Məhkəmə qərarları › İş №1(060)-445/2021

Sumqayıt Şəhər Məhkəməsi Qərar — İş №1(060)-445/2021

06.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 1(060)-445/2021 06.10.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Elçin Qüdrət oğlunun sədrliyi, məhkəmə iclas katibi X1 katibliyilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, təqsirləndirilən şəxs-Təqsirləndirilən şəxs, müdafiəçi-Bakı şəhər 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, işləməyən, Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və ünvan 2aşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs2 Beynalxalq Universiteti bitirməsinə dair diplom sənədini alacağını yalandan vəd edib aldadaraq, Zərərçəkmiş şəxs2 tanışı Zərərçəkmiş şəxs1 verdiyi 3500 manat pulu 2019-cu ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinin yaxınlığında sonuncudan alaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs2 3500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, o, təkrarən Zərərçəkmiş şəxs1 gəlini Aytac Mürsəliyevanın təhsil aldığı Sumqayıt Dövlət Universitetində qalıq imtahan kəsrlərini həll edib universiteti bitirməsinə dair diplom alacağını yalandan vəd edib aldadaraq, 2019-cu ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinin yaxınlığında 1500 manat, 17 mart 2020-ci il tarixdə isə Sumqayıt şəhəri, 2-ci mkr-da yerləşən parkda Zərərçəkmiş şəxs1 1000 manat pulu alaraq ələ keçirib, zərərçəkmiş Zərərçəkmiş şəxs1 ümumilikdə 2500 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, Sevdanı 5 ilə yaxın müddətdir ki, tanıyır. Tanışı Sevda 2019-cu ilin yanvar ayında ona mobil telefonla zəng edərək Sumqayıt Dövlət Universitetində təhsil alan gəlini Aytacın hamilə olduğu üçün dərsə getmədiyini, diplom işini və imtahan kəsrlərini həll etməsini xahiş edib buna görə hörmət də edəcəyini, yəni pul da verəcəyini demiş, o da Sevdaya bu işin həll olunması üçün 2500 manat pul lazım olduğunu bildirmişdir. Aradan bir neçə gün keçdikdən sonra Sevda ona zəng edərək qeyd etdiyi məbləği verəcəyini və gəlini Aytacın imtahan kəsrlərini həll etməsini xahiş etmişdir. Daha sonra, əvvəl 2019-cu ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinin yaxınlığında Sevda ilə görüşmüş və ona 1500 manat pul vermiş, daha sonra, 17 mart 2020-ci il tarixdə isə Sumqayıt şəhəri, 2-ci mkr-da yerləşən parkda Zərərçəkmiş şəxs1 1000 manat pulu almışdır. O həmin pulu Sevdadan götürdükdən sonra Sumqayıt Dövlət Universitetinin adını bilmədiyi bir əməkdaşı ilə əlaqə saxladıqda ona Aytacın imtahan kəsrlərinin hamısını birlikdə həll etməsinin mümkün olmadığını, şəhid ailəsinin üzvü olduğuna görə Aytacın 3 imtahanın kəsiri isə düzələcəyini demişdir. Bundan başqa, 2019-cu ilin aprel ayında Sevda ona zəng edərək Abbas adlı qohumunun tanışı Həmidənin Azərbaycan Beynəlxalq Universitetdən diplomunu ala bilməməsi və diplomu almaqda ona köməklik göstərməsini xahiş edib buna görə də Abbasgilin hörmət də edəcəyini, yəni pul da verəcəyini demişdir. O da bu işin təxminən 3500 manata həll edə biləcəyini demişdir. Bundan sonra, 2019-cu ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinin yanında Sevda ilə görüşərək Həmidənin sənədlərini, yəni şəxsiyyət vəsiqəsini, tələbə biletini, məqbul kitabçasını və 3500 manat pul vermişdir. Həmin pulu alarkən tək olmuşdur. Aldığı pulları müqabilində həllini vəd etdiyi məsələri həll edə bilməmiş və pul da xərcləndiyi üçün həmin vaxt qayara bilməmişdir. Əldə etdiyi pulu özü xərcləmiş, o puldan heç kimə verməmişdir. Təqsirləndirilən şəxs əməlindən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslərə vurulmuş maddi ziyan tam olaraq ödədiyini və dövlət büdcəsinə ödəniləcək məbləği ödədiyini nəzərə alaraq barəsində olan cinayət təqibinə xitam verilməsini və onun cinayət məsuliyyətindən azad olunması barədə qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. 09.08.2021-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, o və həyat yoldaşı Telman Abşeron rayonu, Saray qəsəbəsi, fərdi evdə yaşayırlar. Onların birgə nikahdan Fərid adlı oğlu vardır. 2018-ci il tarixdə oğlu Fərid Aytac adlı xanımla ailə həyatı qurmuş, oğlu və gəlini evləndikdən sonra təxminən 4 ay onlarla birlikdə yaşamışlar. Gəlini Aytac həmin müddətdə Sumqayıt Dövəl Universitetinin riyaziyyat və informatika fakültəsinin 4-cü kursunda təhsil almışdır. 2019-cu ilin əvvəllərində gəlini hamilə olduğu üçün oxuduğu ali məktəbə gedib-gəlməkdə çətinlik çəkmişdir. 2019-cu ilin yanvar ayında yas mərasimində olarkən həyat yoldaşı Telmanın qohumu Şükufə xanım onu görüb hal-əhval tutmuş və gəlini Aytacı soruşmuşdur. O da ona Aytacın hamilə olduğu üçün ali məktəbə gedə bilmədiyini və diplom almağa görə köməklik olunmasını demişdir. Elə həmin vaxt Şükufə onun yanında Vəli adlı şəxsə zəng edərək bu barədə ona demiş və onun nömrəsini həmin şəxsə vermişdir. O təxminən bundan 1 ay sonra istifadəsində olan mobil nömrəylə Vəlinin istifadəsində olan mobil nömrəsinə zəng edərək onunla görüşmək istədiyini demiş və həmin gün Vəli də axşam saatlarında idarə etdiyi Tofas markalı avtomobillə Saray qəsəbəsində yerləşən Tərlan şadlıq evinin qabağına gəlmiş və o avtomobildə arxada oturmuşdur. Avtomobilin qabağında bir nəfər qadın da oturmuşdur. Onlar bir az söhbət etdikdən sonra o Vəliyə gəlini Aytacın dərsə getməmək və diplomunun alınması işini demişdir. Vəli ona avtomobildə oturan qadını göstərərək həyat yoldaşı Ülviyyə olduğunu və bu işlərlə onun məşğul olduğunu demişdir. Ülviyyə ona Vəlinin yanında bu işlə bağlı köməklik edəcəyini və universtetlə danışacığını demiş və heç bir məbləğ demədən onlar ayrılmışlar. O bundan sonra Ülviyyə ilə istifadəsində olan ***-***-**-** nömrəsi ilə onun istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamış və ona köməklik edə bilib-bilməyəcəyini soruşub buna görə hörmət də edəcyini, yəni pul da verəcəyini demiş, Ülviyyə ona "Whatsapp" vasitəsi ilə bu işi 2500 manata həll edəcəyini demişdir. O 1500 manat pulu əvvəlcədən verəcəyini, 1000 manat pulu isə sonradan düzəldib verəcəyini demiş və onlar razılaşmışlar. Bundan sonra, o, 2019-cu ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsində “Tərlan” şadlıq evinin yaxınlığında 1500 manat, 17 mart 2020-ci il tarixdə isə Sumqayıt şəhəri, 2-ci mkr-da yerləşən parkda Ülviyəyə 1000 manat pul vermişdir. Daha sonra, tanışı Abbas da ona baldızının qızı Həmidə adlı şəxsin Azərbaycan Beynəlxalq Universtetinin 4-cü kursunda təhsil aldığını, həmin ali məktəbin məlum səbəblərdən bağlandığı üçün onun da Azərbaycan Müəllimlər Universitetinə keçirtmək istədiyini demişdir. O da Abbasa bununla bağlı maraqlanacağını demişdir. Elə həmin vaxtlarda Ülviyyənin istifadəsində olan mobil nömrəyə öz istifadəsində olan mobil nömrəylə tanışı Həmidənin işi ilə bağlı da köməklik etməsini və buna görə hörmət də edəcəyini yazmışdır. Ülviyyə həmin işlə də maraqlanacağını demişdir. Bir neçə gün sonra Ülviyyəyə Vatsap vasitəsi ilə onun istifadəsində olan mobil nömrəyə yazaraq Həmidənin işi ilə də maraqlandığını və 3500 manata 2 ay müddətinə Həmidəni Azərbaycan Müəllimlər Universitetinə köçürdəcəyini demişdir. O bu barədə Abbasa demiş, o da Həmidə ilə danışaraq bununla razılaşmışdır. 2019-cu ilin aprel ayında o Ülviyyənin istifadəsində olan mobil nömrə ilə danışaraq dediyi işlərlə bağlı onunla görüşmək istədiyini və pulu verəcəyini demişdir. O Həmidə ilə Tərlan şadlıq sarayının qarşısına getmişlər. Ülviyyə dediyi vaxtda gəlmədiyi üçün Həmidə 3500 manat pulu və özünə aid olan sənədləri ona vermiş və himayəsində azyaşlı uşaqları olduğu üçün Ülviyyəni gözləyə bilməyəcəyini deyərək geri qayıtmışdır. Bundan 2-3 saat sonra Ülviyyə həyat yoldaşı Vəlinin avtomobili ilə şadlıq evinin qarşısına gəlmiş və o avtomobilə əyləşmişdir. Ülviyyə avtomobilin arxa hissəsində oturmuşdur. O gəlini Aytacın işi üçün 1500 manat pulu və tanışı Həmidənin işi üçün 3500 manat pulu və ona aid sənədləri, ümumilikdə 5000 manat pulu Ülviyyəyə vermiş və o da Aytacın işini 2020-ci ilin senyabrına kimi, Həmidənin işini isə 2 ay müddətində həll edəcəyini bildirmişdir..Vəli həmin vaxt onunla heç bir şey danışmamışdır. 2019-cu ilin iyun ayında gəlini Aytac dərsə getmədiyi üçün SDU-nun dekanlığından onun dərsə gəlməməsi ilə bağlı zəng olunmuş və bir daha dərslərə gəlməyəcəyi halda qovulacağını demişlər.O da Ülviyyəyə zəng edərək bu söhbəti danışmış, lakin Ülviyyə narahat olmamağını və Aytacın dərsə getməməsini demişdir. Buna baxmayaraq o Aytacın məktəbdən qovulacağından qorxduğu üçün Aytacı dərsə göndərmişdir.Aytac sessiya imtahanlarını da özü vermişdir. O Ülviyyəyə Aytacın 2019-cu ilin yay sesiyasının imtahanlarının özü verdiyini Vatsapla yazmışdır.Ülviyyə ona narahat olmamasını və 2020ci ilin qış sessiya imtahanlarını özünün həll edəcəyini, dərsə getməməyini və 1000 manat pulu da verməsini demişdir. X4 işi barəsində soruşduqda o, işin Təhsil Nazirliyində olduğunu və düzələcəyini demişdir. O, 2020-ci ilin yanvar ayında Aytacın işi ilə bağlı verəcəyi 1000 manat pulu istəmişdir. O da özünə məxsus qızıl zinət əşyalarını Sumqayıt şəhərində yerləşən Para bank lombard şirkətinə qoyaraq 1000 manat pul götürmüş və aylıq olaraq 113 manat ödəməli olmuşdur. O 2020-ci ilin mart ayının 17-də Sumqayıt şəhəri Nizami kinoteatrının qarşısında günorta saatlarında Ülviyyə ilə görüşmüş və həmin pulu ona vermişdir. Ülviyyə ona Aytacın dərsə getməməsini və 2020-ci ilin sentyabr ayında diplomunu alacağını və Həmidənin işinin isə uzadıldığı üçün ləngidiyini demişdir. Yenə təkrar olaraq 2020-ci ilin qıs sessiyasında məktəbdən Aytaca zəng olunaraq dərsə gəlmədiyi üçün qayıblar yarandığını və imtahana buraxılmayacağını demişlər.Yenə o qorxduğu üçün Aytacı məktəbə göndərmiş və o, qış sesiya imtahanlarını özü vermişdir. O bununla bağlı Ülviyyə zəng etmiş və mesaj yazaraq Aytacın dərsə getdiyini və imtahanları da özü verdiyini demişdir. O da onun lombardan götürdüyü 1000 manat pulu özü aylıq ödəyəcəyini və yerdə qalan 1500 manat pulu isə qaytaracağını demişdir.Abbasla o görüşəndə Ülviyyənin onları aldatdığını və verdiyi 3500 manat pulu da ondan almaq lazım olduğunu demişdir. O Ülviyyədən Həmidənin işi ilə bağlı da verdiyi 3500 manat pulu istəmiş, belə ki, o Ülviyəyə onları aldatdığını və heç bir köməklik etmədiyini demişdir. Ülviyyə də ona həmin 3500 manat pulu Novxanı bağlarında olan bağını satıb qaytaracağını demişdir. 2020-ci ilin avqust ayının axırınadək Ülviyyə onu aldatmış və hər dəfə müxtəlif bəhanələr gətirərək 6000 manat pulu qaytarmaqdan yayınmışdır. O bu səbəbdən onun yaşadığı Sumqayıt şəhər 2-ci mikrorayondakı evlərinə getmişdir. O hər dəfə onlara gedəndə Ülviyyənin anası evdə olmuşdur. O bu barədə anasına məlumat verəndə o, Ülviyyənin pulu qaytaracağını demişdir.Həmin günün səhəri Ülviyyə ona zəng edərək niyə bu barədə onun anasına dediyini və bu səbəbdən vəziyyətinin pisləşdiyini demişdir. O Ülviyyənin mobil nömrəsini Abbasa da verdiyi üçün Abbas da onunla dəfələrlə danışmış və mesajlaşmışlar. Ülviyyə Həmidənin işi ilə bağlı ondan aldığı 3500 manat pulu Abbasın özünə qaytaracağını bildirmişdir. 2020-ci ilin avqust ayında Ülviyyə onun zənglərinə cavab vermədiyi üçün və mobil nömrəsini bloka atdığı üçün o məcbur olub 20.08.2020-ci il tarixdə onun yaşadığı Sumqayıt şəhər 2-ci mikrorayondakı evlərinə getmişdir.Həmin vaxt qapını Ülviyyə açmış və o evə daxil olmuşdur.Ülviyyə onun üstünə qışqırmış və səs-küy saldığı üçün o oranı tərk etmişdir. O, 04.09.2020-ci il tarixdə DİN-nin 102 xidmətinə müraciət edərək bu barədə məlumat vermiş və Abşeron RPİ-yə ərizə ilə müraciət etmişdir.Bundanbaşqa, 2019-cu ilin aprel ayında gəlini X2 uşağı dünyaya gəldiyi üçün oxuduğu Sumqayıt Dövlət Universitetində dərsə gedə bilməmişdir. Bunun üçün o tanışı Təqsirləndirilən şəxs ilə mobil telefonda bu barədə söhbət etmişdir. O, ona bu işdə kömək edəcəyini demiş, oda onunla razılaşmışdır. Bu işin həlli üçün Ülviyyə ondan 2500 manat pul istəmiş, oda ona 1500 manat pulunun olduğunu dedikdə, ona ilk olaraq 1500 manat sonra diplom vaxtı 1000 manat pul verməsini demiş, o da onunla razılaşmışdır. Bir neçə gün keçdikdən sonra, yəni 2019-cu ilin aprel ayında o Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında Ülviyyə ilə görüşmüş, Ülviyyə əri Vəlinin maşını ilə gəlmişdir. O Vəlinin yanında Ülviyyəyə gəlini Aytacın instituta dərsə getməməsi və sonda diplomunun alınması üçün 1500 manat, tanışı X3 oxuduğu universitetdən Müəllimlər instituna dəyişilməsi üçün isə 3500 manat pul vermişdir. Ülviyyə ona bildirmişdir ki, həmin pulları dövlət rüsümu kimi universitetə ödəyəcək. O pulu verən zaman Ülviyyəyə Həmidəyə aid sənədləri də vermiş, Ülviyyə ona demişdir ki, 2 ay keçdikdən sonra Həmidənin işini həll edəcəyini bildirmişdir. Bundan sonra, o ondan ayrılıb getmiş, aradan 2 ay keçdikdən sonra o Ülviyyəyə mobil telefonla zəng edərək məsələnin həll olub-olmamasını soruşmuş, o da ona hər dəfə müxtəlif bəhanələr gətirərək narahat olmamasını demişdir. Bu minvalla 2020-ci ilin mart ayına kimi hər dəfə müxtəlif bəhanələr gətirərək Ülviyyə pulunu qaytarmamışdır. 2020-ci ilin mart ayında o Sumqayıt şəhərində Ülviyyə ilə görüşmüş, ona gəlini Aytacın diplomu üçün 1000 manat da lazım olduğunu bildirmişdir. Oda onunla razılaşıb həmin gün özünə məxsus qızıllarını Sumqayıt şəhərində yerləşən Lombarda qoyaraq 1000 manat pul götürüb Sumqayıt şəhərində 2-ci mikrorayonda yerləşən parkda Ülviyyəyə vermişdir. Bundan sonra ölkədə elan edilmiş karantin rejimi ilə əlaqədar gəlini Aytac dərsə getməmiş və imtahanlarını onlayn şəkildə özü vermişdir. O hər dəfə gəlini Aytac və tanışı Həmidənin işi ilə maraqlanan zaman Ülviyyə ona yenə bəhanələr gətirərək onu aldatmış və vədinə əməl etməyərək pulunu ələkeçirtmişdir. O Təqsirləndirilən şəxs ilə 2019-cu ilin aprel ayında Abşeron rayonu, Saray qəsəbəsində yerləşən “Tərlan” şadlıq sarayının yaxınlığında görüşüb gəlini Aytacın oxuduğu universitetdə dərsə getməməsi və diplomunu alması üçün 1500 manat, tanışı Həmidənin digər universitetə köçürülməsi üçün isə 3500 manat pul vermişdir. Həmin vaxt Ülviyyənin əri Vəli onun yanında olmuşdur. 17 mart 2020-ci il tarixdə özünə məxsus qızıllarını “GL QSC”-nin “Sumqayıt-3” filialına girov qoyaraq 1000 manat pul götürmüş və Sumqayıt şəhərində 2-ci mikrorayonda yerləşən parkda Təqsirləndirilən şəxs ilə görüşüb, gəlini Aytacın oxuduğu universitetdə dərsə getməməsi və diplomunu alması üçün danışdıqları 2500 manat məbləğdən qalan 1000 manat pulu tək vermiş, yanında heç kim olmamışdır. Təqsirləndirilən şəxs ona verdiyi ümumilikdə 6000 (altı min) manat puldan heç bir məbləğdə pul qaytarmamışdır. Təqsirləndirilən şəxs ifadəsində oğluna 700 manat pul qaytarmasıbarədəgöstərdiyixüsusatlarıtəkzibedərəkbildirirki, Təqsirləndirilən şəxs yalan danışır, onun Fərid Mürsəliyev adlı bir oğlu var, oğlu Ukrayna Respublikasında işlədiyi üçün orada yaşayır, gəlini Aytac təhsil aldığı üçün onunla birlikdə qalır. O mobil telefonunda “vatsap” proqramında profilinə arada oğlu Fəridin fotoşəklini yerləşdirdiyi üçün Təqsirləndirilən şəxs oğlunun şəklini görüb elə bil. Bundan başqa, Həmidə tanış olduğu üçün ona kömək etmək istəmiş və sonuncunun verdiyi pulun hamısını Ülviyyə vermişdir. Ona hər hansı bir məbləğ çatmamışdır. Zərərçəkmiş şəxs1 ərizə ilə məhkəməyə müraciət edərək təqsirləndirilən şəxslə barışdığını, ona vurulmuş maddi zərərin tam şəkildə ödənildiyi üçün sonuncuya qarşı heç bir şikayət və tələbinin, iddiasının olmadığını bildirərək sonuncunun barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Zərərçəkmiş şəxs2 teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və təqsirləndirilən şəxs tərərindən ona vurulmuş maddi zərərin tam olaraq ödənildiyini, təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbinin olmadığını bildirsə də məhkəmə iclasına gələrək ifadə vermişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında verdiyi ifadəsində göstərdi ki, 2005-ci il tarixdə Azərbaycan Beynəlxalq Universtetinin tarix fakültəsinə qəbul olmuş və 2010-cu il tarixdə həmin universteti bitirmiş, lakin məlum səbəblərə görə universtet bağlandığı üçün o diplom ala bilməmişdir. 2019-cu ilin əvvələrində ailə vəziyyəti ilə bağlı Bakı şəhəri, Biləcəri qəsəbəsində yaşayan xalası Qətibə gilə getmiş və bir müddət azyaşlı uşağı ilə orada qalmışdır. Xalasının yoldaşı Abbasın yaxın dostu olan Telman ailəsi ilə hərdən onlara qonaq gəlmişdir. Telmanın həyat yoldaşı Sevda adlı şəxs 2019-cu ilin fevral ayının əvvələrində Abbas gilə qonaq gəlmişdir. Evdə söhbət düşərkən Sevda gəlini Aytacın oxuduğu Sumqayıt Dövlət Universtetində dərsə getməməsi və diplom alması ilə bağlı tanışı Ülviyyə adlı şəxsin ona kömək edəcəyini demişdir. Elə həmin vaxt o Sevdaya onun da diplom işini həll etməsini demişdir. Sevda ona bu işlə maraqlanacağını və bir xəbər deyəcəyini bildirmişdir. Bu hadisədən bir müddət sonra Sevda onun istifadəsində olan mobil nömrəyə istifadəsində olan mobil nömrədən zəng edərək Ülviyyə adlı şəxsin onun diplom işini həll etməsi üçün 3500 manat pul istədiyini demişdir. 2019-cu ilin aprel ayında o Sevdaya zəng edərək həmin məbləği tapdığını demişdir. Sevda ona həmin gün saat 16:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Tərlan” şadlıq evinin yanında olmasını, 3500 manat pulu, atesstatını və ABU-na köçürdüyü pul qəbzlərinin surətini də gətirməsini bildirmişdir. O həmin vaxt taksi ilə “Tərlan” şadlıq evinin qarşısına getmiş və Sevdanın “Tərlan” şadlıq evinin qarşısında onu gözlədiyini görmüşdür. Sevda ona bir qədər gözləməsini və pulu özünün həmin şəxsə verməsini bildirmişdir. Lakin onun himayəsində azyaşlı uşaq olduğu üçün həmin şəxsi gözləyə bilməyəcəyini və Sevdaya inandığını, pulu ona özünün verməsini deyərək zərfdə olan 3500 manat pulu, atesstat və qəbzlərin surətini və univertetlə müqavilə və tələbə biletini ona verərək həmin taksi ilə evə gəlmişdir. Həmin gün axşam saatlarında Sevda ona zəng edərək 3500 manat pulu tanışı Ülviyyəyə verdiyini, hər şeyin yaxşı olacağını və təxminən 2 ay müddətinə diplom işinin həll olunacağını demişdir.Bundan xeyli müddət keçəndən sonra Abbas Sevdaya zəng edərək işin nə yerdə qaldığını soruşduqda Sevda xəstə olduğunu və onun diplom işini düzəldəcək Ülviyyə adlı şəxsin mobil nömrəsini verərək onunla danışmasını bildirmişdir. Abbas Ülviyyə ilə danışarkən Ülviyyənin yalan danışdığını və onları aldatdığını başa düşmüş və sonradan həmin 3500 manat pulun qaytarılması üçün Sevdanın şikayət etməsini bildirmişdir. Ülviyyənin ifadəsində onunla istifadəsində olan mobil nömrə ilə danışdığını və həmin pulu ona qaytaracağını deməsi barədəgöstərdiyinixüsusatlarıtəkzibedərəkbildirmişdirki, Ülviyyə yalan danışır, onu ümumiyyətlə görməmiş və istifadəsində olan mobil nömrə ilə əlaqə saxlamamışdır. 2019cu ilin aprel ayında Sevda ilə görüşüb ona 3500 manat pulu verən zaman Sevdanın gəlini Aytacın işi ilə də bağlı Ülviyyə adlı şəxsə pul verəcəyindən məlumatı olmuşdur. Sevdanın 3500 manat pulun Ülviyyəyə verilməsini görməmiş, lakin Sevda xalasıgilin ailəvi dostdu olduğundan və Abbasın Ülviyyə ilə telefon danışıqlarından başa düşmüşdür ki, Sevda həqiqətən Ülviyyəyə 3500 manat pul vermişdir. Hazırda ona vurulan ziyan ödənmişdir, Təqsirləndirilən şəxs qarşı şikayəti və tələbi yoxdur. Şahid teleqramla məhkəməyə müraciət edərək ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Bu səbəbdən də məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, baldızı Təranənin qızı Həmidə ailə vəziyyəti ilə əlaqədar olaraq 2019-cu ilin yanvar ayından həmin ilin may ayınadək olan müddət ərzində az yaşlı övladı ilə birlikdə onlarla yaşamışdır. Həmidə 2005ci il tarixdə Azərbaycan Beynəlxalq Universtetinin tarix fakültəsinə qəbul olmuş və 2010-cu il tarixdə həmin universteti bitirmiş, lakin məlum səbəblərə görə universtet bağlandığı üçün diplom ala bilməmişdir. Onun ailəvi dostu olan Telman ailəsi ilə birlikdə hərdən onlara qonaq gəlmişdir. Telmanın həyat yoldaşı Sevda 2019-cu ilin fevral ayının əvvələrində onlara qonaq gəlmişdir. Evdə söhbət düşərkən Sevda gəlini Aytacın oxuduğu Sumqayıt Dövlət Universtetində dərsə getməməsi və diplom alması ilə bağlı tanışı Ülviyyə adlı şəxsin ona kömək edəcəyini demişdir. Elə həmin vaxt onlarla birlikdə yaşayan Həmidə Sevdaya onun da diplom işini həll etməsinə kömək etməsini və buna görə Ülviyyə hörmət də edəcəyini demişdir. O özü də Sevdaya bu işlə bağlı Həmidəyə köməklik etməsini bildirmişdir. Sevda Həmidəyə bu işlə maraqlanacağını və bir xəbər deyəcəyini bildirmişdir. Həmin hadisədən bir müddət sonra Sevda Həmidənin istifadəsində olan mobil nömrəyə istifadəsində olan mobil nömrədən zəng edərək Ülviyyə adlı şəxsin onun diplom işini həll etməsi üçün 3500 manat pul istədiyini demişdir. Bundan sonra Həmidə onunla məsləhətləşmiş və oda Sevdanı tanıdığını və heç bir problem olmayacağını demişdir. Daha sonra Sevdaya zəng edərək Həmidənin işi ilə bağlı köməklik etməsini demişdir. 2019-cu ilin aprel ayında Həmidə Sevdaya zəng edərək həmin məbləği tapdığını demişdir. Sevda da Həmidəyə həmin gün saat 16:00 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən “Tərlan” şadlıq evinin yanında olmağını, 3500 manat pulu, atesstatını və ABU-na köçürdüyü pul qəbzlərinin surətini də gətirməsini bildirmişdir. Həmidə onada məlumat verərək taksi ilə “Tərlan” şadlıq evinin qarşısına gəlib və Sevdanın “Tərlan” şadlıq evinin qarşısında onu gözlədiyini görmüşdür.Həmidə himayəsində azyaşlı uşaq olduğu üçün Sevdanın pulu verəcəyi şəxsi gözləyə bilməyəcəyini və Sevdaya inandığını, pulu ona özünün verməsini deyərək zərfdə olan 3500 manat pulu, atesstat və qəbzlərin surətini və univertetlə müqavilə və tələbə biletini ona verərək həmin taksi ilə evə gəlmişdir. Həmin gün axşam saatlarında Sevda Həmidəyə zəng edərək 3500 manat pulu tanışı Ülviyyəyə verdiyini, hər şeyin yaxşı olacağını və təxminən 2 ay müddətinə diplom işinin həll olunacağını demişdir. Bundan xeyli müddət keçəndən sonra o Sevdaya zəng edərək işin nə yerdə qaldığını soruşduqda Sevda xəstə olduğunu və Həmidənin diplom işini düzəldəcək Ülviyyə adlışəxsin mobil nömrəsini ona verərək onunla danışmasını bildirmişdir. O istifadəsində olan ***-***-**-** mobil nömrəsi ilə Ülviyyənin istifadəsində olan mobil nömrəyə yığaraq Həmidənin yaxın qohumu olduğunu, Sevdanın da yaxını olduğunu və Həmidənin diplom işinin nə yerdə qaldığını soruşmuşdur. Ülviyyə ona narahat olmamasını, bununla bağlı işin getdiyini və tez bir zamanda Həmidənin diplomunu düzələcəyini bildirmişdir. O təxminən bundan bir ay müddət keçdikdən sonra Ülviyyəyə zəng etdikdə o, yenə ona Həmidənin işi ilə məşğul olduğunu demişdir. O onda işin nə yerdə olduğunu soruşduqda o, müxtəlif bəhanələr gətirərək ona işlə bağlı heç bir məlumat verməmişdir. O 2019-cu ilin sentyabr ayında Ülviyyənin Həmidəni aldatdığını başa düşmüşdür.Ülviyyədən zəng edərək Sevdanın ona verdiyi 3500 manat pulu tələb etmişdir. Ülviyyə ona Həmidənin ona pul vermədiyini, pulu ona Sevdanın verdiyini və həmin məbləği də Sevdadan tələb etməsini bildirmişdir. O bundan sonra Sevdaya zəng edərək bu barədə məlumat vermiş və bir daha Həmidənin işi ilə bağlı Ülviyyəyə zəng etməyəcəyini və həmin pulu Həmidəyə qaytarılmasını Sevdaya demişdir. Sevda ona Ülviyyədən həmin məbləği alacağını demişdir. Bundan sonra Sevda ona Ülviyyəyə onun gəlini Aytacın diplom işi ilə bağlı 2500 manat pul verdiyini və qohumu Həmidənin 3500 manat pulu ilə birlikdə 6000 manat pul verdiyini və bununla bağlı DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Beləliklə, məhkəmə toplanmış sübutları araşdıraraq və onların məcmusuna hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi onun özünün səmimi etirafı, zərərçəkmiş şəxslərin və şahidin ifadələri və işin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəməyə zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 ərizə təqdim edərək, Təqsirləndirilən şəxs tərəfindən onlara vurulmuş maddi zərərin tam olaraq ödənildiyi üçün ona qarşı heç bir şikayət və tələblərinin olmadığını bildirdilər və sonuncunun barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. “Kapital Bank” Sumqayıt filialının 17253№li 06 oktyabr 2021-ci il tarixli qəbzindən müəyyən olunur ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında, yəni 1500 manat məbləğində pul dövlət büdcəsinə ödənilmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs məhkəmədə zərərçəkmiş şəxslərə vurduqları maddi zərəri tam olaraq ödədiyi üçün zərərçəkmiş şəxslərin ona qarşı heç bir şikayət və tələbinin olmadığına, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın 25 faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyinə görə barəsində olan cinayət təqibi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən 04.11.2020-ci il tarixdə tərtib olunmuş arayışdan (tələbnamə) və Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin 24.11.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuş, məhkumluğu ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.11-ci maddəsinə əsasən cinayət qanunu müddəalarının qüvvəsinə görə şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olduqda cinayət təqibi başlanıla bilməz, başlanılmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlanıla bilməz, başlanılmış cinayət işi üzrə icraata xitam verilməlidir). Həmin Məcəllənin 43.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6-39.1.11-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 347, 349, 351 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət təqibinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut, məhkəmə məsrəfi və mülki iddia yoxdur. Qərardan elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə ondan apellyasiya şikayəti və ya protesti verilə bilər. Qərardan apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, nəzərdə tutulduğu müddətin çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Elçin Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar