparmalı olan, narkotik vasitələrin saxlanması həvalə edilən, onlardan müalicə və digər məqsədlər üçün istifadə hüququ olan şəxslər və s.) diqqət yetirilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli Qərarında qeyd olunur ki, məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsinə yol verməməlidirlər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2 aprel 2012-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Konstitusiya Məhkəməsi Plenumunun sözügedən qərarına əsasən, cəzanı yüngülləşdirən hal təqsirkarın şəxsiyyətinə, törədilmiş cinayətə aid olan və müvafiq olaraq cinayət törədənin özünün və cinayət əməlinin təhlükəliliyini azaldan hallardır. Məhkəmə Təqsirləndirilən şəxs əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətlərin residivi Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Məhkumluğun ödənilmədiyi və ya götürülmədiyi dövrdə şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi həmin şəxsdə cinayət törədilməsinin vərdişə çevirilməsinə, fərdi maraqları ilə cəmiyyətin maraqları arasında davamlı ziddiyyətin olmasına dəlalət edir ki, bu da həmin şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyinə və onun şəxsiyyətinə adekvat qiymətin verilməsini zəruri edir. Belə ki, bu şəxs barəsində artıq ittihamedici hökm çıxarılmış və cəza təyin edilmişdir. Dövlətin adından çıxarılmış bu hökmlə cinayət törətmiş şəxsə və onun davranışına mənfi mənəvi-hüquqi qiymət verilmiş, faktiki olaraq gələcəkdə bu cür cinayətkar davranışın yolverilməz olmasına dair xəbərdarlıq edilmişdir. Qəsdən yeni cinayət törətməklə şəxs, ona edilmiş dövlət məcburiyyətinə qarşı aşkar etinasızlıq göstərmiş olur. Məhkəmə cəza təyini, xüsusən cəzanın növünün və müddətinin müəyyən edilməsi zamanı Təqsirləndirilən şəxs tərəfindən törədilən hər bir əmələ fərdi yanaşaraq sonuncunun cəzasını yüngülləşdirən və ağırlaşdıran halları, üzərindən aşkar edilmiş narkotik vasitə olan qurulmuş marixuananın çəkisinin 300 qram olmasını, qeyd olunan narkotik maddənin miqdarının şəxsi istehlak miqdarından 60 dəfə çox olmaqla külli miqdara yaxın olmasını, bundan öncə də narkotik vasitələrdən istifadə üçün məhkumluq həyatı yaşamasına baxmayaraq, islah olunmayaraq, yenə də narkotik vasitədən istifadə etməsini, törətdiyi digər cinayət əməlinin obyekti silah, döyüş sursatı, partlayıcı maddələr və partlayıcı qurğularla davranma sahəsində ictimai münasibətlər hesab olunmaqla həmin cinayət az ağır cinayətlər kateqoriyasına adi olmasını, şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, lakin onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 65.2-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli olmasına qənaətinə gəlir. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin 25 iyun 2003-cü il tarixli Plenum qərarının 4-cü bəndinin İİ hissəsinə görə şübhəli şəxsin bu qisimdə saxlandığı zaman törədilmiş və ya hazırlanan cinayətdə iştirak etməsini etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. Lakin, şübhəli və ya təqsirləndirilən şəxsin istintaq orqanlarına məlum olmayan başqa cinayətləri törətdiyini bildirməsi könüllü gəlib təqsirini boynuna alma hesab edilməlidir. Göründüyü kimi, hazırkı iş üzrə cinayət əməli polis əməkdaşlarının əməyi nəticəsində aşkar edilmişdir. Bu səbəbdən saxlanıldıqdan sonra H.Sərdarovun əməlini sonradan etiraf etməsi könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilməməlidir. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” 2009-cu il 25 may tarixli Qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir. Şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət-hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Təqsirləndirilən şəxs CM-nin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzasının əvvəli tutulduğu xx.xx.2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalı və ona narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Cinayət işi üzrə məhkəmə bioloji ekspertizalarının keçirilməsi ilə əlaqədar cəmi 89 (səksən doqquz) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İş üzrə maddi sübut-Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılantədqiqatdan sonra qalıq qalmış 299.95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilməli, şəxsi axtarış keçirilməsini əks etdirən 02 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxs oğlunun hüquqlarının müdafiəsi üçün Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 15 (on beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-nin 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 90 (doxsan) manat məbləğində pul ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Azərbaycan Respublikası “Xüsusi və mülki silah haqqında” Qanunun 9-cu maddəsinin 11-ci bəndinə əsasən “Pnevmatik silahın və ya aerozol qurğularının əldə edilməsi üçün xüsusi icazə tələb olunmur. Pnevmatik silahı və özünümüdafiə silahını (aerozol qurğuları daxil olmaqla) Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən icazə verilmiş ticarət müəssisələri yalnız on səkkiz yaşına çatmış vətəndaşlara onların şəxsiyyət vəsiqəsi əsasında satır və bu barədə müvafiq qeyd aparır. Belə qeydlərin aparılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.” İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan -01 ədəd 14M-303684 nömrəli, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizimləri üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, hissə-mexanizmləri üzərində istehsal ili müşahidə olunmayan, yivli odlu silah hesab edilən AK-74 modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissə hesab edilən 01 ədəd daraq, ümumilikdə 36 ədəd olmaqla 21 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 15 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5.45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların döyüş sursatları hesab edilən qalıq 33 ədəd ştat patronlar müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1- ci maddəsi ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunan cəzalar cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs 03 (üç) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdən 21 yanvar 2024-cü il tarixədək, tutulduğu 02 (iki) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrum etmə cəzasının müddəti qəti olaraq 03 (üç) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzanın əvvəli 29 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o, ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 89 (səksən doqquz) manat məbləğində ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. İş üzrə maddi sübut Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarına təhvil verilmiş, qalıq çəkisi 299.95 qram narkotik vasitə qurudulmuş marixuana məhv edilsin. İş üzrə maddi sübut- Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan - 01 ədəd 14M-303684 nömrəli, 5,45 mm kalibrli, Kalaşnikov konstruksiyalı, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, texniki cəhətdən saz və atəş üçün yararlı, hissə və mexanizimləri üzərində sonradan təyinatını dəyişdirən heç bir əlavə dəyişiklik edilməmiş, hissə-mexanizmləri üzərində istehsal ili müşahidə olunmayan, yivli odlu silah hesab edilən AK-74 modelli avtomat, 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 40 ədəd 5.45x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, texniki cəhətdən saz və istifadə üçün yararlı həmin kalibrli Kalaşnikov konstruksiyalı RPK-74 modelli əl pulemyotlarının komplekt hissə hesab edilən 01 ədəd daraq, ümumilikdə 36 ədəd olmaqla 21 ədədi zavod üsulu ilə keçmiş SSRİ dövlətində, 15 ədədi isə zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş, atəş üçün yararlı, 5.45x39 mm kalibrli, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların döyüş sursatları hesab edilən qalıq 33 ədəd ştat patronlar müsadirə olunaraq AR Daxili İşlər Nazirliyinin Təchizat İdarəsinə təhvil verilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilməsi barədə video görüntünü əks etdirən iki ədəd disk iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardım ödəməkdən azad edilsin. Vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 90 (doxsan) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün Hökmdən elan olunduğu, həbsdə olan Təqsirləndirilən şəxs təqdim edildiyi andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramiz Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar