Məhkəmə qərarları › İş №1(060)-445/2022

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-445/2022

19.08.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-445/2022 19.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Xəlilov Rövşən Elbrus oğlunun sədrliyi, Kərimov Fuad Tofiq oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin prokuroru Dövlət ittihamçısı2, Təqsirləndirilən şəxs2, Onun müdafiəçisi – “Fides” Vəkil Bürosunun vəkili Müdafiəçi1, Təqsirləndirilən şəxs1, Onun müdafiəçisi - Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə Sumqayıt şəhər məhkəməsinin inzibati binasında xx.xx.2006-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə xx.xx.2006-cı ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan Tofiq adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun istifadə etdiyi "İNSTAGRAM" sosial şəbəkəsində olan "baxıcı_falcı_cadugar_" adlı səhifəsi vasitəsilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, həmin hesabın mesaj bölməsində yazışdıqları "narminjabbar_" adlı hesabın sahibi Zərərçəkmiş şəxs fala baxmaq üçün əvvəlcədən 05 (beş) manat pul ödəməsini deyib ona keçid linki göndərmiş, Zərərçəkmiş şəxs həmin keçid linkinə özünə məxsus 4169 7377 0258 9496 nömrəli "Kapitalbank"a aid içərisində 4900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti olan "Birkart" kredit kartının məlumatlarını daxil etmiş, beləcə 10 fevral 2021-ci il tarixdə saat 20:53 radələrindən 21:00 radələrinə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus həmin "Birkart" Kredit kartından 01 (bir) dəfə 11.00 (on bir) manat, 02 (iki) dəfə 101.20 (yüz bir manat iyirmi qəpik) manat, 05 (beş) dəfə hər biri 202.40 (iki yüz iki manat qırx qəpik) manat, 03 (üç) dəfə hər biri 506.00 (beş yüz altı) manat, 04 (dörd) dəfə hər biri 5.00 (beş) manat olmaqla 15 (on beş) əməliyyata cəmi 2763.40 (iki min yeddi yüz altmış üç manat qırx qəpik) manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə1 adına olan 'Unibank" KB ASCyə məxsus 524375... 9337 nömrəli plastik karta köçürtdükdən sonra, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Sülh küçəsi 2 ünvanında yerləşən "Unibank” Kommersiya Bankı ASC-yə məxsus “Nonstop Telecom” ATM bankomat terminalından pul vəsaitini nağd şəkildə çıxarına yolu ilə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2763.40 (iki min yeddi yüz altmış üç manat qırx qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan Tofiq adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşib sonuncunun istifadə etdiyi "İNSTAGRAM” sosial şəbəkəsində olan "baxıcı_falcı_cadugar_" adlı səhifəsi vasitəsilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə, həmin hesabın mesaj bölməsində yazışdıqları "narminjabbar_" adlı hesabın sahibi Zərərçəkmiş şəxs fala baxmaq üçün əvvəlcədən 05(beş) manat pul ödəməsini deyib ona keçid linki göndərmiş, Zərərçəkmiş şəxs həmin keçid linkinə özünə məxsus 4169 7377 0258 9496 nömrəli "Kapitalbank"a aid içərisində 4900 (dörd min doqquz yüz) manat məbləğində pul vəsaiti olan "Birkart" kredit kartının məlumatlarını daxil etmiş, beləcə 10 fevral 2021-ci il tarixdə saat 20:53 radələrindən 21:00 radələrinə kimi olan müddət ərzində Zərərçəkmiş şəxs məxsus həmin 'Birkart" Kredit kartından 01 (bir) dəfə 11.00 (on bir) manat, 02 (iki) dəfə 101.20 (bir yüz bir manat iyirmi qəpik) manat, 05 (beş) dəfə hər biri 202.40 (iki yüz iki manat qırx qəpk) manat, 03 (üç) dəfə hər biri 506.00 (beş yüz altı) manat, 04 (dörd) dəfə hər biri 5.00 (beş) manat olmaqla 15 (on beş) əməliyyata cəmi 2763.40 (iki min yeddi yüz altmış üç manat qırx qəpik) manat pul vəsaitini elektron məlumat daşıyıcılarından istifadə etməklə anası Qanuni nümayəndə1 adına olan "xxxx" KB ASC-yə məxsus 524375.....9337 nömrəli plastik karta köçürtdükdən sonra, Təqsirləndirilən şəxs1 Sumqayıt şəhəri, Sülh küçəsi 2 ünvanında yerləşən "xxxx" Kommersiya Bankı ASC-yə məxsus “Nonstop Telecom” ATM bankomat terminalından pul vəsaitini nağd şəkildə çıxarma yolu ilə gizli olaraq talayıb, Zərərçəkmiş şəxs ümumilikdə 2763.40 (iki min yeddi yüz altmış üç manat qırx qəpik) manat miqdarında maddi ziyan vurmaqla oğurluq etmişlər. Bununla da, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Qanuni nümayəndə2, anası Sevda İsmayılov və qardaşı Kənan İsmayılovla birlikdə yaşayır. Bakı şəhəri, Xəzər rayonu, 121 saylı tam orta məktəbin 10-cu sinif şagirdidir. O 2021-ci ilin fevralında Tofiq və Əli ilə ortaq razılıq əsasında işlətdikləri “İnstagram” sosial şəbəkəsindəki “baxıcı_falçı_cadugər” səhifəsi vasitəsi ilə insanlara fala baxmağı vəd edib aldatmaqla, onların bank kartındakı pul məbləğlərini başqa hesaba köçürməklə məşğul olmuşdur. Ona bu işləri öyrədən sosial şəbəkədə tanış olduğu Tofiq adlı şəxs olmuşdur. Tofiq ona daha çox pul qazanmaq üçün “instagram” sosial şəbəkəsində falçılıq edərək insanları aldadaraq onlara məxsus kart hesablarından pul oğurlamağı təklif etmiş, o da bu təkliflə razılaşmışdır . Beləcə onlar həmin “instagram” səhifəsinə fala baxdırmaq üçün yazan şəxslərə 05 (beş) manat pul köçürməsini deyib, daha sonra müraciət edənləri bloka atmaqla, onları aldatmağa başlamışlar. Bu yolla yalnız bir neçə dəfə və xırda məbləğ yəni 05 (beş) manat qazancı olmuşdur. İlk dəfə böyük məbləğdə kart hesabından pul köçürülməsi isə “Nərminjabbar” adlı instagram hesabının sahibinin kart hesabından olmuşdur. Belə ki, 2021-ci ilin fevral ayında Tofiq ona yeni bir üsul tapdığını və bu yolla şəxslərin kart hesabından böyük məbləğdə pul çıxarmağın mümkün olduğunu demişdir. Tofiq onun idarə etdiyi “İnstagram” sosial şəbəkəsinə aid “baxıcı_falçı_cadugər” səhifəsinə müraciət edən olarsa ona bildirməyi demişdir. Tofiq ona izah etmişdir ki, bu yeni üsula görə onun göndərəcəyi keçid linki “müştəriyə” yollayacaq, həmin keçid linkə “müştəri” öz bank hesabına aid məlumatlarını daxil etməklə kartına gələn kodu ona dedikdən sonra sonuncunun bank hesabındakı pulu internet üzərindən başqa bir hesaba köçürəcəkdir. Bunun üçün onlara lazım olan bank hesab məlumatlarını isə Təqsirləndirilən şəxs1 təmin etmişdir. Belə ki, o bu plan barədə sosial şəbəkə üzərindən Əliyə danışıb onu da bu işə şərik qoşmaqla pul qazana biləcəyini təklif etdikdə, Əli könüllü olaraq razılaşmış və öz anasına məxsus "xxxx" ASC-nə aid kart hesab məlumatlarını ona yollamışdır. Beləcə ilk işləri 10 fevral 2021-ci il tarixə baş tutmuşdur. Belə ki, həmin günü onun idarə etdiyi “İnstagram” sosial şəbəkəsinə aid “baxıcı_falçı_cadugər” səhifəsinə “narminjabbar_” adlı istifadəçi yazaraq fala baxdırmaq istədiyini və qiymətini maraqlanmışdır. O həmin qadına 05 (beş) manat müqabilində falına baxa biləcəyini yazıb onu aldatmışdır. Daha sonra öz şəxsi hesabından Tofiqə yazaraq, səhifəyə fala baxdırmaq üçün “müştərinin” müraciət etdiyini bildirmişdir. Ona yazan xanım müştəriyə əvvəlcədən ödəniş etməsi üçün Tofiqin hazırlayıb ona yolladığı keçid “linki”ni göndərmişdir. Qadın həmin linkə daxil olub öz bank hesab məlumatlarını yazdıqda, kartından 05 (beş) manat pul çıxmasını təsdiqləməsi üçün dörd rəqəmli CİB kodu gələcəyini ona demişdir. Bu üsulu əvvəllcə Tofiq ona izah etmişdir. Qadın mesaj vasitəsi ilə gələn “CİB 1666” kodunu ona bildirdikdə o da bunu öz növbəsində Tofiqə yollamışdır. Beləcə Tofiq həmin qadının kart hesabında olan pul vəsaitini Təqsirləndirilən şəxs1 ona yolladığı bank hesabına yönəltmişdi. Bildiyinə görə Tofiq qadının kart hesabından 2700 (iki min yeddi yüz) manat pul çıxanıb Əlinin anasına məxsus bank hesab kartına yönəldə bilmişdir. Hətta Tofiqin dediyinə görə bir-iki nəfər başqa şəxslərə də kontur yollaya bilmişdir. Qadın bank kartından pulların çıxarıldığını biləndə onun işlətdiyi “baxıcı_falçı_cadugər” səhifəsinə yazmışdır. Lakin qadını blok etdiyi üçün bir daha ona yaza bilməmişdir. Beləcə Tofiqin hazırladığı plan baş tutmuş və onlar səhifəyə fala baxmaq üçün müraciət edən ilk “müştərinin” pulunu asanlıqla Əlinin anasının bank hesabına yönəldə bilmişdilər. Bu plandan Əlinin də xəbəri olmuş, anasına məxsus karta köçürülən pul vəsaitlərini E-Manat üzərindən ona yollamışdır. O da pulun bir qismini Tofiqə yollamışdır. Beləliklə həmin əməliyyat nəticəsində onun 700 (yeddi yüz) manat qazancı olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsində ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin plan üzrə onun əsas rolu “İnstagram” sosial şəbəkəsinə aid “baxıcı_falçı_cadugər” adlı hesabı idarə etmək həmin hesaba yazan şəxsləri aldadıb onlarla yazışmaq, Tofiqin əsas işi bank hesabındakı pul vəsaitlərini CİB proqramı vasitəsi ilə onlara aid olan kart hesabına yönəltmək, Əlinin işi isə daxil olduqları “müştəriy”ə məxsus hesab kartındakı pulları başqa bir hesabla təmin etmək və pulları nağdlaşdırıb ona göndərmək olmuşdur. Hansı kı, “narmin_jabbar_” adlı istifadəçinin daxil etdiyi kart hesabındakı pul vəsaitləri Əlinin anasının kartına yönəldilmişdir. Onların bu üsulla “baxıcı_falçı_cadugər” səhifəsi vasitəsi ilə neçə nəfəri alatdığını dəqiq xatırlamasa da, əldə olunan pullar az məbləğlər təxminən 15-20 manat civarında olmuşdur. Ən böyük məbləği isə hazırkı iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs kart hesabından çıxarmışlar. Lakin sonra Nərmin adlı qadın bank hesabından pulun çıxarılması və Əlinin anasına məxsus kart hesabına köçürüldüyünü bilib Əlinin atasına zəng etdiyini Əlidən öyrənmiş, məsələ böyüməsin deyə həmin instagram hesabını bağlamış, Tofiqlə eləcə də Əli ilə arasında sosial şəbəkədə olan yazışmaları da silmişdir. Ancaq sonra Nərmin adlı qadının polisə müraciəti əsasında Əlinin yeri müəyyən edilmişdir. Əli əvvəlcə onun adını polisə verməyəcəyini deyib onu əmin etsə də, sonradan polisə məlumat verdiyini, polisə çağırılanda bilib xəbər tutmuşdur. Əvvəlcə Əli ilə tanışlığını və birlikdə gördükləri işi inkar etsə də, yekun ifadəsidə obyektiv həqiqəti etiraf etmişdir. Bundan başqa o ona verilən suallara cavab olaraq bildirmişdir ki, internet resursundan istifadə etməklə proqram vasitəsi ilə bank hesabındakı pul vəsaitini çıxarmaq üsulunu Tofiqə onun tanışı olan “Rako” ləqəbli sosial şəbəkə üzərindən tanış olduğu Rəvan adlı şəxs öyrətmişdir. Bunu Tofiq ilə yazışmalarında ona demişdir. Beləcə telegram sosial şəbəkəsi üzərindən də Rəvan adlı şəxslə yazışmışdır. Onun “baxıcı_falçı_cadugər” adlı instagram səhifəsinin ilk yaradıcısı olduğunu bilir. Hətta səhifənin əvvəlki adı “baxıcı_falçı_ekstassens_arzu” olmuşdur. Bu səhifəni Rəvan Tofiqlə əvvəllər birgə idarə etmiş, sonra Tofiqlə internet üzərindən tanış olandan sonra o səhifəni ona vermiş, o da adını “baxıcı_falçı_cadugər” adı kimi dəyişmişdir. Rəvanın kompüter texnologiyalarından yaxşı anlayışı olduğunu və Lənkəran şəhər sakini olduğunu bilir. Əməlindən peşman olduğunu və yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respubliksı CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə elan edilmiş ittihamda özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, atası Şahid2, anası Qanuni nümayəndə1 və qardaşı Bəşər Əliyev ilə birlikdə yaşayır. Atası Şahid2 Sumqayıt şəhərində avtotəmiri sexində avtomobil ustası işləyir, anası Qanuni nümayəndə1 evdar qadındır, qardaşı X4 oğlu isə Sumqayıt şəhəri, 1 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. 2021-ci ilin yanvar ayının əvvəllərində “teleqram” sosial şəbəkəsində özünün yaratdığı “deadroom” qrupunda teleqram adı “MR.Arsenic” olan şəxslə tanış olmuş, söhbət zamanı həmin şəxs onda plastik kart olub-olmadığını soruşduqda, onda "xxxx" ASC-ə məxsus plastik kartının olduğunu bilmişdir. Belə ki, həmin kart onun anası Qanuni nümayəndə1 adınadır, xaricdə yaşayan xalası mütəmadi olaraq həmin karta pul göndərməklə onlara maddi kömək edir, valideynlərinin kart barədə anlayışı olmadığı üçün kart çox zaman onda olur. “MR.Arsenic” ləqəbilə tanış olduğu Təqsirləndirilən şəxs2 ona 15 (on beş) manat pul müqabilində “İnstagram” sosial şəbəkəsində izləyici artırmağı öyrədəcəyini bildirmiş, o da onun fikri ilə razılaşaraq anasına məxsus kart vasitəsi ilə ona 15 (on beş) manat pul göndərmiş, beləliklə onlar arasında münasibət yaranmışdır. İstintaqın sonrakı mərhələsində o ifadəsində “telegram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “MR Arsenic” ləqəbli Təqsirləndirilən şəxs2 və onun tanışı olan Tofiq adlı şəxslə “İnstagram” sosial şəbəkəsindəki “baxıcı_falçı_cadugər” səhifəsi vasitəsi ilə insanlara fala baxmağı vəd edib aldatdığını etiraf etmişdir. Plana görə fala baxdırmaq üçün aldanan “müştəri” ilə Əliamin idarə etdiyi “baxıcı_falçı_cadugər” səhifəsi ilə onunla yazışaraq, “müştərinin” ödəniş etməsi üçün Tofiqin internetdə hazırladığı keçidi göndərdikdə, sonuncunun linkə daxil etdiyi kart məlumatları əsasında bank hesabındakı pul vəsaitini Tofiq onun anasına aid olan "xxxx"dakı kart hesabına yönəltməklə məşğul olmuşdur. Planın bu şəkildə işlənməsi sxemini bildiyinə görə Tofiq hazırlamışdır. O, Tofiq adlı şəxslə bilavasitə tanış olmasa da, Əliaminin ona dediklərinə əsasən Tofiqi qiyabi tanıyır. Anası Qanuni nümayəndə1 məxsus olan kart hesab nömrəsinin məlumatlarını da o məhz Əliaminə göndərmişdir. Həm Əliamin, həm də Tofiq kompüter texnikasını yaxşı bilmiş, onların planı üzrə anasına məxsus kart hesabına köçürülmüş pul vəsaitini o bankomatdan çıxardıqdan sonra kartdan karta «CİB» proqramı vasitəsi ilə Əliaminin hesabına göndərmişdir. Əliamin ilə aralarında olan razılaşmaya əsasən onun anasına məxsus bank hesabına göndərilən pulun 80 (səksən) faizini Əliaminə göndərmiş, 20 (iyirmi) faizi isə qazanc kimi özünə götürmüşdür. Təxminən 2021-ci ilin fevral ayının axırlarında atası Ərzuman işdə olarkən ona məxsus mobil telefon nömrəsinə tanımadığı şəxs tərəfindən zəng gəlmiş və «baxıcı_falçı_caducar_» səhifəsi ilə aldadılaraq kart hesabından pul götürüldüyünü, pulun köçürüldüyü kartın onlara məxsus olduğunu bildirmişdir. Atası Ərzuman onun sosial şəbəkədən anlayışı olmadığını, işdən sonra ona məxsus mobil telefonun onun tərəfindən işlədildiyini bildirərək yaşadıqları evin (018) 65-5-94-71 nömrəsini onunla danışması üçün vermişdir ki, həmin şəxs əlaqə saxlayıb danışanda arvadının «baxıcı_falçı_caducar_» səhifəsi ilə fala baxdırmaq üçün yazışdığını və həmin şəxsin həyat yoldaşının kartından pul götürdüyünü ona demişdir. O da bu barədə heç bir məlumatının olmadığını bildirmiş və Əliamanin ilə sosial şəbəkədə aralarında olan yazışmaları silmişdir. Lakin bir müddət sonra polisdən çağırılanda, Zərərçəkmiş şəxs adlı qadının kart hesabındakı pulların hansı şəraitdən çıxarılmaqla anasına məxsus kart hesabına köçürülməsini bilmədiyini qeyd etmişdir. Bütün işlərin “telegram” sosial şəbəkəsi vasitəsi ilə tanış olduğu “MR Arsenic” ləqəbli Əliamin tərəfidən aparıldığını polisə bildirmişdir. O ona verilən suallara cavab olaraq bildirmişdir ki, instagram hesabında olan “baxıcı_falçı_cadugər” adlı səhifəni Əliamin idarə etmiş, onun həmin səhifəyə yazan neçə şəxsi aldadıb yazışdığını bilməmişdir. Ancaq böyük məbləğdə ələ keçirilən pul vəsaitinin hazırkı iş üzrə zərərçəkmiş şəxs kimi tanınan Zərərçəkmiş şəxs kart hesabından çıxarıldığını bilir. Həmin pul anası Qanuni nümayəndə1 məxsus kart hesabına köçürüldüyü üçün vurulmuş ziyan da valideyinləri tərəfindən tam olaraq ödənilmişdir. Bundan başqa “Rako” ləqəbli Rəvan adlı şəxsi tanımır, onunla heç bir tanışlıq əlaqəsi olmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə baxışı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq “Caspident” şirkətinin müdiri vəzifəsində işləyir. 10 fevral 2021-ci il tarixdə təxminən saat 21:00 radələrində yaşadığı evdə olduğu zaman, “instagram” sosial şəbəkəsində özünə məxsus “narmin_jabbar_” hesabı ilə “baxıcı_falcı_cadugar_” səhifəsini görüb, falına baxdırmaq üçün həmin səhifənin mesaj bölməsinə yazaraq, falına baxdırmaq istədiyini bildirmiş, həmin səhifədən ona gələn cavabda falına baxılması üçün 05 (beş) manat pul məbləğinin onun göndərdiyi linkə daxil olaraq kart vasitəsilə ödəniş etməsini istədikdə, göndərilən linkə daxil olub özünə aid “Kapitalbank”a məxsus 4169 0258 9496 nömrəli “X5” “Birkart” kartının məlumatlarını müvafiq xanalara yazmış, daha sonra istifadəsində olan ***-***-**-** mobil nörməsinə gəlmiş “CİB 1666” kodunu 05 (beş) manat pulun çıxarılması üçün həmin mesaj bölməsindən “baxıcı_falcı_cadugar_” adlı istifadəçinin mesaj bölməsinə göndərmişdir. Bir müddət sonra ona məxsus “Kapitalbank”a aid 4169 7377 0258 9496 nömrəli “X5” “Birkart” hesab kartından ümumillikdə faizi ilə birlikdə 2764,40 (iki min yeddi yüz altmış dörd manat qırx qəpik) manat məbləğində pul çıxarılmışdır. O, dərhal həmin instagram hesabına yazaraq kartından icazəsiz pul çıxarıldığını bildirdikdə, həmin şəxs onu qara siyahıya salaraq mesajlarına cavab verməmişdir. Beləcə həmin naməlum şəxs tərəfindən aldadıldığını başa düşərək "xxxx" a zəng edib kartını dondurmuşdur. Daha sonra DİN-nin 102 qaynar xəttinə zəng edərək və Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nə ərizə ilə müraciət edərək faktla bağlı şikayət etmişdir. O ona verilən suallara cavab olaraq bildirmişdir ki, instagram sosial şəbəkəsində yazışdığı “baxıcı_falcı_cadugar_” adlı hesabı idarə edən şəxs onun bank kartından çıxardığı pul vəsaiti ümumillikdə 2764,40 (iki min yeddi yüz altmış dörd manat qırx qəpik) manat olmaqla həmin məbləğdə ona maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxslər tərəfindən ona vurulmuş maddi ziyan tam ödənildiyini və onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. İş materiallarında olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiqlənmiş xx.xx.2022ci il tarixli ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ona vurulmuş maddi ziyan tam ödənilmişdir və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilən Şahid4 ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. 10 fevral 2021-ci il tarixdə arvadı Nərminin narahat olduğunu görüb ondan nə olduğunu soruşanda, Nərmin “instagram” hesabında tanış olduğu “baxıcı_falçı_cadugar_” səhifəsi vasitəsi ilə naməlum şəxsə fala baxdırmaq üçün yazışdığını, sonuncunun onun mesaj bölməsinə atdığı linkə 05 (beş) manat köçürmək üçün daxil olduğunu və öz bank kartı məlumatlarını daxil etdiyini, daha sonra mobil telefona gələn CİB kod nömrəsini həmin səhifəyə ödəniş etdiyini təsdiq etmək üçün göndərdiyini, bir müddət sonra isə hesab kartından ümumilikdə 2764,40 (iki min yeddi yüz altmış dörd manat qırx qəpik) manat pulun naməlum şəxs tərəfindən çıxarıdığını demişdir. Onlar dərhal faktla bağlı polisə məlumat vermək üçün əvvəlcə DİN-nin 102 xidmətinə məlumat vermiş, daha sonra Bakı şəhəri Xətai RPİ-nin 36-cı PB-nə gedib şikayət ərizəsi yazmışlar. Bir müddət sonra ona məlum olmuşdur ki, həyat yoldaşının bank kartındakı pul vəsaitini Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adlı yetkinlik yaşma çatmayan şəxslər internet resuslarından istifadə etməklə ələ keçirmişlər. Polisdə aparılan araşdırma zamanı arvadı Zərərçəkmiş şəxs bank kartından həmin yeniyetmələr tərəfindən çıxarılmış pul vəsaiti tam olaraq Təqsirləndirilən şəxs1 atası Şahid2 tərəfindən ödənilmişdir. Buna görə də onların heç bir tələb və şikayətləri yoxdur. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2021-ci il tarixdə şübhəli şəxs kimi tutulmuş, xx.xx.2021-ci il tarixdə barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilərək Bakı şəhəri Xətai RPİ-nin MSY-dən azad edilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin xx.xx.2021-ci il tarixli 157000/2-1531 saylı məktubandan müəyyən olunur ki, Zərərçəkmiş şəxs istifadəsində olan 4169 7377 0258 9496 nömrəli plastik kartdan xx.xx.2021-ci il tarixdə saat 20:53-21:00 radələrində 01 (bir) dəfə 11.00 (on bir) manat, 02 (iki) dəfə hər biri 101.20 (bir yüz bir manat iyirmi qəpik) olmaqla 11 (on bir) əməliyyata cəmi 2743.40 (iki min yeddi yüz qırx üç manat qırx qəpik) manat, 03 (üç) dəfə hər biri 506.00 (beş yüz altı) manat olmaqla 11 (on bir) əməliyyata cəmi 2743.40 (iki min yeddi yüz qırx üç manat qırx qəpik) manat dəyərində vəsait (xidməti haqqı tutulmaqla) " CİB" mobil tətbiqi vasitəsilə "xxxx" KB ASC-yə məxsus olan 524375** **** 9337 №-li plastik karta köçürülmüşdür. Həmçinin həmin tarix və radələrdə 04 (dörd) dəfə hər biri 5.00 (beş) manat olmaqla cəmi 20.00 (iyirmi) manat vəsait isə "CİB" mobil tətbiqi vasitəsilə mobil nömrələrin balansının artırılmasına yönəldilmişdir. Həmçinin məktuba əlavə olunmuş sənəddən görünür ki, qeyd edilən kart hesabından Bakcell MMCə məxsus ***-***-**-** mobil nömrəsinə ayrı-ayrı vaxtlarda ümumilikdə 4 dəfə olmaqla xx.xx.2021 20:58 Bakcell 416973****** 55:7640135 05 (beş) manat, xx.xx.2021 20:56 Bakcell 416973****** 55:7640135 05 (beş) manat, xx.xx.2021 20:55 Bakcell 416973****** 55:7640135 05 (beş) manat və xx.xx.2021 20:53 Bakcell 416973****** 55:7640135 05 (beş) manat, cəmi 20 (iyirmi) manat pul köçürülmüşdür. İş materiallarında olan "xxxx"ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli HD/3513 saylı məktubdan görünür ki, 524375******9337 plastik kart Qanuni nümayəndə1 məxsusdur. xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək olan dövr üzrə həmin karta köçürmələri və məxaric əməliyyatlarını əks etdirən hesabdan çıxarış təqdim olunmuşdur. Bundan başqa xx.xx.2021-ci il tarixdən hazırkı vaxtadək olan dövr üzrə 524375******9337 nömrəli kartdan “Unibank" Kommersiya Bankı ASC-ə məxsus NONSTOP TELEKOM ATM ( ünvan: ünvan 3 videogörüntülər təqdim olunmuşdur. "xxxx"ASC-dən daxil olmuş xx.xx.2021-ci il tarixli HD/3513 saylı məktuba keçirilmiş baxış zamanı müəyyən olunmuşdur ki, Qanuni nümayəndə1 məxsus 524375******9337 plastik kart hesabına xx.xx.2021-ci il tarixdə CİB kartdan karta mobil tətbiqi vasitəsi ilə 11 (on bir) əməliyyata ümumilikdə 2743.40 (iki min yeddi yüz qırx üç manat qırx qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür. İş materiallarında olan “X2” ASC-nin müşaiyət məktubu ilə göndərilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs1 anası Qanuni nümayəndə1 məxsus plastik kartdakı pul vəsaitlərini 11 (on bir) dəfə bankomatdan pul çıxarması videogörüntüləri öz əksini tapmışdır. İş materiallarında olan "xxxx" ASC və "xxxx" ASC-dən götürülmüş bank hesablarından çıxarışlar və "xxxx"ASC-nə aid bankomatlardan götürülmüş Təqsirləndirilən şəxs1 pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 01 (bir) ədəd DVD disk iş üzrə maddi sübut hesab edilərək cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ tərəfindən verilmiş tələbnamələrdən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan İ.İ.Qayıbov adına 1 nömrəli tam orta məktəb tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakterizə olunaraq sinif yoldaşlarının və müəllim kollektivinin hörmətini qazanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi” barədə qərardan görünür ki, cinayət işinin istintaqı zamanı şahid kimi dindirilmiş X1 əməlində Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələrinin tərkib əlamətləri olmadığından onun barəsində cinayət təqibinin başlanılması rədd edilmiş, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 həmin oğurluq cinayət əməlinin törətməkdə kömək edən Tofiq adlı şəxsin və “Rako” ləqəbli şəxsin barəsində araşdırmanın davam etdirilmiəsi üçün cinayət işindən material ayrılmışdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cinayət əməlini yetkinlik yaşına çatmamış törətmələrini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən, zərərçəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın tamamilə ödənilməsni Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-ci maddəsinə əsasən, təqsirlərini səmimi etiraf etmələrini və əməllərindən peşman olmalarını isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 cəzalarını ağırlaşdıran hallar müəyyən etmədi. İş materiallarından müəyyən edildi ki, Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt sərf etmişdir. Ona görə də, 60 manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət Büdcəsi hesabından Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. Beləliklə də, məhkəmə ittiham və müdafiə tərəfini dinləyib, iş üzrə toplanmış sübutların cəminə qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirlidirlər. Onların əməlləri istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Odur ki, o həmin cinayətin törədilməsinə görə cəzalandırılmalıdırlar. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, təyin olunan cəzanın onların islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılmalıdır. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmənin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla, onun xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixdək həbsdə olduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması cəzasının 04 (dörd) gününə bərabər tutulmaqla ona təyin edilmiş cəzadan çıxılmalı, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı və hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılmalıdır. Bundan əlavə iş üzrə maddi sübut olan "xxxx" ASC və "xxxx" ASC-dən götürülmüş bank hesablarından çıxarışlar və "xxxx"ASC-nə aid bankomatlardan götürülmüş Təqsirləndirilən şəxs1 pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bakı şəhəri Probasiya İdarəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 1 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-1-ci maddələri ilə təqsirli bilinib 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzanın çəkilməsi müddəti Təqsirləndirilən şəxs1 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə Sumqayıt şəhər Probasiya Şöbəsinə tapşırılsın. Təqsirləndirilən şəxs1 üzərinə Sumqayıt şəhər Probasiya Şöbəsinə məlumat vermədən saat 00:00-dan növbəti gün, saat 07:00-dək yaşadığı ünvan 2 ünvanını tərk etməmək, Abşeron rayonu, Bakı və Sumqayıt şəhərlərinin hüdudlarından kənara çıxmamaq, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, (müalicəsi ilə əlaqədar olaraq xəstəxanada olması istisna olmaqla) cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi və ya işə düzəlməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. İş üzrə maddi sübut olan "xxxx" ASC və "xxxx" ASC-dən götürülmüş bank hesablarından çıxarışlar və "xxxx"ASC-nə aid bankomatlardan götürülmüş Təqsirləndirilən şəxs1 pul vəsaitlərini məxaric edərkən görüntülərinin əks olunduğu 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. Sumqayıt şəhər 1 sayı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Təqsirləndirilən şəxs1 məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 60 (altmış) manat məbləğində pul vəsaitinin dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt şəhər 1 saylı Vəkil Bürosunun "xxxx" 1 saylı Sumqayıt filialında olan hesabına (№ AZ 09AİİB******************** VÖEN: **********) köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. HAKİM RÖVŞƏN XƏLİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar