Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-444/2021 24.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Aslanova İradə Allahverdi qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1982-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, məhkum olunmuş, Sumqayıt şəhəri, 6-cı məhəllə, Nizami küçəsi, 19C ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Corat bağlar massivi, fərdi evdə yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 177.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs özgə əmlakını talama məqsədi ilə 14.02.2021-ci il tarixdən 15.02.2021-ci il tarixədək olan müddət ərzində mühafizəçi kimi işləyib yaşadığı Zərərçəkmiş şəxs məxsus Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən bağ evindən 01 ədəd 70 (yetmiş) manat dəyərində su matorunu, 01 ədəd 140 (yüz qırx) manat dəyərində ot biçən aparatı, 01 komplekt 400 (dörd yüz) manat dəyərində hamam aksesuarlarını, 01 ədəd 100 (bir yüz) manat dəyərində dəmir qapını, 08 ədəd 3,5 metr uzunluğunda ümumilikdə 100 (bir yüz) manat dəyərində tavan dəmirlərini, 01 ədəd 7 litr həcmində, 100 (bir yüz) manat dəyərində mis samovarı, 01 ədəd 50 (əlli) manat dəyərində, 1,20X2 metr uzunluğunda əldə düzəldilmə dəmir masanı, 01 ədəd 200 (iki yüz) manat dəyərində əldə yığılma qaynaq aparatını, 01 ədəd 25 (iyirmi beş) manat dəyərində (qrafinka) şüşə su qabını, 03 ədəd, ümumilikdə 60 (altmış) manat dəyərində şüşə meyvə qabını, 03 ədəd ümumilikdə 15 (on beş) manat dəyərində uzunsov şüşə bakalı, 02 ədəd, ümumilikdə 6 (altı) manat dəyərində enli şüşə bakalı, 02 ədəd, ümumilikdə 30 (otuz) manat dəyərində şüşə mürəbbə qabını, 01 ədəd 17 (on yeddi) manat dəyərində şüşə mürəbbə qabını, 01 dəst 30 (otuz) manat dəyərində 6 ədəd şüşə stəkan tipli bakalları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 1326 (min üç yüz iyirmi altı) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, Sumqayıt şəhəri, Corat bağlar massivində yerləşən Zərərçəkmiş şəxs məxsus bağ evində qarovulçu kimi işləyib orada yaşamışdır. Ev sahibi ilə razılığına görə o, həmin evdə yaşayıb evə baxmalı olmuş və təxminən 25.03.2021-ci il tarixədək həmin evdə yaşamışdır. Ev sahibi isə 10-15 gündən bir gəlib həyətə və evə baş çəkib gedirmiş. Lakin sonradan Zərərçəkmiş şəxs onun evindən oğurluq etdiyini bildikdən sonra onu evdən çıxarmışdır. Belə ki, o, həmin evdə qaldığı müddət ərzində müxtəlif vaxtlarda bağ evindən 01 ədəd su motorunu, 01 ədəd ot biçən aparatı, 01 komplekt hamam aksesuarlarını, 01 ədəd dəmir qapını, toyuq hininin 01 ədəd dəmir qapısını və tavanının 08 ədəd dəmirlərini, 01 ədəd miss samovarı, 01 ədəd dəmir masanı, 01 ədəd qaynaq aparatını və müxtəlif xrustal qabları gizli yolla talayaraq oğurlayıb satmışdır. O, oğurladığı əşyaları Sumqayıt şəhəri ərazisində müxtəlif yerlərdə tanımadığı şəxslərə satmış, ümumilikdə 155 manat pul əldə etmiş və həmin pulları öz ehtiyacları üçün xərcləmişdir. O, oğurluğu tək etmiş, yanında heç kim olmamış, oğurladığı əşyaları satarkən özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmişdir. Etdiyi əmələ görə peşmandır, zərərçəkmiş şəxslə razılıq əldə etmiş və ona dəymiş ziyanı ödəmişdir. Məhkəmədən bunların nəzərə alınmasını və ona həbslə bağlı olmayan cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs göstərmişdir ki, o, Təqsirləndirilən şəxs tanıyır, Seymur ona məxsus Sumqayıt şəhəri, Corat bağlar massivində fərdi evdə yaşamışdır. Onların razılaşmalarına əsasən o, ailəsi ilə onun evində kirayə yaşamalı olmuş və Seymur ona bildirmişdir ki, ayda 100 manat pul verməyə gücü çatır. O isə Seymura evə baxmasını, həyəti belləməsini və bağda əkib becərdikləri məhsulları isə özlərinin istifadə etməsini bildirmişdir. O, həmin evə gec-gec gedib-gəlirmiş, 14.04.2021-ci il tarixdə o, həmin evə getmiş və toyuq hininin tavanının dəmirlərinin yerində olmadığını görmüşdür. Bundan sonra o, evə baxanda görmüşdür ki, bağ evindən 6 ay əvvəl 100 manata alınmış Rusiya istehsalı olan 7 litr həcmində 01 ədəd mis samovarı, markasını və istehsal tarixini bilmədiyi 1 il əvvəl 70 manata alınmış 01 ədəd su motoru, 6 ay əvvəl 140 manata alınmış markasını və istehsal tarixini bilmədiyi 01 ədəd ot biçən aparatı, bir il əvvəl 400 manata alınmış markasını və istehsal tarixini bilmədiyi 01 komplekt hamam aksesuarları, 2 il əvvəl 100 manata alınmış toyuq hininin dəmir qapısı, 2 il əvvəl 100 manata alınmış 3,5 metr uzunluğunda 08 ədəd tavan dəmirləri, 2 il əvvəl 80 manata alınmış, 1.20X2 metr olan 01 ədəd əldə düzəldilmə dəmir masa, 3 il əvvəl 200 manata alınmış əldə yığılma qaynaq aparatı, 01 ədəd (qrafinka) şüşə su qabı, 03 ədəd şüşə meyvə qabı, 03 ədəd uzunsov şüşə bakalı, 02 ədəd enli şüşə bakalı, 03 ədəd şüşə mürəbbə qabı, 06 ədəd şüşə stəkan tipli bakallar və şüşə qablar evdə yoxdur, yəni oğurlanmışdır. O, bu barədə Seymurdan soruşmuş, lakin o, əşyalardan xəbərinin olmadığını bildirmişdir. Bundan sonra o, Sumqayıt ŞPİ-nin 1-ci PB-ya getmiş və oğurluq barədə ərizə ilə müraciət etmişdir. Sonradan ona məlum olmuşdur ki, onun evindən oğurluğu Seymur etmişdir. Oğurluq hadisəsindən sonra Sumqayıt ŞPİ-nin 1-ci PB-da oğurlanmış əşyalar ona təqdim olunmuş və o, həmin əşyaları tanımış, ona məxsus olduğunu bildirmişdir. İstintaqa təqdim olunmuş əşyalar ona məxsusdur və saxlamaq üçün ona verilmişdir. Oğurlanmış əmlakın ümumi dəyəri təxminən 1326 manat təşkil etmişdir. Ona dəyən ziyan ödənilmiş, Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi 24.08.2021-ci il tarixli ərizəsində də göstərmişdir ki, ona dəyən ziyan Təqsirləndirilən şəxs tərəfindən ödənilmiş və ona qarşı heç bir şikayəti və tələbi yoxdur. X2 istintaq zamanı göstərmişdir ki, o, Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində meyvə-tərəvəz dükanı işlədir. 2021-ci ilin mart ayında o, dükanda olarkən orta yaşlı bir nəfər gəlmiş və qab-qacaq, samovar satdığını bildirmişdir. O, ondan bu əşyaları nə üçün satdığını və haradan gətirdiyini soruşmuş, həmin şəxs ona bildirmişdir ki, satmaq istədiyi əşyalar onun özünə məxsusdur və pula ehtiyacı olduğu üçün satır. O, həmin şəxsdən 06 ədəd şüşə çay stəkanı, 02 ədəd şüşə şirə stəkanı, 03 ədəd şüşə bakal, 02 ədəd şüşə orta həcmli qənddan, 01 ədəd iri həcmli şüşə qənddan, 02 ədəd şüşə meyvə qabı, 01 ədəd şüşə çərəz qabı, 01 ədəd şüşə su qabı və 01 ədəd samovar almışdır. O, bütün bunlara 55 manat pul vermişdir. O, ondan yenə də əşyaların kimə məxsus olduğunu soruşmuş və həmin şəxs özünə məxsus olduğunu bir daha bildirmişdir. 2021-ci ilin aprel ayının əvvəllərində iş yerinə polis əməkdaşları gəlmiş, həmin şəxin əlamətlərini və ona qabqacaq satıb-satmadığını soruşmuşlar. O isə polis əməkdaşlarına həmin şəxsin ona qabqacaq və samovar satdığını bildirmiş, sonra həmin əşyaları polis əməkdaşlarına təqdim etmişdir. O, sonradan bilmişdir ki, həmin şəxs Təqsirləndirilən şəxsdur, lakin Təqsirləndirilən şəxs əşyaları satarkən əşyaların özünə məxsus olduğunu və ehtiyacı olduğu üçün satdığını bildirmiş, malların oğurluq olduğunu ona deməmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 9/2825 saylı, 31.05.2021-ci il tarixli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd 7 litr həcmində mis samovarın dəyəri 100 (bir yüz) manat, 01 ədəd(qrafinka) şüşə su qabının dəyəri 25 (iyirmi beş) manat, 03 ədəd şüşə meyvə qabının ümumi dəyəri 60 (altmış) manat, 03 ədəd uzunsov şüşə bakalın ümumi dəyəri 15 (on beş) manat, 02 ədəd enli şüşə bakalın ümumi dəyəri 6 (altı) manat, 02 ədəd şüşə mürəbbə qabının ümumi dəyəri 30 (otuz) manat, 01 ədəd şüşə mürəbbə qabının dəyəri 17 (on yeddi) manat və 01 dəst 6 ədəd şüşə stəkan tipli bakalların dəyəri 30 (otuz) manat, yəni ümumilikdə 333,00 (üç yüz otuz üç) manat təşkil etmişdir. Ekspert qarşısında sadalanan və nəzəri qaydada qiymət verilməsi xahiş edilən 06 adda mallar barədə kifayət qədər məlumat (markası, modeli, istiehsal yeri, istehsal ili, istismar müddəti, ölçüləri və s.) olmadığı üçün qiymətləndirmə aparılması mümkün olmamışdır.(i.v.99-102) İstintaq zamanı Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd (qrafinka) şüşə su qabı, 03 ədəd şüşə meyvə qabı, 03 ədəd uzunsov şüşə bakal, 02 ədəd enli şüşə bakal, 03 ədəd şüşə mürəbbə qabı, 06 ədəd şüşə stəkan tipli bakallar və 01 ədəd somavar maddi sübut kimi tanınmış və məhkəməyədək saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-171/2021 saylı, 29.03.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində Sumqayıt Şəhər Məhkəməsində AR CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə cinayət işi olmuş, həmin iş üzrə 29.03.2021-ci il tarixli qərarla Təqsirləndirilən şəxs haqqında axtarış elan olunmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Cinayət törəkməkdə şübhə edilən şəxsin tutulması haqqında” 15 aprel 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 aprel 2021-ci il tarixdə tutulmuşdur. (i.v. 56) İş materiallarında olan “Qətimkan tədbirinin nəzərə alınması haqqında” 17.04.2021-ci il tarixli qərardan görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-171/2021 saylı, 29.03.2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. (i.v. 77-79) İş materiallarında olan DİN-nin BƏSİİ-nin 01 iyun 2021-ci il tarixli tələbnaməsindən və Sumqayıt Şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il, 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə olduğu 04 (dörd) gün müddət ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti olaraq 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası müəyyən olunmuşdur. Məhkəmə Azərbaycan Respublikası CPM-nin tələblərinə əməl edərək araşdırma aparmış, özü bilavasitə məhkəmə iclasında sübutları tədqiq etmiş və toplanmış sübutları ayrı-ayrılıqda qiymətləndirmişdir. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq edilmiş sübutları məcmu halda qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin ona istinad edilən ictimai təhlükəli əməlləri törətməsi tam sübuta yetirildi. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi Zərərçəkmiş şəxs dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi, əməlindən peşman olması və himayəsində 11.10.2012ci il və 11.12.2010-cu il təvəllüdlü iki uşağının olması müəyyən edilmişdir. Həmin Məcəllənin 58.2-ci maddəsinə əsasən törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş cəzadan daha ciddi cəza yalnız həmin Məcəllənin 66 və 67-ci maddələrinə uyğun olaraq, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə təyin edilə bilər. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halları, onun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq onun cəmiyyətdən təcrid edilmədən islah edilməsini qeyri-mümkün hesab edir. Ona görə də, ona Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin ediləcək cəza Təqsirləndirilən şəxs Sumqayıt şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli 1(060)-171/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə toplanılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə bu cür cəza təyin etməyi cəzanın məqsədlərinə nail olmaq baxımından ədalət mühakiməsinin tələblərinə uyğun hesab edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 17-ci bəndinin 3-cü hissəsinə əsasən CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Ona görə də, cəzanın əvvəli 24 avqust 2021-ci ildən hesablanmalıdır. Həmin Məcəllənin 56.1.2-ci maddəsinə əsasən qəsddən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkməlidirlər. Təqsirləndirilən şəxs əvvəllər azadlıqdan məhrumetmə növündə cəza çəkmədiyi üçün cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət işi üzrə materialların məhkəmə ekspertizasının keçirilməsi ilə əlaqədar 50 (əlli) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-nin 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. İstintaq zamanı maddi sübut kimi tanınmış 01 ədəd (qrafinka) şüşə su qabı, 03 ədəd şüşə meyvə qabı, 03 ədəd uzunsov şüşə bakal, 02 ədəd enli şüşə bakal, 03 ədəd şüşə mürəbbə qabı, 06 ədəd şüşə stəkan tipli bakallar və 01 ədəd samovar maddi sübut kimi saxlanılması üçün Zərərçəkmiş şəxs qaytarılmışdır. Bu nəzərə alınmalıdır. Mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351- 353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli 1(060)- 171/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il, 05 (beş) ay, 26 (iyirmi altı) gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə cinayətlərin məcmusu üzrə qismən toplanılsın və Təqsirləndirilən şəxs qəti olaraq 02 (iki) il 10 (on) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs tərəfindən Sumqayıt Şəhər Məhkəməsinin 11.06.2021-ci il tarixli 1(060)-171/2021 saylı hökmü ilə təyin edilmiş 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasının 15.04.2021-ci il tarixdən 24.08.2021-ci il tarixədək olan müddət ərzində çəkilmiş hissəsi, yəni 04 (dörd) ay 09 (doqquz) gün müddət təyin edilmiş cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzasının müddəti 02 (iki) il 05 (beş) ay 21 (iyirmi bir) gün müəyyən edilsin. Cəzanın əvvəli 24 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 50 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Maddi sübut kimi tanınmış 01 ədəd (qrafinka) şüşə su qabı, 03 ədəd şüşə meyvə qabı, 03 ədəd uzunsov şüşə bakal, 02 ədəd enli şüşə bakal, 03 ədəd şüşə mürəbbə qabı, 06 ədəd şüşə stəkan tipli bakallar və 01 ədəd somavarın saxlanılması üçün Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınsın və sahibinə qaytarılmış hesab edilsin. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV
Məhkəmə qərarları › İş №1(060)-444/2021
Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-444/2021
24.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver