Məhkəmə qərarları › İş №1(060)-446/2023

Sumqayıt Şəhər Məhkəməsi Hökm — İş №1(060)-446/2023

26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Sumqayıt şəhəri İş № 1(060)-446/2023 26.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Əliyev Fikrət Hüseyn oğlunun sədrliyi, Əhmədli Amid Yusif oğlunun katibliyi, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru X2, Müdafiəçi:Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 532 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlarında fərdi evdə yaşayan, barəsində həbs qətimkan tədbiri Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi -0,947 qram tünd qəhvəyi rəngli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin CAŞ-nin əməkdaşları tərəfindən 14 dekabr 2022-ci il tarixdə, saat 17:00 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Simurq” şadlıq evinin yaxınlığında piyada olarkən saxlanılaraq həmin idarənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən satış məqsədi olmadan qanunsuz olaraq öz istifadəsi üçün şəxsi istehlak miqdarından artıq miqdarda 01 ədəd siqaret kağızı bükümündə təmiz çəkisi -0,451 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin əldə edib üzərində saxlayaraq daşımış və Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməkdaşları tərəfindən 10 yanvar 2023-cü il tarixdə, saat 15:00 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin binasının qarşısında piyada olarkən saxlanılaraq həmin bölmənin inzibati binasına gətirilmiş, üzərinə şəxsi axtarış keçirilərkən həmin çəkidə və bükümdə olan narkotik vasitə heroin əynindəki şalvarın sol yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirlilən şəxs Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, evlidir, işsizdir, bəzi müddətlərdə avtomobil təmiri ilə məşğul olub qazanc əldə etmişdir. Narkotik vasitə alüdəçisidir. Ağrılarına görə təxminən 10 ildir ki, narkotik vasitə heroindən istifadə edir. Narkotik vasitəni Sumqayıt şəhərində tanımadığı şəxslərdən əldə etmişdir. Belə ki, 12 dekabr 2022-ci il tarixdə Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Simurq” şadlıq evinin yaxınlığında olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 10 manata 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitə heroin bükümünü əynindəki şalvarın sağ yan cibinə qoyaraq həmin şəxsdən uzaqlaşıb yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən fərdi evə gəlmişdir. Bədənində həmin zaman ağrılar olmadığından əldə etdiyi narkotik vasitə heroindən istifadə etməmişdir. Ailə üzvlərinin narkotik vasitə aldığını bilməmələrindən ötrü əldə etdiyi narkotik vasitə heroin bükümünü əynindəki şalvarın sağ yan cibindən çıxarmayıb orada saxlamışdır. 14 dekabr 2022-ci il tarixdə, saat 16 radələrində bədənində ağrılar başladığından yaşadığı ünvanı tərk edib əldə etdiyi və əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitədən istifadə etməyindən ötrü Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Simurq” şadlıq evinin yaxınlığına gəlmişdir. Əldə etdiyi narkotik vasitədən istifadə etməyindən ötrü kənar şəxslərin oradan uzaqlaşmasını gözləyərkən, saat təxminən 17:00-da mülki geyimdə olan şəxslər ona yaxınlaşıblar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyiblər. Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət ediblər, o, qarşılıq vermədən onlarla birlikdə polis idarəsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sağ yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis idarəsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret bükümünü çıxardıb təqdim edərək içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Təhqiqatçı bükümə baxıb özü həmin kütləni aşkar etmişdir. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 1,13 qram olduğu müəyyən edilmişdir. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa təkrarən, 10 yanvar 2023-cü il tarixdə, saat təxminən 12-13 radələrində Sumqayıt şəhəri, Kimyaçılar qəsəbəsində yerləşən “Esmira” şadlıq evinin yaxınlığında olarkən şəxsiyyəti barədə narkotik vasitələrin satışı ilə məşğul olmasından başqa məlumatı olmayan və özünü ona Cavid adı ilə tanıtmış şəxslə qarşılaşmışdır. Həmin şəxsə istifadəsi üçün ona narkotik vasitə satmasını istəmiş və aralarındakı razılıq əsasında həmin şəxsdən 10 manata 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin almışdır. Aldığı narkotik vasitə heroin bükümünü əynindəki şalvarın sol yan cibinə qoyaraq həmin şəxsdən uzaqlaşıb yaşadığı Sumqayıt şəhəri, Xəzər bağları istiqamətində piyada hərəkət etməyə başlamış, ilkin olaraq yaşadığı ünvana getmək istəsə də, bədənində ağrılar başladığından piyada hərəkətini davam etdirmiş, əldə etdiyi narkotik vasitədən istifadə edə biləcəyi sakit bir yer axtarmağa başlamışdır. Həmin tarixdə, yəni 10 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində sürücülük məktəbinin arxa tərəfmə çalmışdır. Orada çoxsaylı insanlar olduğundan hərəkətini davam etdirmiş Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən Fövqəladə Hallar Nazirliyi Yanğından Mühafizə Xidmətinin binasının yaxınlığına gəlmişdir. Həmin ərazidə azsaylı insan olduğundan orada əldə etdiyi narkotik vasitədən istifadə etmək qərarma gəlib piyada hərəkət edərək kənar şəxslərin oradan uzaqlaşmasını gözləməyə başlamışdır. Saat təxminən 15:00-da Yanğından Mühafizə Xidmətinin binasının qarşısında olarkən mülki geyimdə olan şəxslər ona yaxınlaşıblar və özlərini təqdim edib polis əməkdaşları olduqlarını bildirərək barəsində narkotik vasitə əldə edib üzərində saxlamağı, narkotik vasitələrdən istifadə etməyi ilə bağlı şübhələr olduğunu deyib, Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət ediblər, o, qarşılıq vermədən onlarla birlikdə polis bölməsinin inzibati binasına gəlmişdir. Polis əməkdaşları tərəfindən saxlanıldıqda əynindəki şalvarın sol yan cibində saxladığı narkotik vasitə heroini özündən kənara atmağa fürsət tapa bilməmişdir. Polis bölməsinin inzibati binasının xidməti otaqlarının birində ona hüquq və vəzifələri izah olunmuş və ona dövlət hesabına vəkil təyin olunmuşdur. Daha sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet vardırsa təqdim etməyi təklif olunmuş və o, əynindəki şalvarın sol yan cibindən 01 ədəd siqaret bükümünü çıxardıb təqdim edərək içində “kakos”, yəni narkotik vasitə heroin olduğunu demişdir. Təhqiqatçı bükümə baxıb Özü həmin kütləni aşkar etmişdit. Bundan sonra üzərinə keçirilən şəxsi axtarış zamanı başqa cinayət xarakterli əşya, predmet və sair aşkar olunmamış və götürülməmişdir. Həmçinin aşkar olunaraq götürülmüş 01 ədəd siqaret kağızı bükümündə narkotik vasitə heroin kütləsi elektron tərəzidə çəkilmiş və çəkisinin 0,56 qram oHuğu müəyyən edilmişdit. Həmin kütlə ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq möhürlənib o və digər iştirakçılar tərəfindən imzalanmışdır. Üzərindən ayrı-ayrı vaxtlarda aşkar əməkdaşları tərəfindən nə fiziki, nə də ki, psixi zor tətbiq edilməmişdir. Törətdiyi əməldən peşmandır, evlidir, iki yetkinlik yaşına çatmayan uşağı vardır, qardaşı da həbsdədir. Bunları nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Təqsirləndirilən şəxs ittiham olunduğu cinayət əməlini törətməsi öz ifadəsi ilə bərabər, məhkəmə iclasında tam, obyektiv və hərtərəfli tədqiq edilmiş iş materialları və dindirilmiş şahid ifadələri ilə təsdiq edilir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlan, fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. 14 dekabr 2022-ci il tarixdə, saat 17:00 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Xəzər bağları ərazisində “Simurq” şadlıq evinin yaxınlığında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim etmişlər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin inzibati binasına dəvət etmişlər. Polis idarəsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd siqaret kağız bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs kakos, yəni narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 1,13 qram olmuşdur. Daha sonra narkotik vasitə heroin kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçi olması barədə əməliyyat məlumatları əldə olunsa da, narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. İstintaq zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Sumqayıt Şəhər Polis İdarəsinin 3-cü PB-də baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Polis kapitanı rütbəsindədir. İcraatına ünvan 5 ünvanında qeydiyyatda olmaqla Sumqayıt şəhəri, Xəzər bağlarında fərdi evdə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrdən istifadə etməsi, üzərində narkotik vasitə saxlayıb, daşımasında şübhəli olması barədə əməliyyat məlumatları daxil olmuşdur. İcraatına daxil olmuş əməliyyat məlumatları icra olunmasından ötrü tərəfindən bölmə rəhbərliyinə raportla məruzə edilərək əməliyyataxtarış tədbirlərinin keçirilməsi xahiş edilmişdir. Rəhbərlik tərəfindən Təqsirləndirilən şəxs cinayət əməllərinin ifşa edilməsi üçün əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə razılıq verilərək əməliyyat qrupu yaradılmışdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamışdır. 10 yanvar 2023-cü il tarixdə, saat 15:00 dəqiqədə Təqsirləndirilən şəxs Sumqayıt şəhəri, Bulvar küçəsində yerləşən FHN Yanğından Mühafizə Xidmətinin binasının qarşısında piyada olduğunu görüb ona yaxınlaşaraq özlərini təqdim ediblər. Ona üzərində qanunsuz olaraq narkotik vasitə gəzdirməsində şübhələr olduğundan üzərinə şəxsi axtarış keçirilməli olduğunu bildirib Sumqayıt ŞPİ-nin 3-cü PB-nin inzibati binasına dəvət ediblər. Polis bölməsinin inzibati binasındakı xidməti otaqların birində Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra, ona təqdim edilmiş müdafiəçinin iştirakı ilə videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. O da əynindəki şalvarın sol yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmişdir. Təhqiqatçı tərəfindən 01 ədəd sellofan bükümün içində nə olduğu soruşulduqda Təqsirləndirilən şəxs narkotik vasitə heroin olduğunu bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən bükümün içinə baxılıb narkotik vasitə heroin aşkarlanmışdır. Aşkar olunmuş 01 ədəd bükümdə narkotik vasitə heroin elektron tərəzidə çəkilmiş və çəkisi 0,56 qram olmuşdur. Daha sonra narkotik vasitə heroin kütləsi ekspertizaya təqdim edilməsi məqsədilə qablaşdırılaraq zərfə qoyulmuş və möhürlənmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən cinayət xarakterli digər predmet, əşya və sair aşkar olunmamış və götürülməmişdir. Şəxsi axtarış keçirilərkən şifahi sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə heroinin özünə məxsus olduğunu, şəxsi istifadəsi üçün əldə etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə əməliyyat məlumatları daxil olsa da, onun narkotik vasitələrin satışı ilə məşğul olması, həmçinin onun üzərindən aşkar olunmuş narkotik vasitə heroini konkret olaraq haradan və ya kimdən əldə etməsi barədə məlumat əldə olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Sumqayıt ŞPİ-nin 3-cü PB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid4 ifadəsində Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 17:00-da Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Simurq” şadlıq evinin yaxınlığında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdə saat 17:00 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən “Simurq” şadlıq evinin yaxınlığında saxlanılaraq polis idarəsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki şalvarın sağ yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmiş, bükümün içinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 1,13 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona jməxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında nümayiş olunmuş bir ədəd diskdəki videogörüntülərdə göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan məhkəmə-kimyəvi ekspertizasının 6/7045 saylı, xx.xx.2022ci il tarixli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №124” dairəvi möhür əksi, “saxlanılan şəxs: Təqsirləndirilən şəxs (imza)” yazısı və imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,947 qram tünd qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd bükümdə təmiz 0,947 qram (qalıq 0,897 qram) narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut kimi tanınmışdır. İş materiallarında olan “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 15:00-da Bulvar küçəsi, Sumqayıt Yanğından Mühafizə Xidmətinin qarşısında tutulmuşdur. İş materiallarında olan “Qətimkan tədbiri seçilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlandığı MSY-dən azad olunaraq barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan “Şəxsi axtarışın keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli və “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixi protokollardan görünür ki, vətəndaş Təqsirləndirilən şəxs 10 yanvar 2023-cü il tarixdə saat 15:00 dəqiqədə keçirilən əməliyyat-axtarış tədbirləri zamanı Sqmqayıt şəhəri, Bulvar küçəsində yerləşən FHN Yanğından Mühafizə Xidmətinin binasının qarşısında saxlanılaraq polis bölməsinin inzibati binasına gətirilmiş, müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynindəki gödəkcənin sol yan cibindən 01 ədəd siqaret kağızı bükümü təqdim etmiş, bükümün içinə baxıldıqda narkotik vasitə heroinə bənzər kütlə aşkar olunaraq götürülmüş və elektron tərəzidə çəkilərək çəkisi 0,56 qram olmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitə istifadəçisi olduğunu, aşkar olunaraq götürülmüş kütlənin ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əldə etdiyini, ona qarşı polis əməkdaşları tərəfindən heç bir zorakılıq edilmədiyini bildirmişdir. Məhkəmə iclasında nümayiş olunmuş bir ədəd diskdəki videogörüntülərdə göstərilənlər öz təsdiqini tapmışdır. İş materiallarında olan 6/142 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-kimyəvi ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində Azərbaycan Respublikası DİN “Zərflər üçün №127” möhür əksi, “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən...” və s. sözlər, imzalar olan zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,451 qram maddə kütləsi kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. İş materiallarında olan məhkəmə-tibb ekspertizasının 34 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində xəsarət və xəsarət izi aşkar olunmamışdır. İş materiallarında olan DİN-nin BƏSİİ-nin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2010-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1 və 127.2.3-cü maddələri ilə təqsirli bilinərək qazancından 20 % pul tutulmaqla 02 il müddətinə islah işləri cəzasına məhkum edilmiş, xx.xx.2013-cü ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2013cü il tarixli amnistiya qərarına əsasən təyin edilmiş cəzadan azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 03 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarına əsasən təyin olunmuş cəzadan azad edilmişdir. Bundan başqa o Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 256.1 və 69.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Probasiya Şöbəsinin 21-2/3-146722 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 256.1-ci maddəsilə təqsirli bilinərək 01 il 07 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkum Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixə 06 ay 02 gün çəkilməmiş cəzası qalmışdır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının 255 saylı, xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, müalicə zamanı Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan “Maddi sübut kimi tanıma haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 01 ədəd büküdə təmiz çəkisi 0,451 qram (qalıq 0,401) qram narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 01 ədəd DVD diskdə videogörüntü maddi sübut hesab edilmişdir. İş materiallarında olan Sumqayıt ŞİHB-nin Corat QİƏD-nin nümayəndəsinin xx.xx.2023-cü il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur və barəsində heç bir şikayət daxil olmamışdır. İş materiallarında olan şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2009-cu il təvəllüdlü X3 adlı və xx.xx.2006-cı il təvəllüdlü X6 oğlu adlı 2 yetkinlik yaşına çatmayan uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası ƏN-nin Probasiya Xidmətinin 21/1- 204 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs müraciətdə göstərilən tarixdə hərəkət rayektoriyasına əsasən elektron nəzarət vasitələrinin işlək vəziyyətdə saxlanılaraq koordinatlar üzrə Sumqayıt şəhəri, Xəzər bağları ərazisindəki fərdi yaşayış ünvanında olduğu, lakin elektron nəzarət vasitələrini (mobil nəzarət qurğusunu) gəzdirmək vəzifəsinə əməl etmədiyi müəyyən edilmişdir. İş materiallarında olan “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CMnin 234.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. İstintaq zamanı Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 02 ədəd bükümdəki ayrı-ayrılıqda təmiz çəkiləri 0,947 qram (qalıq 0,897 qram) və 0,451 qram (qalıq 0,401 qram) narkotik vasitə heroin, həmçinin Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsini əks etdirən 02 ədəd DVD diskdə videogörüntülər maddi sübut kimi tanınmış, narkotik vasitə heroinlər saxlanması üçün Sumqayıt ŞPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 1(060)-446/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs barəsində axtarış elan olunmuş və onun barəsində seçilmiş qətimkan tədbirinin dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilməsi qərara alınmışdır. İş materiallarında olan Sumqayıt ŞPİ-nin 3-cü PB-nin 58-3/2-12871 saylı, xx.xx.2023-cü il tarixli məktubundan, “Axtarışdan olan şəxsin tutulması haqqında” xx.xx.2023-cü il tarixli protokoldan və 3 saylı İT-nin 3-16-17/40/2-4145/2023 saylı, xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Sulanov Tural Hüseynağa oğlu xx.xx.2023-cü il tarixdə saat 19:30-da Sumqayıt şəhəri, 12-ci məhəllə ərazisində saxlanılaraq xx.xx.2023-cü il tarixdə saxlanılması üçün 3 saylı istintaq təcridxanasına təhvil verilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsiri tam sübuta yetirildi, onun əməli Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası CM-in 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.1-ci maddəsinə əsasən cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 1-ci bəndində məhkəmələrə izah edilmişdir ki, cəza təyin edilərkən hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2-ci və 41ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Qərarın 2-ci bəndində göstərilmişdir ki, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Plenum həmin Qərarında CM-nin 8.1 və 58.3-cü maddələrində nəzərdə tutulmuş və cəza təyininin əsasını təşkil edən kriteriyaları da izah edərək göstərmişdir ki, cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin Cinayət Məcəlləsinin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Həmçinin, o da qeyd olunmalıdır ki, cəzanı yüngülləşdirən halları müəyyən edən CM-nin 59.1-ci maddəsində nəzərə alınması məcburi olan cəzanı yüngülləşdirən hallar, 59.2-ci maddəsində isə Cinayət Qanununda göstərilməyən, lakin cinayət hadisəsi və onu törətmiş şəxslə bağlı olan və məhkəmənin qiymətləndirməsinə bağlı olan cəzanı yüngülləşdirən hallar təsbit edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağı olmasını CM-nın 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nın 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal qismində cinayətlərin təkrar törədilməsi müəyyən edilmişdir. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, cəzasını ağırlaşdıran halı, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır, ancaq Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan islah olunmasını qeyri-mümkün hesab edir. Ona görə də, ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsinin sanksiyası həddində, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Belə cəza təyini qanuni və əsaslı olmaqla bərabər, cəzanın məqsədlərini də təmin edir. Məhkəmə qeyd edir ki, təyin edilmiş hər hansı bir cəza, cəzanın məqsədinə xidmət etməli və cəmiyyətdə tam mənada sosial ədaləti bərpa etməli, həm məhkumlar, həm də digər şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almalıdır. Azərbaycan Respublikası CM-nın 67.1-ci maddəsinə əsasən Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi bu hökmlə təyin edilmiş cəza ilə hökmlərin məcmuyu üzrə birləşdirilməklə Təqsirləndirilən şəxs qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs barəsində bu iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin qərarına əsasən barəsində həbs axtarış elan olunmuş və o 31 avqust 2023-cü il tarixdə həbs edilmişdir. Ona görə də onun cəzasının əvvəli 31 avqust 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunmalı və o yaşadığı ərazinin narkoloji dispanserində qeydiyyata alınmalıdır. Cinayət işi üzrə məhkəmə ekspertizalarının keçirilməsi ilə əlaqədar 224 (iki yüz iyirmi dörd) manat məbləğində məhkəmə məsrəfi vardır. Həmin pul Azərbaycan Respublikası CPM-ın 195 və 196-cı maddələrinə əsasən təqsirləndirilən şəxsdən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin nəfinə tutulmalıdır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs öz hüquqlarını müdafiə etmək üçün müdafiəçi ilə müqavilə bağlamağa maddi imkanı olmadığı üçün ona dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etmək üçün Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən 25 (iyirmi beş) iş saatı məsrəf olunmuşdur. Hüquqi yardımla bağlı Azərbaycan Respublikası CPM-in 193.2 və 193.4-cü maddəsinin tələbləri nəzərə alınmaqla Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 01 fevral 2001-ci il tarixli qərarına və həmin qərara 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən hüquqi yardımla bağlı dövlət büdcəsinin hesabından Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 150 (yüz əlli) manat məbləğində pul ödənilməlidir. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,897 qram və 0,401 qram narkotik vasitə heroinlər məhv edilməli, bundan başqa maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən bir ədəd DVD-R 2 ədəd disk isə iş materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və müsadirə olunan əmlak yoxdur. İşdə olan "Şübhəli şəxsin tutulması haqqında" protokollardan və qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutularaq saxlanmışdır. Onun tutularaq saxlanıldığı 04 (dörd) gün müddət Azərbaycan Respublikası CPM-in 158.2.1 və 158.3-cü maddələrinə əsasən təyin edilən cəzadan çıxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 381, 384.1 və 385-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 67.1-ci və 68.1.1-1-ci maddələrinə əsasən bu hökmlə təyin edilmiş cəza Təqsirləndirilən şəxs Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın çəkilməmiş hissəsi olan 06 ay 02 gün hissəsi ilə, azadlığın məhdudlaşdırılması cəzasının 02 gününün azadlıqdan məhrumetmə cəzasının 01 gününə bərabər tutulmaqla, hökmlərin məcmusu üzrə qismən birləşdirilsin və Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 14 dekabr 2022-ci il tarixdən 16 dekabr 2022-ci il tarixədək və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək tutulub saxlanıldığı 04 (dörd) gün müddət təyin edilən cəzadan çıxılsın və onun çəkəcəyi azadlıqdan məhrumetmə cəzası qəti olaraq 01 (bir) il 06 (altı) ay 26 (iyirmi altı) gün müəyyən edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzanın əvvəli 31 avqust 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin olunsun və o ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə maddi sübut, Sumqayıt Şəhər Polis İdarəsinin saxlanc anbarında saxlanılan, ekspertiza tədqiqatından sonra qalıq çəkisi 0,897 qram və 0,401 qram narkotik vasitə heroinlər məhv edilsin. Maddi sübut kimi tanınmış və iş materiallarına əlavə olunmuş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi barədə videogörüntünü özündə əks etdirən iki ədəd DVD-R iş materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 224 (iki yüz iyirmi dörd) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin AZ34CTRE******************** saylı hesabına (VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardımın haqqını ödəməkdən azad edilsin və vəkil Müdafiəçi tərəfindən göstərilmiş hüquqi yardıma görə 150 (yüz əlli) manat məbləğində pul vəsaiti dövlət büdcəsinin vəsaiti hesabına Sumqayıt Şəhər 1 saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 gün müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və protesti verilə bilər. Hökm ondan apellyasiya şikayəti və protesti verilmədiyi halda, elan olunduğu, həbsdə olan şəxsə isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. HAKİM FİKRƏT ƏLİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar