Məhkəmə qərarları › İş №1(060)-444/2024

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-444/2024

04.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-444/2024 04.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Samir Bəyistan oğlunun sədrliyi, İsgəndərov Aslan Haqverdi oğlunun katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs nümayəndəsi X4, müdafiəçi Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Şimal Vəkil Bürosunun vəkili X5, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 1947-ci ildə Tovuz rayonu, Yuxarı Öysüzlü kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, təqaüdçü, məhkumluğu olmayan, Sumqayıt şəhəri, 13-cü mikrorayon, ev 53, mənzil 16-da qeydiyyatda olan və yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər xəsarət yetirmişdir. Belə ki, o, 19 dekabr 2023-cü il tarixdə, saat 19:30-da BC koteqoriyalı, BC 029791 nömrəli sürücülük vəsiqəsi və etibarnamə əsasında idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan “VAZ 2105” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsində hərəkət edib, hərəkətini Sumqayıt şəhəri, Babək küçəsi istiqamətində davam etdirərkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nizamlanmayan piyada keçidinə yaxınlaşarkən idarə etdiyi nəqliyyat vasitəsinin sürətini hərəkətin təhlükəsizliyini təmin edə biləcəyi həddə qədər azaltmalı, piyada keçidinə daxil olmuş piyadaya yol verməli və bundan sonra hərəkətin təhlükəsizliyinin təmin olunacağına əmin olaraq hərəkətini davam etdirməklə hadisənin qarşısını almağa texniki imkanı olduğu halda, heç bir tədbir görməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi “VAZ 2105” markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin ön sağ qabaq hissəsi ilə hərəkət istiqamətinin sol hissəsindən yoldakı nizamlayan piyada keçidinin üzəri ilə yolun hərəkət hissəsinə daxil olaraq, yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada Zərərçəkmiş şəxs vurub, ehtiyatsızlıqdan ona sağ qasıq, qalça və oturaq sümüklərinin çox qəlpəli yerdəyişən sınıqları, sağ sirkə kasasının sınığı, sol tərəfdə qasıq sümüyünün yerdəyişən sınığı, oturaq sinirin travmatik neyropatiyası, sağ paranefral (böyrək ətrafı) nahiyənin hematoması, sol göz qapaqlarının hematoması kimi yetrilən anda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid bədən xəsarətləri yetirməklə yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 1981-ci il buraxılışlı, “VAZ 2105” markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobili etibarnamə əsasında idarə edir, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:30-da idarə etdiyi avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsində Sumqayıt şəhəri, Babək küçəsi istiqamətində hərəkət edərək yaşadığı evə getmiş, Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən nizamlanmayan piyada keçidinə yaxınlaşarkən idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkətdə olan markasını və dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobilin sürücüsü ötmə əməliyyatı icra etdiyi üçün idarə etdiyi avtomobili hərəkətdə olduğu yolda nisbətən hərəkət istiqamətinin sağ kənarında yerləşən yol kənarına yaxın təxminən 50-55 km/saat sürətlə sürməyə başlamışdır. Piyada keçidinə çatan ərəfədə isə idarə etdiyi avtomobilin sağ tərəfi ilə yoldakı piyada keçidinin üzəri ilə hərəkət istiqamətinin sol tərəfindən hərəkət edərək yolun əks tərəfi istiqamətində hərəkətdə olan və piyada keçidini artıq keçməkdə olan piyadanı hərəkət istiqamətinin sağ tərəfindəki yol kənarından təxminən 50 sm məsafədə vurmuş, hadisədən sonra idarə etdiyi avtomobil saxlamış və dərhal idarə etdiyi avtomobildən enərək idarə etdiyi avtomobillə vurduğu sonradan adını öyrəndiyi piyada Zərərçəkmiş şəxs yaxınlaşmışdır. Həmin vaxt piyadanın huşu özündə olmuş, hadisə yerinin yaxınlığında təcili tibbi yardım stansiyası yerləşdiyi üçün hadisə barədə orada olan şəxslərdən kimsə təcili tibbi yardım stansiyasının əməkdaşlarına məlumat vermiş, bundan sonra hadisə yerinə gəlmiş tibb işçiləri idarə etdiyi avtomobillə vurduğu piyada Zərərçəkmiş şəxs təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparmışlar. Daha sonra özüdə başqa avtomobillə xəstəxanaya getmiş, orda olarkən daha sonra xəstəxanaya gəlmiş, polis əməkdaşlarının təklifi ilə hadisə yerinə qayıdaraq, hadisə yerini polis əməkdaşlarına göstərmiş, bundan sonra onun iştirakı ilə hadisə yerinə baxış keçirilmiş, bu barədə protokol tərtib edilmiş, daha sonra isə izahatının alınması üçün polis idarəsinə dəvət edilmişdir. Hadisədən əvvəl spirtli içki və ya digər güclü təsir edən maddə qəbul etməmiş, avtomobil idarə etməyə hüquq verən sürücülük vəsiqəsi olmuşdur. Hadisə vaxtı idarə etdiyi avtomobildə yük və ya sərnişin olmamış, hadisə vaxtı hər hansı xəsarət almamışdır. Hadisədən əvvəl idarə etdiyi avtomobilin sürəti təxminən 50-55 km/saat olmuş, idarə etdiyi avtomobillə vurduğu piyadanı yoldakı nizamlanmayan piyada keçidinin üzəri ilə hərəkət etməsini görməmiş, idarə etdiyi avtomobillə vurduğu piyadanı yoldakı nizamlanmayan piyada keçidinə çatan ərəfədə, piyada keçidini artıq keçməkdə olan piyadanı hərəkət istiqamətinin sağ tərəfindəki yol kənarından təxminən 50 sm məsafədə olduğunu görmüş, hadisənin qarşısını almaq üçün əyləcdən istifadə etmiş, idarə etdiyi avtomobil hadisədən əvvəl texniki cəhətdən saz vəziyyətdə olmuş, avtomobildə hər hansı texniki nasazlıq olmamışdır. O, həmçinin bildirmişdir ki, dekabr ayının 25-nə kimi zərərçəkmiş şəxsin müalicə olunmasına köməklik göstərmişdir. Daha sonra zərəçəkmiş şəxs Bakı şəhərində yerləşən “Avrasiya” klinikasına aparılmışdır. Hazırda da zərərçəkmiş şəxsə kömək etməyə hazırdır, lakin zərərçəkmiş şəxs yuxarı məbləğdə pul tələb etdiyi üçün barışıq əldə edilməmişdir. Təqsirini etiraf etməsini, barəsində verilmiş müsbət xasiyyətnaməni, hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərilməsi üçün onu xəstəxanaya çatdırmasını nəzərə alaraq ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərər çəkmiş şəxsin, şahidin ifadələri, ekspertiza rəyləri və iş materiallarında olan digər mötəbər sübutlarla tam sübuta yetirilmişdir. Belə ki, məhkəməyədək icraat dövründə zərərçəkmiş şəxs qismində dindirilmiş, səhhəti ilə əlaqədar məhkəmə prosesində iştirak edə bilməyən Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi elan edilməklə tədqiq edilmiş və müəyyən edilmişdir ki, o ifadəsində göstərmişdir ki, o, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, Niyazi küçəsində yerləşən piyada keçidinə yaxınlaşıb, yoldakı piyada zolağının üzəri ilə yolun əks tərəfində yerləşən, yəni Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən təcili tibbi yardım stansiyası istiqamətində adi yerişlə hərəkət etməyə başlamış, yolda piyada zolağının üzəri ilə 8,5 metr məsafə qət etdikdən sonra, yolun əks tərəfinə çatmağına bir neçə addım qalmış sonradan adını öyrəndiyi sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “VAZ 2105” markalı avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsində, Sumqayıt şəhəri Babək küçəsi istiqamətində hərəkətdə olarkən piyada keçidinin üzəri ilə hərəkət etdiyini nəzərə almadan hərəkətini davam etdirərək onu idarə etdiyi avtomobilin qabaq sağ hissəsi və sağ yan güzgüsü ilə bədəninin sağ tərəfindən vurmuşdur. O, nəticədə zərbənin təsirindən asfalt yola yıxılmış, bundan sonra sürücü oraya gəlmiş kənar şəxslərin köməkliyi ilə onu idarə etdiyi avtomobilə mindirərək ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY xəstəxanasına gətirmişdir. Hadisədən sonra xəstəxanada uzun müddət stasianor şəraitdə müalicəsini davam etdirmiş, bir neçə dəfə cərrahiyyə əməliyyatı olunmuşdur. Hazırda da ev və yataq şəraitində müalicəsini davam etdirir. Hadisədən sonra ağır bədən xəsarətləri aldığı üçün hərəkət edə bilməmiş, hadisəni törətmiş sürücü isə onunla maraqlanmamış, tibbi xərclərini ödəməkdə köməklik göstərməmişdir. Buna görə də hadisənin törədilməsində, onun bədən xəsarəti alaraq yataq şəraitində müalicə almağında günahı olan sürücünün barəsində qanuni tədbir görülməsini, onun cinayət məsuliyyətinə cəlb edilməsini tələb edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi X8 bildirmişdir ki, hadisədən sonra zərərçəkmiş şəxs yataq şəraitində olduğu, hərəkət edə bilmədiyini, təqsirləndirilən şəxs tərəfindən heç bir kömək edilmədiyini, ona görə də barışıq əldə edilmədiyini və şikayətçi olduqlarını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat təxminən 20 radələrində hazırda kim olmasını unutduğu qohumlarından kimsə ona zəng vurub həmin gün saat 19:30-da həyat yoldaşı Naibəni Sumqayıt şəhəri, Niyazi küçəsində avtomobil vurduğunu, ona tibbi yardım göstərilməsi üçün Sumqayıt şəhər TTY Xəstəxanasına yerləşdirildiyini bildirmişdir. Bundan dərhal sonra xəstəxanaya getmiş və həmin gün saat 19:30-da həyat yoldaşı Naibənin Sumqayıt şəhəri Niyazi küçəsində yerləşən piyada keçidindən keçib, yolun əks tərəfindəki Sumqayıt şəhəri 13-cü mikrorayon ərazisində yerləşən təcili tibbi yardım stansiyası istiqamətində gedərkən sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “VAZ 2105” markalı avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsində, Sumqayıt şəhəri Babək küçəsi istiqamətində hərəkətdə olarkən həyat yoldaşını idarə etdiyi avtomobillə vuraraq ona bədən xəsarəti yetirdiyini, daha sonra həyat yoldaşına tibbi yardım göstərilməsi üçün onun təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər TTY Xəstəxanasına gətirildiyini öyrənmişdir. Bundan sonra bir neçə müddətdə həyat yoldaşı bir neçə gün ərzində Sumqayıt şəhər TTY xəstəxanasında stasionar şəraitdə müalicə olunmuş, daha sonra onun səhhətinin pisləşməsi ilə əlaqədar o, Sumqayıt şəhər TTY xəstəxanasından çıxarılaraq Bakı şəhəri ərazisində yerləşən özəl “Avrasiya” klinikasına köçürülmüşdür. Həyat yoldaşı həmin klinikada üç dəfə cərrahiyyə əməliyyatı olunmuş, onu dekabr ayının sonlarında xəstəxanadan çıxarmış, bundan sonra hazırki müddətədək həyat yoldaşı ev və yataq şəraitində müalicəsini davam etdirmişdir. Həyat yoldaşı hadisədən sonra ağır bədən xəsarətləri aldığı üçün hərəkət edə bilməmiş, buna baxmayaraq hadisəni törətmiş sürücü onunla maraqlanmamış, həmin sürücü həyat yoldaşının tibbi xərclərini ödəməkdə ona heç bir köməklik göstərmək istəməmişdir. Məhkəməyədək icraat dövründə şahid qismində dindirilmiş, məhkəmə iclasında iştirak etməyən Şahid2 ifadəsi elan edilməklə tədqiq edildi və müəyyən edildi ki, o ifadəsində göstərmişdir ki, o, 2012-ci ildən DİO-da, hazırda tutduğu vəzifədə isə, yəni Sumqayıt ŞPİ-nin DYPŞ-nin baş inspektoru vəzifəsində isə 2021-ci ildən xidmət aparmağa başlamışdır. Sonuncu dəfə 19 dekabr 2023-cü il tarixdə saat 20 radələrində Sumqayıt şəhəri, Niyazi küçəsi və ətraf ərazilərdə idarə etdiyi yol patrul xidməti avtomobili ilə xidmətdə olarkən, Sumqayıt ŞPİ-nin növbətçi hissəsindən məsul növbətçi Sumqayıt şəhəri, Niyazi küçəsində piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə ona məlumat verdiyi üçün dərhal həmin əraziyə yaxınlaşmışdır. Bundan sonra həmin gün saat 19:30-da sürücü Təqsirləndirilən şəxs idarə etdiyi ** BB *** dövlət qeydiyyat nişanlı “VAZ 2105” markalı avtomobillə Sumqayıt şəhəri, Niyazi küçəsində, Sumqayıt şəhəri, Babək küçəsi istiqamətində hərəkətdə olarkən hərəkət istiqamətinin sol tərəfindən həmin ərazidə yerləşən nizamlayan piyada keçidinin üzəri ilə yolun hərəkət hissəsinə daxil olaraq, yolun əks tərəfi istiqamətində hərəkətə başlamış piyada xx.xx.1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs idarə etdiyi avtomobilin sağ qabaq hissəsi ilə ehtiyatsızlıqdan vurub ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirdiyini, daha sonra isə hadisə nəticəsində müxtəlif bədən xəsarətləri almış piyada Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onun təcili tibbi yardım avtomobili ilə Sumqayıt şəhər TTY xəstəxanasına aparıldığını öyrənmişdir. Bundan sonra xidməti əraziyə qayıdaraq xidmətini davam etdirməyə başlamışdır. Cinayət işinin 128-ci vərəqəsində olan 16 mart 2024-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 20-ci vərəqəsində olan BC seriyalı, 029791 nömrəli sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “BC” dərəcəli sürücülük hüququ var, vəsiqənin xx.xx.2025-ci il tarixədək qüvvədə olma müddəti var. Cinayət işinin 20-ci vərəqəsində olan Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş AA seriyalı, 192196 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 1981-ci il, “VAZ-2105” markalı, AZ08BB614 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsinin mülkiyyətçisi X6r. Cinayət işinin 21-ci vərəqəsində olan ƏN-İİİ seriyalı 704293 nömrəli etibarnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1981-ci il buraxılışlı, “VAZ-2105” markalı, AZ08BB614 dövlət qeydiyat nişanlı nəqliyyat vasitəsini idarə etmək səlahiyyəti verilmişdir. Cinayət işinin 17-ci vərəqəsində olan 19 dekabr 2023-cü il tarixli, 6405 saylı sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə ayıq olmuşdur. Cinayət işinin 65-68-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X11 X10 06 mart 2024-cü il tarixli, 389 saylı rəyindən görünür ki, 1966-cı il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə tibbi ekspertizasına, Sumqayıt şəhər TTYX-nm tərtib etdiyi 3172 saylı, Bakı şəhər Avrasiya Hospitalın tərtib etdiyi 3896/23 saylı xəstəlik tarixlərinə əsasən, göstərilənləri nəzərə alıb və qoyulmuş suallara cavab olaraq aşağıdakı nəticəyə gəlinir: 1. Zərərçəkmiş şəxs bədəni üzərində aşağıdakı xəsarətlər vardır: “Sağ qasıq, qalça və oturaq sümüklərinin çox qəlpəli yerdəyişən sınıqları, sağ sirkə kasasının sınığı, sol tərəfdə qasıq sümüyünün yerdəyişən sınığı, oturaq sinirin travmatik neyropatiyası, sağ paranefral (böyrək ətrafı) nahiyənin hematoması, sol göz qapaqlarının hematoması” 2. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən yaranmışdır, onun tibbi yardım üçün xəstəxanaya müraciət etdiyi vaxtdan az əvvəl olmaqla qərarda göstərilən vaxtda və şəraitdə, yəni xx.xx.2023-cü il tarixdə YNH-si zamanı əmələ gələ bilərdilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir. Cinayət işinin 35-36-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisələri ekspertizasının xx.xx.2024-cü il tarixli 8/3883 saylı rəyindən görünür ki, təhqiqat tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 2105 markalı, ** BB *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Cinayət işinin 34-cü vərəqəsində olan ekspertiza xərcinə dair bildirişlərdən görünür ki, ekspertizaya dair aparılmış tədqiqatın dəyəri 85 (səksən beş) manat müəyyən edilmişdir. Cinayət işinin 35-36-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİnin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16-8/2-1561/2024 saylı məktubdan görünü ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə “BC” kateqoriyalı BC 029791 nömrəli on illik sürücülük vəsiqəsinin aldığı, mərkəzi informasiya sistemində sürücülük hüququndan məhrum edilənlər siyahısında yoxdur. Cinayət işinin 53-54-cü vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BDYPİnin Sumqayıt Regional Qeydiyyat-imtahan və texniki baxış şöbəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-13-16-8/2-1562/2024 saylı məktubdan görünür ki, VAZ 2105 markalı ** BB *** dövlət qeydiyyat nişanlı avtomaşının mülkiyyət hüququ ilə Balakən rayonu Mahamalar kəndində qeydiyyatda olan X7 məxsusdur. Təqsirləndirilən şəxs xx.xx.2012-ci il tarixdən etibarnamə əsasında idarə etmişdir. Cinayət işinin 31-32-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və X2 İdarəsi tərəfindən 08 yanvar 2024-cü il tarixdə tərtib edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Xalq Məhkəməsinin xx.xx.1971-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin (Köhnə redaksiya) 208 mad. 1 his. maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, SSR Ali Sovetinin xx.xx.1970-ci il tarixli fərmanının 1-ci maddəsinə əsasən əməyə mütləq cəlb olunmaqla 01 il 06 ay müddətinə azadlıqdan şərti olaraq məhkum edilmişdir. Cinayət işinin 77-ci vərəqəsində olan Sumqayıt şəhəri 15 saylı MKİS tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli, məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, özünün, zərərçəkmiş şəxsin, şahidlərin verdikləri ifadələr, ekspert rəyləri və digər iş materialları ilə onun idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır xəsarət yetirməsi cinayətini törətməsi tamamilə sübuta yetirildi. Onun əməli düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmiş, o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinə əsasən eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda - üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 54-cü maddəsinin 1-ci hissəsinə əsasən, nizamlanan piyada keçidlərində svetoforun icazə siqnalı yandırıldıqda, sürücü imkan verməlidir ki, həmin istiqamətin hərəkət hissəsindəki piyadalar yolu keçməyi başa çatdırsınlar. Əgər piyada keçidində nəqliyyat vasitələrinin hərəkəti nizamlayıcı tərəfindən və ya svetofor vasitəsilə nizamlanmırsa, sürücü keçidə yaxınlaşarkən sürəti lazımınca azaltmalıdır ki, yolu keçməyə başlamış piyadaları təhlükəyə məruz qoymasın. Əgər piyada keçidə daxil olmuşdursa və ya daxil olmaqdadırsa sürücü nəqliyyat vasitəsini dayandırmalı və piyadaya yol verməlidir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti haqqında və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 07 oktyabr 2004-cü il tarixli 2 №li Qərarının 10-cu bəndində qeyd edilir ki, bu qəbildən olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən cinayətin baş verməsində zərərçəkən və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkənə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkən şəxsin, təqsirkarın ailə üzvü və yaxud yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar aydınlaşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanunun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs hadisədən dərhal sonra zərərçəkmiş şəxsə tibbi yardım göstərərək onu xəstəxanaya çatdırmasını və barəsində verilmiş müsbət xasiyyətnaməni cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməli, sonuncu cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli, cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanmalı və onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkirlər. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsinin 67.2-ci maddəsinə əsasən cəzaçəkmə müəssisəsindən keçirilmiş məhkumlar istisna olmaqla cəzanın icrası müddəti məhkumun məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablanır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 41.2-ci maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Həmçinin məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin məhkəmə iclaslarında dövlət hesabına hüquqlarını müdafiə etmiş vəkilə dövlət büdcəsi hesabına əmək haqqı ödənilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 03 may 2008-ci il tarixli 202 nömrəli Qərarına əsasən vəkilin sərf etdiyi hər saat üçün 6 manat miqdarında əmək haqqı ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cinayət işi üzrə keçirilmiş məhkəmə ekspertizasının xərci – 85 (səksən beş) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu: 3, SAP (XİİS) hesabı: X3, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE********************) köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Şimal Vəkil Bürosunun vəkili X9 məhkəmədə iştirak etdiyi və işlə tanış olduğu 14 saata görə 84 (səksən dörd) manat Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Şimal Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Samir İsmayılov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar